Перейти к содержимому

Nenem O Vaxt Deyirdi Ki...


ProstoYa_80

Recommended Posts

Əziz forumçular, Sizdən bu mövzuda biri birindən gözəl atalar sözlərindən nümunələr vermənizi xahiş edirəm! Təhlil və müzakirələr mövzunu saqqız kimi uzatmasın deyibən rica edirəm - sadəcə atalar sözlərinin özünü bura yazasənəz.

Hörmətlə, xalqının maddi və mənəvi dəyərlərinə sonsuz dəyər verən,

Sadəcə Mən.

Hə, aldı, görək nə dedi...

Nənəm deyərdi ki... "A bala, it arabanın kölgəsində yatır, deyir öz kölgəmdir!"

Изменено пользователем strANger_04

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 59
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Gözəl və faydalı mövzuya görə təşəkkür edirəm, ProstoYa_80.

Mənəvi irsimizin qiymətsiz incilərindən sayılan Atalar Sözlərimizlə bölüşməyə gəldikdə isə, bacardığım qədər bu sahədə öz köməyimi etməyə hazıram və bütün forumçulardan da mövzuda fəal iştirak etməyi xahiş edirəm.

Abad yerin bülbülü, xarabanın bayquşu.

Abad kənd tüstüsündən bəlli olar.

Abadan dam kalafasından məlum olar.

Abanın qədri yağışda məlum olar.

Abbasıdan beş şahı çıxardır.

Abbasını bəyənməyən beş şahı çıxardar.

Abdal at mindi, özünü bəy saydı.

Abdal, qar yağır! Dayanmışam titrəməyə.

Abdal oynayanda qar yağar.

Abdal düyündən-toydan, uşaq oyundan usanmaz.

Abdaldan paşa olmaz, taxtadan maşa.

Abdalın qarnı doyunca közü qapıda olar.

Abdal nə bilir ki, heyva kaldır?

Abır harda, çörək orda.

Abrını yeyib, həyasını da belinə bağlayıb.

Abırlı abrından qorxar, abırsız nədən qorxar?

Abırsızdan abrını saxla.

Avazın yaxşı gəlir oxuduğun Quran olsa?

Avamların azarı, mollaların bazarı.

Avara adam kordur.

Avara qonaq ev yiyəsini də avara edər.

Ağ axça (ağ pul) qara gün üçündür.

Ağ ayranı itə tökərlər, qara kişmişi cibə.

Ağ divara hansı rəngi yaxsan, tutar.

Ağ dolağım sağ olsun, tapılmayan qız olsun.

Ağ evi görüb qara evi yandırmazlar.

Ağ itin pambıq satana zərəri var.

Ağ köpək, qara köpək, ikisi də köpəkdir.

Ağ göyərçin qara qarğaya qismət olub.

Ağ gün (adamı) ağardar, qara gün qaraldar.

Ağ gün qara günü yaddan çıxardar.

Ağ otdan – balta sapı, biri sındı – birini tax.

Ağ üzdə qara xal zinətdir, qara üzdə ağ xal – nibət.

Ağ üzüm, qara üzüm, başını dibindən üzüm.

Ağ şəkər, qara şəkər, bir damarı suya çəkər.

Ağa ağ deyiblər, qaraya qara.

Ağı qaradan seçəndə gəl.

Ağın adı var, qaranın dadı.

Ağı gördün, qaranı unutdun?

Ağsaqqal sözünü axıra saxlar.

Axçalı (pullu) adamdan dağlar da qorxar.

Ağ ciyər olma, ər ol, ər!

Ağa-ağa, girdi bağa, bir quş tutdu, o da qurbağa

Ağa borc eylər, nökər – xərc.

Ağa buyurdu:

- Sür dərəyə!

- Sür dərəyə.

Ağa da özüdür, ağacan da.

Ağa dediyin nədir, bəyənmədiyin nədir?

Ağa durub, ağacan durub.

Ağa ilə bostan əkənin tağı çiynində bitər.

Ağa ilə nökərin arasına girmək olmaz.

Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.

Ağa gətirər navala, xanım tökər çuvala.

Ağa nə bilir oraq nədir?

Ağa ol, fərmanda ol.

Ağa Nəzərəm, belə gəzərəm bir yumruğa qırxın əzərəm!

Ağa toxdur, nökərə bir çörək yoxdur.

Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən, ağlamağı gələr.

Ağaya söz anlatmaq – dağı yerindən qoparmaq.

Ağalıq verimlədir, igidlik – vurumla.

Ağalıq pul çoxluğundan deyil.

Ağam bir xatın aldı, davanı satın aldı.

Ağan eşşək də olsa, «hoş» demə.

Ağası güclü olanın nökəri asi olar.

Ağac güclü olanın nökəri asi olar.

Ağac acı, can şirin.

Ağac bar verəndə başını aşağı dikər.

Ağac behiştdən çıxıb.

Ağac kökündən su içər.

Ağac əyildi – sındı.

İgid əyildi - öldü.

Ağac əkənin ömrü uzun olar.

Ağac yaş ikən əyilər.

Ağac kölgəsiz olmaz, insan sevgisiz.

Ağac körpə olanda qara yeldən qoruyarlar.

Ağac gətirənin əvvəl özünü döyərlər.

Ağac meyvəni dəyənə qədər böyüdər.

Ağac olan yerdə budaq sınar.

Ağac öz kökü üstə bitər.

Ağac sınanda baltalı da gələr, baltasız da.

Ağac tutan baş yarandan çoxdur.

Ağaca çıxan keçinin dala baxan oğlağı olar.

Ağacdan, budaqdan, biri də gəldi bucaqdan.

Ağacı baltalayanda « sapı məndədir» demiş.

Ağacı qurd içindən yeyər.

Ağacı yarpaqları bəzəyər.

Ağacı meyvəsindən tanıyarlar.

Ağacı çox olan kəndin məzarı az olar.

Ağacım əlimdən düşüb.

Ağacın iki başı var.

Ağacın kökü torpaqdadır, insanın gözü yerdə.

Ağaclar başını tərpədəndə söyüd deyər: - Mən də, mən də!

Ağaclı kəndi sel basmaz (.rmaz).

Ağacavad qırdı bizi, vermədi cad, qırdı bizi.

Ağzıəyrini boynunun ardından tanımaq olar.

Ağzım çörəyə çatan yerdə canımı Əzrail aldı.

Ağzına bax, tikə götür.

Ağzım yandı, barı aşım aş olaydı!

Ağzıma aş, qarnıma - daş!

Ağzıma – dad, qarnıma – fəryad!

Ağzın açdı, gözün yumdu.

Ağızı buladın harama – kəşkülü doldur qalama.

Ağzını tutsan, burnu dillənər.

Ağzına yağurt sürtdülər.

Ağzına söz atıblar.

Ağzına su alıb.

Ağzına şirə sürtüblər.

Ağzında diş qalmayıb.

Ağzında yaxşı yer eləmisən – əgər bağban armud versə.

Ağzından qan iyi gəlir.

Ağzından söz qapıblar.

Ağzını qoyub allah yoluna.

Ağzını xeyirliyə aç!

Ağzını açdı, gövhər saçdı.

Ağzının qaytanı yoxdur.

Ağzının dadını nə bilir kişi, cibə tökərlər ki, qara kişmişi.

Ağzının xörəyi deyil.

Ağız deyəni qulaq eşitmir.

Ağız ilə qulağın arası dörd barmaqdır.

Ağız yandıran aşı qaşıq tanıyar.

Ağız yeməsə, üz utanmaz.

Ağız torba deyil ki, büzəsən.

Ağıza gələn qazancdır.

Ağızdan çıxan başa dəyər.

Ağıl ağıldan üstündür.

Ağıl bazara satılmaz.

Ağıl başın böyüklüyündə deyil.

Ağıl var, kamal yox.

Ağıl var – pul yox. Pul var – ağıl yox.

Ağıl insana sərmayədir.

Ağıl yaşda deyil, başdadır.

Ağıl gücdən üstündür.

Ağıla paxıllıq olmaz.

Ağıldan yavandır, cibdən yağlı.

Ağıllı adam əl verər.

Ağıllı adamın bir günü axmağın min günündən yaxşıdır.

Ağıllı, araba ilə dovşan ovuna gedər.

Ağıllı balaca yekə cahildən yaxşıdır.

Ağıllı baş bəlasız olar, doğru yol – qərəzsiz.

Ağıllı baş hər şeydən fayda çıxardar.

Ağıllı bizi tapmaz, dəli bacadan düşər.

Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.

Ağıllı bir dəfə aldanar.

Ağıllı qəm yeyər, dəli – qamçı.

Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.

Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.

Ağıllı ədəbi ədəbsizdən öyrənər.

Ağıllı işinə baxar, cahil dişinə.

Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.

Ağıllı kamal axtarar, cahil – mal.

Ağıllı kişini falçılar sevməz.

Ağıllı kişi qışın qeydinə yayda qalar.

Ağıllı neylər malı, ağılsız neylər malı?

Ağıllı olub dərd çəkincə, dəli ol – dərdini çəksinlər.

Ağıllı uşaq bələkdə özünü göstərər.

Ağıllı üzünə həsrət canım.

Ağıllı fikirləşincə dəlinin oğlu bazara gedər.

Ağıllı fikirləşincə dəli çayı keçdi.

Ağıllıya işarə, dəliyə kötək.

Ağıllınız Xıdır ağa, barmağını basdı yağa.

Ağıllının ağzı qəlbində olur, axmağın qəlbi – ağzında.

Ağıllının zənni cahilin həqiqətindən yaxşıdır.

Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir.

Ağılsız köpəklər ulduza hürər.

Ağır ayaq baş əyər.

Ağır basmayınca yüngül qalxmaz.

Ağır qazan gec qaynar.

Ağır daş batman gələr.

Ağır yükün altında girənin beli sərpər.

Ağır günün daşı ağır olar.

Ağır tərpən, ağır dur.

Ağırı qoyub yüngülü götürmə.

Ağırlıq – qızıl qala, yüngüllik - başa bəla.

Ağırlığınca qızıl dəyər.

Ağırlığın yer götürər, qismətin – allah.

Ağladan yanına get, güldürən yanına getmə.

Ağladım işim keçmədi, indi bir az da gülüm.

Ağlayan, gülənə xeyir verməz.

Ağlayanda elə ağla ki – əzizi ölən kimi.

Güləndə elə gül ki – əzizi gəlmiş kimi.

Ağlamaq fayda verməz.

Ağlamağı əlindədir.

Ağlamaz, ağlamaz, toyda ağlar, gülməz.

Ağlamayan uşaqa süd verməzlər.

Ağlamaqla günah bağışlanmaz.

Ağlarsa anam ağlar, qalanı yalan ağlar.

Ağlı var, kamalı yox.

Ağlı kəm canana bax, küsübdür mən dəlidən.

Ağlı kəsmir.

Ağlıma batmır.

Ağlına keçə yamayım!

Ağlınla gör, qəlbinlə eşit.

Ağrı gedər, adət getməz.

Ağrılarda göz ağrısı hər kəsənin öz ağrısı.

Ağrımaz baş qəbirdə olar.

Ağrımayan baş yastığa gəlməz.

Ağrımayan başa dəsmal bağlamazlar.

Ağrımayan dişə kəlbətin nə lazım?

Ağrın mənə gəlsin.

Ad adamı bəzəməz, adam adı bəzəyər.

Ad qoyana rəhmət.

Ad mənim, yar özgənin.

Adı başqa olanın, dadı da başqa olar.

Adı biçindədir, ovlağı qıraqda.

Adı var, özü yox.

Adı qulağına bitişib.

Adı dillər əzbəridir.

Adı it dəftərində də yoxdur.

Adım mənim İsmətdir, hər nə versən, qismətdir.

Adımı güvəc qoy, ocaq üstə qoyma.

Adımı sənə qoyum, özgəni yana-yana qoyum!

Adın anılsın bir çürük qoz ilə.

Adın var imiş, təpərin yox.

Adını verirsən, dadını da ver.

Adın nədir?

- Baqqal.

- Haqq ver, haqq al.

Adın nədir?

- Daşdəmir

- Yumşalısan, yumşalı.

Adın nədir?

- Dərviş.

Pul ilə olur hər iş,

Pulun vardır giriş,

Pulun yoxdur sürüş.

Adın tut, qulağın bur.

Adın tutdun, qulağı görünər

Adına baxır nalını taxar.

Adını mən verdim, yaşını tanrı versin.

Adını çıxart, get dəyirmanda otur.

Adam ağzında söz, qazaq altında köz.

Adam adam sayəsində adam olar.

Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.

Adam adamı bir dəfə aldadar.

Adam adamın rəhmanı, adam adamın şeytanı!

Adam ac olanda pendir – çörək də ləzizdir.

Adam işini-gücünü bilməlidir.

Adam babadan, Nuh-Nəbidən qalıb.

Adam başından böyük danışmaz.

Adam bilmir hansı saz ilə oynasın.

Adam var ki, adamların naxşıdır,

Adam var ki, heyvan ondan yaxşıdır,

Adam var ki, dindirərsən «can» deyər,

Adam var ki, dindirməsən yaxşıdır.

Adam var ki, sağı ilə solunu bilməz.

Adam var ki, bir çörəklə min iti dolandırar, adam var, min çörəklə bir iti dolandıra bilməz.

Adam var reklama_zapreshena gəzər, adam var dərin gəzər.

Adam var, yaxşı-yamanı bilməz, adam var, bir söz deyərsən, anlar.

Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.

Adam var ki, bir şirinin xatirinə min acı udur.

Adam var ki, gözdən qızar,

Adam var ki, sözdən qızar.

Adam var ki, rəhmət .rar,

Adam var ki, lənət .rar.

Adam qabağına çıxartmalı deyil.

Adam qocalanda ikinci dəfə uşaq olur.

Adam qocalanda gözü qazanın dibində olur.

Adam danışanda utanar, dalaşanda utanmaz.

Adam deyir, Kovxa oğlu Qasımdır.

Adam əlini bir dəfə yandırar.

Adam istəsə dağı dağ üstə qoyar.

Adam işi böyüdər, iş adamı böyütməz.

Adam yanıla-yanıla adam olar.

Adam yıxıldığı yerdən qalxar.

Adam gedər, adı qalar.

Adam gərək arxasız olmasın.

Adam gərək özü öz həkimi olsun.

Adam gərək Ömərə də ağlasın, Əliyə də.

Adam gözləməklə səbirli olar.

Adam oğlu hiyləgərdir, kimsə bilməz fəndini.

Adam odur ilqarından dönməyə!

Adam odur, «Dur get» i «Buyur, əyləş»dən tez başa düşsün.

Adam ol, adamlar cərgəsində ol.

Adam olana bir söz yetər.

Adam öz tayını-tuşunu tapmasa günü ahvayla keçər.

Adam öz tay-tuşuyla gəzər.

Adam özünə bir çörək ağacı tapmalıdır.

Adam özünü bəyənməsə, partlar.

Adam özünü bir acıyanda gözlər, bir giciyəndə.

Adam paltar ilə tanınmaz.

Adam paxıl olmasa, bağ çəpəri neylər?

Adam pulu bir dost üçün qazanar, bir də düşmən üçün.

Adam pulu qazanar, pul adamı qazanmaz.

Adam pulu t.r, pul adamı tapmaz.

Adam soruşub öyrənməklə alim olar.

Adam sözünü adama deyər.

Adam hər düşməndən bir ağıl öyrənər.

Adam hər işıq gələn yerə pambıq tıxmaz.

Adama adamlıq lazımdır.

Adama bəylik veriləndə anasının əmcəyini kəsməz.

Adama yaxşılıq yoxdur?!

Adama sözü bir dəfə deyərlər.

Adama söykənmə – ölər, divara söykənmə – uçar.

Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır.

Adamı alverdə tanıyarlar.

Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.

Adamı qeyrət işlədər, dəyirmanı – su.

Adamı dara salmazlar.

Adamı dindir, sonra qiymətini ver.

Adamı işi ilə tanıyarlar.

Adamı sayla çağırarlar.

Adamı sözündən tutarlar, heyvanı buynuzundan.

Adamı hünəri ilə tanıyarlar.

Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.

Adamın ayağından çəkər çox olar.

Adamın alacası işində, heyvanın alacası dişində.

Adamın axır günü xoş olsun.

Adamın başına nə gəlsə dilindəndir.

Adamın bir özü, bir sözü.

Adamın evində pişiyi də gərək göyçək ola.

Adamın qiymətini adam bilər.

Adamın dəlisi daşa güc eylər, öküzün dəlisi – başa!

Adamın dili ilə ürəyi bir olsun gərək.

Adamın dinməzindən qorx.

Adamın dostu dar gündə bəlli olar.

Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.

Adamın əvvəlki bəxti.

Adamın yerə baxanı, suyun lal axanı.

Adamın gözü, yerin qulağı var.

Adamın malı gözünün qabağında gərək.

Adamın mahud çuxalı qohumu gərək.

Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.

Adamın ölümü – mollanın bayramı.

Adamın ölümü – mollanın payı.

Adamın pisi olmaz, əgərçi acgöz olmaya.

Adamın sözü doğru olanda qılınc kimi daşdan keçər.

Adamın təknədə də çörəyi tək olmasın.

Adamın üzünə baxarlar, halından xəbər tutarlar.

Adamın ürəyindəkini bilmək olmaz.

Adamın fərsizi məqam gözlər.

Adamın hüsnünə baxma, ağlına bax.

Adamına görə şərbət verərlər.

Adamlar içində nəsihət – məzəmmət deməkdir.

Adamlar cərgəsindədir.

Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan – yalanı.

Adamlığı adamdan istə, xoş ətri – qızılgüldən!

Adəmdən Xatəmə kimi görünməyib!

Adət qanun deyil, amma qanun qədər hökmü var.

Adətdir, hünər deyil!

Adilin qəzəbindən, zalımın sükutundan qorxmaq gərək.

Az-az ye, həmişə ye.

Az ay, boz ay, doqquz ay.

Az aşın duzu deyil.

Az ver, çox yalvar, çox ver, yalvarma!

Az var, az ye, çox varsa – çox.

Az danış, yaxşı danış.

Az danış, çox qulaq as.

Az idi arıq-uruq biri də gəldi boynu yoluq.

Az ye, qapında nökər saxla.

Az ye, öz çörəyini ye.

Az yeyər – arıqlar, çox yeyər – zarıldar.

Az yeyərəm – görmərəm həkimi, düz dolannam – görmərəm hakimi.

Az yeyir – küsür, çox yeyir – qusur.

Az getdi, üz getdi iynə yarım yol getdi, dərə-təpə düz getdi.

Az gəl qızım, naz gəl qızım.

Az olsun, yaxşı olsun.

Az olsun, nəğd olsun.

Aza az deyiblər, çoxa çox.

Aza qane ol, çoxu allahdan istə.

Aza qane ol, çoxlu qazanarsan.

Aza qane olmayan çoxa yetişməz.

Aza dedilər – hara gedirsən? Dedi – Çoxun yanına.

Azadlıq gözəl yaşamaq üçündür.

Azanda get şeyxin evinə.

Azançı çəkər soyuğu, molla yeyər toyuğu.

Azar batman-batman gələr, misqal-misqal çıxar.

Azar təmizlikdən bezardır.

Azarladım – ölmədim, üzüldüm – öldüm.

Azarlı tələsər, armud vaxtında yetişər.

Azarlıq olsun, bezarlıq olmasın.

Azarlının qorxusu ölənəcəndir.

Azarlının yanında armud yeməzlər.

Azacıq aşım, ağrımaz başım.

Azdan az olar, çoxdan çox.

Azın qədrini bilməyən çoxun da qədrini bilməz.

Azdan çoxun oyunu olmaz.

Ailə məhək daşıdır.

Ailə xoşbəxtliyin açarıdır.

Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.

Ay aydın, hesab bəlli.

Ay aydın, onun da üzündə ləkə var.

Ay var – ili gözlər, il var – ayı gözlər.

Ay var, gün var, tələsməyə nə var?

Ay doğar, gün dincələr.

Ağ doğdu qəlbiləndi, doğduqca qəlbiləndi

Gedib canana deyin, bu qəlb o qəlbiləndi.

Ayağına daş toxunsa, məndən bilər.

Ayağını isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin!

Ayağını yorğanına görə uzat.

Ayağının altına yumurta düzülməyib ki?

Ayağının altında ölüm!

Ayğırın çulu yırtıq olar.

Ayda qazandığını bir gündə yeyir.

Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.

Ayda-ildə bir tamaşa, onda da göz qamaşa.

Aydan arı, sudan duru.

Aydınlıqda yaşayan çox yaşayar.

Ay ötər, il dolanar şənbə düşər novruza

Ayı balasına «Ağappağım» deyər, kirpi balasına: «Yumşağım!»

Ayı qanar, abid qanmaz.

Ayı ilə meymun – bir-birinə uyğun.

Ay zamana, zamana, oxu qoydun kamana.

Eşşəklər arpa yeyir, at həsrətdir samana.

Ay işığını gündən alar.

Ay işığına it hürər.

Ay işığında qoz yığmazlar.

Ay görmüşün ulduza nə minnəti?

Ay-ulduz göyə yaraşar.

Ay həmişə bulud altında qalmaz.

Aya deyər – Sən çıxma, mən çıxım!

Günə deyər – Sən çıxma, mən çıxım!

Aya o qədər baxma ki, düşsün ayağının altına.

Ay qonaq, olaydı yağ, bişirəydim qayqanaq, vay tava dərdi!

Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var.

Ay müştəri, müştəri, qızıldandır dişləri!

Ay saçı-saqqalı ağarmış!

Ayaq-ayaq nərdivana çıxarlar.

Ayaqaltı olub.

Ayaq büdrəməsi dil büdrəməsindən yaxşıdır.

Ayaq islanmayınca balıq tutulmaz.

Ayaq dəyməyən daş olmaz, bəla görməyən baş.

Ayaq yalın, qanqal qalın.

Ayaq yeriməsə, ləpir düşməz.

Ayaq gətirməsə, əl də gətirməz.

Ayaq girməyən yerə baş girməz.

Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.

Ayaq tutub yeriyir.

Ayaqqabı dar olanda dünya başa zindan olar.

Ayaqla gələn qonağı atla yola salarlar.

Ayağa düşməyən başa çıxmaz.

Ayağı altına qovun qabığı atıblar.

Ayağı qısa, dayağı uzun.

Ayağı ilə gələnə ölüm olmaz.

Ayağı ilə gəlib başı ilə gedəcək.

Ayağı ipdədir.

Ayağım dalımca gəlmir.

Ayı yuvası - asma üzüm?

Ayı yuvasına sığmaz, quyruğuna xəlbir bağlar.

Ayı yuvasında qoz axtarmazlar.

Ayı meşədən küsüb, meşənin xəbəri yox.

Ayı adamı öz yuvasında boğmaz.

Ayı talaşaya baxan kimi baxır.

Ayıdan xarrat olmaz.

Ayıya qaval çalmaq öyrədir.

Ayıya dayı deyir – işi xatirinə.

Ayını da öyrədirlər.

Ayını əvvəl öldür, sonra dərisinə qiymət qoy.

Ayının boğazına su çıxanda balasını ayağının altına alar.

Ayının özündən də qorx, ləpirindən də.

Ayının yüz oyunu bir armudun üstündədi.

Aynaya baxan öz camalını görər.

Ayran ağdır – nəhrə içində, kişmiş qaradır – mərdlər cibində.

Ayran ağdır – divar dibində, kişmiş qaradır – bəylər cibində.

Ayran ver ayransıza, qalmaz bu dövran sizə,

Vaxt olar, ayran olar, verməzlər ayran sizə.

Ayran içər, taxıl biçər.

Ayran içməyə gəlmisən, yoxsa ara açmağa?

Ayrana getməyə utanmır, sərnici dalında gizlədir!

Ayrana gəl, şora gəl, cəhənnəmə, gora gəl!

Ayranı dağılmış qarıya dönüb.

Ayranı yox içməyə, körpü axtarır keçməyə.

«Ayranım turşdur» deyən tapılmaz.

Ayranındır, şorundur, indi növbət korundur.

Ayrı qardaş – yad qonşu.

Al almaya daş atan çox olar.

«Al ver» deyiblər, «al vermə» deməyiblər.

Al qapıda, sat qapıda.

Al da geysən yaraşar, şal da geysən yaraşar.

«Al» deyilən malda xeyir ola.

Al dinsizdən, ver dinsizə.

Al əlinə silahı, qüvvət versin ilahi.

Al malın yaxşısını, çəkmə heç qayğısını.

Al malını, gör halını.

Al – utanma, ver – qorxma.

Al ceviz, sat ceviz, çaxçuxu qalsın sənə.

Alaqarğa olmağı bəs deyil, hələ həkimlik də eləyir.

Ala qarğa suya düşsə də qaz ola bilməz.

Ala it çaqqalın dayısıdır.

Ala itdən məşhurdur, sənə nə düşüb, ay p.ğı yırtıq?

Alan ayrı, satan ayrı.

Alan alıb varlanıb, satan satıb aldanıb.

Alan .rdı, satan uduzdu.

Alan satandan umar.

Alan olmasa, satan da olmaz.

Alanda yaxşıdır, verəndə pis?

Alanın gözü olsa, satan acından ölər.

Alanın gözü satanın əlində olar.

Alaçalpov deyər: «Hayıf ki, ömrüm azdır, qabağım yazdır»

Alacaq ilə verəcək ödənməz.

Alacaq çox qalsa, yaddan çıxar.

Alacaqlı ikən verəcəkli oldum.

Alacağı bir piltə, pambığın batmanın soruşur!

Alacağın var, verəcəyin də var.

Alacağın olsun, verəcəyin olmasın!

Alacağın qarğa, verəcəyin qırğı.

Alacağını yadında saxladığın kimi verəcəyini də yadında saxla.

Aldada bilməmiş dünyanın varı, bir məslək eşqilə yaşadanları.

Aldanma dünyaya, «Mən sağam» demə.

«Aldatdım!» deyən özü aldanar.

Aldığı bir iynədir, dəmirini yoxlayır.

Aldığını alar, verəcəyini verməz.

Aldığını verməyən, aradığını tapmaz.

Aldım qoz, satdım qoz, mənə qaldı şaxşaxı.

Aldın payını, çağır dayını…!

Aleybanı, quleybanı, gəl .r bu heyvanı.

Aləm aləm ilədir, keçəl başı ilə.

Aləm od tutdu bir dəstə həşəmdən.

Aləmə adət oldu, bizə bidət.

Aləmə don tikir, özünə xiştək tapmır.

Aləmə iman verdim, özüm imansız qaldım.

Aləm geyər çit tuman damaqlı, mən geyirəm kətandan – yamaqlı.

Aləmə it hürər, bizə Mazandaran çaqqalı.

Aləmi plov tutsa, ala qarğa xörəyini bilər.

Aləm işlər, el öyünər, qılınc kəsən, qol öyünər.

Aləmin malı mülkü, Qəmbərin yırtıq kürkü.

Alim olmaq asandır, adam olmaq çətin.

Alimin yanında dilini saxla.

Alıcı quş dimdiyindən bilinər.

Alıcı quş kimi başımın üstünü alma.

Alıcı quş gözündən məlum olar.

Alıcı quşun dimdiyi əyri olar

Alış-veriş misqalla, dostluq – xalvarla.

Allaf xoruzuna bənzəyir.

Allah ağzından eşitsin!

Allah ağıl paylayanda harada idin?

Allah adama ya ağıl verər, ya dövlət.

Allah adamın ömründən kəsib bəxtinə calasın.

Allah bacadan tökməz, gərək özün çalışasan.

Allah bilən yaxşıdır, məsləhət onundur.

Allah bir yandan bağlasa, bir yandan açar.

Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.

Allah bir, söz bir.

Allah böyüklərin xasiyyətini kəssin.

Allah bunu düşmənə də qismət eləməsin.

Allah var, rəhmi də var.

Allah verdikcə, bəndə gümana düşər.

Allah verən sənin kimi olar, sən verən mənim kimi.

Allah verəndə yox yerdən verər.

Allah verib, allah da .rıb.

Allah verməz quluna, qalar vuruna-vuruna.

Allah verməyəndə bəndə neyləsin?

Allah vuran ağacın səsi çıxmaz.

Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.

Allah qonağının öz qisməti var.

Allah dağına baxar, qar verər.

Allah dəvəyə qanad versəydi, uçurmadığı dam-daş qalmazdı.

Allah dərdi çəkənə verər.

Allah əli hamı əldən ucadır.

Allah ilanın əməlini bilib, ayaqlarını qarnında yaradıb.

Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.

Allah istəyən danaya qurd dəyməz.

Allah yamanın yolunu bağlasın.

Allah kasıbdan kəsər, varlıya verər.

Allah kərimdir, quyusu da dərindir.

Allah kimə pay verməyi yaxşı bilir.

Allah kora necə baxsa, kor da allaha elə baxar.

Allahdan gizli deyil, bəndədən nə gizlin?

Allah görür kim kimi döyür.

Allah məni dostlardan saxla, düşmənlərimlə özüm bacararam.

Allah min dərd verib, min bir dərman.

Allah nə verir ki, qul onu götürməsin.

Allah ona verdiyi canı ala bilmir.

Allah paxıla pay verməz, versə də qarnı doymaz.

Allah sağ əli sol ələ möhtac eləməsin.

Allah sənə ağıl-kamal versin.

Allah tənbəli sevməz.

Allah haqqı nahaqqa verməz.

Allah hər kəsə bir gün borcludur.

Allah heç kimi arxasız qoymasın.

Allaha da özünü plov yeyən tanıtdır.

Allaha inanmayan bəndəyə də inanmaz.

Allahdan qorxmaz, bəndədən utanmaz.

Allahdan döndü, kirvədən ki, dönmədi.

Allahı arada gör, hər işə düz bax.

Allahın işini bilmək olmaz.

Allahın yarası da var, çarəsi da.

Allahın üç kərəmindən!

Alma ağacından alma düşər, armud ağacından – armud.

Alma arvadın dulunu, yanında gətirər qulunu.

Alma, armud, gic Mahmud!

Alma gürən, satma kürən, yüz kürəndən bir kürən, ona da etibar yoxdur.

Alma öz ağacından uzağa düşməz.

Alma şəhərli qızı – «hamam» deyər, ağlar, alma kəndli qızı – «xırman» deyər, ağlar.

Almaq eyibdir, vermək hünər.

Almaq yaxşıdır, vermək – qarın ağrısı.

Almadığın heyvanın noxtasından yapışma.

Almazı palçığa atmışlar qiymətinə xələl dəyməmiş.

Almayan peşiman, yeməyən – şişman.

Almanı at göyə, yerə gəlincə, ya nəsib!

Almanı soy ye, armudu say ye.

Almaz üzük, dar barmaq.

Almaçı eşşəyinə dönüb.

Alnına nə yazılıb, onu görəcək.

Alovdan çıxdıq, yalova düşdük.

Alt daş ağır olar.

Alt dodağı yer süpürür.

Altda qalan namərddir!

Altda qalanın canı çıxsın!

Altı toyuğun bir xoruzu gərəkdir!

Altı daş, üstü aş, yenə də oğul çörəyi.

Altın həsir, üstün həsir, yat yetim, tərləyəsən!

Altını görmədiyin qabdan su içmə.

Altmış yaşında qoca, indi gedir Həccə.

Altmışında at minmək öyrənən qiyamət meydanında ç.r.

Altmışında zurna çalmaq öyrənən axirətdə çalar.

Altunu sərraf tanıyar.

Alça mənim, gilas mənim, tut mənim, gavalıda da gözüm var.

Alçaq yer igidi xar göstərər.

Alçaq yerdə yatma, sel .rar, hündür yerdə yatma, yel .rar.

Alçaq yerdə çadır qurma.

Alçaqlıqdan ölüm yaxşıdır.

Alçağın çörəyindənsə, acından ölmək yaxşıdır.

Aman deyənə əl qaldırmazlar.

Aman deyəni öldürməzlər.

Aman deyənin boynunu vurmazlar.

Aman fələk əlindən, bidad fələk əlindən!

Ana bala ucundan canını oda yaxar.

Ana baladan ayrılmaz, əgər ayrı salalar, qayalar, ay qayalar, üstündən yol salalar.

Ana qəlbi kövrək olar.

Ana qızına taxt verər, ata oğluna – baxt.

Ana evin dirəyidir.

Ana olanda kişi anası ol.

Ana səbri böyükdür.

Ana tökəni bala yığar.

Ana ürəyi – dağ çiçəyi.

Ana haqqı – tanrı haqqı.

Anadan artıq yavər olmaz.

Anadan əmdiyim süd burnumdan gəldi.

Anadan olmayan qardaş sayılmaz.

Analar bizi bu gün üçün doğub.

Analı qızın işi görünər, anasız qızın – dişi!

Analı qızın özü böyüyər, anasız qızın sözü.

Analı quzu – xınalı quzu.

Anam elə çox bilir ki, kündəni xırda tökür, atam elə çox bilir ki, ikisini birdən ötürür.

Anam məni damda doğub.

Anamın bir donu var qatlamaq olmaz, üstü dolu ağ əşrəfi sanamaq olmaz.

Ananı alanın yanında durma, balta çalanın yanında dur.

Ananın aşı – təndirin başı.

Ananın əlini buraxıb, dədənin əlindən yapışıb.

Ananın ərköyün oğlu hambal olar.

Ananın ilkisi – dağların tülküsü.

Ananın keçdiyi körpüdən qızı da keçər.

Ananın canı övladdadır.

Anası düz yerdə gəzə bilmir, balası şumda şıllaq atır.

Anası gəzən ağacları balası budaq-budaq gəzər.

Anası namaz üstündə imiş.

Anası cibinə qənbər qoyub.

Anasız uşaq evdə xar olar, atasız uşaq – çöldə.

Anasının bitməz işi danlağa qaldı.

Anasına bax, qızını al, qırağına bax, bezini al.

Anasından ayrılan quzunu qurd yeyər.

Anasını-atasını dinləməyən övlad üzəngiyə yatmayan at, qapıda saxlanan at.

Anacsan banla, arifsən – anla.

Anqır, tayını tap!

And içmək dağ saqqızı deyil ki, hey çeynəyəsən.

And olsun anadan əmdiyim südə!

Andın iki başı var.

Andın da hökmü var xeyirdə, şərdə!

Anladıq – yel dəyirmanı, bəs bunun suyu hanı?

Anlayan bir qıldan da anlar.

Anlayan düşmən anlamaz dostdan yaxşıdır.

Anlayan özü qanar, anlamayana yüz qandır.

Anlayana bir söz bir kitabdır.

Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır.

Anlayana qul ol, anlamayana ağa olma.

Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən.

Anlayana tükcə yaxşılıq, anlamayana – atlas arxalıq.

Anlamaza yumruq düyünlə söz qandır.

.r bunu dayısının xarabasına.

.rdığını qaytarmayanın qiyməti .rdığı qədərdir, .rdığını qaytaranın qiyməti yoxdur.

Ar igidin bəlasıdır.

Ara qarışıb məzhəb itib.

Arsız qocalmaz.

Arsız nədən arlanar.

Arsıza üz göstərmə.

Arsıza üz göstərsən, yaxandan yapışar.

Arsızın üzünə tüpürüblər, «yarış yağır» demiş.

Arada yeyir, qıraqda gəzir.

Ara sözü ev yıxar.

Ara xəlvət – tülkü bəy.

Araba qırılanda yol göstərən çox olar.

Araba qoş, çarxa dur, mərd igidə arxa dur.

Araba ilə dovşan tutur.

Arabanı at .rmaz, arpa .rar.

Araba yolundan çıxma.

Arabanı göndərrəm oduna gətirsə, odundur, gətirməsə, özü odundur.

Arabanı ölç, darvazanı tik.

Araz axır, gözüm baxır.

Araz aşığımdan, Kür topuğumdan.

Araz duru, Kür sarı.

Aralarından tük keçmir.

Aralıq atı – kor Fatı.

Aralıq malı arada yeyilər.

Aralıq oyunu aralıqda olar.

Aranın dağı sağ olsun qarlı da olar, qarsız da. İgidin başı sağ olsun varlı da olar, varsız da.

Arvad almamış övlad arzusu eləmə.

Arvad ilə at – igidin bəxtinə.

Arvad var, ev yığar, arvad var, ev yıxar.

Arvad qohumu şirin olar.

Arvad iki olanda ev süpürülməmiş qalar.

Arvad yıxan evdən allahın xəbəri yoxdur.

Arvad yıxan evi fələk də yıxa bilməz.

Arvad yuxusu yalan olar.

Arvad kişinin qoltuq saatıdır.

Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.

Arvad malı – qab dəsmalı.

Arvad p.q deyil ki, başdan-başa qoyula.

Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.

Arvad şeytana papış tikər.

Arvadı ahıl gözü ilə, atı – cahıl gözü ilə.

Arvadı ar saxlar, bostanı bar.

Arvadı əri saxlar, pendiri dəri.

Arvadı bəd olanın saqqalı tez ağarar.

Arvadı gözəl, atı yorğa ilə yoldaş olma.

Arvadın axır hiyləsi ağlamaqdır.

Arvadın biri – əla, ikisi - bəla

Arvadın isməti – ərin izzəti.

Arvadın yediyi geydiyi kimi olsa, vay kişinin halına!

Arvadın öyüdü arvada keçər.

Arvadın xirtdəyi olmaz.

Arvadsız ev, susuz dəyirman.

Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.

Ardınca padşahı da söyərlər.

Arzu arzudan doğar.

Arzu bir, ümid iki.

Arzu quyudur, doldurmaq olmaz.

Arzu geniş, ömür qısa.

Arzunun sonu yoxdur.

Arif olan buluddan da nəm çəkər.

Arı yeyib, namusu dalına atıb.

Arı yalançını sancar.

Arı yuvasına çöp uzatmazlar.

Arıq ata quyruğu da yükdür.

Arıq ata yük çatmazlar.

Arıq atda təpər çox, yeriməyə hünər yox.

Arıq öküzə bıçaq olmaz.

Arım var, arım var, eşşək arısı.

Arını duman, insanı iman yola gətirər.

Arının tikanını gördüm, balından əl çəkdim.

Armud ağacından uzaq düşməz.

Armud vaxtında dəyər, xəstənin könlü tələsər.

Armudun yaxşısını meşədə ayı yeyər.

Armudun sapı var, üzümün çöpü.

Arpa verilməyən at qamçı günü ilə yeriməz.

Arpa əkdim, darı çıxdı.

Arpa əkən arpa biçər, buğda əkən buğda.

Arpa yemiş at mənzil kəsər.

Arpa unun yoxdursa, dadlı dilin də yoxdur?

Arpa unundan paxlava olmaz.

Arpa çörəyi turş ayran, adın nədir? – Xavərcan?

Arpanı töküblər itin qabağına sümüyü töküblər atın qabağına.

Arpanın dəni qızıldır, samanı – gümüş!

Artıq aş – ya qarın ağrıdar, ya baş.

Artıq qazanc cib yırtmaz.

Artıq yağın şorbaya nə zərəri?

Artıq yemək haramdır.

Artıq tamah daş yarar, daş qayıdar baş yarar.

Artıq tikə diş qırar.

Artıq xərc ev yıxar.

Arxa su gələnə qədər qurbağanın gözü bərələr.

Arxadır yurdumuza, eşq olsun ordumuza.

Arxalı köpək qurd basar.

Arxanı kürkə öyrətmə!

Arxasından kəsər, ətəyinə calayar.

Arxasını yerə vermir.

Arxlar açar çay olar.

Arxı adda, sonra «Bərəkallah» de!

Arşın gətir, bez .r, çuval gətir, qoz .r.

Arşın uzun, bez qısa, kəfənsiz ölər kosa.

Asılsan da uca budaqdan asıl.

Aslan ağzından şikar alınmaz.

Aslan qocalanda başına çaqqallar toplaşar.

Aslan qocalanda siçan yuvasını gözləyər.

Aslan qocalanda üz-gözünə qarışqa daraşar.

Aslan da heç yalqız qalmasın.

Aslan yatağında tülkülər yatır.

Aslan yatağından bəlli olar.

Aslan öləndə də aslandır.

Aslan tülkü kölgəsində yatmaz.

Aslanı yaralayıblar!

Aslanın balası aslan olar.

Aslanın nə erkəyi, nə dişisi?

Aslanın qorxusu qarışqadan olar.

Aslanlar yurdunda tülkülər gəzir.

Asta atın təpiyi bərk dəyər.

Asta vur, rasta vur.

Asta elə, usta elə, ya astaca, ya ustaca!

Asta gedən mənzil kəsər.

Asta gedən tez gedər.

Astanın işi qalmaz xəstənin işi qalar.

Astarı üzündən baha.

Astarı üzünə çıxıb.

At atı ya tövlədə tanıyar, ya da yolda.

At Balaxanım!

At bəslənirkən, qız istənirkən.

At var – ot yoxdur, ot var – at yoxdur.

At vurdu dizimə, indi gəldim özümə.

At qatır doğub, nəsli pozulub.

At qaçdı, yəhəri də .rdı.

At dırnağından – insan qulağından.

At elin, torba əmanət, daha bizim nəyimiz var?

At ələ düşər, meydan ələ düşməz.

At izi it izinə qarışmaz.

At ayağı külək olar, ozan dili yüyrək.

At alan, gözün çıxsın, alanda yal-quyruğuna baxmazlar?

At almağa cahıl gedər, qız almağa ahıl.

At almamış, noxta davası edir.

At almamış tövlə tikir.

At arıq, mənzil uzaq. At at olunca, yiyəsi mat olar.

At at ilə əlləşər, arada eşşək ölər.

At at ilə yola gedər, göz arpa kəsməkdədir.

At ilə torbanı çəkişdirməzlər.

At işlər, eşşək dişlər.

At yeməyən acı otlar heç bitməsə yaxşıdır.

At yeriməklə, insan bilməklə.

At yerinə eşşək bağlanıb.

At yüyənilə satılar.

At yüyənsiz olmaz, bağ baxımsız.

At kimindir? – Minənin. Qılınc kimindir? – Bağlayanın.

At getdi, örkəni də .rdı.

At meydanında eşşək anqırmaz.

At min, ad qazan.

At minən atasını tanımaz.

At minəndə vərəm olmaz.

At minənini tanıyar.

At minicisinə görə kişnər.

At minməyən at minsə, ç.-ç. öldürər.

At nalı, eşşək nalı, molladan qaçan Hüseynalı!

At oğurlanandan sonra axur nəyə gərəkdir?

At oğurlanandan sonra tövlənin qapısını bərk bağlayır.

At olmayan yerdə eşşək də atdır.

At öldürməyən baytar olmaz.

At öləndə yəhəri qalar, adam öləndə – adı.

At ölənəcən otlar.

At ölüb, itlərin bayramıdır.

At suyu görür, su da atı, daha fışdırıq nə lazım.

At tapıldı, yəhər tapılmadı.

At təpər, qatır təpər, arada eşşək ölər.

At təpiyinə at dözər.

Ata evində – ögey ana, ər evimdə – qayınana.

Ata yumaqlanar, oğul budaqlanar.

Ata gözdür, oğul – gözün işığı.

Ata malı tez tükənər.

Ata malına göz tikən malsız qalar.

Ata malını dərc elə, ona görə də xərc elə.

Ata malından mal olmaz, özün qazanmaq gərək.

Ata oğluna bir bağ verdi, oğul ataya bir salxım qıymadı.

Ata oğlunun pisliyini istəməz.

Ata-oğul savaşdı, əbləh buna inandı.

Ata olmaq asandır, atalıq öyrənmək – çətin.

Ata olmayan ata, ana olmayan ana qədrini bilməz.

Ata haqqı övlada mirasdır.

Ata çörəyi – meydan çörəyi, oğul çörəyi – zindan çörəyi.

Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.

Atalar demiş: - yaman gözə şiş!

Atalar nə əkiblər, oğullar onu biçiblər.

Atalar sözü bazarda satılmaz.

Atalar söz

Ссылка на комментарий
Поделиться на других сайтах

Ay Stranger, Nənəm deyərdi ki :"A bala, mən dedim bir ağız ağla, sən day bütün yası yola verdin ki!"

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

NƏnəm deyərdi ki, :"A bala, başı boşun işi olmayanda - başlıyır başını qaşımağa, onu da qurtarandan sonra özgəsinə deyir - başına bit düşüb, gəl başını qaşıyım!"

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Bir neçə atalar sözlərindən də nümunələr verim. Bunların hər biri ilə məncə hər kəs tanışdır. Bir də xatırlayaq.

Namərd gəlib mərd olmaz yüz ətəklə yüz yalvar.

Namərdə yaxa vermə, mərdə arxa ol.

Namərdə möhtac olma.

Nahaq qan yerdə qalmaz.

Nahaq iş ayaq tutmaz.

Nə doğrarsan aşına, o çıxar qaşığına.

Nisyə vermərəm, dalınca da getmərəm.

Nökər nədir, bekar nədir?

Növbə yetimə çatanda qaşığı sınar.

Nəvə övladdan şirindir.

Nəzir seyidə düşür, fitrə yoxsula.

Nə qədər qoca olsa, min cavana dəyər.

Neynərəm qızıl teşti, içinə qan qusacağam.

Neynərəm qızıl teşti, bir qızıl baxtım olaydı.

Namaz qıla-qıla yıxdın evimi, indi də başlamısan həccə getməyə.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Nənəm yox,Babam deyərdiki,"At oynama,nal bahadı".

"....O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım...."

E. Qolderness ("O'na məktublar")

Ссылка на комментарий
Поделиться на других сайтах

"Oxu Atan kimi eşşək olma"

P.S.Vergül işarəsini özünüz qoyun.

"....O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım...."

E. Qolderness ("O'na məktublar")

Ссылка на комментарий
Поделиться на других сайтах

Nənəm o vaxt deyərdi ki: "A bala, Su gələn arxa bir də gələr!"

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

nenem o vaxt deyerdiki:) :stariy:

uzunun agli topugunda olar....iller kecenden sonra o soz oz tesdiqini tapdi

Tanrin Ne Edirse... demek hen shey yaxshiliga dogrudur...

я вернулься...

Ссылка на комментарий
Поделиться на других сайтах

Nənəm o vaxt deyərdi ki :"A bala su məni .rırsa, ona Kürüm də deyərəm, Arazım da!"

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Nənəm o vaxt deyərdi ki :"A bala, hər başına p.q qoyan kişi olmur!"

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

"Oxu Atan kimi eşşək olma"

P.S.Vergül işarəsini özünüz qoyun.

Hər halda, vergülün yerini hətta etika xatirinə məcburən dəyişdikdə belə, mənası olmur axı :) Ancaq qeyri-etik səslənsə də - yenə məna baxımından yerdə qalan variant anlaşılır :loool:

P.S. Kim fkirləşib bunu? :)

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...
  • 2 weeks later...

Nənəm o vaxt deyərdi ki, :"Keçmə namərd körpüsündən, qoy .rsın sel səni!"

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Bolushduyune gore teshekkur

Nənəm deyərdi ki, :"A bala sən sözünü de, yiyəsi götürəcək!"

Bir də deyərdi ki, tanimadığın adama hünər ərk edib Sən demək oolmaz, yoxsa səni nadab bilər!

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Nənəm o vaxt deyərdi ki,

"A bala,

Oğlan qıza, qız qıza,

Bahar gələ, yer qıza,

Oğlan qızsa etbi yoğ,

Vay o gündən qız qıza!"

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Mənim nənəm deyərdi ki, qızım qızıla dönübdü xeberi yox oğlanların, başına *ox oğlanların.

Redaktə olunmuşdur. Zəhmət olmasa Az şriftindən istifadə edin.

Изменено пользователем PRIKOLISTKA

Характер у меня золотой-поэтому такой тяжелый. Хяри!!!

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Strencer, xahiş edirəm Rıbkanı cəzalandırasınız))

1918-ci ildə Bakıda komendant saatına oxşar vəziyyət idi. Qanlı-qadalı günlər keçmişdir. Nənəmə atası misal üçün 5 manat vermişdiki, mağazadan 1 kilo ət alsın. Nənəm mağazadan ətin kilosunun qiymətini soruşduqda, satıcı 10 manat olduğunu bildirmişdir. Küçələrdə türk əsgərləri patrul xidmətini .rırdılar. Onlar müştərilərin səsinə gələrək məsələnin nə yerdə olduğunu anladılar. Satıcıya əti həmişəki qiymətə satmağı bildirdilər. Satıcı Bakıda mağazaların işləməməsindən istifadə edərək, onları şirin dil ilə yola salaraq, nənəmə (8 yaşı var idi) və dicər müştərilərə əti elə 10 manata satdı. Nənəm bayıra çıxarkən türk əsgərləri onu o dəqiqə yaxaladı və əti neçiyə aldığını soruşdular. Cavabdan hirslənərək həmin satıcını elə həmin an əllərindən divara mismarladılar.

P.S - biz həmin elə 1918 ildəki adamlarıq.

Туз, он и в Африке Туз

Ссылка на комментарий
Поделиться на других сайтах

Mənim nənəm çox danışmırdı...oxlovu götürüb.. düşürdü üstümə

всадnickбезтормозoff, növbəti dəfələrdə postlarınızı zəhmət olmasa AZ-da yığıb "Lucida Sans Unicode" fontunun arasına yerləşdirin.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Strencer, xahiş edirəm Rıbkanı cəzalandırasınız))

1918-ci ildə Bakıda komendant saatına oxşar vəziyyət idi. Qanlı-qadalı günlər keçmişdir. Nənəmə atası misal üçün 5 manat vermişdiki, mağazadan 1 kilo ət alsın. Nənəm mağazadan ətin kilosunun qiymətini soruşduqda, satıcı 10 manat olduğunu bildirmişdir. Küçələrdə türk əsgərləri patrul xidmətini .rırdılar. Onlar müştərilərin səsinə gələrək məsələnin nə yerdə olduğunu anladılar. Satıcıya əti həmişəki qiymətə satmağı bildirdilər. Satıcı Bakıda mağazaların işləməməsindən istifadə edərək, onları şirin dil ilə yola salaraq, nənəmə (8 yaşı var idi) və dicər müştərilərə əti elə 10 manata satdı. Nənəm bayıra çıxarkən türk əsgərləri onu o dəqiqə yaxaladı və əti neçiyə aldığını soruşdular. Cavabdan hirslənərək həmin satıcını elə həmin an əllərindən divara mismarladılar.

P.S - biz həmin elə 1918 ildəki adamlarıq.

Boss, maraqlı əhvalatdır. Yalnız, indi əldən mismarlamaqla iş bitsə idi, həm də bu artıq cinayətdir. Ancaq, yenə də mövzuya bir az uyğun olmayaraq yazmısız. Sizin postunuz mənə gözəl bir ideya verdi. :pimp: Yeni bir mövzu açacam, həyatda baş verən maraqlı hadisələr barədə.

neycun?onun nyanasi prikolcu imish!

Yoruldum deməkdən ki, düzgün şriftlə yazın. Bir də "nənə" sözü görün nə biabırçı vəziyyətə düşdü. Nyana, yox bir sidelka.

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Strencer, xahiş edirəm Rıbkanı cəzalandırasınız))

Niyəki xeyir ola, men deməmişəmki, nənəm deyibdə. Amma mən onunla razıyam

Изменено пользователем strANger_04

Характер у меня золотой-поэтому такой тяжелый. Хяри!!!

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Ribka, narahat olmayın, hər şey qaydasındadır :gagash: Gördüyünüz kimi, burda heç kəs heç kəsi cəzalandırmır ) Zarafatdır da edib BOSSumuz :gagash:

Buyurun, nənənizin növbəti fikirləri ilə bölüşməkdə olun. Hər halda mövzunun müəllifi bunu belə tələb edir :pimp:

P.S. Ancaq kiçicik bir xahiş: AZ-da yazdıqdan sonra Fonts-ların arasından "Lucida Sans Unicode" fontunu seçib yazınızı həmin fontun arasına yerləşdirin.

Ссылка на комментарий
Поделиться на других сайтах

Bilirəm Strencer, Boss ömür billah menimle zarafat edir, helə məndə zarafat edirdim.

Изменено пользователем strANger_04

Характер у меня золотой-поэтому такой тяжелый. Хяри!!!

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Ay Stranger, Nənəm deyərdi ki :"A bala, mən dedim bir ağız ağla, sən day bütün yası yola verdin ki!"

:kiss:

Однако согласитесть что идут и работы по баранизации...Т.е. есть люди которые всё прекрасно понимают но прикидываются баранамы, ибо бояться стать шашлыком...(WEST)

Ссылка на комментарий
Поделиться на других сайтах

Nänäm deyärdiki:qizimi qizlar cagirir,tumani yox neynäsin?,(O vaxti yubkaya tuman deyärlärmish)Belä shälpädän,shülpädän özünä tuman eyläsin.

Atin tutun bu balani ,shäkärä qatin bu balani,atasi evä gäländä,qabaga tutun bu balani.

Birdä nänäm deyärdiki onlarin vaxtinda "kücä mänä dar gälir","dartma yaxam cirildi"adli parca növläri olubmush.

Однако согласитесть что идут и работы по баранизации...Т.е. есть люди которые всё прекрасно понимают но прикидываются баранамы, ибо бояться стать шашлыком...(WEST)

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...