Перейти к содержимому

“tebliğ” Ve “İkmal” Ayelerinin Nazil Olma Sebebi


MeysemTemmar

Recommended Posts

Allah-taala Qur`ani-kərimdə əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-ə xitab edərək buyurur:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

“Ey Peyğəmbər! Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi yerinə yetirməsən, onun risalətini yerinə yetirməmisən. Allah səni camaatın (şərrindən) qoruyub, saxlayar. Və Allah heç vaxt (inadkar) kafir qövmü hidayət etməz.”

Tarix və mö`təbər hədislərin şahidliyinə əsasən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) sonuncu həcc ziyarətindən qayıdarkən, Cəbrayıl (əleyhis-salam) o həzrətə nazil oldu və Əlini (əleyhis-salam) öz canişinliyinə tə`yin etməsi barədə Allah-taalanın əmrini ona çatdırdı. Lakin Peyğəmbəri Əkrəm bu məsələnin onun bir qrup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni başqa bir münasib vaxtda camaata e`lan etməyi qərara aldı.

Lakin qadir Allah “Təbliğ” ayəsini nazil etməklə tə`kid etdi ki, əgər Peyğəmbər bu məsələni indi camaata e`lan etməsə, həqiqətdə öz ilahi risalətini yerinə yetirməyibdir. Həmçinin həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə ürək-dirək verərək onu qarşıya çıxa biləcək hər bir xətərdən qoruyacağını və`d etdi.

Odur ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu “Qədir-Xum” adlı bir məkanda dayanıb əmr verdi ki, dəstədən qabağa düşənlər geri qayıtsın və dəstədən geri qalanlar özlərini onlara çatdırsınlar.

Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) həmin minbərə çıxıb geniş bir xütbə oxudu.

Şiə və sünnülərin hədis və təfsir alimləri bu müfəssəl xütbənin hamısı və ya bə`zi hissələrini öz kitablarında nəql etmişlər.

Biz burada mərhum Əbul-Fütuhun (hicri-qəməri tarixi ilə 6-cı əsrində yaşamış böyük şiə təfsirçisi) buyurduğunu ixtisarla nəql edirik:

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) “Qədir-Xum” xütbəsində buyurdu:

وَ اِنِّى مُخَلِّفٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا: كِتَابَ اللهِ وَ عِتْرَتِى اَهْلَ بَيْتِى وَ اِنَّ اللَّطِيفَ الْخَبِيرَ اَخْبَرَنِى اَنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّى يَرِدَا عَلَىَّ الْحَوْضَ

“Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Əgər siz onlara sarılıb itaət etsəniz, heç vaxt düz yoldan azmazsınız; Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytim.

Xəbir və lətif olan Allah mənə xəbər veribdir ki, onlar (Kovsər) hovuzunun kənarında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaqlar.”

Sonra buyurdu:

اللّهُمَّ هَلْ بَلَّغْتُ؟

“İlahi, görəsən (öhdəmə qoyulan risaləti) çatdırdımmı?”

Daha sonra əlavə etdi:

اَلَسْتُ اَوْلَى بِكُمْ مِنْ اَنْفُسِكُمْ؟

“[Ey camaat], Mən sizə, sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?”

Onlar cavab verdilər: “Bəli.”

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:

مَنْ كُنْتُ مَوْلاَهُ فَهذَا عَلِىٌّ مَوْلاَهُ، اَللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادِ مَنْ عَادَاهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ

“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi, ona kömək edənə kömək ol və ona öz köməyini əsirgəyənə sən də öz köməyini əsirgə!”

Sonra o, bu məsələni xalqa çatdırdığı barədə səhabələrdən şahidlik və e`tiraf alaraq buyurdu:

اَللّهُمَّ اُشْهَدْ عَلَيْهِمْ

“İlahi, özün onlara şahid ol!

Fəxri Razi (544-604 h.q.) ayədə buyurulmuş “mövla” sözünü belə açıqlamışdır:

هُوَ مَوْلاَكُمْ وَ سَيِّدَكُمْ وَ الْمُتَصَرِّف فِيكُمْ

“Yə`ni; o sizin mövlanız, ağanız və ixtiyar sahibinizdir

Изменено пользователем Волк

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Ссылка на комментарий
Поделиться на других сайтах

Maidə-67 ayəsinin harda nazil olmasi baradə hədis və ya təfsir alimlərinin rəylərini bizə mümkünsə yazin.

Qardash, niye esebleshirsiz? :flowers1: Bir defe yazsaydinizda - cavab vererdim.

Bu aye Qedir Xum gunu nazil olub. Yaqin ki, bu gun barede melumatlisiz.

Maide 67 suresi, mehz bu gunde nazil oldugunu , hem Ahli-Sunne, hemde Ahli-Shie alimleri bildiribler.

Bu barede Ahli-Sunne alimleri :

1. Сунан-и Ибн Маджа, том 1, стр. 55.

2. Ахмад Ибн Ханбал, Аль-Фада’иль (рукопись).

3. Хаса’ис ан-Ниса’и, стр. 21.

4. Дулаби, Аль-кана ва-ль-асма’, том 2, стр. 61.

5. Тахави, Мушкил аль-‘асар, том 2, стр. 307.

6. Аль-‘акд аль-фарид, том 3, стр. 94.

7. Аль-исти‘аб, том 2, стр. 460.

8. Тарих-и Багдад, том 7, стр. 377.

9. Мустадрак аль-Хаким, том 3, стр. 110.

10. Тарих-и Дамэшк, том 2, стр. 166.

11. Ибн Касир, Тафсир аль-хафиз, том 2, стр. 14.

Bu barede Ahli-Shie alimleri :

1. Ибн Тавус, Ат-тара’иф, стр. 140.

2. Ибн Шахрашуб, Манакиб, том 29, стр. 228.

3. Книга Салима ибн Кайса, стр. 111.

4. Аш-шейх ас-Садук, ’Икмаль ад-дин, том 1, стр. 274.

5. Табарси, ’Ихтиджадж, стр. 663.

6. Бихар аль-анвар, том 37, стр. 181, предание 68.

7. ’Икбал аль-’икбал, стр. 663.

8. Раудат аль-ва‘изин, том 1, стр. 89.

9. Аль-йакин, стр. 343.

10. Аль-а‘дад аль-кавийя, стр. 169.

11. Ат-тахсын, стр. 578.

12. Ас-сират аль-мустаким, том 1, стр. 301.

13. Аль-алляма аль-’Амини, Аль-Гадир.

14. Аль-алляма Мир Хамид Хусейн аль-Лахунуй (Индия), ‘Абакат аль-анвар.

15. Кади Нуруллах ат-Тустари, ’Ихкак аль-хакк.

Assalam Aleykum!

"Every day is 'Ashura and every land is Kerbala"

    Imam Ja'far ibn Muhammad As-Sadiq (A.S.)

Ссылка на комментарий
Поделиться на других сайтах

1.Əbu Səid Əl-Xüdri belə nəql edir:

نَزَلَتْ هذِهِ الآيَة يَا اَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا اُنْزِلَ اليكَ مِنْ رَبِّكَ فِى عَلِىِّ بْنِ اَبِى طَالِبٍ

“Ey Peyğəmbər, Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır...” (Maidə surəsi, ayə 67) ayəsi Əliyyibni Əbi Talibin (əleyhis-salam) barəsində nazil olmuşdur

Təfsirul-Qur’anil-əzim (Əbdür-Rəhman Ər-Razi), 4/1172/6609, Şəvahidut-tənzil, 1/188/244

2.İbni Abbas “Təbliğ” ayəsi barəsində deyir:

نَزَلَتْ فِى عَلِىٍّ اُمِرَ رَسُولُاللهِ اَنْ يُبَلِّغَ فِيهِ، فَاَخَذَ رَسُولُ اللهِ بِيَدِ عَلِىٍّ فَقَالَ: مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِىٌّ مَوْلاَهُ اَللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادِ مَنْ عَادَاهُ

“(Bu ayə) Əli (əleyhis-salam) barəsində nazil olubdur və (Allah-taala) Peyğəmbərə bu barədəki məsələni camaata çatdırmağı əmr vermişdir. Odur ki, Peyğəmbər (səlləllahu əleyhi [və Alihi] və səlləm) Əlinin (əleyhis-salam) əlindən tutub buyurdu: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və onunla düşmənçilik edənə düşmən ol!”

Şəvahidut-tənzil, 1/189-190/245

3.Zeyd ibni Ərqəm deyir:

لَمَّا رَجَعَ رَسُولُ اللهِ صلى الله عليه و آله و سلم مِنْ حَجَّةِ الوِدَاعِ وَ نَزَلَ غَدِيرَ خُمٍّ... ثُمَّ قَالَ: كَاَنِّى قَدْ دُعِيتُ اِنِّى قَدْ تَرَكْتُ فِيكُمُ الثَّقَلَيْنِ: كِتَابَ اللهِ و عِتْرَتِى اَهْلَ بَيْتِى، فَانْظُرُونِى كَيْفَ تَخْلفُونِى فِيهِمَا فَإِنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّى يَرِدَا عَلَىَّ الْحَوْضَ، ثُمَّ قَالَ: اِنَّ الله عَزَّ وَ جَلَّ مَوْلاَىَ وَ اَنَا مَوْلَى كُلِّ مُؤْمِنٍ، ثُمَّ اَخَذَ بِيَدِ عَلِىٍّ فَقَالَ: مَنْ كُنْتُ وَلِيُّهُ فَهذَا وَلِيُّهُ، اَللّهُمَّ وَالِ مَنْ وَالاَهُ وَ عَادِ مَنْ عَادَاهُ

“Peyğəmbər (səlləllahu əleyhi [və Alihi] və səlləm) “Həccətul-vida”-dan (yə`ni vida həccindən) qayıdarkən, “Qədir-Xum” adlı məkanda dayandı...

Sonra buyurdu: Mən tezliklə ilahi də`vəti qəbul edib sizin aranızdan gedəcəyəm.

Mən sizin aranızda iki ağır [qiymətli] şey qoyub gedirəm. Onlardan biri Allahın kitabı və o birisi isə mənim Əhli-beytim və yaxınlarımdır. Onlarla necə rəftar edəcəyinizə diqqət yetirin!

Onlar cənnətdəki hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar. Şübhəsiz ki, Allah-taala mənim mövlam və mən də hər bir mö`minin mövlasıyam.”

Sonra Peyğəmbər (səlləllahu əleyhi [və Alihi] və səlləm) Əlinin (əleyhis-salam) əlindən tutub buyurdu: “Mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və onunla düşmən olana düşmən ol!”

Əl-mənaqib (Əl-Xarəzmi), səh. 154, hədis/182, Əl-mustədrək ələs-səhihəyn (Hakim Ən-Neyşaburi), 3/109.

Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...