-
Публикации
113 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя SEYRCI
-
Noleydi… Mən aşiq oyanınca, Mən yanım o yanınca, Kəsim yastiğın yanın, Yalvarım oyanınca. Noleydi, yarım, noleydi, Qapqara birçək olaydım, Hamıya çirkin olsamda, Yarıma göycək olaydım. Təbriz üstü Miyana, Gül sünbülə dayana, Oxu, bülbülüm, oxu, Bəlkə yarım oyana…
-
Sudan gələn sürməli qız Sudan gələn sürməli qiz, Çox incidir kuzə səni, Elə naz ilə gəlirsən, Gəlməyəsən gözə səni. Kuzəni əlindən allam, Qolumu boynuna sallam, Gəlsən səni özüm alam, Di, dur gəl, aman günüdür, Eşqimin yaman günüdür, Kuzənə ipək düzərəm, Eşqinlə çöllər gəzərəm, Sənsiz mən necə dözərəm? Ay bu gələn yarım ozüdür, Gözləri ceyran gözüdür… Rəhmətlik anamın ən sevimli mahnısı…
-
Gəncədən fayton gəlir… Gəncədən fayton gəlir, fayton gəlir gəlir Ay fayton gəlir… Atları yorğun gəlir, yorğun gəlir gəlir, Ay yorğun gəlir, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir… Bu gələn haralıdır, bu gələn haralıdır, bu gələn haralı? Gəncənin maralıdır, Gəncənin maralı, Gəncənin maralı, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir…
-
Gülə-gülə Gülüşlərin cingildəsin saz kimi, Hər tərəfə yayılsın avaz kimi, Sən güləndə könül gülür yaz kimi, Gülə-gülə, gülə-gülə, ay xanım, Gülə-gülə, gülə-gülə al canım! Yasəmənlər açıb çiçəklənəndə, Bənövşələr küsüb boynun əyəndə, Şeh düşübən çəmənlər şehlənəndə, Gülə-gülə, gülə-gülə, ay xanım, Gülə-gülə, gülə-gülə al canım! Sən güləndə açır gül, yasəmənlər, Heyran olur avazın eşidənlər, Görən varmı, sənin kimi bəxtəvər, Gülə-gülə, gülə-gülə, ay xanım, Gülə-gülə, gülə-gülə al canım!
-
Nərgizim Niyə məndən küsmüsən, Nərgizim? Əlini məndən üzmüsən, Nərgizim, Tez gəl qəlbim dözməyir hicrana, Vəfalı ol, qəsd etmə bu cana. De hardasan, harda, Gözüm qaldı yolda, Nərgizim, Tez gəl qəlbim dözməyir hicrana, Vəfalı ol, qəsd etmə bu cana. Söz vermişdin gələrəm, gəlmədin, Saf eşqimi, duygumu bilmədin, Tez gəl qəlbim dözməyir hicrana, Vəfalı ol, qəsd etmə bu cana.
-
O surmeli gozlerin O surmeli gozlerin, Sirin-sirin sozlerin, Tebietin eliyle, Cekilmis surmelerin. Eline ayna al, gor ne melahetlisen, Qedir bilen yaninda, dunyadan qiymetlisen. Basinda var sal bunun, Uzunde var xal bunun, Bir deli seytan deyir, Dur, qadasin al bunun…
-
Mənzəri Qərənfil abı gərək, Yar yarın babı gərək, Zərrəcə eşq olanın, Dərya qədər tabı gərək. Necə-necə ərz eləyim məğzimi yarə, Ərzimi bənd eləyib eləsin çarə, Necə-necə şərab olur üzüm suyundan, Bəsləsən atlas olar tut yarpağından. Aşiqəm, gözdə qara, göz qara, qaş qara, Yolunu gözləməkdən qalmayıb gözdə qara, Səbr elə, halva bişər ey qora səndən, Bəsləsən atlas olar tut yarpağından. Necə-necə şərab olur üzüm suyundan, Bəsləsən atlas olar tut yarpağından.
-
Evlərinin ögü yonca kərkük xalq mahnısı Evlərinin ögü yonca, Yonca qalxmış dam boyunca, dam boyunca, Boyu uzun, beli incə, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə, ninnə, ninnə. Evlərinin ögü lalə, Saqi olub ver piyalə, ver piyalə, Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə, ninnə, ninnə. Evlərinin ögü darçın, Fələk qoymur gözüm açım, vallah açım, Səni alim, hara qaçım, ninnə yarim, ninnə, Əsmər yarım, ninnə, ninnə, ninnə… Doymadan dinlədiyim mahnilardan biri… Behiştlik Nərminə xanım Məmmədovanın əvəzsiz ifasi…
-
Ikisi bir boyda gəzən gözəllər Ikisi bir boyda gəzən gözəllər, Toyda, mağarda süzən gözəllər, Hər sözə bir söz düzən gözəllər, Adı dillərdə gəzən gözəllər. Eyvana çıxdım, gördüm yar gəlir, Dağlar maralı o maral gəlir, Başına örtüb xara şal gəlir, Yanağı üstə qara xal gəlir. Asıq gərək deyə sözün düz-düzə, Aşıqlar kimi baxaq göz-gözə, Hörüklü saçlar tökülsün dizə, Hərdən bir üzlər dəysin üz-üzə. Gəl, cavanıq, gəl verək əl-ələ, Yellər əsəndə dəysin tel-telə, Qovuşaq omrə necə sel-selə, Gələk uz-uzə necə gül-gülə.
-
Üç meyvə Meyvələrdə üç meyvə var, üçü də balam yeməli, Biri alma, biri heyva, biri nar, Alma sənin, heyva da sənin, nar mənim yar, nar mənim, Indi bildim, sən mənimsən, sən mənim… Bu yerlərin üç yolu var, üçü də balam getməli, Biri eniş, biri yoxuş, biri düz, Eniş sənin, yoxuş sənin, düz mənim yar, düz mənim, Bilirəm, gəlməlisən gəlməli… Ayda bir yol, həftədə bir yol, gəlməlisən gəlməli…
-
Xumar oldum Mən gəlmişəm sənə qonaq, Ceyran, mənə bax, bax, Mənə bişir bir qayqanaq, Ay qiz mənə bax, bax, Maral, mənə bax, bax. Xumar oldum, xumar oldum, Kətan koynək, nazik bədən, Gördüm, bihal oldum… Getdim gördüm bağda yatıb, Ay qız mənə bax, bax, Qara zülfü gülə batıb, Ceyran, mənə bax, bax, Maral, mənə bax, bax.
-
Qarabağın maralı Gəzmə məndən aralı, könlüm səndən yaralı, Gözlərinə heyranam, Qarabağın maralı, Sən bulaq üstə gələndə, qıygacı baxıb güləndə, Aldın səbrü-qərarimi, Qarabağın marali. Mən qurbanam gözlərə, şirin-şirin sözlərə, Bir qonaq gəl bizlərə, Qarabağın maralı. O günə qurban kəsərəm, gəlməsən səndən küsərəm, Gəzərəm səndən aralı, Qarabağın maralı. Gedək Qırxqız yaylağına, ceyran-cüyür oylağına, Enək Isa bulağına, Qarabağın maralı. Turşsu olsun yaylagımız, gözəl Şuşa oylagımız, Sən olaydın qonagımız, Qarabağın maralı.
-
Evləri var xana-xana Evləri var xana-xana, Mən kül oldum, ay aman, yana-yana, Yaylığının yanı buta, Məni saldın, ay aman, ay aman yanar oda, Obaları oymaq-oymaq, Yalan sözdür, ay aman, yardan doymaq, Üzü gülər, ləbi qaymaq, Yalan sözdür, ay aman, yardan doymaq, Heç olmazmiş, ay aman, yardan doymaq, Yalan sözdür, yalan sözdür, yardan doymaq.
-
Əsmərim Əsmərim biçim-biçim, Ölurəm Əsmər üçün, Aləm mənə düşməndir, Əsməri sevdiyimçün. Gülüm oy, oy, oy, gözəl yariı, Əsmərim oy… Əsmərin yanaqları, Su götürüb arxları, Şeh düsmüş gülə bənzər, Əsmərin dodaqları.
-
Girdim yarın bağçasına Girdim yarın bağçasına, çiçəklər açmış, O yar mənim ürəyimə yaralar sancmış, Gəl, gəl, gəl gözəlim, gəl, sevirəm səni, Əgər qismətim olarsan, alaram səni. Girdim eşqin dəryasina, gəmim dolmadı, Gənc yaşımda bir yar sevdim, mənim olmadı. Ən sevimli mahnılardan biri...
-
Qara qız Bülbüllər gəzər bağı, Yar gələr, süzər bağı, Dodağın gül qönçəsi, Açılsa, bəzər bağı. Tellərini yan dara, qız, Eylə dərdimə çarə, qız, Ay qaşı-gözü qara qız, Eylə dərdimə çarə, qız. Mən aşiqəm halına, Üzdə qara xalına, Lalə, bənövşə yetməz, Yarın gül camalına. Bulud ötüb, ay hanı? Qaşın kimi yay hanı? Gəzdim eli-obanı, Eldə sənə tay hanı?
-
Daşlı qala Bulaq başı toz olar, Üstü dolu qız olar, Əyil, dəsmalın götür, Mən götürsem söz olar. Bu qala daşlı qala, Çınqıllı, daşlı qala, Qorxuram, gəlməyəsən, Gözlərim yaşlı qala. Əzizim olmayaydi, Saralıb solmayaydi, Bir ayrılıq, bir ölüm, Heç biri olmayaydı, Dağlara çən düşəndə, Sünbülə dən düsəndə, Ruhum bədəndə oynar, Yadıma sən düşəndə.
-
Aman təklik əlindən Haray getdi dəm əldən, Qoymaz məni qəm əldən, Gedirsə, dərd-qəm getsin, Getməsin həmdəm əldən Aman, təklik əlindən, Bidad, təklik əlindən, Baş götürüb gedərəm, Bivəfa yar əlindən. Qərənfiləm, dəstəyəm, Bülbüləm, qəfəsdəyəm, Gedin yarima deyin, Həsrətindən xəstəyəm.
-
Ceyran Araxçının məndədir, ceyran, Sərmişəm, çəməndədir, ceyran, Aləm gözələ dönsə, ceyran, Mənim gözüm səndədir, ceyran. Aşiqin çoxdur sənin sənin, çoxdur, Kipriyin oxdur sənin, oxdur, Dərdindən mən dəliyəm, Heç xəbərin yoxdur sənin, ceyran. Ulduz dönüb ay olmaz, ceyran, Qış keçməsə yay olmaz ceyran, Könül sevən gözələ, ceyran, Gözəllikdə tay olmaz, ceyran.
-
Bağçada güllər Ay dərya kənarında bir ev tikmişəm, Ay hasarın çəkmişəm, üstün örtmüşəm, Ay bu gələn gözələ gözüm dikmişəm. Bağçada güllər, oxur bülbüllər, Blə deyirlər, yənə yaz gəlir. Ay əlinə al, çalıb dindir sazını, Ay mən çəkərəm hər dəm sənin nazını, Ay şəmsi-qəmər kimi göstər üzünü.
-
Deyin mübarək olsun Deyin, mübarək olsun, Bu toy mübarək olsun, Gəlin getdiyi yollar, Gül olsun, çiçək olsun. Ulduz gəlin, ay gəlin, Yoxdur sənə tay, gəlin, Bu gün sənin toyundur, Nazik yuxa yay, gəlin. Dəryadan keçdim, gəldim, Suyundan içdim, gəldim, Gözəllərin içindən, Tək səni seçdim, g'ldim.
-
Aman nənə Asta yeri, kəmər düşər belindən, Aman nənə, zalım nənə, yar nənə, Ayrı düsdüm gülümdən, bülbülümdən, Aman nənə, zalım nənə, yar nənə, O qədər sevirəm, düsməz dilimdən, Ay aman yar, ay zalım yar, Ay gözəl yar, ay gül yar. Bir yaylığım vardı gülü ozündən, Aman nənə, zalım nənə, yar nənə, Dolanır boynuma ozü-ozündən, Aman nənə, zalım nənə, yar nənə, Mən nə dedim, küsdün mənim sözümdən? Ay aman yar, ay zalım yar, Ay gözəl yar, ay gül yar. Yarima demişəm mənə saz alsın, Aman nənə, zalım nənə, yar nənə, Onu çalım, dərdi-qəmim azalsın, Aman nənə, zalım nənə, yar nənə Məgər mən ölmüşəm, yarım qız alsın? Ay aman yar, ay zalım yar, ay gül yar.
-
Əlində sazı Qurbanı Əlində sazı qurbanı, Eyləmə nazın qurbanı, Ollam gözlərin qurbanı, Öldürmə məni, yandırma məni, Dur gəl naz ilə, naz ilə, Söhbət, saz ilə, saz ilə. Nə baxirsan yanı-yanı, Oldum gözlərin qurbanı, Əvvəlki məhəbbət hanı, Belə şümşad barmaq olmaz, Ləbin kimi qaymaq olmaz, Gülüm səndən doymaq olmaz.
-
Durnam Dilbər könlüm aramı, Yoxdur könlüm aramı, Sən ki tebib deyildin, Neçin açdın yaramı, durnam? Sən haralisan, durnam? Mən buralarda durmam, Gedəlisən, əsmər yarım, Gəl sinəm üste dolan, Qarpız kəsdim, yeyən yox, Halın necə, deyən yox, Yarım mənlə barışıb, Gözün aydin deyən yox, durnam. Qarpız kəsdim bal kimi, Dilimlədim nar kimi, Gördüm yarın əllərini, Gecə yağmiş qar kimi, durnam.
-
Bəh-bəh Gül açılanda yaz olur, bəh-bəh-bəh! Kədərim, qəmim az olur, bəh-bəh-bəh! Gözəldə işvə-naz olur, bəh-bəh-bəh! Gəl-gəl, gözəl yar, sevirəm səni! Yarın bağında şirin olur üzüm, Sənin ayrılığına nəcə dözüm? Sənə qurban olsun bu iki gözüm, Gəl-gəl, gözəl yar, sevirəm səni! Bülbül bağlarda səs salır cəh-cəh-cəh! Güllərin ətrini alır, bəh-bəh-bəh! Musiqi səsi ucalır, cəh-cəh-cəh! Gəl-gəl, gözəl yar, sevirəm səni!
