=Zaman= Posted November 28, 2024 Report Share Posted November 28, 2024 Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Almaniyanın avtomobil istehsalçısı Volkswagen Almaniyada ən azı 3 zavodunu bağlamağı və geniş miqyaslı ixtisar planlaşdırır. FED.az xəbər verir ki, bunu Volkswagen işçilərini təmsil edən Volkswagen Həmkarlar İttifaqının sədri Daniela Cavallo, Alman istehsalçısının baş qərargahının yerləşdiyi Volfsburqda işçilər üçün təşkil edilən məlumatlandırma tədbirindəki çıxışında bildirib. O, "İdarə heyəti Almaniyada ən azı üç Volkswagen zavodunu bağlamaq istəyir" deyib. Volkswagen-in ölkədəki digər obyektlərinin də kiçiləcəyinə qeyd edən Cavallo, şirkətin idarə heyətinin ixtisarları planlaşdırdığını bildirib. Cavallo deyib: "İdarə heyəti bu ölkədə qalan bütün zavodlarda işçiləri ixtisar etməyi planlaşdırır. Konkret olaraq bu, məhsulların, miqdarın, növbələrin və bütün montaj xəttinin azaldılması deməkdir. Rəhbərlik bu məsələdə tamamilə ciddidir". Almaniya hökumətinin təcili olaraq alman sənayesi üçün master plan hazırlamalı olduğunu bildirən Kavallo, sənayenin geriləməsinin dayandırılması lazım olduğunu qeyd edib. Cavallo Almaniyada hansı zavodların bağlanacağını və ya Volkswagen Qrupunun Almaniyadakı təxminən 300 min işçisindən neçəsinin işdən çıxarıla biləcəyi barədə məlumat verməyib. Volkswagen, qənaət və xərclərin azaldılması tədbirləri çərçivəsində 2024-cü ilin sentyabr ayının əvvəlində tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarını bağlayacağını və 30 illik məşğulluq müqaviləsini 5 il tez ləğv edəcəyini açıqlamışdı. Şirkət buna səbəb kimi Avropada yüksək enerji və işçi qüvvəsi xərclərinin onun rəqabət qabiliyyətini azaltmasını və satışlarının düşməsini göstərib. Volkswagen Qrupunun 17 Avropa ölkəsində, Amerika, Asiya və Afrikada 10 ölkədə 114 istehsal müəssisəsində təxminən 650 min nəfəri çalışır. Şirkətin Almaniyada işçilərinin sayı təxminən 300 min nəfər təşkil edir. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 10:0530 Okt 2024 Avropa İttifaqı (Aİ) Komissiyası Çində istehsal edilən elektrik avtomobillərinə dair subsidiyaya qarşı araşdırmasının tamamlandığını və 5 il ərində bu ölkədən Avropa İttifaqına idxal edilən elektromobillərə yüksək anti-subsidiya vergilərinin tətbiq edildiyini açıqlayıb. FED.az xəbər verir ki, açıqlamada, araşdırma nəticəsində Çində elektrikli avtomobil dəyər zəncirinin ədalətsiz subsidiyalardan faydalandığı və bunun Avropadakı istehsalçılara iqtisadi ziyan vurduğu müəyyən edilib. Açıqlamada, əlavə vergilərin Avropa İttifaqı Rəsmi Portalında dərc edildikdən bir gün sonra tətbiq ediləcəyi və bu prosesdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun bir həll tapılması üçün səylərin davam etdiriləcəyi qeyd edilib. Açıqlamada Tesla-nın Çində istehsal etdiyi modellərə 7,8%, BYD-nin modellərinə 17%, Geely-nin modellərinə 18,8%, araşdırma ilə əməkdaşlıq edən istehsalçıların modellərinə 20,7%, SAIC və əməkdaşlıq etməyən digər şirkətlərin modellərinə isə 35,3% əlavə vergi tətbiq ediləcəyi vurğulanıb. 4 iyuldan etibarən tətbiq edilən müvəqqəti vergilər alınmayacaq. Son illərdə Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır. Çində istehsal olunan aşağı qiymətli və subsidiyalı elektrik avtomobillərinin satışları rəqiblərini qabaqlayır. Aİ Komissiyası iyul ayında Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına müvəqqəti əlavə vergilər tətbiq etməyə başlayacağını açıqlamışdı. Qərardan əvvəl Aİ Çindən idxal edilən elektriklə işləyən avtomobillərə 10 faiz vergi tətbiq edirdi. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub. FED.az xəbər verir ki, dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manatadək nəzərdə tutulub. FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinə təşkil olunan mediatur zamanı deyib. O bildirib ki, AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır: "Monitorinq mərkəzi elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan tanıyır". (Trend) Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Ötən illə müqayisədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 60%-dən çox avtomobil satışı həyata keçirilib. FED.az xəbər verir ki, agentliyin yaydığı məlumatda bildirilir ki, 2018-ci ildən 2024-cü ilin 9 ayı daxil olmaqla ölkənin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 360 milyon manatlıq avtomobil satışı həyata keçirilib. Həmçinin cari ilin yanvar-sentyabr aylarında Hacıqabul Sənaye Parkında 53,86 milyon manatlıq 1901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 25,9 milyon manatlıq 1072 ədəd avtomobil satışı həyata keçirilib. Avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 60% artıb. Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Bentley 2026-cı ildə ilk tam elektrikli avtomobilini təqdim edəcəyini açıqladı. FED.az xəbər verir ki, yeni model “lüks şəhər SUV”-u olacaq və Bentley-nin İngiltərədəki Crewe zavodunda istehsal olunacaq. Güman olunur ki, Bentley bu modeldə Volkswagen Qrupuna aid olan Porsche Macan EV və Audi Q6 e-tron modellərinin platformasından istifadə edəcək. Bentley, “Beyond100+” adlanan yeni strategiyasına əsasən, 2035-ci ilə qədər tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır. Bu plana uyğun olaraq, şirkət 2030-cu ilə qədər hər il yeni bir elektrikli və ya hibrid model təqdim edəcək. Şirkət əvvəllər 2030-cu ilə qədər tam elektrikliyə keçməyi hədəfləsə də, yeni plan bu tarixi 2035-ə qədər uzadır. Bentley rəhbəri Frank-Steffen Walliser bildirib ki, bu yeni strategiya şirkətin həm ətraf mühiti qorumaq hədəfinə, həm də lüks avtomobillər istehsalına sadiq qalmasına kömək edəcək. Bu addımla Bentley, həm karbon neytrallığına çatmaq, həm də öz müştərilərinə yüksək keyfiyyətli elektrikli modellər təklif etmək istəyir. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 "Ford Motor" şirkəti 165 milyon dollar cərimələndi Ford Motor Company, ABŞ hökumətinə 165 milyon dollara qədər cərimə ödəməyə razılaşıb. Cərimənin səbəbi geri çağırışlarda gecikmə və Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasına (NHTSA) düzgün məlumat təqdim edilməməsidir. FED.az xəbər verir ki, bu cərimə Takatanın hava yastıqları ilə bağlı ödədiyi məbləğdən sonra NHTSA tarixində ikinci ən böyük cərimədir. Şirkət 2020-ci ildə arxa görünüş kameralarındakı nasazlıqla əlaqədar geri çağırışda gecikib və əlavə olaraq NHTSA-ya tələb olunan hesabatları təqdim etməyib. Razılaşmaya əsasən, Ford dərhal 65 milyon dollar ödəyəcək, 45 milyon dollar isə qanunlara riayət üçün xərclənəcək. Daha 55 milyon dollarlıq məbləğ isə təxirə salınıb. Ford üç il ərzində geri çağırış prosedurlarına nəzarət etmək üçün müstəqil bir monitorinq qrupu ilə əməkdaşlıq edəcək. Şirkət geri çağırışları sürətləndirmək və təhlükəsizlik problemlərini vaxtında aşkar etmək üçün yeni texnologiyalara sərmayə yatıracağını açıqlayıb. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Azərbaycana elektromobillərin idxalı artıb Azərbaycana elektromobillərin idxalı artıb - QİYMƏT UCUZLAŞIB FED.az xəbər verir ki, bu barədə COP29-un onuncu günündə Mavi Zonada “Urbanizasiya / Nəqliyyat / Turizm” günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada bildirilib. “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nəticələr”in təqdimatı zamanı qeyd edilib ki, idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi 2021-ci ildəki 0,19 faizdən 2023-cü ildə 3,5 faizə yüksəlib. Eyni zamanda, elektrik enerjisi doldurma infrastrukturun inkişafı sahəsində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlərin və Vahid Elektrikdoldurma Platformasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda “Azərişıq” ASC və digər dövlət təşkilatları ilə yanaşı özəl sektor nümayəndələrinin təşəbbüsləri nəticəsində ümumilikdə 300-dən çox elektrikdoldurma cihazı quraşdırılıb. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova daha təmiz dünya və daha dayanıqlı gələcəyin formalaşdırılmasında karbon izini azaltmağa yönəlmiş ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin rolunu xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə aparılan islahatlar barədə məlumat verib. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Huawei və Anhui Jianghuai Automobile Group (JAC) tərəfindən ortaq şəkildə yaradılan Maextro brendinin ilk modeli S800, lüks avtomobil bazarını hədəf alaraq 26 noyabrda təqdim ediləcək. FED.az xəbər verir ki, yeni model S800 modeli, Mercedes-Benz S-Class, BMW 7 Series, Audi A8 və Nio ET9 kimi lüks sedanlarla rəqabət aparmaq məqsədini daşıyır. Təxminən 5,5 metr uzunluğunda olan bu avtomobil, geniş interyeri və təsirli xarici görünüşü ilə diqqət çəkir. Huawei və JAC, smart və internet bağlantılı lüks elektrik avtomobilləri istehsal etmək üçün keçən il əməkdaşlıq sazişi imzalayıb. Maextro S800-ün qiyməti hələlik açıqlanmasa da, əsas rəqiblərdən biri olan Nio ET9-un ilkin satış qiyməti 800,000 RMB (110,410 ABŞ dolları) olaraq müəyyən edilib. Bu yeni model, həm texnologiya, həm də lüks avtomobil bazarında yüksək standartlara cavab vermək üçün hazırlanıb və yaxın günlərdə avtomobil sevərlərin qarşısına çıxacaq. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Almaniyanın avtomobil sənayesini bürüyən böhran “Mercedes-Benz” şirkətinə də çatıb. Volkswagen pandemiyadan bəri ən aşağı mənfəət marjası açıqladı FED.az xəbər verir ki, yaxın illərdə istehsalçı öz xərclərini bir neçə milyard avro azaltmağa məcbur olacaq. Şirkəti belə bir addım atmağa ağır iqtisadi vəziyyət və əvvəllər almanlara sabit gəlir gətirən ən böyük avtomobil bazarı olan Çindəki zəifləmə sövq edir. “Biz yaxın zamanlarda xərclərimizi ildə bir neçə milyard avro azaldacağıq”, - deyə şirkətin sözçüsü bildirib. Lakin o, istehsalçının necə qənaət edəcəyini dəqiq deməyib. Hazırda Almaniyadakı “Mercedes-Benz” zavodlarında 90 minə yaxın insan çalışır. Şirkətin beş avtomobil zavodu və altı mühərrik istehsalı sahəsi var. Bundan əlavə, onun Avropada - İspaniya, Macarıstan, Polşa və Rumıniyada zavodları fəaliyyət göstərir. Çətin iqtisadi vəziyyət Avropada avtomobil nəhənglərinin sabitliyini sarsıdıb. “Volkswagen” tarixdə ilk dəfə Almaniyadakı zavodlarını bağlayacaq, “Audi” isə işçilərinin 15 faizini ixtisar edəcək. Elektrikli avtomobillərə tələbatın azalması fonunda “Ford” təxminən 4 min avropalı əməkdaşı ilə vidalaşacaq. (Azərtac) Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi satılıb. FED.az xəbər verir ki, hərracda satılan nəqliyyat vasitələrinə 93 sifariş qeydə alınıb. Dövlət Xidmətinin məlumatına görə, hərracda start qiyməti 20 min manat olan “Hyundai Grandeur” markalı avtomobil 24 min manata, 7980 manat olan “Honda Accord” markalı avtomobil 13,2 min manata satılıb. Qeyd edək ki, 4 və 17 dekabr tarixlərində keçiriləcək növbəti hərraclara 113 əmlak çıxarılıb, o cümlədən iştirakçılara qeyri-yaşayış sahələri, torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted November 28, 2024 Author Report Share Posted November 28, 2024 Böyük Britaniyada elektrik avtomobillərin istehsalı azalıb. Bu il xaricdən Azərbaycana 104 milyon dollarlıq elektromobil idxal edilib FED.az xəbər verir ki, Britaniya Avtomobil İstehsalçıları və Ticarətçilər Cəmiyyətinin (SMMT) açıqlamasına görə, ölkədə ümumi avtomobil istehsalı ötən illə müqayisədə 14 mindən çox azalıb. Azalmaya tələbatın səbəb olduğu bildirilir. Hibrid avtomobillərin istehsalı da ötən illə müqayisədə 1/3 nisbətində azalıb. Bildirilib ki, bunun da əsas səbəbi Avropada elektrikli avtomobillərə olan tələbatın azalmasıdır. Ötən həftə “Ford” şirkəti bildirib ki, gələn üç il ərzində Britaniyada 800 iş yerini ixtisar edəcək. Şirkət buna çətin ticarət şəraiti, artan rəqabət və elektrik avtomobillərə olan tələbatın azalması kimi səbəbləri göstərib. (Azərtac) Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 Yaponiyanın ən böyük avtomobil istehsalçıları olan Honda və Nissan, əməkdaşlıqlarını genişləndirmək və hətta birləşmək imkanlarını müzakirə edir. FED.az xəbər verir ki, iki şirkət birlikdə hər il 7 milyondan çox avtomobil istehsal edir və bu birləşmə onları dünyanın ən böyük avtomobil qrupuna çevirə bilər. Bu qrup, Toyota (11.23 milyon satış) və Volkswagen (9.23 milyon satış) ilə rəqabət apara bilər. Əsas məqsəd, elektrik avtomobillərinin inkişafına yönələn yüksək maliyyə yatırımları ilə mübarizə aparmaq və bazardakı rəqabət gücünü artırmaqdır. Artıq Honda və Nissan birgə elektrik avtomobilləri hazırlamağa başlayıblar və yaxın günlərdə əməkdaşlıq barədə memorandum imzalanması gözlənilir. Qeyd edək ki, Honda-nın satışları keçən il 13%, Nissan-ın satışları isə 10%-dən çox azalıb. Rəqəmsal və texnoloji üstünlükləri ilə Çin rəqibləri, xüsusilə BYD qlobal bazarda Yapon istehsalçılarını sıxışdırır. Bu əməkdaşlıq, Yapon istehsalçılarına həm texnologiya sahəsində, həm də qlobal bazarda üstünlük qazandırmaq üçün bir fürsət ola bilər. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 Azərbaycanda avtomobil sahiblərinin yanacağı sərf etdiyi vəsait kəskin artıb. FED.az xəbər verir ki, 2024-cü ilin ilk 11 ayında avtomobil sahibləri benzin və dizel yanacağı üçün 3 milyard 120 milyon manat xərcləyiblər. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 300 milyon manat və ya 6,9% artıqdır. Xatırladaq ki, ötən ilin eyni dövründə avtomobil sahibləri benzin-dizelə 2 milyard 920 milyon manat xərcləyiblər. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 Texnologiya əsri sayılan XXI əsrdə ölkəmizi bu sahədə tanıdan neçə-neçə gəncimiz var. Onlardan biri də hazırda məşhur “Tesla” şirkətində çalışan Sənan Axundzadədir. "Tesla" səhmlərinin dəyəri sürətlə artır FED.az xəbər verir ki, Sənan Axundzadə Bakıda dünyaya gəlsə də, əslən Lənkəranın Boladı kəndindəndir. Atasının işi ilə əlaqədar 3 yaşında ikən ailəlikcə ABŞ-a, sonra Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə köçməli olublar. Daha sonra isə Kanadaya köçüblər. Orta məktəbi yüksək nəticələrlə bitirdikdən sonra, 2014-cü ildə dünya şöhrətli Vaterloo Universitetinin Mexanika mühəndisliyi fakültəsinə qəbul edilib. Hələ tələbə ikən müxtəlif yüksək reytinqli Kanada şirkətlərində təcrübə keçməyə nail olub. “Uşaqlığımın ilk illərini çox xatırlamasam da, şəkil və videolardan gördüyümə görə ailəmiz tez-tez ata-baba yurdumuz olan Lənkərana səfər edirdi. Ailəmizin dəyərləri, həmçinin geniş ailə bağlarımız mənə Vətənə bağlılıq və sevgini kiçik yaşlardan aşılayıb. 1998-ci ildə atamın qalib gəldiyi məşhur “Fulbright” proqramı çərçivəsində ailəmiz ABŞ-ın Texas ştatına köçdü. 2001-ci ildə isə atamın yeni işi ilə əlaqədar Kanadaya köçdük. İbtidai təhsilimi Kanadanın Hamilton şəhərində, orta məktəbin yuxarı siniflərini isə Vaterlo şəhərində bitirmişəm. Daha sonra təhsilimi Kanadanın nüfuzlu Vaterlo Universitetində mexaniki mühəndislik ixtisası üzrə davam etdirdim. Uşaqlıqdan texnologiyaya olan marağım məni bu sahəyə yönəltdi. Hazırda Kaliforniyada yaşayıram, "Tesla" şirkətində mühəndis olaraq çalışıram və texnologiya sahəsində yeniliklər üzərində işləyərək öz maraqlarımı reallaşdırıram” , - deyə Sənan Axundzadə bildirir. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 (edited) Britaniyalı "Whatcar" ekspertləri "MotorEasy" sığorta şirkəti ilə birlikdə ikinci əl bazarında ən problemli avtomobillərin reytinqini tərtib ediblər. Söhbət hibrid mühərrikli avtomobillərdən gedir. Mütəxəssislər belə avtomobillərin 25 mindən çox sahibini sorğulayıblar - 2 il istismar müddətində onlarda xeyli texniki problem yaranıb. Bu il xaricdən Azərbaycana 104 milyon dollarlıq elektromobil idxal edilib FED.az "qara siyahı"nı təqdim edir. "Ford Kuga" (2021 - indiyədək) Ailə krossoveri "Ford Kuga" ən etibarsız hibrid model kimi tanınıb. Sorğuda respondentlərin 33%-i son iki il ərzində avtomobilləri ilə müxtəlif problemlərin yarandığını bildiriblər. Ən geniş yayılmış problem batareya ilə bağlı nasazlıqlardır. Hətta nasaz maşınların yarısının texniki xidmət məntəqəsinə çatmaq üçün evakuator köməyinə ehtiyacı olub. Üstəlik "Ford Kuga"ların 44%-i bir həftədən çox təmirdə qalıb. "BMW 330e" (2016 - indiyədək) Araşdırmada qeyd olunduğu kimi, qoşulabilən hibridli "BMW 330e" çox vaxt xidməti avtomobil kimi istifadə olunur. İlk növbədə, qənaətli yanacaq sərfiyyatına görə - qarışıq sikldə bu, 100 km məsafəyə 1.7 litr təşkil edir. Lakin hibrid sedanın etibarlılığı ilə bağlı çətinliklər yarana bilər. Belə ki, son iki il ərzində avtomobil sahiblərinin 16%-i servis mərkəzlərinə müraciət etməli olub. Bu, əsasən mühərrik və akkumulyator problemləri səbəbindən baş verib. Sürücülər, həmçinin hibrid BMW-nin uzun təmir müddətindən şikayətləniblər: sedanların yarısından çoxu servis mərkəzlərində bir həftədən artıq qalıb. "Toyota Yaris Cross" (2021 - indiyədək) "Yaris Cross" sahiblərinin cəmi 24%-i maşınla bağlı problemlərdən şikayətlənib. Əsas iradlar 12 voltluq batareyanın işi ilə bağlıdır. Hibrid model sahiblərinin əksəriyyəti üçün (77%) təmir pulsuz olub (zəmanət əsasında). Digər sürücülər 100-500 funt sterlinq ödəməli olublar. Əsas üstünlük - təmirin sürətidir. Yapon krossoverlərinin yarısından çoxu sahiblərinə cəmi bir gün sonra qaytarılıb. Edited December 19, 2024 by =Zaman= Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 “Renault”un "Nissan"-dakı 36%-lik payını satmağı planlaşdırması, yapon avtomobil istehsalçısını ciddi maliyyə dəstəyindən məhrum edə bilər. Yaponiyanın avtomobil istehsalçısı 9 min işçini ixtisar etməyi planlaşdırır FED.az xəbər verir ki, ekspertlər bildirir ki, "Nissan" yeni böyük bir investor tapmasa, şirkət cəmi 12-14 ay ərzində iflas təhlükəsi ilə üzləşə bilər. Maliyyə gərginliyini azaltmaq məqsədilə şirkət genişmiqyaslı xərclərin azaldılması planı açıqlayıb. Şirkətin istehsal rəhbəri Hideyuki Sakamoto 25 istehsal xəttinin gücünü 20% azaltmağı və 3 milyard dollar qənaət etməyi planlaşdırdıqlarını bəyan edib. Bundan əlavə, "Nissan" 133,000 nəfərlik işçi qüvvəsinin 9,000-ni ixtisar etməyi nəzərdə tutur. Şirkətin vəziyyəti daha da çətinləşir: keçən rübdə əməliyyat mənfəəti 99% azalıb, ardıcıl beş ay satışlarda azalma olub və ABŞ və Çin kimi əsas bazarlarda zəif göstəricilər qeydə alınıb. Bu problemlər "Nissan"ı ən çox risk altında olan avtomobil istehsalçıları arasında yerləşdirir və iflasın qarşısını almaq üçün strateji yenilənmə və ya xarici dəstəyin zəruriliyini vurğulayır. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted December 19, 2024 Author Report Share Posted December 19, 2024 Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" iş yerlərinin ixtisarına qarşı dekabrın 2-də ümummilli xəbərdarlıq tətili ilə üzləşəcək. Volkswagen pandemiyadan bəri ən aşağı mənfəət marjası açıqladı FED.az xəbər verir ki, "IG Metall" sənaye həmkarlar ittifaqının Aşağı Saksoniya üzrə nümayəndəsi Torsten Qröger bu barədə açıqlama verib: "Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri keçiriləcək." Şirkət qənaət tədbirləri çərçivəsində ən azı üç zavodunu bağlamağı və onminlərlə iş yerini ixtisar etməyi planlaşdırır. Hazırda "Volkswagen"in Almaniyadakı 10 zavodunda təxminən 120 min işçi çalışır. Qənaət tədbirlərini dəstəkləyən konsern rəhbərliyi isə 30 minədək işçini işdən çıxarmağı nəzərdən keçirir. Bu qərar ölkədə ciddi narazılıq doğurub və işçilər arasında genişmiqyaslı etirazlara səbəb olub. (Trend) Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted February 20 Author Report Share Posted February 20 Ötən il Gürcüstan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edib. Azərbaycan ötən il xaricdən 1,8 mlrd. dollarlıq avtomobil alıb FED.az xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 427 milyon ABŞ dolları dəyərində 106 min 51 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % çox və 0,4 % azdır. Gürcüstandan Qırğızıstana 1,19 milyard ABŞ dolları dəyərində 34 min 560 ədəd, Qazaxıstana 751 milyon ABŞ dolları dəyərində 48 min 986 ədəd, Ermənistana 99,7 milyon ABŞ dolları dəyərində 5 min 17 ədəd, Tacikistana 24,3 milyon ABŞ dolları dəyərində 1 min 496 ədəd avtomobil tədarük edilib. (Report) Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted February 20 Author Report Share Posted February 20 Bakıda taksilərin sayı 67 mindən 23 minə düşüb Bakıda taksilərin sayı qanunvericiliyə dəyişiklik edildikdən sonra azalıb. Azərbaycanda taksi sifarişlərinin sayı azalıb FED.az xəbər verir ki, bunu “Fiziki infrastruktur” işçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasda AYNA İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov deyib. O bildirib ki, qanunvericilik qüvvəyə minənədək Bakıda 67 min taksi fəaliyyət göstərirdi. “Hazırda isə bu rəqəm 23 mindir. Taksi avtomobillərinin ortalama yaşı isə 7 ildir”,- deyə o qeyd edib. (Trend) Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted February 20 Author Report Share Posted February 20 Bakıda hər min nəfərə düşən avtomobillərin sayı 320-yə çatıb 10:4831 Yan 2025 Son 20 ildə Azərbaycan üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 % olub. Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm açıqlandı FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir. "Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artıb. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaratmış, bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir. Bununla belə, fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata və fərdi mobil nəqliyyat vasitələrinə keçid infrastrukturun inkişafından asılıdır. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə 100 km-dən çox velosiped zolaqlarının inşası, sərnişinlərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələri ilə səyahət təcrübəsinin tam rəqəmsallaşdırılması planlaşdırılır", - proqramda deyilir. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted February 20 Author Report Share Posted February 20 Bu avtomobillər 2026-cı ilə qədər istehsaldan çıxarılacaq Avtomobil istehsalçıları model sıralarını yenidən nəzərdən keçirir. «BYD» avtomobil bazarını alt-üst edir – 100 km-ə 3 litr yanacaq, birdəfəyə 2000 km gediş – CƏMİ 12 250 DOLLARA FED.az xəbər verir ki, 2026-cı ilə qədər bir neçə məşhur avtomobil istehsaldan çıxarılacaq. Bunun əsas səbəbləri elektromobillərə keçid, bəzi seqmentlərə tələbatın azalması və krossoverlərin üstünlük təşkil etməsidir. İstehsaldan çıxacaq modellər: Porsche 718 Porsche Macan BMW 8 Series Lexus RC Mercedes GLC Coupe Infiniti QX50 Niyə bu modellər istehsaldan çıxır? Elektromobillərin yüksəlişi – İstehsalçılar daxili yanma mühərriklərindən imtina edərək yeni texnologiyalara üstünlük verirlər. Krossoverlərin populyarlığı – Alıcılar getdikcə kupe və sedanlar əvəzinə SUV-lərə üstünlük verirlər. Xərclərin optimallaşdırılması – Şirkətlər daha gəlirli seqmentlərə yönəlirlər. Gələcəkdə nə gözlənilir? 2026-cı ilə qədər avtomobil bazarı daha da elektrikləşəcək və klassik modellərin yerini yeni SUV-lər və elektromobillər tutacaq. Benzin mühərrikli avtomobil həvəskarları ya son buraxılış modellərini əldə etməli, ya da yeni elektrik versiyalarını gözləməlidirlər. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted February 20 Author Report Share Posted February 20 Xaricdən işlənmiş avtomobil alanları - BELƏ ALDADIRLAR Xaricdən avtomobil gətirənlərin sayı artdıqca aldadılma halları da çoxalır. Üstəlik bu dəfə daha peşəkar və inandırıcı üsullardan istifadə olunur. Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz? FED.az xəbər verir ki, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, xarici bazarlardan nəqliyyat vasitəsi alarkən şəxslər əsasən onun yürüş məsafəsinə diqqət edirlər. Adətən alış və çatdırılma işini vasitəçi şirkətlər edirlər ki, onların da bəziləri sifarişçini aldatmaq məqsədilə müxtəlif üsullara əl atırlar. Onun sözlərinə görə, bəzi şəxslər avtomobili kosmetik cəhətdən yeniləyib,bəzi detallarını dəyişməklə alıcını tamamilə inandırmağa nail olurlar. Ancaq peşəkar mühərrik ustaları və dəmirçilər avtomobilə baxış keçirən zaman onun yaşını müəyyənləşdirə bilirlər. Usta onu da əlavə etdi ki, xaricdən avtomobil gətirmək istəyən şəxslər inandıqları ustalara və peşəkar servis xidmətlərinə müraciət edə bilərlər. Əgər nəqliyyat vasitəsi alqı-satqı edilərək, şəxsin adına sənədləşdirilirsə, ortaya çıxan problemlərin həlli də alıcının öz üzərinə düşəcək. Bu da ucuz avtomobil almaq arzusunun baha başa gəlməsinə səbəb olur. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted March 21 Author Report Share Posted March 21 Volkswagen və Çindəki FAW Group tərəfdaşı, ölkə bazarındakı payını qorumaq üçün 11 yeni model təqdim edəcəyini açıqlayıb. Şirkət əvvəllər Çin bazarı üçün xüsusi olaraq inkişaf etdirilən modelləri təqdim edəcəyini və regional müştəri tələblərini qarşılamaq məqsədilə daha çox tərəfdaşlıq qurmağı planlaşdırdığını bildirmişdi. Volkswagen-lərdə problem: 177 min avtomobil geri çağırılacaq FED.az xəbər verir ki. yeni strateji əməkdaşlıq çərçivəsində, Volkswagen və FAW Group, altı tam elektrikli model, iki şarj edilə bilən hibrid model, iki genişləndirilmiş aralıqlı model və bir benzinlə işləyən model təqdim edəcək. Bunlar arasında, Jetta modelinin ilk elektrikli avtomobili də yer alacaq və bu model növbəti il bazara çıxacaq. Bu, sürətlə böyüyən giriş səviyyəli tam elektrikli avtomobil bazarına giriş edəcək. Yeni modellər, avtomatik sürüş xüsusiyyətləri kimi yeni rəqəmsal xidmətlər və texnologiyalarla təchiz olunacaq. Volkswagen'in Çin üzrə baş direktoru Ralf Brandstaetter, yeni bir texnologiya tədqiqat və inkişaf strukturunun yaradılmasının, Çin bazarındakı müştəri tələblərinə və bazar dəyişikliklərinə daha sürətli və effektiv cavab verməyə kömək edəcəyini bildirib. Volkswagen, 2024-cü ildə Çin bazarında 9.5% satış azalma ilə üzləşdi. Bu, sərt rəqabət və zəif istehlakçı xərcləri ilə əlaqədar olaraq baş verib. Şirkət, 2030-cu ilə qədər Çində ildə 4 milyon avtomobil satmağı hədəfləyir və 2025-2027 illəri arasında təxminən 40 yeni model təqdim edəcək. Bu modellərin yarısından çoxu isə elektrikli avtomobillər olacaq. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
=Zaman= Posted March 21 Author Report Share Posted March 21 «Hyundai» elektromobilləri Türkiyədə buraxılacaq Cənubi Koreyanın «Hyundai» şirkəti Türkiyədə elektromobil buraxmaq üzrə planlarını açıqlayıb. FED.az xəbər verir ki, «Hyundai Motor Türkiyə»nin baş direktoru Murat Berkel Türkiyədə elektrikli avtomobil istehsalının 2026-cı ilin ikinci yarısında İzmit fabrikində başlayacağını bildirib. «Hyundai Motor Türkiyə»nin 2024-cü ildəki yekunları və 2025-ci il üzrə planlarını açıqlayan şirkət rəhbəri bildirib ki, artıq il yarımdan sonra İçmitdəki zavodda elektrikli avtomobil istehsalı başlanacaq. Bununla yanaşı, «Hyundai»nin benzin modelləri də istehsal olunacaq. Fabrikdə elektrikli avtomobil istehsalı ilə bağlı işlərin tam sürətlə davam etdiyini qeyd edən Berkel, qeyd edib ki, müəssisədə «çox gözəl bir elektrikli avtomobil» istehsal olunacaq, bu avtomobillər Türk istehlakçılarına və Avropaya satılacaq. Berkel qeyd edib ki, 2024-cü ildə dünyada avtomobil satışı 1,7% artaraq 88,2 milyon ədəd olub. Elektrik avtomobillərin satışı isə 17 milyon ədəd olub. Berkel, "5 il əvvəl elektrik satışları 2 milyon civarında idi. Bu, nəzərəçarpacaq dərəcədə artdı. Dünyada 500 tam elektrikli model satılır. 2030-cu ilə qədər bu rəqəmin 1000-ə çatacağı proqnozlaşdırılır" deyib. Qeyd edək ki, «Hyundai Motor Türkiye» 28 ildir fəaliyyətə başlayıb və indiyədək üç milyondan çox avtomobil istehsal edib. Murat Berkel zavodun ixraca və milli iqtisadiyyata əhəmiyyətli töhfə verməyə davam edəcəyini də qeyd edib. Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
_Zaman_ Posted May 21 Report Share Posted May 21 Avto21 May 2025 “Tesla” pilotsuz taksi xidmətini işə salacaq Avto20 May 2025 Avtomobil nömrələrini fantastik qiymətə satışa qoymaq olarmı? Avto19 May 2025 Elektromobillərə və hibrid avtomobillərə güzəştin müddəti bitir – Qiymət artacaqmı? Avto19 May 2025 Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb Avto17 May 2025 «Tesla» Avropada satılmır – Ayda cəmi 500 ədəd - ÇİNLİLƏR BAZARI ƏLƏ KEÇİRİR Avto15 May 2025 Nissan 5 min manata, BMW 760LI isə 12 minə - DÖVLƏT MAŞINLARI HƏRRACDA SATILIR Avto13 May 2025 Dövlətə məxsus ucuz maşınlar - HƏRRACDA SATILIR, SİYAHI Avto13 May 2025 AYNA ucuz avtomobillərinə hərracda alıcı tapdı - QİYMƏTLƏR, SİYAHI Avto12 May 2025 Lüks vergi hərracı - 2012-ci il Land-Cruiser 38 000 manata getdi - DETALLAR Avto12 May 2025 "Nissan" dünyada 20 min iş yerini bağlayır Avto12 May 2025 Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA Avto9 May 2025 Dövlətə məxsus ucuz maşınlar - HƏRRACDA SATILIR, SİYAHI Avto8 May 2025 DİQQƏT! Çin avtomobillərinin mühərriklərində yaranan - CİDDİ PROBLEMLƏR Avto7 May 2025 Böyük Britaniyada “Tesla” satışları yarıbayarı azalıb Avto6 May 2025 Prezidentin Təhlükəsizlik Xidmətinin avtomobilləri - 7-8 MİN MANATA SATILDI - SİYAHI Avto6 May 2025 Türkiyədən Azərbaycana avtomobil ixracı artıb Avto6 May 2025 Toyota Camry 15 minə satıldı – HƏRRAC, SİYAHI - QİYMƏTLƏR Avto6 May 2025 Gəncə Avtomobil Zavodu Türkiyəyə məhsul ixrac edəcək Avto4 May 2025 Yeni «Toyota Camry» təqdim edildi – CƏMİ 5 LİTR İŞLƏDİR - FOTOLAR Avto3 May 2025 Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Orta hesabla xərc nə qədərdir? - VİDEO Avto2 May 2025 20 min manatlıq Land Cruiser kimə qismət olacaq? - HƏRRAC, SİYAHI Avto2 May 2025 Çin maşınları satış rekordları qırırlar – QİYMƏT 13000 DOLLARA ENDİ - SATIŞLARDA 282% ARTIM! Avto1 May 2025 “Volkswagen”in gəliri rekord dərəcədə azaldı Avto30 Aprel 2025 Azərbaycanda avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib Avto30 Aprel 2025 100-dən çox taksi sürücüsü imtahandan kəsilib Avto30 Aprel 2025 Növbəti hərracda 21 min manatlıq Toyota Land-Cruiser-Prado - DETALLAR Avto30 Aprel 2025 Dövlətə məxsus Land Rover markalı avtomobillər və mikroavtobus - HƏRRACDA SATILIR-QİYMƏTLƏR Avto29 Aprel 2025 Lizinqlə avtomobil alanda nələrə diqqət etməli? Avto29 Aprel 2025 Britaniyada hərbi şirkətlər əməkdaşlarına Çin maşınlarında iş barədə danışmağı qadağan edib Avto28 Aprel 2025 “LIQUI MOLY” yağlarının Bakıda daha bir satış və servis mərkəzi açılır – YENİ ÜNVAN Avto27 Aprel 2025 «Toyota Camry» Çində qəpik-quruşa satılırmış – YENİ QİYMƏTLƏR - FOTO Avto27 Aprel 2025 Çin yeni pikap buraxdı: 1000 kilometr gedir – HƏM DƏ GENERATORDUR - BİR EVİN İŞIĞINI VERİR - QİYMƏT - FOTOLAR Avto26 Aprel 2025 Qiyməti 5 625 manat olan avtomobillər - HƏRRACDA ÖZƏLLƏŞDİRİLDİ Avto25 Aprel 2025 Çin elektromobilləri Avropa bazarında favoritdir Avto24 Aprel 2025 200-ə yaxın taksi sürücüsü imtahandan kəsilib Avto24 Aprel 2025 Nazirliyin "BMW-528İ minik" markalı avtomobili 15 min manata - HƏRRACDA SATILDI Avto23 Aprel 2025 Azərbaycana gündə 110 hibrid avtomobili gətirirlər – MAŞIN SAYI REKORD VURDU - QİYMƏTLƏR İKİQAT DÜŞÜB Avto21 Aprel 2025 "Ford" Çinə avtomobil ixracını dayandırdı Avto17 Aprel 2025 Hibrid avtomobillərin idxalı 2,8 dəfə artıb Avto17 Aprel 2025 Azərbaycanın xaricdən aldığı elektromobillər - 6 MİN DOLLAR UCUZLAŞIB Avto17 Aprel 2025 Avtomobil idxalı artdı, amma orta dəyər azaldı - GÖSTƏRİCİLƏR Avto17 Aprel 2025 Yük avtomobili istehsalı kəskin azalıb Avto17 Aprel 2025 İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanda BYD şirkətilə layihəyə start veriləcək Avto16 Aprel 2025 Azərbaycanın avtomobil bazarında Çin bumu - rəqib markalar dözə biləcəkmi? - ARAŞDIRMA Avto15 Aprel 2025 «Toyota»nın sahibi 2 avtomobillə – 3 milyon KİLOMETR GEDİB Quote Пусконаладка, сервис и передислокация ракет "земля-воздух" 051 961 03 90 Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.