Перейти к содержимому

Scout

Members
  • Публикации

    28
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Scout

  1. Deyə bilməzsiz, niyə bu forumdakı mövzular aprel ayındakılara qaytarılıb və o vaxtdan sonra heç bir yazı yazılmır forumda?
  2. Вуду, абдест, дестемаз а тогда Большое омовение это гусул? Bəli, qüsla deyilir.
  3. Səlamun ələykum. Cəfəri məzhəbinə gцrə, dəstəmaz alan adama yardım kimi onun əlinə bir qabdan su tцkmək caizdirmi? Risalələrdə konkret su tцkmək deyilmir, "dəstəmaz işlərindən hər han sı biri" deyilir. Bu "işlərə" kiminsə əlinə su tцkmək də daxildir, ya yox?
  4. Səlamun ələykum. Zəkat haqda sualım var. İndiyəcən maraqlanmamışdım, ancaq bu gün mənə dedilər ki, qadınlarda olan qızıl zinət əşyalarına zəkat düşmür. Risaləyə baxdım ki, orda belə məsələ var: Məsələ 1864: Qızıl və gümüşün zəkatı, ancaq onlara sikkə vurulduğu və onlarla alverin rəvac olduğu təqdirdə, vacib olur. Əgər onların sikkəsi pozulmuş olsa da, amma onunla alver rəvacdadırsa zəkatı verilməlidir. Amma əgər rəvacdan düşmüş olsa, sikkəsi qalmış olsa belə, zəkatı yoxdur. İzah edə bilərsizmi, "sikkə vurulmaq" deyəndə nə nəzərdə tutulur və qadınlarda olan qızıl zinət əşyaları da buna aiddir, ya yox? Bir başqa məsələdə isə deyilir: Məsələ 1865: Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl və ya gümüş alverdə də işlədilirsə, yə`ni yenə də qızıl və gümüş pul olduğu qəbul edilirsə, ehtiyata əsasən onun zəkatı vacib olur. Amma əgər daha onunla alver edilmirsə, zəkatı vacib olmaz. "Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl..." - deyəndə, nəyi nəzərdə tuturlar? P.S. Yalnız Cəfəri məzhəbinin fiqhinə uyğun cavab(lar) lazımdır.
  5. Scout

    12

    Maraqlı mövzudur. Bir dənə də mən bir şeyi qeyd etmək istəyirəm. Yasin surəsinin 12-ci ayəsinin sonuna diqqət yetirək: Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik. Düzdür, tərcümələrin əksəriyyəti bu kəliməni bir az fərqli verir, amma ərəbisinə diqqət yetirək: "Mubin" sözü "aşkar" deməkdir, "imam" sözü isə məncə elə "imam" deməkdir. Ayənin 12-ci olması daha da maraqlıdır. P.S. Bu yaxında dostum hansısa türk kanalından verilən dini verilişdə bu ayə haqda gedən söhbətə baxmışdı. Deyir onlar dedilər bu ayədə ("imamin mubin" kəliməsində) kimdənsə (konkret şəxsdən) söhbət gedir, amma onu biz də bilmirik ki, kimdir.
  6. Scout

    Mushriklerin Eqidesi.

    Şeyxin gəlişini səbirsizliklə gözləyirəm. Amma deyəsən şeyx "arif" adamdır, ya növbəti verilə biləcək sualların mövzusunu başa düşüb, ya da şəkk içində qalıb. Gəl çıx, ya şeyx, necə olsa da, səndən feyz alıb elmindən bəhrələnirik.
  7. Scout

    Mushriklerin Eqidesi.

    Şeyx, sualımı yaxşı oxudunmu? Mən səndən quyu, məktub haqqında soruşmadım axı. Yaxşı, deməli Mədinədə doğulacaq. Bildiyimə görə, hələ doğulmadığını deyirsiz. Bəs sonra nə edəcək? Birdən yazarsan ki, doğulandan sonra böyüyəcək. Onu soruşmuram, fəaliyyət baxımından soruşuram ki, nə edəcək, hansı xususiyyətləri var, camaat onu necə tanıyacaq və s. Bir az ətraflı, zəhmət olmasa.
  8. Scout

    Mushriklerin Eqidesi.

    Şeyx, açıqlaya bilərsənmi, siz Məhdi (ə)-ın zühurunu, xususiyyətlərini necə görürsüz? Ümumiyyətlə, hardan gələcək, necə gələcək, gəlib nə edəcək... Qısa şəkildə bildirərdin.
  9. Ya Şeyx! Kişi "boşadım" deyəndə onun yanında idin? Özün eşitmisən? ZAQS-la ayrılandan sonra kişi gəlib qadının atası evində qadına "yaxın" da durmalı idi? Haqqında boş-boş danışdığın axund gözümün qabağında dəfələrlə pulsuz kəbin kəsib. Tanımadığın insana böhtan atma. Müctəhid vəfat edərkən sağlığında kəbin-təlaq və s. şər'i məsələlər haqqında verdiyi hökmlər bəyəm qüvvədən düşür? Yoxsa o müctəhid öləndən sonra təzə şəriət gəlib, xəbərimiz yoxdur? P.S. Axund demədi ki, mən təlaq oxuyaram, dedi bu vəziyyətdə təlaq oxumaq məsuliyyətli işdir, belə hallarda şər'i qazinin fətvası olmadan o, təlaq oxuya bilməz. Odur ki, 10 manatı qoy cibinə, xərcləyərsən.
  10. Əssəlamu ələykum. Bir məsələnin hökmünü öyrənməyi məndən xahiş ediblər. Deməli, iki insan kəbin, eyni zamanda da dövlət nigahı (ZAQS) ilə ailə qurublar. Öz aralarında bir problemləri olmayıb, amma ailənin digər üzvlərinin onların həyatına dözülməz müdaxilələri, 9 aydan sonra onları öz xoşları ilə ZAQS-da qol çəkib rəsmən ayrılmağa məcbur edib. Təlaq isə yada düşməyib. Artıq ayrılmaqlarından düz 2 il keçib və qadın indi bu haqda maraqlanıb, bilmək istəyir ki, onların kəbini pozulub, yoxsa qüvvədədir. Qeyd edim ki, 2 il heç bir münasibətləri olmasa da, onlar bəlkə də nə vaxtsa yenidən ailə quracaqlar, sadəcə oğlanın ailəsindəki bir nəfər (doğrudan da, həyatda belə vicdansız, Allah evini ziyarət edib, amma Allahdan qorxmayan insanlar var) həyatda ikən bu mümkün deyil. Bir savadlı tanışdan soruşdum, dedi onlar xalqın nəzərində boşanmış sayılırlar deyə, kəbin də qüvvədən düşmüş sayıla bilər, amma yaxşı olar ki, təlaq oxunsun. Amma dünən kəndin axundundan da soruşdum, dedi kəbin pozulmayıb, onlar kəbinli ər-arvaddırlar, təlağı da yalnız kişi verə bilər. Yəni ki, ərəbcə təlaq oxunmalıdır. Ancaq hər halda, kəbin pozulmayıbsa da, onların bu cürə ayrı yaşaması, üstəlik hamının nəzərində boşanmış olmaları da məncə yaxşı iş deyil. Bilənlərdən xahiş edərdim ki, onların şəriətə görə nə etməli olduqlarını desinlər.
  11. Scout

    Tercume

    Əlyazma insan əli ilə yazılmış yazıya deyilir. Bu isə çapdır. Belə ərəb dili olmur. Çox güman ki qəzəldir, azərbaycancadır, içində ərəb və fars sözləri işlənib, həm də qəliz bir üslubda yazılıb. Üslubla tanış deyiləm deyə, oxumaqda çətinlik çəkirəm. Ordan-burdan oxuya bildiklərimi yazıram, gör belə ərəb dili olur, ya yox. Böylə olur qani hörmət, qani cəhd... Yer altında yatar şahi-cihan... Bir gün əshab bir yerə cəm oldular... Gəl, kərəm qıl, söylə o gülzarə... Ağlamaqla vereydik canimizi...
  12. Scout

    Tercume

    Bu, ərəb dilində deyil. Əski əlifba ilə yazılıb. Qəzələ oxşayır, ya da nəsə başqa ədəbi əsərdir. Kənardakılar belə başlayır: Qəti məcnundur buka kukul virub... Ortadakılar isə belə başlayır: Yeməz-işməz uyumazdı br zaman...
  13. Qur`anin, peygamberin dediyine zidd gedan Yezid lenetullahi da bagishlamaq olar, hee? Bağışlamaq nədir, biz tərəfdə yaşayan bir sələfi deyir: inşallah ki, Yəzid cənnətlikdir.
  14. шийелер йа сюннюлер-Мусалмандыр? ................................................ шийе намазына уйгун не демекдир? Гуранда шийе ве йа сюннюлер вар? онлар кимлердир? мене онлардан даныш! мен билмек истейирем! Bu boyda forumun bu qədər mövzusunu oxuyub bilməmisənsə, mən danışmaqla da bilməzsən. Görürsən ki, mən başqa şey axtarıram, səninlə bu mövzuda danışmaq fikrim olsaydı, uyğun mövzularda danışardım. Salamat!
  15. Əssəlamu ələykum. Qardaşlar, mənə bilirsiz nə lazımdır? Namazın sözlərinin təcvidlə oxunuş qaydası, avazla olması şərt deyil, əksinə avazsız olsa yaxşıdır, hər hansı audio formatda olar. Normal dinləmək olsun, şiə namazına uyğun olsun. Həmdsurə lazım deyil, onlar özümdə mp3 kimi var. Azan da var. Bircə qalır təsbihati ərbəə, təşəhhüd və səlamlar. Kim t.rsa, Allah razı olsun.
  16. Nəcis olmasa da haramdır. Çünki Allanın adı ilə kəsilməyib. Allah razı olsun. Ətinin haram olması şübhəsizdir. Sadəcə bəzi qardaşlar belə dəridən olan kəmərləri nəcis bilib çəkinirdilər, dedim nəcis deyil məncə, yaş əllə toxunsan əlin murdar olmaz. Çünki əti halal heyvanın dərisi, yalnız özü ölüb leş olarsa, onda nəcis sayılar.
  17. Scout

    Kebin Kese Bilen Var?

    Kənddəki böyük məscidin axundu kəsir. Neçə dəfə yanımda kəsib, pul aldığını və ya istədiyini görməmişəm. Sonra, məscidə yaxın Vüqar adlı bir oğlan var, o da kəsir, məncə o da pulla kəsmir. Ancaq dediyin vəziyyət fərqli olduğundan gərək özləri ilə danışasan. Bilmirəm valideynsiz kəsərlər, ya yox.
  18. Əssəlamu ələykum. Bilmək istərdim, şər'i qaydada kəsilməmiş əti halal heyvanların dəriləri nəcis sayılırmı?
  19. Səfərdə (əgər səfər 10 gündən azdırsa) oruc tutmaq qadağandır. Yalnız səfərə çıxdığınız gün tuta bilərsiz, o da əgər zöhrdən sonra çıxırsızsa. Qayıdandan sonra mütləq qəzaları tutmaq lazımdır. Səfər, yaşadığınız yerdən 36 km uzaq olan yer sayılır. Çətin. Qəza hər gün üçün elə 1 gündür? yoxsa bir günün əvəzinə 2? Bəli, hər gün üçün 1 gündür.
  20. Baxır neçə günlük .rırlar. Məşhəd ziyarəti əsasən 1 həftə çəkir, çox qruplar belə gedirlər. 2 gün getmək, yarım gün Qum şəhərində olurlar, yarım gün (gecəni) Qumdan Məşhədə gedirlər, 2 gün Məşhəddə qalırlar, 2 gün də qayıtmaq. Ancaq bildiyimə görə, 10 günlük .ranlar da var, yəni orda 3 gün də artıq qalırlar.
  21. Səlamun ələykum. Doğrudur, cənubdan 27 dərəcə dönmək lazımdır, ancaq bu 27 dərəcə cənub coğrafi qütbündən (xəritələrdəki göstərici) hesablanır. Əksər insanlar isə cənubu kompasla təyin edirlər, kompas isə maqnit qütbünə tuşlanır. Maqnit qütbü də cənub coğrafi qütbünün özündən təxminən 4-5 dərəcə sağda yerləşdiyindən, kompasda gördüyümüz cənubdan 22-23 (27 çıx 4-5) dərəcə sağa dönmək lazım gəlir. Kompaslar da xəta edə bilərlər, ölçərkən altında və yaxınlığında metal olmamalıdır, yaxşı olar məscidin bir neçə yerində ölçülsün. Amma cənub coğrafi qütbünü tanısaq, ordan 27 dərəcə dönmək lazımdır. Bu qütb isə əsasən qış aylarında zöhr vaxtı günəşin durduğu tərəf sayılır.
  22. al-İslam, çox sağ ol, qardaş, Allah razı olsun. Ali_, qadası, elə olsaydı dərdim nə idi?
  23. Səlamun ələykum. Qəza orucu olan şəxs müstəhəbb oruc tuta bilərmi? Xatırladım ki, bu qəzalar son Ramazandan qalanlar deyil, cahillik dövründən qalanlardır. Mənə dedilər ki, "tuta bilməz" deyən müctəhidlər var, məhz Sistani ağanın belə dediyini dedilər. Netdə risaləsinə göz gəzdirdim, t. bilmədim, kitaba baxmağa imkan tapmamışam.
  24. Səlamun ələykum. Bir sualım var. Belə bir məzhəb varmı ki, islamda ancaq Quranı qəbul etsinlər, Quranda konkret olaraq halal və ya haram olan şeyləri uyğun olaraq halal və ya haram bilsinlər? Qurandan başqa heç bir şey onlara dəlil olmasın, hədislərə və s. isə "boş-boş nağıllar" desinlər? Heç bir alim tanımasınlar, ayələri ancaq öz başa düşdükləri kimi izah etsinlər. Misal üçün, musiqi (hər hansı musiqi) üçün desinlər ki, qulağı da bizə Allah verib, musiqini bəstələyənin də ürəyinə bu notları Allah salıb, Quranda da yazılmayıb musiqi haramdır, deməli musiqi halaldır, özü də bütün növləri. Belə insanlar fərdi olaraq bu əqidədə olurlar, ya necə? Biri var, sadəcə bəzi səbəblərdən onunla internetdə canlı əlaqə yarada bilmirəm, ara-sıra bəzi fikirlərini oxuyuram bir yerdə. Ona görə də bilmirəm hansı dinə-məzhəbə qulluq edir.
  25. Aleykumus Salam. Qardash, achiqi deyim, bu barede melumatim yoxdur ve inanmiram da ki 20-30 derece ferq olsun. Mence ferq var, lakin qat-qat azdir. Bu ise coografi baximdan adi bir meseledi, chunki Mekke sheheri xeritede bir noqte kimidir ve Qibleye teref tam durmag chetindir. Əssəlamu ələykum. al-İslam, bəli elədir, ancaq kompasla bunu asan təyin etmək olur. Bilirsən, bizim məscidin qibləsi də səhvdir. Ancaq bir axund var, o həmişə məscidin qibləsinə namaz qılır, arxasındakıları da ora qıldırır. Dəfələrlə bunun mübahisəsi olub, ona başa salmağa çalışıblar, ancaq çox güman ki, coğrafiyadan biliyi yoxdur, çünki çox məntiqsiz əsaslarla bunu rədd edib. Məscidin öz axundu isə qibləni düz tutub (məscidin öz qibləsindən azca dönüb) namaz qılır. Həmin axundun camaat namazında "məscidə hörmətsizlik sayılır" deyib, camaat namazına durmayanlar da olur. Bir sözlə, müxtəlif "qiblələr" olur məsciddə. İndi məscidə namaza gələn kənar adam, hansına uyub namaz qılsın? Bu yaxınlarda bu barədə olan söhbət lap böyüdü, mən də bir az araşdırdım bu qiblə məsələsini. www.qiblalocator.com saytına əsasən, Bakıda qiblə cənubdan 22 dərəcə sağadır. O sayt düz Kəbəyə olan bucağı göstərir. Şimaldan 207 dərəcə, 207-180=27, deməli cənubdan 27 dərəcə sağa. Cənub maqnit qütbü cənub çoğrafi qütbündən təxminən 4.5-5 dərəcə sağda yerləşdiyindən (ona görə təxminidir ki, bu məsafə, səhv etmirəmsə, hər 600 ildən bir çox cüzi dəyişir), 27-dən 5 dərəcəni çıxırıq, qalır 22 dərəcə. Çünki kompas maqnit qütbünü göstərir, coğrafi qütbü deyil. Mən bu hesablamamı coğrafiyanı gözəl bilən bir geoloqa dedim, bir neçə gündən sonra o geoloq zöhr vaxtı günün şüasına əsasən, bu bucağın Bakıda 22 dərəcə olduğunu təsdiqlədi. Bundan əlavə, satışda olan qiblənamələrin bir neçəsini yoxladım, onlarda da Bakının qibləsi cənubdan 22 dərəcə sağa idi. Problem yoxdur, adi bir kompasla cənubu təyin edirsən, 22 dərəcə sağa dönürsən, bu da qiblə. İnşallah ki, 1-2 dərəcə xəta etsək, bağışlanar. Ancaq mən bilə-bilə ki, qiblə 20-22 dərəcə səhvdir, elə o cür də qılıramsa namazı, bu bir az düz gəlmir. O ki, qaldı niyə o dövrdə Bakıda tikilən məscidlərin qibləsi səhv olub, onu həmin geoloq (özü də namaz qılan insandır) mənə belə izah etdi. Dedi o dövrdə belə bir söhbət var idi ki, guya Məkkədə hansısa dağ var, kompas o dağa tərəf dayanır. Kompas da cənubu göstərdiyindən, o vaxt tikilən məscidlərin qiblələri hamısı ucdantutma cənuba tərəf qoyulub. Yenə də, yaxşısını Allah bilir.
×
×
  • Создать...