xika
Members-
Публикации
46 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя xika
-
http://salaf-forum.ru/viewtopic.php?f=3&t=2688 http://salaf-forum.ru/viewtopic.php?f=3&t=44
-
TURK_ISLAM_BIRLIYI sən əslən islama qirməmisən!Şiələr sənə baxanda yenə toya getməlidir! Onlar yahidi və xristianları kafir qörir. Türkiyənin dini qurumları başda Fətullah Qül olmagla yahidi və xristianları özinə qardaş qörir,dinlər arası dialoqdan danışır və oynan belə Allahın bu hökminə düşürlər: “Ey imangətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinindostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalımtayfanı düz yola yönəltməz!” əl-Maidə 5:51 “Ey imangətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizinbarənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətədüşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarındançıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isədaha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavətbarəsindəki) ayələri artıq sizə izah etdik.” Ali-İmran 3:118 “(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.” əl-Mücadilə 58:22 Allah təala buyurur: “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran 3:85) Zındıq Fətullaha bir baxın: http://www.youtube.com/watch?v=yPUVfxzIFNI...PL&index=72 Qörin Rasulullahdan(s.a.v.) nə deyir: http://www.youtube.com/watch?v=CPmN7BQS6KA...feature=related Qörin özinə "müsəlman" deyən Allahın Kəlamı Qurani -Kərim haqda nə deyir: http://www.youtube.com/watch?v=PI27kQBUGNc...feature=related TURK_ISLAM_BIRLIYI sənə nəsihətim budur Ki,ölim səni haqlamamış tövbə elə və islama daxil ol!
-
Религия - это зло! Наука - это благо! Познавайте науку и бегите от религиозной лжи! Слушай филисоф для начало просмотри эти ссылки,axırda sənin hökmivi verəcəm!
-
Ay Adil,21 əsirdə yaşayırıg deyə dinimizdən üz cevirməliyik?Elə din tam yaşamırıg deyə zəlil qündəyik!Xristian oturub evimizdə bizə siyasət diktovat eləyir! Birdə de qörim hansı xristian müsəlmanların qurban bayramında biznən əmrəy olaraq qurban kəsir??? Allah təala buyurur: “(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır.” əl-Mücadilə 58:22 “Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?” ən-Nisa 4:144 “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” əl-Maidə 5:51 “Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.” Ali-İmran 3:118
-
Müfəssirlərdən Faxruddin Ər Razi (544-606 h/1150-1210 m) Ali İmran surəsi 28-ci ayəsinin təfsirində deyir: “Bil ki, Möminin kafirə vəli olması üç şəkildə ola bilər: 1. Onun küfründən razı olaraq və küfrü üçün onu vəli etmək. Bu qadağan edilmişdir. Çünki, bunu edən hər kəs onun bu dinini doğrulamışdır. Küfrü təsvib/doğrulamaq küfrdür! Küfrə rıza küfrdür. Bu sifətlə bərabər mömin olması mümkin deyil. Əgər deyilsə ki, Uca Allah belə buyurmadımı: “Kim bunu edərsə, Allahla əlaqəsi qalmamışdır” ? Bu küfr olmasını tələb etmir, bu ayənin hökmü altına daxil deyil. Çünki, Uca Allah buyurur: “Ey iman gətirənlər...” Bir şeydəki xitab elə olmalıdır ki, mömin onunla bərabər mömin olaraq qalsın. 2. Dünyada zahirən gözəl münasibət. Bu qadağan deyil. 3. Bu, əvvəlki iki qism arasında orta bir bənd kimidir. Bu, ya yaxınlıq/qohumluq səbəbilə və ya onların dininin batil olmasına etiqad etməsilə bərabər onları sevmək səbəbilə onlara meyl etmək, köməkçilik etmək, yardımçılıq etmə mənasında kafirləri vəli etməkdir.. Bu, küfr deyildir ancaq qadağandır. Çünki, bu mənada dost tutmaq bəzən onun yolunu gözəl görmək, dinindən razı olmağa sürükləyər. Şübhəsiz ki, bu onu İslamdan çıxarar. Uca Allah bu haqda təhdid edərək buyurur: “Kim bunu edərsə, Allahla əlaqəsi qalmamışdır” Əgər deyilsə: “Bu ayədəki kafirləri dost tutmağın qadağan olmasından murad “möminləri buraxıb onları vəli etməyin” mənasında olması niyə caiz olmasın? Ancaq, onlarla bərabər möminlərin də vəli edilməsi qadağan deyildir. Həmçinin, Uca Allahın bu kəlamı: “Möminlər kafirləri vəli etməsinlər”. Burada ayrı bir əlavə var. Çünki, bəzən adam başqasını vəli edər ancaq (həqiqətdə) onu vəli tutmaz. Onun dost tutulmasının qadağan edilməsi, onu dost tutmanın əslinin də qadağan edilməsini tələb etməz.” Biz deyirik: Ayədə hər iki ehtimal olsada, onları dost tutmağın caiz olmadığına dəlalət edən digər ayələr bu iki ehtimalın düşdüyünə dəlalət edir.” Qaynaq: Faxruddin Ər Razi: Məfatihul Ğeyb: 8/11-12 Beyrut: Darul Fikr: 1401/1981: Birinci Nəşr
-
Qeyri-müsəlman bayramlarını qeyd etmək və bu münasibət ilə onları təbrik etmək Sual: Təşəkkür günü kimi qeyri-müsəlman bayramını qeyd etmək olar? Cavab: Həmd Allaha məxsusdur. İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) Əhkəm Əhl əl-Zimmə adlı əsərində bildirdiyi kimi müsəlmanların icması ilə Milad günü və digər dini bayramlarda kafirləri təbrik etmək haramdır. İbn Qeyyim Əhkəm Əhl əl-Zimmə əsərində buyurur: “Bayramınız mübarək olsun” və yaxud “Gözəl bayramlar arzulayırıq” və s. ifadələr söyləməklə onların bayramları, şənlikləri və oruclarında onları təbrik etmək haram olduğu kimi, yalnız kafirlərə məxsus olan ayinlərdə eynilə təbrik etmək icma ilə (müsəlmanların yekdil rəyi ilə) haramdır. Bu cür sözləri söyləyən insan küfrdən xilas olsa da, qurtulsa da yenə də bu haramdır. Bu ona bənzəyir ki, bir kəs xaça səcdə edir və yaxud hətta bundan daha pis əməl edir, onu təbrik edirsiniz. Sərxoşedici içkilər içən və yaxud bir insanı qətl edən və ya zina edən insanları və s. təbrik etmək necə böyük günahdırsa, bu da eynilə onlar kimi böyük günahdır. Dinlərinə hörmət, ehtiram göstərməyən insanların çoxu bu cür xətalara düşürlər, bununla belə onlar etdikləri bu əməllərinin nə dərəcədə cinayət olduğunu dərk etmirlər. Hər kim bir insanı etdiyi asilik və yaxud bidət, küfrünə görə təbrik edərsə, özünü Allahın qəzəbi və hiddəti ilə üz-üzə qoyur. İbn əl-Qeyyimin bildirdyi kimi kafirləri onların dini bayramlarında təbrik etmək haramdır. Çünki, bu o deməkdir ki, (bir kəs onların bayramlarını təbrik etdikdə) onların küfr ayinlərini təsdiq edir və ya bəyənir, hətta həmin insan bunları özü üçün qəbul etməsə belə. Lakin müsəlman şəxs küfr ayinlərini, mərasimlərini qəbul etməməli və ya onlardan kimisə təbrik etməməlidir. Çünki Allah (kafirlərin) o əməllərinin heç birini qətiyyən qəbul etmir. Allah təala buyurur: “Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!” (Əz-Zümər 39:7) “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.”(əl-Maidə 5:3) Xülasə onları təbrik etmək qadağan edilmişdir, istər təbrik olunan insanlar iş yoldaşları və yaxud başqaları olsun fərq etməz. Əgər onlar bayramları münasibətilə bizi təbrik etsələr, biz cavab verməməliyik. Çünki bunlar bizim bayramımız deyil və çünki bu bayramlar Allah dərgahında qəbul görən bayramlar deyil. Bu bayramlar onların öz dinlərinə sonradan əlavə etdikləri bidətlərdir və hətta onların dinlərində əvvəlcədən əmr olunan bayramları olsa belə, bunlar Allah təalanın Muhəmməd sallallahu aleyhi və səlləmi onunla göndərdiyi İslam dininin gəlişi ilə hökmü qaldırılmışdır. Allah təala buyurur: “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran 3:85) Bu cür mərasimlərə dəvəti qəbul etmək müsəlmana haramdır. Çünki dəvəti qəbul etmək onları təbrik etməkdən daha pisdir. Belə ki, bu onların bayramlarına qoşulmaq, orada (onlar ilə birlikdə) iştirak etmək mənasına gəlir. Eynilə, bu cür mərasimlərdə kafirlərə oxşamaqla ziyafətlər hazırlamaq, hədiyyələşmək, şirniyyat və yaxud yemək paylamaq, işdən istirahət götürmək və s. müsəlmanlara haramdır. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim bir qövmə (millətə, xalqa və s.) bənzəyərsə, o onlardandır”. Şeyxul İslam ibn Teymiyyə demişdir: “Kafirlərin bəzi bayramlarında onlara oxşamaq, onları təqlid etmək bu anlama gəlir ki, həmin insan onların (kafirlərin) batil etiqadları (inancları) və əməllərindən razıdır, məmnundur və onlarda belə bir ümid yaradır ki, onlar (kafirlər) zəifləri alçaltmaq, zəlil etmək və azdırmaq üçün bu imkana, fürsətə sahib ola bilərlər”. Kim bu əməl cinsindən bir şey edərsə o fasiqdir, asidir, fərq etməz istər bunu nəzakətdən dolayı etsin və ya dostcasına etsin, və yaxud onlara rədd cavabı vermək üçün çox utancaq olsun və ya istənilən bir səbəbdən dolayı olsun. Çünki bu (cür əməlləri etmək) islamda münafiqlikdir, nifaqdır və bu cür etmək kafirlərin öz dinləri ilə fəxr, qürur hissi duymasına səbəb olur. Müsəlmanların öz dinləri ilə fəxr etməsi, qürur hissi duyması üçün, dinlərinə sabit, möhkəm şəkildə bağlanması və düşmənləri üzərində qələbə çalmaqda onlara kömək üçün yönələcəyimiz yeganə dönüş ALLAHADIR. Çünki O GÜCLÜDÜR VƏ YENİLMƏZ QÜDRƏT SAHİBİDİR. Məcmuə Fətəvə və Rəsəəil, 3/369
-
Kafirləri onların bayramları münasibəti ilə təbrik etməyə gəldikdə isə, hətta bizim mültəzim müsəlman qardaşlarımız belə bu xətaya düşürlər. Onları nəsranilərin bayramlarını təbrik edərkən və ya onlar təbrik etdikdə onlara cavab olaraq deyərkən görmək olar. İbnul-Qayyim – rahiməhullah – bu barədə yazır: “Lakin kafirlərə xas olan şüarlarında onları təbrik etmək isə ittifaq ilə haramdır. Məsələn, onları bayram münasibəti ilə və ya oruc tutmaqları münasibəti ilə təbrik etmək və onlara “Bayramın mübarək!” və ya “Bu bayramınız xeyirli olsun!” və buna bənzər sözlər demək; Bu kimi sözləri deyən kafir olmasa da, bu əməli haram əməllərdəndir və bu, onları xaça səcdə etmək münasibəti ilə təbrik etmək kimidir, hətta Allah yanında ondan da böyük günahdır. Bu, kimisə içki içmək, adam öldürmək və haram qadınla əlaqədə olmaq və bənzəri əməllər münasibəti ilə təbrik etməkdən daha iyrənc bir əməldir. Dinlərinin qədərini bilməyən çox insan bu xətaya düşür və etdiyi əməlin murdarlığından xəbərsizdir və kim bir bəndəni günahl və ya bidəti və ya küfrü münasibəti ilə təbrik edərsə, özünü Allahın qəzəbi və əzabına məruz qoymuşdur.” “Əhkəmu Əhl əz-Zimmə”, 1/441 Yuxarıdakı nəqldən anlamaq olar ki, kafir bayramlarını qeyd etmək bir əməl olaraq özlüyündə küfr olmasa da böyük haramlardandır. Bu İmam Əhmədin, əş-Şafinin və Malikin – Allah hamısından razı olsun – məzhəbidir. Bu məsələdə xüsusilə Hənəfi alimlərinin görüşü maraqlıdır, çünki hənəfi alimləri öz kitablarında bunu küfr əməllər sırasından sayırlar. Hənəfi məzhəbindən məşhur hədis alimi İmam əz-Zeyləi – rahiməhullah – deyir: “ (Novruz və Mehircan bayramı münasibəti ilə vermək caiz deyildir), yəni bu iki bayram günü münasibəti ilə hədiyyə vermək haramdır, hətta küfrdür. Əbu Hafs əl-Kəbir – rahiməhullah – dedi: “Əgər bir nəfər Allaha əlli il ibadət edərsə, sonra novruz günü gəldikdə bu günü təzim etmək qəsdi ilə müşriklərdən kiməsə bir yumurta hədiyyə edərsə, küfr etmiş olar və bütün əməlləri iflas olar.” “əl-Cami əs-Sağir” kitabının sahibi isə deyir: “Əgər novruz günü, həmin günü təzim etməyi qəsd etmədən, yalnızca bəzi insanlarda olan bir adət kimi başqa bir müsəlmana hədiyyə verərsə, küfr etmiş sayılmaz. Lakin bunu xas olaraq həmin gündə etməməsi lazımdır, ya ondan əvvəl, ya da sonra etməlidir ki, həmin qövmə bənzəməsin. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – söyləmişdir: “Kim bir qövmə bənzərsə, onlardandır.” “əl-Cami əl-Əsğar” kitabında isə deyir: “Bir nəfər novruz günü, bundan əvvəl heç vaxt almadığı bir şeyi alarsa və əgər bununla müşriklərin təzim etdikləri kimi həmin günü təzim etmək istəyərsə, küfr etmişdir, lakin əgər yalnız yemək, içmək və şənlənmək üçün alıbsa, küfr etməmişdir. “ “Təbyin əl-Haqaiq”, 6/228 Allah bizi pis aqibətdən qorusun!
-
Balakişi, bu söhbət aktual olduqundan bu mövzu acdım. Böyük alim İbn əl-Qayyim əl-Cəvziyyə - rahiməhullah – bu barədə deyir: Allah Subhanahu onların bayramlarını “zur” adlandırmışdır və əz-zuru açıq şəkildə nümayiş eləmək caiz deyildir. Allahu Təalə deyir: “O kəslər ki, “əz-zur”a (batilə, saxtakarlığa) şahid olmazlar...” (əl-Furqan, 72) Abdurrahmən bin Əbi Hatim təfsir kitabında dedi: Əbu Said əl-Əşəc bizə rəvayət etdi; Əhməd bin Abdurrahmən bin Said əl-Xarrar bizə rəvayət etdi; Hüseyn bin Aqil bizə əd-Dahhak’dan rəvayət etdi: “O kəslər ki, “əz-zur”a şahid olmazlar...” (ayəsi barədə dedi): “müşriklərin bayramıdır” Said bin Cubeyr dedi: “əş-Şəanin (1) bayramıdır.” Eləcədə İbn Abbas demişdir: “əz-Zur müşriklərin bayramıdır.” Fəsl: Şüarlarını izhar etməkdə müşrikləri dəstəkləmək müsəlmanlara caiz deyildir. Onlara bu şüarları aşkarda nümayiş eləmək caiz olmadığı kimi, müsəlmanlara da onları bu işlərində dəstəkləmək və onlara kömək etmək və onlarla birlikdə iştirak etmək elm əhlinin - və onlar bu elmin mütəxəssisləridir – ittifaqına görə caiz deyildir. Dörd imamın davamçılarından olan fəqihlər öz kitablarında bunu açıq şəkildə bildiriblər. Şafi fiqh alimi Əbul-Qasim Hibbətullah bin əl-Həsən bin Mənsur ət-Tabəri deyir: “Müsəlmanlara onların bayramlarında iştirak etmək caiz deyildir, çünki bu bayramlar münkər və zur üzərində qurulmuşdur və əgər məruf (xeyir və haqq) əhli münkər əhli ilə onları inkar etmədən qarışarsa, onlarla razılaşmış kimi, onların təsirinə düşmüş kimi sayılırlar. Allahın qəzəbinin onların toplantılarına enməsindən və hamının bu qəzəbə düçar olacağından qorxuruq. Allahın qəzəbindən Allaha sığınırıq.” Sonra İbn Əbu Hatim yolu ilə gələn rəvayəti gətirmişdir; əl-Əşəc bizə rəvayət etdi: Abdullah bin Əbi Bəkr bizə əl-Aləu bin əl-Museyyibdən, o da Amr bin Murradan rəvayət etdi: “O kəslər ki, “əz-zur”a şahid olmazlar...” (ayəsi barədə) dedi: “Şirk əhlini onların şirklərində dəstəkləməzlər və onlarla qarışmazlar.” Bunun bənzəri əd-Dahhakdan rəvayət olunmuşdur. Sonra Abdullah bin Dinar’ın İbn Ömərdən – Allah hər ikisindən də razı olsun – rəvayət etdiyi hədisi zikr edir; dedi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Bu lənətlənmiş qövmün (Səmud qövmünün) yanına yalnız ağlayaraq daxil olun, əgər ağlaya bilmirsizsə onların yanına daxil olmayın ki, onların başına gələnlər sizin də başınıza gəlməsin.” Bu hədis “əs-Səhih”də gəlmişdir. əl-Beyhəqi səhih bir isnadla “zimmə əhli ilə birlikdə onların kilsələrinə daxil olmaq və onların novruz və mehrican kimi bayram günlərini təqlid etməyin kərahəti” babında Sufyan əs-Səvridən, o da Səvr bin Yeziddən, o isə Ata bin Dinardan rəvayət edir; dedi: Ömər – Allah ondan razı olsun – dedi: “Əcəmlərin şivələrini öyrənməyin və bayram günlərində müşriklərin kilsələrinə daxil olmayın, çünki (o gün) onların üzərinə qəzəb enər.” əl-Buxari “əs-Səhih”dən başqa yerdə deyir: “İbn Əbi Məryəm mənə dedi: Bizə Nafi bin Yezid rəvayət etdi: Süleyman bin Əbi Zeynəbdən və Amr bin əl-Harisdən eşitmişdir: Səid bin Sələmədən eşitdi: atasından eşitmişdir və o da Ömər bin əl-Xattab’ı – Allah ondan razı olsun – belə deyərkən eşitmişdir: “Allahın düşmənlərindən onların bayramlarında uzaq olun!” Bunu əl-Beyhəqi zikr etmişdir. İsnad ilə əs-Səvridən, o da Aufdan, o isə Validdən – və ya Əbu Validdən – o da Abdullah bin Amr’dan rəvayət edir; dedi: “Kim əcəmilərin ölkəsinə səyahət edərsə və ölənə qədər onların novruz, mührican bayramlarını qeyd edərsə və onları bunda təqlid edərsə, onlar kimidir, Qiyamət günü onlarla birlikdə həşr olunacaqdır.” Əbul-Həsən əl-Əmədi dedi: “Nəsrani və yəhudilərin bayramlarına şahid olmaq caiz deyildir, İmam Əhməddən gələn Muhənnənin rəvayətində bu şəkildə söyləmişdir və bunun üçün Allahu Təalənin bu sözünü dəlil gətirmişdir: “O kəslər ki, “əz-zur”a şahid olmazlar...”(2) (İmam Əhməd dedi): “əş-şəanin və onların bayramları”. əl-Xalləl “əl-Cami” əsərində deyir: “müşriklərin bayramında müsəlmanların çıxmağının kərahiyəti babı” və orada Muhənnədən zikr edir: “Əhməddən bizim Şam məmləkətində keçirilən Dəyr Əyyub və bənzəri bayramlara şahidlik etmək barədə soruşdum, müsəlmanlar qatıla bilərlərmi? (Bayram münasibəti ilə qurduqları) bazarlarına gedirlər, oradan qoyun, mal-qara, buğda, un və başqa mallar alırlar, bazarlarda olurlar, lakin məbədlərinə daxil olmurlar. (İmam Əhməd) dedi: “Əgər məbədlərinə daxil olmurlarsa, yalnız bazarlarına gedirlərsə bir bəis yoxdur.” Abdulməlik bin Həbib dedi: “İbnul-Qasim’dən öz bayramlarına getmək üçün nəsranilərin mindikləri gəmiyə minmək barədə soruşdular və o, üzərinə toplandıqları şirkləri səbəbi Allahın qəzəbinin enməsi qorxusu olduğu üçün bunu məkruh gördü.” Dedi: “İbnul-Qasim, müsəlmanın bir nəsraniyə bayramları münasibəti ilə hədiyyə verməsini məkruh görürdü və bunu, onların bayramlarını təzim etmək və küfrlərində onlara kömək etmək sayırdı. Məgər görmürsənmi ki, bayramları məsləhəti ilə nəsranilərə bir şey satmaq müsəlmana halal deyildir?! Nə ət, nə dəri, nə də paltar satmaq olmaz! Nə onların heyvanlarını otarmaq, nə də bayramlarında hər hansı bir şeydə onlara kömək etməz olmaz! Çünki bu, onların şirklərini təzim etmək və küfrlərində kömək etməkdir və sultanların bunu müsəlmanlara qadağan etməsi lazımdır. Bu, Malikin və başqalarının görüşüdür və bunda hər hansı bir ixtilafın olduğunu bilmirəm.” Onun bu sözləri “əl-Vadihə” kitabındadır. Əbu Hənifənin əshabının kitablarında isə qeyd olunur ki, “kim bayramı təzim etmək qəsdi ilə bayram günündə onlara bir qarpız hədiyyə verərsə, küfr etmişdir.” Əhkəmu Əhl əz-Zimmə”, 3/1244-1250 Ramadi lin-Nəşr, Dar İbn Həzm, Beyrut, 1418 (1997
-
Qörəsən şiələr üzimizə qələn nəsranilərin "yeni il" bayramını qeyd edirlər?
-
Hansı suala cavab vermədim? Sahabənin icmasın yalanladız,məndə dəlil gətirdim ki,sahabələr namaz qılmayanı təkfir ediblər. İbn Teymiyanın rəyin bilmək istəyirsizsə,oda namaz qılmıyanı təkfir edir. O ki,deyirsiz oruc namazdan vacibdir,oda sizin elmivizün dərəcəsidi.Burda dediniz başqa yerdə demiyin,daşqalaq edərlər.Və gülməli bir fikir söylədiz:"Allah-təala aybaşı olan qadına oruc və namazı qadağan edir, amma o qurtarandan sonra orucun qəzalarını tutmağı əmr edir, namaza isə qəza yazmır (buraxılmış namazları qılmaq lazım deyil). Necə olur ki, namazdan vacib olan orucu tərk edən kafir olmur, amma namazı tərk edən kafir olur?" Məndə deyirəm ki,Allah(s.) xəstə adama və müsafirə rüsxət verib ki,oruc tutmasın! .... Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.(əl-Bəqərə 185) İndi siz mənə bir dənə ayə qöstərin ki,ALLAH(s.) xəstə adama ya müsafirə deyib ki,namazı qılmayın! Hə, indi de görim hansı hansından vacibdir?
-
Birdə ki,ay Fəth,deyirsən ki,elə hədis yazırsan!Bura deyəsən islam forumudur,bəlkə istəyirsən ki,Jorj Buşdan sitatlar qətirim? ALLAH sənə hidayət versin!
-
Namazı tərk etmək məsələsində isə rəylərin fərqli olduğu hamıya məlumdur. Əbu Hənifə, Şafi, Malik və digər alimlər və ümmətin cumhuru namazı tərk edəni kafir görmürlər. Biz çox gözəl bilirik ki, bu alimlər də Quran və Sünnət ilə hökm veriblər. Bunda heç cür şübhə ola bilməz! 1. Əbu Hənifə bu məsələdə nə üçün belə hökm vermişdir? Bunun cavabı çox sadədir və bunun cavabı Əbu Hənifənin iman və küfr məsələsindəki etiqadı ilə bağlıdır. Çünki Əbu Hənifə, rahiməhullah, əməli imandan saymamışdır. Əbu Hənifəyə görə iman bir bütövdür, ondan bir şey əksilərsə iman tamamilə yox olar. Əbu Hənifə və onunla eyni görüşü bölüşənlər imanın lüğəvi anlamını əsas götürdülər. Onlara görə iman təsdiqdir, yəni Allahı, kitablarını, mələklərini, peyğəmbərlərini, qəza və qədəri və Axirəti təsdiqləməkdir. Bu təsdiq isə nə artar, nə də azalar. Əməllər də bura daxil deyildir. Əbu Hənifəyə görə insanın hər hansı bir əməli və ya bütün əməlləri tərk etməsi onu kafi etməz. O, imanı kamil olan mömindir. 2. İmam Şafi və İmam Malikə gəldikdə isə... Bunu anlamaq üçün onların bu mövzuda nəyi müzakirə etdiklərinə diqqət etmək lazımdır. Hər şeydən əvvəl bilmək lazımdır ki, nə əş-Şafi, nə də Malik ibn Ənəs bu barədə geniş müzakirə etməyiblər. O dövrdə bu məsələ detallarına qədər müzakirə olunmazdı. O dövrdə bu məsələ necə müzakirə olunmuşdur?! Əgər fiqh kitablarına nəzər salsaq görərik ki, namazı tərk edən barədə ixtilaf edənlər bir namazı, yoxsa iki vaxt namazı, yoxsa bir gün namazı tərk edən barədə fərqli görüşlərə sahib olublar. İmam əş-Şafiyə görə namazı tərk edən öldürülməlidir, yəni sağ buraxılmamalıdır. Çünki namaz qılmaqdan boyun qaçıran birinin öldürülməsi barədə səhabənin icması nəql olunmuşdur. Bu isə Əbu Bəkrin Ömərə dediyi sözdədir: "Vallahi, zəkat ilə namazın arasını ayıranlarla vuruşacağam." (məna ilə nəql)... Bu isə alimlərə görə onların namazı tərk edənin öldürülməsində icma etdiklərinə dəlalət edir. Ona görə də istər İmam əş-Şafi olsun, istərsə də İmam Malik, onların hər ikisi də namazı tərk edənin öldürüləcəyini söyləmişdir. Əgər öldürüləcəksə müsəlman kimi, yoxsa kafir kimi öldürülməlidir? Bunun cavabı isə insanın bir namazı, yoxsa iki namazı, yoxsa beş namazı, ya da daha çox namazı tərk etməsi ilə kafir olub olmaması məsələsinə bağlıdır. Əgər biz desək ki, bir namazı belə tərk edən kafir olur, o zaman heç şübhəsiz ki, belə insan öldürülərkən mürtəd kimi öldürülməlidir. Eynilə iki namaz və ya beş namaz və ya bir neçə günün namazı...Nəticə etibarı ilə bu qədər namazı tərk edənin kafir olduğunu söyləsək, öldürülərkən mürtəd kimi öldürülməlidir. Lakin, axı bizə görə bir, iki və ya daha çox sayda namazı tərk edənin küfrünə dəlil yoxdur, bizə görə namazların tərkində sayın müəyyən edilməsi üçün bir dəlil yoxdur. Əlimizdəki dəlillər doğru rəyə görə namazı tamamilə tərk edən, yəni heç namaz qılmayan kəslər haqqındadır. Lakin nə əş-Şafi, nə də Malik bunun müzakirəsini etməyiblər. Onlar sadəcə olaraq namazı tərk edənin öldürüləcəyini söyləyiblər və məzhəb alimləri də bu sözləri şərh edərkən, bununla hədd kimi öldürməyin qəsd olunduğunu deyiblər. Aydın olur ki, İmam əş-Şafi və İmam Malikə görə müəyyən sayda namazı tərk edən insan kafir olmaz, bizə məlum olan da budur və onlara görə namazı tərk edən insan öldürülməlidir və əgər bəzi namazlarını tərk etdiyinə görə kafir olmursa, o zaman öldürülərkən də müsəlman kimi öldürülməlidir. Namazı tərk edənin kafir olması barədə gələn hədisləri də "kiçik küfr" olaraq təvil ediblər. Digər tərəfdən isə həmin dövrdə bir mövzu barədə bütün dəlilləri bir araya toplamaq elə də asan bir iş deyildi. Namazı tərk edənin kafir olması barədə səhabənin icması ola bilsin ki, İmam əş-Şafiyə və ya digər fəqihlərə çatmamışdır. Bu ehtimal çox güclüdür, çünki onların kitablarında bu barədə danışdıqlarını görmədim. Bu məsələ barədə əl-Qasimdə Şəriət və Usul əd-Din fakultəsində dərs deyən Şeyx İsam bin Abdullah əs-Sənəni deyir: "Doğru olan budur ki, bu məsələdə müxalif olan imamlara səhabənin namazı tərk edənin küfrü barədə icma etməsi xəbəri yetişməmişdir və ya onların yanında bu, sabit olmamışdır. Çünki əgər bu icma onlara çatsaydı, bu icmaya müxalifət etməzdilər. Bu isə İmam əş-Şafinin, rahiməhullah, dediyi sözlərdir: (ər-Risalə, səh: 472) "Biz bilirik ki, onların hamısı (yəni səhabələr, radiyallahu anhu) nə Allahın Elçisinin, salləllahu aleyhi va səlləm, sünnətinə müxalif olan şey üzərində, nə də - inşə Allah - bir xəta üzərində icma etməzlər." "Əqval Zavi əl-İrfan" Adını çəkdiyim kitabda bunun müzakirəsi keçməkdədir və kitabın müqəddiməsini isə Şeyx Saleh əl-Favzan yazmışdır. Hətta İbn Rüşd əl-Cədd bu məsələdə İmam Malikin məzhəbini müzakirə edərkən İmam Malikin sözünün namazı tərk edənin küfrünə dəlalət etməsini söyləyir və bunu namazı tərk edənin israr etməsi ilə əlaqələndirir. Eləcədə İmam Tahavidən gələn nəqlə görə İmam əş-Şafi və Malik namazı tərk edənin mürtəd kimi öldürüldüyü deyilir. Lakin hər iki məzhəbə görə məşhur olan rəy, namazı tərk edənin kafir kimi deyil, bir hədd olaraq müsəlman kimi öldürülməsidir. Bütün bunları kənara qoyaq və başqa bir şey üzərində düşünək. Bütün bunlardan anlaşılır ki, bu imamlar məsələnin hər xırdalığına getməyiblər. Məsələ barədə ayrılıqda kitab yazanlar bu xırdalıqları incələyiblər. Məsələn İmam əl-Mərvazi və İbnul-Qayyim kimi alimlər. O zaman özünüzə sual verin: Axı necə ola bilər ki, namazı tərk edən birinə "Namaz qıl, yoxsa səni öldürəcəyik!" deyərlərsə və həmin adam da namaz qılmazsa, müsəlman olaraq öldürülsün?! Axı ölümü namaz qılmaqdan üstün tutan insan necə iman sahibi kimi ölə bilər?! Ağıl sahibi olan iki adam bunun üzərində mübahisə etməz. Bəs o zaman bu alimlərin bu məsələdə belə fətva verməkləri sizə qəribə gəlmirmi?! Əlbəttə ki, bu qeyri-adi bir məsələdir və bütün bunların izahı bundadır ki, alimlər ümumi hökmləri söyləyiblər, yoxsa namazı tərk edən insanın həqiqi mənada öldürülərkən imanının etibarlılığı barədə müzakirə etməyiblər. Onlardan gələn bəzi rəvayətlərə görə namazı tərk edən insan da, zinakar kimi tövbəsi qəbul edilmədən öldürülməlidir. Əgər daha diqqətlə düşünsək, belə bir halın yalnız bu görüşlə birlikdə anlaşıla biləcəyi ortaya çıxmış olur. Çünki əks halda ölümü namaza üstün tutan insan iman əhli ola bilməz və bu imamların da belə bir şeyə hökm verməsi inanılmazdır. Nəzərə alsaq ki, onlardan gələn rəyə görə namazı tərk edənin tövbəsi qəbul olunmaz dedikləri zaman, hər iki rəyi bir araya gətirmək olur. Tarixdə də belə bir şey olmayıb.Məhz buna görə də deyirəm ki, bu imamlardan namazı tərk edənin müsəlman kimi öldürüləcəyi barədə gələn rəy bizim əleyhimizə dəlil ola bilməz.
-
Tabiindən olan Abdullah bin Şəqiq əl-Uqeyli deyir: "Muhammədin səhabələri namazdan başqa heç bir əməlin tərkini küfr saymazdılar." Bunu Tirmizi (2622) və əl-Hakim (1/48/12) rəvayət etmişdir. Bunu Bişr bin Mufaddal, o isə Said bin İyəs əl-Curüyridən, o isə Abdullah bin Şaqiqdən rəvayət etmişdir. Əl-Hakim bu rəvayətin Buxarinin və Muslimin şərtinə görə səhih olduğunu söyləmişdir. Bişr isə əl-Cureyridən hafizəsi pozulmamışdan əvvəl hədis eşitmişdir. Bunu İbn Hacər, rahiməhullah, "Hədy əl-Cari" kitabında (səh: 405) zikr edir. Tirmizinin şərhini yazmış Safiyyur-Rahmən Mubarəkfuri, rahiməhullah, Abdullah bin Şaqiqin bu sözü haqqında deyir: "Abdullah bin Şəqiqin bu sözü zahirən dəlildir ki, Allahın Elçisinin (salləllahu aleyhi va səlləm) səhabələri namazın tərkini küfr saymışlar. Bu sözün məzmunundan, üslubundan aydın olur. Bu sözün üzərində səhabələr icma ediblər, çünki onun "Rasulullahın səhabələri" sözü izafi icmadır." "Tuhfətul-Əhvazi", 7/370 Digər tabii əl-Həsən əl-Basri deyir: "Mənə çatmışdır ki, rasulullahın səhabələrin belə deyərdilər: "Qul ilə onun şirk etməsi və ya küfr etməsi arasında üzrsüz namazı tərk etmək durur." Bunu əl-Laləkay (4/829, rəq: 1539), İbn Batta isə "əl-İbanə" əsərində (87) və əl-Xalləl "əs-Sünnə" əsərində (4,142, rəq: 1372) rəvayət ediblər. İbn Həzm, rahiməhullah, deyir: "Səhabədən zikr etdiyimizə onlardan müxalif olan bir şey bilmirik. Onların (dörd məzhəbə tabe olanların) öz havalarına tabe olublarsa səhabəyə müxalif olmaqla iyrənc bir şey ediblər. Çünki Ömərdən, Abdurrahmən bin Aufdan, Muaz bin Cəbəldən, Əbu Hureyrədən və digər səhabələrdən rəvayət olunmuşdur ki, fərz namazlardan birini bilərək vaxtı çıxana qədər tərk edərsə kafir mürtəddir." "əl-Muhallə", 2/242
-
Hənəfilərin kibar uləmasından Əbul Fadl Əl Məvsili (1203-1284 miladi/ 599-683 hici) “Əl-İxtiyar li Təalil Əl-Muxtar” adlı kitabında deyir: الكافر إذا صلى بجماعة أو أذن في مسجد أو قال: أنا معتقد حقيقة الصلاة في جماعة يكون مسلماً. “Kafir camaatla namaz qılarsa və ya məscidlərdə azan verərsə və ya “Mən camaatla namazın haq olduğuna inananlardanam” desə müsəlman olar (müsəlman hökmü verilər)” Lakin şeyx Məvsili mürtəd olanla əsli kafiri ayırır və mürtədlər haqda deyir: وإسلامه أن يأتي بالشهادتين ويتبرأ عن جميع الأديان سوى دين الإسلام أو عما انتقل إليه “(Mürtədin) İslamına : İki şəhadəti gətirməsi və İslamdan başqa bütün dinlərdən və ya keçdiyindən bəri-uzaq olduğunu bildirməsilə hökm edilir.” Qaynaq: Məvsili: Əl İxtiyar: Kitabul Cihad, 4/146 Şafii fəqihi və məşhur müfəssir, Faxruddin Ər Razi (554-606 h/ 1150-1210 m) “Məfatihul Ğayb“ adlı təfsirində Nisa surəsi 94-cü ayəsini açıqlarkən bu haqda deyir: المسألة السادسة : قال أكثر الفقهاء : لو قال اليهودي أو النصراني : أنا مؤمن أو قال أنا مسلم لا يحكم بهذا القدر بإسلامه ، لأن مذهبه أن الذي هو عليه هو الإسلام وهو الإيمان ، ولو قال لا إله إلا الله محمد رسول الله ، فعند قوم لا يحكم بإسلامه ، لأنه فيهم من يقول : إنه رسول الله إلى العرب لا إلى الكل ، ومنهم من يقول : إن محمداً الذي هو الرسول الحق بعد ما جاء ، وسيجيء بعد ذلك ، بل لا بدّ وأن يعترف بأن الدين الذي كان عليه باطل وأن الدين الموجود فيما بين المسلمين هو الحق والله أعلم . “Altıncı məsələ: Fəqihlərin çoxu dedilər: Əgər Yəhudi və ya Nəsrani “Mən Möminəm” və ya “Mən Müsəlmanam” desə, bu qədərilə onun İslamına hökm verilməz. Çünki, üzərində olduğu məzhəbinin İslam, onun da iman olduğuna (inanır). Əgər “Lə İləhə İlləllah, Muhəmmədur Rasulullah” desə, bir qrupa görə İslamına hökm edilməz. Çünki, onlardan belə deyənlər var: “Şübhəsiz ki o Allahın Ərəblərə elçisidir, hamıya deyil” * Onlardan belə deyənlər də var: “Şübhəsiz ki Muhəmməd haq elçidir, lakin ondan sonrada (elçi) gələcək” Əksinə! Qaçınılmaz olaraq “Üzərində olduğu dinin batil, Müsəlmanlar arasında mövcud olan dinin isə haq olduğunu” biləcək (etiraf edəcək). Allah ən doğrusunu biləndir…” * Burada mövzudan kənar bir haşiyə çıxmaq istəyirəm. Əhli Kitabın “Şübhəsiz ki o Allahın Ərəblərə elçisidir, hamıya deyil” iddiası... və “Şübhəsiz ki Muhəmməd haq elçidir, lakin ondan sonrada (elçi) gələcək” iddiası... Əhli kitabın bu iddiası öz içində ziddiyyət təşkil edir! Bunlar Muhəmmədin - sallallahu aleyhi və səlləm – elçiliyini qəbul edirlər. Elçilər yalan danışmaz! Elçini qəbul etmək onun sözünü də qəbul etməyi tələb edir... Elçinin sözü isə bunların dediyini yalanlayır! Alləmə Əbu Abdullah Əl Qurtubi (600-671 h/1204-1274 m) Tövbə surəsinin 74-cü ayəti kəriməsinin təfsirində, böyük imamlardan olan İshaq bin Rahveyhdən (161-238 h/ 778-853 m) nəqlən deyir: قال إسحاق ابن راهويه: ولقد أجمعوا في الصلاة على شئ لم يجمعوا عليه في سائر الشرائع، لانهم بأجمعهم قالوا: من عرف بالكفر ثم رأوه يصلي الصلاة في وقتها حتى صلى صلوات كثيرة. ولم يعلموا منه إقرارا باللسان أنه يحكم له بالايمان، ولم يحكموا له في الصوم والزكاة بمثل ذلك “İshaq bin Rahveyh dedi: Şübhəsiz ki, (alimlər) digər şəri hökmlər xüsusunda icma etmədikləri bir şeydə, namaz xüsusunda icma etmişlər. Çünki onlar icma ilə belə dedilər: Bir adamın kafir olduğu bilinsə, sonra onun namaz vaxtında namaz qıldığını, hətta çox dəfə namaz qıldığını görsələr və bununla yanaşı ondan dillə iqrarın sabit olduğunu bilmirlərsə, onun imanına hökm verilər! Ancaq, oruc və zəkatla, onun haqqında bunun kimi (müsəlman) hökmü vermirlər.” Qaynaq: Əbu Abdullah Əl Qurtubi: Camiu li Əhkəmil Quran: 8/207 Sırf namazla kafirin İslamına hökm verən alimlər buna əlavə şərtlər qoşmuşlar. Vaxt içində, Azan və iqaməylə, camaatla, məsciddə, təkbirdən salama qədər və s… İnşa Allah irəlidə təfərrüatlı şəkildə gələcədir. İshaq bin Rahveyh burada şərtlərdən ikisini qeyd etmişdir: 1. Vaxt içində qılınması. 2. Çox sayda olması. Hər nə qədər İmam İshaq İbnu Rahveyh - rahiməhullah - "namaz" qılana Müsəlman hökmü veriləcəyi haqda icma olduğunu bildirsədə, bunun həqiqətə uyğun olmadığı ortadadır. Bu sözləri nəql edən İmam Qurtubi özü eyni kitabda bu görüşə müxalif görüşlərə yer verir: الخامسة : والمسلم إذا لقي الكافر ولا عهد له جاز له قتله ; فإن قال : لا إله إلا الله لم يجز قتله ; لأنه قد اعتصم بعصام الإسلام المانع من دمه وماله وأهله : فإن قتله بعد ذلك قتل به وإنما سقط القتل عن هؤلاء لأجل أنهم كانوا في صدر الإسلام وتأولوا أنه قالها متعوذا وخوفا من السلاح , وأن العاصم قولها مطمئنا , فأخبر النبي صلى الله عليه وسلم أنه عاصم كيفما قالها ; ولذلك قال لأسامة : ( أفلا شققت عن قلبه حتى تعلم أقالها أم لا ) أخرجه مسلم أي تنظر أصادق هو في قوله أم كاذب ؟ وذلك لا يمكن فلم يبق إلا أن يبين عنه لسانه وفي هذا من الفقه باب عظيم , وهو أن الأحكام تناط بالمظان والظواهر لا على القطع واطلاع السرائر السادسة : فإن قال : سلام عليكم فلا ينبغي أن يقتل أيضا حتى يعلم ما وراء هذا ; لأنه موضع إشكال وقد قال مالك في الكافر يوجد فيقول : جئت مستأمنا أطلب الأمان : هذه أمور مشكلة , وأرى أن يرد إلى مأمنه ولا يحكم له بحكم الإسلام ; لأن الكفر قد ثبت له فلا بد أن يظهر منه ما يدل على قوله , ولا يكفي أن يقول أنا مسلم ولا أنا مؤمن ولا أن يصلي حتى يتكلم بالكلمة العاصمة التي علق النبي صلى الله عليه وسلم الحكم بها عليه في قوله : أمرت أن أقاتل الناس حتى يقولوا لا إله إلا الله السابعة : فإن صلى أو فعل فعلا من خصائص الإسلام فقد اختلف فيه علماؤنا ; فقال ابن العربي : نرى أنه لا يكون بذلك مسلما , أما أنه يقال له : ما وراء هذه الصلاة ؟ فإن قال : صلاة مسلم , قيل له : قل لا إله إلا الله ; فإن قالها تبين صدقه , وإن أبى علمنا أن ذلك تلاعب , وكانت عند من يرى إسلامه ردة , والصحيح أنه كفر أصلي ليس بردة وكذلك هذا الذي قال : سلام عليكم , يكلف الكلمة , فإن قالها تحقق رشاده , وإن أبى تبين عناده وقتل وهذا معنى قوله : " فتبينوا " أي الأمر المشكل , أو " تثبتوا " ولا تعجلوا المعنيان سواء فإن قتله أحد فقد أتى منهيا عنه فإن قيل : فتغليظ النبي صلى الله عليه وسلم على محلم , ونبذه من قبره كيف مخرجه ؟ قلنا : لأنه علم من نيته أنه لم يبال بإسلامه فقتله متعمدا لأجل الحنة التي كانت بينهما في الجاهلية “Beşinci: müsəlman, əhdi olmayan bir kafiri gördüyü zaman öldürməsi caizdir. Əgər kafir “Lə İləhə İlləllah” desə öldürülməsi caiz deyil. Çünki, o İslam qulpuna sarılmışdır ki, bu onun qanını, malını və ailəsini qoruyur. Əgər bundan sonra onu öldürsə, bu səbəblə özüdə öldürülər. Bu kimi insanlardan ölüm hökmünün qaldırılmasının səbəbi onların İslamın ilk zamanlarında olmaları və kafirlərin bu kəliməni özünün qorumaq və silahdan qorxduqları üçün söyləmələrini düşünərək təvil edirdilər. Bu sözün qoruyucu olması üçün sözü mutməinliklə deməsinin lazım olduğunu düşünürdülər. Nəbi - sallallahu aleyhi və səlləm – bu sözü necə söylərlərsə söyləsin, bunun “qoruyucu” olduğunu xəbər verdi. Bunun üçün Usaməyə dedi: “Qəlbini açıb baxsaydın… O zaman, bunu qəlbində də deyirmi, bilərdin…” Bu hədisi Muslim təxric etmişdir. Yəni: sözündə sadiq olub-olmadığına baxardın… Bu mümkün deyil! Ancaq bu haqda dilin bəyan etməsi yolu qalır. Bu fiqhin böyük mövzularındandır. Bu qaydada budur: hökmlər zənni qaliblə (yüksək ehtimallarla) və zahirlərə görədir, qətilik və sirləri bilməklə deyil. Altıncı: “Səlamun Aleykum” deyərsə, bu sözünün arxasında nə olduğu bilinmədikcə öldürülməməsi lazımdır. Çünki, bu işkal (anlaşılması çətin) bir mövzudur. İmam Malik “aman üçün gəldim, aman tələb edirəm” deyən kafir haqda dedi: “Bu anlaşılması çətin olan məsələlərdəndir. Görüşüm budur ki, güvənli yerə götürülər və İslamına hökm edilməz. Çünki, onun haqqında küfr hökmü sabit idi, onun sözünə dəlalət edəcək bir şeyi izhar etməsi qaçınılmazdır. Toxunulmazlıq kəliməsini söyləyənə qədər, “Mən Müsəlmanam” və ya “Mən Möminəm” deməsi və ya namaz qılması yetərli deyil. Toxunulmazlıq kəliməsi odur ki, Nəbi - sallallahu aleyhi və səlləm – hökmün verilməsini buna bağlamışdır: “İnsanlarla, Lə İləhə İlləllah demələrinə qədər vuruşmaqla əmr olundum.”” Yeddinci: Əgər insan namaz qılar və ya İslama xas fellərdən birini edərsə (ona İslam hökmü veriləcəyi haqda) alimlərimiz (Malikilər) ixtilaf etmişlər. İbn Arabi dedi: “Görüşümüzə görə bununla müsəlman olmaz. Lakin ona deyilər: “Bu namazın arxasında nə var?” Əgər desə ki, bu bir Müsəlman namazıdır, ona deyilər ki, Lə İləhə İlləllah de! Əgər bunu deyərsə doğru dediyi ortaya çıxar. Əgər bunu qəbul etməzsə, bunun bir oyun olduğunu bilərik.” Kim ki, belə şeylərə görə İslam hökmü verir, onun görüşünə görə bu hal riddət halıdır. Doğru olan budur ki, bu əsli küfrdür! Riddət küfrü deyil! “Səlamun Aleykum” deyən kimsəyə də, eyni şəkildə “kəliməni” deməsi təklif edilər, əgər deyərsə haqqı tapması gerçəkləşmiş olar. Əgər deməzsə, inadı aşkara çıxar və öldürülər. Bu, Uca Allahın “təbeyyənu” və ya “təsəbbətu” kəlamının mənasıdır ki, hər ikisi də eyni anlamdadır, yəni “anlaşılması çətin olan” işi araşdırın, tələskənlik etməyin. Kim belə adamı öldürsə, qadağan edilmiş bir əməli işləmişdir. Əgər deyilsə ki, Nəbinin - sallalahu aleyhi və səlləm - Muhallim haqqında ağır danışması və onun qəbrindən çölə atılması nədir? Deyərik: “Çünki, o niyyətini bilirdi, bilirdi ki, Muhallim o adamın Müsəlman olmasına fikir vermədən, onu qəsdən öldürdü. Bunun səbəbi isə cahiliyyədə aralarında olan kin idi.” Qaynaq: Əbu Abdullah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 7/51-52 Beyrut: Ər Risələ: Birinci nəşr: 1427/2007 Təhqiq: Abdullah bin Abdul Muhsin Ət Turki
-
Namaz ilə başqa vacibatları tərk etmək arasında fərq var. Fətvanın sahibi: İbn Baz. Fətvanın №-si: “Dəvət” 1473rəcəb. 1415h. Sual: Tövhid əqidəsində olan lakin bəzi vacibatları yerinə yetirməyə tənbəllik edənin hökmü nədir? Cavab: O, naqis imanlı olur. Həmçinin bəzi asiliklər edənin əhli Sünnəyə görə imanı naqisləşir, çünki əhli sünnə belə deyir: İman - söz, əməl və etiqaddır. O itaət etməklə artır, asilik etməklə naqisləşir. Buna misal üzürsüz yerə ramazan orucunu tərk etməkdir. Bu böyük asilikdir və imanı naqisləşdirir və zəiflədir. Elm əhlindən bəziləri bununla təkfir də edirlər. Lakin səhih odur ki, orucun vacibliyini təsdiqlədikcə bununla küfr etmir. Lakin bəzi günlər tənbəllik və səhlənkarlıqdan iftar edir. Həmçinin zəkatı səhlənkarlıq üzündən vaxtını gecikdirən və onu çıxartmağı tərk edən əgər vacib olmasını təsdiq edirsə bu asilikdir və imanda zəiflikdir. Bəzi elm əhli də vardır ki, zəkatı tərk edəni təkfir edirlər. Habelə, qohumluq əlaqələrini kəsmək, valideyinlərə hörmətsizlik etmək də imanda naqislik və zəiflikdir. Başqa asiliklərdə bunun kimidir. Namazı tərk etməyə gəldikdə isə namazı tərk edən onun vacib olmasını inkar etməsə belə bu imanı yox edir və riddəti (dindən çıxmağı) gərəkdirir. Alimlərin sözlərinin ən doğrusu budur. Çünki Rəsulullah –s.a.s.- belə demişdir: “İşin başı İslam, onun sütunu namaz, zirvəsi isə Allah yolunda cihaddır.” Başqa hədisdə isə s.a.s.- belə söyləyir: “Bizimlə onlar arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmişdir.” Bu hədisi Əhməd və Sünən əhli səhih isnadla Bəriydə bin əl-Hüseyyibdən r.a. rəvayət etmişdir. Həmçinin Peyğəmbər –s.a.s- belə demişdir: “Adam ilə küfr və şirk arasında duran namazı tərk etməkdir.” Bu hədisi də İmam Müslim öz səhihində gətirmişdir. Müvəffəq edən Allahdır və Allahın salat və səlamı peyğəmbərimiz Muhammədin, ailəsinin və səhabələrinin üzərinə olsun. Namazı tərk edən küfrün imamları ilə bir yerdə həşr olunacaqdır. Fətvanın sahibi: İbn Cibriyn. Fətvanın №-si: “Dəvət”1571 şaban. 1417h. Sual: Namazı son olaraq (bütünlüklə) tərk edənə tərtib olunan hökmlər hansılardır? Cavab: Ona küfr və İslamdan çıxma hökmü tərtib olunur. Çünki peyğəmbər –s.a.s.- demişdir: “Qulun küfr ilə arasında duran namazı tərk etməkdir.” Müslim rəvayət etmişdir. Həmçinin – s.a.s.- deyib: “Bizim ilə onların arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmişdir.” Bunu Əhməd və Sunən Əhli səhih sənədlə rivayət etmişdir. Başqa bir hədisdə Rəsulallah s.a.s.- belə söyləmişdir: “Kim namaz qılmaqda davam etsə o, qiyamət günü onun üçün bir nur, dəlil və nicat olacaqdır. Kim namaz qılmaqda davam etməsə onun üçün qiyamət günü nə bir nur, nə dəlil, nə də ki, bir nicat olmayacaq və Firon, Haman, Qarun və Ubeyy bin Xələflə bir yerdə həşr olunacaqdır.” Bu hədisi Əhməd və başqaları rəvayət etmişdir. Bu hədislərin zahiri namazı son olaraq tərk edənin dindən çıxmasını və küfrün imamları ilə bir yerdə həşr olunmasını göstərir. Son olaraq tərk etmək dedikdə, yəni namazı nə mənzildə, nə də ki, məsciddə yerinə yetirməməsidir. Bu adama küfr hökmü verildiyi üçün ona kafirlər kimi rəftar etmək hökmü də tərtib olunur və tövbəsi istənilir. Əgər tövbə edərsə heç, yox əgər tövbə etməsə öldürülür. Əgər əcəli ilə ölsə cənazəsi qılınmır. Namazı qılmadığına görə öldürülübsə, onda ona əsl kafir kimi rəftar edilir. Müsəlmanlar onu yumur, kəfənləmir və cənazəsini də qılmırlar. Həmçinin müslmanların qəbirstanlıqlarında dəfn olunmur. Ona kafirlər və ya özü kimi əməl edənlər vəlilik edir. Həyatda olarkan isə onun arvadı ilə arası ayrılır.Allahın buyurduğu bu ayəsinə görə: ”Əgər siz onların möminə qadınlar olduqlarını bilsəniz onları kafirlərə geri döndərməyin. Bunlar onlara, onlar da bunlara halal deyildir” (Mümtəhinə 10) Əgər namaz qılmayan namaz qılan müslimə ilə əqd bağlayarsa və əqddən sonra tövbə edərsə tövbədən sonra əqdini yenidən bağlamağı lazım deyil. Əgər biri namaz qılmamaqda israr edərək ölərsə onun müsəlman qohumları ona varis qalmır və malı beytul mal üçün qənimət olaraq verilir. Əgər onun qohumlarından kimsə ölərsə və o sağ qalarsa ona küfr hökmü verildiyinə görə onlardan miras almır. Çünki, hədisdə “müsəlman kafirə, kafir də müsəlmana varis olmur.” deyilir. Həmçinin namazı tərk etdiyinə görə onun hicr etdirilməsi, onun məclisindən uzaq durulması və müsəlman kimi rəftar olunmaması hökmü tətbiq olunur. Həmçinin namazında səhlənkar olan müsəlmana nəsihət etməyi, həm dünya, həm də axirət əzabını xatırlatmağı məsləhət edirik. Kim tövbə edərsə və küfrdən dönərsə Allah onun tövbəsini qəbul edər və ondan keçmişdə səhlənkarlıq göstərdiyi ibadətləri də qəza olaraq etməsi tələb olunmur. Allah ən doğrusunu bilir. Dəlillərdə namazı vacib sayanla saymayan arasında fərq qoyulmamışdır. Fətvanın sahibi: əd-Daimə fətva komitəsi. Fətvanın №-si: 2191 rəqəmli sual:2 Sual: Cümə günü məscidə ilk olaraq girən, lakin fərz namazlarını tərk edən (cümədən başqa) və ya onlara səhlənkar olan birinin hökmü nədir? Bilərək ki, bunu edən (ummi) savadsız deyil öyrənəndir. Cavab: Namaz İslamın rukunlarından biridir. Kim onu vacibliyini inkar edərək tərk edərsə o, icma ilə kafirdir. Kim onu səhlənkarlıqdan və tənbəllikdən tərk edərsə, alimlərin iki sözündən səhihi ilə kafirdir. Bunun əsli namazı tərk edənə küfr hökmünün verilməsini göstərən ümumi dəlillərdir. Çünki ümumi dəlillərdə namazı səhlənkarlıqdan və tənbəllikdən tərk edənlə onu vacibliyini inkar edərək tərk edən arasında fərq qoyulmamışdır. Necə ki, İmam Əhməd və Sunən əhli səhih sənədlə Bəridə bin əl-Hüseyyibdən peyğəmbər –s.a.s.-in belə dediyi rəvayət edilmişdir: “Bizim ilə onların arasıda olan əhd namazdır. Kim onu tərk edərsə artıq küfr etmişdir.” Müslimin səhihində də Cabir bin Abdullahdan r.a. peyğəmbər –s.a.s.-in belə dediyi rəvayət olunur: “Kişi ilə küfr və şirkin arasında olan namazı tərk etməkdir.” Həmçinin Abdullah bin Şəqiq rəvayət edərək belə deyir: “Rəsulallah s.a.s.-in əshabı əməllər arasında yalnız namazı tərk etməyi küfr görürdülər”. Tirmizi rəvayət etmişdir. Fərzi tərk etməklə haramı işləmək bərabər deyil. Fətvanın sahibi: Daimə Fətva Komitəsi. Fətvanın №-si: 10618 rəqəmli. Sual 2 Sual: Allah bizə zina etməyi də namazı tərk etməyi də haram etmişdir. Bunlardan hansının günahı o birindən daha böyükdür? Cavab: Namazı tərk etmək zina işləməkdən günahca daha böyükdür, çünki namazı tərk etmək İslamdan çıxardan böyük küfrdür. Zina isə böyük günahlardan olduğuna görə zina sahibi onu halal saymadıqca küfr etmir. Lakin ona şəri hədd qoyulması məsələsi hakimə qaldırılarsa vacibdir. Səhlənkarlıqdan namaz qılmamaq küfrdür, küfrdə olan da tövbə edir, qəza ödəmir. Fətvanın sahibi: Daimə Fətva Komitəsi Fətvanın№-si: 4476 rəqəmli. Sual: 17 Sual: Namazlarını səhlənkarlanlıqdan qılmayanın qəzasını ödəməsinin hökmü nədir? Yəni biz əcəmilər kimi namazını 30 yaşına çatana kimi gah qılıb gah qılmayıb. Lakin 30 yaşından sonra isə fərzləri öz halında olduğu kimi qılır. Bu cür namazlarını vaxtlı-vaxtında qılan əvvəlki səhlənkarlıqdan buraxdığı namazların qəzasını ödəməyi vacibdirmi? Cavab: Halı bu cür olan şəxs namazın vacib olmasını inkar etməsə də alimlərin iki sözünün səhihinə görə böyük küfr edən kafir olur. Əgər namazın vacib olmasını inkar etsə isə alimlərin icması ilə kafir olur. Lakin əgər tövbə etsə fərz namazlarını qılsa və ramazan orucunu tutsa və bu hal üzrə davam etsə onda ona İslam hökmü veriləcəkdir. Rəsulallah–s.a.s-in dediyi hədisə görə keçmişdə bilərəkdən tərk etdiyi namaz və orucun qəzasını isə ödəmir. «İslam özündən qabaqkıları, tövbə də özündən öncə olanları yox edir». Çünki, Əbu Bəkr r.a.-ın zamanında riddət əhli ilə döyüşən səhabələr mürtədlər arasında İslama qayıdanlardan heç kimə namaz və orucu qəza etmələrini əmr etməmişdilər. Hansı ki, onlar Rəsulallah –s.a.s.-dən sonra insanlar arasında Allahın şəriətini ən yaxşı bilənlər idilər. Namazı tərk edənin tövbəsi üç gün istənilir. Fətvanın sahibi: Daimə Fətva Komitəsi Fətvanın №-si: 6787 rəqəmli: Sual: 7 Sual: Şeyx sizin namazı tənbəllıkdən tərk edənin küfr etməsi fətvasını oxudum. Əgər heç namaz qılmayıbsa tövbəsi istənilirmi? Və tövbə neçə dəfə istənilir? Əgər tövbə etməsə onda hökmü nədir? Cavab: Namazı bilərəkdən (yəni, qəsdən, öz iradəsi ilə, heç bir üzr olmadan) tərk edənin səhihə görə üç gün tövbəsi istənilir. Əgər tövbə etsə əlhəmdulilləh, yox əgər tövbə etməsə şəri hakim vasitəsi ilə öldürülür. Peyğəmbər –s.a.s.-in dediyinə görə: “Kim dinini dəyişsə onu öldürün.” Bu hədisi Buxari öz səhihində İbn Abbasdan r.a. rəvayət etmişdir. Beş vaxt namazdan birini inkar etmək belə icma ilə böyük küfrdür. Fətvanın sahibi: Daimə Fətva Komitəsi. Fətvanın №-si: 2873 rəqəmli. sual: 6 Sual: Bir neçə fərz namazını qıla bilmədim və “Məscidul-Harama” ümrə üçün gedərkən Məkkədə olmağımdan qənimətlənərək həmin buraxılan namazları qəza etməyə başladım. Bu halda mənim üçün əzansız və iqaməsiz namaza durmağım daha əfzəldi yoxsa iqamə verib və buraxılan vaxtın qəzasını niyyət edib qılmaq daha əfzəldir? Cavab: Sən namazınla buraxılan namazların qəzasını niyyət edib və hər bir namaz üçün iqamə verirsən. Lakin əgər buraxılan namazları bilərəkdən, səhlənkarlıqdan və tənbəllikdən tərk etmisənsə onda sənin üzərində qəza yoxdur. Bu halda sənə tövbə etmək və Allaha dönməyin vacibdir. Çünki fərz namazını bilərəkdən tərk etmək onun vacibliyini inkar etməsə belə alimlərin sözünün ən doğrusu ilə əməli batil edən böyük küfrdür. Peyğəmbər –s.a.s.-in hədislərinə görə: “Bizim ilə onlar arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmişdir.” Həmçinin “Kişi ilə şirk və küfr arasında olan namazı tərk etməkdir.” Ona görə də kafir islama daxil olduqda tərk etdiyi namazların qəzasını ödəmir. Allahu Təalanın buyurduğuna görə: “Küfr edənlərə de əgər (əməllərinə) son qoysalar keçmişdə olanlar onlar üçün bağışlanar.” Beş vaxt namazın vacibliyini və ya birinin belə vacibliyini inkar edən isə alimlərin icması ilə böyük küfrlə küfr edir. Allahdan salamatlıq və afiyət diləyirik. Namazı tərk edənin orucu səhih deyildir. Fətvanın sahibi: Daimə Fətva Komitəsi. Fətvanın №-si: 5130 rəqəmli. sual: 3 Sual: Bir adam tənbəllikdən fərz namazını yalnız günəş çıxdıqdan sonra qılır. Əsri isə günəşin batmasından bir az qabaq qılır. Bəhanəsi isə odur ki, işdən gec gəlir, yorulur və namazı yataraq tərk edir. Onun namazının hökmü nədir? Bu onun orucuna təsir edirmi? Cavab: O adamın sübh namazını unutmadan və yuxuya qalmadan əksinə tənbəllikdən günəş çıxana kimi tərk etməyi alimlərin sözlərinin səhihinə görə böyük küfrdür. Bu sözlə də onun orucu da səhih deyildir. Onun əsr namazını günəşin batmasından bir az qabağa kimi gecikdirməsinə gəldikdə isə bu peyğəmbər –s.a.s-in bəyan etdiyi kimi münafiqlərin sifətlərindəndir. Lakin əsri bu vaxtda qılması yetir. Bu cür gecikdirməklə orucu xarab olmur. Ancaq ona tövbə etmək və əsri günəş saralmamışdan qabaq müsəlmanlarla birgə məsciddə camaatla qılmağı vacibdir. Namazı tərk etməyin küfr olmasını etiqad etməyənin etiqadı etibarlı deyil. Fətvanın sahibi: İbn Baz. Fətvanın №-si: Məcmul-Fətava 7-ci cüz. Sual: Namazı tərk etmənin cəzasının ümmətdən çıxardan böyük küfr olmasını bilmədən namazı tərk edən üzrlü salıyılırmı? Cavab: Mükəlləflərdən (Ağlı başında olan və həddi buluğa çatmışlardan) kimsə namazı tərk edərsə və bunun böyük küfr olmasını etiqad etməsə belə alimlərin iki sözünün ən səhihinə görə onun hökmü böyük küfrdür. Çünki hökmlər məhkum olunanın etiqadına görə deyil, şəri dəlil ilə etibarlı olur. Namaz qılmayanın heç bir saleh əməli ona fayda verməyəcəkdir. Fətvanın sahibi: Useymin. Fətvanın №-si: Əhkamus-Saləh, sual-1 Sual: Oruc tutub namaz qılmayanın hökmü nədir? Sonda isə Şeyx Useyminin-r.h- “Hukmu tərikis-saləh” (Namazı tərk edənin hökmü) və “Min Əhkamus-Saləh” (Namazın hökmlərindən) kitablarında namaz qılmayanların halını necə bəyan etdiyini sizin üçün nəql edirik. Şeyx IbnUseymin özünün “Min Əhkamus-Saləh” kitabında (səh. 3 Sual-1) oruc tutub namaz qılmayanın hökmü nədir sualına belə cavab verir. Cavab:İnsan üçün çox əcaib şeylər baş verir. Hətta bəzi insanlar görürsən ki, çox hərisliklə oruc tutur, lakin namaz qılmağa heç bir səy göstərmirlər. Hətta mənə belə sözlər çatıb ki, bəzi insanlar oruc tutur, namaz isə qılmır. Mən Allaha şəhadət gətirirəm ki, Quranın və Sünnənin dəlillərindən, həmçinin səhabələrin sözlərindən və səhih nəzərdən bilirəm ki, oruc tutub namaz qılmayanın orucu batildir, qəbul deyildir və dindən çıxardan küfrlə kafirdir. Əgər o dindən çıxardan küfrlə kafirdirsə, onun nə orucu, nə sədəqəsi, nə də həcci nə də ki, digər saleh əməli ona fayda verməyəcəkdir. Allah Təala buyurur: “O gün onların etdikləri hər bir saleh əməli götürüb, onu saçılmış zərrələr halına gətirərik (boşa çıxardarıq.)” (Furqan 23). Həmçinin Allah Təala buyurur: “Onların xərclədiklərinin qəbul olmasına mane olan onların Allaha və rəsuluna küfr etmələri və namaza tənbəl-tənbəl gəlmələridir” (Tövbə:54). Bilindiyi kimi xərcləmələrin (zəkatın, sədəqənin) faydası çoxdur. Ayədən də göründüyü kimi faydasının çox olmasına baxmayaraq o, kafirdən çıxarkən qəbul olmursa, onda ondan zəif olan oruc kimi ibadətlər necə qəbul olacaq? Bəli o ilk növbədə qəbul olmayacaqdır.
-
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmayanın Allahın istəyi altında olacağını deməsi onu göstərir ki, namazı tərk etmək şirk və küfrdən aşağıda olan günahdır. Uca Allah buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar...» Bu sözə isə cavabımız qısa olacaq. Yuxarıdakı hədislərin cəmindən sonra və İbn Teymiyyənin də dediyi kimi bu hədis heç də namazı tərk edən üçün dəlil gətirilməz. Mübarək ayəyə gəldikdə isə bunun məqalənin yazarının zənn etdiyi kimi olmadığını deyirik. Çünki namazın tərki də şirk və küfr səviyyəsində bir günahdır. Bu barədə İbn Useymin, rahiməhullah, deyir: القسم الثاني: ما لا دليل فيه أصلا للمسألة. مثل استدلال بعضهم، بقوله تعالى: {إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء} . فإن معنى قوله تعالى: {ما دون ذلك} ما هو أقل من ذلك، وليس معناه ما سوى ذلك، بدليل أن من كذب بما أخبر الله به ورسوله، فهو كافر كفراً لا يغفر له وليس ذنبه من الشرك. ولو سلمنا أن معنى {ما دون ذلك} ما سوى ذلك، لكان هذا من باب العام المخصوص بالنصوص الدالة على الكفر بما سوى الشرك والكفر المخرج عن الملة من الذنب الذي لا يغفر وإن لم يكن شركا. "İkinci qism: Bu məsələ üçün əslən dəlil olmayanlar: Bəzilərinin Allahu Təalənin bu sözü ilə dəlil gətirməsi kimi: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar" (ən-Nisa, 48) Allahu Təalənin "mə dunə zəlik" (bundan başqa, bundan aşağı) sözündəki məna "bundan kiçik olan" deməkdir, yoxsa "ondan başqa" anlamında deyildir, çünki bunun dəlili budur ki, kim Allahın və Rasulunun verdiyi xəbəri təkzib edərsə o, Kafirdir. Allah onu bağışlamayacaq və onun bu günahı (yəni təkzib etməsi) şirk deyildir. Hətta "mə dunə zəlik" sözündəki mənanın "şirkdən başqa" günahlar olduğunu qəbul etsək, bu zaman bu ayə ümumi mənada olur və bu, küfrün şirkə bərabər olduğunu göstərən nəsslərlə xüsusiləşmişdir. İnsanı millətdən çıxaran küfr isə şirk olmasa da Allahın bağışlamadığı günahlardandır."." "Hukmu Tərik əs-Salət" Yenə bu sözlər də burhan vardır. Çünki qəti şəkildə məlumdur ki, millətdən çıxaran küfrü də Allah bağışlamayacaqdır. Məhz bu səbəbdən də ayənin doğru tərcüməsi belə olmalıdır: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan kiçik olan günahlarını bağışlar" Doğrusunu isə Allah bilir! Buna binaən deyirik ki, səhih hədislərdə varid olduğu kimi Allahın Elçisi, salləllahu aleyhi va səlləm, namazın tərkini şirk adlandırmışdır. Muslimin "İman" kitabında Cabir bin Abdullahdan rəvayət etdiyi hədisdə peyğəmbər, salləllahu aleyhi və səlləm, deyir: "إن بين الرجل وبين الشرك، والكفر، ترك الصلاة" "İnsan ilə Şirk və Küfr arasında namazın tərki vardır." İbn Teymiyyə, rahiməhullah, deyir: فأما من كان مصرا على تركها لا يصلي قط، ويموت على هذا الإصرار والترك فهذا لا يكون مسلما؛ لكن أكثر الناس يصلون تارة، ويتركونها تارة، فهؤلاء ليسوا يحافظون عليها، وهؤلاء تحت الوعيد، وهم الذين جاء فيهم الحديث الذي في السنن حديث عبادة عن النبي صلى الله عليه وسلم أنه قال: ((خمس صلوات كتبهن الله على العباد في اليوم والليلة من حافظ عليهن كان له عهد عند الله أن يدخله الجنة، ومن لم يحافظ عليهن لم يكن له عهد عند الله، إن شاء عذبه وإن شاء غفر له)) فالمحافظ عليها الذي يصليها في مواقيتها، كما أمر الله تعالى، والذي ليس يؤخرها أحيانا عن وقتها، أو يترك واجباتها، فهذا تحت مشيئة الله تعالى، وقد يكون لهذا نوافل يكمل بها فرائضه، كما جاء في الحديث. "Lakin kim tərki üzərində israr edərsə və qətiyyən namaz qımazsa və bu israr bu tərk üzərində ölərsə, bu insan müsəlman olmaz. Lakin insanların çoxu bəzən qılır, bəzən də namazlarını tərk edirlər və bu kəslər namazlarını mühafizə edənlər/davamlı qılanlar deyillər. Bu kəslər Allahın vaidi altındadır. Bunlar o kəslərdirlər ki, haqlarında sünən kitablarında Ubadə bin Samitdən gələn hədisdə peyğəmbər, salləllahu aleyhi va səlləm, deyir: "Allah bir gün və bir gecədə bəndələrinə beş vaxt namazı fərz qıldı. Kim bu namazları davamlı şəkildə qılarsa Allah yanında onu Cənnətə daxil edəcəyinə dair əhd vardır. Kim onları davamlı qılmazsa onun üçün Allah yanında heç bir əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar!" Namazlarını mühafizə edənlər isə Allahu Təalənin əmr etdiyi kimi namazları vaxtında qılanlar və bəzi hallarda olduğu kimi vaxtından sonraya təxirə salmayanlardırlar və ya namazın vaciblərini tərk edənlərdirlər. Bu isə Allahın istəyi altındadır. Bunun üçün də hədisdə gəldiyi kimi nafilə namazları fərz namazlarını kamilləşdirəcəkdir." "Məcmu əl-Fətava", 22/48 Burda Şeyxin də işarə etdiyi kimi hədisdə nafilə namazların fərz namazları kamilləşdirəcəyi barədə gəlmişdir. Buna görə də məqalədə Əbu Hureyrədən rəvayət olunan hədis namazı tərk edən üçün heç bir dəlil təşkil etməz. Bu səbəbdən deyə bilərik ki, məqalədə gətirilən hədislərin heç biri dəlil təşkil etməz. Sonuncu hədis barəsində isə cavabımız çox bəsit olacaqdır. Hədisdə mütləq cahilliyin hökm sürdüyü bir zaman işarə edilmişdir. İnsanlar arasında Quran götürüləcəkdir və İslam əhkamlarından insanlar cahil olacaqlar. Bu isə hamının bildiyi kimi cəhalət üzrünə aid olan bir məsələdir. Namazı bilməmək onlar üçün üzr sayılacaqdır. Va billəhi təufiq!
-
Burda Əbu-Bəkr internet səhifəsində yerləşdirilmiş kiçik bir məqaləyə cavab vermək uyğun olardı. Bu isə namazı tərk edənin hökmü barədədir. Məzkur məqalədə qısa bir tanıtmadan sonra deyilir: Lakin alimlərin bu iki rəyinin ən üstünü, hədislərdə deyilən küfrün, insanı İslamdan çıxarmayan kiçik küfr olmasıdır. Bu və digər hədisləri cəm edərək belə qənaətə gəlinir. Həmin hədislərdən aşağadakıları demək olar. Ubadə ibn əs-Samit (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar». Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmayanın Allahın istəyi altında olacağını deməsi onu göstərir ki, namazı tərk etmək şirk və küfrdən aşağıda olan günahdır. Uca Allah buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar...» Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Qiyamət günü müsəlman bəndənin haqq-hesab olunacağı əməl, fərz namazlardır. Əgər namazları yerində olsa heç, olmasa deyiləcəkdir ki, baxın görün nafilə əməlləri varmı? Əgər onun nafilə əməlləri olsa, fərz namazları nafilələrlə tamamlanacaqdır. Sonra bütün fərz əməllərlə belə ediləcəkdir». Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Paltarın rəngi solduğu kimi, İslam da elə zəifləyəcəkdir. Hətta, orucun, namazın, həccin və sədəqənin nə olduğu bilinməyəcəkdir. Allahın kitabı bir gecədə yoxa çıxacaq, yer üzündə ondan bir ayə də qalmayacaqdır. Yalnız bir qrup qoca kişi və qadınlar qalacaqlar. Onlar deyəcəklər: Biz atalarımızın bu kəlməni: “lə iləhə illəllah” - dediklərini eşitmişik və biz də onu deyirik». Silə (adlı rəvayətçi) ona (Huzeyfəyə) dedi: Onlar namazın, orucun, həccin, sədəqənin nə olduğunu bilmədikləri halda, lə iləhə illəllah kəlməsi onlara nə fayda verəcəkdir? Huzeyfə ona cavab vermədi. Silə sualını üç dəfə təkrar etdi. Huzeyfə isə ona cavab vermir, yayınırdı. Üçüncü dəfə soruşduqda Huzeyfə üzünü Siləyə çevirib üç dəfə: «Ey Silə, onları oddan xilas edəcəkdir» - dedi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, onların bu barədə gətirdikləri dəlilləri əslində onlar üçün dəlil sayılmaz. Bizim dediyimiz üçün dəlil sayılacaqdır. Bunu bir çox tərəfdən izah etmək olar. İlk əvvəl ilk hədisin müxtəlif ləfzlərinə fikir verək: خمس صلوات كتبهن الله على العباد ، من أتى بهن لم يضيع منهن شيئا استخفافا بحقهن كان له عند الله عهد أن يدخله الجنة ، ومن لم يأت بهن فليس له عند الله عهد إن شاء عذبه وإن شاء غفر له "Allah bəndələrinə beş vaxt namaz yazmışdır. Kim bu namazları qılıb, heç bir şey buraxmadan, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bunları etməzsə Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar." Bunu bu ləfzlə Ubadə bin Samitdən İmam Malik "Muvatta" da (1/254-255) rəvayət etmişdir. Sənədində məchul ravilər vardır. Eləcədə Əbu Davud (2/62) və İmam Nəsai (1/186) rəvayət etmişdir. Eləcədə İmam Əhməd (5/315 və 319) ləfzdə kiçicik fərqlə rəvayət etmişdir. " خمس صلوات افترضهن الله على عباده من أحسن وضؤهن ، وصلاهن لوقتهن ، فأتم ركوعهن ، وسجودهن ، وخشوعهن ، كان له عند الله عهد أن يغفر له ، ومن لم يفعل فليس له عند الله عهد ، إن شاء غفر ، له وإن شاء عذبه " "Allah bəndələrinə beş vaxt namazı fərz etmişdir. Kim dəstəmazı gözəl şəkildə edərsə və namazları vaxtında qılarsa, rükusunu, səcdəsini yerinə yetirərsə, Allah onu bağışlayacağına əhd vermişdir. Kim etməzsə onun üçün Allah yanında əhd yoxdur. Dilərsə bağışlayar, dilərsə əzab edər." Bunu yenə İmam Əhməd (5/317) Ubadə bin Samitdən rəvayət etmişdir. Eləcədə İmam Əbu Davud (1/115) "səcdə" sözünü zikr etmədən rəvayət etmişdir. İbn Macənin (1/448) rəvayətində isə bu ləfzdə gəlmişdir: " خمس صلوات افترضهن الله على عباده فمن جاء بهن لم ينتقص منهن شيئاً استخفافاً بحقهن فإن الله جاعل له يوم القيامة عهداً أن يدخله الجنة ، ومن جاء بهن قد انتقص منهن شيئاً استخفافاً بحقهن لم يكن له عند الله عهد ، إن شاء عذبه ، وإن شاء غفر له " "Allah bəndələrinə beş vaxt namazı fərz buyurmuşdur. Kim bu namazları qılıb, heç bir şey buraxmadan, qədrini alçaltmadan yerinə yetirərsə, Qiyamət günündə cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bunları naqis şəkildə qədrini alçaldaraq qılarsa Allah yanında onun üçün əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar." Bu hədisin bir başqa ləfzi isə belədir: خمس صلوات كتبهن الله على العبد في اليوم والليلة، من حافظ عليهن كان له عهد عند الله أن يدخله الجنة، ومن لم يحافظ عليهن لم يكن له عند الله عهد، إن شاء عذبه وإن شاء غفر له "Allah bir gün və bir gecədə bəndələrinə beş vaxt namazı fərz qıldı. Kim bu namazları davamlı şəkildə qılarsa Allah yanında onu Cənnətə daxil edəcəyinə dair əhd vardır. Kim onları davamlı qılmazsa onun üçün Allah yanında heç bir əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar!" Bunu Əbu Davud rəvayət etmişdir ("Kitəb əs-Salət", rəq: 391) Bütün bu ləfzlərdən açıq-aydın anlaşılır ki, hədisdə qəsd olunan heç də namazları mütləq şəkildə tərk etmək deyildir. Beləki burda namazların kamilliyindən söhbət gedir. Kim bəzən namazı qılıb, bəzən də onu tərk edərsə bu şəxs Allahın məşiyyəti altındadır. Dilərsə əzab edər, dilərsə bağışlayar. Bu barədə İbn Teymiyyə, rahiməhullah, deyir: وكما قال صلى الله عليه وسلم: (خمس صلوات كتبهن الله على العبد في اليوم والليلة، من حافظ عليهن كان له عهد عند الله أن يدخله الجنة، ومن لم يحافظ عليهن لم يكن له عند الله عهد، إن شاء عذبه وإن شاء غفر له).فذكر المحافظ عليها، ومعلوم أنه لا يكون مصليًا لها على الوجه المأمور إلا بالمحافظة عليها، ولكن بين أن الوعيد مشروط بذلك؛ ولهذا لا يلزم من عدم المحافظة ألا يصليها بعد الوقت فلا يكون محافظا عليها؛ إذ المحافظة تستلزم فعلها كما قال:{حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى} نزلت لما أخرت العصر عام الخندق، قال النبي صلى الله عليه وسلم:(ملأ الله أجوافهم وقبورهم نارا كما شغلونا عن الصلاة الوسطى حتى غابت الشمس). /وبهذا يظهر أن الاحتجاج بذلك على أن تارك الصلاة لا يكفر حجة ضعيفة، لكنه يدل على أن تارك المحافظة لا يكفر، فإذا صلاها بعد الوقت لم يكفر، ولهذا جاءت في الأمراء الذين يؤخرون الصلاة عن وقتها قيل: يا رسول الله، ألا نقاتلهم؟ قال:(لا، ما صلوا)، وكذلك لما سئل ابن مسعود عن قوله تعالى:{أَضَاعُوا الصَّلَاةَ} ، قال: هو تأخيرها عن وقتها، فقيل له: كنا نظن ذلك تركها، فقال: لو تركوها كانوا كفارا. "Necəki peyğəmbər, salləllahu aleyhi va səlləm, buyurur: " Allah bir gün və bir gecədə bəndələrinə beş vaxt namazı fərz qıldı. Kim bu namazları davamlı şəkildə qılarsa Allah yanında onu Cənnətə daxil edəcəyinə dair əhd vardır. Kim onları davamlı qılmazsa onun üçün Allah yanında heç bir əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar!" Burada "əl-muhafiz aleyhə" (onları davamlı qılarsa) deyərək zikr olunmuşdur və məlumdur ki, insan namazı davamlı qılmadığı təqdirdə əmr edilmiş şəkildə namaz qılan sayılmaz. Lakin (peyğəmbər) bəyan etmişdir ki, əzaba məruz qalmağın şərti budur (namazı davamlı qılmamaqdır). Əgər davamlılıq əslində namazı qılmamağı yox, qılmağı tələb edirsə, namazları vaxtından sonra qılarsa namazında davamsızlıq olar, yoxsa namazlarında davamlı olan sayılmaz. Necəki Allahu Təalə deyir: "Namazları və orta namazı qoruyun!" (əl-Bəqara, 238) Bu ayı Xəndək döyüşü zamanı asr namazının gecikdirilməsi ilə əlaqədar nazil olmuşdur. Buna görə də peyğəmbərimiz, salləllahu aleyhi va səlləm, buyurmuşdur: "Onlar bizi günəş batana qədər orta namazdan yayındırdıqları kimi, Allah da onların qarınlarını və qəbirlərini atəşlə doldursun!" Bundan aydın olur ki, bu hədisə dayanaraq namazı tərk edənin kafir olmayacağını sğyləmək zəif bir dəlilləndirmədir. Lakin bu hədis namazlarını davamlı qılmayanın kafir olmayacağına dəlildir, yəni əgər vaxtından sonra qılarsa kafir olmaz. Buna görə də namazları vaxtından sonraya təxirə salan əmirlər haqqında gəldiyi kimi (səhabələr peyğəmbərdən) soruşurlar: "Ya Rasulallah, bunlara qarşı vuruşmayaq?" (peyğəmbər) dedi: "namaz qıldıqları sürəcə, xeyr". Eləcədə İbn Məsuddan Allahın bu sözü barədə soruşulduqda: "Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi" (Məryəm, 59) belə cavab verdi: "Burdakı namazı "buraxmaq" onu vaxtından sonraya təxirə salmaqdır" Onlar isə dedilər: "biz bunun namazı tərk etmək olduğunu zənn edirdik" Buna cavab olaraq (İbn Məsud) deyir: " (Xeyr!) Əgər tərk etsəydilər, kafir olardılar." "Məcmu əl-Fətava", 7/578-579 Qeyd etmək lazımdır ki, bu növ hədisləri İmam Nəsai də öz kitabında "Namazı davamlı qılmaq" babı altında yerləşdirmişdir. Şeyul-İslamın sözləri isə gün kimi aydındır. Ubadə bin Samitdən rəvayət olunan bu hədis namazı mütləq şəkildə tərk edənin halı üçün dəlil gətirilməz.
-
Ümumiyyətlə bu məsələdə səhabənin icması vardır və İmam Şafi, rahiməhullah, buyurduğu kimi: "ونعلم أن عامتهم [ يعني الصحابة رضي الله عنهم ]ـ لا تجتمع على خلافٍ لسنة رسول الله صلى الله عليه وسلم ، ولا على خطأ إن شاء الله". "Bilirik ki, səhabələr Allahın Rasulunun, salləllahu aleyhi va səlləm, sünnətinə müxalif olan şeydə və inşəAllah heç bir xətada icma etməzlər." "Ər-Risalə", səh: 472 Bu məsələdə isə səhabələrin icması birdən çox yolla nəql olunmuşdur və bu sabitdir, inşəallah!
-
İbn Macə "Sünən" (ما جاء فيمن ترك الصلاة ) əsərində rəvayət edir: حدثنا علي بن محمد حدثنا وكيع حدثنا سفيان عن أبي الزبير عن جابر بن عبد الله قال قال رسول الله صلى الله عليه وسلم بين العبد وبين الكفر ترك الصلاة Hədis-1. "Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: Qulla küfr arasında namazın tərki vardır." حدثنا إسمعيل بن إبراهيم البالسي حدثنا علي بن الحسن بن شقيق حدثنا حسين بن واقد حدثنا عبد الله بن بريدة عن أبيه قال قال رسول الله صلى الله عليه وسلم العهد الذي بيننا وبينهم الصلاة فمن تركها فقد كفر Hədis-2. "Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: Bizimlə onlar arasındakı əhd-müqavilə namazdır. Kim onu tərk edərsə kafir olmuşdur." حدثنا عبد الرحمن بن إبراهيم الدمشقي حدثنا الوليد بن مسلم حدثنا الأوزاعي عن عمرو بن سعد عن يزيد الرقاشي عن أنس بن مالك عن النبي صلى الله عليه وسلم قال ليس بين العبد والشرك إلا ترك الصلاة فإذا تركها فقد أشرك Hədis-3. Nəbi sallallahu aleyhi və səlləm buyurdu: Qulla şirk arasında namazın tərki vardır. Onu tərk etdiyi zaman şərik qoşmuşdur." İmam Muslim "Səhihdə" rəvayət edir: حدثنا أبو غسان المسمعي حدثنا الضحاك بن مخلد عن ابن جريج قال أخبرني أبو الزبير أنه سمع جابر بن عبد الله يقولا سمعت رسول الله صلى الله عليه وسلم يقول بين الرجل وبين الشرك والكفر ترك الصلاة "Nəbidən sallallahu aleyhi və səlləm belə dediyini duydum: "Kişi ilə şirk və küfr arasında namazın tərki vardır!" Muslim: İman: 82 İmam əl-Acurri, rahiməhullah, "Kitəb əş-Şəriah" əsərində bu barədə ayrı bir fəsil açmışdır və bunu "كفر من ترك الصلاة باب" (Namazı tərk edənin küfrü babı) adlandırmışdır. Daha sonra isə Quran və Sünnətdən və səhabələrdən bu barədə dəlilləri zikr etmişdir. Səhabələrin bu məsələdəki görüşünü təqdim etdikdən sonra fəslin sonunda belə buyurur: حدثنا أبو نصر محمد بن كردي قال : حدثنا أبو بكر المروزي قال : حدثنا أحمد بن حنبل قال : حدثنا عبد الله بن نمير ، عن محمد بن أبي إسماعيل ، عن معقل بن سعقل الخثعمي قال : أتى رجل علياً رضي الله عنه ، وهو في الرحبة قال : يا أمير المؤمنين ، ما ترى في المرأة لا تصلي ؟ فقال : من لم يصل فهو كافر . قال محمد بن الحسين رضي الله عنه : هذه السنن والأثار في ترك الصلاة وتضييعها، مع ما لم نذكره مما يطول به الكتاب ، مثل حديث حذيفة وقوله لرجل لم يتم صلاته : لو مات هذا ، لمات على غير فطرة محمد صلى الله عليه وسلم . ومثله عن بلال وغيره مايدل على أن الصلاة من الإيمان ، ومن لم يصل فلا إيمان له ولا إسلام . وقد سمى الله عز وجل في كتابه الصلاة إيماناً . وذلك أن الناس كانوا يصلون إلى بيت المقدس ، إلى أن حولوا إلى الكعبة ومات قوم على ذلك ، فلما حولت القبلة إلى الكعبة قال قوم : يا رسول الله ، فكيف من مات من إخواننا ممن كان يصلي إلى بيت المقدس ؟ فأنزل الله عز وجل : وما كان الله ليضيع إيمانكم يعني صلاتكم إلى بيت المقدس . "Bizə Əbu Nəsr Muhamməd ibn Kurdi rəvayət etdi, bizə Əbu Bəkr əl-Mərvəzi rəvayət etdi və dedi: bizə Əhməd ibn Hənbəl rəvayət etdi və dedi: bizə Abdullah ibn Numeyr, Muhamməd ibn Əbi İsmaildən, o da Muqal ibn Saqal əl-Xasamidən rəvayət edərək dedi: Bir kişi Alinin, radiyallahu anh, meydanda olduğu zaman yanına gəldi və dedi: Ey möminlərin əmiri, namaz qılmayan haqqında nə düşünürsən? O, dedi: "Kim namaz qılmırsa, o, kafirdir!" Muhamməd ibn əl-Huseyn, radiyallahu anh, dedi: Bunlar namazın tərki barədə sünnət və əsərlərdir və bunlar o qədər boldur ki, bunları zikr etmədiklərimiz ilə kitab sonsuz uzanar. Huzeyfənin hədisi kimi, o namazları tam qılmayan birinə dedi: "Əgər o, ölərsə, Muhammədin, salləllahu aleyhi va səlləm, fitrətindən başqa fitrət üzərinə öləcəkdir." Buna bənzər Bilaldan və digərlərindən gələn hədislər dəlalət edir ki, namaz imandandır, kim namaz qılmırsa onun nə imanı vardır, nə də İslamı. Allah Azzə və Cəllə Öz Kitabında namazı iman adlandırmışdır. Beləki insanlar Kəbəyə tərəf yönələnə qədər Beytul-Maqdisə tərəf namaz qılırdılar və bir çoxları bunun üzərinə öldülər. Qiblə Kəbəyə tərəf dəyişdikdə isə bəzi insanlar dedilər: Ey Allahın Rasulu! Bəs Beytul-Maqdisə tərəf namaz qılmış qardaşlarımızdan ölənlərin halı necə olacaq? Allah Azzə və Cəllə bu zaman bu ayəni endirdi: "Allah imanınızı zay edən deyildir!", yəni Beytul-Maqdisə tərəf qıldığınız namazlarınızı." Göründüyü kimi bağdad alimlərindən İmam əl-Acurri (öl. hicri 360) yuxarıdakı Quran ayəsini və onun şərhini bu barədə dəlil kimi gətirmişdir! Doğrusunu Allah bilir!
-
Qamus kitablarında "zındıq" sözü barədə deyilir: "Məşhur olan isə insanların dilində dolaşandır: Zındıq o kəsdir ki, şəriətə əməl etmir və zamanın sonsuz olduğunu deyir. Ərəblər isə bunu bu sözləri ilə izah açıqlayırlar: Mülhid, yəni dinlərə tənə edən. Zındıq, yəni Axirətə və Xaliqin təkliyinə inanmayan kəsdir." bax: "əl-Misbəh əl-Munir", "Lisən əl-Arab" əl-Hafiz ibn Həcər, rahiməhullah, isə deyir: "Əbu Hatim əs-Sicistani və başqaları dedilər: "Zındıq fars sözüdür və ərəbləşmişdir. Sözün əsli "Zəndə Kərda" kəliməsidir, (yəni) zamanın sonsuzluğuna inananlar. Çünki "zənda" həyatdır, "kərda" isə çalışmaqdır. Söz məna etibarı ilə işlərində dəqiq olanlar haqqında deyilir. əs-Saləb dedi: "Ərəblərdə zındıq sözü yoxdur. Zindiq isə çox hiyləgar olana deyilir. Lakin ümumi kütləyə görə isə zındıq, mülhid (ateist), - fəthəli "dəl" hərfi ilə - dəhri, yəni zamanın sonsuz olduğuna inanan (ateist) deməkdir. Əgər "dammə" ilə deyilirsə, yaşlı biri qəsd olunur. əl-Cəvhəri dedi: "Zındıq "mani" təriqətindən olanlardır." Bəzi şərh alimləri də bu şəkildə söyləyiblər və təfsir ediblər, beləki bunlar o kəslərdir ki, Allahın yanında başqa bir ilahın da olduğunu iddia edirlər. (dualistlər) Buna əsasən bu söz hər bir müşrik haqqında işlənməlidir. Doğru olan "əl-Miləl" də aid edilən sinifdə olduğu kimidir və zındıqların əsası ilk olaraq dəsyani (bərdaysani), sonra mani, sonra məzdəkiyə tabe olmaqdır....Onların dediklərinə görə nur və zülm qədimdir (əvvəli yoxdur), onların hər ikisi qarışmışdır və onlardan bütün aləm əmələ gəlmişdir. Kim şərr əhlidirsə, zülməti təmsil edir, kim xeyir əhlidirsə, nuru təmsil edir. Nuru zülmətdən ayırmaq üçün çalışmaq lazımdır və bütün nəfsləri aradan qaldırmaq lazımdır...Kisranın babası Bəhram Maniyə hiylə gəldi və onun hüzuruna gələrək onun dediklərini qəbul etdiyini bildirdi. Daha sonra onu və dostlarını öldürdü və onlardan bir qismini isə saxladı və onlar adını çəkdiyimiz Məzdəkə tabe oldular. Daha sonra İslam bərqərar oldu və zındıq sözü bundan sonra bu etiqada sahib olan və ölüm qorxusu ilə üzdə müsəlman olduqlarını göstərən qrupa deyildi. Bundan sonra isə bu ad daxilində küfrü gizlədən, lakin üzdə İslamı göstərən kəslərə aid edildi. Hətta Malik demişdir: Zındıqlıq münafiqlərin yoludur. Şafi fəqihlərindən və başqalarından olan bir qrup alim də bu termini belə istifadə etmişdir. Əgər hökmdə münafiqlərə şərik olduqlarını qəsd edirlərsə, bu belədir, yoxsa sözün əsli isə yuxarıda zikr etdiklərimizdir. ən-Nəvəvi "Liğat ər-Ravdə" əsərində dedi: "Zındıq: dini olmayana deyilir." Deyilmişdir: Fəqihlərin zındıq sözünü münafiq sözü kimi izah etməklərinin səbəbi əş-Şafinin "əl-Muxtəsar" əsərində dediyi sözdür: "və yəni: zındıq vı başqalarının etdiyi və ya üzə vurduğu küfrlə irtida edər və sonra tövbə edərsə, öldürülməz." Bu heç də o demək deyildir ki, zındıq ilə münafiq eyni şeydir, əksinə hər zındıq münafiqdir, lakin hər münafiq zındıq deyildir. Kitab və Sünnətdə haqqında münafiq sözlərinin işləndiyi kəslər üzdə müsəlman olduqlarını göstərib, daxildə isə bütpərəstliyini və ya yəhudiliyinə gizlədənlər idilər. Lakin mani təriqətinə gəldikdə isə, onlardan kiminsə peyğəmbər zamanında üzdə müsəlman olduğunu göstərdiyini xatırlamıram. Doğrusunu Allah bilir." "Fəthul-Bari", 12/270-271 Eləcədə bax: "Muğnil-Muhtəc", 4/141 İmam İbn Qudamə deyir: "Zındıq o kəsdir ki, üzdə özünü müsəlman göstərir, lakin daxilində küfrünü gizlədir və o, münafiqdir. Peyğəmbərin, salləllahu aleyhi va səlləm, zamanında münafiq adlanardı, bu gün isə zındıq adlanır." "əl-Muğni", 9/159 Şeyxul-İslam İbn Teymiyyə deyir: "Müsəlmanlar arasında ərəb dilini doğru danışmayanlar çoxalmamışdan əvvəl "zındıq" sözündən danışardılar və fəqihlərin dilində geniş yayılmışdı. İnsanlar zındıq barəsində mübahisə etdilər: onun zındıq olduğu bilinərsə, zahirdə tövbə etməsi qəbul olunurmu?! və yaxud da Vəli əl-Əmr onun tövbəsini qəbul etməlidirmi?! Malikə görə və Əhməddən gələn iki məşhur rəvayətdən birində, Şafinin əshabından bir qrupa görə və Əbu Hənifə məzhəbindəki rəylərdən birinə görə, onun tövbəsi qəbul olunmaz. Şafi məzhəbindən məşhur olan rəyə görə isə qəbul olunur. Eləcədə Əhməddən gələn digər rəvayətə görə də (qəbul olunmalıdır), bu eləcədə Əbu Hənifənin məzhəbindəki bir başqa rəydir, onlardan bəziləri də zındıqları qruplara ayırmışlar. Buradakı məqsəd: Bu fəqihlərin örflərində "zındıq" peyğəmbərin, salləllahu aleyhi va səlləm, zamanındakı münafiqdir. O, zahirdə müsəlman olduğunu göstərər, lakin daxilində başqa şeyi gizlədər. Bu zaman dinlərdən istənilən dini, yəhudi, nəsrani və ya başqa dini gizlətməsinin fərqi yoxdur. Ya da o, yaradılmaq sifətini, ölümdən sonra həyatı, saleh əməlləri inkar edir. İnsanlardan da elələri var ki, "zındıq" sözünü inkarcı və muattil (inanmayan, tərk edən) mənasında işlədirlər. Bu, kəlam əhlinin və adı xalqın çoxunun istilahındandır. Lakin fəqihlərin hökm olaraq söylədikləri "zındıq" sözü isə birinci mənadakıdır. Çünki onların bununla məqsədləri kafir olanı kafir olmayandan, mürtədi mürtəd olmayandan ayırmaqdır. Onlardan kim bunu üzdə göstərərsə və ya daxilində gizlədərsə, onların küfr və riddətdəki dərəcələri fərqli olsa da bu hökm bütün növ kafirlər və mürtədlər haqqında müştərəkdir. Çünki Allah imanın artmasından xəbər verdiyi kimi küfrün də artmasından xəbər vermişdir: "Haram ayı təxirə salmaq ancaq küfrü artırır." (ət-Tövbə, 37) Namazı və ya digər ərkanları tərk edən, böyük günahlar edən və eləcədə bəzi kafirlərin başqa kafirlərdən Axirətdə əzablarının daha çox olacağını bildirmişdir:"Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq." (ən-Nəhl, 88) Bu fəsildə əhəmiyyətli olan bu əsası bilmək lazımdır. Çünki - hava (bidət) əhlini təkfir etmək üçün - "iman və küfr məsələlərindən" danışanların çoxu bu fəslə diqqət yetirmirlər və zahiri hökm ilə batini hökm arasında fərq qoymurlar. Lakin bunlar arasındakı fərq mütəvatir dəlillər ilə sabitdir və bu barədə icmanın olması məlumdur. Hətta bu İslam dinində zəruri olaraq bilinən bir şeydir. Kim bu barədə düşünürsə, biləcək ki, hava və bidət əhlinin çoxu: ya Allahın Elçisinin, salləllahu aleyhi va səlləm, gətirdiklərindən sapmış, onlardan cahil olan xəta edən bir mömin olur və ya da daxilində gizlətdiyinin ziddini üzdə göstərən münafiq zındıqdır." "Məcmu əl-Fətava", 7/471-472 Bəkr Əbu Zeyd, "Mucəm əl-Mənahi əl-Ləfziyyə", 2/86-87
-
Слушай тебе не надоело лапшу на ушы вешать?
