Перейти к содержимому

Seçkilər Yaxınlaşır


Recommended Posts

05.2008 [11:36]

Fontu böyüt:

“OKTYABRDA BAŞ VERƏCƏK HADİSƏ ADİ SEÇKİLƏR OLMAYACAQ”

Eldar Namazov: “Əhalinin narazılığı bu qədər güclü olduğu bir cəmiyyətdə müxalifət geri çəkilməli deyil”

Hakimiyyət Seçki Məcəlləsini (SM) daha da mürtəceləşdirərək, seçkidə iştirak etmək istəyən qüvvələrə növbəti problemlər yaratmağa çalışır. Artıq parlamentdə dünən bununla bağlı müzakirələr başlayıb. İqtidar demokratiklik görüntüsü yaratmaq üçün ötən gün Seçki Məcəlləsinə təklif edilən mürtəce dəyişiklikləri təsdiqləməsə də, növbəti həftə bunun şahidi olacağımız şübhə doğurmur.

Qeyd edək ki, seçki qanunvericiliyinə əlavə və dəyişikliklər məsələsi müzakirəyə çıxarılmazdan bir gün əvvəl “Azadlıq” bloku boykot qərarını rəsmiləşdirib. Bəs seçkidə iştirakın birmənalı şəkildə tərəfdarı olan qüvvələr hakimiyyətin bu addımından sonra nə düşünür? Bu məsələ onların qərarına təsir edəcəkmi? Bu və digər suallarımıza cavab tapmaq üçün “Azərbaycan Naminə” İctimai Forumun prezidenti, seçkilərdə namizəd kimi iştirak qərarı vermiş Eldar Namazovla söhbətləşdik. Öncə seçki qanunvericiliyi ilə bağlı məsələyə dair sualımızı cavablandıran E.Namazov bildirdi ki, hakimiyyətin SM-ə bu cür mürtəce əlavə və dəyişikliklər edəcəyi o qədər də qəribə görünmür:

- Bu, təəccüblü olmasa da, həm seçkilərdə iştirak edənlərin arqumentlərini gücləndirir, eyni zamanda boykotçuların da əlavə arqumentlər qazanmasına səbəb olur. Boykot tərəfdarları deyirlər ki, bu dəyişikliklərin qəbul olunması müxalifətin namizədlərinin onsuz da məhdud olan imkanlarını bir az da daraldır, ona görə də belə bir şəraitdə seçkidə iştirak etməməkdə israrlıyıq. Ancaq bundan sonra seçkilərə qatılmağa üstünlük verən namizədlərin də əlavə arqumentləri meydana çıxır.

- Yeni arqumentlər nədən ibarətdir?

- Məcəlləyə bu cür dəyişiklərin təklif edilməsi onu göstərir ki, hakimiyyət qorxur və başa düşür ki, məhdud resurslarla da müxalifətin bu seçkilərdə ciddi uğur qazanması mümkündür. Bu qorxu ölkədə sürətlə artan narazılıq dalğasından irəli gəlir. Azərbaycanda qiymətlər hansı sürətlə artırsa, sosial narazılıq da həmin templə yüksəlir. Bunu müşahidə edən hakimiyyət düşünür ki, seçki qanunvericiliyinə mürtəce dəyişikliklər edilsə, bəlkə seçkilərə qatılmaq istəyən namizədlər də geri çəkilərlər. Ancaq hakimiyyətin bu addımından sonra seçkidə iştirak etmək istəyənlərin arqumenti bir az da güclənir. Bizim arqumentimiz ondan ibarətdir ki, əhalinin narazılığı bu qədər güclü olduğu bir cəmiyyətdə müxalifət geri çəkilməli deyil. Demokratik qüvvələr bütün hallarda mübarizə .rmalı, narazı elektoratı mobilizə etməli və qələbəyə nail olmalıdır. Bu baxımdan mən hesab edirəm ki, vəziyyəti düzgün təhlil edib ən düzgün qərarı çıxarmaq lazımdır. Şəxsən mənimçün bu seçki prosesində prioritet olan bir neçə məsələ var. Onlardan birincisi, əhalinin rəyi, seçki prosesinə münasibətidir. İkinci məsələ seçkilərdə obyektiv beynəlxalq təşkilatların monitorinq həyata keçirməsidir. Bu monitorinq ya exit-poll, ya da səslərin paralel sayılması şəklində ola bilər. İndiki məqamda səslərin paralel sayılması nəzərdə tutulur. Hakimiyyət də bunun çox önəmli məsələ olmasının fərqindədir. Məhz elə bu səbəbdəndir ki, səslərin paralel sayılmasını təşkil edəcək QHT-nin qeydiyyatını ləğv etdilər. Amma məndə məlumat var ki, bu proses mütləq təşkil olunacaq.

- Yaranmış vəziyyət müxalifətin hansı addımları atmasını zəruri edir?

- Mən əminəm ki, seçki qanunvericiliyi ilə bağlı məsələ bu cür yekunlaşmayacaq. Yəqin ki, hakimiyyətin bu qərarına beynəlxalq reaksiya çox sərt olacaq. Bunun konturları indidən görünür. Təsadüfi deyil ki, deputatlardan iyun ayında toplantı keçirməklə bağlı imza toplayırlar. Bu, məhz seçki qanunvericiliyi ilə bağlı olan məsələdir ki, beynəlxalq təpkilər güclü olarsa, yenidən bu məsələ ilə bağlı fövqəladə iclas çağırsınlar.

Bununla yanaşı, bizə artıq hakimiyyətin oyun qaydaları məlumdur. İqtidar bütün dünyaya, o cümlədən ölkədəki demokratik qüvvələrə təxminən bu mesajı verir: “Mən bu seçkilərin nəticələrindən çox qorxuram, başa düşürəm ki, xalqdan dəstək ala bilməyəcəm, ona görə də real səs toplayacaq namizədlərin heç olmasa ortabab kampaniya qurmasına mane olacam”. Bundan sonra demokratik düşərgənin nümayəndələri özü üçün qərar qəbul etməlidir ki, hakimiyyətə hansı cavablar verək. Konkret olaraq bizə gəldikdə, nə qədər təzyiqlər olsa da, biz mübarizədən geri çəkilən deyilik. Çünki bizimçün əsas əhalinin rəyidir. Ölkədə hələ belə çətin durum olmayıb. Siyasətlə məşğul olanlar bunu ikinci dərəcəli amil hesab etsələr, bu yanlış olardı.

- Eldar bəy, bir məqamı da etiraf etmək lazımdır ki, hazırda .rıcı qəzetlər siyasi arenada baş verənlərdən maraqlı bir xəbər düzəldə bilmirlər. Sizcə, bunun səbəbi nədir?

- Mən razıyam ki, builki seçki prosesi əvvəlkil seçkilərdən xeyli fərqlənir. Belə bir mənzərənin yaranmasında hakimiyyətin siyasətinin böyük rolu var. Heç vaxt demokratik qüvvələrə, azad mətbuata bu səviyyədə təzyiqlər olmayıb. Bir qədər əvvəl bəzi dostlarımız təcrübədən çıxış edərək deyirdilər ki, bu il seçkiöncəsi hansısa dəyişikliklər olacaq və müxalifətdən dekorasiya kimi istifadə cəhdlərinin şahidi olacağıq. Amma reallıqda hakimiyyət seçki yaxınlaşdıqca sərt, repressiv addımlar atır. Bütün bunlara baxmayaraq, mən əminəm ki, seçki prosesində qəzetlər siyasi xəbərlərdən manşet yazısı hazırlamaqda çətinlik çəkməyəcəklər. Sadəcə, hamı üçün aydın olmalıdır ki, biz başqa bir siyasətlə rastlaşmışıq. Əgər əvvəllər imitasiya ilə məşğul olmaq istəyirdilərsə, indi açıq-aydın Azərbaycanı Özbəkistan, Belarus modelinə sürükləyirlər. Oktyabrda baş verəcək hadisə adi seçkilər olmayacaq. Bu, cəmiyyət, demokratik qüvvələr üçün bir mübarizə meydanı olmalıdır ki, Azərbaycan dövlətinin inkişaf yolunu Belarus, Özbəkistan perspektivindən xilas edə, bu prosesin qarşısını ala bilək. Ona görə də bu seçki sıradan olan adi seçkilər deyil. Azərbaycan bundan sonra ya totalitar rejimlər sırasında yerini möhkəmləndirəcək, ya da ya da demokratik qüvvələrin mübarizəsi nəticəsində bunun qarşısı alınacaq. Bu o deməkdir ki, bu il yaxın 10 illik üçün Azərbaycanın inkişaf perspektivlərinin təməli qoyulacaq.

- Siz seçkilərdə iştirak edən bir qüvvə kimi, hazırda hansı işləri həyata keçirirsiniz?

- Biz hakimiyyətin yaratdığı mühiti nəzərə alaraq, hazırlıq işlərini bir qədər qabartmamağa çalışırıq. Halbuki təbliğati baxımdan bunda maraqlıyıq. Amma nəzərə alsaq ki, biz polis rejimində yaşayırıq, gördüyümüz işləri bir qədər gizli saxlamağa məhkumuq. Mən sadəcə, onu deyə bilərəm ki, namizədliyimi dəstəkləmək haqda qərar verən Ziyalı Hərəkatına, “Bizim Azərbaycan” blokuna (söhbət özünü “Bizim Azərbaycan” bloku kimi təqdim edən qurumdan gedir-E.M.) minnətdarlığımı bildirmək istəyirəm. Biz hazırda çalışırıq ki, seçki kampaniyası başlayana qədər prosesi o nöqtəyə gətirib çıxaraq ki, cəmiyyət onun bu ağır gününə, çəkdiyi əziyyətlərə Azərbaycan müxalifətinin biganə olmadığını bilsin və buna əmin olsun. Biz hansısa vəzifə uğrunda deyil, ölkəni vəziyyətdən çıxarmaq üçün var gücümüzlə mübarizə .racağıq.

Ссылка на комментарий
Поделиться на других сайтах

С этими квадратиками читать очень очень трудно...хорошо было бы и русскую версия прочесть...

You Will Never Walk Alone...

Ссылка на комментарий
Поделиться на других сайтах

С этими квадратиками читать очень очень трудно...хорошо было бы и русскую версия прочесть...

Рано или поздно политический блеф и пузырь Намазова взорвется как воздушный шар. Это было несколько раз - парламентские выборы 2005 года когда он создал избирательный блок «Йес». В то время неизвестный член ЙАП Гюлерь Ахмедова смогла одержать победу над Намазовым. Он проиграл парламентские выборы на территории где проживал. За него даже не проголосовали его соседи.

Ссылка на комментарий
Поделиться на других сайтах

С этими квадратиками читать очень очень трудно...хорошо было бы и русскую версия прочесть...

Рано или поздно политический блеф и пузырь Намазова взорвется как воздушный шар. Это было несколько раз - парламентские выборы 2005 года когда он создал избирательный блок «Йес». В то время неизвестный член ЙАП Гюлерь Ахмедова смогла одержать победу над Намазовым. Он проиграл парламентские выборы на территории где проживал. За него даже не проголосовали его соседи.

Да на тех выборах не только Гюляр Ахмедова но и моя бабушка бы победила если бы от ЙАП-а балатировалась..Другими словами всем известно что победил Эльдар Намазов, но как и на этих выборах мы все знаем что реальных шансов нет ни у кого кроме Ильхама Алиева и партии ЙАП. Почему? Думаю всем известно давно...

You Will Never Walk Alone...

Ссылка на комментарий
Поделиться на других сайтах

С этими квадратиками читать очень очень трудно...хорошо было бы и русскую версия прочесть...

Рано или поздно политический блеф и пузырь Намазова взорвется как воздушный шар. Это было несколько раз - парламентские выборы 2005 года когда он создал избирательный блок «Йес». В то время неизвестный член ЙАП Гюлерь Ахмедова смогла одержать победу над Намазовым. Он проиграл парламентские выборы на территории где проживал. За него даже не проголосовали его соседи.

Да на тех выборах не только Гюляр Ахмедова но и моя бабушка бы победила если бы от ЙАП-а балатировалась..Другими словами всем известно что победил Эльдар Намазов, но как и на этих выборах мы все знаем что реальных шансов нет ни у кого кроме Ильхама Алиева и партии ЙАП. Почему? Думаю всем известно давно...

Почему сегодня ни кто ему не оказывает доверие и поддержку из тех людей, которые входили вместе с ним в избирательный блок «ЙЕС»? Это Лала Шовкет, Этибар Мамедов, экс-спикер Ягуб Мамедов.

Если политик в Азербайджане с 20 летним стажем говорит, что он «новая сила» и фигура в политической арене, то люди занимающейся политикой со стажем 10 лет являются младенцами в пеленках.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...