Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. у нас на улице когда горел дом, пожарные приехали без воды
  2. Фрилансер, геденде темамы сизе тапшыраджам. бахын, емин-аманлыг олсун бурда. пенджерелериме даш атыб сындырмасынлар. )) опись протокол филан. сдал-принял .. )
  3. İzlə gedən getdim.. gedəndə ləpirlərimi küləyə tapşırdım. Külək basdırdı onları xəzəldən zireh çəkdi. Qayıtdım.. ağacların töycüsü qurtaranda qayıtdım. yarpaqların yaşılı solanda yağış göydə buz tutanda. Koğuşdakı səssizliyi oyatmaqçun qayıtdım Bir şeylər soracaqdım ondan. ama.. Heç biri istəmirdi qayıtmağımı Nə ayağımı yerdən üzən külək nə küləyin nazıyla oynayan bulud nə buludu havada donduran şaxta nə şaxtanın soyutduğu ağac. Heç biri Mənsə qayıtdım “Sonsuzluq yoxdur”u sübut üçün sonsuzluğa Nəbzimə sarılan qorxulardan qurtulmaqçun. Ovcumu yerin köksünə dayadım, ləpirlərim məni səsləyirdi. Onları azad etmək azad etmək qar yuxusundan sonra getmək düşüb o izlərə getmək heç nəyə baxmadan heç nəyi eyninə taxmadan getmək. Fəsillərin bitdiyi yerdə ləpirlərimdə ilişib qalmış məni tapmaq o köhnə məni. Ona tapınmaq o köhnəsinə. fərqliliyini duyunca qayıtmaq yenidən dönmək gəldiyin yerə daha bir kərə və həmişəlik. unutmaq..
  4. эх.буквально 3 дня назад пол квартиры раздала, мебель, ковры, постельную принадлежность, кухонную утварь, приборы, одежду, обувь..
  5. Heç vaxt heç kim onun kimi yazmayacaq. Ondan ən çox bəyəndiyim bu idi: (burda, mövzumda haradasa olmalıydı bu şer) VƏTƏNİMDİR (Bəhri-təhvil) Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri. Sən demə Qacar tanımırmış o zaman tülküləri, yəni kələkbaziləri, işləri əndaziləri, hökmü rəvan qaziləri, razilərin-raziləri, ruziləri bir baş haramdan yetişən, əvvəli tində yatanı, sonrası qarpız satanı, axırı dövlət bakanı hər küçədə bir dükanı, axşam otellər məkanı, doydu ötürdü sükanı özgəsinə, olmadı qismət ötürə öz kəsinə, çadranı saldı başına, qaçdı Turan ölkəsinə. Bax, ana yurdum, budu dövlət, budu millət, bu bir aşkarə həqiqət bürüyüb aləmi rüşvət, bacara bilmirhökumət: Özü nazir kabinetdə, pulu hazır kabinetdə, bezib ondan kabinet də, o kreslo da ki, yerləşmir ora, heç gerisi, gərçi tapılsa birisi, beş dəfə ondan irisi, abı kağızdan dərisi,bir təzə rüşvət pərisidir ki, onun həbi də budu, dəbi də budu, sübü də budu, şəbi də budu, sübh-səhər xaşı dı var, xaşı yedi başıda var, uymağa xaş-xaşı da var, qurusu da var, yaşı da var, döyməyə fərraşı da var, atmağa beş-daşı da var. Ey Ana yurdum, budu gərdiş və bu gərdiş özü bir aləmə vərdiş, qarışıb iş, qıcıyıb diş, elə ki, getdi «tovariş» tovu sildik, sovu da silməli «Sovmin»dən idik ki, «sovu» sildik mini qaldı, həmən o min ki, olub şapka gəzir ölkəni tin-tin, yığılırbankalara çin-çin, camaat ac və didərgin, günün ardınca keçir gün hamı əzgin: hamı üzgün, kimi miskin, kimi küskün, salıb insanları pis gün nə əzablara bilirsən, nə kitablara yazıb aləmə izhar eləyim gün kimi aydın şeyi insana ki, bu rüşvəti, can alverini canə salanlar, mələyən əfi ilanlar, tüpürürkən yalayanlar və filan oğlu filanlar talayıb Azərbaycanı çapıb, hər nə keçib əlinə qapıb, mis .rıbtürkə yapıb, mis qurtarıb gümüşü tapıb, çatana çatıb, çatmıyana bir daş atıb, satanı satıb satmayanı bir baş atıb, atanı atıb atanı tutub, qatanı qatıb, qatını tutub, əlifi atıb latını tutub. Gər belə keçsə bu güzəran, bezər insan, üzülər can, edəsən bir-birinə canını qurban, deyəsən ki, sonu can ilə bitən Azərbaycan vətənimdir o sənindir, o mənimdir, dədənindir, dədəmindir, o çoxundur, o azındır, o qışındır, o yazındır, oğulundur o qızındır, oğulun fəxri-elindir, qızın ismətli gəlindir, o gəlin ki, gülüdür tazə baharın, belə qiymətli diyarın o səbəbdən eləməz tərk Füzuli səri-kuyin o nigarın ki, deyər yar mənimdir o mənim qünçeyi-sərvi-səmənimdir ki, səri-kuyi həmişə vətənimdir, vətənimdir, vətənimdir. Baba Punhan.
  6. Mən ancaq tematik forumlara gedirdim, uzun illər. Alternativ təbabət (ND resursu) və homeopatiya üzrə. Əsasən İsrail, Kanada rusdilli saytları və bir həkimin ingilisdilli forumu., biokimya və nutrisevtika ilə bağlı. heç özüm də bilmirəm, necə düşdüm bura..., və niyə qaldım? Bir az fırlanıb çıxaram deyirdim...ilişdim. bir dəfə getdim, amma 3 aydan sonra bir də döndüm, niyəsini bilmirəm. bəlkə də öyrəşmişdim Bakılılara... Mən ümumiyyətlə asan kontakta gedən deyiləm, çətindi mənimçün ünsiyyət qurmaq., çox çətin. amma öyrəşdiyim bir kəsə, yerə, mühitə dəli kimi bağlanıram, narko asılılıq yaranır, əl çəkə bilmirəm, addiktinə çevrilirəm... həmişəlik yox., o vaxta qədər ki, hər şey stabil və gözləniləndir., məni qıcıqlandıran heç nə yoxdur. İstənilən an ən böyük simpatiyam əriyib gedə bilir. büruzə verməyə çalışmasam da, gizlətsəm də, içimdə ölən bir şeyi bir də dirildə bilmirəm., sınanı yamaya bilmirəm. , yəni gözümdən düşənin bir də qalxma ehtimalı sıfıra bərabərdir. bunu 2 şeylə izah etmək olar: ya yaşlanmısız (nə fərqi: bulvarda domino ya forumlar), ya da ikinci cavanlığınızı yaşayırsız ))
  7. Ağ yazılar (proqramm) O ağ yazılar bəyaz gecələrdə yazılar işıqsız günüzlərdən Əlini qələminə atacaqsan sərlövhələrinə əlavələr etməkçün. Mətnə yığa bilmədiyini adına düzəcəksən muncuq-muncuq. Uzun bir başlıq alınacaq, başlıqdan başqa heç nə... Bəyənməyəcəksən. O uzun dolaşıq başlığın altında 3-5-10 vərəq yazı olacaq. mətnsiz hecasız, sözsüz, sətirsiz. Boş kağızlar yuxunu sovurub kəsəcək yolunu küsəcək səndən, umsunacaq, “ruh ver bizə” səslənib əlinə yapışacaq. Qoparıb ayıracaqsan özündən Ikrahla. Inanmayacaqsan. O yazılmamış sözlər, doğulmamış kəlmələr boğazındakı qəhərin olacaq alışıb yanacaq vərəqçün. Belə içində bir şam gəzdirəcəksən.. vərəqlərsə xışa həsrət torpaq kimi umacaq səndən... Bu gözlənti səni əldən salacaq. əyilib əldən düşmüş yerə dağılmış Səni qaldıracaq, öpüb əzizləyəcəksən. “bax gör neynirəm səninçün” deyəcəksən. İnanmayacaq. Bir rəsm çəkəcəksən ağ vərəqlərə, dolaşıq başlıqlı boş vərəqlərə. “Sən” onu bəyənməyəcək.. Ay çəksən – ulduz alınacaq göylərdənsə dəniz... sonra ulduzlar qopub dənizlərdə boğulacaq. fəlakət yaşantısında nəhayət, anlayacaqsan. ...yanıldığını Vərəqlər boş deyilmiş sən demə Onlarda Sənin boyda bir sən gizlənibmiş... səssiz, sözsüz, səmirsiz hecasız və sətirsiz, və görünməz.. Hər yerdən qovalanıb vərəqə sığınmış sən... ulduzları batırmağa müntəzir öz dəniz həqiqətində... Nə çəkirsən çək ağ vərəqlərə, səninlə dolu boş vərəqlərə, rəsmin sənin dilində konuşacaq. İnanmayacaqsan. Aparıb dostlarına göstərdiyində, onlar oxuyacaq ağ yazıları sənin oxuya bilmədiklərini sənin yaza bilmədiklərini gözlərindən.. Onda inanacaqsan görünməzlərin varlığına.. görünənlərin yoxluğuna inandığın qədər olacaq inancın. Səssiz sözlərin kədər donunu çıxaracaqsan, səsini artıracaqsan, qoy görünsünlər və.. gözlərini qapatacaqsan. Boş kağızda ağ yazılar kədərindən avazıyar. Vaxt dolanar, keçər-qaçar, taleyinə ağ yazılar. İnanmayacaqsan...
  8. она как раз принадлежит к категории женщин, что импонирует. всегда следила за ее творчеством. "ничто" относится ни к ней, ни к тематике ее. кстати, я знала, что она тебе понравится ). скромная такая и самоуверенная.
  9. Salam. Mənim də vaxtım çox məhduddur. Səd heyf.. Aralanmaq istəməzdim, amma yaxınlarda aralanacam mövzumdan. Siz yazın. İmkan tapınca oxuyacam. Ola bilsin, gec cavab yazdım. Amma dəqiq yazacam. Sağ olun H.Cavidə görə.
  10. Есть контекст, который каждый понимает по своему, но в конечном итоге истина предстает перед нами не в искаженном виде - инвертировании и постеризации, а как единое лучезарное целое.
×
×
  • Создать...