Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Nobel

Members
  • Публикации

    528
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Nobel

  1. Nobel

    Təzə xəbərlər

    Futbol diplomatiyasına qarşı qaz diplomatiyası Avropa bazarına .ran əsas marşrut Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadə olunmaması həm Azərbaycan, həm də Türkiyəyə ziyandır TÜRKİYƏNİN SÜNİ ƏNGƏLLƏRİ… «Ən azı iki ildir ki, Türkiyənin süni əngəlləri nəticəsində «Şahdəniz» yatağının 2-ci fazasında işə başlamaq olmur. Bu müddət ərzində Azərbaycan məsələni qabartmayıb, çalışıb ki, işi dostluq şəraitində çözsün. Ancaq artıq imkanlar tükəndi. Və Azərbaycan qəbuledilməz təkliflərlə razılaşmaq fikrində deyil». Prezident İ Ə ötən həftə Nazirlər Kabinetində keçirilən 9 ayın yekunlarına dair iclasda bu fikirləri səsləndirib və əlavə edib ki, belə olan halda Azərbaycan alternativ yolları araşdırıb təhlil etməyə çalışacaq. Bu yollar da var. Dövlət başçısının qazın qiyməti və tranzit baxımından daha sərfəli adlandırdığı üç alternativ yolun hamısı Türkiyədən kənar keçir: «Rusiya ilə Azərbaycan arasında heç bir tranzit ölkə yoxdur. Qaz kəmərimiz də var. Razılaşdırılmış qiymət də yaxşı qiymətdir. Niyə də biz bu imkandan istifadə etməyək. Digər müzakirə olunan variant Azərbaycan qazını İrana ixrac etməkdir. Bu məsələ üzərində də biz ciddi işləyirik. Yenə də tranzit problemi ilə üzləşməyəcəyik. Bəzi bərpa işlərinin zəruriliyini, texniki məsələləri nəzərə almasaq kəmərimiz də var. Bir variant da Azərbaycan qazını Qara dəniz sahillərindən - Gürcüstandan Avropa məkanına nəql etmək layihəsidir. Bu müraciət gərək ciddi araşdırılsın. Prinsip etibarı ilə biz buna razıyıq». Prezident hesab edir ki, Türkiyə qazın qiyməti və tranziti məsələsində Azərbaycanın iqtisadi maraqları çərçivəsində nəsə əldə edə bilər. Dünya bazarı qiymətlərindən hansısa ciddi fərqlə hər hansı anlaşma olmayacaq. Dövlət başçısının bu çıxışının son vaxtlar Ankara ilə Yerevanın yaxınlaşması, eləcə də Türkiyədə və Azərbaycanda yaşanan bəzi olaylara rəğmən təkcə iqtisadi mahiyyət daşımadığını düşünənlər də var. «BU, NORMAL BİR ŞEYDİR» Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Azərbaycanın öz maraqlarından çıxış edərək Türkiyəyə dəlillərlə mümkün ssenariləri əvvəlcədən göstərməsi normal bir şeydir. İlham ŞabanHəqiqətən də Azərbaycanın 4 qaz ixrac borusu var və həmişə də bəyan edir ki, bunlardan maksimum yararlanmaq niyyətindədir. Bu baxımdan prezidentin sadaladığı istiqamətdə qazın nəqli, həcmlərin artırılması mümkündür. Ancaq ekspert deyir ki, ümumilikdə götürəndə Azərbaycan qazının yarıdan çoxu istənilən halda Avropa bazarlarına Türkiyə üzərindən gedə bilər. Çünki bunun üçün əsas qaz ixrac boru kəməri hazırdır. Düzdür, ola bilər ki, hansısa siyasi məsələlər, incikliklər ucbatından bu iş bir qədər yubadıla. Amma bu marşrutun özünü dəyişmək, korrektə etmək kifayət qədər böyük xərclər tələb edir: «Əgər söhbət qazı sıxılmış şəkildə tankerlərlə Qara dəniz vasitəsilə Avropa ölkələrinə göndərməkdən gedirsə, bunun üçün Gürcüstanda 600 kilometrlik yeni infrastruktur yaratmaq lazım gələcək. Digər tərəfdən, həmin sıxılmış qazı sonradan maye halına çevirmək üçün zavodlar və tankerlər lazımdır. Özü də həm bu tərəfdə, həm də Qara dənizin qarşı sahilində. Bütün bunlar üçünsə böyük kapital tələb olunur». İlham Şabanın sözlərinə görə, Rusiya üzərindən Avropaya qaz ötürmək üçün yeni infrastruktur yaradılmalıdır. Digər tərəfdən, İran və Rusiya indiki dünyanın super qaz dövlətləridir. Onlar heç vaxt uzun müddətə Azərbaycanın istəyini qane edəcək şəkildə - yəni 25-30 milyard qaz almaqda maraqlı olmayacaqlar. Bir sözlə, Avropa bazarına .ran əsas marşrut Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadə olunmaması həm Azərbaycan, həm də Türkiyəyə ziyandır. Çünki ona maliyyə sərf ediblər. Həmçinin Türkiyə istənilən halda tranzitdən də xeyli mənfəət əldə edə bilər. İlham Şaban prezidentin son fikirlərinin Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ilə bağlılığını da istisna etmir. Siyasi dairələrdə belə fikirlər də səslənir ki, guya, Azərbaycanın indiyədək Türkiyəyə qazı ucuz verməsinin səbəbi onun Ermənistanı blokadada saxlaması olub. İndi əgər sərhədlər açılırsa, bu güzəşt aradan qaldırıla bilər. «BƏS ONDA GÜRCÜSTANA NİYƏ BU GÜZƏŞTLƏR EDİLİRDİ?» Prezidentin Türkiyəyə qaz satışı və tranzit məsələləri ilə bağlı dediklərini iqtisadi deyil, sırf siyasi məsələ hesab edən Ərəstun Oruclu Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, düzdür, Azərbaycanla Türkiyə qarşılıqlı münasibətlərinə görə hər biri iqtisadi maraqlarına müəyyən qədər xələl gətirən addımlar atıblar. Ancaq bunu indiki səviyyədə müzakirə etmək düz deyil: «Azərbaycan neft-qaz layihələrində Türkiyədən çox Gürcüstana güzəştə gedib. Gürcüstan isə o vaxt da, indi də nəinki Ermənistanı blokadaya almayıb, onun üçün yeganə tranzit dövlət rolunu oynayıb. Bundan başqa da öz ərazisində yaşayan azərbaycanlı icmasına son dərəcə hörmətsizlik nümayiş etdirib. Onda sual olunur ki, bəs onda Gürcüstana niyə bu güzəştlər edilirdi?». Ərəstun Oruclu hesab edir ki, Türkiyəyə qarşı həm iqtisadi, həm də siyasi xarakterli belə sərt xəttin tutulmasından nə qədər gec deyil, qəti şəkildə imtina edilməlidir. Əks təqdirdə, Azərbaycan Türkiyəni tamamilə itirəcək.
  2. Nobel

    Təzə xəbərlər

    Türkiyədə Bakının qaz tələbinin yerinə düşmədiyini deyirlər «Azərbaycandakı türk qardaşlarımızın mənfəəti nədirsə, o yöndə bir qiymət təyin oluna bilər» Bakıda Türkiyə ilə münasibətlərin gərginliyi yaşanır. Yerli rəsmi media Türkiyənin Ermənistanla protokolları razılaşdırmasından bu yana Bakının mövqeyini gen-bol çatdırır. Türkiyə cəmiyyətində nələr danışılır? ANKARADA TƏSADUFİ TELEFON NÖMRƏLƏRİNƏ ZƏNG EDİB İNSANLARIN FİKRİNİ SORUŞDUQ. Sıravi Ankara sakinlərinin demək olar hamısından «Türkiyədən ziyan gözləməyin» sözləri eşitdik: - (56 yaş) «Ayağınıza bir daş dəysə, bizim ürəyimiz yanar. Yalnız olduğunuzu zənn etməyin. Axşam Əliyevin çıxışını dinlədim, qazın qiymətini qaldıracağını deyir. Yəqin o, da eşitdiyi söz-söhbətlə qərar verir. Amma gərək belə söz-söhbətlərlə hərəkət etməyəsiniz». - (65 yaş) «Sizin əndişəniz nədir, onu anlaya bilmirəm. Bizimkilər Qarabağ üçün əllərindən gələn mücadiləni edirlər. Heç bir zaman Türkiyədən Azərbaycana zərər gəlməz, qardaşım». - «Vallah, mən bayraq böhranına görə üzgünəm. Azərbaycanla münasibətlərin qırılmasını istəmirəm. Amma hər halda, Ermənistanla sərhəd də açılmalıdır». - (47 yaş) «Bayrağı stadiona buraxmamaq FIFA-nın qərarıdır. Burada Türkiyənin bir günahı yoxdur. O gün də eşitdim, Bakıda türk bayrağını endiriblər... Bunlar yaxşı hərəkətlər deyil. Azərbaycanın dırnağını belə Ermənistana dəyişmərik. Təsəvvür edin ki, Türkiyə ilə əlaqələri pozdunuz, Azərbaycan nə qazanacaq? İtirəcək! Biz hər zaman Azərbaycana gələn pisliyi Türkiyəyə gəlmiş bilirik. Azərbaycan ilk öncə demokratiyasını yaratmalıdır». TÜRKİYƏDƏ DANIŞDIĞIMIZ SİYASƏTÇİLƏR DƏ BUNA BƏNZƏR FİKİRLƏR SÖYLƏDİLƏR. Milliyyətçi Hərəkat Partiyası sədrinin yardımçısı, millət vəkili Tunca Toska bildirdi ki, Türkiyə ilə Azərbaycanın bir-birindən küsməsi yalnız Ermənistanın xeyrinədir. Bu vəziyyət Qafqazda hazırkı geosiyasi nizamı Azərbaycanın və Türkiyənin ziyanına dəyişə bilər. Millət vəkili deyir ki, Türkiyə rəhbərliyində də, Azərbaycan rəhbərliyində də səhvlər var. Onun fikrincə, Ankarada Ermənistanla Azərbaycanın xeyrinə olmayan protokolları imzalamaqla səhv edirlər, Bakıda isə qaz alqı-satqısında narazılığı mətbuatla çatdırmaqla: «Sayın İlham Əliyevin bu düşüncələrini Türkiyədə q.lı qapılar arxasında söyləməsi daha doğru olardı. Bunlar açıq-aşkar söylənən zaman türk xalqında inciklik yaradar. Biz də belə şeyləri media vasitəsilə deməklə azəri qardaşlarımızı incidərik. Bunlar iki qardaş millətin arasının açılmasına səbəb ola bilər. Bu ciddi dönəmin daha ağıllı idarə edilməsinin vacib olduğunu düşünürəm. Mən qaz qiyməti üzərində çox durmayım. Azəri qardaşlarımız qazı bizə vermirlərsə, biz üçə alaq, problem deyil. Önəmli olan könüllərin qırılmamasıdır». Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası təmsilçisi Tunca Toskanın qaz mövzusunda bu fikirlərini hakim partiyanın nümayəndələrindən də eşitdik. İqtidarda olan Ədalət və İnkişaf Partiyasından millət vəkili Mustafa Kabakçı bildirdi ki, Türkiyə qazı Azərbaycandan Bakının istədiyi qiymətə ala bilər: «Biz qaz məsələsini ortaya atmağı o qədər də yerində görmürük. Azərbaycandakı türk qardaşlarımızın mənfəəti nədirsə, o yöndə bir qiymət təyin oluna bilər. Türkiyə həmin qiyməti ödəyə biləcək gücdədir. Türkiyə sadəcə, bank böhranında 40 milyard dollar pul itirmiş və bunun altından qalxmış ölkədir. Qaz mövzusunda danışmağı belə arzu etmirəm. Şərtlər nə olursa, olsun, biz Azərbaycanın yanındayıq. Təəssüf ki, qardaşlığın möhkəmlənməsindən narahat olan güclər var. Onlar yanlış informasiyalarla inamsızlıq yaradıb. Biz hər dönəmində Azərbaycanın yanında olduq, olmağa da davam edəcəyik, inanın». Mustafa Kabakçı deyir ki, oktyabrın 21-də Türkiyənin Xarici işlər naziri, ardınca Xarici İşlər Nazirliyinin bir komissiyası, daha sonra da özü Azərbaycana gəlib anlaşılmazlıqları aradan qaldırmağa çalışacaq. XATIRLADAQ Kİ, Ötən həftənin sonunda Azərbaycan prezidenti İ. Ə. bildirmişdi ki, son iki ildə Türkiyə ilə qaz alqı-satqısı və Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropaya çatdırılmasında razılıq əldə etmək mümkün olmur. Çünki Türkiyə başqalarından üç dəfə ucuz qiymətlər təklif edir. Türkiyəli millət vəkilləri qaz mövzusunda suallara cavab verməyə həvəsli olmadıqlarından Türkiyənin hər hansı qiymətə razılaşmamasının səbəbini öyrənə bilmədik.
  3. Nobel

    Təzə xəbərlər

    Həmsədrlər Ermənistana təzyiq göstərmək istəmir «Həmsədrlər sübut etdi ki, Ermənistana təzyiq göstərə bilərlər, amma bunu etmək istəmirlər». Bunu oktyabrın 20-də parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov belə deyib. O bildirib ki, oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması zamanı həmsədr dövlətlərin 3-nün də yüksək səviyyəli rəsmisi iştirak edib. Və bu onu göstərir ki, istənilən vaxt Ermənistana təsir etmək mümkündür: « Əgər Ermənistanın xarici işlər nazirinə «imzala, get» deməyi bacarırlarsa, deməli, «Qoşunlarını Qarabağdan çək» deyə də bilərlər. Özlərinə lazım olan məsələlərdə yığışıb problemi həll edirlər, bütün bu onu göstərir ki, böyük dövlətlər beynəlxalq hüquqa əməl etmir». Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokol imzalanıb.
  4. Nobel

    Təzə xəbərlər

    Azərbaycan mətbuat azadlığına görə 146-cı yerdədir Azərbaycan mətbuat azadlığına görə Ermənistandan da, Gürcüstandan da geridədir. Sərhədsiz Reportyorlar Təşkilatı oktyabrın 20-də «Mətbuat azadlığı indeksi -2009» adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 175 ölkə arasında 146-cı, Ermənistan – 111, Gürcüstan 81-ci yerdədir. Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri Jan Fransua Jülyer deyib ki, «bütün dünyada söz azadlığı əvvəlki kimi güc və israrla qorunmalıdır». Təşkilat rəsmisi bildirir ki, Fransa, İtaliya və Slovakiya kimi demokratik ölkələrdə söz azadlığı indeksi ildən-ilə geriləyir. «Avropa demokratiya azadlıqları sahəsində digər ölkələrə nümunə olmalıdır. Dünyada azadlıqların pozulmasını necə pisləmək olar, əgər özün qınana bilərsənsə? Bu il ABŞ «Obama effektinə» görə 20 pillə irəliləyib». Sərhədsiz Reportyorlar Təşkilatı İrandakı vəziyyətdən də narahatlığını bildirir. Təşkilat qeyd edir ki, bu ölkədə vəziyyət Türkmənistan, Şimali Koreya, Eritreyadakı duruma yaxınlaşır. «Mətbuat azadlığı indeksinə» görə birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya, Norveç gəlir. Mətbuat azadlığının ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan, İrandır.
  5. Nobel

    Təzə xəbərlər

    Bayraq qanununa dəyişiklik təklifi Parlamentdəki Müsavat deputat qrupu «Dövlət bayrağı haqqında» qanuna əlavə və dəyişikliklər hazırlayaraq Milli Məclis .ratına təqdim edib. Deputat qrupunun üzvü Pənah Hüseyn təklifin digər dövlətlərin bayraqları ilə bağlı olduğunu deyir: «Təklif edirik ki, icra hakimiyyəti orqanlarına başqa dövlətlərin bayraqlarının uyğun yerlərdə yerləşdirilməsi səlahiyyəti verilsin. İcra orqanı Prezident Adminstrasiyası, Nazirlər Kabineti və yerli icra orqanları ola bilər». Pənah Hüseyn bildirib ki, bu dəyiişklik qəbul edilsə, Şəhidlər Xiyabanında Türkiyə bayraqlarının qaldırılması üçün qadağa aradan qalxmış olar.
  6. Türkiyə-Ermənistan oyununda Azərbaycan azarkeşləri Türkiyənin Bursa vilayətinin valisi Şahabəddin Harput oktyabrın 14-ü keçirilən Türkiyə-Ermənistan milli matçında Azərbaycan bayraqlarına sayğısızlıq edilməsi məsələsi ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirirlir ki, matçın keçirildiyi stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı qərarları olmayıb, bu, FİFA-nın tələbi ilə gerçəkləşib: Bu, FİFA-nın Türkiyə Futbol Federasiyasına yazdığı və federasiyanın valiliyimizdən tələb etdiyi qərardır». Ş.Harput bildirir ki, FİFA bu qərarı ilə öz statusu və təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan bayrağının bu qarşılaşmaya gətirilməsinə qadağa qoyub, əks təqdirdə matçın ləğv ediləcəyini bəyan edib: «Məhz buna görə də valiliyimizin bu qərarı həyata keçirmək və ya keçirməməyindən söhbət gedə bilməzdi. Necə ki, bu xəbər bəyan edildiyində ictimaiyyət tərəfindən anlayışla qarşılanmış, FİFA nəzarətçiləri və təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif ölçülü 230 Azərbaycan bayrağı tamaşaçılardan müsadirə edilmiş və bu bayraqlar fotolarda göründüyü kimi qutularda toplanmışdır». Vali deyir ki, vətəndaşların stadiona gizli və ya aşkar yolla gətirdiyi Azərbaycan bayrağı və bayraq əks olunan köynəklər tribunalardan yellədilib: «Bütün qadağalara baxmayaraq onlara heç bir müdaxilə olunmamışdır. Bəzi media vasitələrində zorakılıq halları əks etdirən kadrlar üzərində aydınlaşdırma işləri həyata keçirilir. Bu məsələdə təqsirkarlar tapılıb ifşa ediləcək». Şahabettin Harput deyir ki, Azərbaycan bayrağı Türkiyə bayrağı qədər müqəddəs və əzizdir: «Heç bir türk insanının bu bayrağa qarşı hörmətsizlik etməsi mümkün deyil». İndi burda sual çıxır: Lazım idi İA-ya Azərbaycan xalqının milli, müqəddəs olan Şəhidlər xiyabanında Türk bayrağını yendirmək? Əgər iki dövlət arasında hansısa səbəblərə görəsə gərginlik baş veribsə, getsin öz dövlət ştabında bayrağı yendirsin... Da millətin bu işə qarışdırmasın... Bəlkə düz demirəm? Sizin fikiriniz
  7. А интересно будет ли реализованно проект НАБУККО?) Пока что не буду торопиться с ответом) Как говориться всему свое время)
  8. Мда) Большой шум сделали из-за этой ссоры между Турции и Израилем) А интересно, когда они ближащее месяцы придут к компромисным решениям, тогда как запоет тема Артура?) Тут и отвечают) А это дело Артура)))))
  9. Nobel

    Təzə xəbərlər

    İndi keçək əsas məsələyə: Bursa valisi açıqlama yaydı Türkiyə-Ermənistan oyununda Azərbaycan azarkeşləri Türkiyənin Bursa vilayətinin valisi Şahabəddin Harput oktyabrın 14-ü keçirilən Türkiyə-Ermənistan milli matçında Azərbaycan bayraqlarına sayğısızlıq edilməsi məsələsi ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirirlir ki, matçın keçirildiyi stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı qərarları olmayıb, bu, FİFA-nın tələbi ilə gerçəkləşib: «Bu, FİFA-nın Türkiyə Futbol Federasiyasına yazdığı və federasiyanın valiliyimizdən tələb etdiyi qərardır». Ş.Harput bildirir ki, FİFA bu qərarı ilə öz statusu və təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan bayrağının bu qarşılaşmaya gətirilməsinə qadağa qoyub, əks təqdirdə matçın ləğv ediləcəyini bəyan edib: «Məhz buna görə də valiliyimizin bu qərarı həyata keçirmək və ya keçirməməyindən söhbət gedə bilməzdi. Necə ki, bu xəbər bəyan edildiyində ictimaiyyət tərəfindən anlayışla qarşılanmış, FİFA nəzarətçiləri və təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif ölçülü 230 Azərbaycan bayrağı tamaşaçılardan müsadirə edilmiş və bu bayraqlar fotolarda göründüyü kimi qutularda toplanmışdır». Vali deyir ki, vətəndaşların stadiona gizli və ya aşkar yolla gətirdiyi Azərbaycan bayrağı və bayraq əks olunan köynəklər tribunalardan yellədilib: «Bütün qadağalara baxmayaraq onlara heç bir müdaxilə olunmamışdır. Bəzi media vasitələrində zorakılıq halları əks etdirən kadrlar üzərində aydınlaşdırma işləri həyata keçirilir. Bu məsələdə təqsirkarlar tapılıb ifşa ediləcək». Şahabettin Harput deyir ki, Azərbaycan bayrağı Türkiyə bayrağı qədər müqəddəs və əzizdir: «Heç bir türk insanının bu bayrağa qarşı hörmətsizlik etməsi mümkün deyil».
  10. Nobel

    Təzə xəbərlər

    O bayraq yenidən qalxmalıdır İndi o Şəhidlər Xiyabanındakı bayraq endirilib. Nəyin əvəzində? 20.10.2009 Ertuğrul Özkök («Hürriyet» qəzetinin baş redaktoru) Düz 8 il qabaq o türk Şəhidlər Xiyabanı barədə yazmışdım. Xarici İşlər naziri Davutoğlunun sözü ilə desəm, «azərbaycanlı qardaşlarımızın şərəfinə əmanət etdiyimiz» Bakıdakı türk Şəhidlər Xiyabanı. Oranı ağlayaraq gəzəndən sonra bu sətirləri yazmışdım: SADƏ, BƏSİT, AMMA TƏSİRLİ «1918-ci ildə Bakını xilas edən Osmanlı Qafqaz ordusunun şəhidləri üçün tikilib. Bizim Baş Qərargah inşa edib. Bu Şəhidlər Xiyabanında ayrı-ayrı məzarlar yoxdur. Fotolar da yoxdur. Müsəlman bir ölkənin Şəhidlər Xiyabanından çox Amerikan ordusunun Arlingtondakı hərbi qəbristanlığını xatırladır. Onun qədər sadə, onun qədər bəsit. Amma təsirli. Çox uzun bir mərməri xəyalınızdan keçirin. Üzərində yanaşı düzülən ay-ulduzlar. Aypara yuxarı baxır və tam ortasında ulduzu var. Onun düz altında da şəhid olan Osmanlı əsgərlərinin adları. Bu başdan o başa adları oxuyuram. Altında anadan olduqları yer də yazılıb. Manisa, Trabzon, Muş, Nablus, Malatya, Yerusəlim, Bosniya, Kırcaəli, Şumnu, Manastır, Qahirə. Və əlavə bir çox yer adı. Doğum yerləri sizə sanki Osmanlı imperiyasını xatırladır. Ölüm yerləri isə bir-birlərinə çox yaxındır. «Bakının ətrafı» və ya Azərbaycanın başqa bir yeri. Nuru paşanın komandanlığındakı Osmanlı ordusu 1918-ci ildə Azərbaycana gələrək, Bakını ermənilərdən xilas edib». O Şəhidlər Xiyabanından Türkiyənin Bakıdakı səfirliyinə getmişdim. O anı da belə yazmışdım: «Səfirliyimizin indi yerləşdiyi binadan addımımızı bayıra atanda sağdakı divarda bir tablo diqqətimizi cəlb edir. Bu tablo Nuru paşanın Qafqaz ordusunun Bakıya girişini göstərir. Küçədə Osmanlı zabitləri atlarının üstündə dimdik rəsmi paraddan keçir. Qabağından keçdikləri binanın eyvanında isə Osmanlı generalları var. Bu mənzərə mənə Atatürkün ordularının İzmirə girişini xatırlatdı. Əslində bakılılar şəhərlərini İzmirə bənzədirlər. Şəhərin ən gözəl parkının adı da İzmir parkıdır. Təyyarəmiz Bakı aeroprtundan uçanda xəyalım hələ də o xiyabanda idi. O Şəhidlər Xiyabanında və məchul adların doğum yerlərinin yazıldığı böyük xəritədə. Hamısı nur içində yatsınlar». NƏYİN ƏVƏZİNDƏ? İndi o Şəhidlər Xiyabanındakı bayraq endirilib. Nəyin əvəzində? Türkiyə-Ermənistan matçında stadiona Azərbaycan bayrağının gətirilməsinə icazə verilməməsinin əvəzini çıxmaq üçün. Təzada baxın. Ermənistan matçının əvəzini çıxmaq üçün Bakıda ermənilərə qarşı savaşda ölən türk əsgərinin başının ucundakı bayraq endirilir. Elə isə qanlı-bıçaqlı olduğumuz ölkələrdəki şəhidlər məzarlıqlarımızda türk bayrağı dalğalanmağa davam edir. Necə deyərlər, qardaşın qardaşa kin-küdurəti başqadır. İllah da ürəyi sınmış, xəyanətə məruz qaldığına inanmış qardaşın kin-küdurəti heç nəyə oxşamır.. Elə isə xəyanət-zad yoxdur.Türkiyə ətrafındakı kin-küdurət dairələrini dağıtmağa çalışır. Bu yolla Azərbaycana daha çox kömək edəcəyinə inanır. Əgər iki ölkə arasında bir səhv başa düşülmə varsa, reaksiyaları bu cür müştərək və şanlı simvollar üzərindən yox, başqa şeylər üzərindən göstərmək lazımdır. Şəhidlər Xiyabanı üzərindən siyasət nə azərbaycanlı qardaşlarımıza, nə də bizə yaraşır. Osmanlının qurduğu dövləti iki yerə böldük. Heç olmazsa, millətimizi bölməyək.
  11. Nobel

    Təzə xəbərlər

    «Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız?» Parlamentin növbəti iclasında bayraq məsələsi müzakirə olunub Milli Məclisin (MM) payız sessiyasının növbəti iclası başlayıb. .-nın xəbərinə görə, iclasda cari məsələlərin müzakirəsi zamanı Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlər səslənib. Parlamentin vitse-spikeri Bahar Muradova çıxışında bildirib ki, Bakıdakı Şəhidlər Xiyabanında Türkiyə bayraqlarının götürülməsi ilə bağlı ajiotaj yaratmaq lazım deyil: «Bu, qanun çərçivəsində həyata keçirilib. Əslində «Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» qanun qüvvəyə minən kimi icra olunmalı idi». Millət vəkili İkram İsrafil isə deyib ki, Azərbaycanla Türkiyə arasında yaranan gərginliyə son qoymaq üçün Bakının işğaldan azad olunduğu günü - sentyabrın 15-ni «Türkiyə- Azərbaycan dostluğu günü» elan etmək lazımdır. Deputat İqbal Ağazadə təklif edib ki, Türkiyə bayrağı Azərbaycanda ən yüksək yerdən asılmalıdır: «Türkiyə bayraqlarının götürülməsi düşmənə rəvac verər». MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov Bakıdakı Türk Şəhidliyindən Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağının da götürüldüyünü xatırladıb: «Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız? Mən bayrağımızı o vəziyyətdə görəndə özümü təhqir olunmuş saydım. Biz istəyirik ki, Türkiyə yetkililəri Azərbaycanın milli maraqlarını nəzərə alsınlar».
  12. Nobel

    Təzə xəbərlər

    Bunu unutmaq olarmı?.. Hüseynbala Səlimov, müstəqil analitik Bursada Azərbaycan və Türkiyə bayraqları yan-yana AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA BAYRAQ SAVAŞI Bir neçə ay bundan əvvəl heç kim təsəvvür etməzdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bu qədər gərginləşə bilər. Tərəflər zahirən təmkinli görünsər də,birinə incə diplomatik mesajlar göndərməkdə davam edirlər. Artıq bir dəfə qeyd etmişdik ki, futbol matçının səhərisi günü Türkiyənin Bakıdakı təmsilçisi Xarici İşlər Nazirliyinə çağırıldı və ona Azərbaycan bayrağı ilə təhqiramiz davranışa görə etiraz bildirildi. Amma məsələ bununla bitmədi. İndi bayraq məsələsinin yeni təfərrüatları açıqlanır. Məlum olur ki, FİFA-nın məsələyə qarışması əslində Türkiyə hökumətinin təhriki ilə baş verib və Azərbaycan bayrağının stadiona .rılmasını qadağan etməyə heç FİFA-nın hüququ da yox idi. Yəni Türkiyə hökuməti istəsəydi, məsələni bu qədər mürəkkəbləşdirməzdi. İndi buna cavab olaraq Azərbaycanda Türkiyə bayraqlarını endirirlər. Rəsmi orqanlar bunu «Xarici ölkələrin bayraqları haqqında» qanunun icra edilməsi ilə bağlayırlar. Amma hamıya aydındır ki, məsələ məhz Türkiyəyə cavab reaksiyasıdır. QAZ MÜHARİBƏSİ QAFQAZA DA YOL TAPDI Onu da qeyd etmək lazımdır ki, münasibətlər təkcə bayraq məsələsi ilə məhdudlaşmayıb. Qaz müharibəsi indi də Qafqaza yol tapıb. Azərbaycan öz qazının ixracı üçün yeni nəql marşrutları axtarır. Məsələ bundadır ki, artıq bir neçə ildir ki, Azərbaycan qazı Türkiyəyə dünya bazarındakı qiymətdən 3 dəfə aşağı qiymətə satılır. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bununla bağlı danışıqların il yarımdır davam etməsini desə də, məsələnin bu qədər aktuallaşması məhz Türkiyəyə təzyiq məqsədi güdür. Məlum olduğu kimi, artıq Azərbaycan Rusiyanın «Qazprom» şirkəti ilə də saziş bağlayıb və hətta alternativ nəql marşrutu kimi İranı da nəzərdən keçirir. Göründüyü kimi, vəziyyət çox mürəkkəbdir. Oktyabrın 21-nə isə bir gün qalıb. Ola bilsin, parlament birinci oxunuşdan protokolları ratifikasiya etməyəcək. Amma qarşıda iki ay var və sanballı siyasi analitiklər belə hesab edirlər ki, protokollar gec-tez ratifikasiya ediləcək. Vəziyyətin Ermənistana təsiri elə prezidentlərin Kişinyov görüşündə özünü biruzə verdi, Ermənistan yenidən danışıqlarda öz mövqeyini sərtləşdirdi. Məhz bunun nəticəsidir ki, Kişinyov görüşü tamamilə sönük sonluqla bitdi və heç bir razılıq əldə olunmadı. Etiraf etmək lazımdır ki, Türkiyəyə də müəyyən təzyiqlər var. Ermənistanla sərhədlərin açılmasını Avropa Birliyi də tələb edir və Türkiyə üçün bu Birliyə üzv olmaq müstəsna əhəmiyyət kəsb edir. ƏGƏR TÜRKİYƏ OLMASAYDI... Amma dünyada siyasətdən də müqəddəs məqamlar var. Hər halda iki dövlət arasında bayraq savaşı bir o qədər də ürəkaçan deyil. Biz Türkiyə ilə münasibətlərimizi necə qurmalıyıq? Türkiyədən uzaqlaşmalıyıqmı? Bu sualların cavabı yaxın müddətdə bilinəcək. Amma «Türkiyə bizim üçün nə edib?» sualına indi də cavab vermək olar. Türkiyə olmasaydı, Bakı bəlkə də Azərbaycan şəhəri olmayacaqdı! Məlum olduğu kimi, 1918-ci ildə Demokratik Respublika müvvəqqəti olaraq Gəncədə yerləşmişdi. Türkiyə qoşunları Bakını azad edəndən sonra mərkəz və paytaxt Bakıya köçürüldü. Hər halda bunu unutmaq olmaz... Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
  13. Считай на первый вопрос нашли ответ) Дальше придется хорошенько искать ответы) Подумайте что основополагающим считается - которое так крутиться и до сих пор еще толком то не реализован)
  14. Nobel

    Təzə xəbərlər

    Dmitri Medvedev də bloqçu imiş Rusiya prezidenti vətəndaşları da məmurların bloqlarına öz şikayətlərini yazmağa çağırıb Bu günlərdə agentliklərdən birində maraqlı bir xəbərə rast gəldim. Sən demə, Rusiya prezidenti Dmitri Medvedev də bloqçu imiş. Yəni bəzilərini düşündüyü kimi, bloq yazmaq «işsiz-gücsüz» insanların işi deyil. Medvedev isə bloq yazmağa o qədər aludə olub, postlarına gələn şərhlərdən o qədər məmnun qalıb ki, qubernatorlarına da bloq yazmağı tövsiyə edib. Rusiya prezidenti vətəndaşları da məmurların bloqlarına öz şikayətlərini yazmağa çağırıb. Azərbaycanda isə 2 bloqçu həbs olunub... Azərbaycan prezidentinin adını daşıyan bloqda isə (http://prezidentimiz.azeriblog.com) son post 2009-cu ilin mayın 14-də göndərilib... EMİN MİLLİNİN AD GÜNÜ DÜNYANIN AZI 7 ÖLKƏSİNDƏ QEYD OLUNDU Hazırda məhkəmələri davam edən gənc bloqçulardan Emin Millinin bu günlərdə 30 yaşının tamamlanması bir neçə bloqçunun diqqətindən yayınmayıb. Simpaty4devil kimi ([/font]http://sympathy4thedevil.wordpress.com/), uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu (http://flyingcarpetsandbrokenpipelines.blogspot.com/) da Eminin ad gününün azı 7 ölkədə və onlarla digər şəhərdə qeyd olunduğunu yazır. Buna görə də bloqçular Eminin artıq «Milli» yox «Beynəlmiləl»ə çevrildiyini etiraf edirlər. Emin Millinin bu günlərdə 30 yaşının tamamlanması bir neçə bloqçunun diqqətindən yayınmayıbRƏSMİ BAKININ QICIĞININ SƏBƏBİ Adətən iqtisadi məsələlərlə bağlı yazan Natiq Cəfərli http://.blog.ru/80668227.html bu dəfə siyasi məsələni sınaqdan keçirib. Sual edib ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokolla bağlı hökuməti daha çox qıcıqlandıran nədir? N.Cəfərli yazır ki, aydındır hökumət nədən qorxur: «Sərhədlərin açılması əsas deyil, əsas qorxu odur ki, qərar vermək zamanı yetişib. Yəni Qərb, Türkiyənin əli ilə və digər protokolların köməyi ilə proseslərin inkişafına təkan verib, daha çox isə regionda dəyişikliklərin sürətini artırıb. İndi hadisələri donmuş şəkildə saxlamaq olmaz, hökumətin istədiyi kimi status-kvo saxlamaq mümkün deyil. Regionda, xüsusilə də Qarabağ məsələsində istənilən hərəkət hökumət üçün gözlənilməzlikləri gizlədir... Qərbə Qarabağ maraqlı deyil, ya da maraqlı deyil ki, bu torpaqlar kimin nəzarəti altında qalacaq. Qərbin «baxışında» bizim ölkələr Avropa Birliyində və NATO-da olmalıdır, onda sərhəd məsələsi də formal olacaq. Onlar fikirləşir ki, ermənilər 7 rayonu güzəştə gedir, azərbaycanlılar isə Qarabağı. Vəssalam. İndi söhbət yalnız bu razılaşmanın həyata keçirilməsi müddətindən gedir. Bizimkilər təkid edir ki, bu, 10 ildən sonra baş versin; ermənilər isə qoşunların çıxarılması ilə eyni vaxtda Qarabağın statusunun paralel həll edilməsini...»
  15. Nobel

    Təzə xəbərlər

    Azərbaycan Ordusu daha bir hərbçisini itirib Hərbi hissədə ölüm Azərbaycan Ordusu daha bir əsgərini itirib. Zaqatala rayonu Gözbarax kənd sakinlərinin .-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, həmkəndliləri, 1990-cı il təvəllüdlü Mahmudov Faiq Məhərrəm oğlu Qusar rayonunda yerləşən «N» saylı hərbi hissədə hərbi xidmət zamanı baş nahiyəsindən aldığı güllə yarasından ölüb. Zaqatala rayon Hərbi Komissarlığından .-ya F.Mahmudovun Qusar rayonunda «N» saylı hərbi hissədə qulluq etdiyi və baş nahiyəsindən güllə yarası alması nəticəsində öldüyü faktı təsdiqlənib. Lakin hadisənin hansı şəraitdə baş verməsi haqda məlumat əldə etmək mümkün olmayıb. F. Mahmudov oktyabrın 17-də doğulduğu kəndə gətirilərək dəfn olunub. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və Gözbarax kənd sakinləri iştirak ediblər. Mərhum 2009-cu ilin aprelində Zaqatala rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. ALLAH rəhmət eləsin.
  16. Брат, может ты в переносном смысле расскажеш как это все устроено?) Только секреты не выдавать)) А они пусть сделают выводы) )))Uuuuu.Bu bir az chetin olacaq. Но все-таки.Если посмотреть с какого периода начинаются эти потепления и т.н "футбольная дипломатия",то можно предположить в каком русле идет работа.Просто прессинг.И даже если отложить на минуту представить вместо Турции другое гос-во,ну никто не пойдет на ослабление отношений с Азербайджаном в пользу Армении.Здесь думаю идет игра "голливудских бестплееров",то есть кто хорошо сыграет на публику.Ну вы же не думаете,что в Турции сидят необразованные люди и все еще мечтают что их примут в Европу.Думаю в ближайщем будущем появится или большой пузырь или большой пирог.Понимаете,чтобы предать Азербайджан,Турцияво первых должна предать свои самые сокровенные стратегические идеи (саму себя конкретно).Просто интересно,почему Армения только сейчас начинает говрить о том,что в ближайщем будущем признать "НКР".Почему именно сейчас?Или это очень дешевая игра для внутреннего проката,или цель асфальтного катка уже предопределена.Это просто мое мнение и ничего больше Ну вот вам и ответ (Təçəkkür brat! Heç olmasa buna vaxt ayıra bildin)
  17. Турция заботится о порядке на своей территории. Это важнее всего для них самих, чтобы Аль Каида у них не наглела. Если бы Аль Каида взорвала, не дай Б-г, посольства, это был бы позор для самой Турции. Что же их за это благодарить? Само собой как и ваша страна... Зато с ними дела не имеет) Самое главное Турция предотвратила акт терроризма - которое могла и посольства Израиля затронуть или же граждан Турции с еврейской национальности... И за то что с вашим государством сотрудничают... Правда на время отношения Между Тель Авивом и Анкарой холодноватой стал) Но это временные издержки)
  18. bu gün tam qətiyyətlə onu söyləyə bilərəm ki, qəbul edilmiş qərardakı bu fikir çox səhv fikir idi... mən də Sizin şəxsinizdə bütün Azərbaycanlıları o cümlədən, Azərbaycan Respublikasının ilk prezidenti Ayaz müəllimi təbrik eirəm. Yenə başdandı siyasət) Sadəcə burda bizim tarixdə birinci və ikinci dəfə (İkinci də, axrıncı) müstəqilliyimizi qazana bildik... Da kim birinci və axrıncı dövlət başçısı olub olmayıb, da onu xahiş edirəm bu mövzüya qatmayın... Azərbaycanın müstəqillik və demokratik əsasını qoyan (əgər yadınızdan çıxmıyıbsa) Məmməd Əmin Rəsulzadə olub... Amma mən onu bu mövzüdə adını çəkmirəm ... Çünki mövzüdə ancaq müstəqillik günü olan dövlətimiz, ölkəmizin bir milli bayramı kimi qarşılayırıq... Siz ALLAH əgər buna mübahisəniz varsa, onda ayrıca bunun haqda mövzü açın böyük məmüniyətlə sizinlə müzahirə edərəm) Hər halda mövzüyə müvafiq olaraq öz mətnimi bununla tamamlayıram: Nizami müəllim, Bayramınız mübarək!
  19. Да не горюйте братья и сестры Дай БОГ современем возвратим свои земли... Просто пока что надо терпеть... А что бы вы не скучали, одновременно этот видео ролик :http://www.youtube.com/user/olmedia#p/a И этот видео ролик: включайтеУвидите какой эффект будет)
  20. 18 лет независимости 18 октября 1991 года был принят Акт Конституции о государственной независимости Азербайджана 18 октября отмечается в Азербайджане Днем государственной независимости. 30 августа 1991 года на внеочередной сессии Верховного Совета Азербайджана была принята Декларация о восстановлении государственной независимости республики, в которой говорилось: "Верховный Совет Азербайджанской Республики, руководствуясь высшими государственными интересами народа Азербайджана и выражая его волю, отмечая, что с 1918 по 1920 год Азербайджанская Республика существовала как независимое, признанное со стороны международного сообщества государство, основываясь на Конституции Азербайджанской Республики, Конституционных законах о суверенитете Азербайджанской Республики и об основах экономической самостоятельности Азербайджанской Республики, осознавая свою ответственность за судьбу и обеспечение свободного развития народа Азербайджана, гарантируя предусмотренные международными актами права и основные свободы человека всем гражданам Азербайджанской Республики независимо от национальной принадлежности и вероисповедания, стремясь предотвратить угрозу суверенитету и территориальной целостности Азербайджанской Республики, руководствуясь священным долгом обеспечить безопасность и неприкосновенность государственных границ Азербайджанской Республики, осознавая необходимость консолидации всех патриотических сил республики, признавая международные пакты, конвенции и другие документы, не противоречащие интересам Азербайджанской Республики и ее народа, желая поддерживать и впредь дружеские отношения со всеми входящими в Союз ССР республиками, выражая готовность установить равноправные отношения с государствами - членами международного сообщества, надеясь на признание государственной независимости Азербайджанской Республики государствами — членами международного сообщества и Организацией Объединенных Наций в соответствии с принципами, закрепленными в уставе Организации Объединенных Наций, другими международно-правовыми пактами и конвенциями, провозглашает восстановление государственной независимости Азербайджанской Республики". Одновременно с этим было принято постановление Верховного Совета Азербайджанской Республики «О восстановлении государственной независимости Азербайджанской Республики». Во исполнение этого решения, основываясь на Декларации о независимости, принятой Национальным Советом Азербайджана 28 мая 1918 года, и руководствуясь Декларацией Верховного Совета Азербайджана от 30 августа 1991 года «О восстановлении независимости Азербайджанской Республики», Верховный Совет АР 18 октября 1991 года принял Конституционный акт о государственной независимости Азербайджанской Республики и учредил основы государственного, политического и экономического устройства независимой Азербайджанской Республики.
  21. 18 oktyabr Dövlət Müstəqilliyi Günüdür Müstəqilliyin 18-ci ili 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 18 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir. 18 октября, в Азербайджане отмечается День государственной независимости. В 1991 году парламент принял Конституционный акт о восстановлении государственной независимости страны. Этим документом Азербайджанская Республика была объявлена преемницей Азербайджанской Демократической Республики 1918-20 гг., которая пала в результате оккупации Азербайджана XI Красной Армией. Согласно акту, всем гражданам гарантировалось также полное равноправие, независимо от национальной и религиозной принадлежности. Təbrik edirəm sizi, Azəri Xalqı! Поздравляю вас, Азербайджанский Народ!
  22. Nobel

    Təzə xəbərlər

    18 oktyabr Dövlət Müstəqilliyi Günüdür Müstəqilliyin 18-ci ili 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. 18 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir. Təbrik edirəm sizi, Azəri Xalqı!
  23. Nobel

    Təzə xəbərlər

    OL-çular "ZUG der FREİHEİT" layihəsində iştirak etdilər 1989-cu ilin oktyabrında tək Şərqi və Qərbi Almaniya üçün yox, bütün Avropa üçün çox əhəmiyyətli bir hadisə baş verdi. Şərqi Almaniyanın vətəndaşları sovet rejiminə artıq dözə bilmədiklərinə görə ölkədən mümkün və qeyri-mümkün yollarla qaçmaq istəyirdilər – belə, Berlin Divarını Qərb Almaniya tərəfə keçən zaman neçə nəfər həlak olmuşdur. Macarıstan sərhədləri açandan sonra minlərlə almanlar bu ölkəyə yönəlmişdilər. Bu yolu da kəsəndən sonra qaçqınlar Çexoslovakiyaya yollandılar. Çexoslovakiyada olan Alman səfirliyi bütün qaçqınları öz binasına qəbul edirdi, amma məcburi köçkünlərin sayı gündən günə artırdı və artıq binanın həyətində də adamlar aylarla yaşayırdı. Payız gəldikcə vəziyyət daha da çətinləşirdi – soyuq havada çöldə yaşamaq asan deyil. Və bu maksimal nöqtədə dövlətlər tərəfindən qaçqınların Qərb Almaniyaya transfer olunmasına icazə verilmişdir. Oktyabr ayında Azadlıq Qatarı Praqa şəhərindən Almaniyaya yola düşür. Baxmayaraq ki, Çexiyadan Qərbi Almaniyaya yol daha qısa ola bilər, qatar mütləq Almaniyanın Şərq tərəfindən keçib, Qərb tərəfinə getməli idi( əks halda qatardaki adamların statusu qaçqın ola bilməzdi). Qatarda gedənlər stansiyalarda onları qarşılayan adamlara əl edirdilər, stansiyada duranlar isə həmin qatara minib Qərbə getmək istəyirdi, lakin polis dəstələri buna yol vermirdi. Bir neçə gündən sonra isə Berlin divarı çökdü. Bu hadisələrdən 20 il sonra biz həmin qatarda Praqa şəhərindən Almaniyanın Hof şəhərinə kimi getdik. Amma bu dəfə qatardaki adamlar azad adamlar idi. Vaqonlarda almaniyan, çex artistləri, musiqiçiləri, gənclər var idi. Biz də, OL Hərəkatı kimi, Azərbaycanı bu qatarda təmsil edirdik. Bizdən başqa bu layihədə Gürcüstan, Belarusiya, Almaniya, Çexiya, Ermənistan və Polşa gəncləri də iştirak edirdilər. Biz hər stansiyada dayanırdıq, və havada azadlığı duyurduq: yüzlərlə gənclər plakatlarla, güllərlə bizə əl edib gülümsəyirdi. Orkestr çalırdı, insanlar bir birini təbrik edirdi. Yaşlı nəsil keçmişini yada salırdı – onların bəziləri həmin qatarda 20 il əvvəl gedirdi, bəziləri stansiyadan qatara baxıb onunla getmək istəyirdi, amma polislər buna yol vermirdi. Məndən soruşanda ki, Azərbaycan ilə Almaniyanın Azadlıq Qatarından əlaqəsi nədir, dedim ki, 20 il əvvəl Azərbaycan da öz müstəqilliyini ikinci dəfə qazandı. Amma müstəqilliyi qazanib, azadlığımızı qoruyammadıq. Və istəyirəm ki bu Azadlıq Qatarı bir gün bizim ölkəmizə də gəlsin. Esmira Məmmədova
  24. Азербайджан намерен отказаться от поставок газа через Турцию Нерешенность вопросов транзита между Азербайджаном и Турцией вынуждает Баку искать новые рынки для азербайджанского газа, заявил на заседании правительства президент Азербайджана И А. По словам Алиева, из-за завышенных тарифов на транзит газа через Турцию, которые на 70 процентов превышают рыночные цены, Азербайджан уже почти два года лишен возможности экспортировать свой газ в Европу. При этом, как отмечает президент, Азербайджан продает свой газ Турции по цене, составляющей треть от мировых цен. Кроме того, Алиев заявил, что неурегулированность транзитных вопросов с Турцией привела к задержке проекта второй стадии разработки одного из крупнейших в мире газоконденсатных месторождений "Шахдениз" на шельфе Каспия, требующего прямых инвестиций в размере 20 млрд. долларов. "Вследствие позиции Турции Азербайджан подписал соглашение с "Газпромом" об экспорте азербайджанского газа в Россию", - цитирует главу Азербайджана ИТАР-ТАСС. В 2010 году Азербайджан поставит России газ в объеме 0,5 млрд. кубометров. Прокачка будет осуществляться по существующему трубопроводу Гаджикабул-Моздок. Алиев сообщил и о возможности поставок газа в Иран, а также в страны ЕС в обход Турции через Черное море, отмечает "Газета.Ru". В текущем году Госнефтекомпания Азербайджана подписала с "Газпромом" два документа. Первый документ (Меморандум о взаимопонимании, предусматривающий поставки азербайджанского газа в Россию) был подписан 27 марта в Москве, а второй (Соглашение "Oб основных принципах купли-продажи азербайджанского природного газа") - 29 июня в Баку во время рабочего визита президента РФ Дмитрия Медведева. "Газпром" еще прошлым летом предложил Азербайджану покупку всего экспортного газа по мировым ценам. Азербайджан проводит политику диверсификации путей экспорта энергоресурсов, и потому предложение России для Азербайджана весьма привлекательно, отметил ранее азербайджанский эксперт, глава Центра нефтяных исследований Caspian barrel Ильхам Шабан. "С другой стороны, есть готовая инфраструктура для поставок газа в Россию. Конечно, для Азербайджана привлекателен и европейский рынок. Но газотранспортный проект Nabucco, предусматривающий поставку газа в Восточную и Центральную Европу, заработает в лучшем случае к 2014-2015 гг. А Азербайджан уже сейчас ежегодно наращивает добычу на своем морском месторождении "Шахдениз" и других месторождениях, и потому стране нужны рынки для сбыта", - добавил Шабан. Однако, по мнению эксперта, подписание соглашения с "Газпромом" вовсе не означает, что Азербайджан окончательно отказывается от Nabucco. К 2014-2015 гг. с реализацией проекта "Стадия-2" разработки месторождения "Шахдениз" экспортные возможности Азербайджана резко возрастут, и значительная часть газа может быть направлена на европейский рынок. "Кроме того, в случае достижения соглашений между европейцами и Туркменистаном Азербайджан может выполнить роль транзитной страны в прокачке газа с Каспийского региона в Европу", - отмечает он. "Думаю, что Азербайджан сегодня намерен максимально использовать возможности всех 4 существующих на сегодняшний день экспортных газопроводов: Баку-Тбилиси-Эрзерум (мощность 25 млрд. куб. м в год), Гаджикабул-Гардабани (Грузия, 3 млрд. куб. м), Гаджикабул-Моздок (Россия, 10 млрд. куб. м) и Кази-Магомед-Астара-Бинанд (Иран, 2 млрд. куб. м), - сказал Шабан. - Однако в стратегическом плане Баку пока рассматривает одно основное направление - выход на рынки Европы. Расчеты показывают, что в перспективе Азербайджан реально сможет экспортировать достаточные объемы природного газа на эти рынки". Ранее глава Государственной нефтяной компании Азербайджана Ровнаг Абдуллаев заявил, что Азербайджан политически поддерживает и считает приоритетным для себя проект газопровода Nabucco. Как сообщал "Кавказский узел", проект Nabucco, предусматривающий поставки газа из Прикаспийского региона в Европу в обход России, испытывает трудности из-за отсутствия поставщиков. 30 июня турецкие СМИ высказали опасение, что подписание соглашения по Nabucco может быть отложено из-за нерешенности проблемы заполнения его газом. Однако церемония подписания соглашения все же состоялась - в турецкой столице, куда прибыли более 30 представителей иностранных государств и Евросоюза. Я же говорю ИА с огнем играет....
×
×
  • Создать...