Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. 6 не Мия? )) 1 - интересная подача. оригинальная.
  2. Арь, а ты точно там есть? не могу рыжую найти... ) боже, хорошо я в Мафию с вами не играю..облажалась бы..
  3. я этим пользуюсь, когда нужно отмечать оттенки. https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BF%D0%B8%D1%81%D0%BE%D0%BA_%D1%86%D0%B2%D0%B5%D1%82%D0%BE%D0%B2
  4. На святые мог бы только Лоббист претендовать, но его руки изначально висели тут..
  5. Мо-лод-цы! Анне спасибо за хорошее оформление и лирическое сопровождение. ) 1-2 мало. Было бы хорошо за 3 голосовать Тут и ракурс и подачу будут учитывать. Да и считайте, что 2 конкурса объединили: силуэт и части тела.
  6. ачды-токдю дэ картларымы.... ээ, бесди де.) никакой конспирации, чесслово..
  7. прошу не смеяться над моими частями тела... а то найду себе пару и покину вас..навсегда.
  8. Konqlomerat (qırıq fikirlər) Qaranlığın başı üstündən baxmağa cəhd edənlərə ithaf. Vaxt lazımdır. Vaxt lazımdır inkişaf edib yetkinliyin mövqeyiəldənverməyəcəyin səviyyəsinə çatmaq üçün. Bu elə bir zirvə olacaq ki, “hə” demışkən daxili azadlığını, unikallığını qaçırmaq qorxusu, kiminsə qulbeçəsinə çevrilmək xofu almayacaq başın üstünü. “Yox” deməklə əldə etdiyin azadlıqsa uşaq azadlığıdır. 7-dən 14-ə yaş hüdudunda ayaqlarını yerə döyüb inad göstərə bilərsən. Bu mərhələdə pərçimlənib qalsan, bütün həyatın nəhəng bir inkara çevriləcək., və daha böyüməyəcəksən. Bir daha heç vaxt. Hər şey inkar qanunlarına tabe olacaq. OŞO Acı sözlərçün şirin qəlib axtarıram. * * * Cavanlıq ömürdən də naxələfdir. Ömür heç olmasa, ömrünün sonuna kimi sənlədir. Cavanlıqsa səni yarı yolda qoyub qaçır. * * * Mənim öz əlifbam var. Kağızın bir üzündən yazılır, o biri üzdən oxunur. * * * Həyat riyazi təmayüllüdür. Soyuq hesabı bilməyən uduzur onu. Sən uduzma. * * * Tikanlı sözlər nəfəsimi dalayır. Ona görə kəsik-kəsik nəfəs alıram. * * * Artıq başlamışdım özümü özümlə bölüşdürməyə...fikirləşirdim, Özümə nəyi saxlayım, Mənə nəyi verim... göz yaşlarım fəğan qopartdı ki, bizi Özünə saxla.. * * * Gecə ilə üzbəsurət oturub şirin-şirin dərdləşirdik özümüzçün. Amma aramızda nəsə vardı, o nəsə mane olurdu məhrəm söhbətimizə. Mən o nəsənin “kimliyi” barədə azacıq düşünüb tanıdım onu: sənin yoxluğun idi o. Bilmədim o yoxluğu ğötürüb qolum tutunca hara tullayım ki, barı adından xəcalət çəkib var olmasın və girməsin gecə ilə aramıza. * * * Öz içini yemək üçün qurd xislətli olasan gərək ya aclığın sənə güc gəlməsi kifayət edər? * * * Üzdəniraq saydıqlarınızın bir günahı yox əslində. Bu adı nəyə qoysan, belə murdar olacaq. * * * Dünya gözəldir, qardaşım! Yaşadıqca yaşamaq istəyirsən.. * * * Ya səhər açılıb günəşi doğurur, ya günəş doğub səhəri çağırır. Bilmirəm. Nə yaxşı ki, səhərlər qaranlıq, gecələr işıqlı deyil. Qaranlığa yaraşmazdı “səhər” kəlməsi. * * * Göylər qarğısın səni bulud ağlasın gün qurutsun damla..., gözlərimdən çəkiləsən. * * * Payızısa basdırdım öz xəzəlində... Lüt-üryan idi zira utandım qızıl-qırmızı həyasızlığından. * * * Sağ əlimi atıram boğazıma məni boğan barmaqlardan azad olmaq üçün sol əlimi tapıram orda. * * * Həyat balıqqulağı labirinti kimidir. İçindəki sədəfə şirnikib gedirsən. Labirintdən çıxış - sonsuz okean, məchulluq, sənsə üzməyi bacarmırsan. Sədəf filan da verməyəcəklər. Əksinə, əyin-başını da soyundurub, ağ baramaya hörəcək...lər, əbədi səyahətə - okeana göndərəcək...lər, sən də ki... sən də üzməyi bacarmırsan.. * * * Geridə qalmış fikirlərini xizəyə qoyub eniş boyu sürüşdürdü. Fikirlər qabağa getdi, özü çata bilmədi onlara.. * * * Pəncərələr eşiyə açılmalıdır – sabahlara. Özü də itələnərək, zərblə, qəfildən. O qədər zərb-qəfildən ki, sabahlar məramımızdan xəbər tutub qaçmağa macal tapmasınlar. * * * Onun heç nəyi yox idi, bir tək iddiasından başqa. İddiası isə bir başından yox, dünyalardan da yekə idi. * * * Vicdanım bu saat müttəhimlər kürsüsündə. Ünvanına yağdırılan ittihamlardan xəbərsiz kimi yayxanıb oturub orda. O utanmır, mən utanıram, hər ikimizin yerinə və düşünürəm: nəylə utanıram, o ordasa?.. * * * Aşındırıcı xəbərlər aldım bu axşam. İndi aşınıb-üşüyürəm. * * * Taleyin çövkən oyununu heç bəyənmədim, atüstüdür, dərin deyil.. * * * Qapını açıb qonaqları içəri alıram: Ağrı, Əzab və bu qisim digərləri. Salamlaşıram: - Buyurun, cənablar, keçin, özünüzü evinizdəki kimi hiss etməyin. * * * Dünya o zaman gözəlləşir ki, onun gəzəlləşəcəyinə inanasan. İlk növbədə özümçün yazdım bunu. Gündə əlli dəfə açıb oxumaq üçün. * * * Alın tərinə qənaət etmək lazımdır. Yoxsa daha istehsal olunmaz, qalarsız işsiz.
  9. да? не верю. так не бывает. одно из двух ))
  10. я обычно не хочу то, чего не могу. А не могу я многое. потому многого и не хочется. Мое кредо: богат тот, кто беден желаниями. я миллионер.
  11. да. и еще вот такое: Мы С Тобой Одной Крови. )
  12. всегда пожалста. ) хочу загладить вину перед общественностью Бакылылара.
×
×
  • Создать...