Перейти к содержимому

vhs70

Members
  • Публикации

    2
  • Зарегистрирован

  • Посещение

Previous Fields

  • Обращение
    на "Ты"

Profile Information

  • Пол
    Male

vhs70's Achievements

0

Репутация

  1. Bismlləhir Rahmənir Rəhim. Əlhəmdülillahi Rabbil aləmin. Əssalamu Əleykum. Sizin «rafizilərə rədiyyə» haqda yazınızı oxudum. Və tam razıyam ki Allah Təalanın dininə bidət gətirmək küfrün ən yüksək nöqtəsidir. Amma bir şeyi başa düşmürəm ki nəyə görə hər dəfə bidətdən danışanda şiə sözünü belə tez-tez işlədirsiniz. Bu qədərmi şiəlik barədə ifrat düşmənçilik mövqeyindəsiniz? Mən özüm və tanıdığım həqiqi islamı qəbul etmiş mömün qardaş və bacılarımız sizin mövzuda qeyd etdiyiniz bidətləri qəbul etmirik amma bununla yanaşı sizin bidət saydığınız bir çox şeyləri isə bidət saymırıq. Bu barədə (təvəssül, vəsilə, ziyarətgahlar, türbət, möhür və s.) forumda yetərincə yazılıb. Allah o mömünlərdən razı olsun ki bu mövzular barədə Qurani Kərimə və səhih hədislərə istinad edərək dəlil və sübutlar gətirmişlər. Əgər özünü siə adlandıran hər hansı bir kəs əməlində qəsdən və ya cahillik ucbatından bidətə yol verirsə onda bütün Şiələri bidətçi adlandırmağa nə dərəcədə haqqınız çatır??? Həzrəti Əli (ə.s.) dindən dönmüş xəvaricləri və əliallahlıları (nəuzubillah) qılıncdan keçirmədimi? Kim idi Həzrəti Əli (ə.s.) ? Peyğəmbərə (s.ə.s.) ondan yaxın bəndə var ? Kimin şiəsiydi İmam Əli (ə.s.)? Peyğəmbərin (s.ə.s.)! Biz də Peyğəmbərin (s.ə.s.) və Həzrəti Əlinin (ə.s.) şiələriyik . Nə ixtiyarla Bizi təhqir edirsiz? İmamət barədə də sizin bilgiləriniz demək olar 0 dərəcəsindədir. Ən azından imamət barədə danışanda səhih saydığınız kitabları diqqətlə oxuyun. Tesaduf deyil ki, shielik ile yehudilik haqqinda melumati olanlar bunlar arasinda cox oxsharliqlar t. bilerler. Sadece on iki imam meselesini qeyd etmek yerine dusherdi. Allahu Teala buyurur: “ Allah beni-Israilden soz aldi ve onlardan on iki nefer imam secdi. (Maide 12). Bu sizin sitat. Bunlar isə sizin səhih kinadlardan..... 1. “Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: “Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu: لا يَزالُ الْاِسْلامُ عَزيزاً اِلى اِثْنى عَشَرَ خَليفَةً – ثُمَّ قالَ كَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ كُلُّهُم مِنْ قُرَيْشٍ!: “On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan “Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: “Onların hamısı Qüreyş tayfasındandır!” Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən “La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində “La yəzalu hazəl-əmr” (Bu iş həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir. Başqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuşdur. Bir hədisdə Amir ibn Sə’d ibn Əbi Vəqqasdan belə nəql edilir: “Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: “Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İslam dini qiyamətə qədər yaşayacaq və mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: “Müsəlmanların kiçik bir qismi “Ağ” evi, “Kəsra” evini, yaxud da “Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: “Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın!” Yenə “Səhihi-Müslim”də başqa bir “təriq”lə (ravilərin sırası) Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “On iki xəlifənin hökuməti durduqca, bu din izzətli, qüdrətli və yenilməz olacaq!” Bu hədisin sonunda da “Kulluhum min Qureyş!” (Onların hamısı Qüreyş tayfasındandır” ifadəsi görünür. 2. Bu hədis “Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur: يَكُونُ اِثْنى عَشَرَ اَمِيراً فَقالَ كَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: كُلُّهُم مِنْ قُرَيْشٍ!: “Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: “Onların hamısı Qüreyş tayfasındandır!” 3. Bunun oxşarı “Səhihi-Termizi” kitabında da azacıq fərqlə qeyd olunmuş və Termizi onu nəql etdikdən sonra yazmışdır: “Bu hədis “həsən” və səhihdir!” 4. “Səhihi-Əbi Davud” kitabında da bu hədis azacıq fərqlə qeyd edilmişdir. Hədisin deyilişindən başa düşülür ki, Peyğəmbər (s) onu böyük bir cəmiyyət qarşısında buyurmuşdur. Rəvayətdə göstərildiyi kimi, Peyğəmbər (s) “Bu din on iki xəlifənin rəhbərlik etdiyi vaxta qədər, həmişə izzətli, qüdrətli və yenilməz olacaqdır” deyə buyurduqda, camaat uca səslə “Allahu-Əkbər” demişdir. 5. “On iki imam” hədisi Əhməd ibn Hənbəlin “Müsnəd” kitabının bir neçə yerində qeyd edilmişdir ki, bə’zi təhqiqatçılar onu otuz dörd vasitə ilə Cabirdən nəql etmişlər. Bir yerdə Məsruqun belə dediyini görürük: “Biz Abdullah ibn Məs’udun yanında oturmuşduq, o bizə Qur’an oxuyurdu. Bir nəfər ondan “Heç Peyğəmbərdən (s) öyrənmisinizmi ki, bu ümmətə neçə nəfər xəlifəlik edəcəkdir?” deyə soruşduqda, “İraqa gəldiyim vaxtdan səndən başqası bu sualı soruşmamışdır!” deyərək belə əlavə etdi: “Bəli, bunu Allahın Rəsulundan (s) soruşduqda, buyurdu: اِثْنى عَشَرَ كَعِدَّةِ نُقَباءِ بَنِى اِسْرائِيلَ: “Bəni-İsrailin (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdir!” Yuxarıda qeyd etdiyimiz hədislər əhli-sünnənin ən məşhur və mö’təbər kitablarından əlavə, digər kitablarda da qeyd edilmişdir. Məqsəddən yayınmamaq üçün onların kiçik bir qisminə işarə edəcəyik. Əlavə izahat üçün “Ehqaqul-həqq”, “Fəzailul-xəmsə”, “Müntəxəbul-əsər” və digər kitablara müraciət edə bilərsiniz.
  2. Salam əleykum əziz müsəlman qardaşlarim. Uzun müddətdir ki forumda olan yazıları oxuyuram. Allah təala o kəslərdən razı olsun ki, onların sayəsində imanımız kamilləşir, təqvamız təmızlənir. Etiraf edirəm ki bu sahədə hələ də elmim azdır. Amma hələ Haqq yoluna gəlməmişdən öncə də çox narahat olduğum bir şey var. O da sünnü şiə məsələsi. Həmd olsun Allaha ki mən bu yolda azmadım. Saytlarda olan məlumatları araşdırdım, xütbələrə qulaq asdım, hədislər oxudum. Uzun müddət həqiqət axtarışından sonra Allahın Həqiqətini tapdım. O Həqiqəti ki, Allah təalanın Haqq yolu olan Tövhiddir. Peyğəmbərin (s.ə.s.) sünnəsidir. Nədənsə çoxları sünnə dedikdə sırf Peyğəmbərin (s.ə.s.) əməllərini qəbul edir. Bunun özü çox böyük Tövhiddir. Peyğəmbəri (s.ə.s.) sevmək Allah təalanı sevmək deməkdir. Bəs Peyğəmbərin (s.ə.s.) sevdiklərinə olan sevgi??? Bunun özü Allah təalanı sevmək deyilmi??? Yaradana şükürlər olsun ki bütün müsəlmanlar Allahın təkliyini və Peyğəmbərin (s.ə.s.) risalətini yekdilliklə qəbul edir. Amma Əhli Beytə gələndə isə… Hətta çoxları Əhli Beytin kimlər olduğunu bilmirlər. Baxmayaraq ki bir бox sünnü şiə alimləri bu barədə açıq aydın hədislər gətiriblər. Məgər Peyğəmbər (s.ə.s.) risalətinin əcri olaraq bütün müsəlmanlardan öz Əhli Beytinə məhəbbət istəyəndə Allah təalanin sözlərini demədimi? Məgər Peyğəmbər (s.ə.s.) müsəlmanlar arasinda iki əmanət qoymadımı? Niyə bir çox müsəlmanlar əsl sünnənin nə olduğunu başa düşmürlər? Bir tərəfdən Əhli –Beytə olan məhəbbətdən və hörmətdən danışıb, digər tərəfdən Həzrəti Əlinin (ə.s.) xanım Fatimeyi-Zəhranın (s.ə.) imam Həsənin (ə.s.) və imam Hüseynin (ə.s.) qatillərinə Allahdan rəhmət diləyirlər. Bu hansı məntiqə sığır? Məntiq demişkən çoxları bu sözü heş qəbul etmir. Sanki düşünməkdən məhrum olmuş qəlbsiz robotdurlar. Peyğəmbər (s.ə.s.) buyurmuşdur ki, mənim səhabələrim ən yaxşı insanlardır. Və həqiqətən də onlar haqda yox ki lənət demək, hətta nalayiq danışmaq da olmaz. Amma bir çoxları səhabə dedikdə səhv olaraq nəinki Peyğəmbər (s.ə.s.) dövründə yaşamış və onu heç olmasa bir dəfə görmüş insanları nəzədə tutur , hətta islam düşmənləri olan Əbu Süfyan nəslindən Müaviyyə ibn Əbu Süfyan və digərlərini səhabə sayır. Hətta Yezid ibn Müaviyə üçün Allahdan razılıq diləyirlər. Budurmu Peyğəmbərin (s.ə.s.) sünnəsi??? Bunun müqabilində Peyğəmbərə (s.ə.s.) atalıq etmiş əmisi, Həzrəti Əlinin (ə.s.) atası Əbu Talib ibn Əbdül Mütalibi kafir sayırlar. Bu da onların məntiqi ! Hamı çox gözəl bilir ki müsalmanlar arasında olan bu ixtilafın arxasında kimlər durur. Lakin buna baxmayaraq yenə də bu mübahisələrlə islam düşmənlərinin dəyirmanına su tökürük. Müsəlmanların bir ümmətdə birləşməsi üçün isə sadəcə Haqqı düşünərək qəbul etmək lazımdır. Allah təala bir çox ayələrdə buyurur ki düşünən qövm üçün bu kitabda böyük hikmət var. Allah bütün həqiqi müsəlmanları bəlalardan qorusun birləşməyə kömək olsun. Amin !
×
×
  • Создать...