Перейти к содержимому

Qaz ver, qaz ver, qaz ver!


=Zaman=

Recommended Posts

Volkswagen 3 zavodunu bağlamağı planlaşdırır | FED.az
 

Almaniyanın avtomobil istehsalçısı Volkswagen Almaniyada ən azı 3 zavodunu bağlamağı və geniş miqyaslı ixtisar planlaşdırır. 

 

FED.az xəbər verir ki, bunu Volkswagen işçilərini təmsil edən Volkswagen Həmkarlar İttifaqının sədri Daniela Cavallo, Alman istehsalçısının baş qərargahının yerləşdiyi Volfsburqda işçilər üçün təşkil edilən məlumatlandırma tədbirindəki çıxışında bildirib.

O, "İdarə heyəti Almaniyada ən azı üç Volkswagen zavodunu bağlamaq istəyir" deyib.

Volkswagen-in ölkədəki digər obyektlərinin də kiçiləcəyinə qeyd edən Cavallo, şirkətin idarə heyətinin ixtisarları planlaşdırdığını bildirib.

Cavallo deyib: "İdarə heyəti bu ölkədə qalan bütün zavodlarda işçiləri ixtisar etməyi planlaşdırır. Konkret olaraq bu, məhsulların, miqdarın, növbələrin və bütün montaj xəttinin azaldılması deməkdir. Rəhbərlik bu məsələdə tamamilə ciddidir".

Almaniya hökumətinin təcili olaraq alman sənayesi üçün master plan hazırlamalı olduğunu bildirən Kavallo, sənayenin geriləməsinin dayandırılması lazım olduğunu qeyd edib.

Cavallo Almaniyada hansı zavodların bağlanacağını və ya Volkswagen Qrupunun Almaniyadakı təxminən 300 min işçisindən neçəsinin işdən çıxarıla biləcəyi barədə məlumat verməyib.

Volkswagen, qənaət və xərclərin azaldılması tədbirləri çərçivəsində 2024-cü ilin sentyabr ayının əvvəlində tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarını bağlayacağını və 30 illik məşğulluq müqaviləsini 5 il tez ləğv edəcəyini açıqlamışdı.

Şirkət buna səbəb kimi Avropada yüksək enerji və işçi qüvvəsi xərclərinin onun rəqabət qabiliyyətini azaltmasını və satışlarının düşməsini göstərib.

Volkswagen Qrupunun 17 Avropa ölkəsində, Amerika, Asiya və Afrikada 10 ölkədə 114 istehsal müəssisəsində təxminən 650 min nəfəri çalışır.

Şirkətin Almaniyada işçilərinin sayı təxminən 300 min nəfər təşkil edir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Avropa İttifaqı Çin elektromobillərinə 45,3%-dək əlavə vergi tətbiq edir | FED.az
10:0530 Okt 2024

Avropa İttifaqı (Aİ) Komissiyası Çində istehsal edilən elektrik avtomobillərinə dair subsidiyaya qarşı araşdırmasının tamamlandığını və 5 il ərində bu ölkədən Avropa İttifaqına idxal edilən elektromobillərə yüksək anti-subsidiya vergilərinin tətbiq edildiyini açıqlayıb.

 

FED.az xəbər verir ki, açıqlamada, araşdırma nəticəsində Çində elektrikli avtomobil dəyər zəncirinin ədalətsiz subsidiyalardan faydalandığı və bunun Avropadakı istehsalçılara iqtisadi ziyan vurduğu müəyyən edilib.

Açıqlamada, əlavə vergilərin Avropa İttifaqı Rəsmi Portalında dərc edildikdən bir gün sonra tətbiq ediləcəyi və bu prosesdə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun bir həll tapılması üçün səylərin davam etdiriləcəyi qeyd edilib.

Açıqlamada Tesla-nın Çində istehsal etdiyi modellərə 7,8%, BYD-nin modellərinə 17%, Geely-nin modellərinə 18,8%, araşdırma ilə əməkdaşlıq edən istehsalçıların modellərinə  20,7%, SAIC və əməkdaşlıq etməyən digər şirkətlərin modellərinə isə 35,3% əlavə vergi tətbiq ediləcəyi vurğulanıb. 4 iyuldan etibarən tətbiq edilən müvəqqəti vergilər alınmayacaq.

Son illərdə Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır. Çində istehsal olunan aşağı qiymətli və subsidiyalı elektrik avtomobillərinin satışları rəqiblərini qabaqlayır.

Aİ Komissiyası iyul ayında Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına müvəqqəti əlavə vergilər tətbiq etməyə başlayacağını açıqlamışdı. Qərardan əvvəl Aİ Çindən idxal edilən elektriklə işləyən avtomobillərə 10 faiz vergi tətbiq edirdi.

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycana elektrik mühərrikli taksilər gətirildi | FED.az
 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

FED.az xəbər verir ki, dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yük avtomobilləri 7 min manatadək cərimələnə bilər - HANSI HALLARDA? | FED.az
 

Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manatadək nəzərdə tutulub.

 

FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinə təşkil olunan mediatur zamanı deyib.

O bildirib ki, AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır:

"Monitorinq mərkəzi elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan tanıyır". (Trend)

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb | FED.az
 

Ötən illə müqayisədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 60%-dən çox avtomobil satışı həyata keçirilib.

 

FED.az xəbər verir ki, agentliyin yaydığı məlumatda bildirilir ki, 2018-ci ildən 2024-cü ilin 9 ayı daxil olmaqla ölkənin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 360 milyon manatlıq avtomobil satışı həyata keçirilib.

Həmçinin cari ilin yanvar-sentyabr aylarında Hacıqabul Sənaye Parkında 53,86 milyon manatlıq 1901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 25,9 milyon manatlıq 1072 ədəd avtomobil satışı həyata keçirilib. Avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 60% artıb.

Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Ссылка на комментарий
Поделиться на других сайтах

"Bentley" brendinin ilk elektrikli avtomobili 2026-da gəlir | FED.az

Bentley 2026-cı ildə ilk tam elektrikli avtomobilini təqdim edəcəyini açıqladı.

FED.az xəbər verir ki, yeni model “lüks şəhər SUV”-u olacaq və Bentley-nin İngiltərədəki Crewe zavodunda istehsal olunacaq. Güman olunur ki, Bentley bu modeldə Volkswagen Qrupuna aid olan Porsche Macan EV və Audi Q6 e-tron modellərinin platformasından istifadə edəcək.

Bentley, “Beyond100+” adlanan yeni strategiyasına əsasən, 2035-ci ilə qədər tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır. Bu plana uyğun olaraq, şirkət 2030-cu ilə qədər hər il yeni bir elektrikli və ya hibrid model təqdim edəcək. Şirkət əvvəllər 2030-cu ilə qədər tam elektrikliyə keçməyi hədəfləsə də, yeni plan bu tarixi 2035-ə qədər uzadır. 

Bentley rəhbəri Frank-Steffen Walliser bildirib ki, bu yeni strategiya şirkətin həm ətraf mühiti qorumaq hədəfinə, həm də lüks avtomobillər istehsalına sadiq qalmasına kömək edəcək. Bu addımla Bentley, həm karbon neytrallığına çatmaq, həm də öz müştərilərinə yüksək keyfiyyətli elektrikli modellər təklif etmək istəyir.

Ссылка на комментарий
Поделиться на других сайтах

"Ford Motor" şirkəti 165 milyon dollar cərimələndi

"Ford Motor" şirkəti 165 milyon dollar cərimələndi | FED.az
 

Ford Motor Company, ABŞ hökumətinə 165 milyon dollara qədər cərimə ödəməyə razılaşıb. Cərimənin səbəbi geri çağırışlarda gecikmə və Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasına (NHTSA) düzgün məlumat təqdim edilməməsidir.

 

FED.az xəbər verir ki, bu cərimə Takatanın hava yastıqları ilə bağlı ödədiyi məbləğdən sonra NHTSA tarixində ikinci ən böyük cərimədir.  

Şirkət 2020-ci ildə arxa görünüş kameralarındakı nasazlıqla əlaqədar geri çağırışda gecikib və əlavə olaraq NHTSA-ya tələb olunan hesabatları təqdim etməyib. Razılaşmaya əsasən, Ford dərhal 65 milyon dollar ödəyəcək, 45 milyon dollar isə qanunlara riayət üçün xərclənəcək. Daha 55 milyon dollarlıq məbləğ isə təxirə salınıb.  

Ford üç il ərzində geri çağırış prosedurlarına nəzarət etmək üçün müstəqil bir monitorinq qrupu ilə əməkdaşlıq edəcək. Şirkət geri çağırışları sürətləndirmək və təhlükəsizlik problemlərini vaxtında aşkar etmək üçün yeni texnologiyalara sərmayə yatıracağını açıqlayıb.

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycana elektromobillərin idxalı artıb

Azərbaycana elektromobillərin idxalı artıb | FED.az

Azərbaycana elektromobillərin idxalı artıb - QİYMƏT UCUZLAŞIB

FED.az xəbər verir ki, bu barədə COP29-un onuncu günündə Mavi Zonada “Urbanizasiya / Nəqliyyat / Turizm” günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada bildirilib.

“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər və əldə olunan nəticələr”in təqdimatı zamanı qeyd edilib ki, idxal olunan elektrik nəqliyyat vasitələrinin xüsusi çəkisi 2021-ci ildəki 0,19 faizdən 2023-cü ildə 3,5 faizə yüksəlib.

 

Eyni zamanda, elektrik enerjisi doldurma infrastrukturun inkişafı sahəsində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlərin və Vahid Elektrikdoldurma Platformasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda “Azərişıq” ASC və digər dövlət təşkilatları ilə yanaşı özəl sektor nümayəndələrinin təşəbbüsləri nəticəsində ümumilikdə 300-dən çox elektrikdoldurma cihazı quraşdırılıb.

 

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova daha təmiz dünya və daha dayanıqlı gələcəyin formalaşdırılmasında karbon izini azaltmağa yönəlmiş ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin rolunu xüsusi vurğulayaraq ölkəmizdə bu sahədə aparılan islahatlar barədə məlumat verib.

3075337.jpg
 
Ссылка на комментарий
Поделиться на других сайтах

"Huawei" lüks avtomobil bazarına girir | FED.az
 

Huawei və Anhui Jianghuai Automobile Group (JAC) tərəfindən ortaq şəkildə yaradılan Maextro brendinin ilk modeli S800, lüks avtomobil bazarını hədəf alaraq 26 noyabrda təqdim ediləcək.

 

FED.az xəbər verir ki, yeni model  S800 modeli, Mercedes-Benz S-Class, BMW 7 Series, Audi A8 və Nio ET9 kimi lüks sedanlarla rəqabət aparmaq məqsədini daşıyır. Təxminən 5,5 metr uzunluğunda olan bu avtomobil, geniş interyeri və təsirli xarici görünüşü ilə diqqət çəkir.

Huawei və JAC, smart və internet bağlantılı lüks elektrik avtomobilləri istehsal etmək üçün keçən il əməkdaşlıq sazişi imzalayıb. Maextro S800-ün qiyməti hələlik açıqlanmasa da, əsas rəqiblərdən biri olan Nio ET9-un ilkin satış qiyməti 800,000 RMB (110,410 ABŞ dolları) olaraq müəyyən edilib.

Bu yeni model, həm texnologiya, həm də lüks avtomobil bazarında yüksək standartlara cavab vermək üçün hazırlanıb və yaxın günlərdə avtomobil sevərlərin qarşısına çıxacaq.

Ссылка на комментарий
Поделиться на других сайтах

“Mercedes-Benz” ciddi qənaət rejiminə hazırlaşır | FED.az
 

Almaniyanın avtomobil sənayesini bürüyən böhran “Mercedes-Benz” şirkətinə də çatıb.

Volkswagen pandemiyadan bəri ən aşağı mənfəət marjası açıqladı

FED.az xəbər verir ki, yaxın illərdə istehsalçı öz xərclərini bir neçə milyard avro azaltmağa məcbur olacaq. Şirkəti belə bir addım atmağa ağır iqtisadi vəziyyət və əvvəllər almanlara sabit gəlir gətirən ən böyük avtomobil bazarı olan Çindəki zəifləmə sövq edir.

“Biz yaxın zamanlarda xərclərimizi ildə bir neçə milyard avro azaldacağıq”, - deyə şirkətin sözçüsü bildirib. Lakin o, istehsalçının necə qənaət edəcəyini dəqiq deməyib.

 

Hazırda Almaniyadakı “Mercedes-Benz” zavodlarında 90 minə yaxın insan çalışır. Şirkətin beş avtomobil zavodu və altı mühərrik istehsalı sahəsi var. Bundan əlavə, onun Avropada - İspaniya, Macarıstan, Polşa və Rumıniyada zavodları fəaliyyət göstərir.

Çətin iqtisadi vəziyyət Avropada avtomobil nəhənglərinin sabitliyini sarsıdıb. “Volkswagen” tarixdə ilk dəfə Almaniyadakı zavodlarını bağlayacaq, “Audi” isə işçilərinin 15 faizini ixtisar edəcək. Elektrikli avtomobillərə tələbatın azalması fonunda “Ford” təxminən 4 min avropalı əməkdaşı ilə vidalaşacaq. (Azərtac)

Ссылка на комментарий
Поделиться на других сайтах

Start qiyməti 20 min manat olan “Hyundai Grandeur” avtomobili 24 min manata satıldı | FED.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi satılıb.

 

FED.az xəbər verir ki, hərracda satılan nəqliyyat vasitələrinə 93 sifariş qeydə alınıb.

Dövlət Xidmətinin məlumatına görə, hərracda start qiyməti 20 min manat olan “Hyundai Grandeur” markalı avtomobil 24 min manata, 7980 manat olan “Honda Accord” markalı avtomobil 13,2 min manata satılıb.

Qeyd edək ki, 4 və 17 dekabr tarixlərində keçiriləcək növbəti hərraclara 113 əmlak çıxarılıb, o cümlədən iştirakçılara qeyri-yaşayış sahələri, torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.

Ссылка на комментарий
Поделиться на других сайтах

Böyük Britaniyada elektrik avtomobillərin istehsalı azalıb | FED.az

Böyük Britaniyada elektrik avtomobillərin istehsalı azalıb.

Bu il xaricdən Azərbaycana 104 milyon dollarlıq elektromobil idxal edilib

FED.az xəbər verir ki, Britaniya Avtomobil İstehsalçıları və Ticarətçilər Cəmiyyətinin (SMMT) açıqlamasına görə, ölkədə ümumi avtomobil istehsalı ötən illə müqayisədə 14 mindən çox azalıb. Azalmaya tələbatın səbəb olduğu bildirilir.

Hibrid avtomobillərin istehsalı da ötən illə müqayisədə 1/3 nisbətində azalıb. Bildirilib ki, bunun da əsas səbəbi Avropada elektrikli avtomobillərə olan tələbatın azalmasıdır.

Ötən həftə “Ford” şirkəti bildirib ki, gələn üç il ərzində Britaniyada 800 iş yerini ixtisar edəcək. Şirkət buna çətin ticarət şəraiti, artan rəqabət və elektrik avtomobillərə olan tələbatın azalması kimi səbəbləri göstərib. (Azərtac)

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...
Dünyanın nəhəng 2 Yapon avtomobil istehsalçısı birləşir - DETALLAR | FED.az

Yaponiyanın ən böyük avtomobil istehsalçıları olan Honda və Nissan, əməkdaşlıqlarını genişləndirmək və hətta birləşmək imkanlarını müzakirə edir.

 

FED.az xəbər verir ki, iki şirkət birlikdə hər il 7 milyondan çox avtomobil istehsal edir və bu birləşmə onları dünyanın ən böyük avtomobil qrupuna çevirə bilər. Bu qrup, Toyota (11.23 milyon satış) və Volkswagen (9.23 milyon satış) ilə rəqabət apara bilər.

Əsas məqsəd, elektrik avtomobillərinin inkişafına yönələn yüksək maliyyə yatırımları ilə mübarizə aparmaq və bazardakı rəqabət gücünü artırmaqdır. Artıq Honda və Nissan birgə elektrik avtomobilləri hazırlamağa başlayıblar və yaxın günlərdə əməkdaşlıq barədə memorandum imzalanması gözlənilir.

Qeyd edək ki, Honda-nın satışları keçən il 13%, Nissan-ın satışları isə 10%-dən çox azalıb. Rəqəmsal və texnoloji üstünlükləri ilə Çin rəqibləri, xüsusilə BYD qlobal bazarda Yapon istehsalçılarını sıxışdırır. Bu əməkdaşlıq, Yapon istehsalçılarına həm texnologiya sahəsində, həm də qlobal bazarda üstünlük qazandırmaq üçün bir fürsət ola bilər.

Ссылка на комментарий
Поделиться на других сайтах

Əhalinin benzin və dizel xərci – 300 MİLYON MANAT ARTIB | FED.az

Azərbaycanda avtomobil sahiblərinin yanacağı sərf etdiyi vəsait kəskin artıb.

FED.az xəbər verir ki, 2024-cü ilin ilk 11 ayında avtomobil sahibləri benzin və dizel yanacağı üçün 3 milyard 120 milyon manat xərcləyiblər.

Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 300 milyon manat və ya 6,9% artıqdır. Xatırladaq ki, ötən ilin eyni dövründə avtomobil sahibləri benzin-dizelə 2 milyard 920 milyon manat xərcləyiblər.

Ссылка на комментарий
Поделиться на других сайтах

“Tesla”da işləyən lənkəranlı gənc: “Cybertruck” və “Robotaxi” kimi inqilabi avtomobil layihələri üzərində çalışıram" | FED.az

Texnologiya əsri sayılan XXI əsrdə ölkəmizi bu sahədə tanıdan neçə-neçə gəncimiz var. Onlardan biri də hazırda məşhur “Tesla” şirkətində çalışan Sənan Axundzadədir.

"Tesla" səhmlərinin dəyəri sürətlə artır

FED.az xəbər verir ki, Sənan Axundzadə Bakıda dünyaya gəlsə də, əslən Lənkəranın Boladı kəndindəndir. Atasının işi ilə əlaqədar 3 yaşında ikən ailəlikcə ABŞ-a, sonra Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə köçməli olublar. Daha sonra isə Kanadaya köçüblər. Orta məktəbi yüksək nəticələrlə bitirdikdən sonra, 2014-cü ildə dünya şöhrətli Vaterloo Universitetinin Mexanika mühəndisliyi fakültəsinə qəbul edilib. Hələ tələbə ikən müxtəlif yüksək reytinqli Kanada şirkətlərində təcrübə keçməyə nail olub.

 

“Uşaqlığımın ilk illərini çox xatırlamasam da, şəkil və videolardan gördüyümə görə ailəmiz tez-tez ata-baba yurdumuz olan Lənkərana səfər edirdi. Ailəmizin dəyərləri, həmçinin geniş ailə bağlarımız mənə Vətənə bağlılıq və sevgini kiçik yaşlardan aşılayıb. 1998-ci ildə atamın qalib gəldiyi məşhur “Fulbright” proqramı çərçivəsində ailəmiz ABŞ-ın Texas ştatına köçdü. 2001-ci ildə isə atamın yeni işi ilə əlaqədar Kanadaya köçdük. İbtidai təhsilimi Kanadanın Hamilton şəhərində, orta məktəbin yuxarı siniflərini isə Vaterlo şəhərində bitirmişəm. Daha sonra təhsilimi Kanadanın nüfuzlu Vaterlo Universitetində mexaniki mühəndislik ixtisası üzrə davam etdirdim. Uşaqlıqdan texnologiyaya olan marağım məni bu sahəyə yönəltdi. Hazırda Kaliforniyada yaşayıram, "Tesla" şirkətində mühəndis olaraq çalışıram və texnologiya sahəsində yeniliklər üzərində işləyərək öz maraqlarımı reallaşdırıram” , - deyə Sənan Axundzadə bildirir.

2837901.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu avtomobilləri almayın - Hibrid avtomobillərin antireytinqi - MARKALAR - SİYAHI  | FED.az

Britaniyalı "Whatcar" ekspertləri "MotorEasy" sığorta şirkəti ilə birlikdə ikinci əl bazarında ən problemli avtomobillərin reytinqini tərtib ediblər. Söhbət hibrid mühərrikli avtomobillərdən gedir. Mütəxəssislər belə avtomobillərin 25 mindən çox sahibini sorğulayıblar - 2 il istismar müddətində onlarda xeyli texniki problem yaranıb.

FED.az "qara siyahı"nı təqdim edir.

"Ford Kuga" (2021 - indiyədək)

2294453.jpg

Ailə krossoveri "Ford Kuga" ən etibarsız hibrid model kimi tanınıb. Sorğuda respondentlərin 33%-i son iki il ərzində avtomobilləri ilə müxtəlif problemlərin yarandığını bildiriblər. Ən geniş yayılmış problem batareya ilə bağlı nasazlıqlardır. Hətta nasaz maşınların yarısının texniki xidmət məntəqəsinə çatmaq üçün evakuator köməyinə ehtiyacı olub. Üstəlik "Ford Kuga"ların 44%-i bir həftədən çox təmirdə qalıb.

"BMW 330e" (2016 - indiyədək)

3437706.jpg

Araşdırmada qeyd olunduğu kimi, qoşulabilən hibridli "BMW 330e" çox vaxt xidməti avtomobil kimi istifadə olunur. İlk növbədə, qənaətli yanacaq sərfiyyatına görə - qarışıq sikldə bu, 100 km məsafəyə 1.7 litr təşkil edir. Lakin hibrid sedanın etibarlılığı ilə bağlı çətinliklər yarana bilər. Belə ki, son iki il ərzində avtomobil sahiblərinin 16%-i servis mərkəzlərinə müraciət etməli olub. Bu, əsasən mühərrik və akkumulyator problemləri səbəbindən baş verib.

 

Sürücülər, həmçinin hibrid BMW-nin uzun təmir müddətindən şikayətləniblər: sedanların yarısından çoxu servis mərkəzlərində bir həftədən artıq qalıb.

"Toyota Yaris Cross" (2021 - indiyədək)

2546230.jpg

"Yaris Cross" sahiblərinin cəmi 24%-i maşınla bağlı problemlərdən şikayətlənib. Əsas iradlar 12 voltluq batareyanın işi ilə bağlıdır. Hibrid model sahiblərinin əksəriyyəti üçün (77%) təmir pulsuz olub (zəmanət əsasında). Digər sürücülər 100-500 funt sterlinq ödəməli olublar. Əsas üstünlük - təmirin sürətidir. Yapon krossoverlərinin yarısından çoxu sahiblərinə cəmi bir gün sonra qaytarılıb.

 
Изменено пользователем =Zaman=
Ссылка на комментарий
Поделиться на других сайтах

Çin şirkətləri "Nissan"ı da çökdürür - ƏLAVƏ PUL TAPMASA 12 AYA BAĞLANACAQ | FED.az

“Renault”un "Nissan"-dakı 36%-lik payını satmağı planlaşdırması, yapon avtomobil istehsalçısını ciddi maliyyə dəstəyindən məhrum edə bilər.

Yaponiyanın avtomobil istehsalçısı 9 min işçini ixtisar etməyi planlaşdırır

FED.az xəbər verir ki, ekspertlər bildirir ki, "Nissan" yeni böyük bir investor tapmasa, şirkət cəmi 12-14 ay ərzində iflas təhlükəsi ilə üzləşə bilər. 

Maliyyə gərginliyini azaltmaq məqsədilə şirkət genişmiqyaslı xərclərin azaldılması planı açıqlayıb. Şirkətin istehsal rəhbəri Hideyuki Sakamoto 25 istehsal xəttinin gücünü 20% azaltmağı və 3 milyard dollar qənaət etməyi planlaşdırdıqlarını bəyan edib. Bundan əlavə, "Nissan" 133,000 nəfərlik işçi qüvvəsinin 9,000-ni ixtisar etməyi nəzərdə tutur. 

Şirkətin vəziyyəti daha da çətinləşir: keçən rübdə əməliyyat mənfəəti 99% azalıb, ardıcıl beş ay satışlarda azalma olub və ABŞ və Çin kimi əsas bazarlarda zəif göstəricilər qeydə alınıb.

Bu problemlər "Nissan"ı ən çox risk altında olan avtomobil istehsalçıları arasında yerləşdirir və iflasın qarşısını almaq üçün strateji yenilənmə və ya xarici dəstəyin zəruriliyini vurğulayır.

Ссылка на комментарий
Поделиться на других сайтах

Almaniyada "Volkswagen" işçiləri ixtisarlara qarşı tətilə çıxır | FED.az

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" iş yerlərinin ixtisarına qarşı dekabrın 2-də ümummilli xəbərdarlıq tətili ilə üzləşəcək.

Volkswagen pandemiyadan bəri ən aşağı mənfəət marjası açıqladı

FED.az xəbər verir ki, "IG Metall" sənaye həmkarlar ittifaqının Aşağı Saksoniya üzrə nümayəndəsi Torsten Qröger bu barədə açıqlama verib:
"Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri keçiriləcək."

Şirkət qənaət tədbirləri çərçivəsində ən azı üç zavodunu bağlamağı və onminlərlə iş yerini ixtisar etməyi planlaşdırır. Hazırda "Volkswagen"in Almaniyadakı 10 zavodunda təxminən 120 min işçi çalışır. Qənaət tədbirlərini dəstəkləyən konsern rəhbərliyi isə 30 minədək işçini işdən çıxarmağı nəzərdən keçirir.

Bu qərar ölkədə ciddi narazılıq doğurub və işçilər arasında genişmiqyaslı etirazlara səbəb olub. (Trend)

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...