Bismlləhir Rahmənir Rəhim. Əlhəmdülillahi Rabbil aləmin.
Əssalamu Əleykum.
Sizin «rafizilərə rədiyyə» haqda yazınızı oxudum. Və tam razıyam ki Allah Təalanın dininə bidət gətirmək küfrün ən yüksək nöqtəsidir. Amma bir şeyi başa düşmürəm ki nəyə görə hər dəfə bidətdən danışanda şiə sözünü belə tez-tez işlədirsiniz. Bu qədərmi şiəlik barədə ifrat düşmənçilik mövqeyindəsiniz?
Mən özüm və tanıdığım həqiqi islamı qəbul etmiş mömün qardaş və bacılarımız sizin mövzuda qeyd etdiyiniz bidətləri qəbul etmirik amma bununla yanaşı sizin bidət saydığınız bir çox şeyləri isə bidət saymırıq. Bu barədə (təvəssül, vəsilə, ziyarətgahlar, türbət, möhür və s.) forumda yetərincə yazılıb. Allah o mömünlərdən razı olsun ki bu mövzular barədə Qurani Kərimə və səhih hədislərə istinad edərək dəlil və sübutlar gətirmişlər. Əgər özünü siə adlandıran hər hansı bir kəs əməlində qəsdən və ya cahillik ucbatından bidətə yol verirsə onda bütün Şiələri bidətçi adlandırmağa nə dərəcədə haqqınız çatır??? Həzrəti Əli (ə.s.) dindən dönmüş xəvaricləri və əliallahlıları (nəuzubillah) qılıncdan keçirmədimi? Kim idi Həzrəti Əli (ə.s.) ? Peyğəmbərə (s.ə.s.) ondan yaxın bəndə var ? Kimin şiəsiydi İmam Əli (ə.s.)? Peyğəmbərin (s.ə.s.)! Biz də Peyğəmbərin (s.ə.s.) və Həzrəti Əlinin (ə.s.) şiələriyik . Nə ixtiyarla Bizi təhqir edirsiz?
İmamət barədə də sizin bilgiləriniz demək olar 0 dərəcəsindədir. Ən azından imamət barədə danışanda səhih saydığınız kitabları diqqətlə oxuyun.
Tesaduf deyil ki, shielik ile yehudilik haqqinda melumati olanlar bunlar arasinda cox oxsharliqlar t. bilerler. Sadece on iki imam meselesini qeyd etmek yerine dusherdi. Allahu Teala buyurur: “ Allah beni-Israilden soz aldi ve onlardan on iki nefer imam secdi. (Maide 12). Bu sizin sitat.
Bunlar isə sizin səhih kinadlardan.....
1. “Səhihi-Müslim” kitabında Cabir ibn Sumrənin belə dediyi nəql olunur: “Allahın Rəsulundan (s) eşitdim ki, belə buyurdu:
لا يَزالُ الْاِسْلامُ عَزيزاً اِلى اِثْنى عَشَرَ خَليفَةً – ثُمَّ قالَ كَلِمَةً لَمْ اَفْهَمْها! فَقُلْتُ لِاَبِى ما قالَ؟ فَقالَ كُلُّهُم مِنْ قُرَيْشٍ!:
“On iki xəlifə müsəlmanlara rəhbərlik edən vaxta qədər İslam izzətli olacaq.” Sonra o həzrət bir söz dedi ki, mən başa düşmədim. Atam Peyğəmbərə (s) yaxın olduğundan, ondan “Peyğəmbər (s) nə buyurdu?” deyə soruşduqda, atam (Peyğəmbərin (s) belə buyurduğunu) dedi: “Onların hamısı Qüreyş tayfasındandır!”
Həmin kitabda başqa bir sənədlə Cabir ibn Abdullah Ənsaridən “La yəzalul-İslamu əzizən” (İslam dini həmişə əziz olacaqdır) ifadəsinin yerində “La yəzalu hazəl-əmr” (Bu iş həmişə davam edəcəkdir) ifadəsini nəql etmişdir.
Başqa bir hədisdə isə “La yəzalu hazəd-din əzizən məniən” (Bu din həmişə izzətli və yenilməz olacaqdır), deyə buyurulmuşdur.
Bir hədisdə Amir ibn Sə’d ibn Əbi Vəqqasdan belə nəql edilir: “Cabir ibn Sumrəyə məktub yazıb bildirdim ki, Peyğəmbəri-əkrəmdən (s) eşitdiyi hədisləri mənə yazıb göndərsin. O da mənə belə yazmışdı: “Mən Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “İslam dini qiyamətə qədər yaşayacaq və mütləq sizə Qüreyş tayfasından olan on iki xəlifə rəhbərlik edəcək!” Həmçinin belə buyurdu: “Müsəlmanların kiçik bir qismi “Ağ” evi, “Kəsra” evini, yaxud da “Kəsra” övladlarını fəth edəcək!” Sonra xəbərdarlıq etdi: “Qiyamətdən qabaq yalançılar meydana çıxacaq, onlardan uzaqlaşın!”
Yenə “Səhihi-Müslim”də başqa bir “təriq”lə (ravilərin sırası) Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “On iki xəlifənin hökuməti durduqca, bu din izzətli, qüdrətli və yenilməz olacaq!” Bu hədisin sonunda da “Kulluhum min Qureyş!” (Onların hamısı Qüreyş tayfasındandır” ifadəsi görünür.
2. Bu hədis “Səhihi-Buxari” kitabında oxşar ifadələrlə Cabir ibn Abdullah Ənsarinin Peyğəmbəri-əkrəmdən (s) belə eşitdiyi nəql olunmuşdur:
يَكُونُ اِثْنى عَشَرَ اَمِيراً فَقالَ كَلِمَةً لَمْ اَسْمَعْها! فَقالَ اَبِى اِنَّهُ قالَ: كُلُّهُم مِنْ قُرَيْشٍ!:
“Məndən sonra on iki əmir olacaq.” Sonra həzrət bir söz buyurdu ki, mən eşitmədim. Atam dedi ki, həzrət deyirmiş: “Onların hamısı Qüreyş tayfasındandır!”
3. Bunun oxşarı “Səhihi-Termizi” kitabında da azacıq fərqlə qeyd olunmuş və Termizi onu nəql etdikdən sonra yazmışdır: “Bu hədis “həsən” və səhihdir!”
4. “Səhihi-Əbi Davud” kitabında da bu hədis azacıq fərqlə qeyd edilmişdir. Hədisin deyilişindən başa düşülür ki, Peyğəmbər (s) onu böyük bir cəmiyyət qarşısında buyurmuşdur. Rəvayətdə göstərildiyi kimi, Peyğəmbər (s) “Bu din on iki xəlifənin rəhbərlik etdiyi vaxta qədər, həmişə izzətli, qüdrətli və yenilməz olacaqdır” deyə buyurduqda, camaat uca səslə “Allahu-Əkbər” demişdir.
5. “On iki imam” hədisi Əhməd ibn Hənbəlin “Müsnəd” kitabının bir neçə yerində qeyd edilmişdir ki, bə’zi təhqiqatçılar onu otuz dörd vasitə ilə Cabirdən nəql etmişlər.
Bir yerdə Məsruqun belə dediyini görürük: “Biz Abdullah ibn Məs’udun yanında oturmuşduq, o bizə Qur’an oxuyurdu. Bir nəfər ondan “Heç Peyğəmbərdən (s) öyrənmisinizmi ki, bu ümmətə neçə nəfər xəlifəlik edəcəkdir?” deyə soruşduqda, “İraqa gəldiyim vaxtdan səndən başqası bu sualı soruşmamışdır!” deyərək belə əlavə etdi: “Bəli, bunu Allahın Rəsulundan (s) soruşduqda, buyurdu:
اِثْنى عَشَرَ كَعِدَّةِ نُقَباءِ بَنِى اِسْرائِيلَ:
“Bəni-İsrailin (saleh) rəhbərlərinin sayı qədər, on iki nəfərdir!”
Yuxarıda qeyd etdiyimiz hədislər əhli-sünnənin ən məşhur və mö’təbər kitablarından əlavə, digər kitablarda da qeyd edilmişdir. Məqsəddən yayınmamaq üçün onların kiçik bir qisminə işarə edəcəyik. Əlavə izahat üçün “Ehqaqul-həqq”, “Fəzailul-xəmsə”, “Müntəxəbul-əsər” və digər kitablara müraciət edə bilərsiniz.