Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. поспорила бы.. а что, Вест зарплаты раздает? ) не, оставьте меня с нищетой моей... быть супругом Нищеты и умереть в ее лоне ( Данте.. БК). ))
  2. я умею задвинуть на задворки всё, что мешает в разрезе ситуации, в данный момент, в сложившихся обстоятельствах, с определенным человеком и тд. я только от погодных условий не меняюсь ) стержень остается всегда, все остальное варьирует...цвет глаз тоже ) оболочка моя от хамелеона.... пока не ущемляются мои права.. диктат и насилие отцу родному не прощу.
  3. Ари и вам: фонтан, водопад... всё связываете меня с Водяной стихией.. а никому в голову не приходит, может я Огонь? ) тем более Ведьма...
  4. заблуждение. мужчина с мозгами не позволит себе командовать ж-ной. зачем ему это надо? ж. не груша боксерская, чтоб на ней потренироваться.
  5. Бакинец. кюрдаханский. Писал гезели, сатиристические произведения. Рано ушел, в 56. у меня одна из его книг . "PÜNHANNAMƏ" называется. по АНС программа такая шла: Гулп. туда его приглашали, там он сам читал свои гезели. уморительно было. Всё показывал.., вербально, высмеивал, критиковал..., все изъяны, пороки, пробелы общества.. любила его слушать.
  6. не. Эда ничего не знает. Не суди. да не судим будешь. Зри в корень. не всё то золото, что блестит.. и диаметральное: под налетом сажи, что стоит стереть. заблестит чистая сталь..
  7. Heydər Baba, mərd oğullar doğginan, Namərdlərin burunların ovginan, Gədiklərdə qurdları tut boğginan, Qoy quzular ayın-şayın otlasın, Qoyunların quyruqların qatlasın. Heydər Baba, sənin gönlün şad olsun, Dünya varkən ağzın dolu dad olsun, Səndən keçən tanış olsun, yad olsun, Deynə, mənim şair oğlum Şəhriyar, Bir ömürdür qəm üstünə qəm qalar.
  8. Göyərçinlər dəstə qalxıb uçarlar, Gün saçanda qızıl pərdə açarlar, Qızıl pərdə açıb, yığıb qaçallar, Gün ucalıb, artar dağın cəlalı, Təbiətin cavanlanar cəmalı. Heydər Baba, qarlı dağlar aşanda, Gecə karvan yolun aşıb çaşanda, Mən hardasam, Tehranda, ya Kaşanda, Uzaqlardan gözüm seçər onları, Xəyal gəlib, aşıb keçər onları. Bir çıxaydım Damqayanın daşına, Bir baxaydım keçmişinə, yaşına, Bir görəydim nələr gəlib başına, Mən də onun qarlarıyla ağlardım, Qış donduran ürəkləri dağlardım. Heydər Baba, gül-qönçəsi xəndandır Amma hayıf, ürək qəzası qandır, Zindəganlıq, bir qaranlıq zindandır, Bu zindanın dərbəçəsin açan yox, Bu darlıqdan bir qurtulub qaçan yox. Heydər Baba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın, amandı, Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman günə salıblar! Bir soruşun bu qarqınmış fələkdən, Nə istəyir bu qurduğu kələkdən? Deynə, keçirt ulduzları ələkdən, Qoy tökülsün, bu yer yüzü dağılsın, Bu şeytanlıq qurğusu bir yığılsın. Bir uçaydım bu çırpınan yelinən, Bağlaşaydım dağdan aşan selinən, Ağlaşaydım uzaq düşən elinən, Bir görəydim ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı? Mən sənintək dağa saldım nəfəsi, Sən də qaytar, göylərə sal bu səsi, Bayquşun da dar olmasın qəfəsi, Burda bir şir darda qalıb, bağırır, Mürüvvətsiz insanları çağırır. Heydər Baba, qeyrət qanın qaynarkən, Qaraquşlar səndən qopub qalxarkən, O sıldırım daşlarıynan oynarkən, Qovzan, mənim hümmətimi orda gör, Ordan əyil, qamətimi darda gör. Heydər Baba, gecə durna keçəndə, Koroğlunun gözü qara seçəndə, Qıratını minib, kəsib-biçəndə, Mən də burdan tez mətləbə çatmaram, Eyvaz gəlib çatmayıncan yatmaram.
  9. Mirsalehin dəlisovluq etməsi, Mirəzizin şirin şaxsey getməsi, Mirməmmədin quruması, bitməsi, Indi desək, əhvalatdır, nağıldır, Keçdi getdi, itdi batdı, dağıldı. Mirəbdülün aynada qaş yaxması, Çövçülərindən qaşının axması, Boylanması, dam-divardan baxması, Şah Abbasın dürbini, ya dəş bixeyr, Xoşginabın xoş günü, ya dəş bixeyr. Sitar'əmmə nəzikləri yapardı, Mirqadir də hərdən birin qapardı, Qapıb yeyib dayça təkin çapardı, Gülməliydi onun nəzik qapması, Əmməmin də ərsiyinin şappası. Heydər Baba, Amir Heydər neyləyir? Gəlin yenə samavarı göynəyir, Daha qocalıb, alt əngini çeynəyir, Qulaq batıb, gözü girib qaşına, Yazıq əmmə, hava gəlib başına. Xanım əmmə Mirəbdülün sözünü, Eşidəndə əyər ağzı-gözünü, Məlkamıda verər onun özünü, Davaların şuxluğunan qatarlar, Əti yeyib, başı atıb yatarlar. Fizzəxanım Xoşginabın gülüydü, Amir Yəhya əmiqızının quluydu, Rüxsarə artist idi, sevgiliydi, Seyid Hüseyn Mirsalehi yamsılar, Əmir Cəfər qeyrətlidir, qan salar. Səhər tezdən naxırçılar gələrdi, Qoyun-quzu dam-bacadan mələrdi, Əmməcanım körpələrin bələrdi, Təndirlərin qovzanardı tüstüsü, Çörəklərin gözəl iyi, istisi.
  10. Xoşginabı yaman günə kim salıb? Seyidlərdən kim qırılıb, kim qalıb? Amir Qafar dam daşını kim alıb? Bulaq genə gəlib gölü doldurur, Ya quruyub, bağçaları soldurur? Amir Qafar seyidlərin tacıydı, Şahlar şikar etməsi qıyqacıydı, Mərdə şirin, namərdə çox acıydı, Məzlumların haqqı üstə əsərdi, Zalimləri qılınc təkin kəsərdi. Mirmustafa dayı, ucaboy baba, Heykəlli-saqqallı Tolustoy baba, Eylərdi yas meclisini toy, baba Xoşginabın abi-rusu, ərdəmi, Məscidlərin, məclislərin görkəmi. Məcdüssadat gülərdi bağlar kimi, Guruldardı, buludlu dağlar kimi, Söz ağzında ərirdi yağlar kimi, Alnıaçıq, yaxşı, dərin qanardı, Yaşıl gözler çıraq kimi yanardı. Mənim atam süfrəli bir kişiydi, El əlindən tutmaq onun işiydi, Gözəllərin axıra qalmışıydı, Ondan sonra dönərgələr dönüblər, Məhəbbətin çırağları sönüblər.
  11. Eşitmişəm yanır Allah çırağı, Dayır olub məscidizin bulağı, Rahat olub kəndin evi, uşağı, Mənsurxanın əli-qolu var olsun, Harda qalsa, Allah ona yar olsun. Heydər Baba, Moll' Ibrahim var, ya yox? Məktəb açar, oxur uşaqlar, ya yox? Xərmən üstü məktəbi bağlar, ya yox? Məndən axunda yetirərsən salam, Ədəbli bir salam malakəlam. Həci Sultan əmmə gedib Təbrizə Amma nə Tebriz ki, gələmmir bizə, Balam, durun qoyaq gedək evimizə, Ağa öldü, tufağımız dağıldı, Qoyun olan yad gedibən sağıldı. Heydər Baba, dünya yalan dünyadı, Süleymandan, Nuhdan qalan dünyadı, Oğul doğan, dərdə salan dünyadı, Hər kimsəyə hər nə verib, alıbdı, Əflatundan bir quru ad qalıbdı. Heydər Baba, yaru-yoldaş döndülər, Bir-bir məni çöldə qoyub, çöndülər, Çeşmələrim, çıraqlarım söndülər, Yaman yerdə gün döndü, axşam oldu, Dünya bizə xarabei-şam oldu. Emoğluynan gedən gecə Qıpçağa, Ay ki, çıxdı, atlar gəldi oynağa, Dırmaşırdıq, dağdan aşırdıq dağa, Məşməmixan göy atını oynatdı, Tüfəngini aşırdı, şaqqıldatdı. Heydər Baba, Qara kolun dərəsi, Xoşginab'ın yolu, bəndi, bərəsi, Orda düşər çil kəkliyin fərəsi, Ordan keçər yurdumuzun özünə, Biz də keçək yurdumuzun sözünə.
  12. Şüca xaloğlunun Bakı sovqatı, Damda quran samavarı, söhbəti, Yadımdadı şəstli qəddi, qaməti, Cünəmməyin toyu döndü yas oldu, vənəqızın bəxt aynası kas oldu. Heydər Baba, Nənəqızın gözləri, Rəxşəndənin şirin-şirin sözləri, Türki dedim, oxusunlar özləri, Bilsinlər ki, adam gedər, ad qalar, Yaxşı-pisdən ağızda bir dad qalar. Yaz qabağı gün güneyi döyəndə, Kənd uşağı qar gülləsin sövəndə, Kürəkçilər dağda kürək zivəndə, Mənim ruhum elə bilin ordadır, Kəklik kimi batıb qalıb, qardadır. Qarı nənə uzadanda işini, Gün buludda əyirərdi teşini, Qurd qocalıb, səkdirəndə dişini, Sürü qalxıb dolayıdan aşardı, Baydaların südü aşıb-daşardı. Həccəsultan əmmə dişin qısardı, Mollabağır əmoğlu tez mısardı, Təndir yanıb, tüstü evi basardı, Çaydanımız ərsin üstə qaynardı, Qovurğamız sac içində oynardı. Bostan pozub gətirirdik aşağı, Doldururduq evdə taxta-tabağı, Təndirlərdə bişirərdik qabağı, Özün yeyib, toxumların çırtlardıq, Çox yeməkdən lap az qala çatlardıq. Vərziğandan armud satan gelende, Uşaqların səsi düşərdi kəndə, Biz də bu yandan eşidib biləndə, Şıllaq atıb bir qışqırıq salardıq, Buğda verib armudlardan alardıq. Mirzə Tağıynan gecə getdik çaya, Mən baxıram seldə boğulmuş aya, Birdən ışıq düşdü o tay bağçaya, "Eyvay!" dedik, "qurddu!", qayıtdıq, qaçdıq, Heç bilmədik nə vaxt güllükdən aşdıq. Heydər Baba, ağaçların ucaldı, Amma hayıf, cavanların qocaldı, Toğluların arıqlayıb acaldı, Kölgə döndü, gün batdı, qaş qarəldi, Qurdun gözü qaranlıqda bərəldi.
  13. Yumurtanı göyçək, güllü boyardıq, Çaqqışdırıb sınanların soyardıq, Oynamaqdan bircə məgər doyardıq, Əli mənə yaşıl aşıq verərdi, İrza mənə novruzgülü dərərdi. Novruzəli xərməndə vəl sürərdi, Gahdan yenib küləşlərin kürərdi, Dağdan da bir çoban iti hürərdi, Onda gördün, ulaq ayaq saxladı, Dağa baxıb qulaqların şaxladı. Axşambaşı naxırınan gələndə, Qoduqları çəkib vurardıq bəndə, Naxır keçib gedib yetəndə kəndə, Heyvanları çılpaq minib qovardıq, Söz çıxsaydı, sinə gərib sovardıq. . Yaz gecəsi çayda sular şarıldar, Daş qayalar seldə aşıb karıldar, Qaranlıqda qurdun gözü parıldar, Itlər gördün, qurdu seçib ulaşdı, Qurd da gördün, qalxıb gədikdən aşdı. Qış gecəsi tövlələrin otağı, Kəndlilərin oturağı, yatağı, Buxarıda yanar odun yanağı, Şəbçərəsi, girdəkanı, iydəsi, Kəndi basar gülüb-danışmaq səsi.
×
×
  • Создать...