Abusaid
Members-
Публикации
49 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Abusaid
-
Bilirsən,sənin kimisinə sübut etmək çətindir ki,nə nəsxə aiddir,nə təhrifə.Biz hər şeyi öz ağlımıza görə anlasaydıq və əgər sən öz ağlınla bəzi məsələlərə izah verməyə çalışsaydın,necə ki,verirsən,hər şey bir-birinə qarışardı.Biz öz havamıza görə hər şeyə izah verməməliyik. Sən əgər sözündə haqqlısansa buyur,alimlərin sözü ilə danış,nağıl danışma. Birdə sənə deyildi ki,boşboğazlıq eləmə,sözün varsa,söz danış.
-
Mən deyirəm.İndiyə kimi al-Fath bu sözü Küleyniyə aid edirdi və hər dəfə bu sözü Küleyninin sözü olaraq onun Qurana inandığını sübut etmək üçün gətirirdi. İmam Sadiqin bu sözü deməsi təəcüblü deyil.Bizim söhbət ondan gedirdi ki,Küleynin şəxsi fikri nə idi? Çünki,onun kitabında bir-birinə zidd rəvayyətlər var.Mən yuxarıda digər şiyə alimləri kimi Küleyninin təhrifə inandığını deyən alimlərin sözlərini gətirdim. Başqa sual odur ki,İmamlardan təhrifi təsdiq edən iki min rəvayyətə qarşı bunu inkar edən neçə rəvayyət var? Burda Müfid təhrifi inkar etmir.Sadəcə başqa cür izah verir.Bu sözünə nə deyirsən? Muhəmməd bin Muhəmməd ən-Nu`man əl-Mufid "Əvəilul-məqalət" kitabında demişdir: "Şübhəsiz ki, Muhəmmədin (sas) əhli beytindən olan hidayət imamlarından gələn xəbərlərə görə, Qur`anda ixtilaf vardır və zalimlər onu ixtisar və naqis etmişlər". ("Əvəilul-məqalət" (səh. 91) http://answer2islamnews.blog.ru/#post40586003
-
Feyz Kaşanini belə müdafiyə edirsən,bəs başqaları?Müəllif təhrif baradə sizin kitablardan sitatlar gətirib,əsasən də şərhsiz.Sənə dedim ki,kitabın 90 %-i sitatlardan ibarəttdir.Yəni,şərhə nə şərh vermək olar? Mən yenə deyirəm.Əgər Kaşani bir yerdə təhrifi qəbul edir,başqa yerdə onu inkar edirsə bunu necə başa düşmək olar.Biz ancaq bəzi şiyə alimləri kimi ehtimal edə bilərik ki,".... Görü-nür, onlar bu sözü bir çox məqsədlərlə demişlər, bu məqsədlərdən biri də Quranı tənədən xilas etmək idi". Sonra o aydınlaşdırır: "Necə ola bilər ki, bu məşhur adamlar öz əsərlərində Quranın başına bu işlərin gətirildiyini əhatə edən çoxlu xəbərlər rə-vayət etmişlər, Quran ayəsi də bunu təsdiq etmişdir? — "Sonra dəyişdirilib belə oldu" (Seyyid Nemətulla Cəzairi. "əl-Ənvar" əsəri.) Bu təqiyyədir ki,bundan şiyə alimləri eninə-geninə istifadə ediblər.Hətta,sənə müasir şiyə alimlərindən misal gətirdim ki,sünnilərlə bir səfdə onlar kimi namaz qılmaq adi şiyəyə caizdir.Halbuki,elə bu alim özü inanır ki,onların namazı batildir. Sən belə elə.O kitab əlindədir.Mənə göstər görüm konkret harda Feyz Kaşaninin təhrifə inandığını iddia edib?Söhbət ancaq Kaşanidən gedir.O,ancaq onun sözünü gətirib. İndi sən mənim cavabsız qoyduğun suallarıma cavab ver. Mən sənə təkrar etməkdən yoruldum.İnsan nə qədər böhtançı və yalançı olar.Sən sadəcə cahilsən. Haqqlısan. Sən birinci sizin alimlərə görə təqiyyənin şərtləri,qaydalaı ilə tanış ol,sonra bu baradə danış.Elə o kitaba müraciət elə.Kaşani baradə İhsan Zahirin sözlərini yaz,gözləyirəm. Hə,nə oldu,səndən heç olmasa bir dəfə də konkret cavab alcağıq,yoxsa həmişəki kimi fırladacaqsan? Vallah,mən səndə və sənin ustadlarında üz gördüm ki,ya haqqa yalan don geydirər,ya da batili haqq kimi görsədərlər.Böhtan atmaqda,yalanı müdafiyə etməkdə sizin kimilərini görmək çətindir. Sən dünyanı da,axirətini də məhv eləmisən.Sizin simanız budur.Görəndə ki,çətin vəziyyətdədirlər o saat keçirsiz söyüşə,lənətə.Çünki,hədisə görə münafiqlərin 3 xüsusiyyəti budur ki,danışanda yalan danışar,əhdinə sadiq olmaz və mübahisə edərkən söyüş söyər. Heç şübhə yoxdur ki,Səhabələrə söyən və onları lənətləyən zındıq və kafirdir.Lazım olsa dəlilləri yazaram.Amma,bura onun yeri deyil. Mən deyirəm əgər o adamlar lənətə layiqlərsə Allah onlara,əgər deyilsənsə bunu deyən münafiqlərə və bunu deyən bu şəxsə lənət elə.Amin. Əgər sən bundan sonra adam kimi danışaqsansa danışaq,yoxsa mən belə səviyyəsiz adamla danışmaq niyyətində deyiləm. Sizlər qarşı tərəfi təhqir,təhrik etməklə əsl simanızı görsədirsiz.Sənin İslamın budur?
-
Sən dilçilikdə yeni inqilab etmək fikrindəsən?Yalan ona deyərlər ki,olmayan bir şeyi olmuş və ya yalanı həqiqət kimi görsədəsən.Məgər İhsan Zahir Kaşaninin bütün kitabında yazılanları öz kitabında yazmalıyıdı? O,sadəcə Kaşani kimi onlarla digər şiyə aliminin kitabından sitatlar gətirmişdi və müzakirə olunan mövzuda İmamiyyə məzhəbində Qurani Kərim haqqında bu alimlərin düşüncələri idi.Əgər konkret olaraq Kaşani bir yerdə bir söz,başqa yerdə onun əksi olan söz deyirsə İhsan Zahir nə etsin? Mən yuxarıda bəzi qısa sitatlar gətirdim ki,bəzən təhrifi inkar edən şiyə alimlər bunu müəyyən məqsədlər üçün etmişlər və təqiyyə də bu yolda işlənən üsullardandır. Ona görə əgər iradın varsa,ancaq alimlərinə et ki,onlar sənə təqiyyənin necə gözəl və əvəzedilməz metod olduğunu izah etsinlər. Bir də,mən axı xahiş etmişdim ki,mənim yazdlqlarımın hamısına münasibət bildirəsən,suallarıma cavab verəsən.Yazılanların,sualların üstündən ötüb keçmək-bu söhbət deyil. Mənim xahişimi də unutma,əgər bu gizli elm deyilsə.Elmi paylaşmaq savabdır. Hər halda sizlərdən heç biriniz adı çəkilən alimlərinizi Kaşanidən yaxşı tanıya bilməzsiz və onu səhv nəticəyə gəlməsini iddia etmək də əsassızdır.Ən azı ona görə ki,Kaşani "Safi" adlı təfsir kitabının müəllifidir və Quran mövzusunda şiyə aləmində onun kimi bilikli adam öz dövründə gərək ki,olmasın.Əlbəttə,Kaşaninin səhvi onda olub ki,bunu deməklə sizi çətin vəziyyətə salıb. Hər halda İhsan Zahirin kitabında bu adı çəkilən və çəkilməyən şiyə alimlərinin kitablarından da sitatlar gətirilmişdir.İndi sənin qalxıb deməyin ki,yox onlar bunu demək istəməyiblər və Kaşani də səhv başa düşüb,bu biraz gülməli olar. Hər halda Kaşaninin bu etirafı haqqda sizin alimlərin də rəyi maraqlı olardı. Bunu mən yazmışam. Vallah,deyəsən ya sənin ağlında,ya da gözündə problem var?Mən sənə neçənci dəfədir ki,yazıram,sən yenə öz bildiyini yazırsan.Başa düşürəm lənət etmək xoşuna gəlir,onsuzda edirsən,biri 5 qəp-n.Sən burdan-bura boynuma şər atıb,demədiyimi boynuma yıxıb,məni lənətləməyə hazırlaşırsan.Göstər görüm mən sənə nə vaxt dedim bunu.Sən mənim yazdıqlarımı oxuyursan,yoxsa gözlərini yumub,qulaqlarını bağlayıb ağzına gələni danışırsan? Buna cavab olaraq sən yazırsan? əxi, sən məni vahabi əxilərinlə səhv salam. öküz kimi gözlərini yumub başını irəli eləmək sizin sahabə Təlhənin xüsusiətidir. siz vahabilərə görədə Təlhə super sahabə olub. yəni onun xasiyəti sizlikdi. Məgər bu mənim sualıma cavabdır.İndi sənə yenə sualımı təkrarlayıram.Mənə böhatn atıb,lənət etməyə hazırlaşdığın,dəfələrlə təkrarladığın ittihamın hanı,göstər.Bunlar sənin və sənin şagirdi olduğun ustadlarının əsl simasının göstəricisidir.Böhtan atıb,lənət etmək. Təlha (r.a) və başqaları ilə sənin kimilərin haqq hesabı Qiyamət günü olacaq.O zaman dilinin dünyada olmamasını arzu edəcəksən.Buna əmin ol. Bu başqa mövzudur və mən belə təhrikedici,təhqiredici sözlərə cavab vermək istəmirəm.Çünki,sənin səviyyənə düşmək istəmirəm.Mən sizin hətta açıq aşkar küfr edən alimləriniz haqqında belə ədəbsiz sözlər işlətməmişəm və bu müsəlman əxlaqına da yaraşmaz amma,görünür "Əhli beyt"məktəbinin yetirmələri bundan artığına qadir olmurlar.Quyruqları qapı arasında qalan kimi keçirlər söyüşə,qarğışa,lənətə və s.Bilirsəndə bu keyfiyyət münafiqlərin üç xüsusiyyətlərindən biridir. Dogrudur,bunu Kaşani kimi tanımasanda hər halda o da Kaşaninin gəldiyi nəticəyə gəlib.Bu Seyyid Teyyib Musəvi Qumminin təfsirini şərh etmiş şiyə alimidir. Bu Teyyib Musəvi harda bu alimlərinizə etiraz edir?O,sadəcə Kaşani kimi onların təhrifə inandıqlarını söyləyir.Əgər sən yenə Küleyniyə aid etdiyin o sözü gətirirsənsə,sən axı yazmışdın ki,bu rəvayət İmam Sadiqdən gəlib,yəni,bu sözü İmam buyurub.Bu fikir ona aiddir,buna izah ver. Mən tələsmirəm və səni də yükləmirəm.Əgər sən deyən kimi bir-bir oturub ayrılıqda onlar haqqında danışsaq bu mövzu çox uzanar.Gördüyün kimi mən bir o qədər əlavə şərh verməkdən,təvil edib,yozmaqdan uzağam.Əsasən sitatlar gətirib,kifayətlənirəm.Məncə şərhə şərh verməzlər.Sizin alimlərin sözləri,sitatları isə şərhdir.
-
Mən gördüyün və ya görmək istəmədiyin kimi irada cavab vermişəm. Sən bu sualı artıq neçənci dəfədir təkrarlayırsan,buna cavab verilib.Əgər cavab səni qane etmirsə onsuzda səni sizdən başqa heç nə qane etmir.Halbuki,sənə çoxlu sayda ayələr və hədislər gətirmişdik.Əgər sən onlarla açıq aydın dəlilə qarşı bu şübhəni dəlil kimi yox şübhə kimi gətirirsənsə,əvvəla niyyətini təmizlə. Bir:o “atana and olsun”ifadəsi ağızdan qəsdən çıxmayan və ərəblərdə and içmə vərdişindən ola bilər. İki:Bu ifadə Quran ayəsi deyil ki,biz ona tam istinad eləyək.Halbuki,mən sənə eyni mətnə sahib olan lakin,”atana and olsun” sözü olmayan başqa hədis də göstərmişdim.Hər iki hədis də Muslimin kitabında keçirdi və fərq ancaq bu sözdə idi.Heç kəsə sirr deyil ki,səhih hədislər adətən ayrı-ayrı yollarla,başqa ravilər vasitəsi ilə mətnlərində bəzi cüzi dəyişikliklər olmaqla gələ bilir.Bu hədisdə bu sözün həqiqətən Rasulullah (s.a.s) tərəfindən deyilməsini də Allah bilir.Biz ancaq ehtimal edə bilərik ki,bu söz ziyadə ola bilər.Yenə deyirəm:Düzunü Allah bilir. Üç:Deyildi ki,Allahdan başqasına and içmək riya,göstiş və s.əməllər kimi kiçik şirkdir və bu əməli hamı edə bilər.Bir hədisdə Rasulullah (s.a.s) buyurur ki,”şirk qaranlıq gecədə qara qarışqanın görülməsindən də gizli ola bilər.”Şübhə yoxdur ki,Rasulullah (s.a.s) qəsdən olmayan bəzi xırda səhvlər edə bilərdi və O daim bunlardan Allaha sığınardı. Günahdan söhbət gedə bilməz.Çünki,günahda qəsd olunan niyyətdir.
-
İbn Məsud (r.a) haqqında deyirəm:Onun haqqında belə ittihamlar istər səhabələr,istərsəsə sonrakı alimlər tərəfindən olubmu? Əgər olubsa,sübutlarını gözləyirəm. Əgər olmayıbsa deməli söhbət təhrifdən getmir. Sən ərəb dilini bilirsən?Güman edirəm ki,bilmirsən. Yazdığın sözlərin tərcüməsini yaz,yerləşdir,müzakirə edək. Mənbəyi bilinməyən bu sılkanı bura qoymaqla düzünü deyim sən böyük qəhrəmanlıq etmisən.Çox güclü arqumentləriniz var,görürəm.Mən inanıram ki,əgər sizin yerinizdə başqa məzhəbin və ya başqa dinin nümayəndəsi olsaydı bu təhrif mövzusunda bu deyilənlədən və məlum olanlardan sonra danışmaqdan həya edərdi.Amma,sizlər dediyim kimi manyak Çikotilaya da məhkəmədə də bəraət qazandırarsız və onu haqqlı çıxarardız.
-
Səndən daha nə cəfəngiyyat eşidəcəyik bundan sonra? Səndən fərqli olaraq mən öz ağlıma görə danışmıram,alimlərin sözlərini sitat gətirməyə üstünlük verirəm.Bütün Əhli Sünnə sizə görə kafirdir,bu aydındır.Öz aglına görə danışma.Mənə öz izahını yazma,axı sənə bunu dəfələrlə demişəm.Əgər bu axmaq nəticəyə gəlmisənsə de görək bu sözlərini dəstəkləyən hansı elm əhli var? Ay insan.Sən axı bilmədiyin məsələ haqqında nə nəticə çıxarmaq istəyirsən?Əgər bir şeyi dərk etmirsənsə,nə danışırsan? Bu hədisin şərhində elə verdiyin sılkada "Bu hadîsin bir rivayetini Müslim, Salâtu'l-Musâfirîn... "Kur'ân'm çeşitli kırâ-atleriyle ilgili şeyler bâbı"nda getirmiştir. "Ve'1-leyli Sûresi"nin bu âyetinde İbn Mes'ûd'un ve Ebu'd-Derdâ'nm ısrar ettiği kıraat, mütevâtir olan ve Mushaf'ta tesbît olunan kıraate muhaliftir. Bu âyet bir kerre "Ve'z-zekeri ve'l-ünsâ"suretinde, ikincisinde de "Ve mâ halaka'z-zekere ve'l-ünsâ" suretinde inmiş ve bu iki büyük sahâbî de birinci inişi ezberlemiş olabilirler. Bu yüzden de cumhurun rivayet ettiği mütevâtir kıraate muhalefet etmiş olabilirler... Bu âyetle İbn Mes'ûd ile Ebu'd-Derdâ kıraatine göre, mahlûka, yânî yaratılmış olan erkek ve dişiye yemîn edilmiş olur. Mütevâtir kıraate göre ise, bunların Hâlık'ına, yaratanına yemîn edilmiş olur... {Müslim Tercemesi, II, 473). Bunun sevk sureti, mürsel hadîs suretidir. Çünkü İbrâhîm bu kıssada hazır bulunmamıştı, lâkin geçen rivayette İbrahim'den; o da Alkame'den şeklinde geldiği için, bu takdîrde bunda da mürsellik yoktur. Bu âyet "Erkeği ve dişiye yaratan o büyük kudret sahibi Hâlık'a da yemîn ederim", yâhud "Mâ" masdariyye olduğuna göre "Yaradışına yemîn ederim" ma'nâsınadır. Yenə deyirəm.Bu hədislər nəsh,tilavət,qiraət və s.mövzusuna aiddir.Burda təhrifdən söhbət gedə bilməz.Sualıma cavab ver.Bu kimi hədisləri alimlər necə başa düşüblər? Doğrudan çətin adamsan,hər dəfə deyirəm açıq yaz,sözünü de,mus-mus eləmə,hər dəfə də eyni şey yazırsan.Vəhabi mənbələri sözü sənin nə qədər cahil nə nadan adam olmağını,İhsan Zahirə yalançı deməyin isə sənin nə qədər böhtançı və yalançı olduğunu görsədir.Halbuki,sən İhsan Zahirin yalan yazmadığını,sizin kitablardan sitatlar gətirdiyini özün yaxşı bilirsən və bunun əksini də isbat edə bilmədin.Halbuki,sənin bu iddianı isbat etmək üçün mən sənə neçə dəfə sual vermişəm və demişəm ki,buyur isbat et,əks təqdirdə böhtan atdığına görə sən yalançısan.
-
Sizin reytinqiniz 80% -dır, buna görə də Sizə xəbərdarlıq edirəm. Mövzuya aid yazın, əks halda Sizinlə vidalaşmalı olacağıq.
-
Görünür,necə yetirirsiz.Demək istəyirsiz mən Vəhhabiyəm və özümü belə adlandırdığıma görə məni belə adlandırmaq olar?Elməddin özünü Rafizi adlandırdı,fərqli olaraq. Bu fərqi siz gərək ki,biləsiz.Onlardan fərqli olaraq belə bir məzhəb yoxdur və adına nisbət verdiyiniz alimin adı Vahhab deyil Abdulvahhabdır. Bu ayələrdə Allah yaratdığı məxluqata and içir,bununla da bunların əzəmətini qeyd etmiş olur bir nemət olaraq.Məgər təfsirə,alimlərin sözlərinə baxmaq belə çətindir.Yoxsa,ayələrdən özbaşına nəticə çıxartmaq istəyirsiz? Bütün bu and içilənlər məxluqatdır,Allahın yaratdıqlarıdır. İnsan isə yalnız Allaha and içə bilər.Çünki,and içmək ilahlaşdırmaq,müqəssədləşdirməkdir. Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (4/65) Sonra onların: "Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!"– demələrindən başqa bir bəhanələri qalmayacaq. (6/23) Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir: "Məgər bu dirilmə həqiqət deyilmi?" Onlar: "Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!"– deyəcəklər. O buyuracaqdır: "Elə isə inkar etdiyinizə görə dadın əzabı!" (6/30) Səndən: "O əzab doğrudurmu?"– deyə xəbər alırlar. De: "Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz". (10/53) Onlar dedilər: "Allaha and olsun! Siz bilirsiniz ki, biz bu yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik». (12/73) Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq (15/92) Və bu kimi daha onlarla ayələr var ki,hamısı məxluq and içərkən yalnız Allaha and içilə biləcəyinə işarə edir.Bundan öncə də yuxarıda bu mövzuda Peyğəmbər (s.a.s)-dən gələn hədisləri verdim. Mən nəyi yalan demişəm,alimin sözündən sitat gətirməyimə görə yalançıyam?Allahdan qorxun,böhtan atmayın. Təqiyyə ilə caizdir,yoxsa necə? Çox qəribə adamsız.Mötərizədə olan sözün izahdır,aydındır ki,cümlədən deyil.Mən yazmışdım: "Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah-təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində gəlib ki, imamların müxalifləri (yəni əhli-sünna) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, İmamların ardinca getməyənlərdən götürüləcəkdir". Bax "Çəmiə-Kəbirə" ziyarətin şərhi, səhifə 99. Yeri gəlmişkən üzr istəyirəm (mövzudan uzaq olsada) bu kitabda başqa maraqlı bir sitat var? "Onlar (imamlar) ilahi sifətlər ilə zinətləniblər, onların tamam vücüdları Allahın sifətləridir". (səh 48) Qaldı ki,təkfirə bu baradə çox danışmaq,çox sitatlar gətirmək olar. Müfid deyib: "Imamiyyə həmrəydir ki, kim ki (heç olmasa) bir dənə imamın imamətini inkar etsə, (yaxud ona) tabe olmağın fərz olmasını inkar etsə, cəhənəmdə əbədi qalan kafirdir". Bax Maclisi "Biharul anvar" cild 23, səhifə 390. Qısa olmaq üçün başqa misal gətirmirəm. Söhbət beyət edib,itaətdən çıxanlardan gedir,bu baradə çoxlu hədislər vardır və burda qaranlıq heçnə yoxdur. Bu dünyada müsəlman axirətdə kafir?Yəqin,Xoyinin bu sözlərini nəzərdə tuturduz. "On iki imam şiələrinə müxalif olanların hökmündə doğru görüş budur ki, onların hamısı təmiz sayılır və zahirdə müsəlman olmaqlarına hökm olunur və bunda müxaliflər (yəni sünnilər) ilə - həqiqətdə hamısının kafir olmaqlarına baxmayaraq - digərləri arasında fərq yoxdur. Onlar (yəni müxaliflər) bizim dünyada müsəlman, axirətdə kafir adlandırdığımız kəslərdir." (əl-Xoy "Kitab al-Tahara" 2/87) Maraqlıdır,bu müasir düşüncə nəyə əsaslanır?Quranda küfrün belə izahı var?
-
Boynuna aldığına görə sağol.Rafizi sözünün şəri mənası nədir sizcə? Bu elmi tərifi: Akademik Ziya Bunyatov, Allah ona rəhmət etsin yazıb: "Rafizilər: ər-Rafizə və ya ər-Ravafiz şiələrə verilən adlardan biridir. Əl-Əşari (Məqalət əl-islamiyin, İstanbul, 1928, s 10) bu adı Əbu Bəkr və Ömərin xəlifəliyinin qanuniliyini qəbul etməyən bütün şiələri (rafaza) dolayı və onların ğulat və zeydiyələr birlikdə şiələrin 3 firqəsindən biri kimi göstərir. Ona görə ər-rafizə imamiyənin başqa bir adıdır". Bax Ziya Bunyatov "Dinlər, təriqətlər, məzhəblər" s 192, "Azərbaycan" nəşriyatı, Baki 1997. Cəfər Sadiq deyib: "Əqər insanların hamısı bizim şiələrimiz olsaydı, onların ¾ bizə şübhə ilə yanaşardılar, ¼ isə axmaq olardı"( "Riçal Kəşi" səhifə 179.) "Qiyamlar" kitabının 144 səhifəsində, imam Baqirdan rəvayət olunur ki, o deyib: "Əgər, bütün yer üzündə olan insanlar bizim şiəmiz olsalar, onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olaçaqlar". Məni söymək lazım deyil,mən heç kəsi təhqir etmirəm.Yazılanı deyirəm. Sən nə gözəl izah verirsən.Kafir də inkar edən deməkdir.Allah Quranda kimləri kafir adlandırır? Mən sənə nə qədər təkrar etməliyəm.Yuxarıda sənin şeytani şübhələrinə cavab vermişəm.Eyni sualı niyə təkrarlayırsan? Sən 100 misala qarşı başa düşmədiyin bir misalı dəlil gətirirsən?
-
Niyə o dəqiqə lənətə keçirsən,lənət etmək gözündə elə yüngüldür? Sən burdan-bura mənə böhtan atırsan,demədiyim şeyi boynuma qoyursan,mənə lənət eləməyə hazırlaşırsan.Əgər sən demədiyim məsələdə mənə böhtan atırsansa başqaları haqqında səndən nə gözləmək olar? Bilirəm,ittihamla danışmağa öyrənmisiz.Şiyəlikdən əxz elədiyiniz bunlardırsa sənə təəsüf edirəm. Sən mənim yazdıqlarımı diqqətlə oxumursan,bunu sənə əvvəlcədə demişdim.Niyə hirslənirsən,gözlərin qızarıb,hər şeyi qırmızı görürsən? Mən yazmışdım "Tərifinə görə çox sağol.Anlamırsan çünki,diqqətli deyilsən və ya anlamaq istəmirsən.Mən sənin səmimiyyətinə hörmət edirəm.Mən təqiyyədən danışarkən məgər səni nəzərdə tuturdum,yoxsa alimlərinizi?Anlamaq istəmədiyin məsələdə məni niyə günahlandırırsan?" http://forum.bakililar.az/index.php?s=&...t&p=2431447 Sən təqiyyə etməyib fikrini açıq yazırsan,böhtan atırsan,təhqir edirsən və s.Təqiyyə edən ağıllı alimləriniz isə daha tədbirli davranıb əqidələrini sadə şiyələrdən və müsəlmanlardan gizlədirlər. Sizin əqidəniz tam açıqlığı ilə necə də gözəldir... Mən deyirəm:Allah bizi islah eləsin,qəlbimizi kin-kudurətdən təmizləsin,qəlblərdə olan xəstəliyə şəfa versin,bizə haqqı görməyi müyəssər eləsin...Amin. Mən yazsam al-Fath deyəcək təkrar yazıram.Bunu əvvəlki postlarda yazmışam. Doğrudur sizin alimlərdən Səduq, Əbu Əli Təbərsi, Tusi təhrifi qəbul etməmişlər.Səbəbi burda. http://forum.bakililar.az/index.php?s=&showtopic=60227&view=findpost&p=2392491 Orda verilən linkə baxmağı unutma. Təqiyyənin rolu çox böyükdür. İmamın təfsiri o zaman olar ki,bu rəvayyətin ardından o sözlərinə izah gətirsin.Gördüyün və ya görmək istəmədiyin kimi onlar bu və bunun kimi yüzlərlə rəvayyəti "belə nazil olub"deməklə ayənin bu cür endiyinə işarə ediblər.Həmçinin təhrifi qəbul edən alimləriniz məhz bu kimi rəvayyətlərə görə buna etiqad etmişlər.Nə əcəb onlar sənin gəldiyin nəticəyə gəlməmişlər? Sənə sual:Təhrifi qəbul etməyən o 3-4 qədim aliminiz bunu inkar edərkən İmamlardan gələn hansı dəlillərə əsasən bunu inkar etmişlər?Bir halda ki,təhrifi iddia edən alimləriniz İmamlardan gələn iki minə yaxın rəvayyətə istinad edib bunu söyləmişlər. Qümminin təfsirini şərh etmiş bir şiə alimi Quranın təhrif olunduğuna dair alimlərin sözlərini qeyd edərək demişdir: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belə-lərinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn Ibrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yummaq mümkün deyil". (Seyyid Teyyib Musəvinin "Təfsir əl-Qümmi"yə müqəddiməsi, səh.23, 24.) Sən suallara cavab verməyib,öz bildiyini yazsan bizə necə danışa bilərik? Sən görmürsən ki,orda söhbət qiraətdən gedir,təhrifdən yox? Mən dəfələrlə demişəm,birdə deyirəm.Əgər sözün varsa alimlərin sözlərindən sitat gətir.Ayəni,hədisi yazıb,özün izah vermə. Əgər Nisa 59 ayəsinə verilən belə təfsir misalını nəzərdə tutursansa bu təhrifə dəlalət edən rəvayyətə misal ola bilməz.Çünki,İmam burda ayəni qeyd edir və orda bunun izahını yəni təfsirini verir.Sən əgər bu misalı təhrifə aid rəvayyət kimi görsədirsənsə bunun bizim bəhsimizə aidiyyatı yoxdur.Çünki,bu təhrifə aid rəvayyət deyil. Və nə deyir? Məsələn: Əbu Abdullahdan: (Bu ayəni oxuyub)"Doğrusu, bundan əvvəl Adəmə də Məhəmədi, Əlini, Fatimanı, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu"-(sonra imam dedi): "Allah and olsun ki, Məhəmmədə (ayə) belə nazil olmuşdur" (Kəfi" 1 çild, səhifə 416. Müqaisə üçün Azərbaycan dilində, "Mubahilə" tərəfindən, 2005 ildə nəşr olunan "Usuli kəfi" kitabın 729 səhifəsinə baxin.) Bu qaydalar sənə aid deyil? http://forum.bakililar.az/index.php?s=&showtopic=58482&view=findpost&p=1604459 Gözlərini aç birdə bax.Bu kimin kitabında olan sözlərdir,kimin fantaziyasıdır? Molla Məhəmməd Baqir Məclisi öz kitabında qeyd etmişdir: "Allah Quranda ən-Nureyn ("Iki işıq") adlı surə nazil etmişdir, onun mətni belədir: "Bismillahir-rəhmanir-rəhim! Ey iki nura iman gətirənlər! Biz onları sizə sizi bir böyük günün əzabından çəkindirmək üçün Mənim əla-mətlərim kimi göndərdik. Bu elə iki işıqdır ki, biri o birindəndir. Mən isə hər şeyi Eşidən və Bilənəm. Kim ki Allahın və Onun peyğəmbərinin ayə-lərdəki əhdinə vəfa edir, onlar üçün Cənnət bağları var. O kəslər ki iman gətirəndən sonra öz əhdlərini və peyğəmbərlə aralarında olan bağlaşmanı pozmaqla kafir oldular, onlar Cəhənnəmə atılacaqlar. Onlar özlərinə zülm etdilər və Rəsulun vəliəhdinə asi oldu-lar, elələri Cəhənnəmin qaynar suyundan içəcəklər..." O, daha bir neçə ayəni qeyd edəndən sonra demişdir: "O əxlaqsızlar nə üçün Quranın ayələrini atmış və onu öz istədikləri kimi oxumuşlar? (Məclisi. "Təzkirət əl-əimmə", professor Nurbəxş Tə-vəkkülinin "Töhfət əş-şiə" əsərindən götürülmüşdür, səh.317, 1-ci cild, Lahur çapı.) Meysəm Bhrani isə buna belə izah verib: Kəmaləddin Meysəm Bəhrani "Nəhc əl-bəlağə"nin şərhində şiələrin iki nur sahibi Osman ibn Əffa-na (Allah ondan razı olsun!) vurduqları ləkələri qeyd etmişdir. Guya "o, adamların hamısını, xüsusilə Zeyd ibn Sabitin qiraətinə cəlb edib müshəfləri yandırıb və şübhəsiz ki, nazil olmuş həqiqi Quranı yox edib" (- Meysəm Bəhrani. "Şərh "Nəhc əl-bəlağə", səh.1, 11-ci cild, Tehran çapı.) Sən sərf eləməsə göydə günəşi də inkar edərsən.
-
Siz modersiz,yəni biraz ədalətli olmaq belə çətindir? Belə davranmaqla öz acizliyiizi və nə qədər haqqdan uzaq olduğunuzu göstərmiş olursuz. Yəni,gözünüz ancaq məni görür,forumda olan təhqirləri,böhtanları görmürsüz?
-
Necə olur,qarşı tərəf ağzına gələni yazır,təhqir edir,vahhabi sözü işlədir,kopipast edib bura yazır-doldurur,ona bir söz demirsiz,mənə bal verirsiz?
-
Mənə maraqlıdır,bunu sən hardan tapmısan?Kitabın üzü var,özü yoxdur,sözləri,səhifəsi hanı? Sən əvvəl bunları göstər,sonra inşallah cavabını alarsan?Hər bura yazdığın falsifikassiyanı dəlil hesab edirsən? Sən bu mövzuya belə ad qoymaqla forumun və adi elementar ədəb qaydalarını pozmusan.Buna al-Fathın münasibət bildirəcəyinə ümid edirəm. Bütün bu yazdıqların,mənasını,izahını bilmədiyin məsələlərə çox cavab verilib.Əvvala alimlərin ittifaqına görə bu dediyin hədislər nəsx və mənsux hesab edilən ayələrə aid edilir.Hədis alimləri də bunu məhz bu fəsillər başlığı ilə nəql etmişlər.Sən nəsx və mənsuxu qəbul edirsən? Nəsx üç cür olur: 1. Tilavətin nəsxi – ayənin hökmü qalır, lakin Quranda yazılı şəkildə mövcud olmur. 2. Hökmün nəsxi – ayə Quranda qalır, lakin hökmü ləğv olunur. 3. Tilavətin və hökmün nəxsi – həm ayə həm də hökmü ləğv olunur. Mən sənin yazdığın bütün bu misallara qarşı deyirəm.Sən nə danışdığını bilmirsən.Əvvəla bu bizim hədislərə qarşı sənin alimlərin nə deyiblər,birinci onu yaz…Yəni,öz sözlərini yazma,alimlərinizin sözlərindən sitat gətir.Hər hər gələn-gedən bilmədiyini yazsa nə olar?Yəni,sənin alimlərin hansı rəvayyətlərə irad tutublar,onu yaz? Onlardan misallar gətir,cahillik edib bilmədiyini yazma.Mənə sənin gəldiyin nəticə maraqlı deyil.Alimlərin rəyini yaz,öz izahını vermə… Sonra,bu baradə bizim alimlərdən kimsə sənin iddia etdiyin kimi izah verib,yoxsa yox? Bu suallara cavab ver,sonra inşallah cavabını alarsan. İkinci məqam odur ki,bilənlər bilir ki,Quran hafiz Səhabələr tərəfindən toplanıb və onların ümimi rəyi ilə tərtib olunub və bu etapda bəzi xırda fikir ayrılıqları,müəyyən rəylər mövcud olmuşdur.Tərtib edən komisiyyanın qərarı isə icma qərarı idi yəni,bu məsələdə həmfikir olmuşlar. http://www.azerislam.com/index.php?lngs=az...s=1&ids=873 Bütün bu bəzi ixtilafların kökündə qiraətdə yaranan bəzi problemlər idi.Bu problem Osman (r.a)-nın zamanında böyüyəndə onlar Quranı bir qiraət üzrə toplamaq qərarına gəldilər və yenidən hafiz Səhabələrdən ibarət bir komissiya yaratdılar və Quran bir qiraət üzrə (Qureyş qiraəti) tərtib olundu. http://ehlitevhid.com/forums/index.php?sho...post&p=4733 http://ehlitevhid.com/forums/index.php?s=&...post&p=5145 Səndən xahiş edirəm,mövzunu bazara çevirmə.Başa düşürəm ustadın "Abu Sufyan ordusu"-dan bundan başqa öyrəndiyin yoxdur.O,necə əxlaq sahibidirsə səndə ondan geri qalmırsan.Müəllimi belə olan tələbədən nə gözləmək olar? Adam dəhşətə gəlir ki,bir halda ki,bunların oxumuşları belə sifətlərə sahibdirlərsə bunların cahillərindən nə gözləmək olar? "Əhli Beyt"məktəbiniz sizə bunu öyrədir? İhsan Zahir bunu deməklə məgər haqqlı deyildimi? "Bu, əvvəldən axıra bu tayfanın yəhudiliyin onlar üçün iman gətirilməsi vacib olan bir din kimi qərar verdikləri əqidəsi olub, danlaq və söyüş dinidir." (Bir Yəhudi fitnəsinin nəticələri,səh 39) Yazanda qısa,konkret yaz.Bir məsələni qurtarmamış o birinə keçmə,hara tələsirsən? Ağzından köpük tökülə-tökülə danışma,ədəb qaydalarına riayyət elə.Sən axı Əhli Beyt məktəbini təmsil edirsən. Mən başa düşürəm niyə sizlərlə apponentlərinizin müzakirə .rmırlar… Konkret sual ver,cavabını gözlə,yazıb doldurub,aləmi qatma.
-
İndi sən and iç ki,Vəhhabi deyilən məzhəb rəsmən mövcuddur.Əgər kimsə özünü İmam Malikin məzhəbinə aid edir,onun fiqh məktəbi ilə gedirsə və özünə Maliki deyirsə bu başqa.Bir də var qondarma adla təyin olunmaq.Sən unutmusan İmamınızın sizə verdiyi adı? Əgər cahil adamlar alimlər haqqında öz ağılları ilə mühakimə edəcəklərsə onda danışmağa dəyməz.Sən demə əsl alimlər Molla İranından çıxır? İnsanların gözündə pis olmaq Allah qatında pis olmaq mənasına gəlməz. Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam 116) Müşrik sözünə gəldikdə isə kimi Allahın hökmü ilə müşrikdirsə o elə müşrikdir.Yəni,Quran və Sünnə ortadadır.Təkfir məsələsində Əhli Sünnə açıq-aydın dəlil olmadan və hüccət qalxmadan heç kəsi təkfir etmir və bu işi alimlərin ixtiyarına buraxır,hərc mərclik yaratmır. Şiyə alimləri isə hamını özlərindən başqa təkfir edirlər.Bu haqqda çoxlu rəvayyətlər və alimlərinizin sözləri vardır. Ayətullah Şübbər yazır: "Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah-təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində gəlib ki, imamların müxalifləri (yəni əhli-sünna) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, İmamların ardinca getməyənlərdən götürüləcəkdir". Bax "Çəmiə-Kəbirə" ziyarətin şərhi, səhifə 99. Yəqin ki,bu sənin üçün sirr deyil. İmam Nəvəvi nə vaxt yaşayıb,bilirsən? Sən bilirsən ki,ərəblər arasında and içmə tez-tez işlənən bir ifadə olub və bəzən ərəblər bunu cümlədə and içmə qəsdi olmadan da işlədərdilər.Ona görə Allah Quranda and içməyə görə məsuliiyət qoyur ki,bu yüngül söz hesab olunmasın. Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. (Ənam 89) Mən sənə yuxarıda izah verdim və yalnız Allaha and içmə baradə Qurandan ayə və hədislər gətirdim.Əgər bu açıq-aydın dəlillər səni qane etmirsə mən başqa nə deyə bilərəm.Höccətləşməkdən başqa əlinizdən heç nə gəlmir.
-
Vəhhabi adını görürəm çox sağa-sola sərf edirsən.Sən əgər bununla qarşı tərəfi pis etmək istəyirsənsə bil ki,Vəhhab sözü Allahın adlarından biridir və sən bununla əksinə qarşı tərəfi tərifləmiş olursan.Sadəcə bu ad qondarma addır və bunu sənə işlətməməyi məsləhət görürəm.Həmçinin bunu sənə al-Fath da tövsiyyə edir. Biz hələlik səbr edək.Güman edirəm bu moder sənin sözlərini görür. Alim haqqında işlətdiyin sözlər də çirkindir.Sən əvvəlcə alimlik səviyyəsinə çat,ondan sonra bir kəsi tənqid edə bilərsən,amma əxlaq çərçivəsində.Mən sənin heç bir alimini təhqir etməmişəm və bu müsəlman əxlaqına yaraşmayan bir səviyyədir.Sizlər isə görünür "Əhli beyt" tərbiyyəsi almısız. Bu hədis isə elə həmin fəsildə eyni ravilərdən amma başqa ləfzlə gəlir. Bize Züheyr b. Harb rivayet etti. (Dedi ki): Bize Cerir, Umaratü'bnü Ka'kaa'dan, o da Ebû Zür'a'dan, o da Ebû Hü-reyre'den naklen rivayet etti. Ebû Hüreyre şöyle demiş: Resûlüllah (Saîlallahü Aleyhi ve Sellemje bir adam gelereki — «Yâ Resûlaliah! (Sevap ittibârı ile) sadakanın hangisi daha büyüktür?» diye sordu:Resûlüllah {Saîlallahü Aleyhi ve Sellem): — «Sağlam, cimri olduğun, fakirlikten korktuğun ve zenginliğe tama' ettiğin hâlde verdiğin sadakadır. (Bu işi), can gırtlağa gelip de filâna şu Kadar, filâna da şu kadar {verilsin) deyinceye kadar geri bırakma. Dikkat et ki (O mal) zâten filânın olmuştur.» buyurdular. Gördüyün kimi bu fəsildə iki hədis verilmişdir.Eyni mətn hər iki hədisdə mövcuddur.Lakin,birində "and içmə"sözü işlənib,digərində yox.Çox güman ki,burda rəvayət edən ravinin səhvi ola bilər.Düzünü isə Allah bilir.Daha sonra həmin yerdə izah verilir: Burada şöyle bir suâl hatıra gelebilir: «Resûlüllah (Sallallahü Aleyhi ve Sellem), Allah'tan başkasma yemin etmeyi nehî buyurduğu hâlde acep neden burada muhatabının babasına yemin etmiştir?» Bu suâli îmam Nevevî şöyle cevaplandırmıştır: «Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) kasten Allah'dan başkasına yemîn etmeyi nehip buyurmuştur-. Bu hadîsteki lâfız ise kasıtsız olarak ağzından çıkıvermiştir. Binâenaleyh yemin değildir. Bu gibi sözler memnu değildirler.» Elə həmin yerdə. İmam Nəvəvi haqqda nə düşünürsən,O da Vəhhabidir,yoxsa İbn Useymin tələbəsi? Qaldıki and içmə məsələsinə,gördüyün kimi yuxarı postda verdiyim sılkada kifayət qədər bu baradə hədislər verilmişdir.Bu ayəyə də diqqət et: "De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7) Ağıl sahibləri üçün məncə bu kifayətdir.İbn Üseymin qeyd etdi və bu heç kəsə sirr deyil ki,bir kəsin etdiyi əməldə və dediyi sözdə niyyət önəmlidir.Əgər təbii bu sözü qəsd olaraq demərsə bu böyük şirk olmaz.Bilindiyi kimi Şirk iki cürdür:Böyük və kiçik şirk. Hamıda qəbul edir ki,riya da kiçik şikdir və bunun başqa növləri də vardır. Vəssəlam.
-
İndi görək bu Feyz Kaşani əs Safi təfsirində daha nələr deyir… "Deyirəm: Bütün bu xəbərlərin və əhli-beyt - aleyhim əs-sələm - yolu ilə gələn digər rəvayətlərin hamısından anlaşılır ki, qarşımızdakı bu Quran Muhammədə, salləllahu aleyhi va alihi va səlləm, nazil edildiyi kimi tamam deyildir. Əksinə onun içində Allahın nazil etdiyinə zidd olan vardır və onun içində dəyişdirilmiş və təhrif olunmuş şeylər vardır və ordan bir çox şey götürülmüşdür, məsələn Əlinin, aleyhis-sələm, adı bir çox yerdən götürülmüşdür və bundan başqa şeylər də Qurandan çıxarılmışdır. İndiki Quran həm də Allahın və Onun Elçisinin, salləllahu aleyhi va alihi va səlləm, razı qalmadığı şəkildə tərtib olunmuşdur. Əli ibn İbrahim də öz təfsirində bunu deyir: ….." ("Təfsir əs-Safi", 1/49-50) Diqqət et,bu Feyz Kaşaninin öz şəxsi rəyidir.Şərhə ehtiyyac var? Sən bu alimin rəyi ilə razısan?Əgər razısansa təhrif iddia edən alimləriniz baradə nə deyirsən? Bilirsən,bir şey həqiqətdir ki,sizdə təqiyyə deyilən bir metod vardır.Ona görə sizin nə vaxt nəyi düz deyib,nəyi gizlətdiyinizi demək çətindir.Çünki,sizin müctəhid alimləriniz adi şiyələrə belə gündəlik həyatlarında Sünnilərlə görüşüb danışarkən,onlarla bir yerdə yaşayarkən,bir yerdə hətta onlar kimi əli bağlı namaz qılmağı təqiyyə adı ilə icazə vermişlər.Belə fətvalar təqlid kitablarında vardır. Konkret bir misal Kafidən. Musa ibn Əşyəm demişdir ki, bir dəfə mən Əbu Abdulla əley-hissəlamın yanında olanda bir nəfər ondan Qüdrət və Cəlal sahibi Allahın Kitabından bir ayə haqqında soruşdu, o həmin adama bir cür cavab verdi, sonra onun yanına bir başqası daxil olub həmin ayə haqqında so-ruşdu və o ona birinciyə verdiyi cavabın əksini dedi. Allah bilir, mən bundan nə çəkdim, sanki ürəyimi bı-çaqla yaraladılar, öz-özümə dedim: "Bir vergülün ya-rısı qədər də səhv etməyən Əbu Qətadəni Şamda qoyub hər şeydə elə mənim kimi səhv edən bunun yanına gəl-dim..." Bu zaman bir başqası da daxil oldu və ondan həmin ayə haqqında soruşdu. O ona da mənə və dostuma cavab verdiyinin əksini dedi. Belə olduqda mən sakit oldum və bildim ki, o bunu təqiyyə məqsədilə edir" ("əl-Kafi fi əl-üsul", səh.163, 1-ci cild, Hindistan çapı) Yəni sizdə elə bir fikir yoxdur ki,onun əksi söylənilməsin. Fakt budur ki,sizin müasir alimlər bu rəvayətlər qarşısında ancaq təqiyyə edib,müsəlmanları aldatmağa çalışırlar.Həqiqi etiqadlarını isə əsasən gizlətməyi üstün tuturlar.Çünki,buna rəvac verən gözəl təqiyyə metodunuz var. Çünki,adını çox çəkdiyin Nuri Təbərsi deyir: "Cənab mühəddis Cəzairinin "əl-Ənvar"da dediyinin mənası budur: "Əshabələr Quranın təhrif olunduğuna açıq-aşkar dəlalət edən məşhur, həm də ardıcıl xəbərlərin doğruluğu məsələsində yekdil-dirlər" (Təbərsinin "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" əsəri, səh.30, Iran çapı.) Həmçinin o deyir: "Buna dəlalət edən xəbərlərin sayı iki min hədisdən çoxdur. Müfid, Damad, Məclisi kimi bir qrup alim onların yayıldığını iddia etmiş, Şeyx Əbu Cəfər Tusi də "ət-Tibyan"da onların sayca çoxluğunu bildirmişdir. Həmçinin bir dəstə də onların ardıcıllığını iddia etmişdir". O sözünü belə tamamlayır: "Bil ki, bu xə-bərlər əshabələrimizin şəriət ehkamlarını isbat etmək üçün istinad etdikləri mötəbər kitablardan və Peyğəmbərin əhvalatlarından götürülmüşdür" (Təbərsinin "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" əsəri, səh.227, Iran çapı.) Bilmirəm bəlkə,Məclisi bu sözü təqiyyə ilə deyib yoxsa yox amma,bu sözləri çox güman ki,səmimi hisslərlə deyib: Molla Məhəmməd Baqir Məclisi yazır: "Münafiqlər Əlinin xəlifə olmasından qəzəb-ləndilər və xəlifənin başına bu müsibəti gətir-dilər, ikinci xəlifə ilə, yəni Allahın Kitabı ilə də belə rəftar etdilər, nəticədə onu parça-parça et-dilər" ("Həyat əl-qülub", "Vida həcci" fəsli, 49-cu nömrə, səh.681, 2-ci cild, fars dilində, Nulküşur çapı, Hindistan.) Daha sonra o deyir: "Ola bilsin ki, təthir ayələrini eləcədə bəzi dünyəvi maraqlara görə, bu ayənin zövcələrə də xitab edilən bir məzmunda olduğunu iddia etmək üçün ora daxil ediblər. Gələn xəbərlərə görə onların qıssalərı ilə irtibatı olmadığı və ayələrin nizam və tərtibinə etimad olunmadığı və bunun zahirinin batil olduğunu göstərir. Əgər hətta tərtibdə bir dəyişiklik olmasa da, deyirik ki, irəlidə saysız xəbərlər gələcək ki, Qurandan çoxlu ayə çıxarılmışdır. Ola bilsin ki, ayədən əvvəl və sonrakı ayələr çıxarılmışdır, bu sabit olsa belə, zahiri ilə əlaqəsi itir..." "Bihər əl-Ənvar", 35/24 Cəbir ondan (ə.s): Cəbarayıl bu ayı ilə Məhəmmədin (s.a.s) üzərinə nazil oldu: "Əgər qulumuza Əli ibn Abu Talib haqqında nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin" . "Biharul ənvar" 35 cild/57 səifə Çox uzun olmaması üçün bu qədər ilə kifayətlənirəm. Mən onu deyə bilərəm ki,sizin bu müasir alimləriniz yəqin ki,öz elmlərini havadan almırlar,qədim kitablarına istinad edirlər,elə deyilmi? Əgər onlar qədim kitablarına istinad etmir və əsası olmayan rəyylər verəcəklərsə bu fikirlərin heç bir dəyəri olmaz.Sizin alimlər sadəcə olaraq vəziyyətdən çıxmaq üçün ya bu rəvayətləri yozur,başqa məna verir,ya da sadəcə olaraq təqiyyə etməyə çalışırlar.Üçüncü yol inkar yoludur.Bu yol isə təhlükəlidir. Bunu şiə alimi Molla Məhəmməd Baqir belə aydınlaşdırır: "Mənim bildiyimə görə bu məzmunlu xəbərlər mənaca bir-birini tamamlayır. Onların hamısını atmaq bütün xəbərlərə birbaşa istinad etməməyi vacib edir. Həm-çinin zənn edirəm ki, bu qəbildən olan xəbərlər imamət haqqındakı xəbərlərdən az deyil. Onlar onu (imaməti) da xəbərlər vasitəsilə sübut etmirlərmi?" (Fəsl əl-xitab..." kitabından nəql olunur.) Axı,şiə məzhəbi imamların sözləri və rəyləri üzərində qurulmuşdur.Onların rəylərini və dediklərini yuxarıda qeyd edilib və məlum olub ki, onlar adamların əlində mövcud olun bu Quranı kamil, qorunan Quran kimi görmürlər.
-
Gəl belə danışaq.Mən axı sənə dedim ki,mən Nuri Təbərsidən danışmıram.Əgər oxusaydın görərdin ki,o verdiyim sılkada ona çox istinad olunmur.O,özü öz əleyhinizə şəhadət verib,burda isbat ediləsi bir şey yoxdur.Bizi maraqlandıran başqa alimlərinizin sözləri və rəyləridir. Birdə sənə hirslənməməyi məsləhət görürəm.Başa düşürəm,acı olsada həqiqətdir.Bu Vəhhabi söhbətinidə yığışdır.Bu köhnəlmiş söhbətlərdən yorulmadız?al-Fathın sənə töhmət verəcəyindən qorxmursan? Unutma ki,İmam Cəfəri Sadiq sizə gözəl ad qoymuşdu,yadına salım yoxsa özün t.caqsan? Başa düşmədim,sən məni şantaj edirsən?Əlində nə düzgün dəlil varsa tök ortaya amma,yalandan uzaq ol.Mən demişdim:Təhrifə etiqad edən alim varsa,sözünü gətir.Rəvayət və s.lazım deyil.Biz artıq bu mərhələni keçmişik.Konkret alimin sözü və rəyi. İnan oxumağı çox istərdim.Əlimə keçən bütün kitabları oxumağa çalışıram.Əgər o kitabı əldə etsən bizim ilə onu paylaş.Elm öyrənmək yaxşı şeydir. Mən yenə deyirəm:Alim haqqda belə danışmaq yumşaq desək ədəbsizlikdir.Niyə bilmədiyin məsələdə böhtan atırsan.Sən təbii,razılaşmaya bilərsən.Bu sənin şəxsi fikrindir.İhsan Zahir isə tədqiqatçıdır və gördüyün kimi sizin kitablardan rəvayətlərinizi və alimlərinizin sözlərini gətirmişdir.Sən əgər diqqət etsən görərsən ki,onun kitabında 90% ancaq sizin kitablardan olan sitatlardır.Müəllif hələ bu kitabda əsasən 3 mövzu baradə danışıb.Başqa mövzular isə başqa tədqiqatın işidir.Nəyə etiraz edirsən buyur açıqla. Bir Yəhudi fitnəsinin nəticələri Sünnə Əhlinin mövqeyi ortadadır: Qazi "əş-Şifa"da demişdir: "Bil ki, kim Qura-nın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa, yaxud onları söysə, yaxud onu və ya ondan bir şeyi yalan saysa, yainki ona və ya onun bir hissəsinə, yaxud bir ayəsinə inanmasa, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun inkar etdiyini sübut etsə və ya onun sübut etdiyini bilə-bilə inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o, bütünlükdə elm əhlinin nəzə-rində kafir sayılar. Allah-təala demişdir: "Həqi-qətən, o elə bir möhkəmləndirilmiş kitabdır ki, ona nə əvvəl, nə sonra batil daxil ola bilməz, o, Hikmətli və Tərifəlayiq Allahdan gəlmədir" (Qazi Iyaz. "əş-Şifa".) Bu da sənin əxin al-Fathın sözü. http://forum.bakililar.az/index.php?s=&...t&p=2401213 Mən sənin elmi dərəcənə heyran edirəm.Sənin kimi bütün keçmiş qövmlər də onlara gələn Peyğəmbərləri yalançı hesab etmişlər.Məgər onların bu iddiaları nəyi isə dəyişir? İslamın düşmənləri də Peyğəmbər (s.a.s)-ə olmazın böhtanlar atırlar.Burda gördüyün kimi əsas məsələ insanların bu və ya digər məsələyə öz rəyləri,izahları ilə yanaşmadadır.Elə bir dahi şəxsiyyət yoxdur ki,onun haqqında nahaq sözlər danışılmasın.Güman edirəm nə demək istədiyimi başa düşdün. Diqqət et.İhsan Zahir ancaq sizin kitablardan sitatlar gətirir.Əgər yalandırsa deməli bu sözləri deyən sizin alimlər yalançıdır.Əgər elə deyilsə onda sən böhtançı yə yalançısan. Birincisi,sən özün dedin ki,bunu Küleyni "Kafi"-də Peyğəmbərin (s.a.s)-in dilindən gətirir.Yəni,bu söz Küleyninin öz sözü deyil,sadəcə təhrifi təsdiq edən rəvayətlər kimi bir rəvayətdir.Mən yenə deyirəm.Rəvayət nəql etmək başqa şey,bu baradə hər hansı bir rəy sahibi olmaq başqa şeydir.Şübhəsizdir ki,sizin bütün alimlərinizin heç də hər yazdığı rəvayəti öz rəyləri hesab etmirdilər.Yəni,həm təhrifə inanıb,həm də eyni zamanda onu inkar etmək qeyri mümkündür. Sizin alimin bu baradə rəyi: Qümminin təfsirini şərh etmiş şiə alimi Seyyid Teyyib Musəvinin Quranın təhrif olunduğuna dair alimlərin sözlərini qeyd edərək demişdir: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belə-lərinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn Ibrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yummaq mümkün deyil". (Seyyid Teyyib Musəvinin "Təfsir əl-Qümmi"yə müqəddiməsi, səh.23, 24.) Şiə alimlərdən Feyz Kaşani də qeyd edib: "Bizim rəhmətlik şeyxlərimizin bu məsələdə etiqadları isə "siqət əl-islam" (Islamın etibarı) təxəllüslü Məhəmməd ibn Yəqub Küleynidən zahir olur ki, o da Quranın təhrif olunduğu və onda çatışmazlığın möv-cudluğu etiqadında olmuşdur. Çünki o özünün "əl-Kafi" kitabında bu mənalı rəvayətlər vermiş, kitabın əvvəlində orada rəvayət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayətlərə etiraz etməmişdir. Onun ustadı Əli ibn Ibrahim Qümmi də elə; onun təfsiri belə rəvayətlərlə doludur, o, bu işdə xüsusi səy göstərir. Eləcə də şeyx Əhməd ibn Əbu Talib Təbərsi özünün "əl-İhticac" kitabında onları təqlid etmiş-dir". Bax "Təfsir əs-Safi" nin müqəddiməsi, səhifə.14. Hər halda bu alimləriniz Küleynini və digərlərini sizdən daha yaxşı tanıyırdı.Ona görə İhsan Zahirə böhtan atmaqla ancaq günah qazanırsan. Nəzərinə çatdırım ki,Küleyni ancaq Siqətul-Şiyə ola bilər,İslam deyil.
-
Mən konkret suallar vermişdim.Dolayısı ilə siz cavab verməkdən çəkindiz. Mən elə başa düşdüm ki,bu söz Peyğəmbər (s.a.s) sözüdür,Küleynin deyil.Çünki,bunu Elməddin sitat olaraq gətirdi. l-(199) ...es-Sekunî, Ebu Abdullah (Cafer Sadık aleyhisselâm)'dan şöyle rivayet eder: Resûlullah (sallallahu aleyhi ve âlihi) buyurdu ki: «Her hakkın ötesinde bir hakikat vardır ve her doğrunun üzerinde bir nur bulunur. Bir şey Allah'ın kitabına uygunsa onu alın, Allah'ın kitabına aykırı ise onu bir kenara bırakın.» Bizə maraqlı olan Küleynin sözüdür. Mən sizin mesajı anladım.Çalışacam bundan sonra sizinlə söhbət etməyim.
-
http://www.feqih.com/index.php?newsid=275
-
Kim sənə dedi ki,mən Nuri Təbərsidən yapışmışam,mən heç ona istinad etdim?Orda isbat etməyə bir şey yoxdur.Müəllif özü bu baradə hər şeyi bəyan edib.Rəvayətləri də,üstəlik alimlərinizin şərhlərinidə. Mən gördüyün kimi sizin başqa alimlərinizdən əsasən sitatlar gətirirdim və onlar nə birdir,nə ikidir.Bu alimlər və sözləri ilə daha geniş tanış tanış olmaq istəyirsənsə bu postu oxu. http://forum.bakililar.az/index.php?s=&...t&p=2377073 Əgər tam geniş izah almaq istəyirsənsə onda bura bax. http://www.boxca.com/v107wrqfxcu5/Şiy..._Quran.doc.html Yox əzizim,tanımıram.Xahiş edirəm bizə net-dən axtarıb tapdığın mənbəyi bilinməyən sılkalar vermə.Sən sitat gətir və alimin adını və kitabındakı səhifəni qeyd elə.Onda mən səninlə razılaşaram. Bizim mövqeyimiz aşıq aşkardır.Yuxarıda suallara da imkan olsa cavab yazsan pis olmazdı.
-
Görürəm tək qapıya top oynamaq xoşunuza gəlir hörmətli al-Fath.Bəlkə mənim pozduğunuz suallarıma cavab verəsiz.Yeni bir şey yazmağa lüzum görmürəm.Çünki,nə yazsam onu siləcəyinizdən ehtiyyat edirəm. Hələlik bu cavabsız suallara münasibət bildirməyinizi istərdim. 1.Zəhmət olmasa bu Əxbari və Üsuli dediyiniz alimlərin adlarını,vəfat tarixlərini qeyd edərdiz.Demək istəyirsiz 17-ci əsrdən əvvəl Əxbarilər olmayıb? (buna aydınlıq gətirin) 2.Bu Əxbarilər sizə görə Şiyədirlər və onların etiqadları küfr deyilmi?Bəlkə onlar həqiqi Şiyədirlər,axı onlar sizin qədim və İmamlarınızdan gələn rəvayətlərə istinad edirlər. 3.Kafinin səhih,zəif hədislərdən ibarət olan toplusu var,varsa kitab halında seçilib,tərtib olunanı varmı? Çünki,adətən sizlər bir rəvayət gətirəndə onun nə dərəcədə mötəbər olduğunu qeyd etmirsiz. 4.Küleyninin öz kitabının müqəddiməsində dediyi ziddiyyət halında Qurana üz tutmaq məsələsini harda yazıldığı məqamını soruşmaq istərdim.Əgər mümkünsə elektron variantı təqdim edərsiz.
-
Al Fath.Mənim yazılarımı niyə silirsiz? Mən sizin suallara cavab yazmışdım və sizə suallar ünvanlamışdlm.Haqqsızlıq edib belə mövqe tutmaqla heçdə zənn etməyin ki,nəsə qazanacaqsız.Gec-tez bütün insanlar həqiqətin nə olduğunu biəcək. Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar. (Tövbə 32) Birdə unutmayın ki,mən birinci olaraq sizə cavab yazmamışdım,siz mənə cavab yazmışdız.Əgər xoşunuz gəlmirsə cavab yazmayın,amma yazılarımıda silməyin.
-
Qeyd etmək istəyirəm ki,Burhan niki ilə Abusaid niki eyni şəxsə yəni mənə aiddir.Çalışacam ki,artıq bir niklə yazım.
-
Məni yalan nisbəti atdığına görə sizi Allaha tapşırıram.Nasibi olduğumu isbatlayın. İstər Fatimə (r.a),istər Əbu Bəkr (r.a),istər Əli (r.a) və ya Ömər (r.a) bəşər və insan olublar.Onların gündəlik həyatda müəyyən davranışları və özlərinə məxsus xüsusiyyətləri var idi.Birincisi,qeyd olundu ki,məlum o hədislər Əli (r.a)-nın haqqında deyilib.Yəni,qəsd olunan ailə içi münaqışədə Peyğəmbər (s.a.s)-nin qızının mümkün qədər incidilməməsidir.Fərz edək ki,Fatimə (r.a) inciyib,məgər o da adi insanlar kimi inciyib və sevinə bilməzmi və heç kəsə sirr deyil ki,bu istənilən insana xas xüsusiyyətdir.Xüsusən də nəzərə alsaq ki,Fatimə (r.a) çox gənc və kövrək bir qadın idi.Bəziləri müəyyən insanların arasına girib,aranı qatmaqla nəsə qazanacaqlarını zənn edirlər.Kənardan belə söhbətlər həm mənasız,həm də heç bir fayda verməyən bəsit mübahisəni xatırladır.Bu ittihamı atanlar getsinlər araşdırsınlar ki,analarını neçə dəfə incidiblər.Heç şübhə yoxdur ki,bu ittihamı atanların məqsədi böyük Səhabələri ləkələmək və onlara tən etmək məqsədi daşıyır.İstənilən adam öz həyatında qısa bir təftiş .rsa nə qədər xətalar,günahlar etdiyinin şahidi olar.Səhabələri Əhli Beytlə üz-üzə qoymaq istəyənlər fitnəkarlardır. http://www.boxca.com/2rjt22gdtkws/Shiye_ve..._Zahir.doc.html Burda dəlil var,buna görə böhtan atırsız?Sizlərə əgər sərf edərsə hətta uydurma və yalanları da dəlil olaraq qəbul edirsiz.Bunlar hamısı sizin kitablarda olan sizin uydurmalardır. Kifayət etmədisə http://theendofimamiya.blogspot.com/2006/0...2863597758.html Bu Təbəri tarixindən gətirdiyiniz rəvayətin bir parçası عن زياد بن كليب قال: أتى عمر بن الخطاب منزل علىّ وفيه طلحة والزبير ورجال من المهاجرين فقال: واللّه لأحرقنّ عليكم أو لتخرجنّ إلى البيعة»، فخرج عليه الزبير مصلتاً بالسيف فعثر فسقط السيف من يده فوثبوا عليه فأخذوه "Ömər ibn Xəttab Əlinin evinə gəldi bir halda ki, bir qrup mühacir həmin evdə idi. O üzünü onlara tərəf tutub dedi: Allaha and olsun ki, əgər Beyət etmək üçün bayıra çıxmasaz evə od vuracağam. Zübeyr qılıncını çıxartmiş halda bayılra çıxdı. Gözlənilmədən ayağı burxuldu və qılınc əlindən yerə düşdü.Bu zaman ona hucum etdilər və qılıncı əlindən aldılar." Tarixi Təbəri Rəvayətin sənədi: حدثنا ابن حميد ، قال : حدثنا جرير ،عن مغيرة ، عن زياد بن كليب Bu rəvayətin çox illəti vardır: 1. İbn Humeyd ət-Tabərinin şeyxidir, adı Muhamməd bin Humeyd bin Həyyandır, çox zəif ravidir. əl-Hafiz ibn Hacəri "zəif" olduğunu deyir. İmam əz-Zəhəbi deyir ki, "onu bəziləri siqa saysalarda, doğru olan tərk olunmasıdır." Yaqub bin Şeybə onun haqqında deyir: "Kəsir əl-Mənakir" (çoxlu münkər rəvayət edir). əl-Buxari dedi: "Fi hədisihi nazar" (hədisi mübahisəlidir, Buxarinin terminologiyasında bu zəif ravi deməkdir) ən-Nəsai dedi: "leysə bi siqa" (siqa deyildir) əl-Cəvzəcani dedi: "siqa deyildir" Əbu Zura onu yalançılıqda ittiham edib. وقال أبو نعيم بن عدي: سمعت أبا حاتم الرازي في منزله وعنده ابن خراش وجماعة من مشايخ أهل الري وحفاظهم فذكروا ابن حميد فأجمعوا على أنه ضعيف في الحديث جداً وأنه يحدث بما لم يسمعه "Əbu Nueym bin Adiy dedi: Əbu Hatim ər-Razinin evində idim və yanında İbn xarraş və Rəy əhlinin şeyxləri və hafizləri oturmuşdu və İbn Humeydin adını çəkdilər və onların hamısı onun hədisdə çox zəif olduğunu və eşitmədiyi şeyləri rəvayət etdiyində razılaşdılar." əl-Beyhəqi, İbn Xuzeymə və digərləri onu mətruk hesab ediblər. 2. Muğiradan rəvayət edən Cərir bin Hazim saduqdur və xəta edən ravidir. Xüsusilə ixtilat etmişdir və bunu Əbu Davud və əl-Buxari (əl-Tarix əl-Kəbir, 2/2234) açıq şəkildə qeyd edirlər. 3. əl-Muğira və onun adı İbn əl-Muqsimdir, siqadır, lakin tədlis əhlindəndir və İbn Hacər onun müdəllislər arasında üçüncü təbəqədən zikr etmişdir. Bu isə o deməkdir ki, onun ananə ilə rəvayətləri qəbul deyildir, yalnız təsrih ilə rəvayət edərsə məqbul olar. 4. Ziyad bin Kuleyb isə ətbəut-tabiin nəslindəndir, Ömər bin əl-Xattabı görməmişdir, nəinki Öməri, səhabədən heç kəsi görməmişdir. Bu isə sənin üçün əlavə illətlər idi. Heç kəs bu rəvayətin səhih olduğunu söyləyə bilməz. Rəvayət münkər rəvayətlərdəndir.Ona görə də alimlər ət-Tabarinin istər təfsirində, istər Tarixində İbn Humeyddən rəvayətlərini qəbul etmirlər. Bunun mənasını bilirik. Nasibi sizlərə görə kimlərdir?Məni nasibi adlandırmışdız.Sizə görə bütün Əhli Sünnə Nasibidir. Əs-Saduqun "əl-İləl əş-Şərai" əsərində Sadiqdən, aleyhis-sələm, mötəbər bir sənəd ilə gətirdiyi rəvayət: "Nasibi bizə, yəni əhli beytə düşmənlik edən deyildir, çünki sən heç bir kəsin "Mən Muhammədə və Onun ailəsinə nifrət edirəm" dediyini görməzsən. Lakin nasibi, sizə düşmənçilik edəndir, çünki o, bilir ki, siz bizimlə dostluq edirsiniz və bizim şiələrimizsiz. Bu mənaya dəlalət edən rəvayətlər çoxdur. Eləcədə peyğəmbərdən, salləllahu aleyhi va alihi va səlləm, rəvayət olunmuşdur: "Nasibilərin əlamətlərindən biri də Əlidən başqasını ona üstün tutmaqdır."
