Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Asuman.

Members
  • Публикации

    81
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Asuman.

  1. 18 və 19. 18 də kim təsvir olunub bilmirəm,amma çox məsum üzdü 19dan fərqli olaraq.Sonda yəqin ki,deyərsiz o kimdi)
  2. Mən...Mən hər şeyi olan və heçnəyi olmayan biri.Mən,pulun,dostların,qızların,gecə həyatının xoşbəxt edə bilmədiyi biri...Mən..........Zəngin ailənin yeganə oğlu...Evə gəlib-gedənlərin pıçıltıyla “o uşaq tam deyil” dediyi biri... Piano...Balaca barmaqlarım iri piano dillərini yalayarkən xoşbəxtliyi udum udum içinə ötürən biri... Hər bazar günü evimizdə ziyafət olurdu.Heç bir səbəbsiz.Hər bazar eyni şey təkrarlanırdı.Qonaqlar gəlirdi.O qonaqlar ki,onların bizim evə niyə dəvət olunduqlarını anlaya bilmirdim.Onların üzündəki suni gülüşü valideynlərim necə fərq etmirdi?! Gözləriylə evimizin hər bucağını analiz edən baxışlarına necə görə bilmirdilər?! Ərlərinin yanında belə atama cilvə ilə baxan qadınları anam sezmirdi mi?! Bizim iri qonaq otağımız aşağıda-mənim otağım olan mərtəbədə idi.Mən onların səsini eşitməmək üçün otağıma qapanır,var gücümlə cılız barmaqlarımı piano dilərinə sıxırdım.Ətrafa səpələnən gur musiqi şənliyi alt-üst edirdi.Atamın qapını yumruqlamasından ,qəzəbindən də çəkinmədən davam edən bir... O əsəbləşəndə anama tez-tez “sən bir xəstə doğmusan”-deyirdi...Sonra qalın sarı saçlarının içindən alnına sızan təri silib ,əlini yelləyib gedirdi.Onlar sonralar qonaqları ikinci mərtəbədə yerləşdirirdilər...Və beləcə mənim pianomun səsindən qurtulurdular.Beləcə illər keçdi... Amma bir gün də düşünmədilər ki,heç gülməyən bu balacanın daxilində...lap dərində ,balaca ,çox balaca ,heç görünməyən qara nöqtə var...Onun bütün hisslərini udan qara nöqtə...Onlar heç düşünmədilər ki,bir insanın bütün arzularını yerinə yetirərkən onu bədbəxt etmək olar.Hələ balaca ikən yoldaşlarımın aylarla istəkdən sonra onlara alınan xırdaca bir çin oyuncağına sevindiklərini gördükdə içimi həsəd burulğanı dağıdırdı.Mənim oyuncaqlarım onlarınkından dəfələrlə çox idi.Lakin onların heç biri diqqətimi bir gündən artıq çəkə bilmirdi.Və beləcə böyüyənədək valideynlərim mənim hər istəyimi saatlar içində reallaşdırdıqca ,içimdə çox kiçik qara nöqtənin olduğunu fərq etdim.Hər reallaşan arzuyla onun dartı qüvvəsi daha da artırdı.Mən sevinə bilmirdim,mən gülə bilmirdim.Yeniyetmə və gənclik illərində yanımdan ayrılmayan qızlara isə daha çox nifrət edirim.Onların hər birini qürursuz hesab edirdim.Onlar küçədəki toz qədər əlçatan idilər.İstəyirdim hər hansı biri mənə yaxın durmasın.Mənə fikir verməsin.Kifir belə olsa o qız mənə hansısa emosiyalar yaşada bilərdi... Sadəcə musiqi.O məni xoşbəxt edirdi.Çünki mən musiqi sahəsində zəif idim.Atam musiqi ilə məşğul olmağımın əleyhinə olduğu üçün,yalnız musiqi məktəbində öyrəndiklərimlə kifayətlənməli olurdum.Məktəbdəki fənlərin hər biri üzrə özəl müəllimlərlə məşğul olurdum.Musiqi ilə isə tək idim.Kimsə bu işə qarışmırdı.Piano dillərini barmaqlarıma tabe etməkdə əziyyət çəkirdim.Buna görə də musiqini sevirdim,hər şeydən çox.Onu fəth etmək ləzzətli idi... İllərlə daxilimin ənginliklərində keçirdiyim səyahətdən sonra anladım ki,insanlar həyatda nə edirsə emosiyalar yaşamaq üçün edir...yalnız emosiya...Bu qədər sadə...Lakin kimsə bundan danışmır ...Hər əməl bir örpəyə bürünüb. Məhz bu tələbatımı ödəmək üçün hər gün evdən çıxır,sadə insanların arasında dolaşır, onların dalınca düşür,evlərinin içinə qədər getmək istəyirdim. Bəzən işdən ,dərsdən evə tələsən qadınlar mənim dallarınca düşdüyümü fərq edirdilər.Onların qorxduğunu sürətlənən addımlarından,əllərini telefona atıb qardaşlarına,ərlərinə edilən zənglərdən və mənim eşitməyim üçün qaldırdıqları səs tonundan hiss edirdim.Kişilər isə çox zaman məni fərq etmirdilər.Və qeybdən çıxan bir insanın,çox vaxt da “qonşunun” onların evlərinə girməsi çətin olmurdu.Bu həyatda musiqidən savayı mənim zövq aldığım yeganə məşğuliyyət bu idi.Yad insanların evlərinə girmək.Hər gecə küçələri dolaşarkən evlərin dəbdəbəli və ya çox sadə çılçıraqlarından sızan işıqlara saatlarla tamaşa edir,həmin evlərin içində olanları təsəvvür etməyə çalışırdım.Bəlkə də hansısa otaqda hansısa balaca sabahkı dərsin həyəcanını yaşayır və ya hansısa otaqda qadın məşuquyla sevişir və ya övladlarının atıb getdiyi tək qadın televizorla baş-başadır və heç onu dinləmir.Ekrandakı görüntüləri göz yaşları izləyir...Və beləcə mənim təsəvvürlərim yad evlərin içində sırtıqcasına dolaşırdı.Bəlkə də mən bu evləri təsəvvürlərimlə çirkinləşdirir və ya bakirlik qatırdım.Mən indi də izah edə bilmirəm,mən heç kimə izah edə bilmirəm,əsaslı səbəb tapa bilmirəm bu məşğuliyyətə... Bir gün də beynimdə yenə piano ...bu dəfə həzin...Bethoven barmaqlarını piano dillərinə sürtür...Mənim üçün sadəcə musiqi..Ətraf lal olub...Və qarşımda evlərinə tələsən ana oğul...Uşaq başını qaldırıb anasına baxır və durmadan nəsə danışır.Mənə elə gəlir beynimdə var gəl edən musiqi onun dilindən çıxır.Mən özümdən ixtiyarsız onlara həddən artıq yaxınlaşıram.Və ayağım ananın ayağına ilişmiş olur.O diksinib mənə baxır.Mən bir söz demirəm.O oğlunun əlindən yapışıb sürətli addımlarla məndən uzaqlaşır.Onlar uzaqlaşdıqca musiqinin də səsi batmağa başlayır.Gözlərimin içinin qaynarlaşdığını hiss edirəm. Mən demək olar ki qaçaraq onlara yaxınlaşıram.Ana mənə tərəf çevirlənib...gözlərinin bərəldiyini dodağının əsdiyi görürəm.O nə isə soruşur.Mən eşitmirəm .Sonra balacaya baxıram.O gözlərini ətrafda gəzdirir.Mənə baxmaq istəyir.Lakin gözləri məni nişan ala bilmir.Qeyri-müəyyənliyə baxdığını görürəm.O ağzını açıb nəsə soruşur,musiqi gurlaşır.Sonra əlini uzadıb mənə toxunmaq istəyir.Əli əlimə yapışır.Əlimi balaca barmaqları ilə nəzərdən keçirir.Onun əllərinin soyuqluğu qaynar əllərimə cərəyan kimi təsir edir.Bu an sanki ayılıram.Yanımızdakı yoldan şütüyən maşınların,ətrafdakı insanların səsini eşidirəm.Sən demə palçıqlı gölməçənin içində durmuşam.Əlləri əlimdə olan balaca isə gölməçədən bir millimetr kənarda durub və ayaqqabılarını batırmayıb.Mənsə şalvarımın ətəklərinə kimi palçığa bulanmışam.İxtiyarımı qeyb etdiyimə təccəblünərəm.Bütün bunlar bir neçə saniyə içində baş verdi.Palçığa baxdıqdan sonra balacanın yaşıl gözlərinə baxmaq ürəyimə sərin su səpələdi. Uşağın gözləri üstümdəydi,amma durmadan obyektini itiridi. -Balaca , sən görmürsən? Bu sual bəlkə də çox kobud səsləndi.Amma mənim təəccübümə rəğmən onun təccüblənməsinə səbəb oldu -Görürəm.İcazə versəniz sizi də görərəm-O əllərimi aşağı dartdı,oturmağımı,boyumuzun bərabərləşməyini istədi.Mən ayaqlarımı yığıb aşağı əyildim.O xırda,zərif əllərini üzümdə gəzdirdi.Saçlarımı,gözlərimi ,ağzımı ,burnumu barmaqlarının ucuyla nəzərdən keçirdi -Aha .Deməli sən belə görürsən?Onun əlləri dodaqlarımın üstündə idi.Mənim içimdən həmin an bu balaca əlləri öpmək gəldi.Və onları dodaqlarıma sıxıb öpdüm. - Siz də belə görürsünüz.Anam da belə görür...O əlini üzümdən çəkib anasının əlindən yapışdı.Bəlkə də anası onun əlini dartdı.Mən fərq etmədim.Elə bu an ayağa qalxıb anası ilə göz-gözə gəldim.O şübhə ilə mənə baxırdı -O niyə elə fikirləşir ki,hamı belə görür? -Mən bu sualdan özümü saxlaya bilmədim. - Mən bilirəm sizi Natiq göndərib.Ona deyin ki,mən pulu çatdıracam.Uşağımdan kənar durun.Allahınız olsun!-O danışa-danışa ağlayırdı.Göz yaşlarını boğmaq istəməsi onu daha da yazıq göstərdi.Əlbəttə ki,mən bilmirdim o kimdən danışır.Mən onun dediklərini inkar etmək istəyirdim ki,o yenidən -Qaytaracam,Vallah qaytaracam –dedi və çevirlənib oğluyla birgə sürətlə məndən uzaqlaşdı.Balacanın ayaqları dolaşırdı.Mən istədim onlara yaxınlaşım.Lakin fikrimdən daşındım.Bu bir neçə dəqiqəni unutmağa çalışdımsa da,fərq etdim ki,qeyri-ixtiyari olaraq onlar fikrimdən çıxmır.Və heç keçirmədiyim hisslər sardı ruhumu.Görməyin nə olduğunu bilməyən bir insan idimi mənimlə bayaq danışan.Ehtiyac içində çırpınan iki mələk idimi onlar?!Yoxsa heç onlar olmayıb,bu mənim təsəvvürümün oyunlarıdı...Mən evə getdimsə də, saatlarla musiqi ifa etdimsə də,dostlarımla səhərə qədər içdimsə də o balacanı,o ananı unuda bilmədim.Onlarda necə bir doğmalıq var idi... Və səhəri gün mən onları yenidən görəcəyim ümidi ilə həmin yerə getdim.Saatlarla orada dolaşdım,lakin onlar görünmədilər.Sabahı gün yenə...sonra yenə..sonra yenə.Düz bir həftə sonra - bazar günü onları tapdım. Daha doğrusu ananı,o tək idi.Məni görüb dayandı. -Mən hər gün burda sizi axtarmışam.Dediyiniz Natiqi tanımıram.Mən elə belə... -Bilirəm –o dedi -Bəs nə lazımdı sizə?İnanmıram ki,mən sizin xoşunuza gəlim.Mənim nə qəşəngliyim nə də baxımlılığım var. Mən cavab tapa bilmirdim.Susmağımla şübhə yaratmış olurdum.Sonucda cümlələri qıra -qıra: -Məni gözəllik maraqlandırmır-dedim O istehza ilə gülümsündü. Mən həmin an qurub-quraşdırdım. -...Mən müəlliməm.Musiqi müəllimi.Kor uşağa musiqi öyrədə bilsəydim,nə isə etmiş olardım həyatda -Siz məni ələ salırsınız?Mənim üst başımdan,cırıq çəkmələrimdən görünmür ki,mənim müəllimə verəcək pulum yoxdur.Həm də mənim oğlum çox balacadır.Onun cəmi 6 yaşı var.Yazmağı belə bacarmır... -Mən öyrədərəm.Hər şeyi ona öyrədərəm.Pul lazım deyil. -Niyə bunu eliyəsiz ki? Əgər məndən “nə isə” gözləyirsinizsə,çox yanılırsız... -Dedim axı siz məni maraqlandırmırsınız...e ...yəni mənim arzum olub kor insanı həyata qaytarmaq,ona rəngləri göstərmək,həyatı dadırmaq.İndi isə açılmamış qızılgül təki bir uşağı yetişdirə bilərəm.İcazə verin ,xahiş edirəm! - O kor olduğunu bilmir - Mən anladım.O elə bilir ,hər kəs belədi,hə? -Hə... -Yəni .....Bunu təsəvvür etmək belə çətindi -Vaxtı gələndə öyrənər.Atasını itirənə qədər balaca idi,zatən anlaya bilməzdi korluğu.Sonra isə mənim ona yazığım gəldi,ata həsrətinin üzərinə görmək həsrəti qatılsa ,düşündüm,uşağım darmadağın olar... -Əvvəl-axır biləcək.Gizlətməklə haqsızlıq edirsiniz - Mənə qulaq asın,siz pis insana bənzəmirsiz.Gələ bilərsiniz bizə.O da məndən savayı kiminləsə ünsiyyətdə ola bilər.Amma bir şərtim var.Ona heç vaxt heç bir halda kor olduğunu deməyəcəksiz.Heç vaxt! Sadəcə bu şərtlə evimizə girə bilərsiz. - Narahat olmayın.Mən ona bu barədə heç nə demərəm...Yəqin evə gedirsiniz? O heç nə demədi və yoluna davam etdi.Mən də bunu evlərinin yeri ilə tanış olmaq üçün razılıq kimi qəbul etdim.Və biz həyət evlərindən birinə yaxınlaşdıq.Ev mənim gözləntimin əksinə kiçik ev deyildi.Kifayət qədər ərazini tuturdu.İçinə girdikdə isə kasıblıq öz üzünü göstərdi.Evdən rütubət qoxusu gəlirdi.Bütün əşyalar nimdaş idi.Evdəki köhnə divanın yayları çıxmışdı ,divanın şəkil qoymaq üçün olan gözlüyündə Stalinin şəkli dururdu.Bu məni güldürdü.Hələ də onun şəklinin mövcud olduğu evlər varmış.Ola bilsin o orda illərlə dururdu və kimsə onu götürmək istəmirdi.Nə dəyişəcəkdi ki.Bu evdə 90lar hökm sürürdü... Balacanı evdə görmədim - O hardadı? -Qonşuda.Gözləyin onu gətirim.Heç bilmirəm sizin gəlişinizə sevinəcək ya yox Mən onlar gələnə kimi evi nəzərdən keçirirdim.Buradan nimdaşlıq tökülsə də mənim marağıma səbəb olmuşdu.bir neçə dəqiqədən onlar gəldilər.Mən divanın oturmaq mümkün olan hissəsində oturdum.Anası da balacanı gətirib yanımda otuzdurdu -Sənin müəllimin olacaq oğlum.Salam ver -O əlini mənə uzatdı.Yenə də qeyri müəyyənliyə baxırdı.Mən də əlimi uzadıb onun əlini sıxdım və gülümsündüm.İstəyirdim o bunu görsün.Görə bilməzdi...O yenə əlimi nəzərdən keçirdi.Və heyranlıqla qışqırdı -Mən sizi görmüşdüm.Sabah görmüşdüm. Anası müdaxilə etdi -Oğlum sabah yox,dünən.Sabah hələ gəlməyib-O gülürdü.Mənə baxıb dedi: -Həmişə qarışdırır -Hə dünən -Dünənlərin birində...Düzdür biz görüşmüşük.Mən sənə musiqi öyrədəcəm.Tanış olaq? Adın nədir? -Vakif...O belə də dedi .Vakif... Xırıltılı səsi adına daha da şirin ahəng qatdı -Mənim də adım Ağa... Anası: -Ağa müəllim deməlisən ,oğlum -Qoy elə Ağa desin....müəllimsiz -Aga...Vaqif dedi və gülümsündü.Və adımı dəfələrlə təkrarladı. Beləcə rəngin nə olduğunu bilməyən balaca həyatıma göyqurşağı çəkirdi.Mən hər həftəsonu onlara tələsirdim.Həftənin qalan günləri anası bilmədiyim bir evdə xadiməlik edirdi.Vaqifi də özü ilə aparırdı.Mən bütün həftəni Vaqifin ifa edə biləcəyi uşaq mahnıları tapır,həftə sonları isə onun üçün aldığım pianoda ifa etməyi öyrədirdim.Təccübümə rəğmən onun elə güclü hissiyatı və yaddaşı vardı ki,piano dillərinin səsini günlər ərzində əzbərlədi.Dinləyərək çala bilirdi.Və mən ona notları öyrətdiyimdə təccüblənirdi.Mən isə daha da mükəmməl ifa etmək üçün notları öyrənməyin vacib olduğunu ona başa salırdım.Halbuki özüm də buna inanmırdım.Sənəti istedadlar yaratmadı mı? Digərləri isə,istedadı olmayanlar sənəti öyrənməyə məcburdur.Vaqif isə istedadlılardan idi. Onlarda olduğum günlərdən birində o,günorta yuxusundan doymurdu.Anası nə qədər çalışdısa da onu oyada bilmədi.Hətta hər zaman mənim kimi həftəsonlarını səbirsizliklə gözləyən balacanı mənim gəlişim də oyatmadı.Mən piano arxasında oturub Mozartın Türk Marşı əsərini ifa edirdim.Barmaqlarım dillərin üzərində qaçışırdı.Musiqinin daxilinə varıb Vaqifin anası Gülzarın mənə nə vaxt yaxınlaşmasını hiss etməmişəm.Bir anda onun əllərinin boynuma sarıldığını hiss etdim.İfa etməyi davam edirdim.O dodaqlarını qulağıma yaxınlaşdırıb -Çox şən mahnıdı.Sən musiqinlə evimizə rəng gətirdin...Mən boynumu yana çəkdim,əlimi saxladım.Gülzarı heç vaxt bir qadın kimi nəzərdən keçirməmişdim.Onun bu dərəcədə yaxınlaşması məni təlatümləndirirdi.Bu arada Vaqifin çarpayısından qalxıb yüyürərək gəldiyini eşitdik.Gülzar əllərini boynumdan çəkdi.Vaqif qaçarkən mənim , olduğu yerdən kənara çəkib üstünə notlar olan vərəqələri qoyduğum stula ilişdi.Yalın ayağı möhkəm dəydi.O ayağını əliylə tutaraq ufuldaya-ufuldaya tək ayaqla mənə yaxınlaşdı -Ağa yenə çal o mahnını...bayaqkını Mən yenidən ifa edirdim.Və gözümü ondan çəkmirdim.O,necə də sevinirdi.Necə də gülümsəyirdi. -Mən bitirdikdən sonra əlimdən yapışdı. -Mənə də öyrət Aga -Bu sənin üçün çətin olacaq.Vaxtı gələndə öyrədərəm balaca.-mən dedim O ,deyəsən məndən incidi.Mən qalxdım.Qalxdığım kimi piano arxasında oturdu.Anası çay içməyi təklif etdi.Mətbəxə keçdim.Elə bu an piano səsləndi.Elə səsləndi ki,çayı ağzıma apara bilmədim.İnanmadım Vaqifin çaldığına.Əsəri bir dəfə eşitməklə elə dəqiq çalırdı ki.Anası hönkürtü ilə ağladı.O ağlaya ağlaya başını sinəmə qoydu. -Mən heç vaxt bilməyəcəkdim onun istedadı var.Nə yaxşı ki,Siz girdiz həyatımıza -İstedad gizlənə bilməz.Mən olmasaydım belə nə vaxtsa o bu işlə məşğul olacaqdı-Mən onun başını sinəmdən ayırdım və otağa tələsdim.Vaqif yarımçıq bitirdi -Ardını da öyrət Ağa ,mən bacarıram.Bura kimi yadımda qaldı... Biz həmin günün sonuna kimi Mozartı ifa elədik.Vaqif çox xoşbəxt idi.Növbəti həftələrin birində isə o barmaqlarını pianodan ayırıb dedi -Sən mənim atam olmaq istəyirsən? Mən sualdan diksindim.Elə bizi müşahidə edən anası da -Vaqif o nə sualdı?!- sərt səslə soruşdu -Sabah.. dünən Ağa bizə gələndə Sədifə xala gülə gülə dedi ki,Vaqif ,təzə papan gəldi,qaç evə.Ağa ,mən istəmirəm sən mənim atam olasan.Mənim öz atam var.O göydə yaşasa da həmişə mənim atam olacaq. Onun sözlərinin mənə toxunduğunu gizlədə bilmərəm.Mənim həqiqətən də onun atası olmaq fikrim yox idi.Lakin onun mənə ata qədər bağlandığını sanmışdım.Və bu hissələr mənə həzz verirdi.Sən demə o,heç vaxt mənə atası kimi baxmayıb.Bunu hiss etdirməmək üçün gülərək və əlimlə onun saçlarını qarışdıraraq dedim - Vaqif,mən sənin dostunam.Bunu yadda saxla,dostun! Bundan sonra da mən və anandan başqa heç kimin sözünə fikir vermə. Vaqif heçnə demədi və ifasına davam etdi.Anası mətbəxdə qonşularından gileyləndi,hamının mənim onun məşuqu olduğumu düşündüyünü söylədi. Gecə düşmüşdü Vaqif yatdı,mən isə dostlarımın yanına restorana getmək istəyirdim.Sağollaşıb çıxdıqda Gülzar əlimdən yapışdı və əlimi qoxlaya qoxlaya öpməyə başladı.Mən bilmirdim bu narahat vəziyyətdən necə qurtulum.Onun xətrinə də dəymək istəmirdim ,onunla yaxınlıq da etmək istəmirdim.Bunu heç istəmirdim.Onun gözləri alışıb yanırdı,üzü pörtmüşdü.Məni özünə tərəf dartırdı -Gülzar,bağışla,bacarmıram..... Nə dərəcədə kobudluq idi,bilmədim,amma mən əlimi onun əlindən çəkib evdən çıxdım.Əgər mən Gülzarla yaxınlıq etmiş olsaydım bir də Vaqifin üzünə baxa bilməyəcəkdim.Axı o qadını sevmirdim,heç ondan xoşlanmırdım da.Nəticədə onu istifadə etmiş olacaqdım.Vaqifə bunu edə bilməzdim.O uşaq mənim mələyim idi,onu kirləndirə bilməzdim. Son hadisə məni çox təəsüfləndirdi.Günah məndə deyildi.Mən Gülzarın mənə yaxınlaşmağına zəmin yaratmamışdım.Və o hadisədən sonra həftə həftə dalınca ötürdü,mənsə onlara gedə bilmirdim.Vaqif üçün çox darıxırdım.Onunla söhbətlərimiz,dərslərimiz üçün....Amma ayağımı evlərinə basa bilmirdim. Mən getmədim ...Üç ay oldu.Həyat yenə monotonlaşdı.Rənglər yenə solurdu.Məni ən çox təssüfləndirən Vaqiflə sağollaşa bilməməyim oldu.Bir də ki...özümə söz vermişdim günlərin birində ona günəş haqqında,göy qurşağı haqqında,rənglər haqqında danışacam.Onun zülmətini siləcəm gözlərindən.Onu da bacarmadım.Gülzarı isə qınayırdım.Getdikcə,Vaqif üçün darıxdığım qədərincə Gülzara da nifrətim yaranırdı. Atamın ofisində işləməyə başlamışdım.Bir gün işdən qayıdanda parkda keçmiş dostumla rastlaşdım.Söhbət etməyə başladıq.Söhbətimizi təcili yardım maşınının signalı kəsdi.Parkın qarşısındakı yolda sıx tıxac var idi.Sürücülərdən heç biri maşınını çəkməyə tələsmirdi.Təcili yardım sürücüsü isə bağırırdı.Yolu açmaqları üçün bağırırdı.Ağır xəstələrinin olduğunu söyləyirdi.Nəhayət maşınlardan bir neçəsi aralandı.Sürücülərdən biri maşından çıxıb digərlərini insanlığa səsləyirdi.Axır ki,yol açıldı və təcili yardım maşını şütüyüb getdi. Mən dostumla vidalaşıb evə getməyə hazırlaşdım.Yenə Vaqifi ilk gördüyüm yerdən keçirdim.Qarşıda çoxlu insanın yığıldığı marağımı çəkdiyi üçün yaxınlaşıb kütləni araladım ,yer qan gölməçəsinə dönmüşdü.Bir it ölüsü var idi yerdə.İnsanlar əlləriylə açılmış ağızlarını bağlayıb vahimə içində izləyirdilər.Bir itə görə insanların belə təəssüflənməsinə təccübləndim. -Niyə ölüb bu it? Onlardan birindən soruşdum - Bir uşağı parçaladı elə burda.Uşağı güclə qurtardıq.Nə qədər döydüksə iti ,o da öldü Eşitdiyimə çox pis oldum.Vaqif gözümün qabağına gəldi.Bütün uşaqlarda onu görürdüm -Uşaq necə idi? -Necə olacaq,parça –parça oldu zavallı Ürəyimdən sual keçdi,soruşmaq istədim kor idimi uşaq? Soruşmadım .Bəlkə hə deyəcəkdi.Hə desə nə olacaqdı...Mən həmin an keçinərdim,ruhən keçinərdim.Nə edəcəyimi bilmədim.Bu Vaqif ola bilməzdi.Onun nə işi ola bilərdi tək burada.Anası onun əlini buraxmaz.Özümü sakitləşdirməyə çalışdımsa da ürəyim sürətlə vurmaqda davam edirdi,başım dumanlanırdı.Mən gedib görmək qərarına gəldim,evə yox,xəstəxanaya.Yolda da zamanım olacaqdı.Əgər o uşaq Vaqifdisə yaşamağa bir az zamanım qalacaqdı.Taksilərdən birini saxlayıb xəstəxanaya sürdürdüm.Maraqlanıb lazımi şöbəni tapdım.Ayaqlarımı boş atırdım,sanki onlarla kilometr yol qaçmışam və ayaqlarım haldan düşüb.Qalstukumu tamamilə boşaltdım,bədənimi tər yuyurdu. Bildiyimə görə uşağı əməliyyata götürmüşdülər.Dəhlizdə Gülzarı axtardım.Hər gördüyümün o,olmaması qanadlarımı qaldırırdı.Tam əmin olmaq üçün yuxarı mərtəbəyə qalxdım.Dəhlizləri dolaşarkən orada oturan Gülzarı gördükdə dünya başıma hərləndi.Yıxılmamaq üçün divara söykəndim,nəfəsim kəsilirdi.Gülzarı çağırmağa belə gücüm qalmamışdı.Mənim Vaqifim hansısa küçə itinin dişlərinə mi qurban getmişdi?!Nəyə görəsə özümü günahlandırırdım.Onun yanında olsaydım ,bəlkə belə olmazdı.Bu fikirlər başımda dolaşarkən ayaqlarım tam boşaldı və sürüşdü,yerə yıxıldım və güman ki huşumu itirdim. Naşatır spirtinin ürpədici qoxusuna ayılmağa başladım.İçimdən kaş bunlar hamı yuxu olardı arzusu keçirdi.Ağzımda barmaqların gəzişdiyini hiss etdim,sonra üzümdə ,saçlarımda,sonra isə xırda yaş dodaqlar yanağımı öpdü.Bu Vaqifin əlləri idi.Sonra onun səsi gəldi.O gülə gülə danışırdı -Elə bildim ölmüsən Ağa.-O sevincindən gülürdü. Mən qalxıb oturdum.Ətrafı nəzərdən keçirdim.Gülzarın yaşarmış gözləriylə tənləşdi gözlərim.Nə olub sənə? Mən kəkələyə kəkələyə -Bəs it? Va..qif? Gülzar başını yelləyirdi.Biz Vaqifin gözlərini göstərmək üçün həkimə gəlmişik.O artıq hər şeyi bilir.Sənin arzunu həyata keçirdim,Ağa.Ona rənglər,günəş,ulduzlar barədə danışdım...
  3. Asuman.

    Ordan-burdan

    Mən dedim axı siz fikrinizi dəyişməyəcəksiniz.Əmələ bəraət qazandırmaq üçün variantlar çoxdur.Sevginin məğzində hörmətsizlik varsa bu nə sevgidir mən anlamıram?! Böyük olmaq çətin işdir. Nə isə.Özünüz bilərsiz.Mən öz vəzifəmi yerinə yetirdim.Hər kəs səhvini qəbul edib düzətmək iqidarında deyil
  4. Asuman.

    Ordan-burdan

    O qədər də deyilik yəni))) AR yazıldığını bilirəm.Bu filankəsov A.A.ya bənzəyir.AR yazmaq hörmətsizlik deyil."Az-da" tamam başqa bir şey,dediyinizə aidiyyatı yoxdu. Vətənpərvər anlayışını necə gözümdən salıblarsa...Mənim "vətənpərvər" olmaq fikrim də yoxdu.Mən EVİMƏ hörmətsizlik istəmirəm
  5. Asuman.

    Ordan-burdan

    Əslinə qalsa mən heç kimin fikrinə müdaxilə etmirəm.Hörmətlə yanaşıram,razılaşmasam belə.Mövzu Azərbaycan olunca susa bilmədim.Çünki buradan bir çoxu gəlib keçir.Və heç kimin bunu deməməsi utandırıcı olardı.Qaldı ki,Azərbaycanı tam görməmək filan... Bunu adından niyə çıxmalı? Siz də ONU bir balaca ixtisara salmış və kiçiltmiş olmursunuz mu? Həm Azərbaycan qonşu Dilarə deyilki,Diliş,Dila deyək....bağışlayın...Fikirlərimi hörmətsizlik kimi qəbul etməyin.Çox şeyə susa bilərəm.Amma bu hala yox
  6. Asuman.

    Ordan-burdan

    Razıyam.Kitab oxumamağın səbəbləri daha dərindir əslində... Varisi də oxumuşam.Yazıçı kimi məncə istedadlıdı.Lakin tanınmaq və "ac qalmamaq" üçün cəmiyyətin nəbzini tutub,qınamıram.Lakin zaman bu romanları "yandıracaq". Eda, Azərbaycandanı Az-da yazmaq hörmətsizlik deyilmi? ) Qələminizin axıtdığı sətirlərin sayı-hesabı yoxdu bəlkə də.Azərbaycan yazmaq çətin olmaz məncə sizə)
  7. Asuman.

    Ordan-burdan

    Qaraqan...Adı belə neqativ gətirir.Heç sevmirəm onu .İkincisi , bu kitabın “mükafat” alması... məni də təccübləndirmişdi(baxmayaraq ki”A” hal-hazırda evimdə- kitab şkafında durur).Çünki kitab yeniyetmə auditoriyası üçün nəzərdə tutulub(mən belə fikirləşirəm).Qaldı ki,plagiat olmağına o “Tayler” ki var)))) İndi yadıma düşür gülürəm.Mən bu kitabı oxuduqda 10-11-ci sinifdə oxuyurdum.Tayler ..adına rst gəldikdə fikirləşdim ki,yəqin hansısa yazıçıdır...Amma mən tanımıram.Buna görə çox üzüldüm də hətta...kitabı oxumaq da istəmədim.fikirləşdim ki,mənim üçün deyil yəqin.Əgər mən bu Tayleri tanımıramsa....deməli kitabı da anlamayacam.Uşaqlıq...Taylersə heç yazıçı da deyilmiş))) Nə isə.Əla məqalədi.Demək istədiklərimin hər biri deyilib.
  8. Edanın bu barədə sual verdiyinə fikir verməmişdim))) Əlbəttə,siz anladığınız kimidir.Mən axı heç bir yerdə onun həris baxışlarla baxdığını yazmamışam.Zatən bu mümkün ola bilməzdi. Ümumyətcə yazdıqlarıma sonradan izah vermək mənə 5 kərpici çiynimə qoyub ayaqyalın daşlı kəsəkli çayı keçmək qədər əziyyətlidir))))
  9. "ya da" "bəlkə də" ilə əvəz olunsa yaxşı olardı.Çox sağolun.
  10. Yox qoy David qalsın.Bilərəkdən qoyulmuş addır
  11. Təşəkkür edirəm! Normal olmağa çalışan mavi üçün məncə ilk addım qadınlara yaxınlaşmaqdır.Amma onların çoxu etiraf edirlər ki,qadınlarla ünsiyyət onlara maraqsız olur.
  12. Bakı.Elit restoranlardan biri. 2012-ci il. 21 fevral. saat 23:32 Mərmər döşəməli ümumi salonda qonaqlar bənövşəyi yumşaq divanlarda, parıltılı qara masaların arxasında əyləşmişdi.Döşəmənin və divarların müəyyən hissələrində bərq vuran mavi buta naxışlarının qara kölgələri cilalı,parlaq boz tavanda əks olunurdu.Tavanın böyük ərazisini tutan büllur çılçıraqlardan salona yayılan gecə işıqları əsrarəngiz abu hava yaradırdı.Restoranın bir başından eşidilən həzin skripka səsi aram dalğalarla salona yayılır, qonaqları məst edirdi.İnsanlar yemək yeyir ,içki içir, söhbət edirdilər.Salonda xeyli insan olmasına baxmayaraq onların səsi zəif musiqi səsini qısmırdı.Bura dincəlmək üçün əla yer idi. Masaların birində iki dost əyləşmişdi.Onlardan biri siqaret çəkir,başını əlinə dayayıb dostunu dinləyirdi.Digəri əlindən qoymaq istəmədiyi büllur qədəhdən qızılı çalarlı, açıq kəhrəba rəngində olan şərabı qurtumladır ,durmadan danışırdı.Şərabın təsirindən sərxoşlamış , sözləri yarımçıq tələffüz edirdi, sözlərinin sonu boşluqlarda yox olurdu: - Onun dərisinin rəngi belə başqadı....çəhrayıya çalır...Eləbil göyqurşağı oynaşır bədənində...Necə də toxunmaq istəyirəm bədəninə ... dodaqlarımın odunu söndürmək istəyirəm orada .Hələ saçları…Günəş sarısı…Dalğa dalğa…Mənə elə gəlir onlardan gözəl qoxu gəlir.Üzümü arasında itənəcən saçlarının içinə salmaq istəyirəm.Onu düşünəndə bədənim titrəyir.Özümü tanıya bilmirəm....Dəlicəsinə sevir… -Bəsdir! Bəsdir! Bəsdir! - David çəkdiyi siqareti külqabının dibinə sıxıb söndürərək bağırdı.Səsi salonun sakitliyini pozdu.Yaxın masalarda əyləşən qonaqlardan bəziləri qanrılıb onlara baxdı.Anarın sözü yarımçıq kəsildi. Bayaqdan bəri içkinin təsirindən sevdiyi qızdan danışan Anar dediklərinin fərqinə yenicə vardı , həddi aşdığına görə utandı, gözlərində qərq olduğu sevgi dumanı yox oldu.Lakin ən yaxın dostunun sərt münasibətinə təccübünü gizləmədi: -Qardaş deyəsən sən də çox içdin.Nə oldu sənə? David bir müddət Anarın gözlərinə fikirli-fikirli baxdı.Sonra sanki ağır bir fikri başından atırmış kimi rahatladı , gərilmiş çiyinləri boşaldı və gözlərini Anarın gözlərindən çəkərək dedi: Erotik notları səsləndirməsən də olar.Bir də ki çox sıxıcı olmusan.Lap şairlər kimi!David Anara söz deməyə imkan vermədən ayağa qalxdı: -Mən gedirəm,gəzəcəm biraz -Deyəsən doğrudan çox sıxıcı olmuşam ha –Anar gülümsəyərk söylədi– …bağışla… David heç bir söz demədən restorandan çıxdı Bir ay sonra Anar universitetin boş auditoriyalarınının birində divara söykənərək qollarının arasına aldığı sevdiyi qızın saçlarını sığallayırdı.Onlar gözlərini bir-birindən çəkmir,sevginin nəşəsini ləzzətlə içlərinə çəkirdilər. -Dünən gecə telefona cavab vermədin -Qız dedi -Hə.Sənə demək yadımdan çıxdı.Davidgildə idim.Roka qulaq asırdıq.Ev az qalırdı qopsun səsdən.-Anar gülümsündü-Ona görə eşitməmişəm… Səni bir gün onunla tanış edərəm Qız düşünmədən cavab verdi -Lazım deyil! Sonra dediyinin fərqinə vardı və dodağını dişlədi -Niyə? Qız cavab vermək istəmirdi.Anar onu məcbur edincə söylədi : -Gözüm su içmir ondan.Bütün günü gözü məndədir.Ondan çəkinirəm.-Qız susub Anara baxdı.Onun baxışlarının davam etməyi təkid etdiyini gördükdə: -Başa düşmürəm baxışlarını.Ya nifrətdir ya da sevgidən doğan nifrətdir-dedi. Anarın bir anda baxışları dəyişdi,qaşlarını çatdı.Gözlərini qısaraq dedi: -Sən nə danışırsan?O mənim uşaqlıq dostumdu.Heç vaxt belə şey etməz! Qız Anarın şübhəli baxışlarından özünə inanmadığı başa düşdü: -Təbii ki.dünən tanıdığın mənə , dostundan çox inanmazsan - inciyərək Anarın qollarının arasından sivrilib auditoriyadan çıxdı 3 gün sonra Anar Davidin yaşadığı evin qapısını yumruqlayırdı.Qəzəbdən bərəlmiş gözlərindən qan damırdı.Evin xadiməsi hövlank qapını açdı.Anar onu itələyib içəri soxuldu və Davidin otağına girdi.David dərsdən gəlib yuxuya getmişdi.Anar onun yaxasından tutub silkələdi.David ayılar ayılmaz onu çarpayıdan çəkib divara çırpdı: -Sən nə oğraş adam imişsən.Mən səni özümə qardaş bilmişəm.Səninsə gözün haylanıb fırlanıb məhz mənim sevdiyim qızda dayanıb.Cavab ver əclaf! Mən səni sağ qoymayacam! -Mən bilmirəm nədən danışırsan -David Anarın qəzəbindən əməllicə qorxmuşdu,səsi titrəyirdi -Lap yaxşı bilirsən! O düz deyir ! Sən gözlərini ondan çəkmirsən.Yer ayağımın altından sürüşdü bunu görəndə,başa düşürsən şərəfsiz? -Heçnə demək istəmirəm… -bu sözləri deyəndə Davidin səsi dəyişdi və sözləri düzgün təlləfüz emək qabilliyyətini itirdi.O ağlayırdı.Özünü toparlamağa çalışsa da bacarmadı və susdu.Onun susmağı Anarı daha da hiddətləndirdi.Hələ də bunun doğru olduğuna inanmaq istəmirdi,hər hansı bir izahat gözləyirdi.Susmağıyla dostu hər şeyi etiraf etmiş olurdu.O bir həmlədə Davidi yerə sərdi və o ki var təpiklədi,bağırtısı,söyüşləri evin tavanını yarıb yuxarılara yayılırdı.David müqavimət göstərmirdi.Döşəmənin üzərindəki qızılı rəngli milli oramentlərlə işlənmiş bəyaz xalı Davidin burnundan və yarılmış ağzından axan qana bulaşmışdı.Anar hirsi soyuduqdan sonra əyilib onun üzünə yaxınlaşdı.Təngnəfəs halda dedi: -Sən adda dostum yoxdur daha mənim! Sonra qalxdı və evi birdəfəlik tərk etdi. 2 il sonra.Almaniya.Köln Universiteti. İlıq yaz günlərindən biri… Universitetin həyəti tələbələrlə qaynaşırdı.Buranın mənzərəsi çox ürəkaçıcı idi.Tələbələrin bəziləri binanın daş pilləkənlərində,bəziləri isə yaşıl otun üzərində əyləşmiş ,söhbət edir,kitab oxuyur,bəziləri isə sadəcə ətrafı seyr edirdi.Universitet həyətində tək-tük müşahidə edilən qəhvəyi,söykənəcəksiz skamyalar da boş deyildi. -O gündən sonra görmədin onu? -Gördüm əlbəttə.Biz bir universitetdə oxuyurduq.Lakin üz-üzə gəldikdə belə mənə tərəf baxmırdı - Çətin günlər idi yəqin... - Hə.Qatlana bilmədim.Nəfəs almaq da ağır gəlirdi Azərbaycanda...Bacarmadım... David Bakıda Tibb universitetini bitirməmiş universitetdən çıxmış, təhsilini Almaniyada davam etdirməyi qərara almışdı. Amma sənin yanında indi də heç kimi görmürəm-Davidlə danışan Köln universitetində təhsil alan digər bir azərbaycanlı tələbə idi Mənim yanımda heç kim olmayacaq.Heç vaxt…Bilirsən,mən özümdən iyrənirəm. Davidin qarşısındakı tələbə qaşlarını qaldıraraq təəccübləndiyini göstərdi.David davam elədi.O danışarkən bir ayağını yelləyərək zamşadan olan tünd qırmızı yarımboğaz çəkməsinin ucunu yerə vururdu və hara isə uzaqlara baxırdı: -Mən xəstəyəm…Sən də xəstəsən… -Yaxşı görüm.Burada dəhşətli bir şey yoxdur . Sadəcə biz başqalarından fərqlənirik. - Bəli fərqlənirik.Amma bu fərqi normal qəbul etməməkdə çoxusu haqlıdır.Mən hər cəhətdən bunun üstündə düşünmüşəm.Müsbət mənfini çəkməlidir.Müsbət müsbəti və ya mənfi mənfini dartırsa bu anomaliyadır.Vəhdət ancaq əksliklərdən yaranır -Özünü xəstə adlandıran birinci geysən,təbrik edirəm, tarixə düşdün…-Davidlə danışan tələbə başını narazılıqla yeləyərək dedi. Aralarında çəkən bir qədər sükutdan sonra o yenidən dilləndi : -Bir də ki,sən bir nəzəriyyəni hər bir şeyə aid edə bilməzsən! Sənin deməyindən belə çıxır xeyir şəri sevir? Nə danışırsan,bu absurddur. -Sən heç mələk qədər təmiz bir qadının qəddar,zalım bir kişiyə aşiq olmasını görməmisən? Bu nə deməkdir səncə? Dünya bir tamdır. Xeyir də var içində şər də. Düşün,dünyanın hər xırda hissəciyi də özülüyündə tamın bir hissəsidir.Bir maqniti ən kiçik hissəciklərə belə xırdalasan onun yenə də iki qütbü olduğunu görəcəksən.Şimal və cənub…qütbləri bir-birindən ayırmaq olmur.Bizim bədənimiz belə əksliklərdən ibarətdir. Niyə cüt orqanların hər biri yalnız sağda və ya yalnız solda yerləşmir? Onlar bədənin əks tərəflərində yerləşirlər.Dünya belə qurulub Ceyhun,kişi qadını sevməlidir. Mənisə kişilərə dartır. Bacarmıram özümlə . Çox çalışmışam.amma qadınlarla mənə maraqsızdır- Davidin danışarkən gözləri doldu.Söhbətini bitirdi.İstəmirdi Ceyhun onun ağladığını görsün. İçindəki qadınlığı məhv etmək uğrunda uşaqlıqdan çalışırdı. Amma bacarmırdı. “Məni sağaldın” deyə dünyaya haray çəkmək istəyirdi.Lakin onu heç kimin qəbul etməyəcəyi qorxusu əsl mənliyini ortaya qoymağa imkan vermirdi.Və Anar…Anar onun idealı idi. Gözünün önündə Anarın sevgiyə tutulması onu həm qısqandırır həm də ruhunu alt-üst edirdi. Anar illərlə çəkən dostluğa rəğmən əsl Davidi tanıya bilməmişdi. Onun uşaq saflığı Davidi daha çox özünə aşiq etdirirdi… Davidin son sözlərindən sonra onların hər ikisi üçün universitet həyətini bürüyən uğultu yox olmuşdu, heç biri danışmırdı.Bəlkə də hər ikisi bu dünyaya aid olmadıqlarının verdiyi əzabın sükutuna qərq olmuşdular .
  13. Çox sadə səbəbi var.)) İstəmirlər ki, kimsə mane olsun)))
  14. " İ origins" filminə baxmışam dünən.Təsirindən çıxmaq çətindir.Çox sevdim.Bilmirəm nə deyim film haqqında,bir neçə cümlə ilə çatdıra bilmərəm fikrimi.Emosiyalarınız sönübsə baxmağı məsləhət görürəm,film alovlandırar onları)).Elmi -fantastik janrdadır.Amma mən fantastikalıq bir şey görmədim .Daha çox elmi fəlsəfi filmdir.
  15. Mən başa düşürəm)) zarafatdır sadəcə.müzakirəyə qarışmaq istəmədim "Olmuş hadisə əsasında" dedikdə bütün baş verənlərin doğru olduğuna iddia etmədim axı.Hadisəni qəhrəmanın dilindən oxuyursuz.Bunları iddia edən və bundan sonra dəli hesab edilən insan isə həqiqətən də var.
  16. Nəhayət ki,kimsə mənə söz verdi))) Sonuncu suala yəqin ki,gələcək onilliklərdə belə dəqiq cavab tapılmayacaq.Hər kəs inanıb inamamaqda sərbəstdir ,təbii(inanmaq üçün də səbəb var,inamamaq üçün də) Yazını biristiqamətli,bu mütləq doğrudur deyə yazmağa ixtiyarım çatmazdı.Azından bu bir cinayət olardı. Mən öz şəxsi mövqeyimi gizli saxlamaq istəyirəm Qaldı ki,belə bir insanın həyatda mövcudluğuna.Bəli,belə hadisənin başına gəldiyini iddia edən insan var...
  17. Salam! Çox heyif mənsiz geniş müzakirə gedib))) Başlayaq əvvəldən) BƏXTİM- sözü iki məna verir: tale və uğur ,şans (rus dilində daha dəqiq "везение") Tale öncədən yazılan , şans isə təsadüfün doğurduğu hadisədir.Yəni Tanrının unutduğu yerdə şansına güvənmək ona daha çox yarayırdı.Əslində taleyinə də güvənə bilərdi.Tanrının unutmağı hələ Tanrını unutmaq demək deyil.Əlbəttə ki,birmənalı sözdən istifadə olunsa yaxşı olardı.Lakin uğur sözü yaramazdı. Klin Klinom, əslində bu yazı yazılarkən hər şeyi düşünmüşdüm. Amma onları yazmadım çünki oxucunun inamına güvəndim və diqqətə çatdırmaq istədiyim xəstəxana strukturu deyil,hadisənin özü idi.Siz sadəcə bir oxucu kimi müəllifə inanmalıydınız.Lakin bir hekayə ilə ilə oxucunun inamını qazanmaq olmaz,buna da razıyam ,mənim səhvimdir.( Bu arada Eda F və A.....təşəkkür edirəm,şərhlərinizi oxuyarkən çox güldüm))))) Niyə krematoriy yerin altında və həmin xəstəxanaya yaxın yerdə deyildi? Cavab: Bu xəstəxana ikinci dünya müharibəsində hərbi bunker kimi istifadə olunmuş ərazinin yerində bərpa olunaraq istifadə oluna bilməzdi mi? .Və həmin bunker yaşayış yerinə yaxındır.Səbəbi? Müharibədən sonra meşə ətrafı ərazilərdə yaşayış yerləri qurulub və insanlar yaxın ərazilərdə yaşayırlar.Krematoriy orada olsaydı ən azı qalın tüstü yaxınlıqda olan insanlar tərəfindən sezilə bilərdi.Və diqqət yetirsəniz cəsədləri gecə saatlarında daha uzaq yerdə yandırmağa hazırlaşırdılar Niyə müşahidə kameraları yoxdur? Axı hadisənin baş vermə vaxtı göstərilməyib.Siz necə əmin ola bilərsiniz ki. həmin dövrdə müşahidə kameraları(Azərbaycanda) istifadə olunurdu. Xəstəxana personalı necə qidalanırdı? Siz düşünürsünüz ki,bu qədər gizli bir yerə kimsə məhz xəstəxana olan yerdən giriş-çıxış edəcək? Ola bilməzdi mi ki, bura yeraltı tunel gəlirdi.Məhz şəhərin içindən və bunun üçün inşa olunmuş evin içərisindən.Ola bilərdi. Yəni burada milyon variant təklif etmək olar
  18. Mənim tək istədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi.Onun ağzını qapayan əllərimin taqətdən düşüb titrədiyini hiss etdiyim üçün əllərimi ağzından çəkdim.Dərindən nəfəs aldı.Mən isə nəfəsimi tutub onun nə edəcəyini izləyirdim.O heç bir şey etmədi.Dikəlib çarpayıda oturdu.Cəsarətlənib yenə suallar yağdırdım: -Harda yerləşir bu xəstəxana?Yəni heçkimin xəbəri yoxdu buradan? -Xəstəxana yerin altındadı.Biz belə fikirləşirik...Buradan xəbəri olanlara da bura həyat qədər vacibdi... Bir müddət ikimiz də susduq -Buradan qaçan olmayıb? –Bir neçə dəqiqə sonra mən söhbətə başladım -Ölülər... -Nə ölülər? -Buradan ancaq ölülər çıxır O əlini çarpayının yanındakı masada olan alətlərin üstündə gəzdirdi.Üzümə baxmadan soruşdu: -Çıxmaq istəyirsən? Nəfəsim boğazımda ilişdi.Taqətdən düşən bədənim tit-tir əsməyə başladı.O əlini geri çəkdi...Məni qorxutmaqdan zövq alırdımı ya nə?! -Sən artıq ölməliydin.Birazdan bügünki cəsədləri aparmağa gələcəklər.Hesablanıb hamısı... O sonuncu cümlələrini tamamladığı ərəfədə ağlıma elə bir fikir gəldi ki,ilk öncə özüm də diksindim. -Sən cəsədləri hara yığırsan? -Səni də mi ora salım?- Onun üzündə istehzalı təbəssüm yarandı -Hə....Hər halda “onlar” meyidləri yuxarı çıxarırlar. -Onlar cəsədlərin hamısını bir yerə yığıb yandırırlar.Sonra külünü torpağa qarışdırırlar.Sən sağ qala bilməzsən.Ən azı havasızlıqdan ölərsən. -Mən ölmərəm.Bunu bilirəm.Mənə kömək et.Yuxarıda bir şey fikirləşərəm.Haqsızlar qorxsun.Onların günahları mənim dürüstlüyümə qalib gələ bilməz -Bu mümkün deyil -Sən bunu et.Ən azı məni öz əllərinlə öldürmüş olmayacaqsan.Taleyin əlinə baraxacaqsan O susdu.Başını aşağı salıb yellədi.Mən bunu razılıq kimi qəbul etdim.O, qalxıb palatanın bir küncündə duran, üç rəfli şüşəli dolabda eşələndi.İynəni hansısa dərmanla doldurdu və mənə yaxınlaşdı.Artıq onun mənə zərər verəcəyini düşünmürdüm.Ona görə də susub gözlərimi yumdum.Və taleyimi onun əllərinə buraxdım. Xəyalım xəstəxanadan uzaqlara qaçır.Uçuşuram yuxunun ənginliklərində.Masmavi səmanın altında,dizlərim yerdə,gözlərim səmaya ilişib , onun hər çalarını içinə alır.Bir daha unutmamaq üçün...Həmin an dizlərimin yapışdığı torpaq qaynarlaşır.Günəş düz başımın üstündə dayanır.Və mənim üçün istilik saçır.Onun qaynar şüaları üzümü hədəfə alır.Alışır simam...Ürəyim sərinlik arzusuyla çırpınır.Və həmin an günəşin qaynar şüalarının arasından damla damla sərin yağış yağır üstümə.Dizlərimin qaynarlığı yaş torpağın sərinliyinə qarışır və xoşhallanıram bundan.Düşünürəm ki,günəş belə isitməsəydi mən yağışı bu qədər sevməzdim...Yağış mənə yetmir.Qaynarlıq canımdan çıxmır.Bu an başımın üstündən axıb tökülən yağış dilimləri üzümdə ilişib qalır.Bəyaz qara çevrilir.Səma mənə qar göndərir.Necə də sevirəm qarı...Əllərimi açıb qarın hər dənəciyini ovucumun içinə yığıram.İstəmirəm ərisinlər.Ərimirlər.Hər biri soyuqdan qızarmış əllərimə yapışır.Getdikcə anlayıram,dünya mənim ürəyimi eşidir.Sınamaq üçün yazı arzulayıram.Həm də anlayıram ki,bu sondur...Təkrar olamayacaq.Yazdan sonra qaranlıq çökəcək.Və bu qaranlıq məni udacaq.Amma mən yazı arzulayıram.Bu arzudan özümü saxlaya bilmirəm.O məndən güclüdür.Və son...Günəşin ilıq şüaları mənə əlvida deyir.Və günəş sonsuzluğa qovuşur.Qaranlıq bir anda məni içinə alır.Onun ağırlığına çiyinlərim tab gətirmir.Bir anda dizlərimin altındakı torpaq ovulub tökülür.Yerin altına girəcəyim qorxusu canımı bürüyür.Görmürəm amma bədənimin didilib parçalandığını hiss edirəm.Çox uzaqlardan öz hıçqırtımı,naləmi eşidirəm.Səsimdə elə bir ağrı var ki...Bədənimin parça-parça olmasının verdiyi ağrıdan daha dərin ağrı... - Onlar....Onlar... necə də amansızdırlar...necə də amansızdırlar... Gözlərim zülmət qaranlığa açılır.Yelləndiyimi hiss edirəm.Aclıq və susuzluq ürəyimi bulandırır.İlk hiss etdiyim qan qoxusudur.Amma yatmaq hissi hər bir şeyə qalib gəlir həmin an.Yenidən yuxuya dalmaq istəyir ruhum.Şüurum isə nə baş verdiyini anlamağa çalışır...Ah bu yuxu.Mən o an dəlicəsinə yatmaq istəyirdim. Ayılmaq üçün özümü şillələmək istəyirdim.Amma əllərimi qaldıra bilmirdim.Onlar nəyə isə ilişmişdi.Tərpənə də bilmirdim.Gözlərimi bir neçə dəfə açıb yumdum.Qaranlığı dəlməyə çalışdım.Amma əlimdə deyildi.Bir anda ruhumu vahimə bürüdü.Əlbəttə ki,yuxumun yox olmasına və ağlımın özünə gəlməsinə görə ona minnətdəram. Həkimlə son söhbətimi xatırladım.Artıq qaranlıqlar yox olurdu beynimdə.Mən cəsədlərin arasındaydım və mən maşınla aparılırdım.Hava...Hava çatmırdı.Bu qurğunun içində nəfəs almaq çətin idi.Həkimin “havasızlıqdan ölərsən” sözləri yadıma düşdü.Amma mənim ölmək fikrim yox idi.Bu “insan” cildində olan vəhşilər məni diri diri yandıra bilməzdilər.Durmadan necə qaçacağımı düşünürdüm.Hər şey bəxtimdən asılı idi.Nədənsə düşünürdüm ki, Tanrı buranı görmür.Görsə idi bu qədər günahsız insanın bu vəziyyətə gətirilməsinə icazə verməzdi.Ümid ancaq özümə və bəxtimə idi. Bir xeyli getdikdən sonra maşın dayandı.Olduğum dəmir qutunun ağzı açıldı.Mən olduğum tərəfdən deyil,o biri başından.Ağzı açılan tərəfdən cəsədlər,zibil maşını boşaldılan kimi aşağı boşaldıldı.3-4 metr aşağı aşıdılmağıma baxmayaraq mən əzilmədim.Məndən əvvəl boşaldılan cəsədlərin üzərinə düşdüm.Yuxarıdan işıq düşürdü.Gözlərimi açıb ətrafı acgözlüklə nəzərdən keçirdim.Bura mənə alman düşərgələrindəki insanları yandırmaq üçün istifadə olunan qurğunu xatırladırdı.Üst hissə bağlandı.Və mən cəsədlərin içindən qurtulub qurğunun divarlarında əlimi gəzdirdim.Əlim dəmir qulpa ilişdi.Var gücümlə itələdim.Çölə tərəf açıldı.Batmaqda olan günəşin son şəfəqləri aciz-aciz üzümü yaladı.İçəriyə də işıq düşürdü.Amma mən geri baxmadım.Taqətim qalmamışdı.O müdhiş mənzərəyə tab gətirə bilməyəcəkdim.Fiziki olaraq da bitmişdim.Daxili sarsıntı bədənimin gücünü əmirdi.Artıq sözümə baxmaq istəməyən ayaqlarımı zorlayıb qaçmağa məcbur etdim.Sağa sola burulmadan qaçırdım.Bir neçə dəfə yıxıldım.Torpaq yaş idi.Yıxılarkən bulaşdığım palçıq çılpaq bədənimə paltar olurdu.Ayaqlarım meşənin kol-kosundan yara-yara olmuşdu.Amma ağrını fikirləşəcək qədər xoşbəxt deyildim.Qaranlıq da çökmüşdü.Bilmirəm nə qədər qaçdım,hara qədər qaçdım.Bir məqamda artıq bədənim üsyan etdi.Sinəmi yarıb qaçmağa çalışan orqanlarımdan fərqli olaraq heydən düşdü.Dizlərim büküldü və yaş torpağa sərildim..... Gözlərimi yenə xəstəxanada açdım.Dərhal da qapadım.Başımın üstündə ağ geyimli bir həkim durmuşdu.Nə baş verirdi?!Bu yuxular məni haradan hara götürürdü?!Yoxsa mən heç qaça bilməmişəm? Gördüklərim yuxu mu idi?! Ya onlar məni tapıb və yenidən bura gətiriblər? İki damla yaş gözlərimdən yuvarlanıb üzümə düşdü.Gücsüzlüyümdən ağlayırdım.Amma sonra sanki cənnətin ortasından bir səs məni qaranlıqdan,ümidsizlikdən çəkib çıxardı.Anamın səsi... -Balam,Nihad,necəsən?yaxşısan?Danışma danışma.Həkim deyir dincəlməlisən. Anam hıçqıra-hıçqıra ağlayırdı..Əllərimdən yapışıb durmadan öpürdü.Mən isə xoşbəxtlik qanadlarını keçirmişdim kürəyimə.Sevincdən ürəyim sürətlə vururdu.Amma yatmağa qorxurdum.Yuxunun məni başqa yerlərə götürə biləcəyindən qorxurdum. Bir neçə gündən sonra evdəydim.Ağzım söz tutandan onlara olanları danışırdım.Gedib hər şeyi polisə danışacağımı söyləyirdim.Heç kim dediklərimə reaksiya vermirdi.Nə valideynlərim ,nə qonşular,nə dostlarım.Hər kəs mənim vahimə içində danışdıqlarımı dinləyir,əlimi sıxır “yaxşı olar,hər şey keçəcək” deyib çıxıb gedirdilər.Anam durmadan ağlayırdı.Atamla dalaşırdılar.Hər gün...Hər gün... -Sən onu bu günə qoydun.Yayın cırhacırında kim öz balasını məcbur edir gedib işləsin.Kim? –anam bağıra-bağıra atamın sinəsini yumruqlayırdı Atam durmadan siqaret çəkir,heç kimlə danışmır,göz önündə əriyib gedirdi.Getdikcə başa düşdüm ki,onlar məni dəli hesab edirlər.Mən onlara qollarımda iynə izlərinin olmalı olduğunu söyləyirdim.Amma məni müalicə edən həkim bunu təkzib edirdi. Atam ilk öncə dediklərimdən şübhələnib polisə gedibmiş.Onlar isə onun söylədiklərinə gülüb,bu yerlərin altına da üstünə də bələd olduqlarını,belə bir yerin olmasının mümkün olmadığını söyləyiblər.İşlədiyim sahənin ətrafında həmin vaxt orada olan bir neçə şahid də peyda olubmuş.Onlar mənim meşəyə tərəf qaçdığımı görüblərmiş.Bütün bunlar mənim ağlımın itdiyini sübut edirdi.Gücsüz idim.Sözlərimə heç kim inanmırdı.Mən isə inadkarcasına onlara dediklərimin doğru olduğunu sübut etməyə çalışırdım.Meşəni axtarmalı olduqlarını söyləyirdim.Amma heç bir faydası olmadı.Nəticədə psixiatrik xəstəxanaya yatızdırıldım.Və hal-hazırda da “müalicə” alıram.Bütün həkimlər mənim xəstə olduğumu,evdə yaşamaq üçün təhlükəli olduğumu deyirlər.Mən düşünürəm ki,bu insanları kimlərsə idarə edir.Mənim dəliliyimin işinə yaradığı insanlar.3 il...Düz 3 ildir dəlixanadayam.Hələ də heç kim mənə inanmır... ....Bəs siz....Siz mənə inanırsız?
  19. Rəyinizə görə təşəkkür edirəm) Mən bu tərzdə düşünürəm.Düşündüyüm kimi yazıram.Fantaziyamın bir məqamında yağış da yağa bilər və ya fikrim qəhrəmanımın ayaqqabılarına sataşa bilər və bu haqda bir neçə səhifə yaza bilərəm))) Bu yazı isə belə alınıb.Belə düşünərək yazmışam.Razılaşıram ki,daha da zənginləşdirmək olar
×
×
  • Создать...