Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Samir Aliyev

Members
  • Публикации

    66
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Samir Aliyev

  1. Bu zalimlara,bu kafirlere baxin.
  2. ?zr ist?yir?m.?slind? bu link olmal? idi.
  3. Isterdim bu fetvaya munasibetinizi bilim...
  4. Samir sizin artıq, temaya aid olmayan yazılarınızı pozdum! Düzdür buna görə sizin reytinqinizi qaldırmalı idim, amma onun 80% olmasını nəzərə alaraq bu dəfə onu artırmıram. Bu yazdıqlarınıza mən Səhabələr temasında cavab vermişəm. Vaxtınız olanda girib oxuyarsız! De görüm, Buxaridə olan hansı hədisi nəzərdə tutursan?Əgər sən diqqət etsən görərsən ki,heç bir alim bu sözü qəbul etməyib. Əgər qəbul edən varsa de, biz də bilək. Çünki,bu yalançıların uydurduqları şayiədir. Siz də hava əhli olduğunuza görə belə ucuz şayiələri əlinizdə bayraq etmisiz.Mən birdə deyirəm.Hansı alimlərin bu sözü qəbul etdiklərini yaz və kitablarından sitat gətir. Əlin hər şeydən üzüləndə camaata niyə böhtan atırsan,budur sizin əqidəniz?
  5. Siz menim Sadiq ve Siidq movzusunda cavablandirdigim meselere yene toxundunuz. Yuxarda yazdiqlarinizi birce-birce redd edilib. MEN GETIRDIYIM DELILLERI INKAR EDE BILMEDIYINIZ HALDA sen bashqa zeif revayetlere al atdin. Men ise hemin movzuda sene dedim ki, gel revayetleri bir bir arashdiraq. Amma senden ses chixmadi. Indi ise tullanna -tullana gelib bu movzuda eyni sheyleri yazirsan. Dinivuz yoxdursa kishiliyiniz olsun. MENCE KISHILIK HER YERDE INSANA LAZIM OLAN XISLETDIR. ISTER HEYATDA ISTERSEDE VIRUAL ALEMDE. O ki, qaldi bu meseleye. Bu meselede oz cavabini gozleyir. Bu barede movzu achiq qalib ve kitablarda zikr olunan revayetlerin zeif olma subutunu siz terefden gozleyir. Yuxarıda yazdıqlarımın hansısını inkar edirsən ay ədəbsiz.Məgər bunlar faktlar deyil? Artıq yazılar silindi. Samir təhriqə görə 20% reytinq. nardarani təhriqə görə 20% reytinq.
  6. Siz hələ danışırsız ki, elə bil bu hadisənin yalan olması haqda alimləriniz arasında icma var. Mən #24 posta sizin alimlərinizin bu haqda yazdıqlarını göstərmişəm. Qisasa gəlincə isə Əli onlardan qisas ala bilməzdi, çünki bu halda gərək müsəlmanlara qarşı müharibə edəydi. Həmçinin ondan bunun sübutunu istəyəndə də o onlara heç nəyio sübut edə bilməyəcəydi, necə ki, Fədəkin onun olmasını Fatimə Quranla sübut etdi, amma Əbu Bəkr o sübutu qəbul etmədi, Malik ibn Nüveyranın müsəlman olaraq Xalid tərəfindən qəsdən öldürülməsini onun qardaşı, ibn Katada və hətta Ömər özü şahidlik etdilər amma Əbu Bəkr onları qəbul etmədi. Bunlar hakimiyyəti zəbt ediblər və heç kimin sübutu onları maraqlandırmırdı. Əli də bunu çox gözəl bilirdi, Fatimədə. Məhz buna görə də Fatimə onları lənətlədi və ömrünün axırına kimi bağışlamadı. Bu baradə əvvəllər də çox danışılıb və dəlillər də gətirilib.Amma,siz elə hey Səhabənin ətini yeməkdən bezmirsiz.Yersiz ittihamlarla əslinə yəhudilərin başladığı fitnəni davam etdirirsiz.Əgər Əli(r.a) özü 25 il ərzində 3 Raşidi Xəlifəyə dost-sirdaş olub,onların ən yaxın silahdaşı olubsa,onlar haqqında çoxlu xoş sözlər deyibsə,öz oğlanlarının adına onların adını qoyub,hətta qızını Ömərə(r.a) ərə veribsə və bütün bu dövr ərzində nə onun,nə də başqa birilərinin bu Xəlifələrə xilafət baradə iradı olmayıbsa və s.indi sizin kimilərin üstündən 14 əsr keçəndən sonrada bu söhbətləri edib,fitnə salmanız hansı məntiqə sığır? Əli(r.a)-nin istəmədiyi Xilafəti üstündən 14 əsr keçəndən sonra ona vermək istəyirsiz? Bir də ki,mən əvvəldə dedim və göstərdim ki,qapı hadisəsi yalançıların uydurması və şayə idi ki,Alimlər bunu öz kitablarında zikr ediblər və qeyd idiblər ki,bu uydurmadır.Mən bunu Şəhristaninin kitabından gətirdim.O,bu hadisəni Nazzamın batil iddialarından olduğunu deyir və bunu uydurma olduğunu qeyd edir.Həmçinin digər alimlər də belə demişlər.Əgər düz deyirsənsə gətir ki,hansı alim bu hadisəni qəbul edib və təsdiqləyib.
  7. Əslində hamı görür və bilir ki,kimlərin dəvəti şəxslər və onlara dəvət üzərində qurulub.Əhli Sünnənin dəvəti daim tövhidə və tövhiddən irəli gələn şərtlərə söykənib.Əhli Sünnə daim tövhidə,əhkamlara,qəlbin saflığına,zahidliyə böyük önəm verib.Şəxslərin fəziləti,üstünlükləri,imamət onlar üçün bunlardan artıq olmayıb və daim ikinci dərəcəli məsələlər olublar.Lakin,bidət əhlinə baxdıqda biz əksini görürük.Bəzi sufi firqələri öz şeyxlərini ucaltdıqları kimi,bəziləri də İmamları ucaldır və dəvətlərini bunların üzərində qururlar.Heç də təsadüfi deyil ki,Şiyələr üçün İmamət üsuliddindən sayılır.Bu etiqadlarına görə onlar bütün müsəlmanlardan ayrılıblar. Şiə alimi Muhaqqiq Bəhrani yazir: "Çox saylı rəvayətlərə görə İslam 5 sütun üzərində durur. Və vilayət (imamət) onların içində sadalanır. Vilayət kimi heç nəyə əhəmiyət verilməyib. O, ən əfzəldi” (Al hadaaiq al-Naazirah" 81 cild, səhifə 423) Şeyx Səduq deyib: “Bizim etiqadımızdan, Əli (a.s)-in və ondan sonra gələn imamların imamətini inkar edən, sanki bütün peyğəmbərləri inkar edib. Əmirəlmöminini qəbul edib, imamlardan birini inkar edən, sanki bütün peyğəmbərləri qəbul edib, Muhammadı (s.a.s) isə inkar edib” (Şeyh Saduk “Etiqad” səhifə 104; Həmçinin Müfid “Etiqad” səhifə 104.) Başqa bir şiə alimi şeyx Müfid deyib: “Imamiyyə həmrəydir ki, kim ki (heç olmasa) bir dənə imamın imamətini inkar etsə, (yaxud ona) tabe olmağın fərz olmasını inkar etsə, cəhənəmdə əbədi qalan kafirdir” (Maclisi “Biharul anvar” cild 23, səhifə 390.) Şeyx ut Taifa ləqəbi daşıyan şeyh Tusi deyib: “İmaməti inkar etmək küfrdür, peyğəmbərliyi inkar etmək küfrü kimidir” (At Tusi “Talhis Safi”4/131.) Ayətullah Abul Kasim Al Xoi deyib: “İmamların vilayətini inkar edənin küfründə şübhə yoxdur” (“Misbax al fukaha” səhifə 11.) Ayətullah Şübbər yazır: “Əgər tövhidə etiqad vilayətə etiqad ilə birgə olmasa Allah-təalə onu heç kəsdən qəbul etməz. Xəbərlərin bəzilərində gəlib ki, imamların müxalifləri (yəni əhli-sünna) müşrikdirlər. Qiyamət günü tövhid kəlməsi, İmamların ardinca getməyənlərdən götürüləcəkdir” (Seyid Əbdulla ibn Muhamməd Rza ibn Muhamməd ibn Əhməd ibn Əli Iləvi Hüseyni Müsəvi Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 99.) Şübbər başga bir yerdə açıq-aydın deyir: “Sizi (imamları) və sizin imamətnizi inkar edən kafirdir. İmamlara müxalif olanlarin küfrünə dəlalət edən çox rəvayətlər və xəbərlər mövcuddur, onlari cəm etmək ücün müstəqil bir kitaba ehtiyac var. Müxaliflərin küfrünə hökm verən xəbərləri və imamların onlara rəftarını vəsf edən rəvayətləri cəm etsək (yəni imamların müxaliflər ilə münasibəti və unsiyyəti olub), zəruri olaraq deməliyik ki, imamların müxalifləri kafirdirlər və axirətdə cəhənnəmdə olacaqlar” (Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 124) Ayətullah Cəfər Sübhani yazir: "Buna görə də, məsum imamlar hər hansi bir məsələnin caiz və ya haram oldugunu buyursalar, onların buyurduqlarına tabe olmaq, dinin buyuruğuna tabe olmaqdir və bu dində bidətçiliyə şamil edilmir" ("Şiə əqidələrinin əsasları" səhifə 258, nəşr edən "Ümümdunya Əhli-beyt cəmiyyətinin nəşr və çap mərkəzi", 2001 il) Ayətullah Meşkini yazır: "Cünki hz Mehdi (a) zühur edəndən sonra yalnız peyğəmbərlik mənsəbindən savayı, sonuncu peyğəmbərin bütün vəzifələrini icra edəcək. O cümlədən, O həzrətin ilahi hökmlər üzərində də hakimiyyəti olacaq, yəni zamana və cəmiyatin tələblərinə uyğun olaraq, onlara dəyişikliklər edə biləcək" ("Vacib və haram" səhifə8, çap edən Daneşe həmidun) Ayətullah Şübbər yazır: “İmamların Allah-təalanın dərgahına mənəvi yaxınlığı vardır. Onlar Allah yanında elə bir ali məqam sahibidirlər ki, həzrət Peyğambərdən başqa heç bir müqərrəb mələk və mürsəl peyğambər o məqama yetişə bilməz” (Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 88; Buna oxşar kəlam üçün bax: Ayətullah Xomeyni “Hukumatul islamiya” səhifə 52.) Başqa bir yerdə bu alim yazir: “İmamlar Allahın hüccətləri, yəni xalq üzərində ən ali hüccətlərdirlər. Onlarin ilahi sifətlər ilə zinətləniblər, tamam vücüdları Allahın sifətləridir” (Şübbər “Çəmiə-Kəbirə” ziyarətin şərhi, səhifə 48.) Şiə təriqətinin görkəmli numayəndəsi olan Muhammad Bakir Məclisi yazir: “Və qeyd edənlərə əsasən biz deməliyik ki, onlar (imamlar) (a.s) peyğəmbər deyillər, biz həmçinin belə bir faktı qəbul etməliyik ki, onlar Peyğəmbər (s.a.s) istisna olmaqla, hər bir peyğəmbərdən və vəsidən üstündürlər. Biz bildiyimizə görə, (peyğəmbər (s.a.s)) axırıncı peyğəmbər olduğundan başqa, bir əngəl yoxdur ki, biz imamları peyğəmbərlər kimi vəsf edək. Bizim ağlımızda peyğəmbərlik və imamət arasında fərq yoxdur" ("Biharul anvar" çild 26, səhifə 82.)
  8. akishi bala demirsen revayet yalandir?Buyur dediyin sozu isbat ele. 31-ci posta bax.
  9. İxlas. Bu kəliməni həqiqətən Allah üçün, Allahın rizasını qazanmaq üçün demək. ((Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!)) (Əl-Beyyinə surəsi 5-ci ayə) İblis dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa". (Hicr 39-40) Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər". (17:65) Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar. (37:40) İblis dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!" (38:82-83)
  10. Qardaş,çox maraqlı məsələyə toxundun.Əslində müsəlmanların zəifləməsi və izzətlərinin itirilməsində daxili çəkişmələr və firqəçiliyin çox böyük rolu vardır.Müsəlmanlar onlara vacib olanları tərk edib,bir-biriləri ilə çəkişir,yersiz münaqişələr edir və bununla da İslamın düşmənlərinə yardım edirlər.Halbuki,Allah bizə ayrılmamağı,çəkişməməyimizi və Allaha və onun Rəsuluna tabe olmağımızı əmr edib. Çoxları isə bu dinin gəlmə səbəbini unudub,vacib olmayan məsələlərdə münaqişə edirlər. Allah bizi nə üçün yaradıb? Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq. Qurandan dəlil: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56) "Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!" (əl-Ənam, 88) De: "Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək". Əgər onlar üz döndərsələr, deyin: "Şahid olun ki, biz müsəlmanlarıq!" Hədisdən dəlil: "Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır".(əl-Buxari və Muslim) Allaha necə ibadət etməliyik? Allaha ixlasla, Onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik. Qurandan dəlil: "Halbuki Onlara əmr edilmişdi ki, Allaha ixlasla, dini yalnız Ona aid edərək, ibadət etsinlər". (əl-Beyyinə, 5) Hədisdən dəlil: "Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur". (Muslim) Allah nə üçün peyğəmbərlər (a.s) göndərmişdir? Allah peyğəmbərləri (s.a.s) ona görə göndərib ki, insanları Ona ibadət etməyə və heç bir şeyi Ona şərik qoşmamağa dəvət etsinlər. Qurandan dəlil: "Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə peyğəmbər göndərmişdik. (ən-Nəhl, 36) Hədisdən dəlil: "Peyğəmbərlər başqa-başqa qadınlardan olan qardaşlardır! Anaları ayrı, dinləri isə vahiddir. (yəni, hər bir peyğəmbər tövhidə (Tək Allahlığa) dəvət etmişdir)".(Muslim) "Qoy sənin onları dəvət edəcəyin ilk şey – Allahdan başqa heç bir ilahın olmamasına şəhadət gətirmək olsun!" (əl-Buxari və Muslim) Müsəlmanlar arasında şirk mövcuddurmu? Bəli, təəssüflər olsun ki, mövcuddur, özü də çox. Qurandan dəlil: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar" (Yusif, 106) Hədisdən dəlil:"Ümmətimdən olan qəbilələr müşrikləri və bütpərəstləri haqlamayınca (onların əqidəsini qəbul etməyincə) qiyamət qopmaz".(ət-Tirmizi – "səhih"dir) Bir sözlə,Allah Quranda ən çox bəhs etdiyi məsələ nədirsə dinin mahiyyəti də məhz odur.
  11. Neyləyəsən ki,sənin kimiləin işi gücü məsələləri dolaşıq salmaq,müsəlmanları aldatmaqdır.Sən özün də bilirsən ki,İslam alimlərinin kitablarında yalan və təhrif olunmuş rəvayətlər istənilən qədərdir.Bu xüsusən tarix kitablarına aiddir.Bu kitablarda yalançılardan,tərk olunmuşların belə xəbərləi vardır. Sən dediyin misalı isə Şəhristani öz kitabında Nazzamın iddialarını sadalayarkən nəql edir və bunu iftira adlandırır.Həmçinin digər alimlər də öz kitablarında buna bənzər rəylərin olduğunu nəzərə alaraq onları nəql etmişlər.Əgər sən həqiqəti bilmək istəyirsənsə,alimlərin öz rəylərinə istinad etməlisən.
  12. Minetdaram ki, bunu mene dediniz. Yoxsa menim bundan xeberim yox idi. Dostum men dememishem ki, Shehristani sozu geden revayeti qebul edir. Bax men nece yazmisham: Erebi bilseydin sene bu movzu barede qeshg kitab veverdim. Yuxrda artiq hemin kitab barede melumat vermishem. Amma ozun de gorursen ki, hemin kitabdan istifade etmirem. Gozleyirem sen bu revayayetin senedini zeif olmasini subut etmeye bashlayasan mende oz novbemde kechim delilerle eksini subut etmeye. Gel bashqa menbelerden de bu revayetin movcudlugunu gosterim. إنّ عمر رفس فاطمة حتّى أسقطت بمحسن لسان الميزان ،‌ ج1 ، ص268 و سير اعلام النبلاء ، الذهبي ، ج15 ‌، ص578 إنّ عمر ضرب بطن فاطمة يوم البيعة حتّى ألقت المحسن من بطنها الوافى بالوفيات ، ج5 ،‌ ص347 "Omer Fatimenin betnini hele vurdu ki, qarninda ki, Mohsin siqt oldu" Bilirsən,sən və sənin kimilər bilərək faktları,dəlilləri təhrif edirsiz və yersiz olaraq öz batil iddialarınızı nəyin bahasına olur olsun guya müdafiə edirsiz. Sizə dəlillər kifayət etməyəndə uydurma xəbərlərə,şayiələrə istinad edirsiz və buna əsasən əvvəlcədən inandığınız məsələlərə özünüzü inandırırsız.Dediyin rəvayətin mənbəyini niyə göstərməmisən və de görüm hansı alim bu xəbəri təsdiqləyib? Sizə görə əqidənizə uyğun gələn nə varsa o mötəbərdir bu hətta ən alçaq yalan olsa belə. Halbuki,Allah Quranda hər deyilən şeyə inanmamağı,onu araşdırmağı və möminlər haqqında pis zənndə olmamağı əmr edib.Sizlər isə bilə-bilə təhrif olunmuş,yalan xəbərlər yayırsız.Bunu biz əvvəllər dəfələrlə görmüşük. Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz. (49;6) Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. (24;11) Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"– demədilər? (24;12) İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir. (24;4) Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (49;12)
  13. Nardarani,Şəhristani bu sözləri öz kitabında firqə və məzhəblərin inanclarını,əqidələrini göstərərək yazır.O,kitabında hətta bəzi firqələrin küfr etiqadlarını da yazır.Bəlkə bunu da onun adından yazasan? Bax,Şəhristani kitabında nə yazır: Bu fırkanın kurucusu, İbrahim b. Seyyar b. Hânı en-Nazzâm'dır. Bu zât, filozofların kitaplarından birçoğunu incelemiş ve onların kelam­larım Mu'tezile esaslarıyla sentezleyerek şu meselelerde yoldaşlarından ayrılmıştır: a............. b............ c............. k.Onbirinci Mesele: Rafizî düşünceye yatkınlığıdır. Sahabenin büyükle­ri hakkında akıl almaz sözler söylemiştir. Ona göre imamet ancak açık nass ve tayin ile belirlenebilir. Ali'nin (radıyallahu anh) imameti de bizzat Allah Resûlü'nün (sallallâhu aleyhi ve sellem) nassı İle sabit olmuş, ama Ömer (radıyallahu anh) bunu gizlemiştir. Sakîfe Günü Ebu Bekir'e (radıyallahu anh} ilk biat eden de odur. Hudeybiyc Günü şüpheye kapılan da odur. Nitekim Allah Resûlü'ne (sallallâhu aleyhi ve sellem) "Biz hak üzere, onlar bâtıl üzere değiller mi?" diye sormuş, O da, "Evet" buyurmuştu. Bunun üzerine Ömer (radıyaliahu anh) "Dinimizle ilgili bir hususta nasıl alçalmayı kabul ede­riz?" demiş, Allah Resulü (sallallâhu aleyhi ve .sellem) de, "Bu, dinde şüphe ve tereddüttür" buyurmuştu. (Buhârî, Cihad, 22, Cizye, 18; Müslim, Cihad, 94, Müsned, 3/486) En-Nazzâm iftiralarında daha da ileri giderek şunu iddia etmiştir: Ömer (radıyallahu anh) Biat günü Fâtıma'nm (radıyallahu anh) karnına öyle sert vurdu ki karnındaki bebeğini düşürmesine neden oldu. Bir yandan da şöyle bağırıyordu: "Evini içindekilerle birlikte yakın!" O anda evde Ali (radıyallahu anh), Fâtima (radıyaüahu anh), Hasan (radıyallahu anh) Ve Hüseyin'den (radıyallahu anh) başkası yoktu. Yine ona göre Ömer (radıyallahu anh) Nasr b. el-Haccac 1 Medine'den Basra'ya sürmüş, teravih namazını ihdas etmiş, hacda yapılan mut'a nikahını yasaklamış, valileri sürmüştü. Bütün bunlar iftiradır. URL http://www.laglagi.com/573ir1o57fac91/dinlervemezheplertarihi.rar
  14. Sualımı təkrar edirəm.Bu sözlər kimə aiddir və nə vaxtdan tarix kitablarında olan rəvayətlər gözü bağlı qəbul edilib? Hamı bilir ki,tarix kitabları,hədis kitablarında uydurma və zəif rəvayətlər istənilən qədərdir.Xüsusən bu tarix kitablarına aiddir.Elə isə siz niyə əqidənizi belə zəif və uydurma rəvayətlər üzərində qurursuz?
  15. Din və Məzhəblər tarixi (müəllif Şəhristani)
  16. Sən əgər bu sözlərin yalan olduğunu bilərək gətirirsənsə deməli sən saxtakar və iftiraçısan.Bu sözlərin yalan olması Alimlərə bəllidir.Bu sözlərin sahibi kimdir onu de və sənədini göstər?
  17. Sonra sən Umm Gülsümün Ömər(r.a)-a ərə verilməsini əfsanə adlandırır,sonra alimlərindən bu hadisəni təsdiqləmələrini və şərhlərini yazırsan.Bu da sənə rəvayətlər.Bunları sizin alimləriniz qəbul edir: Küleyni Müa-viyə ibn Əmmardan Əbu Abdulla əleyhissəlam haqqında bir rəvayət söyləyir. Müaviyə deyir ki, mən ondan əri ölmüş arvadın öz evində, yoxsa harada istəsə qalmalı olduğunu soruşdum, o dedi: “Əlbəttə, harada istəsə. Əli salavatullah əleyhi Ömər öləndən sonra Ümm Gül-sümün təlağını alıb onu öz evinə gətirdi” (əl-Kafi fi əl-füru”, “Ər evinə köçəndən sonra əri öl-müş qadın əri öləndən sonra harada qalmalıdır” fəsli, səh.311, 2-ci cild, Hindistan çapı) . Tusi də Cəfərin öz atasından belə rəvayət etdiyini göstərir ki, Əlinin qızı Ümm Gülsüm və Ümm Gül-sümün oğlu Zeyd ibn Ömər ibn Xəttab bir saatda öl-müşlər. Bilinmir ki, onların ikisindən hansı o bi-rindən əvvəl həlak olmuşdur. Onların birinə digə-rindən miras qalmamışdır. Hamı onlara dua oxu-muşdur (Tusi. “Təhzib əl-əhkam”, səh.380, 2-ci cild, “Miras kitabı”, Tehran çapı) . Küleyni “Ümm Gülsümün ərə verilməsi” adlı bir fəsil yazıb orada Zürarədən Əbu Abdulla əleyhissə-lamın Ümm Gülsümün ərə verilməsi haqqında belə de-diyini rəvayət etmişdir: “Bu bizim əlimizdən alın-mış namusumuzdur” (əl-Kafi fi əl-füru”, səh.141, 2-ci cild, Hindistan çapı) . Məhəmməd ibn Əli ibn Şəhraşub Mazəndərani qeyd edir: “Fatimə əleyhissəlamdan Həsən, Hüseyn, Mühsin, Zeynəb əl-Kübra və Ömərin evləndiyi Ümm Gülsüm əl-Kübra doğulmuşlar” (Mənaqib Al Əbu Talib”, səh.162, 3-cü cild, Bombey çapı, Hindistan.) Zeynəddin Amili deyir: “Peyğəmbər bir qızını Osmana, Zeynəb adlı qızını Əbülasa ərə verib. Onlar ikisi də Bəni Haşimdən de-yildilər. Həmçinin Əli öz qızı Ümm Gülsümü Ömərə ərə verib və Abdulla ibn Amr ibn Osman Hüseynin qı-zı ilə, Müsəb ibn Zübeyr isə həmin qızın o biri ba-cısı Səkinə ilə evləniblər. Bütün bu adamlar Bəni Haşimdən deyillər” (“Məsalik əl-ifham”, 1-ci cild, “Kitab ən-nikah”, Iran çapı, 1282 h) Sonra sən bu hədisləri də qəbul etməməmək istəyirsən.Sən məgər görmürsən ki,burda hər şey açıq-aydın qeyd olunub?Nəyi fırlatmağa çalışırsan.Sənin bundan da böyük faktları inkar etməyinin şahidi olmuşuq.Çünki,siz hava əhlisiz,nə sərf edir onu deyirsiz. Misvar bin Mixrimə dedi ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) minbərdə dedi:" Həqiqətən Hişam bin Muğiranın ailəsi məndən qızlarını Əli bin Əbu Talibə vermək üçün icazə istəyirlər, mən də icazə vermirəm! Və yenə icazə vermirəm. Yalnız əgər Əli qızımı(Fatiməni) boşayıb, onların qızları ilə evlənmək istəyirsə, bu başqa məsələ. Çünki qızım mənim bir parçamdır. Onu şübhəyə salan məni də salır. Ona əziyyət verən şey mənə də əziyyət verir." (Müslim, "Kitab Fadaili-s-sahaba, 93) Başqa bir rəvayətdə isə bunu eşidən Fatimə Peyğəmbərin yanına gələrək, dedi: Sənin qövmün deyir ki, qızlarını qəzəbləndirmisən. Amma bax, Əli Əbu Cəhlin qızı ilə evlənir. (Müslim, "Kitab Fadaili-s-sahaba, 96) . Həsən bin Əli babası Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun(səlləlləhu əleyhi və səlləm) rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! ("Biharul-ənvar", cild 43, səh.42) İbn Abbasdan rəvayət olunur ki, Fatimə (bir gün) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gördü. Hər bir qadında olan qısqanclıq hissi ona güc gəldi. Baş örtüyünü bağlayıb, Peyğəmbərin yanına şikayətə getdi.("Biharul-ənvar", cild 39, səh. 207) Sən sonra Səhabələrə irad tutursan və Fath 29-u təvil edirsən. Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı (əl-Fəth: 18.) Bu ayədə uca və pak Allah Özünün, ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edən möminlərdən razı qaldığını bəyan edir. Allah onların ürəklərində olan imanı, sədaqəti bildiyi üçün o zaman onlara öz dərgahından arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi. Bu, ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Rizvan beyəti edənlərin imanlarında sadiq olmalarına dair, Allah təalə tərəfindən bir şahidlikdir. Səhih hədislərin birində Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Ağac altında beyət edənlədən, yalnız qırmızı dəvə sahibi istisna olmaqla, heç biri cəhənnəmə daxil olmayacaqdır" (Camiut Tirmizi: Kitabul Mənaqib, Babun Fi Fadli Mən Bayəə Təhtəş Şəcərə: 2862. Hədisin əsli Müslimdədir. Kitabu Fədailus Səhabə: 1496) . Deyilən qırmızı dəvə sahibi, Peyğəmbərlə yola çıxan, əl-Cədd ibn Qeys adlı bir münafiq idi. Ağac altında Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edənlərin sayı 1400 nəfər, bəzi rəvayətlərə görə isə 1500 nəfər idi. Allah bu kəslərin imanına şahidlik etdi və qəlblərinin, zahiri əməllərinə uyğun olduğunu təsdiqlədi. Onların arasında yalnız bir nəfər münafiq olduğunu isbatlamışdır. Bu adam haqqında da Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdi. Həmin adam orada olsa da Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət etməmişdi. Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Hədid: 10.) Bu ayədə Allah təala fəthdən öncə malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Fəthdən sonra da, malını Allah yolunda xərcləyənlərə və Onun yolunda döyüşənlərə ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Deyilənlərin təsdiqi Allah təalanın bu ayəsindədir: "(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl nemət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (nemətlər) içində əbədi qalacaqlar.<A name=aye103> Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!” – deyəcəklər (əl-Ənbiya: 101-103) . Bu isə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), istər fəthdən öncə, istərsə də fəthdən sonra iman gətirib malını Allah yolunda xərcləyən bütün səhabələrinə, Allah təalanın ikinci şahidliyidir. Uca və pak Allah qənimətin məsrəflərini qeyd edərək buyurur: "(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir! (əl-Həşr: 8) Ayədə deyilən "Allahdan mərhəmət və riza diləyən" sözləri, onların qəlbi əməllərindən xəbər verən sözlərdir. Allah təala da onların bu işdə sadiqliyini təsdiqləmişdir. Digər bir ayədə isə Allah təala buyurur: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!" (əl-Həşr: 9) Başqa bir ayədə Allah təala Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümməti haqqında deyir: "(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır (Ali İmran: 110.) Allahın, insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz deyərək vəsf etdiyi bir ümmət, bəzi zəlalət təriqətlərinin bu ümmətə verdikləri vəsf ilə uyğun gəlmir. Demək onlar deyirlər ki, üç nəfərdən başqa, bütün mühacir və ənsarlar mürtəd olmuşdur[1]. Halbuki, Allah təalanın, üç nəfərdən başqa, hamısı mürtəd olan bir ümmət haqqında, "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz" sözlərini deməsi mümkün deyildir. Hədislərin birində, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Mənim səhabələrimi söyməyin. Nəfsim əlində olana and olsun ki, əgər sizlərdən biri Uhud dağı mislində qızıl xərcləsə, onların xərclədiklərinin nəinki bir ovucuna, heç yarısına da çatmaz" (Müslim: Fədailus Səhabə: 2540) Başqa bir rəvayətdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: Qiyamət günü Nuh peyğəmbər çağrıldıqda deyəcəkdir: Ey Rəbbim, Sənin çağırışına səs verirəm, hüzurunda hazıram. Allah təala deyəcək: Sənə verilən şəriəti insanlara çatdırdınmı? Nuh deyəcək: Bəli. Nuhun ümmətinə deyiləcək: O sizə şəriəti çatdırıbmı? Onlar deyəcəklər: Bizə heç bir xəbərdar edən elçi gəlməmişdir. Allah təala Nuha deyəcək: Sənin şəriəti çatdırdığına dair kim şahidlik edə bilər? Nuh deyəcəkdir: Məhəmməd və ümməti. Sonra onlar Nuh (aleyhis salatu vəs salam) üçün şahidlik edəcəklər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), bu hərəkəti Qurandan bir ayəinin nümunəsi kimi dəyərləndirmiş və bu ayəni oxumuşdur: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (əl-Bəqərə: 143.) Daha sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu ayəyə təfsir verərək dedi: "Orta, ədalətli deməkdir (Səhih əl-Buxari: Ət-Təfsir: Bab, "Va kəzəlikə cəalnəkum ummətən vasatan", 4487.) Bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünün ayəyə verdiyi təfsirdir. Orta olmaq, ədalətli olmaqdır. Allah təala bununla bir daha isbat edir ki, bu ümmət Onun şahidliyi ilə ədalətli ümmət sayılır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ümumi şəkildə ədalətli olmalarına dəlalət edən amillərdən biri, onların Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəql etdikləri rəvayətlərin elm adamları tərəfindən yoxlanılmasıdır. Belə ki, onlar, heç bir səhabənin Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından yalan danışdığına rast gəlməmişlər. Hətta səhabə zümrəsinin son vaxtlarında, qədəriyyə, rafizi və xəvariclər kimi bidətlərin geniş yayılmasına baxmayaraq səhabələrdən heç kəs bu təriqətlərə daxil olmamışdır. Bu da onu göstərir ki, Allah təala bu insanları seçmiş və Öz Peyğəmbərinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaş (səhabə) olaraq ixtiyar etmişdir (Müsnədi Əhməd: 1, 279) Mühüm bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, səhabələrin ədalətli olmasını demək, onların məsum (xətasız) olmaları mənasına gəlmir. Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ədalətli olmalarını desək də, onların məsum (xətasız) olduqlarını demirik. Çünki onlar da, bəşər övladı sayılırlar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin birində buyurur: "Hər bir adəm övladı xəta edəndir (Müsnədi Əhməd: 2, 198.) Onlar da xəta edən adəm övladıdırlar. Bəzən xəta, bəzən də dürüst edirlər. Lakin onların etdikləri xətalar, gördükləri savab işlər dənizində itib-batmışdır. Uca və pak Allah onlardan razı qalmışdır. Xatib əl-Bağdadi deyir: Onlar haqqında qeyd etdiyimiz sitatların heç biri Quranda və ya hədislərdə varid olmasaydı, yenə də onların keçməkeçli yolları bunun üçün kifayət edərdi. Belə ki, onların etdikləri hicrət, cihad, kömək, ev-eşiklərini və mallarını xərcləmələri, (islama düşmənçilik göstərən) doğma ata və övladlarına qarşı döyüşmələri, dinlərini qorumaları üçün biri-birlərinə verdikləri tövsiyələri, güclü imanları və tam yəqinlikdə olmaları, onların ədalətli və pak olmalarına şahidlik etməyə kifayət edərdi. Onlar özlərindən sonra qiyamətə qədər, adil və pak olmasına şahidlik edilənlərin ən xeyirlisidirlər (əl-Kifayətu Fi İlmir Rivayə: səh, 96.) Sonra sən Nəhcul Belağadan sitatlar gətirirsən.Sən axı özün də bilirsən ki,bu kitabda hər yazılan söz Əli(r.a)-yə aid deyil və bir çoxunun da heç sənədi də yoxdur.Bunu sizin alimləriniz də təsdiq edir və orda deyilənlər səhih hədislərlə ziddiyyət təşkil edir.
  18. Sən deyirsən: O ki, qaldi bu yazdigina. Meysem bu sozleri نصر بن مزاحم منقرى-den neql edir. Ve yegane sened de budur. Muellif bu sozleri وقعة صفّين kitabinda neql edib. Erbcesi beledir: و فى رسالة بعثها أبو الحسن رضي الله عنه إلى معاوية رضي الله عنه يقول فيها " و ذكرت أن الله اجتبى له من المسلمين أعواناً أيدهم به فكانوا فى منازلهم عنده على قدر فضائلهم فى الإسلام كما زعمت و أنصحهم لله و لرسوله الخليفة الصديق و خليفة الخليفة الفاروق ، و لعمري أن مكانهما فى الإسلام شديد يرحمهما الله و جزاهم الله بأحسن ما عملا " شرح النهج لابن ميثم ص 488 Bashqa sozle lap tutalim mektub sehihdir. Lakin mektubun Hz.Ali terefinden Kufede yazildigini nezere alsaq gorerik ki, cammatin hemin iki xelifeye az-chox regbeti vardir. Ve onlari Xelifeyi muslimin bilirdiler. Bu sebebden Hz.Ali teqiyye ve ixtilaf salmamaq ucubatindan bele yazib. Bir sozonen yuxarda Hz.Alini xilafeti mezemmet etdiyi sozlerin yaninda bu soz hechnedir. Eger heqiqet sen deyen kimi olsadi onda Hz.Ali 1-ci onlara beyet ederdi. Daha 6- aydan sonra yox. Hele bunun ozude shubhelidi Qəribə budur ki,siz bir şeyi izah edə bilməyəndə bunu təqiyyənin üstünə atırsız. Müşriklərdən qoxmayan Əli(r.a),Peyğəmbərin əmrinə yerə vurub niyə təqiyyə etməli idi və Peyğəmbər(s.a.s) niyə Məkkə dövrendə müşriklərə təqiyyə etmədi?(təqiyyə ölüm qorxusu olduqda qeyri müəlmana edilir) və niyə Əli(r.a) əgər sən deyən düzdüsə Cəməldə və Siffində və Nəhrəvanda müsəlmanların qanının tökülməsinə razı oldu?(istəsə təqiyyə edə bilərdi) Tarix,Fiqh,Hədis alimlərinə görə Əli(r.a) 3 xəlifədən razı olmuş və daim onların yanında olmuşdu və mən sənə sizin mötəbər kitablarınızdan sitatlar gətirmişəm və sən onlara necə biganə qala bilərsən? Sonra sən aşağıda zəif və uydurma rəvayətləri tarix kitablarından gətirirsən.Əgər haqqlısansa bu rəvayətləri sənədləri ilə gətir.Məgər sən onları araşdırmısan? Bu rəvayətlər saxta və uydurma olub,bu kitabları yazan müəlliflər tərəfidən qeyd olunub. Məs:Tabari,İbn Kəsir və bir çox tarixçilər öz kitablarında uydurma və yalan rəvayətləri nəql edirlər,sonra isə bunun doğru olmadığını qeyd edirlər.Siz isə belə rəvayətləri onların kitablarında t.nda sevinərək dəlil kimi gətirirsiz. Sən niyə aşağıda rəvayətləri yazanda onların düz olub,olmadığını qeyd etmirsən.Məgər hər yazılan rəvayət düzdür?Heç olmasa alimlərin bu rəvayətlər baradə rəylərini deyərdin. Adil olmaq lazımdır. Əli ibn Əbu Talibin, Əbu Bəkrin beyətinə münasibəti necə idi? Əlinin özünü xəlifəliyə daha layiq görməsi doğrudurmu? Səqifə hadisəsində beyət tamamlandı və bu hadisə Ömərin dediyi kimi təsadüfən baş vermişdi. Yəni, bunun üçün əvvəlcədən hazırlıq görülməmişdi. Bu hadisə zamanı beyətin baş tutmasını eşidən Əli ibn Əbu Talib (Allah ondan razı olsun) şurada iştirak etməməsini və ya özünün xəlifəliyə daha haqlı olmasını düşünüb kədərləndi. Bunların hər ikisi ehtimal olunan variantlardır. Birinci ehtimala görə o özünün xəlifəliyə, Əbu Bəkr əs-Siddiqdən daha çox haqlı olduğunu düşünürdü. İkinci ehtimala görə isə o özünün şurada iştirak etməsini zəruri sayırdı. İndi isə gəlib bu iki ehtimaldan hansının doğru olduğunu ayırd edək. Hərçənd Əli özünün xəlifəliyə daha layiq olduğunu yox, şurada iştirak etməsini zəruri sayırdı. Bunu deməyə iki əsas var: Birinci: Demək olar ki, bütün səhabələr Əbu Bəkrin xilafətinə razı idilər. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından öncə xəstələndiyi zaman yalnız Əbu Bəkrin insanlara namaz qıldırmasını əmr etmişdi. Belə ki, o vaxt yalnız müsəlmanların rəhbəri insanlara camaat namazını qıldırırdı. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Əbu Bəkrə deyin insanlara namaz qıldırsın!" - əmrini verəndə ona Əbu Bəkrin kövrək olduğunu dedilər. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ikinci dəfə təkidlə, "Əbu Bəkrə deyin insanlara namaz qıldırsın!" – əmrini verdi[1]. Aişə deyir ki, bir qadın Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib onu maraqlandıran məsələ haqqında soruşdu və dedi: Birdən gələn il gələndə səni t. bilməsəm nə edim? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onda, Əbu Bəkrin yanına gedərsən (Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, № 3659. Müslim: Kitab Fədailus Səhabə, № 2386) Buxari və Müslimin "Səhih"ində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun!), "Yazmağa bir şey gətir, atan üçün yazı yazım. Mən qorxuram ki, kimsə iştahlı birisi, "mən daha layiqəm" desin. Lakin Allah, Peyğəmbəri və möminlər Əbu Bəkrdən başqasını istəməzlər (Müslim: Kitab Fədailus Səhabə, № 2387. Rəvayətin bu tərtibatı Müslimə məxsusdur. Buxari: Kitabul Marad, Bab Mə Ruxxisə Lil Məridi Ən Yəqulə İnni Vacəun, № 5666.) Bu, Əbu Bəkrin xəlifəliyə başqalarından daha haqlı olmasını açıq-aşkar bildirən bəzi hədislərdir. İkinci: Əli (Allah ondan razı olsun) özü xəlifə olduğu zaman belə deyərdi: Kim məni Əbu Bəkr və Ömərdən üstün sayarsa, onu iftira atan insanın şallaq cəzası ilə cəzalandıraram. O özünü Əbu Bəkr və Ömərdən üstün saymırdı. Həmçinin Buxarinin nəql etdiyi rəvayətdə, Əlinin oğlu, Məhəmməd ibn əl-Hənəfiyyə, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra insanların ən xeyirlisi kimdir? – deyə atasına sual verir? Əli deyir: Əbu Bəkr. O deyir: Bəs sonra? Əli deyir: Ömər. O deyir: Bəs ondan sonra kim? (Sual verən deyir ki, mən onun "Osman" deyəcəyindən ehtiyatlanırdım). Əli dedi: Mən də müsəlmanlardan biriyəm. Demək, Əli özünü Əbu Bəkr və Ömərdən (Allah onlardan razı olsun) üstün tutmurdu. Elə buna görə, Əbu Bəkr özündən sonra Ömər ibn əl-Xəttabı xəlifə təyin edəndə Əli etiraz etmədən onun xəlifəliyini qəbul etdi. Həmçinin Ömər xəlifənin seçilməsini şuranın öhdəliyinə buraxanda Əli, "xəlifəliyə mən daha haqlıyam" - sözlərini demədi və buna etiraz etmədi. Demək, Əlinin incikliyi Əbu Bəkrin xəlifə olmasına görə yox, şuraya dəvət olunmamasına görə idi. O, öz-özlüyündə, "necə ola bilər ki, mən şurada iştirak etməyim" – sözlərini düşünürdü. Bu işdə o haqlı idi lakin əvvəldə də demişdik ki, bu hadisə gözlənilmədən, Ömərin dediyi kimi, fəsadüfən baş verdi. Həmin vaxt şurada təkcə Əli yox, digər səhabələr, məsələn, Zubeyr, Talha, Səd ibn Əbu Vaqqas və başqa ağsaqqal səhabələr də iştirak etməmişdilər. Şurada, mühacirlərdən yalnız Əbu Ubeydə, Ömər və Əbu Bəkr, ənsarlardan da bəziləri, məsələn, Hubbab ibn əl-Munzir, Səd ibn Ubadə və başqaları iştirak etmişdilər. Bu haqda daha aydın məzmunlu bir hədis mövcuddur. Demək, Buxari "Səhih" əsərində Aişədən nəql edərək deyir: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimə, Əbu Bəkrə xəbər göndərib, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinədə və Fədəkdə qalan mirasını və Xeybərdə qalan xüms payını istəyirdi. Əbu Bəkrin cavabı isə belə oldu: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir ki, biz miras saxlamırıq, nəyimiz varsa sədəqədir. Fəqət Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsi bu mal-dövlətdən dolana bilərlər. Allaha and olsun ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sədəqələrini özü necə saxlamışdısa elə də saxlayacaq, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu necə paylayırdısa elə də edəcəyəm. Beləliklə Əbu Bəkr, Fatiməyə miras payı verməkdən imtina etdi. Fatimə buna görə Əbu Bəkrdən incidi və ölənə qədər onunla danışmadı. O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra altı ay yaşadı və öləndə də yoldaşı Əli onun, Əbu Bəkrə xəbər etmədən, cənazə namazını qıldı və gecəylə basdırdı. Əlinin Fatiməyə görə insanlar yanında xüsusi hörməti var idi. Fatimənin ölümündən sonra Əli (yenə də Əbu Bəkrə beyət etmədiyi üçün) insanlarda özünə qarşı soyuqluq hiss edirdi. Buna görə o, Əbu Bəkrlə münasibətlərini yaxşılaşdırmağı və ona beyət etməyi qərara aldı. Amma bu vaxta qədər o beyət etməmişdi. O, Əbu Bəkrə xəbər göndərib onunla görüşə vədə aldı. Görüşdə Ömərin iştirakı olmasın deyə ondan tək gəlməyi xahiş etdi. Ömər dedi: Xeyr Allaha and olsun, sən onların yanına tək daxil olmayacaqsan! Əbu Bəkr: sizcə onlar mənə nə edəcəklər, Allaha and olsun onların yanına elə tək başına gedəcəyəm – deyib getdi. Əli sözə başlayıb dedi: Biz sənin fəzilətli insan olduğunu, Allahın sənə bəxş etdiyi nemətləri etiraf edir və Allahın sənə göndərdiyi xeyirə görə həsəd .rmırıq. Amma sən beyət məsələsində bizimlə məşvərət etməmisən. Biz isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yaxın qohumları olaraq özümüzü məşvərətdə iştirak etməyə haqlı sayırdıq. Bu sözləri eşidən Əbu Bəkrin gözləri doldu və dedi: Nəfsim əlində olana and olsun ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qohumlarına baxmaq daha xoşdur, nəinki öz qohumlarıma. Mal-dövlətə görə mənimlə sizin aranızda baş verənlərə gəlincə, bu işdə mən xeyirxahlıqdan yan keçəmişəm. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sahədə gördüyü heç bir işi tərk etməmişəm. Əli, Əbu Bəkrə, günorta beyət edəcəyi haqda söz verdi. Əbu Bəkr zöhr namazını qıldıqdan sonra minbərə çıxıb şəhadət gətirdikdi və Əli haqqında danışdı, onun bu vaxta qədər beyəti gecikdirməsinin səbəbini və ona ərz etdiyi üzrxahlığı camaata çatdırdı. Sonra Əli şəhadət gətirib sözə başladı, Əbu Bəkri təriflədikdən sonra beyəti gecikdirmək haqqında danışdı. Bildirdi ki, beyətin gecikdirilməsinə səbəb, həsəd və ya Allahın Əbu Bəkrə bəxş etdiyi bu fəziləti inkar etmək deyil. Lakin bizim də məşvərətdə haqqımız var. Bizi bu işdən kənarda qoyduqda, biz də bundan təsirləndik. Bax, əsl səbəb budur. Əlinin beyət etməsini görən müsəlmanlar çox sevindilər və onun doğru addım atdığını dedilər. Əli bu yaxşı işə əl atdıqdan sonra insanlar da ona qarşı münasibətdə çox dəyişdilər (Səhih əl-Buxari: Kitabul məğazi. Bab, ğəzvəti xeybər, 4240-4241) Əbu Bəkrin xilafətinin ilk günlərində Əlinin də insanlarla birlikdə beyət etməsini deyən rəvayətlər mövcuddur. Demək, Əbu Səid əl-Xudri deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdən sonra camaat Səd ibn Ubadənin evində toplaşdı. Onların arasında Əbu Bəkr və Ömər də var idi. Ənsarlardan bir nəfər dedi: Bildiyiniz kimi biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ənsarları (köməkçiləri) olmuşuq. İndi isə onun xəlifəsinin ənsarları olacayıq. Rəvayətçi deyir ki, bu zaman Ömər ibn əl-Xəttab qalxıb dedi: Sizin adamınız doğru danışır. Əgər siz bundan başqa bir söz desəydiniz biz sizinlə beyət etməzdik. Sonra Ömər, Əbu Bəkrin əlini tutub dedi: Sizin admınız budur, ona beyət edin, deyib özü beyət etdi, ardınca isə Mühacir və Ənsarlar beyət etdilər. Rəvayətçi deyir: Əbu Bəkr minbərə çıxıb camaata nəzər yetirdi və onların arasında Zubeyrin olmadığını görüb, onu çağırtdırdı və dedi: Ey Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bibisi oğlu, müsəlmanların vəhdətini pozmaq istəyirsənmi? Zubeyr: Ey Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəlifəsi, heç şübhən olmasın – deyib, beyət etdi. Sonra yenə də camaata nəzər yetirdi və Əlinin orada olmadığını görüb, onu da çağırtdırdı və dedi: Ey Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu və kürəkəni, müsəlmanların vəhdətini pozmaq istəyirsənmi? Əli: Ey Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəlifəsi, heç şübhən olmasın – deyib, beyət etdi (Bu rəvayəti Hafiz İbn Kəsir əl-Bidayə vən Nihayə adlı kitabında (6, 306) qeyd etmiş və rəvayəti Beyhəqiyə istinad etmişdir. Həmçinin Əbu Əli ən-Neysaburinin, İbn Xuzeymədən eşitdiyi bu sözləri nəql etmişdir.) Abu Bəkrin (r.a) halifə secilməyi baresində Hafiz ibn Kəsir deyib: “Hz Ali (r.a)-dan tavatur olarag sabit olmuşdur kiç o deyib: “Ey insanlar, bu ümmetin en heyrilisi Abu Bakrdi, onnan sonra Umardi, isteseydim ücüncü insanin adinida diye bilerdim”. (Bax “Al bidaya va nihaya” 7/334, Məktəbatul Marife) Hz Ali hemcinin deyib: “Kim meni o ikisinen daha fəziletli hesab etse, bilsinki ona iftiraci kişiye uygunlanan ceza ile cezalandiraram”. (bax Hafiz ibn Hajar Al Askalani “Lisan ul mizan” 3/290) Bizim sevimli peygamberimiz (s.a.s) deyib: “Mennen sonra Abu Bakr ile Umara tabe (iktida edin) olun” (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 266,hadis 3662; bax İbn Mace, mukadimme, hadis 27) Nabi (s.a.s) deyib: “Aranizda ne kadar galacagimnan hebersizem, Mennen sonrakilere tabe olun”, deyib ve Abu Bakr ile Umara işare etdi” (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 266,hadis 3663; bax İbn Mace, mukadimme, 17) Nabi (s.a.s) deyib: “Cemat arasinda Abu Bakr olarken, onnan başkasi imam olmaga layig deyil”. (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 268,hadis 3673) Cubeyr ibn Mutim (r.a) revaet edib: “Bir gadin Nabi (s.a.s) yanina gəlib bir məsələ baresində danişdi. Nabi (s.a.s) əmr etdi ki gelen dəfə gadin gələndə. Ona bəzi şeylər verilsin. Gadin dedi: “Ya rasüulullah. Gələn dəfə gələndə səni tapmasam, nə edim?” Nəbi (s.a.s) dedi: “Məni tapmasan Abu Bakrin yanina gəl”. (bax Muhammad ibn İsa At Tirmizi “Sunnan” cild 3, seife 269,hadis 3676; Muhammad ibn İsmayil Buhari “Sahih”, mənagib 27; imam Muslim “Səhih”, Fədayil 17) Kadi ibn Arabi revaet edir: “Rasulüllah (s.a.s) həstələnən vaht Abbas hz Alinin yanina gelib dedi: “Dogrusu Mutallib oğullarin üzlerində ölüm əlametini gerirem. Gəl gedək Rasulluhin (.s.a.s) yanina soruşak, eger bu iş. (halifət) bizimdise heberimiz olsun”. Hz Ali (r.a) dedi: “Vallahi, bunu Rasullahdan (s.a.s) soruşsak ve bize menfi cevab verse, bunan sonra millet bize həlifəlik vermeyecek. Vallahi bu işi Nabi(s.a.s)-nen esla soruşmaram” Bunu rəvaet ettikden sonra ibn Arabi deyir: “Bu hədis hz Alinin halifeligine olan işareleri cürüdür. “Hz Alinin halifeliyine nass va deyenlerin iddiasi ne yerde galir?” (bax “El avasim minel kavasim” seife 187, Matbaatul salafiya) İbn Hümam başga bir fikir irəli sürur : “Cox adamlarin “Rasulüllah (s.a.s) hec bir kimseni acig-aydin həliə tayin etməyib” deməklərinən məksəd odur ki Nabi (s.a.s) hem kimseni hələfəliyə acig-aydin təyin etməyib. Amma (və’h) vasitasi ile, onnan (həlifə) kim oldugunu bilirdi”. (bax İbn Hümam “El musayre şerhul musayere”, El matbaatul kubra el emiriye, kitabinin 255 səifəsində) İmam Nəvəvi deyib: “Ümmət hz Abu Bakrin hilafetinin sahih olmasi baresində icma etmişdi. Sahabələr onun iclerinde ən fəzilətli ve bu işə başgalarinan daha layig oldugunu bilerkən, onu gabaga vermişdilər. O yapilan biat hagginda hadis məşhurdu. Hz Ali deyib: “Rasüllulah (s.a.s) Abu Bakra cemaata namaz gildirmasina emr ettikde, mən orada idim, başga yerde deyildim, saglam idim həstə deyildim. Məni namaz gildirmag ücün, gabaga cihartmag isteseydi, cihardardi. Ona gere biz, Allah ve Rasülu dini məsələlərdə razi olduklari kimseni, biz dünyavi məsələrdə razi oldug” (Bax “Tahzibul esma va lügati” 2/191, Darul kutubul ilmiye)
  19. Nardarani,hesab elə ki,sən deyən rəvayəti Cəfəri Sadiq deməyib.Lakin,fakt odur ki,bu və buna bənzər sözləri O deyib və bununla fəxr edib.Sən indi bu sözü onun deməyini inkar etməklə nəyə nail olursan? Bəs digər sözləri necə görmürsən. Fakt bilirsən nədir?Fakt odur ki,Rasulullah(s.a.s) və 4 Raşidi xəlifə bir-biriləri ilə yaxın qohum olublar. Peyğəmbər(s.a.s) Abu Bəkr(r.a)-ə,Ömər(r.a)-ə kürəkən,Osman(r.a) və Əli(r.a)-yə isə qaynata olmuşdur. Həmçinin Ali(r.a) ilə Abu Bəkr(r.a) və Ömər(r.a) arasında da qohumluq əlaqələri olmuşdur.Ali(r.a) öz qızını Ömər(r.a)-ə ərə vermiş,özü isə Abu Bəkr(r.a) vəfat edəndən sonra onun zövcəsi ilə evlənmiş və onun oğluna atalıq etmişdir.Bəlkə bunları da inkar edəsən? Sən sonra deyirsən ki,Fatimə(r.a)-nı qəzəbləndirmək günahdır və bunu edən Peyğəmbəri qəzəbləndirmiş olur.Lakin,sən unudursan ki,O bir qadın idi və qadın təbiəti kövrək olur və bir şeyi Allaha görə tərk edəni sən necə qınaya bilərsən. Gəl sənə misallar verim:Misvar bin Mixrimə dedi ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) minbərdə dedi:" Həqiqətən Hişam bin Muğiranın ailəsi məndən qızlarını Əli bin Əbu Talibə vermək üçün icazə istəyirlər, mən də icazə vermirəm! Və yenə icazə vermirəm. Yalnız əgər Əli qızımı(Fatiməni) boşayıb, onların qızları ilə evlənmək istəyirsə, bu başqa məsələ. Çünki qızım mənim bir parçamdır. Onu şübhəyə salan məni də salır. Ona əziyyət verən şey mənə də əziyyət verir." (Müslim, "Kitab Fadaili-s-sahaba, 93) Başqa bir rəvayətdə isə bunu eşidən Fatimə Peyğəmbərin yanına gələrək, dedi: Sənin qövmün deyir ki, qızlarını qəzəbləndirmisən. Amma bax, Əli Əbu Cəhlin qızı ilə evlənir. (Müslim, "Kitab Fadaili-s-sahaba, 96) . Həsən bin Əli babası Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) yanına kefsiz bir halda gəldi və ona gizlincə nə isə dedi. Onun(səlləlləhu əleyhi və səlləm) rəngi dəyişdi. Qalxıb Fatimənin evinə gəldi. Sonra Əli də gəldi. O Əlinin(r.a.) əlindən tutub yavaşca silkələdi və dedi: Ey Həsənin atası! Fatiməni qəzəbləndirmə! Həqiqətən mələklər onun qəzəbinə qəzəblənər, razı olduğuna razı olarlar! ("Biharul-ənvar", cild 43, səh.42) İbn Abbasdan rəvayət olunur ki, Fatimə (bir gün) evinə gəldikdə, Əlinin başını Cəfərin ona bağışladığı kənizin qucağında gördü. Hər bir qadında olan qısqanclıq hissi ona güc gəldi. Baş örtüyünü bağlayıb, Peyğəmbərin yanına şikayətə getdi.("Biharul-ənvar", cild 39, səh. 207) Sən indi gördün bu hədis nə səbəbə deyilmişdi?Nə vaxta qədər saxtakarlıq edəcəksən? Sonra sən Fədəkdən danışır və Əbu Bəkr(r.a)-ə irad tutursan. Əhli sünnə bu məsələdə Əbu Bəkr üçün üzr axtarmırlar. Onlar, Fatimə üçün üzr axtarırlar. Çünki onların fikrincə Əbu Bəkr Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mütəvatir (həddindən artıq çox) yolla nəql olunan hədisə əsaslanmışdı. Həmin hədisi, Əbu Bəkr, Ömər, Osman, Əli, Abbas, Əbdürrəhman ibn Ovf, Səd ibn Əbu Vaqqas və Zubeyr ibn əl-Əvvam rəvayət ediblər. Adı çəkilən rəvayətçilər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir" - dediyini nəql edirlər. Fatimə (Allah ondan razı olsun) Əbu Bəkrin bu sözünü qəbul etmədiyindən dolayı, Əhli sünnə Əbu Bəkr üçün deyil, Fatiməyə üzr axtarırlar. Onların fikrinə görə, Əbu Bəkr bu məqamda Fatiməyə qarşı heç bir yanlışlıq etməmişdi. Onlar (bidətçilər) deyilər ki, Fatimə, Əbu Bəkrə qarşı qəzəblənmişdi. Biz isə deyirik ki, Allah Əbu Bəkrdən razı qaldıqdan sonra, Fatimənin ona qarşı qəzəbi heç bir zərər verən deyil. Belə ki, Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı (əl-Fəth: 18.) Fatimənin, Əbu Bəkrə (Allah ondan razı olsun) qarşı qəzəblənməsi və qəzəbli halda dünyasını dəyişməsi haqqında yayılan bu məlumat məşhurdur. Bəli, o qəzəblənib. Əvvəldə də demişdik ki, biz, Əbu Bəkr əs-Siddiq üçün deyil, Fatimə üçün üzrxahlıq etməyə yer axtarırıq. Fatimə (Allah ondan razı olsun) məsum (xətasız) deyil. Məşhur rəvayətə görə Əbu Bəkr (Allah ondan razı olsun) Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalmışdır. Bu rəvayəti bir çox elm adamları İmam Şəbidən səhih mürsəl rəvayətlə nəql etmişlər. Şəbi böyük tabiinlərdəndir. Daha doğrusunu Allah bilir. Məşhur rəvayətə əsasən Fatimənin cəsədini Əsma binti Umeys və Əbu Bəkr əs-Siddiqin yoldaşı Əsma yumuşlar. Necə ola bilər ki, Əbu Bəkr əs-Siddiqin yoldaşı Fatimənin cəsədini yusun, amma Əbu Bəkrin onun ölmündən xəbəri olmasın? Səhih rəvayətə əsasən Fatimə gecə ikən, Əbu Bəkrə xəbər verilmədən basdırılmışdır. Sonra sən Tarixdən zəif və uydurma rəvayətləri dəlil kimi gətirib,səhabələrə böhtan atırsan.Axı sən özün yaxşı bilirsən ki,o mənbələrdə deyilənlərin əksəriyyəti düz deyil və sən necə bunu bilə-bilə belə iş görürsən? İndi gəl mən sənə bir neçə misallar çəkim. Əli(r.a) demişdir:"Filankəsin (Əbu Bək-rin)ölkəsi nə əzəmətlidir! O, əyriləri düzəltdi, səhvləri təshih etdi, Sünnəni bərqərar etdi, fitnəni arxada qoydu, o dünyaya günaha bulaşmamış, eyibsiz halda getdi, bu dünyanın xeyrini götürdü, şərini atdı, Allahın itaət borcunu ödədi, Ondan lazım olduğu kimi ehtiyat etdi". ("Nəhc əl-bəlağə", səh.350) Əli(r.a) Ömər ibn Xəttab (Allah ondan razı olsun!) onunla Rum döyüşünə çıxarkən məsləhət-ləşəndə Ömərə belə deyib: "Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkə-lərinin qurtaracağından başqa sığınacaqları olmaz. Onların səndən sonra müraciət edəcəkləri bir baş-çıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıx-mış bir adam, onunla birlikdə döyüşkən və ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxar-sa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan". ("Nəhc əl-bəlağə", səh.193, Beyrut çapı.) Ömər özü farslarla döyüşə çıxarkən onunla (Əli ilə) məsləhətləşdiyi zaman Əlinin Ömər haqqında de-dikləri bundan da aydındır. O demişdir: "Bu elə bir işdir ki, onun köməyinə gəlib-gəlməmək çoxluq və az-lıqdan asılı deyil. Bu, Allahın qalib çıxartdığı və adamları onun uğrunda səfərbər etdiyi, hazırladığı və imdad etdiyi dinidir ki, çatdığı səviyyəyə çatıb və çıxdığı yerdə üzə çıxıb. Bizə Allah vəd verib. Allah Öz əhdini yerinə yetirən, Öz əsgərlərinə kömək edən-dir. Boyunbağıda nizamlayıcının[1] əhəmiyyəti nə qə-dərdirsə, əmrin etibar edildiyi adamın əhəmiyyəti də orduda o qədərdir. Nizamlayıcı muncuqları bir yerə yığıb düyünlər, o qırılsa, muncuqlar bir-birindən ayrı düşər, səpələnər, sonra heç vaxt bir yerə toplan-maz. Ərəblər bu gün sayca az olsalar da, onlar müsəl-man olmaları ilə çoxsaylı, bir olmaları ilə güclü-dürlər. Sən qütb ol və dəyirman daşını ərəblərin gücü ilə fırlat; onları müharibəyə göndər, özün get-mə. Çünki sən bu torpaqdan çıxsan, ölkənin hər yerin-də ərəblər sənin əleyhinə qalxarlar, arxada qoyub get-diyin düşmən qarşındakından qorxulu olar. Qoy əcəmlər sənə baxıb desinlər: "Ərəblərin kökü budur, onu kəssəniz, rahat olarsınız". Bu onların sənə qarşı hücumlarını çətinləşdirər... Onların mənim qeyd etdiyim sayca çoxluğuna gəlincə, biz keçmişdə də say çoxluğu hesabına deyil, Allahın köməyi və yardımı ilə döyüşmüşük" (Nəhc əl-bəlağə", səh.203,204, Beyrut çapı.) "Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan seçilmiş adamı rədd edə bilməzdi. Yal-nız mühacirlərin və ənsarların şurası bir adam haq-qında eyni fikirdə olub onu imam adlandıranda bu, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər bir bəhanə və bidətlə onların bu işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardı-lar. Etiraz etsəydi, onu möminlərin yolu ilə getmə-diyi üçün öldürərdilər: Allah ona layiq olduğunu ve-rərdi". ("Nəhc əl-bəlağə", səh.366,367.) Əli(r.a) demişdir:"Məndən əl çəkin, bir başqasına müraciət edin..." Sözünün sonunda isə söyləmişdir: "Məni rahat burax-sanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm" ("Nəhc əl-bəlağə", səh.136, Beyrut çapı.) Əli(r.a) deyir:"Mən Məhəmməd səlləllahü əleyhi və səlləmin əshabələrini görmüşəm. Sizlərdən bir nəfərin də onlara bənzədiyini görmürəm. Onlar səhəri saçları dağınıq, üzlərinin rəngi bomboz ol-duğu halda qarşılayırdılar, çünki gecələri ibadətdə keçirirdilər. Bütün gecəni Allahı zikr edə-edə ayaq üstə durduqlarından bir ayaqlarını götürüb o birini qoyurdular, elə bil qızmar kömür üstündə dayanıblar. Çox səcdə etdiklərindən alınlarında səcdə izi olar-dı. Allahın adı çəkilən kimi gözlərindən yaş axar, paltarları islanardı, Allah cəzasından qorxduqları üçün və Allahdan savab dilədikləri üçün tufanlı gün-də ağaclar silkələnən kimi silkələnib-əsirdilər". (Nəhc əl-bəlağə", səh.143, Əlinin (Allah ondan razı ol-sun!) xütbəsi, "Dar əl-Kitab", Beyrut çapı, hicri 1387) Əli (Allah-təala ondan razı olsun!) iki qoca — Əbu Bəkr və Ömər (Allah onların hər ikisində razı ol-sun!) haqqında demişdir: "Deyildiyi kimi, müsəlman-ların ən yaxşısı, Allaha və Onun Rəsuluna ən yaxını xəlifə Siddiq (Əbu Bəkr — tərc.) və xəlifə Faruq (Ömər — tərc.) olmuşlar. Canıma and içirəm ki, on-ların Islamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular. Allah onlara rəhm etsin və onların gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın". (Meysəm. "Şərh "Nəhc əl-bəlağə"", səh.31, 1-ci cild, Teh-ran çapı.) Gördüyün kimi mən sənə sizin mötəbər kitablarınızdan yazıram. Shiye_ve_Ehli_Beyt__rusca__Ihsan_Zahir.doc
  20. Sənin ədəbin və əxlaqın buna çatırsa,mən sənə heç nə deyə bilmərəm.Sən get biraz şeyxlərindən ədəb dərsi öyrən.Sonra yazmağa başlayarsan.Sən elə tipsən ki,burda sənə açıq aydın dəlil göstərsələrdə inadkarlığından onu inkar edərsən.Sən bura öyrənməyə yox,əylənməyə və mübahisə eləməyə gəlisən və sənin məqsədin həqiqəti bilmək deyil.Sənin kimilər illərlədə olsa eyni mövzuda inad edir,mübahisə eləyirlər. Çünki,cahil insan mübahisə etməsin bəs nə etsin...
  21. Samir Aliyev

    Tarixdən

    Siz düzələn deyilsiz eee, sizdə ki, o sifət var.... Sizə bu Osman Xəmisin saxtakar olmasını sübut etdikdən sonra da onun kitablarını bizim üçün sübut kimi qələmə verməyə çalışırsınız. O insan ki, saxtakardı, onun yazdığı nə olacaq? Billməyənlərin nəzərinə çatdırıram ki, bu həmin Osman Xəmisdir ki, adını şiə alimi Hüseym Musavi qoyaraq "Şiəliyin əsl siması" kitabını yazmışdır. bu haqda bizim temamız var http://forum.bakililar.az/index.php?showtopic=59819 Həmçinin bizim səhabələr haqda da temamız var və buna görə də bu temanı bağlayıyam! http://forum.bakililar.az/index.php?showto...0&start=120
  22. Samir Aliyev

    Sİddİq VƏ Sadİq

    SİDDİQ VƏ SADİQ Həqiqətən, şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyir, nəfsimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah .rırıq. Allah kimə hidayət verərsə, o, doğru yolda olar, kimi azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. "Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!" (Ali-İmran surəsi, 102) "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. ( ən-Nisa surəsi, 1) "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar. (əl-Əhzab surəsi, 70-71) Ey iman gətirənlər! "Bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd .rmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun! Ey iman gətirənlər! "Sizdən biriniz qardaşının gözündə çöp görür, öz gözündəki tiri isə unudur ( Səhih Ədəbul Mufrad,398) Ey iman gətirənlər! Gəlin əsassız olaraq müsəlmanlara nifrət etməyək, onlara həsəd .rmayaq əksinə, onlar üçün Allahdan rəhmət diləyib deyək: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən, Sən Şəfqətlisən, Rəhmlisən! (əl-Həşr surəsi, 10) Peyğəmbərlə (s.a.s) bir zamanda yaşamış, ondan gözəl tərbiyə almış Əli, Fatimə, Həmzə, Cəfər, Peyğəmbərin (s.a.s) zövcələri, Abbas, Həsən, Hüseyn və digərləri – Allah onların hamısından razı olsun! – bir-birilərinə qarşı çox mehriban olmuş və aralarındakı isti münasibətlər onların sonrakı nəsillərinə də təsir etmişdir. Belə ki, pak əhli-beyt Peyğəmbərin (s.a.s) sadiq əshabələri ilə qohumluq əlaqələrini möhkəmləndirməklə böyük bir nəsilə çevrilmişlər. Onların isti münasibəti neçə-neçə tarix kitablarında öz əksini tapmış və sonrakı nəsillərin xatirəsinə həkk olunmuşdur. Çox acınacaqlı bir haldır ki, bir çox müsəlmanlar, ömrünün sonuna qədər Peyğəmbərə (s.a.s) sadiq qalmış, həmçinin onun vəfatından sonra da bir camaat olub İslam dini üçün böyük işlər görmüş möminlərin arasında olan mehriban münasibətlərdən bixəbərdirlər. Bu risalədə də məhz belə isti münasibətlərdən biri xəlifə Əbu Bəkr əs-Siddiqlə (s.a.s) imam Cəfər əs-Sadiq arasında olan qohumluq əlaqələrindən bəhs edir. İmam Cəfər əs-Sadiq demişdir: "Əbu Bəkr əs-Siddiq (r.a) məni iki dəfə dünyaya gətirmişdir. (Siyəru Əlamu Nubəla 6/255) Bununla imam Cəfər əs-Sadiq demək istəmişdir ki, onun ana babası və ana nənəsi Əbu Bəkr əs-Siddiqin nəvələridir. Biz imam Cəfər əs-Sadiqin şəcərəsinə nəzər salsaq bu deyilənlərin həqiqət olduğunu görərərik: Yuxarıda göstərilən şəcərədən imam Cəfər əs-Sadiqin şərəfli nəsildən olduğu açıq-aydın görünür. Elə bu səbəbdən də, iki möhtərəm xəlifənin nəslindən olan bu imama "Əmuduş-Şərəf" ( Silsilətul Əlamul Hidayə" 8/41.) yəni şərəf dirəyi deyirdilər. Bu möhtərəm imamın babaları Əli ibn Əbu Talib və Əbu Bəkr əs-Siddiq arasında lap əvvəldən mehribançılıq olmuş, qohum olduqdan sonra bu münasibətlər bir az da möhkəmlənmişdir. Onlar bir-birinin ünvanına kifayət qədər gözəl sözlər söyləmiş, bir-birini tərifləmiş və müsəlmanları Peyğəmbərin ailəsini və əshabələrini sevməyə çağırmışlar. Əli ibn Əbu Talib Əbu Bəkr əs-Siddiqi tərifləyib demişdir: "Müsəlmanların ən yaxşısı, Allaha və Onun Peyğəmbərinə ən yaxın olan – xəlifə Siddiq və xəlifə Faruq olmuşlar. And içirəm ki, onların İslamda yeri həqiqətən də böyükdür... Allah onlara rəhmət etsin və onları gördükləri yaxşı işlərə görə mükafatlandırsın!" ( Meysəmin "Şərh Nəhcul-Bəlağə" əsəri, 1/31) Əbu Bəkr əs-Siddiq isə əhli-beyt barəsində belə demişdir: "Canım Əlində olan Allaha and olsun ki, Peyğəmbərin ailəsi mənim üçün öz ailəmdən daha əzizdir. "( Səhih əl-Buxari", 3713) Diqqət edin! Peyğəmbərin sevimli qızı Fatimeyi Zəhra ölümündən əvvəl xəstə yatarkən Əbu Bəkr əs-Siddiq öz həyat yoldaşı Əsmaya onun yanında qalmağı buyurmuşdur. Fatimeyi Zəhranın vəfatından sonra Əsma bint Əmis onun qüslündə də iştirak etmişdir. (Biharul Ənvar" 43/192) Nəhayət Əbu Bəkr əs-Siddiq vəfat etdikdən sonra Əli ibn Əbu Talib Əsma ilə evlənmiş və ondan Yəhya adlı bir oğlu da olmuşdur. Əli ibn Əbu Talib Əsmanın Əbu Bəkr əs-Siddiqdən olan oğlu Muhəmmədi öz oğlanları – Həsən və Hüseynlə birgə tərbiyə etmişdir. Ömər ibn Xəttab xəlifə olduğu dövrdə böyük imperiyalar fəth edildikdə ələ keçirilən cariyələrdən Yezdəcird ibn Şəhriyarın iki qızını Əli ibn Əbu Talibə verib demişdir: "Zadəgan ailəsindən olan qızlar yalnız hörmətli insanlara çatmalıdır." Əli ibn Əbu Talib bu qızlardan birini (Lubabul Ənsab vəl Əlqab vəl Əqab" 1/22) Hüseynə digərini də Muhəmmədə vermiş, sonra onlardan Əli Zeynəlabidin və Qasım dünyaya gəlmiş, beləliklə də onlar əmi uşaqları olmuşlar. Nəhayət Hüseyn ibn Əlinin oğlan nəvəsi Muhəmməd Baqir Muhəmməd ibn Əbu Bəkrin qız nəvəsi Ümmü Fərvayla evlənmiş və bu şərəfli insanlardan da imam Cəfər əs-Sadiq dünyaya gəlmişdir. Diqqət edin! Peyğəmbərin zövcəsi, Əbu Bəkr əs-Siddiqin qızı və möminlərin anası Aişə imam Cəfər əs-Sadiqin babası Qasımın doğmaca bibisi olmuşdur. Cəfər əs-Sadiq dövrünün böyük alimlərindən olmuş, imam Əbu Hənifə, Şafii və başqa bu kimi tanınmış alimlər ondan elm öyrənmiş, habelə onun özü də atası Qasim ibn Muhəmməd, Urva ibn Zubeyr, Əta ibn Əbu Rəbah, Zuhri, Nafi, Muhəmməd ibn Munkədir və başqa bu kimi tanınmış alimlərdən hədislər rəvayət etmişdir. (Siyəru Əlamu Nubəla" 6/255.) Diqqət edin! Əhli-beytin Əbu Bəkr əs-Siddiqə olan məhəbbəti onların kunyalarından, habelə övladlarına verdikləri adlardan da bəlli olur: Əbu Bəkr ibn Əli ibn Əbu Talib Əhli-beytdən olan bu möhtərəm imam, Əli ibn Əbu Talibin zövcəsi – Leyla bint Məsuddan dünyaya gəlmiş və Peyğəmbərin reyhan qoxulu nəvəsi Hüseyn ibn Əli ilə birgə Kərbəla çölündə şəhid olmuşdur. (Tarix ət-Təbəri" 3/162; "əl-İrşad"səh: 186; "Biharul Ənvar" 42/120; "Ənvar ən-Nomaniyya" 1/371; "Muntəhal Əmal" 1/544) Əbu Bəkr ibn Həsən ibn Əli Əhli-beytdən olan bu möhtərəm imam Peyğəmbərin sevimli nəvəsi Hüseyn ibn Əli ilə birgə Kərbəla çölündə şəhid olmuşdur. (Tarix ət-Təbəri" 3/343; əl-Bidayə vən-Nihayə 8/189; əl-İrşad səh: 248; "Tarixul Yəqubi" Həsənin övladları fəsli; "Ənvar ən-Nomaniyya" 1/371; "Muntəhal Əmal" 1/544)</SPAN> Əbu Bəkr Əli Zeynəlabidin ibn Hüseyn ibn Əli (Kəşful Ğummə Əli Zeynəlabidinin tərcümeyi-halı) Əbu Bəkr b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Muhəmməd b. Əli b. Huseyn b. Əli (Kəşful Ğummə 3/10) Əbu Bəkr Əli (Rza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadiq) b. Muhəmməd b. Əli b. Huseyn b. Əli (Məqatil ət-Talibin səh: 562 )
×
×
  • Создать...