Перейти к содержимому

Maraqlı faktlar


=Zaman=

Recommended Posts

Kök insanlar bu xəstəliyə yoluxmur

3bab611s-1920.jpg 

İngiltərədə aparılan araşdırmada 55 yaşı olan 2 milyon insan iştirak edib. Onların hər birinin son 20 ildəki qidalanma və yuxu rejimləri, tibbi problemləri, qəbul etdikləri dərmanlar və s. nəzərə alınıb. Nəticə göstərib ki, arıq insanların alzeymıra yaxalanmaq riski köklərdən 18 dəfə daha çoxdur.

Mütəxəssislər bunun səbəbini kök insanlarda vitamin çatışmazlığı probleminə daha az rastlanması ilə əlaqələndirirlər.

Ссылка на комментарий
Поделиться на других сайтах

Məşhurların qeyri-adi vəsiyyətləri

Heinrich Heinenin istehzalı vəsiyyəti
Alman şairi, lirika və satira ustası Heinrich Heine həyat yoldaşına ünvanladığı ən ironik vəsiyyətlərdən birinin müəllifi kimi tarixə düşüb. O, 44 yaşında hamının Matilda adlandırdığı 26 yaşlı Kseniya Yevgeni Mira ilə ailə həyatı qurub. Heinenin dostlarının dediyinə görə, qız onun kimi savadlı olmayıb. Matilda hətta oxumağı belə bacarmayıb. Buna görə də, bütün həyatı boyu, Heinenin bir əsərini də oxumayıb. Üstəlik, o, kaprizli, cəld və çox tez əsəbləşən qadın olub. Buna baxmayaraq, Heine onu sevirmiş.
Heinrich Heinenin
İyirmi ildən çox Matilda ilə yaşayan Heine bir gün arvadına pis oyun oynamaq qərarına gəlib. O, özü hekayəni bu cür danışıb: “Kilsədən qayıdandan sonra vəsiyyətnamə yazdım. Bütün əmlakımı həyat yoldaşıma buraxdım. Bir şərtlə: Mənim ölümümdən sonra mütləq yenidən evlənməlidir. Əmin olmaq istəyirdim ki, dünyada heç olmasa bir nəfər mənim vəfatıma üzülüb deyəsəcək «Yazıq, Heine niyə bizi tərk etdi? Sağ olsaydı, arvadını almazdım!» Bu vəsiyyət bir dahi zarafat olaraq tarixdə qalıb. Matilda isə Heinenin bütün mirasına sahib olub və bir daha evlənməyəcəyini açıqlayıb.

Nikolay Qoqolun qəribə vəsiyyəti
Yazıçı Nikolay Qoqolun həm həyatı, həm də ölümü mistikdir. Bu da daha çox onun psixi pozğunluğu ilə bağlıdır. Yazıçının son vəsiyyətində birinci abzas belədir: “Bədənimin tam parçalandığı görünməyənə qədər cəsədimin basdırılmamasını vəsiyyət edirəm”.
Nikolay Qoqol
Yazıçının vəsiyyətinin yeddinci hissəsində isə belə deyilirdi: “Vəsiyyət edirəm ki, mənim üzərimdə heç bir abidə ucaldılmasın və heç kim belə bir xırda, ləyaqətsiz xristian haqqında fikirləşməsin. Heç kim mənim üçün yas saxlamasın. Kim mənim ölümə hörmət etməyə çalışsa, bütün günahlarımı öz üzərinə götürmüş olacaq”. Qoqol iddia edirdi ki, onu həqiqətən sevənlər xatirəsini abidəsiz də əziz saxlayacaqlar.

Çarli Çaplindən bir milyon dollar
Çarli Çaplindən
Məşhur və sevilən komediya ustası Çarli Çaplin də vəsiyyət edərkən belə zarafatından qalmayıb. O bildirib ki, uşaq dünyaya gətirən ilk kişiyə bir milyon dollar vəsiyyət etdir. Üstəlik, vəsiyyətnamənin bu bəndində həmin şəxsin transgender olmaması xüsusi ilə qeyd olunub. Anladığınız kimi, hələ heç kim Çaplinin tapşırığını yerinə yetirə bilməyib və miras almayıb. Bir milyon hələ də sahibini gözləyir.

Merilin Monronun yerinə yetirilməmiş vəsiyyəti
1962-ci ildə vəfat edəndə Amerika kinosunun kult ulduzu Merilin Monronun birbaşa varisləri yox idi. O, faciədən bir il əvvəl üçüncü ərindən boşanıb və eyni zamanda vəsiyyətini yenidən yazıb. Monronun son vəsiyyətinə görə, onun ögey bacısına və psixoloquna kiçik məbləğdə miras qalıb. Aktrisa aktyorluq sahəsindəki uğurlarına görə müəllimi Li Strasberqə təşəkkür məktubu yazıb və vəsiyyətnamədə Strasberqin bəzi şəxsi əşyalarını ailəsinə və digər qohumlarına paylamalı olduğunu qeyd edib. Lakin müəllimi onun son vəsiyyətini yerinə yetirməyib. Şəxsi əşyalarını ona verməkdən qəti şəkildə imtina edərək, 1982-ci ildə ölümünə qədər onları çardaqda saxlayıb. Strasberq 80 yaşında vəfat edəndə isə miras üzərində bütün hüquqları həyat yoldaşı Annaya keçib.
Merilin Monro
Gənc dul qadın dərhal Monronun şəxsi əşyalarının böyük bir satışını təşkil edib. Deyilənə görə, qadın əri tərəfindən mənimsənilmiş əşyalara görə 20 milyon dollara qədər pul əldə edib. Bundan əlavə, hazırda Merilin Monronun varisi olan Anna hər il 8-9 milyon dollar alır.

Freddie Mercury-nin maraqlı vəsiyyəti
45 yaşında qəfil dünyasını dəyişən britaniyalı müğənni Freddi Merkurinin ölümündən 30 ildən çox vaxt keçir. Ancaq indiyə qədər pərəstişkarları onun külünün harada olduğunu bilmirlər. Rok musiqiçisi dəfn olunduğu yerin valideynləri də daxil olmaqla hamı üçün sirr olaraq qalmasını istəyib.
Freddie Mercury
Merkurinin sərvətinin böyük hissəsini ən yaxın dostu Meri Ostinə vəsiyyət edib. Onun payına Londonun qərbində 25,7 milyon dollar dəyərində malikanə və 11,5 milyon dollar düşüb. Musiqiçi sərvətinin daha 25%-ni valideynlərinə və bacısına qoyub. Bundan əlavə, Freddi aşpaz Co Fanelliyə, şəxsi köməkçi Piter Fristouna, Cim Hattona və şəxsi sürücüsü Terri Giddinqsə hər birinə 100 min ayırıb.
Merkurinin vəsiyyəti nəyi və kimə vəsiyyət etdiyinə görə deyil, daha çox dəfn olunma şərtlərinə görə məşhurlaşıb. Freddi Merkuri son vəsiyyətinə əsasən, zərdüştilik ayininə görə kremasiya edilib və bundan sonra onun külü naməlum yerdə basdırılıb. Vəsiyyətin ən maraqlı məqamı da bu idi: Merkuri onun külünün basdırıldığı yer barədə Meri Ostindən başqa heç kimin xəbər tutmasını istəməyib.

Hunter Thompsonun çılğın vəsiyyəti. Küldən atəşfəşanlıq…
Dindar amerikalı yazıçı və jurnalist, məşhur «Las-Veqasda qorxu və nifrət» romanının müəllifi Hunter Tompson öz istəyi ilə 67 yaşında vəfat edib. QİÇS-ə yoluxan Thompson ağrılı tibbi prosedurlardan xilas olmaq üçün məbəddə özünü güllələyib. Hunterin dostlarının çoxu onun öz dəfnində ziyafət vermək və küldən qeyri-adi atəşfəşanlıq etmək arzusunda olduğunu bilib. Beləcə mərhumun arzusu yerinə yetirilib. Onun ən yaxın dostu Conni Depp vida mərasiminin təşkilini öz üzərinə götürüb. Top gülləsi ilə dostunun külünü səpələmək üçün o, yerli hakimiyyət orqanlarından rəsmi icazə alıb. İnadkar Conni Depp bütün çətinliklərin öhdəsindən gələrək dostunun son vəsiyyətini yerinə yetirib. Ərazidə hündürlüyü təxminən 45 metr olan postament tikilib. Üstünə top yığılıb və külü ilə dolu topun atəşi ilə yazıçının dostları üçün möhtəşəm şənlik təşkil olunub.
Hunter Thompso
 
Roger Dorkasın vəsiyyəti. “O biri dünyadan” qəddar zarafat: it – 65 milyon, arvad – 1 sent.
Ürək çatışmazlığından dünyasını dəyişən amerikalı kino prodüseri, 62 yaşlı milyonçu Rocer Dorkası iti Maksimilian adına yazdığı vəsiyyəti ilə ölümündən sonra məşhurlaşıb. Pulun 25 yaşlı həyat yoldaşı, aktrisa Vendi Ditrixə getməməsi üçün ,o, itinə 65 milyon dollarlıq sərvət vəsiyyət edib. Dorkasın sərvətindən dul arvadına isə cəmi 1 sent miras qalıb. Arvadı məhkəmə yolu ilə Dorkas mirasını itdən almağa çalışsa da, məhkəmə vəsiyyətnaməni etibarlı hesab edib.

Terri Pratchettin şok edici vəsiyyəti
1990-cı illərdə Böyük Britaniyada ən çox oxunan müəlliflərdən olan Terri Pratchett ümumilikdə 70-dən çox kitab yazıb, onlardan 15-i BBC-nin 2003-cü ildə tərtib etdiyi “200 ən yaxşı kitab” siyahısına daxil edilib.
Terri Pratchett
Terri Pratchett ölümündən sonra yarımçıq işlərinin konkisürmə meydançasından məhv edilməsini vəsiyyət edib. Məşhur Terri Pratchettin ailəsi və dostları 2017-ci ildə vəsiyyətini yerinə yetirərək, onun kompüterinin, gələcək işlərinin qaralamalarını özündə saxlayan sərt disklərini konkisürmə meydançasının təkərləri altında məhv ediblər. Bu xəbər xeyli sarsıntıya səbəb olub və ölümündən sonra yazıçını daha da populyarlaşdırıb.
Ссылка на комментарий
Поделиться на других сайтах

Qadınlar haqqında maraqlı 20 məlumat

Maraqlı məlumatlar sisiləsinin budəfəki mövzusu Yaradanın sirli və və gözəl varlıqları qadınlardır. O qadınlar ki, əsrlər boyu ədəbiyyat və incəsənətə yön vermiş, onun əsas mövsuzu və ilham mənbəyi olmuşdur. 
 
  1. Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.
     
  2. Dünyada qadınların orta ömrü kişilərlə müqayisədə3-10 il daha çoxdur.
     
  3. Qadınlar kişilərə nisbətən daha çox göz qırpırlar.
     
  4. Qadınların dilində kişilərə nisbətən daha çox dad reseptorları var.
     
  5. Qadınların immun sistemi kişilələ müqayisədə daha güclüdür.
     
  6. Qadınlar onları qucaqlayan insanlara daha çox güvənirlər.
     
  7. Qadınların dərisi kişilərdən daha nazikdir. Buna görə də onların dərisi daha erkən yaşda qırışır.


    Qadınlar haqqında maraqlı 20  məlumat | Maraqlı faktlar

    Qadınlar haqqında maraqlı məlumatlara davam..

     
  8. Bir qadın ildə orta hesabla 46 dəfə göz yaşı axıdır.
     
  9. Araşdırmalar göstərir ki, bir qadın ildə təxminən120 saatını güzgü qarşısında keçirir.
     
  10. Qadınlar kişilərdən daha yaxşı eşidirlər. Qadınların beyninin eşitmə hissəsində kişilərə nisbətən daha çox neyron var.
     
  11. Qadınların gözləri kişilərin gözləriylə müqayisədə daha çox rəngi bir-birində ayıra bilir.
     
  12. Anterior singulat korteks beyində qərar vermə mexanizmini idarə edən bölgədir və bu korteks qadınlarda kişilərdəkindən daha böyükdür.
     
  13. Həm maaşlı işləri, həm də gündəlik ev işərini nəzərə aldıqda, qadınlar kişilərə nisbətən gündə təxminən 30 dəqiqə daha çox işləyirlər. (Ki bu da ildə 39 gün edir)
     
  14. Hindistan və Napalda ərləri ölmüş qadınlar sədaqət və sevgi əlaməti olaraq ərlərinin dəfn mərasimində özlərini yandırırdılar. Sati (dul qadının yandırılması) adlanan bu əməl könüllü bir seçim idi. Ancaq çox əziyyət çəkməsinlər deyə, bəzən qadınları yuxuya verib oda atırdılar.
     
  15. Dünya qadınların 3/1-i həyatı boyu ən azı bir dəfə şiddətə məruz qalıb.
     
  16. Qeydə alınmış tarixə görə ən yüksək IQ-ə sahib insanların sırlamasındailk 2 yer qadınlara aiddir.
     
  17. Qadınların iybilmə qabiliyyəti kişilərə nisbətən daha çox inkişaf etmişdir.
     
  18. Qadınların bədənində daha çox sinir reseptoru olduğu üçün ağrıları kişilərə nisbətən daha çox hiss edirlər.
     
  19. Qadınlar bədən dilini oxumaqda kişilərdən daha uğurludur. Bir çox qadın bir insanın əsl niyyətini onun jestləri, hərəkət və mimikaları ilə öyrənə bilir.
     
  20. Qadınlar onlara verdiklərinizdən çox, onlar üçün nələrdən imtina etdiyinizə baxırlar.Bu baxımdandaha çox fədakar insanları sevdiklərini deyə bilərik.
Ссылка на комментарий
Поделиться на других сайтах

Məşhur içki Coca-Colanın tarixçəsi

Əsas ixtisası kimya olan 19 yaşlı bir gənc, 1850-ci ildə Corciya əyalətində tibb işçisi olaraq müstəqil həyata başlayır. Tibb və cərrahiyyə işlərinin ardınca Kolumbusda özünə bir aptek açır.
Amerikan vətəndaş müharibəsinin məşhur döyüşlərindən olan Kolumbus döyüşündə Konfederasiya ordusunun leytenantı olaraq iştirak edir və döyüş zamanı sinəsindən qılınc yarası alır. Döyüşdə aldığı bu yaranın sağalma dövründə ağrını kəsmək üçün morfindən istifadə etməyə başlayır. Morfin asılılığından qurtulmaq üçün tərkibində morfin olmayan ağrıkəsici hazırlamaq üçün işlər görür. Kəşf etdiyi və tələb görən yüngül alkoqollu içkini daha geniş bazara çıxarmaq üçün Kolumbusdan Atlantaya köçür.
Məşhur içki Coca-Colanın tarixçəsi
Bu əyalətdə də alkoqol qadağası qüvvəyə mindikdə alternativ alkoqolsuz içki üzərində işləməyə başlayır. Təsadüfən icad etdiyi alkoqolsuz qazlı formulun ilk şüşəsi 8 may 1886-da Atlantada şəriki olduğu Yakobs aptekində satışa çıxarılır və məşhurluq qazanır.

Hekayəmizin qəhrəmanı Con Stit Pemberton, ixtira etdiyi içki isə Koka-Koladır.

 
Ölənə qədər morfin asılılığı davam etdiyi üçün şirkətin demək olar ki, bütün səhmlərini satır. İxtirasının bir gün bütün ölkədə məşhurlaşacağı xəyalı ilə son hissələri oğluna bağışlayır. Doktor Pemberton 1888-ci ildə mədə xərçəngindən vəfat edir. Amma atasının ölümünün ardınca oğlu Çarlez də əlindəki hissələri 1750 dollara satışa çıxarır.
 
Bir neçə qərb ölkələrindən olan birləşmiş həkimlər qrupu, bir neçə il boyunca məhşur içkilərin “Cola”, pepsi – Cola, Coca – Cola və sair, xüsusiyyətlərini araşdırıblar. Araşdırmaların nəticələri elə də ürək açan olmayıb. Məlum olub ki uzun müddətli kolanın qəbulu, kişilərdə və qadınlarda sonsuzluqla nəticələnir. Sözsüz ki istisnalar da olur.Bu cür kədərli effekti, içkinin hazırlanmasında istifadə edilən, kola qozu verir. Keçmişdə bu qoz yalnız Amerikada bitirdi və onu hindu döyüşçülərinə çeynədirdilər. Bu məqsədlə müasir ordularda əsgərlərə cinsi zəiflik gətirmək üçün istifadə edirlər ki, onların xidmətdən fikirləri yayınmasın. Bütün dünyaya aşkar şəkildə narkotik olan kokain tərkibli mayeni satan “Coca – Cola” şirkətini məhkəməyə vermişlər, həm də ona görə ki Coca – Cola-nın tərkibində qanın xərçəngini – leykemiyanı əmələ gətirən maddə var. Bu maddənin adı benzendir.Yəni Coca – Cola və Pepsi Cola, kokain narkotikinin yüngül qarışığıdır!!! Şübhəsiz ondan aslılıq yaranır. Coca – Colanın qalan tərkibi isə şəkərdi, pəhriz variantında isə neyrotoksik maddə aspartadır, yəni pəhrizli Cola adi Coladan daha zərərlidir. Bundan əlavə Colaya konservantlar əlavə olunur və güclü ortofosfor turşusu + qazlanma. Hələ də Coca-Colanın hazırlanma qaydasını sirr olaraq saxlayırlar. Onun tərkibində bundan artıq nə qədər zərərli maddələrin oldugu məlum deyil.
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...
  • 3 weeks later...
Ссылка на комментарий
Поделиться на других сайтах

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 5 weeks later...

Acı bibərin faydası varmı?

Acı bibərin yeməklərə dad qatan bir ədviyyat olaraq tanınmasından əlavə, sağlamlığa olan müxtəlif faydaları ilə də diqqət çəkir. Bu yazıda acı bibərin sağlamlığımız üzərindəki müsbət təsirlərini, tədqiqatlarda ortaya çıxan faydalarını və günlük qidalanmamızda necə daha faydalı  rol oynaya biləcəyini ətraflı şəkildə araşdıracağıq.
Acı bibər

Acı bibərin sağlamlığa təsirləri

Acı bibərin sağlamlığa təsirləri, xüsusilə metabolizma və kilo idarəsi baxımından önəmlidir. Capsaicin, acı bibərin əsas tərkib hissəsidir və metabolizma sürətini artıra bilən bir maddədir. Bu maddə bədənin isti hiss etməsinə səbəb olur, bu da enerji sərfiyyatını və dolayısı ilə kalori yandırılmasını artırır. Bu proses termogenez adlanır və kilo verməyə kömək edir. Eyni zamanda, capsaicin iştahı azaltma qabiliyyətinə malikdir, bu da yemək yeyərkən daha az kalori qəbul etməyə səbəb ola bilər.

Bundan əlavə, acı bibər həzm sistemini yaxşılaşdırmaq və qəbizliyi azaltmaq kimi faydalar da təqdim edir. Mədə-bağırsaq traktının sağlamlığını yaxşılaşdırmaqla acı bibər həzmi asanlaşdırır və mədə-bağırsaq rahatsızlıqlarının riskini azaldır.

Acı bibərin xərçəngə qarşı rolu

Acı bibərin xərçəngə qarşı mümkün faydaları ilə bağlı bir çox tədqiqat aparılmışdır. Capsaicin, xüsusilə müxtəlif növ xərçəng hüceyrələri üzərində apoptozu (hüceyrə ölümü) stimullaşdırmaq qabiliyyətinə malikdir. Bu proses xərçəng hüceyrələrinin ölümünə və dolayısı ilə xərçəngin yayılmasının qarşısının alınmasına kömək edə bilər. Eyni zamanda, acı bibərin antioksidant xüsusiyyətləri hüceyrə zədələnməsinin və xroniki iltihabın qarşısını alaraq xərçəng riskini azaltmaqda rol oynayır.

Yüksək qan təzyiqinə təsiri

Acı bibərin qan təzyiqi üzərindəki təsirləri də araşdırılmışdır. Capsaicin, qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır. Bu, yüksək qan təzyiqini azaltmaq və ürək sağlamlığını qorumaq üçün faydalı ola bilər. Qan damarlarının elastikliyini artırmaqla acı bibər qanın daha asan dövran etməsinə imkan verir, bu da ürək və yüklənməni azaldır və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.

Ağrıkəsici olaraq istifadəsi

Acı bibərin ağrıkəsici xüsusiyyətləri, xüsusilə capsaicinin iltihabı azaldıcı və ağrıya qarşı təsirli olaraq işləməsi ilə bilinir. Bu maddə iltihabi reaksiyaları azaltmaqla və ağrı hissini azaltmaqla müxtəlif növ ağrılara qarşı təbii bir müalicə təqdim edir. Artrit, baş ağrıları və digər xroniki ağrı şərtlərində istifadə edilə bilər. Hətta dəriyə tətbiq edilən topikal kremlər formasında da ağrıkəsici effektlər göstərə bilər.

İmmunitet sistemini gücləndirmə

Acı bibərin sağlamlığa olan faydaları arasında immunitet sistemini gücləndirmə də var. C vitamini baxımından zəngin olan acı bibər bədənin infeksiyalara və xəstəliklərə qarşı mübarizəsində mühüm rol oynayır. Özəlliklə soyuq və qrip mövsümündə bu vitaminin alınması çox əhəmiyyətlidir. C vitamini immun sisteminin düzgün işləməsi üçün zəruri olan antioksidantlarla zəngindir. Bu, hüceyrələri zərərli radikallardan qoruyur və immun sisteminin daha güclü olmasına kömək edir.

Qaraciyərə təsiri

Acı bibərin qaraciyər üzərindəki təsirləri də sağlamlıq baxımından əhəmiyyətlidir. Qaraciyər bədənimizdəki ən önəmli detoksifikasiya orqanıdır və acı bibər onun funksiyalarını yaxşılaşdırmaqda faydalı ola bilər. Acı bibərin antioksidant və antiinflamatuar xüsusiyyətləri qaraciyəri zədələyən toksinlərə qarşı müqavimət göstərməyə kömək edir. Bu, qaraciyərin sağlam qalmasına və daha effektiv işləməsinə yardım edir.

Nəticə

Acı bibərin sağlamlığımıza olan müxtəlif faydaları onu sadəcə mətbəxdə istifadə edilən bir ədviyyatdan çox daha qiymətli edir. Metabolizmanın sürətləndirilməsindən xərçəng riskinin azaldılmasına, ağrıkəsici xüsusiyyətlərindən immunitet sisteminin gücləndirilməsinə qədər acı bibərin faydaları geniş bir spektri əhatə edir. Bu məlumatlara əsaslanaraq acı bibəri həyatımızda daha fəal şəkildə istifadə edərək sağlamlığımızı yaxşılaşdıra bilərik. Acı bibərin faydalarını nəzərə alaraq onu yeməklərimizə əlavə etməyə daha çox maraq göstərə bilərik.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...