Scout
Members-
Публикации
28 -
Зарегистрирован
-
Посещение
О Scout
- День рождения 11/17/1981
Profile Information
-
Пол
Male
-
Location
Baki
Scout's Achievements
0
Репутация
-
Deyə bilməzsiz, niyə bu forumdakı mövzular aprel ayındakılara qaytarılıb və o vaxtdan sonra heç bir yazı yazılmır forumda?
-
Вуду, абдест, дестемаз а тогда Большое омовение это гусул? Bəli, qüsla deyilir.
-
Səlamun ələykum. Cəfəri məzhəbinə gцrə, dəstəmaz alan adama yardım kimi onun əlinə bir qabdan su tцkmək caizdirmi? Risalələrdə konkret su tцkmək deyilmir, "dəstəmaz işlərindən hər han sı biri" deyilir. Bu "işlərə" kiminsə əlinə su tцkmək də daxildir, ya yox?
-
Səlamun ələykum. Zəkat haqda sualım var. İndiyəcən maraqlanmamışdım, ancaq bu gün mənə dedilər ki, qadınlarda olan qızıl zinət əşyalarına zəkat düşmür. Risaləyə baxdım ki, orda belə məsələ var: Məsələ 1864: Qızıl və gümüşün zəkatı, ancaq onlara sikkə vurulduğu və onlarla alverin rəvac olduğu təqdirdə, vacib olur. Əgər onların sikkəsi pozulmuş olsa da, amma onunla alver rəvacdadırsa zəkatı verilməlidir. Amma əgər rəvacdan düşmüş olsa, sikkəsi qalmış olsa belə, zəkatı yoxdur. İzah edə bilərsizmi, "sikkə vurulmaq" deyəndə nə nəzərdə tutulur və qadınlarda olan qızıl zinət əşyaları da buna aiddir, ya yox? Bir başqa məsələdə isə deyilir: Məsələ 1865: Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl və ya gümüş alverdə də işlədilirsə, yə`ni yenə də qızıl və gümüş pul olduğu qəbul edilirsə, ehtiyata əsasən onun zəkatı vacib olur. Amma əgər daha onunla alver edilmirsə, zəkatı vacib olmaz. "Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl..." - deyəndə, nəyi nəzərdə tuturlar? P.S. Yalnız Cəfəri məzhəbinin fiqhinə uyğun cavab(lar) lazımdır.
-
Maraqlı mövzudur. Bir dənə də mən bir şeyi qeyd etmək istəyirəm. Yasin surəsinin 12-ci ayəsinin sonuna diqqət yetirək: Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik. Düzdür, tərcümələrin əksəriyyəti bu kəliməni bir az fərqli verir, amma ərəbisinə diqqət yetirək: "Mubin" sözü "aşkar" deməkdir, "imam" sözü isə məncə elə "imam" deməkdir. Ayənin 12-ci olması daha da maraqlıdır. P.S. Bu yaxında dostum hansısa türk kanalından verilən dini verilişdə bu ayə haqda gedən söhbətə baxmışdı. Deyir onlar dedilər bu ayədə ("imamin mubin" kəliməsində) kimdənsə (konkret şəxsdən) söhbət gedir, amma onu biz də bilmirik ki, kimdir.
-
Şeyxin gəlişini səbirsizliklə gözləyirəm. Amma deyəsən şeyx "arif" adamdır, ya növbəti verilə biləcək sualların mövzusunu başa düşüb, ya da şəkk içində qalıb. Gəl çıx, ya şeyx, necə olsa da, səndən feyz alıb elmindən bəhrələnirik.
-
Şeyx, sualımı yaxşı oxudunmu? Mən səndən quyu, məktub haqqında soruşmadım axı. Yaxşı, deməli Mədinədə doğulacaq. Bildiyimə görə, hələ doğulmadığını deyirsiz. Bəs sonra nə edəcək? Birdən yazarsan ki, doğulandan sonra böyüyəcək. Onu soruşmuram, fəaliyyət baxımından soruşuram ki, nə edəcək, hansı xususiyyətləri var, camaat onu necə tanıyacaq və s. Bir az ətraflı, zəhmət olmasa.
-
Şeyx, açıqlaya bilərsənmi, siz Məhdi (ə)-ın zühurunu, xususiyyətlərini necə görürsüz? Ümumiyyətlə, hardan gələcək, necə gələcək, gəlib nə edəcək... Qısa şəkildə bildirərdin.
-
Ya Şeyx! Kişi "boşadım" deyəndə onun yanında idin? Özün eşitmisən? ZAQS-la ayrılandan sonra kişi gəlib qadının atası evində qadına "yaxın" da durmalı idi? Haqqında boş-boş danışdığın axund gözümün qabağında dəfələrlə pulsuz kəbin kəsib. Tanımadığın insana böhtan atma. Müctəhid vəfat edərkən sağlığında kəbin-təlaq və s. şər'i məsələlər haqqında verdiyi hökmlər bəyəm qüvvədən düşür? Yoxsa o müctəhid öləndən sonra təzə şəriət gəlib, xəbərimiz yoxdur? P.S. Axund demədi ki, mən təlaq oxuyaram, dedi bu vəziyyətdə təlaq oxumaq məsuliyyətli işdir, belə hallarda şər'i qazinin fətvası olmadan o, təlaq oxuya bilməz. Odur ki, 10 manatı qoy cibinə, xərcləyərsən.
-
Əssəlamu ələykum. Bir məsələnin hökmünü öyrənməyi məndən xahiş ediblər. Deməli, iki insan kəbin, eyni zamanda da dövlət nigahı (ZAQS) ilə ailə qurublar. Öz aralarında bir problemləri olmayıb, amma ailənin digər üzvlərinin onların həyatına dözülməz müdaxilələri, 9 aydan sonra onları öz xoşları ilə ZAQS-da qol çəkib rəsmən ayrılmağa məcbur edib. Təlaq isə yada düşməyib. Artıq ayrılmaqlarından düz 2 il keçib və qadın indi bu haqda maraqlanıb, bilmək istəyir ki, onların kəbini pozulub, yoxsa qüvvədədir. Qeyd edim ki, 2 il heç bir münasibətləri olmasa da, onlar bəlkə də nə vaxtsa yenidən ailə quracaqlar, sadəcə oğlanın ailəsindəki bir nəfər (doğrudan da, həyatda belə vicdansız, Allah evini ziyarət edib, amma Allahdan qorxmayan insanlar var) həyatda ikən bu mümkün deyil. Bir savadlı tanışdan soruşdum, dedi onlar xalqın nəzərində boşanmış sayılırlar deyə, kəbin də qüvvədən düşmüş sayıla bilər, amma yaxşı olar ki, təlaq oxunsun. Amma dünən kəndin axundundan da soruşdum, dedi kəbin pozulmayıb, onlar kəbinli ər-arvaddırlar, təlağı da yalnız kişi verə bilər. Yəni ki, ərəbcə təlaq oxunmalıdır. Ancaq hər halda, kəbin pozulmayıbsa da, onların bu cürə ayrı yaşaması, üstəlik hamının nəzərində boşanmış olmaları da məncə yaxşı iş deyil. Bilənlərdən xahiş edərdim ki, onların şəriətə görə nə etməli olduqlarını desinlər.
-
Əlyazma insan əli ilə yazılmış yazıya deyilir. Bu isə çapdır. Belə ərəb dili olmur. Çox güman ki qəzəldir, azərbaycancadır, içində ərəb və fars sözləri işlənib, həm də qəliz bir üslubda yazılıb. Üslubla tanış deyiləm deyə, oxumaqda çətinlik çəkirəm. Ordan-burdan oxuya bildiklərimi yazıram, gör belə ərəb dili olur, ya yox. Böylə olur qani hörmət, qani cəhd... Yer altında yatar şahi-cihan... Bir gün əshab bir yerə cəm oldular... Gəl, kərəm qıl, söylə o gülzarə... Ağlamaqla vereydik canimizi...
-
Bu, ərəb dilində deyil. Əski əlifba ilə yazılıb. Qəzələ oxşayır, ya da nəsə başqa ədəbi əsərdir. Kənardakılar belə başlayır: Qəti məcnundur buka kukul virub... Ortadakılar isə belə başlayır: Yeməz-işməz uyumazdı br zaman...
-
Qur`anin, peygamberin dediyine zidd gedan Yezid lenetullahi da bagishlamaq olar, hee? Bağışlamaq nədir, biz tərəfdə yaşayan bir sələfi deyir: inşallah ki, Yəzid cənnətlikdir.
-
шийелер йа сюннюлер-Мусалмандыр? ................................................ шийе намазына уйгун не демекдир? Гуранда шийе ве йа сюннюлер вар? онлар кимлердир? мене онлардан даныш! мен билмек истейирем! Bu boyda forumun bu qədər mövzusunu oxuyub bilməmisənsə, mən danışmaqla da bilməzsən. Görürsən ki, mən başqa şey axtarıram, səninlə bu mövzuda danışmaq fikrim olsaydı, uyğun mövzularda danışardım. Salamat!
-
Əssəlamu ələykum. Qardaşlar, mənə bilirsiz nə lazımdır? Namazın sözlərinin təcvidlə oxunuş qaydası, avazla olması şərt deyil, əksinə avazsız olsa yaxşıdır, hər hansı audio formatda olar. Normal dinləmək olsun, şiə namazına uyğun olsun. Həmdsurə lazım deyil, onlar özümdə mp3 kimi var. Azan da var. Bircə qalır təsbihati ərbəə, təşəhhüd və səlamlar. Kim t.rsa, Allah razı olsun.
