-
Публикации
10105 -
Зарегистрирован
-
Посещение
-
Days Won
27
Все публикации пользователя Эда F
-
Среди перечисленных своих фантазий не нашла. Они в категорию обычно-человеческих не попали. Говорю же, я ненормальная..
-
Очень и очень трогательно, Патрик. Бывают минуты, когда я начинаю жалеть о том, что не верю в большую и чистую любовь..
-
команды будут, но кто их будет выполнять? вот вопрос! )
-
Спасибо, что посвятили меня, темную, в тайны фауны. ) Переключилась на дождевых червей. У них-то нет шерсти. Им холодно...((
-
не, он на танцы-манцы уже не клюет, говорит, это всё от лукавого.. , особенно после пийсярика..
-
Благо, я не пью пиво. Чисто интуитивно догадалась, что-то с ним не так... Я другим балуюсь, и то не всегда.
-
А на что у нас время уходит?? Ест-но на эрот.танцы и массаж. Целый день только и делаем, что эротически танцуем. Надо ж реализовать свои секс.фантазии и развивать его эропотенциал. Ага...
-
я думаю о бездомных собаках..,особенно зимой..,им холодно на улице..(
-
тут не помешало бы сначала стрии убрать..
-
Щас я понимаю свою ошибку. Надо было закадрить военного...)
-
не разбрасывайтесь. Нам это так нужно..
-
Эда дома полбутылки опустошила, от горя.... и потеряла статус тыры.вод (трезвого водителя). Убить ее мало..((
-
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
(2-ci hissə) Uzaqlarda bir alaçıq var. Görürsənmi? İçində bir həyat qaynayırmış vaxtilə. Yanında da qonşu alaçıqlar, onlar da həmçinin. Bir vaxtlar həyat varmış, isti nəfəs, çağa səsi, qadın hənirtisi, kişi qucağı......, indi küləklər ulaşır. İldırımdan törənmişlər yaşayırmış burda, bütöv bir türk ulusu..., indi kölgələrin karvansarayıdı..... Ocaqlarında od varmış, indi payalarında qurumuş kəllə sümükləri ağarır. Nənniləri boş qalmış, haçansa uşaq çığırtısından silkələnərmiş. Tonqalları hələ də tüstülənir. Aradabir qurdboğan itləri – alabaşlar qayıdır doğma yerlərə, çöməlib otururlar sönmüş tonqalların yanında, tüstünün acısını udurlar, zingildəyib dönüb çıxıb gedirlər. Əvvəllər burdan günortalar cəngi, qopuz səsi, axşamlar layla ovsunu ucalardı, indi zingilti.. Məhəbbət qurmuşdu bu ocağı. Böyük sevgi – böyüyünə, kiçiyinə, elinə, obasına, torpağına, insanlığa sevgi, başqa bir şey yox, nəfəsiylə canlandırmış, qanadıyla pərvazlandırmışdı. Sonra Tamah gəldi. Özü ilə Paxıllıq, Hiylə, Qorxu və Xəyanət gətirdi. Dost kimi yox, düşmən kimi gəldilər onlar. Quyruğu kəsilmiş çaqqal kimi, pusa-pusa, gözləri çuxurda, tükləri pırpız. Bu yurdda özlərinə yer edən kimi dirçəldilər ayrılmaz dostlar. Qılınclarını qınından sıyırıb, yollarına çıxanı doğrayıb tökdülər. Ocağı keçirtdilər. Günəşin də ürəyinin başından bir dənə nizə çaldılar ki, daha parlamasın bekar-bekar. Çün Günəşin parlamasında bir məna tapa bilmədilər. Sonra müharibə başladı. Beyni dönmüş ərlər olduğuna şükür eləməyib, başqasının torpagına, ocağına göz dikdilər. Acgöz siyasət, mənəm-mənəmlik. Qulaqlar qapandı, bir-birinin sözünü eşitməsinlər deyə, ağızlar açıldı və bu beyinlərin dumanlanması ilə eyni vaxta düşdü. Basqın, birinci həmlə və əks tərəfdən tutarlı cavab. Bu obanın ağbirçəklərinin olacaq vaqeələrdən xəbəri varıymış, yuxu görüb, yuxu yozublarmış. Sadəcə bu ellərə Tamah qədəm basandan sonra daha ağbirçək sözü keçməz oldu. Bax belə, dostum. Uzun sözün qısası, başqa qəbilələrin tapdağı altında qaldı bu müqəddəs məkan. Beləcə, diz çökdürdülər bu mərdanələr ocağını. Səfalət baş alıb getdi. Uşaqlar pərən-pərən düşdü, o uşaqlar ki, ayaqlarına daş toxunmağa qoymazdılar, əzizlənib bəslənərdilər. Qumral gözlü gəlinlər, əsmər qızlar əsir aparıldı. Kişiləri isə güllələdilər (hə, o vaxt artıq ilkin primitiv tüfənglər əllərdə idi), özü də başlarından. Amma onlar ölmədilər, yox, çünki düşmən tərəfə onlar fiziki qüvvə, qul qismində lazım idi. Güllələnmiş başlarda yaddaş yaralandı. Unutdular bu kişilər kimliyini..., birinci analarının südünü unutdular, sonra atalarının adını, daha sonra mənsub olduqları torpağı və lap axırda kişi olduqlarını. İndi onlar zombi idilər. Günlərin bir günü dar ağacı quruldu. Dərisi yanıb sümüyünə yapışmış, ovurdları batıq, cındırından cin ürkən birisini dara çəkirdilər. Məhəbbət idi.... Biri isə qılıncını havada oynada-oynada o baş-bu başa çapırdı, meydan sulayırdı. Tamah idi. O Tamah ki, bura ayaqlarını sürüyə-sürüyə, halsız bir qoca qiyafəsində gəlmişdi. Ona qulluq edib, ocağın yuxarı başına keçirtdilər. Bu dağların suyundan içib, bu torpağın çörəyini yeyib, ətə-cana gəldi və sonra da öz silahdaşlarını gətirdi bura – Hiylə, Xəyanət və başqalarını. İndi onlarla birləşib, yoğrulub, qəribə bir zad meydana çıxıb. Adı: Nadürüstlük. Doğru və Halalın itdiyi yerdə məhz bu cücərir. Belə. Burda bitirim bu yurdun aqibətini. Ax, sən yenə durub baxırsan?! Nəyi gözləyirsən? Beynini soyun. Ağılsızlığın daha üstün. O, hisslərimizə mane olur, fərqindəsən? İstəmirəm hisslərimiz dar ağacına çəkilsin, indi danışdığım qəziyyədəki kimi. Beynini soyun. Soyun ki, ter.aktlara hazır olasan, sənə həmlələrim var. Beynini soyun. Soyun ki, nəvazişlərim səni incitməsin. Soyun ki, məhəbbətimi qəbul edə biləsən, düşünmədən. Soyun ki, yaxşını yaxşı biləsən, pisi məqbul. Soyun ki, gözlərin başqa birisini görməsin. Beynini soyun. Soyun, soyun ki, düşünməyəsən. Səni belə xoşladım. Lal, dinməz, düşüncəsiz bir büt qismində. Soyun. Tam itaərkaranə, bir söz söyləmədən, “niyə”lərsiz. Soyun beynini, onu məhv edək. Sənin həyatını zəhərləmiş o. Sən önə baxmısan, o səni arxaya qaçmağa məcbur etmiş. Soyun, yandiraq. Beynini soyun. Çarpazlarımda mütəşəkkilliyim pozulub. Sənin nizamına ehtiyacım var. Düzəlt onları. Sən! Əlbət ki, sən! Sərrast məntiqinlə mənə kömək edə bilməyəcəksən. Mənə düşüncəsizliyin lazımdır. Ağlına düşmənəm. Beynini soyun ki, mən öz vicdanımı tərk etməliyəm. Boğur məni. Qısır məni. Mənə örnək ol. Beynini soyun. Qayalardan birlikdə atılaq. Quşlarla öcətləşək. Təbim yox, tarzənim yox. Odum yox, közüm yox. Nə rəngim, nə fırçam yox. Amma şəkillər çəkirəm ki,.....nəfəsimlə.....xatirələrinə... Bir gizli odayam, hər tərəfim bağlı, amma nə olsun, yenə də yüz göz baxır. Gözümə bax, sözümə bax, özümə bax. Düzümə bax, tərsimə bax – beynini soyun. Çaqqal tələlərinə canavarlar düşmüş – meşə məhvərindən oynamış. Dizlərdə təpər, ürəklərdə hünər qalmamış...... Başını qaldır, ətrafına nəzər sal. Bəzən korlara həsəd aparıram. Çox şeyi görmürlər..... Mən çoxdan soyundum beynimi, indi rahatam, sən də soyun. Ürəyim dolu, söz yox. Söz var, səs yox. Səs var, sən yox. Sən olsan, ürəyim boşalar. İstəmirəm ürəyim boşalsın. Onda söz olacaq. Söz olsa, səs olacaq. Səs olsa, o səs səni axtaracaq. Sənsə yoxsan. Hər şey var, bir sən yoxsan. Beynin sənə düşmən. Beynin mənə düşmən. Soyun onu. Soyun, getməliyik.
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Soyun. Biz səninlə paralel xəttlər üzrə irəliləyirik. Heç vaxt kəsişməyəcək xəttlər üzrə. Sənin paralelinin vertikala dönməsi arzusu ilə.. Soyun, sıyır, çıxart, təraş et.......üzünü etdiyin kimi, bədənini libasdan təraş. Soyun, Sibir meşələrinin əlçatmaz məlakəsi Anastasiya sivilizasiyanın uğurlarından imtina etmiş, arxasınca kütlələr getmiş, öz icmalarını yaratmış və şimdi xoşbəxt dövran sürürlər. Onların gözlərində kompyuterdən quruluq əmələ gəlmir, beyin sümükləri lazımsız informasiya bolluğundan aralanmır. Soyun, gedək meşələrə. Vacib deyil Sibirə üz tutmaq. Biz cənub səmtini seçərik. Sən ayağına çarıq geyib ova gedərsən. Mən yaş daşların üstündən hoppana-hoppana çayda qurbağa tutaram. Hər halda qoymaram ac qalasan, .......mənim əlimdən hələ həkimlik də gəlir....., fikirləşsəm, çox şey bacarıram, mən ümumiyyətlə, istedadam. Hə, nə qədər unutmamışam, deyim. Sənin adını mütləq dəyişəcəm, Anast qoyacam. Adın xoşuma gəlmir... Soyun. Cəngavər yaraq-əsləhəsini (доспехи) soyunan kimi. Qılınc-qalxanını daş üstünə burax. Savaş bitmiş artıq. Qaldır məni atının tərkinə, gedək. Soyun. Acı-ağrı-nisgili, boş qayğıları, mənasız gündəlik problemləri, bu gün kəsər, sabah “heç nə” daşıyan planları.......bir şeyin ki, saatbasaat məzənnəsi düşür, onu düşünməyə dəyərmi?!... Soyun, sıyır qollarından, başından, at yerə, kəsafət xitonunu, qoy toxunmasın sənə. Ver əlini, gedək. Gedək, tarixlərə bir baş çəkək. Mağara insanından ta üzü bəri vərəq-vərəq çevirək tarixləri. Qolotsendən Təbaşir, Yura, ta Devon dövrünə qədər enək-qalxaq, lap əvvəllərə qayıdaq – Homo erectusa. Mesopotamiya, Qədim Misir, Hindistan, Roma imperiyası, İspaniyadan İrana Ərəb Xəlifəliyi, Sintsyandan Koreyaya Tan sülaləsi, tarixə köçmüş iri sivilizasiyalar – Mayya, Moçe, Naska...., Zərdüştlük, daoizm, Makedoniyalı İskəndərin zəfər yürüşləri, möhtəşəm coğrafi kəşflər, Kolumbun başgicəlləndirən uğurları, Napoleonun döyüşləri, müharıbələr, diktaturalar və s. və s. … Məliklərə, sultanlara bir salam verək, Arximed palimpsestlərinin sirriylə maraqlanaq, elm mastodontlarının kitabları üstündəki əsrlər tozunu üfləyək, Fransa saray qovğalarının, mənfur intriqaların şahidi olaq. Markizalara, freylinalara qarışaq, dəbə dəb qataq. Muzeylərə gedək, Vellinqtona, Eşmolinə, Luvra. Kətan üzərində donmuş ani gözəlliyi həbsdən qurtaraq, baxışlarımızın müşayiətilə......Buden, Giyomen, Deqa, Kassat.....Mənə dəyməzsən, qoy Tuluz Lotrekdən doyunca həzz alım – Mulen Ruj seriyasından. Barbizon məktəbi – Delakrua, məktəbin yetirmələrinə ilham verən Fontenblo meşələrinin realistik mənzərə təsvirləri, xüsusi tonallıqla retuşlanmış, valyorla zəngin fantastik inikas....... Qoyyanın qravyuraları ilə nəfəs alaq, “Kapriços”un təsir qüvvəsini şəxsən hiss edək, “dünya – maskaraddı” tezisinə başımızla “hə” deyək. Sonra axaq. Gedək dünyavi məşhur musiqi salonlarına. Qoy zalların divarlarından aşıb dünyanı lərzəyə gətirən musiqi niqromantiyası bizim də ürəyimizi dilim-dilim oynatsın, biz də o mənalar daşıyan teurqiyanın sehrinə düşək, notlara hopaq. Gedək, gedək musiqi salonlarına, Verdinin “Traviata”sina, “Riqoletto”ya qulaq asaq ya Bizenin “Karmen”i ilə dolaq, daşaq... Mən hərarət istəyirəm, istilik istəyirəm. Tut əlimdən, uçaq quşqonmaz qayalara, lap hündürünə. Yüksəklik gəzirəm mən. Hər şeyə quşsəkməz ucalıqdan baxalım... Ver əlini, ver, o yüksəklikdən tam aşağılara enəcəyik indi, lap aşağı. Sən heç bədəninlə hava kütləısini yarmısanmı? Təsvirəgəlməz bir şey. Gedək torpağı öpək. Çünki zərrə, vahid, başlanğıc, ilkin, timsal və təfsilatdı o. - - - - - - - - - - - - - - - - - - - - - - Tələsirəm yaşamağa. 10 ili 1 günə. Qorxuram çatmaram. Qatar gedər,.....arxasınca baxa-baxa qalmaq istəmirəm. Tələsirəm... Yaşadığım illərin suyunu çıxsam, düşünürəm, cövhəri elə bir günü ancaq doldurar.. Bir də, özümə söz vermişəm: Heç vaxt xatirat cizgilərim olmayacaq. Yazmayacam onları. Yazası bir şeylər var əslində. Ağrılarım da olub, o ağrılara güllə açanlar da. Amma yazmayacam. Zəhləm gedir vərəqdən və qələmdən...,bir də köhnələrin çək-çevirindən. ........... Sən niyə durmusan? Niyə soyunmursan? Soyun ki, İndini indidə qoyaq, sənin maşınınla bu zamandan o zamana adlayaq. Mənimkiylə zaman fövqündə səyahətə çıxmaq olmur, onun təkərləri ilişib zamanın toruna. Səninki iləsə uçarıq, hədləri aşarıq, qanunların, çərçivələrin, qadağaların, meyarların üstündən uçarıq...... ya gələcəyə, ya keçmişə. Nə təfavütü? Heç birisi yoxdur onsuz da.. (1-ci hissənin sonu)
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Нормально пишется..., как летом и зимой. Весна опасная и плодотворная пора для влюбленных. Не любящие сердца она не трогает. Меня этот вирус (в.влюбленности) обошел стороной, слава Богу. Душа у меня зимой и летом одним цветом )
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Мой фантом с вами, ребята.. пож-та, не обижайте его.., фантома.. Холодное не предлагать..., боюсь ангины. Сигареты, алкоголь, любовь тоже.. он у меня ранимый..
-
пЫчиму? Тоже уже? ) Позвольте полюбопытствовать, чем вы там занимаетесь и шо это за заведение такое? У меня сильное подозрение, вы не туда попали...)
-
не, кто так быстро кончает, за ним пожарные выезжают.)) Я-то пожар тушить не умею..
-
в общем, так. ровно в 2 буду перед Гебеле. Лицом буду к входу в Лидер, с левой стороны, чуть позади. )) Кто быстрее кончит, того забираю ))
-
а что, военные не люди? военные не мужчины?? ))) думаешь, они только в оружии разбираются? да нет же..
