Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. афоризм такой есть. Если женщина не права, просите у нее прощения. Дольше жить будете. Мужики! не забывайте! У вас (у всех!) слабое сердце. Берегите себя!
  2. кто есть ОН? чё ты меня пугаешь, гыза? у меня рядом диван, узаХ башы онун алтына гиререм.
  3. АБРАКАДАБРА БРАКАДАБР РАКАДАБ АКАДА КАД А !! - что тут непонятного?? О!
  4. (2-ci hissə) Dünyanın ən dəhşətli xəstəlikləri siyahisinə QİÇS, malyariya, ispanka, taun (pandemiyalar şəhərlər boşaltmış), qara çiçək daxildir. Amma bunlar deyil ən dəhşətlisi, bir başqası. Bu barədə ya susurlar, ya info yox dərəcəsindədir. Kəpənəyə cılızlıq yaraşır. Tizaniya aqrippinası isə cızığından çıxıb. Ölçüsü ovucdan böyükdür. İnsanasa yaraşmır cılızlıq. İnsan ali varlıqdır. Niyə bəs bəzilərimiz acız və mənasız kəpənək ömrü yaşamağa məhkum olunmuşuq? Dünya ekologiyasının ən bakir nöqtəsi İsveçrə. Bakının tozunu-hisini udanda, Düfur zirvəsində olmağı düşünürəm. Yer üzündə ən gözəl çiçək yaponların sakurası sayilir. Onu ölkənin rəsmi simvolu elan ediblər. Hər il onun çiçəklənməsini (cəmi 1 həftə) bayram kimi qeyd edirlər. Bu vaxt yaponlar işləmir, onlara bu kövrək və gözəl çiçəyin 1 həftəlik ömrünün hər dəqiqəsindən həzz almaq imkanı verilib. Amma olur ki, gözlərin qarşısında aylar uzunu əsrarəngiz gözəlliklər yaşanır, səninsə bir saatlıq da olsa o cərəyana müdaxilə etmək imkanın yox. Sevmirəm mən sakuranı. Mənimçün ən gözəl çiçək passifloradır, qiasint, bir də georgina/astra. Dəhşətli türmələr var yer üzündə..... Karandiru (Braziliya), la Sante (Parij), Suriyanın Tadmoru......, harda ki, kütləvi ölüm hadisələri, sui-qəsd, antisanitariya, xəstəliklər, zorakılıq, bitlər, siçovullar baş alıb gedir. Fərəc Berakdar ömrünün 5 ilini Tadmorda – işgəncələr və zülm yuvasında çürütmüş və oranı “ölüm və dəliliklər krallığı” adlandırmışdır. Belə faktlarla üzləşəndə beynimdə bir şüar doğur: İnsan ən ali heyvandır!! Doğrudanmı görəsən, insan bu dünyaya gələndə həyat yolu alnına döyülür, ya hər şeyi təsadüflər idarə edir?? Birinci halın təsdiqi pəjmürdəlik doğurur, ikinci hal isə..........yox, bu inandırıcı deyil. Bir az uçalım. Kosmosun qara deşiklərində nə var görəsən? Niyə kosmos tədqiqatçılarının kvazarlara münasibəti bu qədər birmənalı deyil? Onlar daim antimateriya törədir, ona görə? Udduqlarından artıq enerji sərf etsələr, partlayış baş verəcək, Xokinqın hesablamalarına əsasən, bəlkə ona görə? Onlar “ölüm şüaları” ilə qalaktikalararası miqyasda kosmosu gülləbaran edə bilərlər, bəlkə elə buna görə? “Sağ ol, köhnə dost....” Ay bizdən uzaqlaşır. Hər il Ay Yerdən 3,8 sm uzaqlaşır. Niyə, görəsən? Və bizim üçün bu nə ilə sonuclanacaq? Hər gün Yerə 27 ton kosmik toz çökür. Bu, 1 ilə 10 000 ton edir. Yer toz kütləsindən ağırlaşsa, nələr baş verəcək görən? Belə qlobal faktlar bə şərhlər müqabilində öz daxili problemlərin nə qədər miskin görünür.........abstraksiya üçün uzun və sonsuz bir dəhliz yaranır. Yenə “niyə”lər..... Niyə benzin suda minrəngli çalarlar yaradır? Niyə Ayla Günün “gözünün içinə” baxa bilmirsən? Faetonu kim dağıtdı? Mars ya Yupiter? Niyə səma mavidir? Atlantların vaxtında başqa rəngdəymiş. Niyə yağışlar yağır, küləklər əsir? Qar niyə ağdır, yağış niyə sulu? Palçıq kimə lazım idi? Dənizin suyu niyə duzludur? Zebra niyə zolaq-zolaqdı? Pişiyin quyruq nəyinə lazımdı? Niyə ağ ayılar pinqvinləri yemir? Qorilla ət xoşlamır. Niyə,yoqdur? Aborigenlər Kuku niyə yedilər görəsən? Qarışqanın “gözünə kül üfürmək” olar? Niyə haf gəlib, özü ilə qonaq gətirir? Niyə filin xortumu var, pələnginsə yox..? Qaranquşun quyruğunu kim kəsdi? Niyə bura Amerika deyil? Niyə həyatda həmişə biri çatır, beşi yox? Niyə 3 əlimiz yoxdu? Dişlərimizinsə sayı məhz 32-dir? Niyə gözlər kirpiklə dövrələnib, evlər hasarla? Niyə yatanda gözlərimizi yumuruq? Saatın əqrəbləri tərsinə fırlansa cavanlaşarıq görəsən? Niyə qəmgin vaxtlarımızda ağlayırıq, gülmürük? Niyə bütün canlı materiyanın 70%-ı bakteriyalardan ibarətdir? İnsanın ağzındakı mikroblar anal dəliyindən çoxdur. Qəribədir...... Odu ilk dəfə kim əldə edib? İlk dəfə od kimin əllərini yandırıb? Niyə “Google” məhz belə adlandırılıb? Qadınların ayaqları niyə bu qədər gözəldir? Niyə “yağış həmişə dəryaya yağır”, “səhralarda qumlar” quruyur? Oxşarlıqların cəzb olunması prinsipinə görə? Xoşlamadığım adamların Delete düyməsi hardadır? Sən niyə susursan? Danış. Sözlərini gecənin qulaqlarından asacam, qızıl tana kimi. Ölüm inkardımı? Ölüm inkardısa, həyat nədi? – İnkarı inkar? Niyə permanent NİYƏLƏR bələkdən ta axirətə qədər bizi müşayiət edir? Niyə sual işarəsi belə boynubükükdür? Suallar cavabsızdı, xəcalət çəkir, ona görə? Niyə məhz mən??
  5. Niyələrin əhatəsində (Dxarmanın buxovları, entelexiyanın qələbəsinə kor inam ya Mütləq Şər..?) “Dünya bir pəncərədir, hər gələn baxar, gedər”. Niyə? Niyə Rododendron 125 il yaşayır, amma insanın “ağzı aşa çatanda, başı daşa çatır”? Dünyanın ən gözəl yerlərindən sayılır Amerikanın Grand Kanyonu və Cənubi Afrikanın dağlarla əhatə olunmuş şəhəri – Keyptaun. Hindistanın Tac-Mahalı və Kanadanın qayalı dağları. Mavzoleyin üstündə 20 000 adam əlləşib, dağları isə təbiət özü ucaldıb. Dünyanın kasıb məmləkət sakinlərinin bütün bu gözəlliklərdən əlbət ki, xəbəri yoxdur. Və olmamalıdır da. Çünki düz deyirlər: insanlar dünyaya 2 rəngdə gəlir: ağ və qara. Qaralar ağların həyatına baxmamalıdır. İnklərin itirilmiş şəhərində (Maçu-Pikçu) ispanların gəlişi ilə sakinlər qəribə tərzdə hara qeyb oldular görəsən? Və niyə? Niyə Argentinanın 27 şəlaləlik İquasu kompleksi gecə-gündüz ətrafına damlalar paylayır, amma səhralar susuzluqdan yanır? İnsan cəmiyyətinin bünövrəsindəki “ağ-qara” prinsipi bunlara da aiddir görəsən? Onda hansı axmaq dünyaya Ədalət sözünü gətirdi? İnsanlardan ayıların acığını biruanq çıxır – dünyanın ən kiçik ayısı. “Xasiyyəti” çox ağırdır, balaca boyuna baxmayın. Vəhşilərin vəhşisidir, dressuraya yatmır, hələ onu əhliləşdirən olmayıb. İnsanlardan insanların acığını/hayıfını kim çıxacaq görəsən? Ən bahalı avtoportret Vinsent Van Qoqa məxsusdur, kəsilmiş qulağı ilə. Auksionda 90,1 milyon dollara satılıb. Görəsən onu alan milyonçunun diqqətini nə çəkib? Van Qoqun çöhrəsi ya qulağın absenti? Onlarla insan var ki, həyatı bu kəsilmiş qulaqdan dəfələrlə az qiymətləndirilir........ Ən bahalı paltar 30 milyon dollar dəyərindədir. Ümumi çəkisi 1000 karat olan 751 brilliantla bəzədilib. Paltarın gözü 70 karatlıq armudvari brilliantdır. Bunu geyinib podiumda defile edən gözəlçənin ayağının tozu qədər də deyil dünyanın ac-yalavaclarının məzənnə dəyəri. Hardasa uşaqlar acından və xəstəlikdən ölür. Dünyanın ən yoxsul ölkələrində səfalət və kasıblıq baş alıb gedir, insanlar orqanlarını satır. Acından sıçan tutub yeyən uşaqlar və 30 milyonluq, maqnatların gözünü bir gecəlik qamaşdıracaq əlbisə....... “Ədalət” sözünü hansı axmaq uydurdu görəsən? Niyə biri uşağın bir dırnağını gəzir, o birisi hər 3 aydan bir bətnindəkini öldürməklə məşğuldur? Niyə biri ümidsiz xəstə balasının dərmanını diyarbadiyar axtarır, o biri sağlam cocuqlarından imtina edib, onları fələyin çərxinə tapşırır? Niyə normal, sağlam ailələrə xəstə uşaqlar nəsib olur, yol kənarında, ağac dibində, zibillikdə eşələnən dilənçinin payı sağlam cocuqlar olur? Onsuz da onlara ya fahişəlik öyrədəcək, ya dilənçilik, neynir o sağlam uşağı? Niyə birini arı sancanda çığırtısı dünyanı bürüyür, o birinin səsini də almısan ki, içindəki dərddən çərləyib ölsün?! Niyə daim ehtiyac içində olanlar əllərini qaldırıb sənə şükür edirlər, şahlıq həyatı yaşatdıqlarının heç yadına da düşmürsən? Yerdəki allahları, hegemonluğu sənmi yaratdın? Niyə birinə külli-ixtiyar, digərinə məzlumluq verdin? Niyə birinə baxıb deməliyik: “Yağış onun yağışıdır, dünya onun dünyası..” Kimsə qadınını pul qazanmağa göndərir, kimsə donuz ətindən dondurma sifariş edir. Kimsə həyatın enişini yoxuş kimi dırmaşır, kimsə əksinə. Kiminsə qadın çoxluğundan başı gicəllənir, kimsə yastığına hopmuş ətrin ömrünü uzatmaq üçün yumur balışının üzünü həftələrlə. Nə vaxt insanlar infuzor psixologiyasından əl çəkib, ayaqqabılara tərlik olmaqdan vaz keçəcəklər? Niyə yuxarılara qalxmaq üçün aşağıdakıları əzməliyik? Niyə öyrəndiyimiz mənbələri gizlədirik, ustadımıza kəc baxıb, başqasının halal zəhmətini öz ayağımıza çıxırıq? Başımız nə vaxt işləyəcək? Fırtınalardan doğmuş, fırtınalara sığmayan arzularımız nə vaxt çin olacaq? Niyə hər gün səhər ayılanda qayğı və problemlərimizi yuxularımızda qoya bilmirik? Kürəyimizə şələləyib özümüzlə gətiririk? Yaşaya bilmədiklərimi kağıza köçürürəm. Deyə bilmədiklərimi havaya üfürürəm. Dil bu qədərmi acizdir? “Ah”ları ona görəmi yaratdın? Niyə əlifbalar və yazı mədəniyyəti yarandı? Bütün informasiya kütləsini niyə beynimizdə saxlaya bilmirik?,ya mental cismimizdə...... Beynin ishal olub qulaqlardan tökülmə ehtimalı var? Ataraksiyaya can atmasam da (Epikur fəlsəfəsi yan keçıb), onun motiv və rüşeymləri daxilimdə gizlənməkdədir. Cücərsələr, kəsəcəm onları. İstəmirəm. Kristal şəffaflığı istəmirəm. Necə yaşayaram bu dünyada? Ölçülərimiz uyğun gəlməz.. ---------------------------------------- “Görəsən”lər... Görəsən, başını aşağı salıb, ətaləti üzrə yolu keçən və düz qənşərində tükürpədici səslə bağıran sürücünün səsinə və maşın təkərlərinin ulartısına qırpınmayan piyada nə düşünür? Beyninin qaranlıq bucaqlarında hansı fikirlər doğur (əgər kar və kor deyilsə)? Görəsən yağ tənəkəsinin dibindəkini qaşıyıb tavaya tökən qadın bir sürü atasız balalarını sabah necə və nə ilə doyuracağını düşünürmü? Ya o da “Allah kərimdir” deyir?... Görəsən 2 saat belini büküb zərrəbinlə son ümıdı olan qədim daşın qiymətini müəyyən etməyə çalışan, onun hər kəsiyində yaqut cilası axtaran qoca, müflisləşmiş zərgər üçün nə görəvi daşıyır əlindəki o daş parası? Atılmış qoca qapının hər cırıltısından nə gözləyir görəsən? Evi yerlə yeksan olmuş, hər şeyini və hər kəsini bir ğöz qırpımında itirmiş, ayaqlarını arxasınca sürüyən havalanmış qadın uçuqlar arasında balalarının əzalarını axtara-axtara çoxmu qarğıyacaq görəsən zəlzələni?......tanrısından çoxmu umu-küsü edəcək?.........ax göylər,......bir leysan yağdırıb, onu susdursaydız..........,bir də göylərin tağına əlini qaldırmazdı... --------------------------------------- (1-ci hissənin sonu)
  6. Еще мыслёнки будут? Скажите, добавлю в наггетс свой, а то какой-то пресный получился без специй, даже с ванильным коктейлем не идет. Бакылылар не стал, а был кузницей. Полистайте тут страницы. Мы ж не виноваты, что новенькие нас тока щас удостоили вниманием. И потом, не каждый же умеет выращивать деревья дегенеративные. .., кто-то пейсательством увлекается, кто-то читает их, а кому не лень, даже рецу оставляет. Короче, каждый бесится по мере своей испорченности. В любом случае Шпасибо, что зашли. Заходите еШЧо! Угощать гостей нечем. Тут голый коммунизм на нулевой основе. Все равно заходите. Для особо дорогих гостей у нас припасена улыбка и ласковое слово.
  7. Оказывается, есть такое произведение: "Эда". Поэма Е. А. Баратынского. Даю синопсис: Действие поэмы происходит в Финляндии примерно в 1807 — 1808 гг. Весной, на закате солнца, перед хижиной разговаривают двое: молодая финка, «добренькая Эда» со «златыми власами» и «бледно-голубыми очами» и русский, «молодой гусар», постоялец в ее доме. Их окружают величественные картины: горы, водопады, сосновый лес. Эда отвечает гусару, что видит его любовь и давно отвечает ему любовью. Эде говорили, что мужчины вероломны: «Ты, может быть, меня погубишь». Тут гусар, разуверяя Эду, впервые целует ее с изученным искусством: «Как он самим собой владел!» Этот поцелуй лишает Эду обычной беспечности. Прежние простые и дружеские отношения с гусаром, когда она играла с ним более невозможны: девушка почти не разговаривает с ним на людях, зато и не сводит с него глаз, а наедине «страсти гибельной полна,/ Сама уста свои она/ К его лобзаньям обращает», а потом мучится раскаяньем и плачет. Суровый отец Эды, боясь, что гусар соблазнит и бросит ее, предупреждает: «Потаскушка мне не дочь». На следующий вечер Эда в своей комнатке читает Библию, с «привычною тоскою» вспоминая о потерянной «сердечной чистоте». Появляется гусар-«хитрец» с пасмурным лицом, садится, скрестивши руки на груди, и говорит, что он готов расстаться с Эдой, повинуясь долгу и не желая навлекать на дочь отцовский гнев. Разлука, конечно, убьет его. Напоследок гусар просит об одном ночном свидании в ее комнате. Эда смутно чувствует неискренность обольстителя и, прижав к груди Библию, восклицает сначала: «Оставь меня, лукавый дух!» — однако вскоре уступает: «Владею ль я сама собой!/ И что я знаю!» Вечером девушка колеблется и все-таки запирает дверь. Завив волосы и раздевшись, она думает уснуть, но не может, упрекает себя за «своенравность» и наконец отпирает дверь; за дверью уже ждет гусар. «Увы! досталась в эту ночь/ Ему желанная победа…» Утром героиня, пораженная свершившимся, плачет и не слушает клятв гусара. Вскоре, однако, она прощает соблазнителя и уже не расстается с ним: «за ним она, как лань ручная,/Повсюду ходит». Во время мирных свиданий героиню преследуют предчувствия: она понимает, что гусар скоро бросит ее. Эда старается не досаждать гусару своей тоскою, но ее «тоскливая любовь» и нежность уже тяготит его. К радости гусара, начинается русско-шведская война, и полк выступает в поход. Расставаясь с Эдой, гусару совестно глядеть на нее; она же молчит, не плачет, «мертва лицом, мертва душой». В Финляндии зима. Увядшая от горя Эда ждет смерти: «Когда, когда сметешь ты, вьюга,/ С лица земли мой легкий след?» Поэма заканчивается описанием заброшенной могилы Эды. Почему никто не плачет? Ах, какая горькая судьба... Эдора была моей лучшей подругой. Ее давно уже нет. Скорблю по ней по сей день..рано ушла... Выходит, Эдочкам не везет априори?!.. Нет же! Долой мистификации и суеверия! Моя Эда живет во мне. И еще долго будет жить. То, что вы тут видите, это симбиоз нашей с ней "действительности".
  8. Поздравляю, Лулу! Счастья, здоровья!)
  9. именно поэтому не люблю я подарки. А от цветов отказалась уже лет наверное 15.., а то и больше.
  10. сехер обашданнан - рано утром Джинни-джефер гошуну - очень много народу
  11. Эда F

    Кутабнём?

    прЫятного ОТДЫХа!)
  12. Эда F

    Кутабнём?

    Там на 3-ем этаже кабинеты. Берите диски, центр у них есть. Музыка только в зале, а там шумно. Не заказывайте ордек левенгиси. Готовить не умеют, у них он черный получается, правда вкусный. Ребята наши пошутили даже, что может повар тут негр.)
  13. Ахмед, я очень много знаю нецензурных...))) но не скажу ))
  14. Преподавала.....а что, так заметно? ) Всё, ухожу уже. )
  15. Берр, я тоже это не считаю нормальным. Это кощунство...так покалечить психику молодого поколения..потому им свойственна необузданная агрессия, несущая разрушение...потому с ростом у них появляются низменные свойства личности...деградация, ресресс полнейший.
  16. Если Комитет начнет реализовать задуманное, то мы для собственного спасения ничего уже не сделаем. Об этом смешно даже думать.. Вы понимаете, нгаверное, что такое бакт.оружие и как оно работает
  17. Вдумайтесь, Суфий. Всё очень даже логично. Другого выхода просто нет Еще отрывок: Yer üzündə əhali durmadan artır. 1987-99-cu illər arasında (cəmisi 12 ilə) insanların sayı 5 milyarddan 6 milyarda çatıb! Bu, çox qorxunc rəqəmdir. Hal-hazırda 7 milyarddan çoxuq. 2011-ci ilin noyabrında Yerin 7 milyardıncı sakini doğuldu. Bu sürətlə davam etsə, bir neçə on ilə əhalinin sayı 10 milyardı keçəcək. İnsan populyasiyasının belə quduz sürətlə yayılması yaxşı heç bir şey vəd etmir. 1 миллиард за 12 лет. Как вам такие темпы? Там речь идет о Сибирской язве. В результате исследований многолетних остановили свой выбор именно на военном штамме этого возбудителя. Есть бенефиты определенные. Главное, высокая летальность.
  18. Про пластиковые гробы читали? на 4 человека? Зачем американцам столько гробов? Отрывок из того материала, что я написала после просмотра фильма: Amerika. Atlanta. Şəhərin kənarındakı “Xəstəliklərin profilaktikası və onlara nəzarət” mərkəzində (CDC) son dərəcə təhlükəli bakteriya və QMO virusların bankı yerləşməkdədir. Atlantanın yaxınlığındakı boş sahədə milyonlarla plastmas tabut saxlanılır. 4 adamlıq tabutlar. Hazırlandıqları material poladdan möhkəm və davamlıdır. O 100 il müddətində nə paslanır, nə çürüyür. Hermetikliyi yüksək dərəcədədir, içərisindəkini düz 1 əsr olduğu kimi saxlayacaq. 1 əsr isə kifayət qədər uzun vaxtdır ki, virus məhv olub virulentliyini itirsin. Düşünürəm, tabutların nə məqsədlə emal olunduğu sualı doğmayacaq. Milyondan artıq tabut, 4 adamlıq – 4 milyondan çox adam deməkdir.
×
×
  • Создать...