Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Asuman.

Members
  • Публикации

    81
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Asuman.

  1. Salam) Ardını bu yaxınlarda yerləşdirərəm bəlkə də...
  2. читаю марк леви "следующий раз" и герта мюллер "вдох-выдох"
  3. Olmuş hadisə əsasında..... Bir şəhər təsəvvür edin.Səmasını qara buludlar hörüb,o dərəcədə sıx hörüb ki,günəşin bircə qığılcımı belə onları dələ bilmir.Bu buludlar heç vaxt boşalmır.Günlər aylara çatır ,aylar illərə çatır,lakin bu buludlar nə yağmır nə guruldamır.Əgər məndən necəsən deyə soruşsanız ,təsvir etdiyim şəhər kimiyəm deyərdim.Və əgər həmin şəhərin hündür binalarını mənim mənəviyyatım hesab edin desəm ,nəzərinizə çatdırmaq istəyirəm ki,bu şəhərin binaları yerlə bir olub və əslində bura xarabalıqdır... Mən 21 yaşında subay bir oğlandım. Yəni 3 il bundan öncə. Atam rayon məktəbində müəllim işləyir.Mən isə onun dediyi kimi fərasətsizin biriyəm, heç bir sənətə yiyələnə bilmədim.Dərslərimi çox zəif oxuyurdum. Atam məni asdısa da kəsdisə də ortaya bir nəticə çıxara bilmədim. Mən əsgərlikdən qayıtdıqdan sonra kişi, əkin-biçin üçün torpaq sahəsi aldı və oranın əkin-biçin işlərini mənə tapşırdı. Anam nə qədər etiraz etsə də ,dava –dalaş salsa da atam məni işləməyə məcbur etdi.Əslində özüm etiraz etmirdim.Heç bir işə yaramamışdım,heç olmasa bu yolla kişinin ürəyini dinc edərdim.Həmin gün yay günlərindən biri idi.Mən həmişəki kimi sahəmizdə işləyirdim.Günəş qulac-qulac istilik saçırdı.Sahədə işlədiyimdən bəri dərim qapqara qaralmış, əllərim bel tutmaqdan qabar atmış,bədənim isə heç öyrəşmədiyi ağır fiziki əməkdən haldan düşmüşdü. Hədsiz arıqlamışdım.Anam hər mən evə qayıdanda əlini ağzına tutub”vay balam əldən gedir” deyib başını yelləyirdi.Mənsə gülümsəyib onun alnından öpərdim və sərin duşa tələsərdim.O günlər necə də xoşbəxt imişəm.Amma heyif ki,gözəllikləri,onları itirəndən sonra görürük...Sahəmiz insan gözündən uzaq bir yerdədi.Ətrafda özəl torpaq sahələri var.Amma həmin gün bu tərəflərdə məndən başqa heç kim yox idi.Başım işə necə qarışmışdısa yanımda duran insanın bura hardan ,necə gəldiyini görməmişdim.Birdən mülayim bir səs eşitdim” A bala” Diksinib çevirləndim.Qarşımdakı yaşlı bir kişi idi.Ayaq üstə güclə dururdu.Kənarda isə bir taksi dayanmışdı.Mənə söz deməyə imkan vermədən yaxınlıqda bir kafe olmalıymış, onu soruşdu.Doğrudan da bu torpaq sahələrini keçdikdən sonra,meşə yaxınlığında kafelər vardı.Amma yollar çox dolanbac idi.Qocaya əgər istərsə maşına oturub yolu göstərə biləcəyimi söylədim.Sonra piyada qayıda bilərdim,yol çox uzaq deyildi.Həm də işdən yayınmağa bir bəhanə axtarırdım.Yaşlı adam məmnunluqla razı oldu.Mən taksiyə əyləşib yolu göstərməyə başladım.Amma sürücüyə sağa deyirdimsə sola sürürdü,sola deyirdimsə düz sürüdü.Axırı əsəbləşib “Ay qardaş sən sağ sol bilirsən nədi?” səsimi qaldırdım.Heç qımıldanmadı da.Bir az da keçdikdən sonra meşənin içinə girdik.Məəttəl qalmışdım.Ürəyim sürətlə vurmağa başladı.Maşının qapısını açıb düşmək istəyirdim ki,arxadan çox möhkəm bir alət başıma dəydi.Ani olaraq dəhşətli ağrı hiss etdim.Sonra deyəsən huşumu itirdim...Gözlərimi xəstəxanada açdım.Palatada tək idim.Palatam çox müasir,şəhər xəstəxanalırının palataları kimi idi.Mən də xəstəxana pasientlərinin geyimindəydim.Lakin maraqlı olan o idi ki,bizim rayonda nə belə xəstəxana nə də belə palatalar yoxdu.Bəs mən hardaydım.Cəld qapıya tərəf getdim,qapı kilidlənmişdi.Çığırmağa başladım.Kimsə cavab vermirdi.Otağa boylandım, bu qəribə otağın heç pəncərəsi də yox idi.Yenidən qapını yumruqlamağa başladım.Dəhlizdən ayaq səsləri gəldi.Nəfəsimi qısıb dinlədim.Ayaq səsləri mənim palatımın ağzında kəsildi.Və kimsə qapını açmağa çalışdı.Geri çəkilib yol verdim.Qapını açan həkim idi.Ağ geyimdə, üzündə qoruyucu maskası olan həkim.Heç bir söz demədən içəri keçdi.Özüm suallar yağdırmağa başladım.Bura hansı xəstəxanadı,məni kim gətirib bura? O cavab vermirdi.Mən ancaq onun hündür qamətini və gözlərini görə bilirdim.Qalan hər əzasısı ağ xalatla örtülmüşdü.İlahi! Mən hələ ömrümdə bu qədər ümidsiz gözlər görməmişdim..Sanki bu insanın içində ruh yox idi.Mən -“Getmək istəyirəm” dedim.Yenə reaksiya vermədi.Bayaqdan bəri yanlarına sallanmış əlini qaldırdı.Əlində iynə vardı.”Yox artıq!” dedim.Elə həmin an vaxt itirmədən var qüvvəmlə dirsəyimi üzünə çırpdım.Mənim çarpayımla paralel yerləşmiş çarpayının üstünə yıxıldı.Bilmirdim neyləyim,əlindəki iynəni qapıb onun öz bədəninə saldım.Deyəsən çox qüvvətlə vurmuşdum,İynənin bir hissəsi sınıb ətində qaldı.O yerdə daha artıq durmaq istəmirdim.Dəhlizə çıxdım.Bomboş idi.Dəhliz boyu qaçmağa ,qarşıma çıxan döngələrdən burulmağa başladım.İlahi bura haradı belə!Hər yer ancaq dəhliz və palatalar idi.Nə giriş vardı,nə çıxış.Başım fırlanırdı.Durduğum yerdə hər iki tərəfdə palatalar vardı.Qapıları açmağa çalışdım.Amma hər biri kilidlənmişdi.Palatada vurduğum həkim yadıma düşdü.Dəyəsən onda açarlar vardı.Tez otağıma geri qayıtdım.Həkim ölmüşdümü yatmışdımı bilmədim.Amma tərpənmirdi.Əllərim əsə əsə ciblərini axtardım,açarları tapdıqdan sonra yenidən dəhlizə çıxdım.Burada cəmi 3 açar vardı.Qapılardan birinə yaxınlaşdım,elə ilk yoxladığım açarla da qapı açıldı.Elə bilirdim ürəyim elə indicə yerindən qopacaq.Otaq eynilə mənim palatam kimi idi.Həm də çox soyuq idi.Hətta deyərdim dondurucu kimi.4 çarpayı vardı.Çarpayıların üstündə üzərləri ağ parça ilə ortülmüş 4 insan vardı.Yəni mən onları insan bildim.Və birinə yaxınlaşıb parçanı qaldırdım.İndi də yadıma gətirəndə içim bumbuz olur.Çarpayıda ağappaq ,əhəng kimi ağarmış bir üz gördüm.Mələfəni bir az da aşağı saldıqda qanım damarımda dondu,bu yazıq meyidin heç bir orqanı yox idi.Sadəcə parçalanmış boş bədən.Başım necə hərləndisə yerə oturdum.Və içimdə nə vardısa hamısını qaytardım.Allahdan o an tək istəyim bu murdar yerdən qurtulmaq idi.Otaqdan çıxıb dəhlizlə qaçmağa başladım.Ağlayırdım.Əsirdim.Çıxışın bu otaqlardan birində ola biləcəyini zənn edib qapıları bir bir yoxlayırdım.Amma hər otaq içalatı çıxarılmış meyidlərlə dolu idi.Dəhlizin sonunda balaca bir qapı gördüm.Və o qapını açmağa çalışdım.Amma palataları açdığım açar bu qapını aça bilmədi.İkinci açarı sınadım,alınmadı.üçüncü açar isə qapını açdı.Gözlədiyimin əksinə olaraq bura palata deyildi .Qarşıma aşağıya doğru gedən pilləkən çıxdı.Ürəyim ümidlərlə doldu.Deyəsən yolu tapmışdım.Pilləkənlə aşağıya endim.Yenə də bir dəhlizə çıxdım.Amma burada çoxlu insan vardı.Normal xəstəxanalardakı kimi.Tibb bacıları,həkimlər, sanitarlar.Hərə öz işində idi.Bircə pasientlər yox idi.Birdən yanımdan keçən solğun üzlü tibb bacısı mənə diqqətlə baxdı.Gözləri bərəldi,sanki canlı meyid görürdü.Məni itələyib pilləkənin olduğu otağa saldı.Qapını bağladı.”Sən necə gəldin bura”- deyə vahiməli səslə soruşdu.Mənimsə beynimdə o qədər sual vardı ki,bilmirdim nə deyim ,nə soruşum.-Bura haradı deyə bildim.-Bilmirdim bu tibb bacısına inanım ya yox.Onun isə gözləri dolmuşdu.”Səni öldürmədilər?”- deyə soruşdu? “Sən axı ölməliydin”-Bura haradı? Yenə soruşdum.Cəhənnəmdi cəhənnəm dedi və hönkürdü.Amma səsini qısmağa çalışırdı.Yəni doğrudan cəhənnəmdi qorxa-qorxa soruşdum.”Yox ay axmaq .bura daha dəhşətli bir yerdi.Bilmirəm hardayıq.Məni də sənin kimi oğurlayıb gətiriblər.Burada sağlam insanları,hətta uşaqları bizə öldürtdürüb orqanlarını çıxarırlar,sonra isə bizim də bilmədiyimiz yerlərə aparırlar.Mənim xəstəliyim olduğu üçün burada işçi kimi saxlayıblar.Burada gördüyün hər kəs qurbandı.Sağ qalanların isə sadəcə orqanları yararsız olduğu üçün öldürülməyiblər və işçi kimi çalışırlar.Biz çox dəhşətli işlər görürük.”O danışdıqca ağlayırdı.Mən eşitdiklərimdən şok olmuşdum.Ona həkimi necə vurduğumu və buranı necə tapdığımı danışdım.O başını yelləyirdi və buradan qaçış yoxdu deyirdi.İçimə ümidsizlik çökmüşdü.Tibb bacısı məni orda saxlayıb otaqdan çıxdı.Mənsə bilmirdim nə edim.Çıxışı tapa biləcəkdimmi.Birazdan məni də axtaracaqdılar.O vaxta kimi qaçmalıydım.Amma necə? Olduğum yerdən pilləkənlərlə yuxarı qalxdım.Öz palatamı tapıb içəri keçdim və qapını kilidlədim.Həkim yenə də olduğu vəziyyətdə idi və tərpənmirdi.Əlimlə yoxladım bədəni istiydi,deməli sağdı-deyə düşündüm və buna sevindim.Onu şillələməyə və ayıltmağa çalışırdım.Amma ölü kimi yatmışdı.Dəyəsən mənə vurmalı olduğu iynənin təsirindən idi.Ciblərini eşdim, heç bir şey yox idi.Tək əlacım həkimin ayılmasını gözləmək idi.Hardasa daha iki saat vaxt keçdi.Həkimi oyatmağa çalışdım.Və o yavaş yavaş gözlərini qırpmağa başladı.Mən daha da ürəklənib bərk sillələdim,o ayılırdı. Dərhal onun ağzını tutub qulağına pıçıldadım ki mənə kömək etməlidi,yoxsa ölər. Özümü filmlərdəki canilər kimi hiss edirdim. Əslində isə çox qorxurdum. O heç bir şey ifadə etməyən baxışlarla mənə baxır və sanki onu öldürməli olsam belə heç bir reaksiya verməyəcəkmiş kimi görünürdü mənə.Yox,mənim onu öldürmək fikrim yox idi.Olsaydı belə bacarmazdım.Bacarsaydım belə bu günahla yaşaya bilməzdim.Mənim tək istədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi. DAVAMI VAR........
×
×
  • Создать...