Перейти к содержимому

Murovun o üzü bizim Vətəndi


SUMGAYIT

Recommended Posts

kristina-zengezur.jpg

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn bu ölkənin Dərələyəz və Qərbi Zəngəzur vilayətlərinə səfər edib.

Axar.az xəbər verir ki, səfir bu barədə Tvitter səhifəsində yazıb.

“Zəngəzur və Dərələyəz səfəri zamanı mən təbiətin gözəlliyini və Ermənistanın “unikal mədəni irsini” hiss etmək və həzz almaq, ləzzətli yerli yeməklərdən dadmaq və erməni sənətkarları ilə tanış olmaq imkanım oldu”, - səfir yazıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...
  • Ответы 304
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

ordu-telim-esas.jpg

Azərbaycan Ordusunun ölkə sərhədləri daxilində hərəkəti Ermənistanda böyük təşviş yaradıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ordunun plana uyğun yerdəyişmələri Ermənistanda panikaya səbəb olub. Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan ordusu bu ölkənin sərhədlərinə doğru irəliləyir.

Erməni mətbuatından sitat: “Ötən gün sosial şəbəkədə Azərbaycan ordusunun texnika karvanının Gəncə bölgəsindən Ermənistanla sərhəd istiqamətində hərəkəti ilə bağlı görüntülər yayılıb. Karvan E60 şosesi ilə Göygöl rayonu istiqamətinə gedir".

Yazıda qeyd edilir ki, şəxsi heyət və ya hərbi yük daşıyan karvan Basarkeçər (Vardenis) istiqamətində Ermənistanla sərhədə doğru hərəkət edir.

Erməni mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz təbrikində dediklərini xatırladaraq isterikaya düşür:

 

“Ermənistan sülhün bərqərar olması üçün Azərbaycan hakimiyyətinin şərtlərini qəbul etməlidir”.

Çox maraqlıdır ki, Ermənistan mediası belə durumda ümidi İranda görür:

“İran mediası və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı kanallar Qarabağ məsələsinin güc yolu ilə həllinə cəhdin İranın dərhal reaksiyasına səbəb olacağını bir daha qeyd ediblər”.

 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Qərbi Azərbaycanda Novruz ənənələri - BAKU TV

 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ilham-mehriban-merasim7.jpg

Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

"İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir. Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq.

 

Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik. Yəni, Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun əvvəlində, daha doğrusu, avqustun 2-də yol istismara hazır idi. Biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, artıq onlar öz postlarını ovaxtkı marşrutdan çıxarıb yeni yola keçirsinlər və avqustun 5-nə qədər biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə girməliyik. O vaxt bizim nümayəndələrimizlə təmasda olan Qarabağ ermənilərinin nümayəndələri bizdən xahiş etmişdilər ki, vaxt verin, biz avqustun 25-nə qədər özümüz bu məsələləri həll edərik, orada qanunsuz məskunlaşmış erməniləri Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxaracağıq və beləliklə, məsələ rahat şəkildə öz həllini tapa bilər. Mən buna etiraz etmədim, yəni 20 gün o qədər də böyük fərq etmir. Beləliklə, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır. Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq", - Prezident vurğulayıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Basarkeçər rayonunun ermənilərin Sotk və Kut adlandırdıqları Zod və Zərkənd kəndlərinin sakinləri bölgədəki mövcud vəziyyətdən narahatdırlar. Onların sözlərinə görə, artıq bir ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hakim yüksəkliklərdə öz postlarını qurublar. Zod kənd sakini Kamo Mirzoyan “Civilnet”ə bildirib ki, kəndin hər yerindən Azərbaycan postları görünür.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ERMƏNİLƏR: ZƏNGƏZUR AZƏRBAYCANINDIR! BİZİ AZƏRBAYCAN POSTLARINDA SAXLAYIRLAR! QORXURUQ Kİ...

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

İrəvan Ermənistana veriləndə kimlər etiraz etdi? 

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

xususi-teyinatli.jpg

Azərbaycan bu hakimiyyətlə heç nədə razılaşmır, çünki Bakı istənilən prosesin onun göstərişi ilə baş verəcəyini çox gözəl başa düşür. Bakı anlayır ki, İrəvan hakimiyyətinin Azərbaycana müqavimət göstərmək şansı yoxdur. Hətta Rusiya və İran Ermənistana etibar etmir. Qərb də öz növbəsində Paşinyanı alətə çevirdi.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

O bildirib ki, Azərbaycan Ermənistana addım-addım təzyiq göstərir, onu güzəştə getməyə məcbur edir:

 

“Azərbaycan konkret olaraq irəliləyir. Hətta hərbi eskalasiya da lazım deyil, çünki düşünürəm ki, Azərbaycan kiçik addımlarla hər şeyə öz-özünə nail olacaq. Bakı hər şeyə nail olacaq. Bu hakimiyyətin bütün bunlara qarşı durmağa imkanları yoxdur. Diplomatik tribunalarda nə ordu, nə çəki, nə də müttəfiq var. Ordumuzun məğlubiyyət nəticəsində aldığı zərbələrdən sonra onu bərpa etmək çətindir, ordunun bərpası üçün onilliklər lazımdır. Azərbaycanın bərpası üçün demək olar ki, 30 il vaxt lazım oldu”

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ermenistanla-serhed.jpg

Ermənistan-Azərbaycan sərhədinin faktiki demarkasiyası işləri gedir. Bu prosesin (Bakının bəzi mövqelərdə irəliləməsi - red.) İrəvanla qarşılıqlı razılaşmalar çərçivəsində getdiyini söyləmək üçün bütün əsaslar var.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.

“Təbii ki, təbliğat səviyyəsində hələ də müəyyən səs-küy qaldırılır. Lakin 2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra baş verənlər sərhədin faktiki demarkasiyasıdır. Tex (Dağ/Dığ) kəndi yaxınlığında yaranmış vəziyyət məhz bu faktiki demarkasiyanın nəticəsidir. Ermənistanın ərazi güzəştləri barədə Bakı ilə konkret razılaşmaları istisna deyil. Azərbaycan yeni taktika seçib. Əgər əvvəllər ərazilər hərbi əməliyyat yol ilə götürülürdüsə, indi Azərbaycan hiss olunmadan 100-300 metr irəliləyərək hərəkət etməyə üstünlük verir. Hər dəfə Ermənistanın “suveren ərazisinə” 100, 200, 300 metr dərinliyə gedəndə Azərbaycan orada möhkəmlənir və daha bu ərazini tərk etmir. Beləliklə, yüksəklikləri ələ keçirməklə onlar taktiki üstünlük əldə edirlər”, - o bildirib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənilər Kərkini itirməkdən niyə qorxurlar?

 

Kərki Azərbaycanın erməni işğalına düşən ilk kəndidir və hazırda erməni anklavındadır. Kərki kənd sakinlərinin yaşadığı Yeni Kərki kəndindən 80 km uzaqlıqda yerləşir. Kərki işğal edildikdən sonra ermənilər kəndin adını Tiqranaşen ediblər. Bu günlərdə kərkililər kəndin azad olacağına və geri qayıdacaqlarına çox ümidləniblər.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

prezident-istisu1.jpg

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb.

Axar.az xəbər verir ki, bu barədə dövlət başçısı aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.

 

Bu xüsusda dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ERMƏNİLƏR: AZƏRBAYCANI SİLAH GÜCÜNƏ TƏSLİM EDƏCƏİYİK! RAZI OLMASALAR BÜTÜN QARABAĞI...

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Erməni kilsəsinin qadınlarından istifadəsi | Qərbi Azərbaycan xronikası

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Erməni alimini etirafa məcbur edən kəllə sümüyü | Qərbi Azərbaycan xronikası

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ilham-lachin-yeni.jpg

Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.

Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib.

"Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər", - deyə dövlət başçısı vurğulayıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

pashinyan-yeni.jpg

Təhlükəsizliklə bağlı həssas məsələləri ictimai yerlərdə müzakirə etmək düzgün deyil. Biz vəziyyəti necə idarə edə biləcəyimizi danışmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşü zamanı “Ermənistan yeni müharibəyə hazırdırmı?” sualına cavab olaraq deyib.

“Ordular hər zaman müharibəyə hazır olmalıdır, hətta birbaşa müharibə təhlükəsi olmayan ölkələrdə belə. Dünyada mövcud olan ölkələrin 70 və daha çox faizi öz təhlükəsizliyini təkbaşına təmin edə bilmir. 70% çox yumşaq dedim. Biz öz təhlükəsizliyini təmin 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

eliyev-pashinyan.jpg

Ermənistanın görüş ərəfəsində təxribatlara əl atması kriminal adətlərdən qaynaqlanır. Təcrübə də onu göstərir ki, hər zaman vacib əhəmiyyətli məsələlərin müzakirəsi ərəfəsində Ermənistan tərəfi müxtəlif provokasiyalara əl ataraq gözlənilən görüşlərdə vasitəçilərin diqqətini ikinci dərəcəli məsələlərə cəmləşdirir.

Bu sözləri Axar.az-a mayın 14-də Brüsseldə keçiriləcək üçtərəfli görüş ərəfəsində Ermənistanın təxribatlara əl atması, həmçinin, genişləndirmə cəhdləri haqda açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

 

Politoloq qeyd edib ki, baş verənlər doğurdan da danışıqlar masasında çox əhəmiyyətli məsələlərin müzakirə edildiyinin, prosesin son mərhələdə olduğunun indekatorudur:

“Ancaq digər tərəfdən belə görünür ki, tam sürətlə sülh müqaviləsini imzalamağa Ermənistan tərəfi hələ hazır deyil. Baxmayaraq ki, ara-sıra Baş nazir Nikol Paşinyan da bu haqda çıxışlar edir. Belə görünür ki, onun fikirləri sadəcə vasitəçilərin xoşuna gəlməyə hesablanır. Ancaq baş verənlər son mərhələdə vəziyyətin daha da mürəkkəbləşə və yeni təxribatların törədilə biləcəyini göstərir. Bu da prosesə ciddi olaraq təsir edir”.

 

İ.Vəlizadə bildirib ki, belə təxribatlara əl atmaqla Ermənistan sadəcə olaraq vaxt uzadır:

“Bunun mənası yoxdur, çünki onsuz da vaxt onların əleyhinə işləyir. Əgər hadisələr bu minvalla inkişaf etsə, Azərbaycan öz hərbi, siyasi və iqtisadi mövqelərini real olaraq daha da gücləndirəcək. Ermənistan isə heç nə qazanmayaq. Onsuz yaxşı olmayan vəziyyətləri daha da pisləşəcək. Nəticə etibarilə bu dövlətin süqutuna gətirib çıxaracaq. Ermənistan real olaraq öz-özünü blokadaya salıb və regiondakı layihələrdən təcrid edib. Buna görə də insanlar Ermənistanı, xüsusilə də Qərbi Zəngəzuru tərk edirlər. Bu isə demoqrafik kollapsa gətirib çıxaracaq. Ona görə də ermənilərin vaxt udma cəhdləri ola bilər ki, taktiki olaraq onlara nəsə qazandırsın, ancaq strateji olaraq uduzurlar”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

zengezur-dehliz.jpg

Əfsuslar olsun ki, hər dəfə danışıqlar aktivləşən ərəfədə biz hərbi-siyasi alətlərin, erməni təxribatının da aktivləşdiyini görürük.

Bu sözləri Axar.az-a Ermənistanın son günlərdə törətdiyi təxribatlar və sülhlə bağlı aparılan müzakirələr haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi Cənubi Qafqazda Qərb ilə Rusiyanın maraqlarının toqquşduğunu vurğulayıb:

 

“Masada Orta Yol məsələsi var. Orta Yol Çindən Mərkəzi Asiyaya, oradan isə Xəzər dənizi üzərindən Azərbaycana və Zəngəzur dəhlizindən Türkiyəyə keçməklə Avropa və Aralıq dənizinədək uzanır. Yəni bu yol üzərində nəzarət üstündə ciddi rəqabət var. Əsas nöqtə isə burada zəif bənd olan Ermənistan ərazisi, Zəngəzur dəhlizinin bir hissəsidir. Rusiya özü dəhlizə nəzarət etmək istəyir, lakin ABŞ, İran və Fransa məsələyə fərqli baxır. Üçtərəfli bəyanata əsasən, dəhlizə Rusiyanın Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Üstəgəl dəmir yolu tikintisini də Rusiya Dəmir Yolları həyata keçirməlidir. Bu isə Qərbi qane etmir. Qərb beynəlxalq kontingentin dəhlizə nəzarət etməsini, beynəlxalq qaydalar əsasında burada keçid, gömrük və s.-in təşkilini istəyir. Sözügedən qarşıdurma Ermənistanın daxilinə də siraət edib. Rusiya isə orada müxtəlif qurumlarda, xüsusilə güc strukturlarındakı əlaltıları vasitəsi ilə sülh danışıqları prosesini əngəlləmək niyyətindədir. Ona görə də biz qarşıdakı günlərdə yenə hansısa kiçik və böyük miqyaslı təxribatların şahidi ola bilərik. Hər şeyə hazırlıqlı olmalıyıq”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

xususi-teyinatli.jpg

Biz dəfələrlə Ermənistanın sülh danışıqları ilə bağlı proseslər ərəfəsində təxribatlar törətdiyinin şahidi olmuşuq. Son təxribat və Ordumuzun mövqelərinə PUA hücumları da eyni mahiyyətdədir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin bu gün Ordumuza qarşı təxribatlarında PUA-lardan istifadə etməsi haqda danışarkən deyib.

 

Hərbi ekspert çıxış yolu kimi bufer zonanın yaradılmasının mümkünlüyünə diqqət çəkib:

“Hesab edirəm ki, belə bir mürəkkəb vəziyyətdə ölkəmizin diplomatları, siyasətçiləri danışıqlar prosesinə davam etməli, Ordumuz isə daha sərt addımlar atmalıdır. Təbii ki, tarixi torpaqlarımızdan suveren ərazilərimizə, vətəndaş və hərbçilərimizə təhdidlər yaradılması dövlətimiz üçün qəbuledilən məsələ deyil. Şərti sərhəddə bufer və ya təhlükəsizlik zonasının yaradılması təxribatların qarşısının alınmasında çıxış yolu ola bilər. Ermənistan isə danışıqlarda sülhlə bağlı deyil, sərhəd toqquşması ilə əlaqədar məsələlərin müzakirə olunmasını istəyir. Ona görə də sözügedən vəziyyətə zəmin hazırlamaq üçün təxribatlara əl atır”.

 

Qeyd edək ki, bu gün saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları ilə hücum edilib. Ordumuz itki verməyib, cavab tədbirləri görülür.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

tehran_iran.jpg

İranın Milli Təhlükəsizlik Şurasının yeni katibi Ermənistanın 8 kəndi Azərbaycana verməsi xəbərini dəqiqləşdirməlidir.

Axar.az xəbər verir ki, bunu ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Movəhhedian Tvitter paylaşımında yazıb.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibinin ilk prioritetlərindən biri İranın Ermənistan və Gürcüstana tranzit marşrutu üzərindəki 8 kəndin Bakıya verilməsi xəbərinin həqiqiliyini araşdırmaq olmalıdır. Bununla İran-Ermənistan sərhədi praktiki olaraq kəsilir. Türk dünyası, NATO və sionistlərin planlaşdırdığı blokada Orta Dəhlizin açılmasını hərbi qarşıdurmasız mümkün edəcək.

 

Sonra isə Ermənistanın cənubu zorla, yaxud yeni sülhə məcburetmə yolu ilə işğal olunacaq ki, Bakının Sünikdəki (Zəngəzur) dəhliz üzərindən Naxçıvana və Türkiyəyə çıxışı təmin edilsin. 30 ildir ki, bu yola çıxışı olan İran isə marşrutdan kənarlaşdırılacaq. NATO, sionistlər və Türkiyə İrana olan bu ehtiyacı aradan qaldıraraq, mühasirəmizi tamamlamaqla İranın şimal-qərbində müharibə və parçalanma həyata keçirməyə can atırlar!” - o qeyd edib.

 

Xatırladaq ki, Əli Əkbər Əhmədian İranın Ali Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.

Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana aid olan Qazaxın 7 və naxçıvanın 1 kəndinin “Azərbaycanda olan anklavlarla” dəyişdirilməsi mümkünlüyünü dilə gətirib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

qazax-xerite1.jpg

Faktiki olaraq Nikol Paşinyan dünənki çıxışında Azərbaycan üçün prinsipial olan bəzi məsələləri təsdiqlədi. Yəni Paşinyan bu dəfə yalnız 86,6 min kvadrat kilometri qeyd etməklə kifayətlənmədi, Qarabağın da ölkəmizin ərazisi olduğunu elan etdi. Paşinyan əslində bununla “Qarabağ Azərbaycandır” dedi.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın dünən mediaya verdiyi müsahibə haqda danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

“Sülh müqaviləsinin imzalanmasına gəldiksə isə Paşinyan öncə millət vəkillərinə, sonra da jurnalistlərə başa salmağa çalışdı ki, onlar üçün əsas məsələ nə Qarabağ, nə də orada yaşayan ermənilər yox, Ermənistanın Cənubi Qafqazda dövlət kimi qalmasıdır. Çünki hazırki proseslərdə onların taleyi həll olunur. Biz Vaşinqton, sonra isə Brüssel görüşlərinin sülh danışıqlarına təkan verdiyini görürük. Rusiyanın da narazılığı onu göstərir ki, prinsipial məsələlərdə razılığın əldə olunmasında və yekun sülh müqaviləsinin imzalanmasında əsas əngəl Moskvadır. Paşinyanın KTMT üzvlüyünün dayandırılması ehtimalı haqqında verdiyi açıqlama da təsadüf deyil. Baş nazir təşkilatın fəaliyyətini mənfi qiymətləndirdi, Moskvanın İrəvanı Qərblə münasibətlərə görə ittiham etməsini mənasız adlandırdı, üstəlik, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlıların fəaliyyətinin uğurlu olmadığını qeyd etdi. Əslində bəhs etdiyimiz çıxışın böyük hissəsi Moskvaya ittihamlarla bağlıdır. Ələlxüsus bu bəyanatların 25 may Moskva görüşündən əvvəl verilməsi Paşinyanın artıq açıq şəkildə ölkəsi üçün Qərb istiqamətini seçdiyini elan etməsi deməkdir. Sözügedən ultimativ çıxış indidən Moskva görüşünün səmərəli olacağına şübhə yaradır”, - o bildirib.

Rizvan Hüseynov sərhədlərin dəqiqləşdirilməsi məsələsində Ermənistanın yox, Azərbaycanın qərar və mövqeyinin həlledici olacağını vurğulayıb:

 

“Delimitasiya və demarkasiyanın SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1975-ci il tarixdə hazırladığı xəritələr əsasında aparılması qərarını Ermənistan özbaşına verə bilməz. Burada prinsipial qərarı Bakı qəbul edə, İrəvan isə hansısa təklifləri verə bilər. Paşinyanın vurğuladığı 1975-ci il xəritəsində Azərbaycanın xeyrinə və zərərinə olan məsələlər mövcuddur. Bəhs olunan xəritədə 80-ci illərin ortalarında Ermənistana Qazax istiqamətində otlaq sahəsi kimi verilən torpaqların ölkəmizin ərazisi olduğu öz əksini tapıb. Yəni xəritə Tovuz-Qazax istiqamətində bizim üçün faydalı, Zəngilan, Zəngəzur və Naxçıvan istiqamətində isə zərərimizədir. Ancaq rəsmi İrəvan nə deyir desin, bunu nə Ermənistan, nə də onun havadarları verəcək. Qərarı Azərbaycan qəbul edəcək və onlar da bizim haqlı mövqeyimizlə razılaşmalı olacaqlar”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ağbaba mahalı necə parça-parça edildi?

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ilham-musahibe-yeni.jpg

Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

Zabux və Sus kəndlərinin Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib ki, orada da fəal iş aparılır.

 

“Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

ilham-eliyev-ziyaret.jpg

Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.

Dövlətimizin başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər.

 

“İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

eliyev-shusha2.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, dövlət başçısı bu barədə mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - prezident bildirib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

eliyev-susa.jpg

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə səslənib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı deyib:

“Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.

 

Dövlətimizin başçısı onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

resad-memmedov.jpg

Zəngəzur dəhlizi tezliklə açıqlacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədəki səfirimiz Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.

“Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycanı birləşdirir. Bu dəhlizin açılması istiqamətində işlər yüksək templə davam edir və sona çatmaq üzrədir”, - o bildirib.

Səfir xatırladıb ki, Zəngəzur Azərbaycan ərazisi olub və 1920-ci ildə Sovet Rusiyası Azərbaycandan qopararaq, Ermənistana hədiyyə edib. Bununla da Azərbaycanın əsas hissəsi ilə Türkiyəyə arasına maneə yerləşdirilib.

R.Məmmədov Zəngəzur dəhlizinin uzunluğunun cəmi 38 km olmasına da diqqət çəkib.

 

O, bu dəhlizin bütün region ölkələrinin maraqlarına cavab verməsindən, o cümlədən Ermənistanın təhlükəsizliyi üçün mühüm olmasından da bəhs edib.

Səfirimizin son sözləri Ermənistan mediasında xüsusi reaksiya doğurub.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

qazax-xerite1.jpg

 

Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılması ilə həlledilməz yol problemi yaransın.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana aid kəndlərin qaytarılması ilə Ermənistanın İran və Gürcüstana çıxış yollarının məhdudlaşacağı haqda sualı cavablandırarkən deyib.

“İlkin versiya kimi Kərki kəndini götürək. Bu kəndin qaytarılası ilə İrəvandan Dərələyəzə və s. yol məhdudlaşa bilər. Götürək ki, biz məsələyə hüquqi baxımdan yanaşırıq. Əgər siyasi baxımdan müəyyənləşsə ki, bu kənd Azərbaycana aiddir və bu, xəritələrlə təsdiqlənir, onu qaytarmaq problem deyil. Ancaq Azərbaycanın, məsələn, Başkəndi qaytarıb, Kərkini almaq istədiyi haqda da fakt yoxdur”, - o bildirib.

 

Paşinyan iddia edib ki, hətta belə olsa da, bu məsələni şişirtmək olmaz, çünki bu, həll edilməsi mümkün olmayan problem yaratmayacaq:

“Əgər ordan yol olmasa, başqa yerdən yol olacaq. Heç bir problem yoxdur”.

 

Baş nazirin sözlərinə görə, Ermənistan yol şəbəkəsini elə inkişaf etdirir ki, belə problemlər yaranmasın.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana aid 8 kəndi “Azərbaycandakı anklavlarla dəyişməyə” hazır olduğunu bildirməsi İranı da “narahat” edib. İran Kərkinin Azərbaycana qaytarılacağı təqdirdə İran-Ermənistan yolunun Azərbaycanın nəzarətinə keçəcəyindən “narahat olduğunu” bildirib.

Eyni zamanda, Ermənistanın Gürcüstana yolu da hazırda Ermənistanın nəzarətində olan Qazaxın kəndlərinin ərazisindən keçir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

zakir-hesenov_(1).jpg

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə təşkil edilən komanda-qərargah təliminin yekun iclası keçirilib.

Bu barədə Axar.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

dtx-emeliyyat.jpg

Ermənistanda Köhnə Tağlar kəndi yaxınlığında erməni terrorçularının ələ keçirilməsi ilə bağlı başlanmış cinayət işi məhkəməyə təqdim edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 2020-ci ilin dekabrın 11-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi anti-terror əməliyyatı zamanı terrorçuların komandirləri mayor V.Q. və polkovnik-leytenant C.M.-in səriştəsizliyi ucbatından döyüş mövqelərinin olduğu xəritə də ələ keçirilib. Ermənistan rəhbərliyi iddia edir ki, guya həmin xəritənin ələ keçirilməsi Azərbaycan hərbçilərinə digər erməni postlarını da mühasirəyə almaq imkanı verib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ordumuza qarşı terror əməliyyatı həyata keçirən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülmüşdü.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

satanovski.jpg

Ərdoğanın yenidən prezident seçilməsindən sonra Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti, ermenipərəstliyi ilə seçilən Yevgeni Satanovski erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, bu, artıq Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü kifayət qədər sərt ultimatumda da nəzərə çarpır:

“Ərdoğan qalib gəldi və o, Bakının ən yaxın müttəfiqidir. O, İkinci Qarabağ müharibəsinin qaliblərindən biridir.

Qarabağ və onun Ermənistana məxsusluğu mövzusu qapanıb - Paşinyan qapayıb. Ermənilərin orada qalıb-qalmayacağı bu gün sual altındadır.

Bundan başqa, Ermənistan ərazisindən Naxçıvana dəhliz mövzusu açıqdır və böyük sual Ermənistanın Zəngəzur bölgəsinin Ermənistanın nəzarətində qalıb-qalmayacağıdır. Paşinyan açıq şəkildə Rusiya hərbi bazasından və Qarabağdakı rus sülhməramlılardan xilas olmaq istəyir. Amma bu halda onun Bakı və Ankara ilə növbəti toqquşmada niyə uduzmayacağı bəlli deyil”.

 

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə gəlincə, Satanovski bildirib ki, hər şey hansı normallaşmadan danışdığımızdan asılıdır:

“Əgər Ermənistan bu gün Ərdoğanın inşa etdiyi gələcək Osmanlı limanının periferik əyalətlərindən birinə çevrilərsə, o zaman normallaşma mümkündür.

Ermənistanı daha hansı aqibət gözləyir, anlaya bilmirəm. Paşinyanın birmənalı Qərbə yönəlməsi Ermənistana başqa aqibət qoymur. Onun etdiyi hər şey ABŞ-ın maraqlarına uyğundur. ABŞ-ın maraqları isə Ermənistanın İran və Rusiya ilə əlaqəsinin kəsilməsidir. Belə olan halda Ermənistanın hansı şansları var”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

susa-xankendi.jpg

Azərbaycanın müharibəyə (antiterror əməliyyatına – red.) hazırlaşdığını nəzərə alsaq, bu məlumatdan təəccüblənmirəm.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında erməni politoloq Qrant Mikaelyan ABŞ-ın Qarabağda məskunlaşan separatçıları Azərbaycana inteqrasiyaya məcbur etməsi, əks halda Azərbaycanın antiterror əməliyyatına başlayacağı ilə “hədələməsi” haqda RİA-nın yaydığı məlumatı şərh edərkən deyib.

“Azərbaycanın müharibə hazırlığı haqda hər kəs bilir. Və bu əməliyyat başlasa, ABŞ müdaxilə etməyəcək – bunu da hamı bilir”, - o bildirib.

O iddia edib ki, ABŞ Qarabağ məsələsində substantiv güzəştlərə nail olmaq üçün Ermənistana təzyiq edir:

 

"Ola bilsin ki, Amerika bununla da Azərbaycana dəstəyini nümayiş etdirir. Biz dəfələrlə şahidi olmuşuq ki, ABŞ Azərbaycana necə kömək edir - həm İrana qarşı məsələlərdə, həm də silah tədarük etmək və sairlə Bakıya öz siyasətini davam etdirməyə imkan verir”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

sharmazanov.jpg

Nikol Paşinyan verdiyi açıqlamalarla müharibənin əsas günahkarı və dövlət cinayətkarı olması barədə böyük faktları ortaya qoydu.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov erməni mediasına açıqlamasında ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının iclasında dediyi sözlərə cavabında bildirib.

“12 oktyabrda biz Nikolla görüşdük. O dedi ki, vəziyyət yaxşı deyil, biz məğlub olacağıq, yalnız Rusiya bu durumu dayandıra bilər. Ona dedim ki, onda Rusiyaya müraciət et. Dedim: “Sabah vəziyyətin daha pis, qurbanların daha çox olacağını istisna edirsiniz?”

İkinci dəfə 19 oktyabrda, Nazirlər Kabinetinin iclasından sonra görüşdük. O dedi ki, biz müharibəni uduzmuşuq, vəssalam, bitdi. Əvvəl “5+2” (7 rayonun qaytarılması) formulundan danışırdı, ancaq Şuşa ora aid deyildi”, - o vurğulayıb.

Şarmazanovun sözlərinə görə, sonradan öyrənib ki, oktyabrın 19-da Rusiya prezidenti müharibəni dayandırmağı təklif edib – əhəmiyyətsiz ərazilər (işğalda olan o vaxtkı Dağlıq Qarabağın ətrafındakı 7 rayon – red.) Azərbaycana veriləcək, Şuşa isə Ermənistanın nəzarətində qalacaqdı:

“Nikol Paşinyan sübut etdi ki, 19 oktyabrdan sonra bütün qurbanların günahkarı odur. Əgər hətta 19 oktyabrla 9 noyabrdakı şərtlər eyni olsa belə, o, müharibəni dayandırmaqla ən azı 2 min əsgərin həyatını xilas edə bilərdi. Oktyabrın 19-da o, elə bir vəziyyətə düşdü ki, Putindən türklərin Zəngəzura (Sünikə) girməməsi üçün Ermənistanla sərhədə qoşun, heç olmasa, bayraq gətirməyi xahiş etdi. Bizi Zəngəzuru xilas etmək istədiyinə inandırırdı, indi isə Meğridəki sülhməramlılara qarşı olduğunu deyir.

 

Əgər o, 19 oktyabrda Meğriyə rusların girməməsi üçün daha yaxşı şərtlərlə saziş imzalamaya bilirdisə və 9 noyabrda bunkerə qaçdısa, necə imzalamaya bilərdi? O, burda da aldadır”.

O qeyd edib ki, müharibənin səbəbkarı Paşinyan oldu, çünki o, “Qarabağ Ermənistandır” dedi və “mən necə lazımdırsa, danışıqlar aparıram” söylədi:

“Bütün günah ondadır. 17 noyabrda Putin dedi ki, 19 oktyabrda Azərbaycan tərəfi razılaşdı, Ermənistan razılaşmadı. Əgər kişidirsə, qoy desin ki, Putin yalan danışır”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

qafan-konsulluq.jpg

İranın ardınca Rusiya Ermənistanın Qafan şəhərində baş konsulluq açmaq üçün müzakirələr aparır. Bəllidir ki, Sovet İttifaqı dağıldıqdan sonra 30 il müddətində Ermənistanın Qafan şəhəri Rusiya və İranın oylağına çevrilsə də, nədənsə bu ərazidə diplomatik nümayəndəlik açmaq nə Tehranın, nə də Moskvanın ağılına gəlmişdi.

Ancaq 44 günlük müharibədəki zəfərdən və Zəngəzur dəhlizi ideyasının gerçəkləşməsi istiqamətində siyasi-hərbi iradə ortaya qoyulandan sonra vəziyyət dəyişdi: Naxçıvandan Meğriyə qədər uzanan yollar demək olar ki, tam təmir edilib, Şərqi Zəngəzurda, əsasən də Qafanla sərhəd olan Zəngilanda sürətli quruculuq işləri aparılır və beləliklə, bu mahalın çəkisi və önəmi artıb. Regional maraqlarının təhlükədə olduğunu bəhanə edən İran tələm-tələsik Qafanda konsulluq açdı. İndi də Rusiya Qafanda diplomatik korpusunu açmaq niyyətindədir.

Görünən odur ki, İrandan fərqli olaraq, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Birincisi ona görə ki, bu dəhliz Moskvanın Şərqə çıxışını təmin edən quru yoludur. Və bu yol hazırda Rusiya iqtisadiyyatına fayda vermək baxımından Kremlin maraqlarına uyğundur.

İkincisi, böyük ehtimalla, Ermənistan tərəfdən dəhlizin təhlükəsizliyinə nəzarət rusların əlində olacaq. Bu da Moskva üçün geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsindən sonra Qafqazda imicinin zəiflədiyi və güc balansının Moskvanın əlehinə işlədiyi bir vaxtda Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmə imkanı şans sayıla bilər.

 

Rusiya Zəngəzurda konsulluq açmaqla, dəhlizlə yanaşı, həm də bölgəyə nəzarət etmək istəyir. Eyni zamanda Moskva hazırda Qafqazın ən çox zikr edilən bölgəsi Zəngəzurda aktiv oyunçu olmaq finksiyasını kimsəyə güzəştə getməyəcəyini elan edir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

eliyev-herbi.jpg

Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.

Axar.az xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlət başçısı bildirib:

 

“Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...