Вечно молодой Опубликовано: 27 октября, 2008 Жалоба Share Опубликовано: 27 октября, 2008 (изменено) Zülfün kimi, ey gül , nə ətirli nəfəsin var Yoxsa bu lətafətlə can almaq həvəsin var Ruhum dirilir naz ilə hərdım ki,gələrsən, Heyrətdəyəm, ey gül , nə məlahətli səsin var Tavus kimi azadə gəzirsən bu зəməndə Bülbül kimi nə xar qəmi,na qəfəsin var Fəryadına etdiklərin imdadina yetməz Fikr etmə,bu aləmdə,könül, dadı-rəsin var. Vahid,mənim istəkli gözəl yarıma bənzər, Axtar bütün aləmə,görək , hansi kəsin var? Az şrifti ilə yazarkən, zəhmət olmasa Lucida Sans Unicode fontu arasında yazın. Hörmətlə Prikolistka. Изменено 27 октября, 2008 пользователем PRIKOLISTKA Цитата Ничто ни вечно. Только время Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Вечно молодой Опубликовано: 27 октября, 2008 Автор Жалоба Share Опубликовано: 27 октября, 2008 (изменено) Hər aşiqə öz istədiyi yarı gözəldir Hər bülbülə öz sevdiyi gülzari gözəldir İlqarı gözəl olmayanı istəməz aşiq Can ver elə cananə ki,ilqarı gözəldir Mən bir uca boylu gözəlin zülfünə bəndəm Ruxsarı gözəl, şivəsi, rəftarı gözəldir Yüzlərcə gözəl başqa vilayətdə də çoxdur Amma bizim ölkə bütün-elcari güzəldir Yar olsa mənimlə, mənə biganə nə eylər? Uçmaz elə bir xanə ki, memarı gözəldir Mən istədiyimçün o gülü qeyri də sevdi Qiymətli o şeydir ki,xiridarı gözəldir Vahid, mənə insaf elə,sima ilə baxma! Əhsən elə bir şairə əş`arı gözəldir Изменено 27 октября, 2008 пользователем Вечно молодой Цитата Ничто ни вечно. Только время Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 27 октября, 2008 Жалоба Share Опубликовано: 27 октября, 2008 Вечно Молодой mövzuya görə sənə şəxsi minnətdarlığımı bildirirəm. Vahid dediyi gəzəlləri ilə elə bil krujeva hörür.. Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Med_Cezir Опубликовано: 29 октября, 2008 Жалоба Share Опубликовано: 29 октября, 2008 gozel qezelleridi... Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 29 октября, 2008 Жалоба Share Опубликовано: 29 октября, 2008 OLA Şərab ola mən olam,bir də nazlı dilbər ola, Bir özgə aləmi vardır,əgər müyəssər ola. Səfayi-məçlisi-mey min behiştdən artıqdır, Bir əldə gül tuta çanan,bir əldə sagər ola. Olanda məst zülfün nigar.nəş'əsi var, Ümumə zövg verə bəzmi-mey,müəttər ola. Büsatı-badədə hal əhlinin fədası olum, Şərabı qal ilə icməəgər peyəmbər ola. Əsiri-zülfünəm, ey şux, gəl açıqlanma, Əsirə hörmət edərlər, əgərci kafər ola. Nə Leyli sən kimi olmuş, nə mən kimi Məçnun, Nə karədir gəlib onlar bizə bərabər ola? Görəndə, Vahid,üzün yarımın əsir könlüm, Nə növ'i sakit olur od olsa, səməndər ola?! Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 29 октября, 2008 Жалоба Share Опубликовано: 29 октября, 2008 (изменено) Xilqətdə sənin tək, gözəlim, can ola bilməz, Əxlaqı gözəl, sevgili canan ola bilməz. Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda, Bir gül, hələ də sən kimi xəndan ola bilməz. Minlərcə gözəllər yetirir gündə təbiət, Amma, sənə bənzər gözəl insan ola bilməz. Yüzlərcə əgər hüsnünə adəm ola heyran, BRəftarına, əxlaqına nöqsan ola bilməz. Hürriyyətə, insanlığa layiq səni gördüm, Hər kəs səni sevmişsə peşiman ola bilməz. Öz aşiqinin naz ilə qan eyləmə könlün, Hürriyyet olan yerdə könül qan ola bilməz. Hər xoş görünən kimsəyə aldanma, heyifsən, Hər xoş görünən kimsədə vicdan ola bilməz. ir kimsə mənim tək sənə heyran ola bilməz. Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən, Изменено 2 марта, 2009 пользователем EJIXAH Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
vetendash1 Опубликовано: 29 октября, 2008 Жалоба Share Опубликовано: 29 октября, 2008 Alqışlayıram. Gəncliyimizin bu cür mövzulara ehtiyacı var Цитата Non est Azerbaijan sine Karabagh! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 25 декабря, 2008 Жалоба Share Опубликовано: 25 декабря, 2008 Əfsuslar olsun ki, mövzu aktuallığını itirib... Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 15 января, 2009 Жалоба Share Опубликовано: 15 января, 2009 Dindir məni hərdən, gözəlim, fürsət olanda, Vəslin bizə bir an, nə olar, qismət olanda? Bax, gör məni zülfün nə pərişanlığa saldı, Bir gün açaram dərdimi cəmiyyət olanda. Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm, Fikirimdəsən, ey gül, yenə hər söhbət olanda. Biganə əgər olmasa, tez vəslə yetərdik, Kim xeyr görüb düşməni kəmfürsət olanda? Zülfün ki, ruyunu, chox qorxuram ondan, Aləm toxunar bir-birinə zülmət olanda. Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun, Bülübül dayanarmı gülünə həsrət olanda? Vahid, hələ qarşında böyük bir gələcək var, Dünya bizə ləzzət verəcək cənnət olanda! Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 15 января, 2009 Жалоба Share Опубликовано: 15 января, 2009 O qarə zülfün əlindən bəlalıdır könlüm, Batıb qəmə, elə bil ki, əzalıdır könlüm. Bu eşq aləminin bilmirəm nədir sirri, Əsiri-eşq olalı laübalıdır könlüm. Görəndə sevgilisini qönçə, gül kimi qızarır, Əbədi bir qıza bənzər, həyalıdır könlüm. Ölüncə çəkməz əlin nazənin nigarından, Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm. Fələk o zülmü mənə etməyib, rəqib etdi, Yazılsa dərdü qəmim, macəralıdır könlüm. Şikəstə ney kimi yarından ayrılan gündən, Həvayə həmdəm olub, san yaralıdır könlüm. Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə, Deyəndə qanə dönər, iddialıdır könlüm. Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Гюнешлинец Опубликовано: 15 января, 2009 Жалоба Share Опубликовано: 15 января, 2009 Yanında dilberimin etibarım olmasa da Yene qemin çekerem,qemküsarım olmasa da Bedende yarı canım galmayıp,gedir yarım Gerek dözem qem-i hicrane,yarım olmasa da Günüm ki,tar olup o zülf elinden,ey tari Terennüm eyle seni tari,tarım olmasa da Üzü xeyali besimdir behişt-i kuyinde Yüz il xeyalima gelmez baharın olmasa da Lebinle mest gözün her düşende xatirime Şerabe reğbetim artıp,xumarım olmasa da Menim bir ahım ile şemler yanır geceler Toxunma,şuley-i eşqem,şerarım olmasa da Kemend-i zülfinle,Vahid,özüm şikar oldum Menim o ahu bakışlı şikarım olmasa da Цитата Exclusive Boy meherremOFF! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 15 января, 2009 Жалоба Share Опубликовано: 15 января, 2009 Hər kim mənə tən eyləsə meyxanələr içrə, Qan olsun onun badəsi peymanələr içrə. Öz xəlqinə hər kim mey içib versə əziyyət, Olsun yeri bayquş kimi viranələr içrə. Mümkünsə fəsad əhli ilə həmqədəh olma, Nöqsan yetirər şəninə biganələr içrə. Cəhd eylə o kəslərlə çalış, badəni qaldır İnsan kimi zövq artıra məstanələr içrə. Pərvanə əgər şəmə yanır atəşi qəmlə Mən də yanıram hər gecə pərvanələr içrə. Bir zülfü siyah dilbərə çoxdandır əsirəm, Məhşuram o gündən bəri divanələr içrə. Vahid biləcək qədrini sərraf əgər olsa, Saxlar bu gözəl şerini dürdanələr içrə. Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
ZUZU03 Опубликовано: 15 января, 2009 Жалоба Share Опубликовано: 15 января, 2009 Eh, ay Vahid, Allah sənə rəhmət eləsin... Цитата Благо, если до последней из дорог, ум не знал бы ни сомнений, ни тревог. Авицена Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
EJIXAH Опубликовано: 2 марта, 2009 Жалоба Share Опубликовано: 2 марта, 2009 Qözəl qəzəllərdi... Цитата Əziz Bakılılar və şəhərimizin qonaqları, ... AZE.az - AZEрбайджанские новости Мой блог Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
nickel chrome Опубликовано: 3 марта, 2009 Жалоба Share Опубликовано: 3 марта, 2009 Напишу на память что сохранил со школьных лет - но не обессудьте - на латиннице не умею писать (и вообще не очень понимаю манёвров с новым алфавитом-лучше уж тога ески елифба-покрасивше будет-но это другая тем))...... Мейханейе гиренде мен Хар кес дурар бирбебир Айыглар чюн мен серсемем, Серсемлер чюн пейгембер.... Туталым ки мен бу есрин Хазрети Исасыйам- Мен бу галмагалда недже моджюза иджад елейим?? Цитата ...mother is the name of God on child's lips...© Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Faraon Опубликовано: 4 сентября, 2009 Жалоба Share Опубликовано: 4 сентября, 2009 Küsmüsən məndən. Eşitdim, sevgilim, küsmüsən məndən, Qaçırma bülbülü öz çəmənindən. Mənimlə düz dolan, küsərəm səndən, Məndə dostluq da var, biganəlik də. Bir sənsən bu məcnun könlümə üygun, Sənin camalına olmuşam vurgun, Hər Leyli eşqinə deyiləm Məcnun, Məndə kamal da var, divanəlik də. Bütün bu dünyanı gəzdim, dolandım, Bir səni özümə vəfalı sandım, Sən gəzdin özgəylə, od tutub yandım, Məndə atəş də var, pərvanəlik də. Əzəldən demişəm səninlə yaram, Yolunda ölsəm də, bil, bəxtiyaram, Dediyim sözümdə mən yenə varam, Məndə kəclik də var, mərdanəlik də. Vahid, bu bir sözün min lələ dəyər, Mənə gərək deyil nə sərvət, nə zər! Təbim xəzinədir, sözlərim gövhər, Məndə gənclik də var, viranəlik də. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Faraon Опубликовано: 4 сентября, 2009 Жалоба Share Опубликовано: 4 сентября, 2009 Gözlərin. Sevgilim, el bilir mən əhli-dərdəm, Səndən başqasını sevsəm, namərdəm. Qüssədən ölürəm, neylim ki, hər dəm Məni qoyub baxır yana gözlərin. Kipriyin xəncərdir, qaşların kaman, Yıxdıgın acizə verməzsən aman. Dedilər cəlladsan, etməzdim güman Salacaqdır məni qana gözlərin. Sənin əlindədir hər ixtiyarım, Zalım, öldür məni, qəmdən qurtarım, Bəs kimə söyləyim, kimə yalvarım, Gətiribdir məni cana gözlərin. Könlümü salacaq zülfün kəməndə, Həsrətin qoymayıb can qalsın məndə, O gözlər var ikən nə qədər səndə, Alacaq könlümü sona gözlərin. Vahidəm, sevgilim, mən də qanıram, Fitnəkar gözəli gendən tanıram, Necə deyim sənə, qəmdən yanıram, Mənim tək od tutub yana gözlərin! Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.