Kimsən sən?
Dənizdən, səmadan, küləkdən soruşdum
Dənizdən, səmadan, küləkdən,
Gözlərdən, dillərdən, ürəkdən.
Arzudan, ümiddən, diləkdən,
Soruşdum hamıdan, soruşdum,
Kimsən sən, kimsən sən?
Soruşdum, kimsən sən?
Qayanın quşqonmaz yerindən,
Dünyanın açılmaz sirrindən.
Küçədən ötənin birindən,
Soruşdum bu axşam, soruşdum,
Kimsən sən, kimsən sən?
Soruşdum, kimsən sən?
Yerini tapmışam izindən,
Qəlbimi görmüşəm gözündən.
Adını öyrəndim özündən,
Bəs niyə soruşdum hamıdan.
Adını öyrəndim özündən,
Bəs niyə soruşdum hamıdan.
Kimsən sən, kimsən sən?
Soruşdum, kimsən sən?
Dənizdən, səmadan soruşdum.
Kimsən sən?
п.с. ведь, умеешь, когда хочешь.. попросить конкретно что-то))))
п.п.с. нзчт))