Перейти к содержимому

Abusaid

Members
  • Публикации

    49
  • Зарегистрирован

  • Посещение

Previous Fields

  • Обращение
    на "Вы"

Abusaid's Achievements

0

Репутация

  1. Bilirsən,sənin kimisinə sübut etmək çətindir ki,nə nəsxə aiddir,nə təhrifə.Biz hər şeyi öz ağlımıza görə anlasaydıq və əgər sən öz ağlınla bəzi məsələlərə izah verməyə çalışsaydın,necə ki,verirsən,hər şey bir-birinə qarışardı.Biz öz havamıza görə hər şeyə izah verməməliyik. Sən əgər sözündə haqqlısansa buyur,alimlərin sözü ilə danış,nağıl danışma. Birdə sənə deyildi ki,boşboğazlıq eləmə,sözün varsa,söz danış.
  2. Mən deyirəm.İndiyə kimi al-Fath bu sözü Küleyniyə aid edirdi və hər dəfə bu sözü Küleyninin sözü olaraq onun Qurana inandığını sübut etmək üçün gətirirdi. İmam Sadiqin bu sözü deməsi təəcüblü deyil.Bizim söhbət ondan gedirdi ki,Küleynin şəxsi fikri nə idi? Çünki,onun kitabında bir-birinə zidd rəvayyətlər var.Mən yuxarıda digər şiyə alimləri kimi Küleyninin təhrifə inandığını deyən alimlərin sözlərini gətirdim. Başqa sual odur ki,İmamlardan təhrifi təsdiq edən iki min rəvayyətə qarşı bunu inkar edən neçə rəvayyət var? Burda Müfid təhrifi inkar etmir.Sadəcə başqa cür izah verir.Bu sözünə nə deyirsən? Muhəmməd bin Muhəmməd ən-Nu`man əl-Mufid "Əvəilul-məqalət" kitabında demişdir: "Şübhəsiz ki, Muhəmmədin (sas) əhli beytindən olan hidayət imamlarından gələn xəbərlərə görə, Qur`anda ixtilaf vardır və zalimlər onu ixtisar və naqis etmişlər". ("Əvəilul-məqalət" (səh. 91) http://answer2islamnews.blog.ru/#post40586003
  3. Feyz Kaşanini belə müdafiyə edirsən,bəs başqaları?Müəllif təhrif baradə sizin kitablardan sitatlar gətirib,əsasən də şərhsiz.Sənə dedim ki,kitabın 90 %-i sitatlardan ibarəttdir.Yəni,şərhə nə şərh vermək olar? Mən yenə deyirəm.Əgər Kaşani bir yerdə təhrifi qəbul edir,başqa yerdə onu inkar edirsə bunu necə başa düşmək olar.Biz ancaq bəzi şiyə alimləri kimi ehtimal edə bilərik ki,".... Görü-nür, onlar bu sözü bir çox məqsədlərlə demişlər, bu məqsədlərdən biri də Quranı tənədən xilas etmək idi". Sonra o aydınlaşdırır: "Necə ola bilər ki, bu məşhur adamlar öz əsərlərində Quranın başına bu işlərin gətirildiyini əhatə edən çoxlu xəbərlər rə-vayət etmişlər, Quran ayəsi də bunu təsdiq etmişdir? — "Sonra dəyişdirilib belə oldu" (Seyyid Nemətulla Cəzairi. "əl-Ənvar" əsəri.) Bu təqiyyədir ki,bundan şiyə alimləri eninə-geninə istifadə ediblər.Hətta,sənə müasir şiyə alimlərindən misal gətirdim ki,sünnilərlə bir səfdə onlar kimi namaz qılmaq adi şiyəyə caizdir.Halbuki,elə bu alim özü inanır ki,onların namazı batildir. Sən belə elə.O kitab əlindədir.Mənə göstər görüm konkret harda Feyz Kaşaninin təhrifə inandığını iddia edib?Söhbət ancaq Kaşanidən gedir.O,ancaq onun sözünü gətirib. İndi sən mənim cavabsız qoyduğun suallarıma cavab ver. Mən sənə təkrar etməkdən yoruldum.İnsan nə qədər böhtançı və yalançı olar.Sən sadəcə cahilsən. Haqqlısan. Sən birinci sizin alimlərə görə təqiyyənin şərtləri,qaydalaı ilə tanış ol,sonra bu baradə danış.Elə o kitaba müraciət elə.Kaşani baradə İhsan Zahirin sözlərini yaz,gözləyirəm. Hə,nə oldu,səndən heç olmasa bir dəfə də konkret cavab alcağıq,yoxsa həmişəki kimi fırladacaqsan? Vallah,mən səndə və sənin ustadlarında üz gördüm ki,ya haqqa yalan don geydirər,ya da batili haqq kimi görsədərlər.Böhtan atmaqda,yalanı müdafiyə etməkdə sizin kimilərini görmək çətindir. Sən dünyanı da,axirətini də məhv eləmisən.Sizin simanız budur.Görəndə ki,çətin vəziyyətdədirlər o saat keçirsiz söyüşə,lənətə.Çünki,hədisə görə münafiqlərin 3 xüsusiyyəti budur ki,danışanda yalan danışar,əhdinə sadiq olmaz və mübahisə edərkən söyüş söyər. Heç şübhə yoxdur ki,Səhabələrə söyən və onları lənətləyən zındıq və kafirdir.Lazım olsa dəlilləri yazaram.Amma,bura onun yeri deyil. Mən deyirəm əgər o adamlar lənətə layiqlərsə Allah onlara,əgər deyilsənsə bunu deyən münafiqlərə və bunu deyən bu şəxsə lənət elə.Amin. Əgər sən bundan sonra adam kimi danışaqsansa danışaq,yoxsa mən belə səviyyəsiz adamla danışmaq niyyətində deyiləm. Sizlər qarşı tərəfi təhqir,təhrik etməklə əsl simanızı görsədirsiz.Sənin İslamın budur?
  4. Sən dilçilikdə yeni inqilab etmək fikrindəsən?Yalan ona deyərlər ki,olmayan bir şeyi olmuş və ya yalanı həqiqət kimi görsədəsən.Məgər İhsan Zahir Kaşaninin bütün kitabında yazılanları öz kitabında yazmalıyıdı? O,sadəcə Kaşani kimi onlarla digər şiyə aliminin kitabından sitatlar gətirmişdi və müzakirə olunan mövzuda İmamiyyə məzhəbində Qurani Kərim haqqında bu alimlərin düşüncələri idi.Əgər konkret olaraq Kaşani bir yerdə bir söz,başqa yerdə onun əksi olan söz deyirsə İhsan Zahir nə etsin? Mən yuxarıda bəzi qısa sitatlar gətirdim ki,bəzən təhrifi inkar edən şiyə alimlər bunu müəyyən məqsədlər üçün etmişlər və təqiyyə də bu yolda işlənən üsullardandır. Ona görə əgər iradın varsa,ancaq alimlərinə et ki,onlar sənə təqiyyənin necə gözəl və əvəzedilməz metod olduğunu izah etsinlər. Bir də,mən axı xahiş etmişdim ki,mənim yazdlqlarımın hamısına münasibət bildirəsən,suallarıma cavab verəsən.Yazılanların,sualların üstündən ötüb keçmək-bu söhbət deyil. Mənim xahişimi də unutma,əgər bu gizli elm deyilsə.Elmi paylaşmaq savabdır. Hər halda sizlərdən heç biriniz adı çəkilən alimlərinizi Kaşanidən yaxşı tanıya bilməzsiz və onu səhv nəticəyə gəlməsini iddia etmək də əsassızdır.Ən azı ona görə ki,Kaşani "Safi" adlı təfsir kitabının müəllifidir və Quran mövzusunda şiyə aləmində onun kimi bilikli adam öz dövründə gərək ki,olmasın.Əlbəttə,Kaşaninin səhvi onda olub ki,bunu deməklə sizi çətin vəziyyətə salıb. Hər halda İhsan Zahirin kitabında bu adı çəkilən və çəkilməyən şiyə alimlərinin kitablarından da sitatlar gətirilmişdir.İndi sənin qalxıb deməyin ki,yox onlar bunu demək istəməyiblər və Kaşani də səhv başa düşüb,bu biraz gülməli olar. Hər halda Kaşaninin bu etirafı haqqda sizin alimlərin də rəyi maraqlı olardı. Bunu mən yazmışam. Vallah,deyəsən ya sənin ağlında,ya da gözündə problem var?Mən sənə neçənci dəfədir ki,yazıram,sən yenə öz bildiyini yazırsan.Başa düşürəm lənət etmək xoşuna gəlir,onsuzda edirsən,biri 5 qəp-n.Sən burdan-bura boynuma şər atıb,demədiyimi boynuma yıxıb,məni lənətləməyə hazırlaşırsan.Göstər görüm mən sənə nə vaxt dedim bunu.Sən mənim yazdıqlarımı oxuyursan,yoxsa gözlərini yumub,qulaqlarını bağlayıb ağzına gələni danışırsan? Buna cavab olaraq sən yazırsan? əxi, sən məni vahabi əxilərinlə səhv salam. öküz kimi gözlərini yumub başını irəli eləmək sizin sahabə Təlhənin xüsusiətidir. siz vahabilərə görədə Təlhə super sahabə olub. yəni onun xasiyəti sizlikdi. Məgər bu mənim sualıma cavabdır.İndi sənə yenə sualımı təkrarlayıram.Mənə böhatn atıb,lənət etməyə hazırlaşdığın,dəfələrlə təkrarladığın ittihamın hanı,göstər.Bunlar sənin və sənin şagirdi olduğun ustadlarının əsl simasının göstəricisidir.Böhtan atıb,lənət etmək. Təlha (r.a) və başqaları ilə sənin kimilərin haqq hesabı Qiyamət günü olacaq.O zaman dilinin dünyada olmamasını arzu edəcəksən.Buna əmin ol. Bu başqa mövzudur və mən belə təhrikedici,təhqiredici sözlərə cavab vermək istəmirəm.Çünki,sənin səviyyənə düşmək istəmirəm.Mən sizin hətta açıq aşkar küfr edən alimləriniz haqqında belə ədəbsiz sözlər işlətməmişəm və bu müsəlman əxlaqına da yaraşmaz amma,görünür "Əhli beyt"məktəbinin yetirmələri bundan artığına qadir olmurlar.Quyruqları qapı arasında qalan kimi keçirlər söyüşə,qarğışa,lənətə və s.Bilirsəndə bu keyfiyyət münafiqlərin üç xüsusiyyətlərindən biridir. Dogrudur,bunu Kaşani kimi tanımasanda hər halda o da Kaşaninin gəldiyi nəticəyə gəlib.Bu Seyyid Teyyib Musəvi Qumminin təfsirini şərh etmiş şiyə alimidir. Bu Teyyib Musəvi harda bu alimlərinizə etiraz edir?O,sadəcə Kaşani kimi onların təhrifə inandıqlarını söyləyir.Əgər sən yenə Küleyniyə aid etdiyin o sözü gətirirsənsə,sən axı yazmışdın ki,bu rəvayət İmam Sadiqdən gəlib,yəni,bu sözü İmam buyurub.Bu fikir ona aiddir,buna izah ver. Mən tələsmirəm və səni də yükləmirəm.Əgər sən deyən kimi bir-bir oturub ayrılıqda onlar haqqında danışsaq bu mövzu çox uzanar.Gördüyün kimi mən bir o qədər əlavə şərh verməkdən,təvil edib,yozmaqdan uzağam.Əsasən sitatlar gətirib,kifayətlənirəm.Məncə şərhə şərh verməzlər.Sizin alimlərin sözləri,sitatları isə şərhdir.
  5. Mən gördüyün və ya görmək istəmədiyin kimi irada cavab vermişəm. Sən bu sualı artıq neçənci dəfədir təkrarlayırsan,buna cavab verilib.Əgər cavab səni qane etmirsə onsuzda səni sizdən başqa heç nə qane etmir.Halbuki,sənə çoxlu sayda ayələr və hədislər gətirmişdik.Əgər sən onlarla açıq aydın dəlilə qarşı bu şübhəni dəlil kimi yox şübhə kimi gətirirsənsə,əvvəla niyyətini təmizlə. Bir:o “atana and olsun”ifadəsi ağızdan qəsdən çıxmayan və ərəblərdə and içmə vərdişindən ola bilər. İki:Bu ifadə Quran ayəsi deyil ki,biz ona tam istinad eləyək.Halbuki,mən sənə eyni mətnə sahib olan lakin,”atana and olsun” sözü olmayan başqa hədis də göstərmişdim.Hər iki hədis də Muslimin kitabında keçirdi və fərq ancaq bu sözdə idi.Heç kəsə sirr deyil ki,səhih hədislər adətən ayrı-ayrı yollarla,başqa ravilər vasitəsi ilə mətnlərində bəzi cüzi dəyişikliklər olmaqla gələ bilir.Bu hədisdə bu sözün həqiqətən Rasulullah (s.a.s) tərəfindən deyilməsini də Allah bilir.Biz ancaq ehtimal edə bilərik ki,bu söz ziyadə ola bilər.Yenə deyirəm:Düzunü Allah bilir. Üç:Deyildi ki,Allahdan başqasına and içmək riya,göstiş və s.əməllər kimi kiçik şirkdir və bu əməli hamı edə bilər.Bir hədisdə Rasulullah (s.a.s) buyurur ki,”şirk qaranlıq gecədə qara qarışqanın görülməsindən də gizli ola bilər.”Şübhə yoxdur ki,Rasulullah (s.a.s) qəsdən olmayan bəzi xırda səhvlər edə bilərdi və O daim bunlardan Allaha sığınardı. Günahdan söhbət gedə bilməz.Çünki,günahda qəsd olunan niyyətdir.
  6. İbn Məsud (r.a) haqqında deyirəm:Onun haqqında belə ittihamlar istər səhabələr,istərsəsə sonrakı alimlər tərəfindən olubmu? Əgər olubsa,sübutlarını gözləyirəm. Əgər olmayıbsa deməli söhbət təhrifdən getmir. Sən ərəb dilini bilirsən?Güman edirəm ki,bilmirsən. Yazdığın sözlərin tərcüməsini yaz,yerləşdir,müzakirə edək. Mənbəyi bilinməyən bu sılkanı bura qoymaqla düzünü deyim sən böyük qəhrəmanlıq etmisən.Çox güclü arqumentləriniz var,görürəm.Mən inanıram ki,əgər sizin yerinizdə başqa məzhəbin və ya başqa dinin nümayəndəsi olsaydı bu təhrif mövzusunda bu deyilənlədən və məlum olanlardan sonra danışmaqdan həya edərdi.Amma,sizlər dediyim kimi manyak Çikotilaya da məhkəmədə də bəraət qazandırarsız və onu haqqlı çıxarardız.
  7. Səndən daha nə cəfəngiyyat eşidəcəyik bundan sonra? Səndən fərqli olaraq mən öz ağlıma görə danışmıram,alimlərin sözlərini sitat gətirməyə üstünlük verirəm.Bütün Əhli Sünnə sizə görə kafirdir,bu aydındır.Öz aglına görə danışma.Mənə öz izahını yazma,axı sənə bunu dəfələrlə demişəm.Əgər bu axmaq nəticəyə gəlmisənsə de görək bu sözlərini dəstəkləyən hansı elm əhli var? Ay insan.Sən axı bilmədiyin məsələ haqqında nə nəticə çıxarmaq istəyirsən?Əgər bir şeyi dərk etmirsənsə,nə danışırsan? Bu hədisin şərhində elə verdiyin sılkada "Bu hadîsin bir rivayetini Müslim, Salâtu'l-Musâfirîn... "Kur'ân'm çeşitli kırâ-atleriyle ilgili şeyler bâbı"nda getirmiştir. "Ve'1-leyli Sûresi"nin bu âyetinde İbn Mes'ûd'un ve Ebu'd-Derdâ'nm ısrar ettiği kıraat, mütevâtir olan ve Mushaf'ta tesbît olunan kıraate muhaliftir. Bu âyet bir kerre "Ve'z-zekeri ve'l-ünsâ"suretinde, ikincisinde de "Ve mâ halaka'z-zekere ve'l-ünsâ" suretinde inmiş ve bu iki büyük sahâbî de birinci inişi ezberlemiş olabilirler. Bu yüzden de cumhurun rivayet ettiği mütevâtir kıraate muhalefet etmiş olabilirler... Bu âyetle İbn Mes'ûd ile Ebu'd-Derdâ kıraatine göre, mahlûka, yânî yaratılmış olan erkek ve dişiye yemîn edilmiş olur. Mütevâtir kıraate göre ise, bunların Hâlık'ına, yaratanına yemîn edilmiş olur... {Müslim Tercemesi, II, 473). Bunun sevk sureti, mürsel hadîs suretidir. Çünkü İbrâhîm bu kıssada hazır bulunmamıştı, lâkin geçen rivayette İbrahim'den; o da Alkame'den şeklinde geldiği için, bu takdîrde bunda da mürsellik yoktur. Bu âyet "Erkeği ve dişiye yaratan o büyük kudret sahibi Hâlık'a da yemîn ederim", yâhud "Mâ" masdariyye olduğuna göre "Yaradışına yemîn ederim" ma'nâsınadır. Yenə deyirəm.Bu hədislər nəsh,tilavət,qiraət və s.mövzusuna aiddir.Burda təhrifdən söhbət gedə bilməz.Sualıma cavab ver.Bu kimi hədisləri alimlər necə başa düşüblər? Doğrudan çətin adamsan,hər dəfə deyirəm açıq yaz,sözünü de,mus-mus eləmə,hər dəfə də eyni şey yazırsan.Vəhabi mənbələri sözü sənin nə qədər cahil nə nadan adam olmağını,İhsan Zahirə yalançı deməyin isə sənin nə qədər böhtançı və yalançı olduğunu görsədir.Halbuki,sən İhsan Zahirin yalan yazmadığını,sizin kitablardan sitatlar gətirdiyini özün yaxşı bilirsən və bunun əksini də isbat edə bilmədin.Halbuki,sənin bu iddianı isbat etmək üçün mən sənə neçə dəfə sual vermişəm və demişəm ki,buyur isbat et,əks təqdirdə böhtan atdığına görə sən yalançısan.
  8. Sizin reytinqiniz 80% -dır, buna görə də Sizə xəbərdarlıq edirəm. Mövzuya aid yazın, əks halda Sizinlə vidalaşmalı olacağıq.
  9. Görünür,necə yetirirsiz.Demək istəyirsiz mən Vəhhabiyəm və özümü belə adlandırdığıma görə məni belə adlandırmaq olar?Elməddin özünü Rafizi adlandırdı,fərqli olaraq. Bu fərqi siz gərək ki,biləsiz.Onlardan fərqli olaraq belə bir məzhəb yoxdur və adına nisbət verdiyiniz alimin adı Vahhab deyil Abdulvahhabdır. Bu ayələrdə Allah yaratdığı məxluqata and içir,bununla da bunların əzəmətini qeyd etmiş olur bir nemət olaraq.Məgər təfsirə,alimlərin sözlərinə baxmaq belə çətindir.Yoxsa,ayələrdən özbaşına nəticə çıxartmaq istəyirsiz? Bütün bu and içilənlər məxluqatdır,Allahın yaratdıqlarıdır. İnsan isə yalnız Allaha and içə bilər.Çünki,and içmək ilahlaşdırmaq,müqəssədləşdirməkdir. Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (4/65) Sonra onların: "Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!"– demələrindən başqa bir bəhanələri qalmayacaq. (6/23) Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir: "Məgər bu dirilmə həqiqət deyilmi?" Onlar: "Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!"– deyəcəklər. O buyuracaqdır: "Elə isə inkar etdiyinizə görə dadın əzabı!" (6/30) Səndən: "O əzab doğrudurmu?"– deyə xəbər alırlar. De: "Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz". (10/53) Onlar dedilər: "Allaha and olsun! Siz bilirsiniz ki, biz bu yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik». (12/73) Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq (15/92) Və bu kimi daha onlarla ayələr var ki,hamısı məxluq and içərkən yalnız Allaha and içilə biləcəyinə işarə edir.Bundan öncə də yuxarıda bu mövzuda Peyğəmbər (s.a.s)-dən gələn hədisləri verdim. Mən nəyi yalan demişəm,alimin sözündən sitat gətirməyimə görə yalançıyam?Allahdan qorxun,böhtan atmayın. Təqiyyə ilə caizdir,yoxsa necə? Çox qəribə adamsız.Mötərizədə olan sözün izahdır,aydındır ki,cümlədən deyil.Mən yazmışdım: "Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah-təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində gəlib ki, imamların müxalifləri (yəni əhli-sünna) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, İmamların ardinca getməyənlərdən götürüləcəkdir". Bax "Çəmiə-Kəbirə" ziyarətin şərhi, səhifə 99. Yeri gəlmişkən üzr istəyirəm (mövzudan uzaq olsada) bu kitabda başqa maraqlı bir sitat var? "Onlar (imamlar) ilahi sifətlər ilə zinətləniblər, onların tamam vücüdları Allahın sifətləridir". (səh 48) Qaldı ki,təkfirə bu baradə çox danışmaq,çox sitatlar gətirmək olar. Müfid deyib: "Imamiyyə həmrəydir ki, kim ki (heç olmasa) bir dənə imamın imamətini inkar etsə, (yaxud ona) tabe olmağın fərz olmasını inkar etsə, cəhənəmdə əbədi qalan kafirdir". Bax Maclisi "Biharul anvar" cild 23, səhifə 390. Qısa olmaq üçün başqa misal gətirmirəm. Söhbət beyət edib,itaətdən çıxanlardan gedir,bu baradə çoxlu hədislər vardır və burda qaranlıq heçnə yoxdur. Bu dünyada müsəlman axirətdə kafir?Yəqin,Xoyinin bu sözlərini nəzərdə tuturduz. "On iki imam şiələrinə müxalif olanların hökmündə doğru görüş budur ki, onların hamısı təmiz sayılır və zahirdə müsəlman olmaqlarına hökm olunur və bunda müxaliflər (yəni sünnilər) ilə - həqiqətdə hamısının kafir olmaqlarına baxmayaraq - digərləri arasında fərq yoxdur. Onlar (yəni müxaliflər) bizim dünyada müsəlman, axirətdə kafir adlandırdığımız kəslərdir." (əl-Xoy "Kitab al-Tahara" 2/87) Maraqlıdır,bu müasir düşüncə nəyə əsaslanır?Quranda küfrün belə izahı var?
  10. Boynuna aldığına görə sağol.Rafizi sözünün şəri mənası nədir sizcə? Bu elmi tərifi: Akademik Ziya Bunyatov, Allah ona rəhmət etsin yazıb: "Rafizilər: ər-Rafizə və ya ər-Ravafiz şiələrə verilən adlardan biridir. Əl-Əşari (Məqalət əl-islamiyin, İstanbul, 1928, s 10) bu adı Əbu Bəkr və Ömərin xəlifəliyinin qanuniliyini qəbul etməyən bütün şiələri (rafaza) dolayı və onların ğulat və zeydiyələr birlikdə şiələrin 3 firqəsindən biri kimi göstərir. Ona görə ər-rafizə imamiyənin başqa bir adıdır". Bax Ziya Bunyatov "Dinlər, təriqətlər, məzhəblər" s 192, "Azərbaycan" nəşriyatı, Baki 1997. Cəfər Sadiq deyib: "Əqər insanların hamısı bizim şiələrimiz olsaydı, onların ¾ bizə şübhə ilə yanaşardılar, ¼ isə axmaq olardı"( "Riçal Kəşi" səhifə 179.) "Qiyamlar" kitabının 144 səhifəsində, imam Baqirdan rəvayət olunur ki, o deyib: "Əgər, bütün yer üzündə olan insanlar bizim şiəmiz olsalar, onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olaçaqlar". Məni söymək lazım deyil,mən heç kəsi təhqir etmirəm.Yazılanı deyirəm. Sən nə gözəl izah verirsən.Kafir də inkar edən deməkdir.Allah Quranda kimləri kafir adlandırır? Mən sənə nə qədər təkrar etməliyəm.Yuxarıda sənin şeytani şübhələrinə cavab vermişəm.Eyni sualı niyə təkrarlayırsan? Sən 100 misala qarşı başa düşmədiyin bir misalı dəlil gətirirsən?
  11. Niyə o dəqiqə lənətə keçirsən,lənət etmək gözündə elə yüngüldür? Sən burdan-bura mənə böhtan atırsan,demədiyim şeyi boynuma qoyursan,mənə lənət eləməyə hazırlaşırsan.Əgər sən demədiyim məsələdə mənə böhtan atırsansa başqaları haqqında səndən nə gözləmək olar? Bilirəm,ittihamla danışmağa öyrənmisiz.Şiyəlikdən əxz elədiyiniz bunlardırsa sənə təəsüf edirəm. Sən mənim yazdıqlarımı diqqətlə oxumursan,bunu sənə əvvəlcədə demişdim.Niyə hirslənirsən,gözlərin qızarıb,hər şeyi qırmızı görürsən? Mən yazmışdım "Tərifinə görə çox sağol.Anlamırsan çünki,diqqətli deyilsən və ya anlamaq istəmirsən.Mən sənin səmimiyyətinə hörmət edirəm.Mən təqiyyədən danışarkən məgər səni nəzərdə tuturdum,yoxsa alimlərinizi?Anlamaq istəmədiyin məsələdə məni niyə günahlandırırsan?" http://forum.bakililar.az/index.php?s=&amp...t&p=2431447 Sən təqiyyə etməyib fikrini açıq yazırsan,böhtan atırsan,təhqir edirsən və s.Təqiyyə edən ağıllı alimləriniz isə daha tədbirli davranıb əqidələrini sadə şiyələrdən və müsəlmanlardan gizlədirlər. Sizin əqidəniz tam açıqlığı ilə necə də gözəldir... Mən deyirəm:Allah bizi islah eləsin,qəlbimizi kin-kudurətdən təmizləsin,qəlblərdə olan xəstəliyə şəfa versin,bizə haqqı görməyi müyəssər eləsin...Amin. Mən yazsam al-Fath deyəcək təkrar yazıram.Bunu əvvəlki postlarda yazmışam. Doğrudur sizin alimlərdən Səduq, Əbu Əli Təbərsi, Tusi təhrifi qəbul etməmişlər.Səbəbi burda. http://forum.bakililar.az/index.php?s=&showtopic=60227&view=findpost&p=2392491 Orda verilən linkə baxmağı unutma. Təqiyyənin rolu çox böyükdür. İmamın təfsiri o zaman olar ki,bu rəvayyətin ardından o sözlərinə izah gətirsin.Gördüyün və ya görmək istəmədiyin kimi onlar bu və bunun kimi yüzlərlə rəvayyəti "belə nazil olub"deməklə ayənin bu cür endiyinə işarə ediblər.Həmçinin təhrifi qəbul edən alimləriniz məhz bu kimi rəvayyətlərə görə buna etiqad etmişlər.Nə əcəb onlar sənin gəldiyin nəticəyə gəlməmişlər? Sənə sual:Təhrifi qəbul etməyən o 3-4 qədim aliminiz bunu inkar edərkən İmamlardan gələn hansı dəlillərə əsasən bunu inkar etmişlər?Bir halda ki,təhrifi iddia edən alimləriniz İmamlardan gələn iki minə yaxın rəvayyətə istinad edib bunu söyləmişlər. Qümminin təfsirini şərh etmiş bir şiə alimi Quranın təhrif olunduğuna dair alimlərin sözlərini qeyd edərək demişdir: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belə-lərinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn Ibrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yummaq mümkün deyil". (Seyyid Teyyib Musəvinin "Təfsir əl-Qümmi"yə müqəddiməsi, səh.23, 24.) Sən suallara cavab verməyib,öz bildiyini yazsan bizə necə danışa bilərik? Sən görmürsən ki,orda söhbət qiraətdən gedir,təhrifdən yox? Mən dəfələrlə demişəm,birdə deyirəm.Əgər sözün varsa alimlərin sözlərindən sitat gətir.Ayəni,hədisi yazıb,özün izah vermə. Əgər Nisa 59 ayəsinə verilən belə təfsir misalını nəzərdə tutursansa bu təhrifə dəlalət edən rəvayyətə misal ola bilməz.Çünki,İmam burda ayəni qeyd edir və orda bunun izahını yəni təfsirini verir.Sən əgər bu misalı təhrifə aid rəvayyət kimi görsədirsənsə bunun bizim bəhsimizə aidiyyatı yoxdur.Çünki,bu təhrifə aid rəvayyət deyil. Və nə deyir? Məsələn: Əbu Abdullahdan: (Bu ayəni oxuyub)"Doğrusu, bundan əvvəl Adəmə də Məhəmədi, Əlini, Fatimanı, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu"-(sonra imam dedi): "Allah and olsun ki, Məhəmmədə (ayə) belə nazil olmuşdur" (Kəfi" 1 çild, səhifə 416. Müqaisə üçün Azərbaycan dilində, "Mubahilə" tərəfindən, 2005 ildə nəşr olunan "Usuli kəfi" kitabın 729 səhifəsinə baxin.) Bu qaydalar sənə aid deyil? http://forum.bakililar.az/index.php?s=&showtopic=58482&view=findpost&p=1604459 Gözlərini aç birdə bax.Bu kimin kitabında olan sözlərdir,kimin fantaziyasıdır? Molla Məhəmməd Baqir Məclisi öz kitabında qeyd etmişdir: "Allah Quranda ən-Nureyn ("Iki işıq") adlı surə nazil etmişdir, onun mətni belədir: "Bismillahir-rəhmanir-rəhim! Ey iki nura iman gətirənlər! Biz onları sizə sizi bir böyük günün əzabından çəkindirmək üçün Mənim əla-mətlərim kimi göndərdik. Bu elə iki işıqdır ki, biri o birindəndir. Mən isə hər şeyi Eşidən və Bilənəm. Kim ki Allahın və Onun peyğəmbərinin ayə-lərdəki əhdinə vəfa edir, onlar üçün Cənnət bağları var. O kəslər ki iman gətirəndən sonra öz əhdlərini və peyğəmbərlə aralarında olan bağlaşmanı pozmaqla kafir oldular, onlar Cəhənnəmə atılacaqlar. Onlar özlərinə zülm etdilər və Rəsulun vəliəhdinə asi oldu-lar, elələri Cəhənnəmin qaynar suyundan içəcəklər..." O, daha bir neçə ayəni qeyd edəndən sonra demişdir: "O əxlaqsızlar nə üçün Quranın ayələrini atmış və onu öz istədikləri kimi oxumuşlar? (Məclisi. "Təzkirət əl-əimmə", professor Nurbəxş Tə-vəkkülinin "Töhfət əş-şiə" əsərindən götürülmüşdür, səh.317, 1-ci cild, Lahur çapı.) Meysəm Bhrani isə buna belə izah verib: Kəmaləddin Meysəm Bəhrani "Nəhc əl-bəlağə"nin şərhində şiələrin iki nur sahibi Osman ibn Əffa-na (Allah ondan razı olsun!) vurduqları ləkələri qeyd etmişdir. Guya "o, adamların hamısını, xüsusilə Zeyd ibn Sabitin qiraətinə cəlb edib müshəfləri yandırıb və şübhəsiz ki, nazil olmuş həqiqi Quranı yox edib" (- Meysəm Bəhrani. "Şərh "Nəhc əl-bəlağə", səh.1, 11-ci cild, Tehran çapı.) Sən sərf eləməsə göydə günəşi də inkar edərsən.
  12. Siz modersiz,yəni biraz ədalətli olmaq belə çətindir? Belə davranmaqla öz acizliyiizi və nə qədər haqqdan uzaq olduğunuzu göstərmiş olursuz. Yəni,gözünüz ancaq məni görür,forumda olan təhqirləri,böhtanları görmürsüz?
  13. Necə olur,qarşı tərəf ağzına gələni yazır,təhqir edir,vahhabi sözü işlədir,kopipast edib bura yazır-doldurur,ona bir söz demirsiz,mənə bal verirsiz?
  14. Mənə maraqlıdır,bunu sən hardan tapmısan?Kitabın üzü var,özü yoxdur,sözləri,səhifəsi hanı? Sən əvvəl bunları göstər,sonra inşallah cavabını alarsan?Hər bura yazdığın falsifikassiyanı dəlil hesab edirsən? Sən bu mövzuya belə ad qoymaqla forumun və adi elementar ədəb qaydalarını pozmusan.Buna al-Fathın münasibət bildirəcəyinə ümid edirəm. Bütün bu yazdıqların,mənasını,izahını bilmədiyin məsələlərə çox cavab verilib.Əvvala alimlərin ittifaqına görə bu dediyin hədislər nəsx və mənsux hesab edilən ayələrə aid edilir.Hədis alimləri də bunu məhz bu fəsillər başlığı ilə nəql etmişlər.Sən nəsx və mənsuxu qəbul edirsən? Nəsx üç cür olur: 1. Tilavətin nəsxi – ayənin hökmü qalır, lakin Quranda yazılı şəkildə mövcud olmur. 2. Hökmün nəsxi – ayə Quranda qalır, lakin hökmü ləğv olunur. 3. Tilavətin və hökmün nəxsi – həm ayə həm də hökmü ləğv olunur. Mən sənin yazdığın bütün bu misallara qarşı deyirəm.Sən nə danışdığını bilmirsən.Əvvəla bu bizim hədislərə qarşı sənin alimlərin nə deyiblər,birinci onu yaz…Yəni,öz sözlərini yazma,alimlərinizin sözlərindən sitat gətir.Hər hər gələn-gedən bilmədiyini yazsa nə olar?Yəni,sənin alimlərin hansı rəvayyətlərə irad tutublar,onu yaz? Onlardan misallar gətir,cahillik edib bilmədiyini yazma.Mənə sənin gəldiyin nəticə maraqlı deyil.Alimlərin rəyini yaz,öz izahını vermə… Sonra,bu baradə bizim alimlərdən kimsə sənin iddia etdiyin kimi izah verib,yoxsa yox? Bu suallara cavab ver,sonra inşallah cavabını alarsan. İkinci məqam odur ki,bilənlər bilir ki,Quran hafiz Səhabələr tərəfindən toplanıb və onların ümimi rəyi ilə tərtib olunub və bu etapda bəzi xırda fikir ayrılıqları,müəyyən rəylər mövcud olmuşdur.Tərtib edən komisiyyanın qərarı isə icma qərarı idi yəni,bu məsələdə həmfikir olmuşlar. http://www.azerislam.com/index.php?lngs=az...s=1&ids=873 Bütün bu bəzi ixtilafların kökündə qiraətdə yaranan bəzi problemlər idi.Bu problem Osman (r.a)-nın zamanında böyüyəndə onlar Quranı bir qiraət üzrə toplamaq qərarına gəldilər və yenidən hafiz Səhabələrdən ibarət bir komissiya yaratdılar və Quran bir qiraət üzrə (Qureyş qiraəti) tərtib olundu. http://ehlitevhid.com/forums/index.php?sho...post&p=4733 http://ehlitevhid.com/forums/index.php?s=&...post&p=5145 Səndən xahiş edirəm,mövzunu bazara çevirmə.Başa düşürəm ustadın "Abu Sufyan ordusu"-dan bundan başqa öyrəndiyin yoxdur.O,necə əxlaq sahibidirsə səndə ondan geri qalmırsan.Müəllimi belə olan tələbədən nə gözləmək olar? Adam dəhşətə gəlir ki,bir halda ki,bunların oxumuşları belə sifətlərə sahibdirlərsə bunların cahillərindən nə gözləmək olar? "Əhli Beyt"məktəbiniz sizə bunu öyrədir? İhsan Zahir bunu deməklə məgər haqqlı deyildimi? "Bu, əvvəldən axıra bu tayfanın yəhudiliyin onlar üçün iman gətirilməsi vacib olan bir din kimi qərar verdikləri əqidəsi olub, danlaq və söyüş dinidir." (Bir Yəhudi fitnəsinin nəticələri,səh 39) Yazanda qısa,konkret yaz.Bir məsələni qurtarmamış o birinə keçmə,hara tələsirsən? Ağzından köpük tökülə-tökülə danışma,ədəb qaydalarına riayyət elə.Sən axı Əhli Beyt məktəbini təmsil edirsən. Mən başa düşürəm niyə sizlərlə apponentlərinizin müzakirə .rmırlar… Konkret sual ver,cavabını gözlə,yazıb doldurub,aləmi qatma.
  15. İndi sən and iç ki,Vəhhabi deyilən məzhəb rəsmən mövcuddur.Əgər kimsə özünü İmam Malikin məzhəbinə aid edir,onun fiqh məktəbi ilə gedirsə və özünə Maliki deyirsə bu başqa.Bir də var qondarma adla təyin olunmaq.Sən unutmusan İmamınızın sizə verdiyi adı? Əgər cahil adamlar alimlər haqqında öz ağılları ilə mühakimə edəcəklərsə onda danışmağa dəyməz.Sən demə əsl alimlər Molla İranından çıxır? İnsanların gözündə pis olmaq Allah qatında pis olmaq mənasına gəlməz. Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam 116) Müşrik sözünə gəldikdə isə kimi Allahın hökmü ilə müşrikdirsə o elə müşrikdir.Yəni,Quran və Sünnə ortadadır.Təkfir məsələsində Əhli Sünnə açıq-aydın dəlil olmadan və hüccət qalxmadan heç kəsi təkfir etmir və bu işi alimlərin ixtiyarına buraxır,hərc mərclik yaratmır. Şiyə alimləri isə hamını özlərindən başqa təkfir edirlər.Bu haqqda çoxlu rəvayyətlər və alimlərinizin sözləri vardır. Ayətullah Şübbər yazır: "Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah-təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində gəlib ki, imamların müxalifləri (yəni əhli-sünna) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, İmamların ardinca getməyənlərdən götürüləcəkdir". Bax "Çəmiə-Kəbirə" ziyarətin şərhi, səhifə 99. Yəqin ki,bu sənin üçün sirr deyil. İmam Nəvəvi nə vaxt yaşayıb,bilirsən? Sən bilirsən ki,ərəblər arasında and içmə tez-tez işlənən bir ifadə olub və bəzən ərəblər bunu cümlədə and içmə qəsdi olmadan da işlədərdilər.Ona görə Allah Quranda and içməyə görə məsuliiyət qoyur ki,bu yüngül söz hesab olunmasın. Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. (Ənam 89) Mən sənə yuxarıda izah verdim və yalnız Allaha and içmə baradə Qurandan ayə və hədislər gətirdim.Əgər bu açıq-aydın dəlillər səni qane etmirsə mən başqa nə deyə bilərəm.Höccətləşməkdən başqa əlinizdən heç nə gəlmir.
×
×
  • Создать...