Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. да с удовольствием внесла бы ясность, не будь я так хорошо воспитана. Видишь ли, солнц, это не совсем правильно - постоянный соблазн -.. с точки зрения медицины. ну, не разрешают доктора.. )
  2. только недавно думала, что между ними много общего... (м. и котами)
  3. Марусь, прими мой скромный подарок тоже. Счастья! Мач. )
  4. Ему уже 30,а не женат еще...Ведь не молодой, философично-то как.... Ну например его роль "голубого-Бобби" в спектакле "Слишком женатый таксист" сделала много шума,некоторые может его критиковали,но уверенна многие получили большое удовольствие от его игры.(Кстати советую,классный спектакль). Рагимова часто сравнивают с Заслуженным артистом Аз-на Сафа Мирзагасановым.. Таксиста смотрела. да, он харизматичен. роль его, правда, эпизодическая была, но справился неплохо. Мне Сафа нравится. (он там в главной роли.). и почему это засл.? Сафа народный арт. В детекторе лжи тоже исполняет гл.роль. там всего 3 артиста было, у всех главные роли и все народные. Обсуждать личную жизнь актеров , певцов и прочей богемы не люблю. Актеры тоже люди. Любой мужчина ищет Ту., и будет гулять, пока не найдет. Бывают конечно такие, которые и после гуляют. Но это уже другой разговор.
  5. Qapını açarla açdı... Qapını açarla açıb, içəri daxil oldu. Üst paltarını çıxarıb, mətbəxə keçdi, özü üçün kofe tədarükünə başladı (mən də birinci növbədə mətbəxə keçirəm, çaydanı isitmək üçün). Sonra nəyisə salıb cingilti ilə sındırdı (mən də həmişə əsəbi olanda nəyisə sındırmalıyam. Ya bilərəkdən, ya təsadüfən. Sındırdığım adətən bahalı şey olmalıdır. Ucuz olanda ləzzət eləmir). Qırıntıları yerdən yığıb təmizlədi. Səssizlik. Yəqin ki, qaranlıqda oturub dərin düşüncələrə qərq olub (məndə də həmişə belə olur. Hamı tərəfindən atıldığımı başa düşüncə özümə qapılıram). Elə bilir, yatmışam. Barmaqlarının ucunda yataq otağına gəldi. Yataq otağı dəhlizin o biri başındadır. İşığı yandırmadan (mən də qıymazdım yatanı oyatmaga), üzərimə əyilib, baxdı, baxdı, əlini uzatdı saçımı sığallamağa, nə fikirləşdisə, durdu, əlini göydə saxladı, sonra qaytarıb cibinə qoydu. Yatdığımı zənn edib, aralandı məndən. Yuxunun imitasiyası məndə pis alınmır, düşünürəm, ölümlə də belə olacaq. O biri otağa keçib, anasından qalma vintaj mebelin – kitab stellajının siyirmələrini çəkib nəsə axtardı, yəqin ki, kağız-qələm (mən də kağız axtaranda birinci növbədə sekreterə baxıram). Neynir görəsən orda? ... səs kəsildi. Yəqin kağız tapıb oturub yazır. Yenə ayaq səsləri ..... dəhlizə getdi deyəsən. Hə, elədir. Geyinir, çox güman ki. (mən də səssiz geyinirəm.. , yatanları oyatmamaqçun). Qapının səsi gəldi, açıldı, örtüldü, açarla bağlandı. Belə. Getdi... Qalxıram. Çiynimə şalımı atıram (o da yerindən duran kimi bir şey tapıb bürünür). Bayaq onun oturduğu otağa gedirəm, qaranlıqda ətrafa göz gəzdirirəm (o da həmişə hər şeyi qaranlıqda axtarır). Masanın üstündəki kağız parçası diqqətimi cəlb edir. Eynəyimi taxmadan oxuyuram. Eynəyim yoxdu ümumiyyətlə (o da beləcə gözlüksüz oxuyur hər şeyi. Ümumiyyətlə, oxşar cəhətlərimiz çoxdur bizim). “Səni oyatmaq istəmədim. Son kərə səni görmək istəmədiyimdən yox, çox şirin yatmışdın, ona görə”. Yaxşı, olsun. Amma mən olsaydım, daha bir neçə kəlmə əlavə edərdim. Məs.: “bağışla, bacarmıram daha”. Ağır-ağır stula çökmədim, yox ( osa çökərdi). Masanın üstündə soyumuş bir fincan qəhvə tapdım. Onu son damlasına qədər içib eyvana çıxdım (o içməzdi soyuq kofe. ..xoşlamazdı). Əllərimi məhəccərə dayaqlayıb, ayaq barmaqlarımın üstündə dikəldim. Puant göstərmək fikrim yox idi, balerina deyiləm. Özümü atmaqçun da eləmirdim bunu, yox. Sadəcə, boğulanda həmişə eyvana çıxıb bu pozada dururam (amma o olsaydı atardı özünü,..yəqin ki). Bax belə, bitdi. O heç vaxt məni başa düşməyib. Yox, BİZ heç vaxt bir-birimizi başa düşməmişik. Ümumiyyətlə, oxşar cəhətlərimiz olmayıb bizim. Aramızda həmişə uzun, soyuq, qaranlıq dəhliz olub. Mən yataq otağında, o bu eyvanlı otaqda paralel yaşamışıq, birgə yox. Ürək döyüntülərimiz ayrı-ayrı, ayaq səslərimiz növbəli.... kəsişməmişik heç vaxt. Amma heç yaxşı iş tutmadı. Getməməliydi. Mən belə etməzdim. Beynimdə bir sual dolaşır: 25 ildən sonra?..
  6. Salam olsun Salam, həyat. Ölümün harda? Ən sonuncu ağacın ən sonuncu budağında. Salam, günəş. Qızmarın harda? Əritdiyim buzlaqlarda Salam, ulduz. İşığın harda? Sevənlərin bəbəyində. Salam, bulud. Yağışın harda? Atılmışın gözlərində. Salam, cığır. Sonun harda? Sənin dayandığın yerdə. Salam, qaya. Ətəyin harda? Çobandan sor. Salam, ağac. Kölgən hanı? Baltadan sor. Salam, otağım. Pəncərən hanı? Bənnadan sor. Salam, ocağım. Bucağın hanı? İstin dəyən hər yerdə. Salam, yatağım. Qucağın hanı? Dünən özün qovladın ki.. Salam, aynam. Əksim hanı? Arxadan tut, əksin orda. Salam, ovcum. Tumarın hanı? Saçlarında. Salam, çiynim. Söykənəcəyin? Salam, qəlbim. Soracağın? Salam, səma. Salam, quşlar. Salam, torpaq, dünya, büsat. Salam, həyat. Ölümün hanı?
  7. если постоянно соблазнять своего мужчину, представляешь что будет?.. )
  8. шор с лавашом и нехре йагы ..... ммм объедение ))) русская невеста сказала
  9. это жидкий сыр. )) бывает и с сильным запахом. но, те, которые мне попадались, были абсолютно без запаха.)
  10. сосед купил кроссовер. щас весь в долгах. семья голодает. детишки за каждую копейку отчитываются перед ним. женщину одну знала, жила в полуподвале, где от сырости астму заработала, а 2 шубы купила. ладно, одну поняли. а вторая зачем?
  11. мораль: мужчина и женщина друг на друга отрицательно влияют. нельзя, чтоб были вместе. надо врозь )
  12. то же самое делает мужчина с ж-ной после свадьбы. с одомашненной как-то легче, особо не напрягаешься, да и знаешь, что никто в ее сторону смотреть не будет. можно расслабиться. и по той же причине оставляют потом ее, уходят к другой - не такая уже привлекательная, не такая страстная, секси. нет былой фигуры, а самое главное не интересна.., предсказуема. Очень редко кто находит в такой ж-не друга и опору.., и не предает уже ее, высоко ценя в ней именно эти качества.. сам же их в ней воспитал. Бывает, конечно, женщина и через 30 лет после свадьбы выглядит такой же молодой, свеженькой, подтянутой. Но это те дамочки. кот.добрую половину суток (если не больше) посвящают себе. А всю утомительную домашнюю рутину вместо них выполняют кухарка, горничная.., за детьми смотрят няни. что хочется современному м-не? Чтоб жена и зарабатывала хорошо, и выглядела на все сто (причем всегда), и по дому все успевала, да и детей сама же воспитала, сопровождая все это улыбкой на лице.... да, и чтоб было с ней о чем беседовать. Такое ни один робот не осилит.
  13. похоронили рядом с сыном, который умер в 36 лет. икисине де рехмет.
  14. O mənimdi Bir dəfə çaşıb qadın doğulmuşuq, Düşünürəm, bəs edər. Özünü ala gözlər sanıb, üstümə qılınc çəkən kədər. Yeknəsək günlərin birində qılıncını dartıb aldım əlindən, qələm elədim, özümə bir sxem cızdım. Ada çəkdim, əlbəttə ki, adamsız. Günəş çəkdim – çox, çox uzaqdaydı adadan Aralarında hava vardı, tutqun bir hava. Ağac çəkdim – 2 dənə. Birini küləklər sındıranda, biri qalsın. Səndəl çəkdim, sahildə gözləyəcəkdi məni. Ütü çəkdim, Sudan yaş çıxacaqdım, qurudacaqdı məni. Koma çəkdim – daxal. Içində sobanı da unutmadım, qışım da oralıqdı axı. Pəncərə çəkdim günəşə baxacaqdım – uzaq, uzaq, lap uzaq olana. Aramızdakı havanı udacaqdım, günəşi özümə yaxın edəcəkdim. Adamda 2 ilbiz – çox nəyimə gərəkdir?! 1 tısbağa – onunla birgə sürünməyi unudacaqdıq. 1 kərtənkələ - mənə yumurta lazımdır. 1 də antrafteli çəkdim. Bu sözün mənasınmı bilmirəm, gedib orda gözümlə görəcəm. Çox oxuyan çox bilmir ki, çox görən... Komada işıq, elektrik, şam-filan olmayacaq. Niyə də olsun ki? Sivil olan hər şeydən qaçıram mən, Qoy alt-üst olsun. 1 də uzun bir çubuq, yer qazmaq üçün. 1 də milçəköldürən – niyə də olmasın? Xörək filan bişirən deyiləm, kərtən-kələm var. Nə? Kələm? Aha, kələm də varmış. Keçi-nərəm. Ba! Keçi də var ki.....deməli, süd də olacaq. Qatıq da tut-a bilərəm. Tut? Demək, bəhməzim hazır. Vəssəlam! Mənə ölüm yoxdu! Sxemi, gizli planımı evin ən sekret yerindən asdım, giriş qapısının üstündən. İndi bu kəmli-kəsərli günlərim üstümə qılıncını çəkəndə O yaratdığımı, o xoşbəxt gələcəyimin müjdəçisini çıxarıb, tuturam gözlərim önünə. O ki var, baxıram. Çox məsud oluram, dəyərli anlar yaşayıram, göz yaşardacaq dəqiqələr, saniyələr. Anlayıram ki, xoşbəxt gələcək mif deyil. O gələcək bir gün gələcək. Sadəcə qapının üstündən asılanı unutmayasan gərək. O ada mənimdir, qaçış yerimdir, çıxış nöqtəmdir. Məni məyus edən tək bircə şey – adanın ünvanını unutmuşam..
  15. İnsan imiş Quşların dilini bilmədiyi üçün onları quşatanla vururdu. Heyvanların dilini anlamadığı üçün ətlərini şişə çəkirdi. Quşlar tappıltı ilə yerə gələndə, kömür parçalarının üstünə damıb cızıldayan piyin iyi aləmi başına alanda da heç eşitmirdi təbiətin naləsini. O ovçu idi. Toruna onlarla balıq düşürdü. Yeyilmək və satılmaqçun. Yeyilib satılmayanları aparıb sahildə basdırırdı. Dənizə qaytarırdı sakinlərini. Canlı alıb cansız qaytarırıdı. O balıqçı idi. Meşə kənarında yaşayırdı. İşi-peşəsi ağacları doğrayıb odun yarmaq, ətraf malıkanələrə daşımaq idi. Ağacları xoşlamırdı, xoşladığı kötüklər idi. Həvəslə özünü basırdı onların üstünə, qeyzlə baxırdı ağaclara, bu qürurlu uzundrazlara, aşağıdan yuxarı. O odunçu idi. Ata-babadan rəncbərlik qalmışdı ona. Gül kollarını kökündən çıxarıb tullayanda, termit yuvalarını dağıdanda heç qımıldanmırdı da. Ona quru torpaq lazım idi, əkib-becərməyə. O əkinçi idi. Timsah dərisindən çox nəfis çantalar qayırıb qadınları sevindirirdi. Vəhşi heyvanların xəz dərisindən əlbisə geyəndə onların gözləri heç kimin yadına düşmür..., kəsilən nəsli heç kəsi düşündürmür. Xəz dəri o qədər yumşaq və gözəldi ki... O sənətçi idi. Ömrü boyu eyni tablonu çəkirdi. Qaranlıq dəlisi idi. Axşamlar çay kənarına gəlib tonqal qalayırdı. Qaranlığa hərbə-zorba gələn tonqalın atəşində simar olurdı hünülər. Hünülərə min lənət oxuyurdu odun estetikasını pozduqlarına görə. O rəssam idi. Həyat deyilən qayığa bir dəfə minir, bir dəfə düşürdü. Gəldiyində “gəldim”, getdiyində “getdim” qrafasına imza atir, ... gələndə ağlayır, gedəndə ağladırdı. Niyə gəlib niyə getdiyini çətib anlayırdı. Əsasən yeyib-içib-dağıtmaqla məşğul olurdu. Nəsə yaratmaqçun cıppılı bir pərinin təşrifinə ehtiyac duyurdu. Etdiyi səhvlərçün cavab verməyi sevmirdi. O insan idi. Vuruşan, boğuşan, döyüşən, didişən, dalaşan, ətiacı birisi.
  16. Səkkizdən səksənə Sağ-sağ-sağ sağsağan. Sübhə sübut – səmalardan sancılmış şəfəqlər. Səhər şəfəqlərində sayrışan saraylar. Sarayda sarkofaq, sarkofaqda steril sarınmış skeletin sarkazmı. Sarkastik sümsük soytarının sirkdə süni səhnəciyi səbəbindən sərzəniş. Sıfırıncı sırada seyrçinin sevinci. Sarı simlərin səssiz sehrinə salınan simalar. Simasız səslər selindən səkdirilmiş sərbəst süita sərgilənməsi. Sinirləri silkələyən sonluqsuz simfoniya. Skrinşotda Stradivari skripkası. Silsilə sənət şedevrləri. Spektral seyrə start. Sakral səmimi sevgilərin snobla suvanması. Snobist sentimental senyorlar sevgi sorağında. Sarsaq sanqvinikin səfeh sevdası. Sevimli sukkubun silləsi – susmağa stimul. Solğun sima, sürməylə süslənmiş süzgün baxışlara simar... Stupor. Sağlam, sığallı siyah saçların sancağı. Səbir, sədaqət – sevgiyə sübut, səadət. Səkkiz – səksənarası seqmentdə semiologiya səyləri. Seyfdə saralmış, silinmiş səhifələr. Sələflərdən salam. Sanskritdə “Simurq sorağında” sərlövhəsiylə. Sait və samitlərsiz saqa – Sfinksin sirri. Sirrsiz-sehrsiz savadlı sərrafın sərvəti – standartdankənar söz. Sofada sini. Sinidə sikkələrin səsi. Solo. Səssiz-sədasız səliqəli sərdabələrdə sakramental səcdələr. Sirişk, sonsuz sitəmə ruhlar süngər. Sovurub suluqlanır. Septik sindromların simptomları siyahisində spiralvari simvollar. Sağlamlığınızdan sədəqə. Simvolları spastik sancılar səpələyən sürrealist saldırqanlıq. Sürr səfalət sınırlarında saniyələr sapla sarınmış, steplerlə tikilmiş. Sualtı sərhədsiz sədəf sultanlığında sabantuy. Skuterdə süst, saqqallı samuray. Solunda sandıq, sandıqda sincab, sağında sake sövqi-təbii sahilə səmt sürür. Sahildə stol. Stolda saçaqlı süfrə. Süfrədə satıl, sərpuc, sərnicdə süd, sirkə, sıyıq, sütül sünbül, səbzi səməni, sərin salxımlar, samovar. Sərsəm Odissey səyyahlarının sərgüzəştləri – Sirseanın sürprizi. Səmərəli səfərlərçün səmt küləyi – salamt qal. Səhra solyarisində səmum, sınmış saxsı səhəngdən saksaula sızan su. Sükunətin sükanı səndə. Gəl sövdələşək, susmasın sakitlik, sevinməsin sual. Sükut sirri siqar kimi sümürür. Stüardessa – səmaların solisti. Soyuqlamış sərvərin sətəlcəmi. Sazaq soyuq sürüşkən sırsıralarını soyundu – sümüklər day sızıldamır. Saralmış sozalmış saplaqlar səkidəki skamyalara səpələnmiş, saksofon səsində. Söyüd, sərv sakinləri – sırtıq sərçələrin sıçrayışlı saltosu. Sınıq-salxaq sönük sobada sürüylə siçan. Sığırın sığınacağa sığınması səbəbindən samurun sakitcə sığınacaqdan sivişməsi. Səbatlı sufinin suçu. Sultana sui-qəsd. Sürgün. Səriştəsiz sərkərdənin səciyyəvi səhvləri – sülalənin sürətlə süqutu. Sünbə savaşı. Sinəsi sipər, sarsılmaz süvari – süngülü silahlardan sərrast güllələr. Sülh sazişləri – savab. Sabiq satıcıların sabotajını saxlayan sivil səhih səylər – sahibkarların siyasəti. Soysuz, soyadsız sadist soyğunçular. Satqın saxta sistemin sərt sıxıcı sınağı. Sıxıntılı subay sadiq sirdaşların sadə sıcaq saqi süfrəsi. Salam söylənildi saqi əhlinə, sitatlar sunuldu. Sürəkli sürədə stop-kadr. Fleşbek. Retrospektiva. Və sairə və ilaxır və hakəza. Son.
×
×
  • Создать...