Перейти к содержимому

SUMGAYIT

Members
  • Публикации

    3630
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. Отписался, как морзянку отбил.)
  2. Азербайджанский стол представляет собой красочное разнообразие блюд и ингредиентов. Как передает Report, об этом говорится в статье известного издания National Geographic, повествующей о 7 кулинарных изысках различных регионов Азербайджана. В статье отмечается, что девять климатических зон страны дарят ее жителям изобилие свежих продуктов, в том числе персиков, гранатов, яблок, инжира, шафрана и сладкого перца. В то время как овцы и крупный рогатый скот, выращиваемые на обширных пастбищах, дают мясо и молочные продукты, разнообразные свежие морепродукты добываются из Каспийского моря. "Плов с шафраном, король азербайджанской кухни, всегда в центре внимания, он подается с кебабом на гриле, мясом на шампурах, долмой и холодными салатами. И часто сопровождается бокалом азербайджанского шербета - освежающим безалкогольным напитком, приготовленным из лимона, сахара, шафрана и свежих фруктов. Блюда традиционно сопровождаются черным чаем, который подают в стаканах армуду в форме бутонов, которые местные жители пьют с ломтиком лимона",- говорится в статье.. В качестве блюда, представляющего столицу Азербайджана - Баку, издание выбрало дюшпере: "Придание формы крошечным дюшпере — это искусство, на совершенствование которого может уйти целая жизнь, а правила требуют, чтобы в столовой ложке их умещалась целая дюжина". Еще одним блюдом, которое отметило издание National Geographic, стало блюдо из южного региона Азербайджана- лявянги: "Это блюдо обычно готовят к Новрузу, самому важному национальному празднику Азербайджана, знаменующему начало весны",- говорится в статье. "Пити получил свое название от глазурованного глиняного горшка, в котором его готовят и подают. Слоу-фуд в лучшем виде, его традиционно варят на медленном огне не менее девяти часов. Основными ингредиентами являются баранина, нут, картофель и помидоры, а мягкий вкус достигается за счет насыщенного шафраном бульона и сушеной алычи. Не очень секретный ингредиент — это кусок соленого жира, который вытапливают, чтобы придать супу богатую текстуру",- такое описание получил известный шекинский пити. Нахчыванский регион отмечен блюдом под названием "говурма", в котором по словам автора, "крупные куски телятины или баранины нанизывают и сушат в течение суток, солят, тушат, затем обжаривают в масле. Затем мясо перекладывают в керамические банки и покрывают растопленным сливочным маслом или бараньим жиром. Через четыре-восемь недель он готов к употреблению". В статье отмечается, что "нахчыванская традиция консервирования мяса восходит как минимум к 15 веку и упоминается в эпосе Деде Коркут". Блюдо из Гахского района Азербайджана под названием "сурхуллу" тоже попало в список кулинарных шедевров. Оно описывается как белковое блюдо, которое состоит из свежего ягненка или вяленого мяса и подается на подушке из «макарон», приготовленных путем ручного раскатывания теста по деревянной доске. Именно этот процесс дал название блюду сурхуллу, что означает «натертый». Далее располагается одно из самых главных блюд национальной кухни- Шах-Плов из Гянджи. "Второй по величине город Азербайджана, Гянджа, делает еще один шаг вперед: в фирменной версии плова, рис заворачивается в кокон из лепешки, которая превращается в хрустящую оболочку, называемую газмах",- написано в статье. Седьмым, но немаловажным, блюдом азербайджанской национальной кухни, названа карабахская кятя," с тонким слоем сахара, масла и мучной крошки, иногда с легким ароматом ванили или лимонной цедры. "Карабахская ката представлена в виде большого диска, смазанного яйцом и запеченного до цвета золотистого сиропа", отмечает National Geographic.
  3. Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumu zamanı deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır: “Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onu müşayiət edən sənədlərin imzalanması məqsədi ilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq”. Paşinyan vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib: “Bizim yolumuz sülhdür. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır”
  4. SUMGAYIT

    Şərəfsizlər

    Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır. Axar.az xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib. O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib. Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib. Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb. Lakin onun da Ruben Vardanyan və Araik Arutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur. “Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır. Məsələ ilə bağlı DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlanıb. Mövzunu diqqətdə saxlayacağıq.
  5. Mayın 27-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
  6. Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib. Axar.az xəbər verir ki, təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın sualarını cavablandırarkən “Əsgəran rayonu”nun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib. “Bu, atıcı taboru idi. Taborda qumbaratanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi”, - deyə Melikset Paşayan suallara cavabında söyləyib. O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı”. Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olub. M.Paşayan deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər: “Deyirdilər ki, ora getməyin, sizə güllə, mərmi dəyər”. O, hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq olduğunu da əlavə edib. M.Paşayan Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da bildirib və deyib: “Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik Arutyunyanın dövründə idi”. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
  7. SUMGAYIT

    Dəhliz

    Heç bir məsələ zorla həll edilə bilməz, heç bir Zəngəzur dəhlizi olmayacaq. Axar.az xəbər verir ki, bu sözləri mayın 22-də İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmağa cəhd edəcəyi təqdirdə İranın nə etmək niyyətində olduğu sualına cavab verərkən deyib.
  8. ABŞ-dan Ziya Məmmədovla bağlı vacib qərar ABŞ Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı aparılan korrupsiya istintaqını dayandırıb. Sözügedən araşdırma çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun adları hallanırdı. Axar.az Haqqin.az-a istinadən xəbər verir ki, “Bombardier” şirkəti 1 aprel tarixində ABŞ Ədliyyə Nazirliyindən rəsmi məktub alaraq, istintaqın bağlandığını təsdiqləyib. Kanada şirkətinin maliyyə hesabatında qeyd olunur ki, İndoneziya və Azərbaycan dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli iki istintaq toplanmış məlumatlar əsasında yekunlaşdırılıb. ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib. "Bombardier" şirkəti də açıqlama yaymayıb. Qeyd edək ki, 2020-ci ildə Azərbaycanla, 2021-ci ildə isə İndoneziyanın “Garuda Airlines” şirkəti ilə bağlanmış müqavilələr üzrə istintaq başladılmışdı. Bu çərçivədə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə "Bombardier" arasında 2013-cü ildə imzalanmış 350 milyon dollarlıq müqavilə də araşdırılmışdı. Müqavilə Bakı–Qazax–Böyük Kəsik dəmir yolu xətti üçün siqnal avadanlıqlarının alınmasını nəzərdə tuturdu. İstintaq zamanı məlum olub ki, təxminən 100 milyon dollar vəsait yüksək vəzifəli məmurlara rüşvət kimi ödənilib. Rüşvətlərin ötürülməsi üçün ofşor vasitəçi – Multiserv Overseas Ltd şirkətindən istifadə olunub. Bu şirkət Rusiyanın sabiq dəmiryolu rəhbəri Vladimir Yakunin tərəfindən təsis edilib və müxtəlif ölkələrdə Bombardier layihələrinə vasitəçilik edib. Sənədlərdə göstərilir ki, 46 ədəd siqnal qurğusu Azərbaycana göndərilib, lakin ödənişlər heç bir ünvanı və fəaliyyəti olmayan London mənşəli şirkət vasitəsilə həyata keçirilib. Avadanlıqlar real qiymətindən 5,5 dəfə baha qiymətə satılıb. İsveçdə bu işlə bağlı cinayət işi başlanıb və "Bombardier"in vitse-prezidenti Tomas Bimer məhkəməyə verilib. 2021-ci ilin dekabrında Stokholm məhkəməsi onu bəraət qazandıraraq, korrupsiya sxemindən xəbərsiz olduğuna qərar verib. Xatırladaq ki, bu iş üzrə Dünya Bankı tərəfindən başlanan araşdırma hələ də davam edir. Eyni zamanda Kanadanın hüquq-mühafizə orqanları Bombardier-in İndoneziya ilə imzaladığı təyyarə satışı müqaviləsi üzrə yoxlamaları davam etdirir. Maraqlıdır ki, 2021-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkənin əsas antikorrupsiya qanunu – Xaricdə Korrupsiya ilə Mübarizə Aktının (FCPA) tətbiqinin dayandırılması barədə sərəncam imzalanmışdı. Hazırkı qərarın həmin sərəncamla əlaqəli olub-olmadığı isə rəsmi şəkildə təsdiqlənməyib.
  9. İrəvan qazısının fəaliyyəti bərpa olunub, yeni qazı təyin edilib Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəfovun namizədliyi irəli sürülüb. APA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib. Sonra Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib. Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnməni səsləndirib. Qeyd edilib ki, İrəvan qazılığı hələ ki, QMİ-nin binasında yerləşəcək. Allahşükür Paşazadə bildirib ki, İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib: "İrəvan quberniyasında 300-dən artıq məscid, onlarla mədrəsə olub. İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə islam sivilizasiyası yerlə bir edilib. Bu işğal QMİ-nin İrəvan qazılığına da təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edib, o ərazilər indi bərpa edilir, yenidənqurma işləri aparılır. Bütün bunlar İrəvan Qazılığının da işinin yenidən qurulmasını labüd etdi”. *** 11:15 Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısının fəaliyyətinin bərpa olunması ilə bağlı iclas keçirilir. APA xəbər verir ki, iclasda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazılar Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və deputatlar iştirak edirlər. İclas Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub. *** 10:33 Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısının fəaliyyəti bərpa olunur. APA xəbər verir ki, bununla bağlı bu gün QMİ-də iclas keçiriləcək.
×
×
  • Создать...