Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

Rusiya ölüm hökmünü ləğv edib

Rusiyanın Konstitusiya məhkəməsi gələn il yanvarın 1-dən ölkədə ölüm hökmünü ləğv edib.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, söhbət ölüm hökmünün icrasına qoyulmuş qadağanın uzadılmasından yox, ümumiyyətlə onun ləğvindən gedir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

«Buna görə Avropa Şurasında Azərbaycanın üzvlüyünün gündəmə gətirilməsi qeyri-ciddidir»

«Adnan Hacızadə və Emin Milli ilə bağlı məhkəmə qərarına görə Avropa Şurasında Azərbaycanın üzvlüyünün gündəmə gətirilməsi qeyri-ciddidir. Belə məsələlər vaxtaşırı ortaya çıxır. Ancaq olar məsələni araşdırdıqda başa düşürlər ki, söhbət insan hüquqlarının pozulmasından yox, adi kriminaldan gedir. Kriminal isə yerindən və kimin törətməsindən asılı olmayaraq cəzalandırılmalıdır».

Milli Məclis a p a ratının rəhbəri Səfa Mirzəyev Avropa Şurasının baş katibi Torbyorn Yaqlantın bloqqerlər barəsində məhkəmə qərarına dair bəyanatına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, AŞ PA-nın Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi seçib və yanvar sessiyasında təsdiqləndikdən sonra o Azərbaycana gələcək:

«Nə qədər ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib monitorinq davam edəcək. Qanunvericiliklə bağlı iki məsələ qalib. «Alternativ hərbi xidmət haqqında» qanunun qəbulu və Milli Azlıqlarla bağlı Konvensiyaya qoşulmaq».

Milli Məclis a p a ratının rəhbəri deyir ki, Azərbaycanın konvensiyaya qoşulmamasının səbəbi maliyyə problemi ilə bağlıdır. Çünki konvensiyaya qoşulduqdan sonra ölkədə yaşayan milli azlıqların hamısının ayrıca məktəbi, televiziyası, radiosu, nəşrləri olmalıdır. Buna isə çoxlu vəsait sərf olunmalıdır.

(Gör ha... Bəs neftdən və qazdan gələn gəlirlər hara yoxa çıxır?)

Səfa Mirzəyev hesab edir ki, belə məsələləri hamıdan qabağa düşmək xatirinə yox, zamanı gəlincə həll etmək daha məqsədəuyğundur.

... Nətər deyillər: Hələ Adnannan Və Emini günahsız yerə cəza verməyinə görə çox əzablar çəkəsiz...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Bloqqerlərə görə Azərbaycana təzyiq göstərirlər»

6430F4FD-3B74-48F5-8ECD-E4CECF5C2098_mw270_s.jpg Noyabrın 11-də bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib

[/font] Aygün Muradxanlı

«Onlar savadlı insanlardır, xaricdə təhsil alıblar. Ancaq eyni zamanda qarşımızda onların törətdiyi hüquq pozuntusu – xuliqanlıq var. Beynəlxalq birliyin məsələ ilə bağlı məhkəmə qərarı ilə razılaşmaması adekvat addım deyil».

Bu sözləri Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bloqqerlər Adnan Hacızadə və Emin Millinin həbsinə beynəlxalq birliyin reaksiyasını dəyərləndirərkən deyib.

E.Aslanov onu da bildirib ki, A.Hacızadə və E.Millinin bloqqer adlandırılmasının da əleyhinədir:

«Bloqqerlik daha çox şəxsi məsələdir. Onlar isə gənc fəallardırlar. Çox təəssüf ki, bəzi qüvvələr Azərbaycanın dünyada formalaşan müsbət imicinə gənc fəalların həbsi faktlından yararlanaraq mənfi çalarlar qatmaq istəyirlər. Bir sıra qüvvələr Azərbaycanın suveren və müstəqil xarici siyasətindən narahatdırlar. Bu qüvvələri Azərbaycanın yürütdüyü siyasət və tutduğu yol narahat edir. Ona görə də Azərbaycana təzyiq göstərməyə çalışırlar».

Noyabrın 11-də bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Bir sıra beynəlxalq təşkilatlar məhkəmənin qərarına sərt reaksiyalar veriblər.

Məlumat mətninin adı Azərbaycana təzyiq yox indiki Azərbaycanda olan hakimyyətin vicdansız siyasi hərəkətinə təzyiq olunur...

Hesab elə Avropa Şurası şərt qoyacaq... Şərtə əməl olunmadı... Deməli qara toylar başdanır)

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Spiker bloqqerlərin işinə münasibət bildirdi

956BFEFF-B0BB-4E73-A055-064AE826E3C7_mw270_s.jpg Spiker Oqtay Əsədov

[/font] «Bu bəyanatlar Azərbaycana təzyiq məqsədi daşıyır». Milli Məclisin sədri Oqtay Əsədov bloqqerlər Adnan Hacızadə və Emin Millinin azadlıqdan məhrum edilməsinə beynəlxalq təşkilatların etiraz bəyanatlarını belə dəyərləndirib.

Spiker noyabrın 20-də jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq təşkilatlar əvvəl bu məsələni öyrənib, sonra bəyanat verməli idilər.

Noyabrın 11-də Səbail Rayon Məhkəməsi gənc bloqqerlər Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il müddətində azadlıqdan məhrum edib. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədə - xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli biliniblər. Onlar ittihamları qəbul etmir və həbslərinin sifarişli olduğunu deyirlər.

«Media forum»

Bəs AB öyrəndilər və neçə dəfə xəbərdarlıq verildi (bir qulağınnan aldılar, ikincı qulağınnan buraxıldı)...

Əsas o idi ki, bu kənc fəallar Azərbaycanda əsas problemlərin həlli yollarını t.raq demokratiya yoluna .rmaq... İlhamda fikirləşdi ki, bunun hakimyyətini əlinnən almaq istiyillər... Eləsinə qalsa ABŞ və AB blogerlərsizdə İlhamı taxtan yıxardı ( o onlar üçün bir su içim kimi bir şeydi)...

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Mənim «07»im yoxdur, gitaram var»

CA895035-5F25-4C91-A6FE-512E9C43E9EF_mw270_s.jpg «Parazith»çilər

Durna Səfərli

«Parazith» qrupu «Bayramınız mübarək» adlı rok-konsert keçirəcək. Konsertin təqdimatı, elanları, adı indiyədək olan rok-konsertlərlə müqayisədə qeyri-ənənəvidir. Hətta konsertin elanlarından ironiya hiss edilir. «14-24» proqramının budəfəki qonaqları «Parazith»çilərdir...

Qrupun üzvlərindən Teymur deyir ki, Azərbaycanda son bir neçə ildə yaxşı rok konsert keçirilməyib:

«Əvvəllər olub, son vaxtlarsa gözə dəyməyib. Rokun əsas məqsədi, bizə görə, ideya çatdırmaqdır. Bu konsertin də əsasında ideya var».

Rok hara, «Bayramınız mübarək!» adında konsert hara? Qrup üzvü Vüsal rok dinləyicilərinə belə açıqlama verir:

«Bizim çox bayramlarımız var və biz çox xoşbəxtik ki, çoxlu bayramlarımız var. Bu bayramlar ölkəsində yaşadığım üçün xoşbəxtəm. Bayramlarla dolu bir kalendarımız var. Heç bir xalqda bu qədər bayram yoxdur, hər günümüz xoşbəxt keçir».

Vüsal konsertdə ifa edəcəkləri mahnıların mövzusundan da danışdı:

«Məsələn, birinin adı «Heyvərə»dir. Bu mahnı milli gəncliyimizdən danışır. Yəni, biz milliyik və bununla fəxr edirik. Biz hər yerdəyik: biz metrodayıq, biz «07»dəyik, bizim uzunburun ayaqqabılarımız var, amma digərlərinin gitarası var. Nəyə lazım?! Mənim «07»im yoxdur, qara kostyumum da yoxdur, bu da onların xoşuna gəlmir».

5C352470-CC20-49F0-8FEE-2A698F2B9C3B_w270_s.jpgTeymur: «Biz qarışıq janrda oxuyuruq. Müxtəlif elementlər var. Bizim üçün önəmli olan ideyaya bağlılığımızdır, konkret janra yox. Hansısa janrda olmaq o çərçivədə olmaqdır, biz heç bir şeyə uyğun deyilik, biz sadəcə «Parazith»ik».

Vüsal: «Biz parazitik, bizim içimizdə parazit var. Amma biz kiçik parazitlərik, ziyansız parazitlər. Biz – üstümüzdə təcrübə .rılan parazitlərik. Amma digər böyük parazitlər var, cəmiyyət parazitləri var. Onlardan qorunmaq lazımdır».

«Parazith» qrupunun üzvləri konsertin ideyası ilə bağlı detallı açıqlamaya gərək olmadığını düşünürlər:

«Biz izah etmək istəmirik, sadəcə mesaj vermək istəyirik. Qoy insanlar özləri düşünsünlər nə demək istədiyimizi...».

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

20 noyabr vertolyot qəzasından 18 il ötür

50B35A90-B497-474B-9EA9-EBD2C2A09252_mw270_s.jpg

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində «Mi-8» vertolyotunun erməni silahlı qüvvələri tərəfindən vurulmasından 18 il ötür.

Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident .ratının mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev, jurnalistlər və digər rəsmi şəxslər olub.

Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Allah rəhmət eləsin

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Düdənginskinin qətlindən 55 il ötür

54E23243-AF3C-4ADC-BA6B-F82D4B17AE1F_mw270_s.jpg Əbdürrəhman Fətəlibəyli-Düdənginski

Sevda İsmayıllı

Bu gün Azərbaycan legionunun başçısı və AzadlıqRadiosu Azərbaycan redaksiyasının ilk baş redaktoru olmuş tanınmış siyasi xadim Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin Münhendə qətlə yetirilməsinin 55-ci ili tamam olur.

SSRİ təhlükəsizlik xidmətinin (KQB) hərbi kəşfiyyatı tərəfindən gerçəkləşdirilən bu qətl o zaman bütün dünyada böyük əks-səda yaratmışdı. Ən nüfuzlu KİV-lər hadisəyə öz səhifələrində böyük yer ayırır, bu amansız qətli – «siyasi motivli qətl» adlandırırdılar.

Ən acınacaqlısı, bu qətlin Fətəlibəylinin öz həmyerlisi, həm də «dostu» tərəfindən törədilməsi idi. Sovet KQB-si qatili aradan çıxara bildi, o Azərbaycana gələ bildi və burada müəmmalı şəkildə öldürüldü.

Ə.Fətəlibəylinin ölümü xaricdə yaşayan Azərbaycan mühacirətinin üzvlərini böyük qəmə batırdı. İstanbulda, Ankarada, Almaniyada onun xatirəsini yad etmə mərasimləri keçirildi. Ə.F. Düdənginski 1954-cü il dekabrın 5-də Münhen yaxınlığındakı Nyu-Ulm məzarlığında dəfn olundu. Qəbri hələ də oradadır.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Azadlıq» qəzeti Avropa Məhkəməsinə müraciət etdi

8F110C0F-CB4A-4289-B64A-9F4C9CEA2612_mw270_s.jpg «Azadlıq» qəzeti Avropa Məhkəməsinə müraciət edib

Aygün Muradxanlı

«Biz keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin iddiası üzrə Azərbaycan məhkəmələrinin «Azadlıq» qəzetinə qarşı çıxardığı qərarlardan Avropa İnsan Haqları Məhkəməsinə şikayə göndərmişik. Ümid edirik ki, pozulan haqlarımızın bərpasına nail olacağıq».

Bu sözləri AzadlıqRadiosuna «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyib.

«Azadlıq» qəzetində dərc olunmuş «Metyu Brayzanın toy xərcini azərbaycanlılar çəkib?» başlıqlı yazıda bir sıra yüksək çinli azərbaycanlı məmurların amerikalı diplomat Metyu Brayza və Zeyno Baranın Türkiyədə gerçəkləşmiş toy mərasiminə qatılmasından, ailə quran cütlüyə çox bahalı hədiyyələr bağışlamalarından bəhs edilib. Yazıda dəbdəbəli mərasimin xərcinin xeyli hissəsini azərbaycanlı nazir Heydər Babayevin ödədiyi qeyd edilib. Məhz bu bilgiləri özünə böhtan sayan Heydər Babayev məhkəməyə şikayət edib. O, «Azadlıq» qəzetinin baş redaktorunun və yazı müəllifinin («Azadlıq» qəzetinin hazırda Fransada mühacirətdə olan əməkdaşı Aqil Xəlil) böhtana görə həbs olunmasını istəyib. Yasamal rayon Məhkəməsi jurnalistlərə qarşı şıkayəti qismən təmin edərək onların üzərinə şikayətçidən üzr istəmək və məqalədəki bilgiləri təkzib etmək vəzifəsi qoyub. Apellyasiya və Ali Məhkəmə aşağı məhkəmənin qərarını dəyişməyib.

Azər Əhmədov bildirir ki, Metyu Brayzanın toyuna Azərbaycan rəsmilərinin bahalı hədiyyələr, o cümlədən pul vermələri ilə bağlı yazılar Türkiyə və Rusiya mətbuatında da yer alıb:

«Ancaq nədənsə nazir ancaq «Azadlıq»ı hədəf seçib».

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Heydər Babayevin şəklini şərəf lövhəsindən çıxarıblar

89583F3A-CA52-4FFE-BB22-DF03D1FD91B7_mw270_s.jpg Yuxarıda sağdan ikinci Heydər Babayevin şəkli olub

[/font] Maarif Çingizoğlu

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin adı və şəkilləri bəzi yerlərdən götürülməkdədir.

Misal üçün Bakının Səbail rayonundakı 7 saylı orta məktəbdə bir müddət əvvələ qədər sabiq nazirinin fotoşəkli «Onlar məktəbimizin fəxridirlər» lövhəsində olsa da, indi onun yerinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sabiq sədri Gündüz Məmmədovun fotoşəkli qoyulub.

Həmin məktəbin müəllimlərindən birinin «Azadlıq» radiosuna dediyinə görə, əslində Heydər Babayev 7 saylı məktəbin məzunu olmayıb, sadəcə o nazir olanda məktəbi əsaslı təmir etdirib. Ona görə məktəbin fəxri kimi onun şəkli şərəf lövhəsində olub.

Amma nazir postundan çıxarılandan sonra H.Babayevin şəkli məktəbin şərəf lövhəsindən çıxarılıb. Həmsöhbətim olan müəllim şəkilin çıxarılmasında hansısa bir məna axtarmağa lüzum görmür.

O deyir ki, ola bilsin şagirdlər şəkli çıxarıb harasa atıblar. Bir də həmsöhbətim bu məsələ ilə indiyə qədər bir neçə jurnalistin də maraqlandığını dedi.

«Qaynar.info» portalı isə sabiq nazirin şəklinin 7 saylı məktəbin şərəf lövhəsindən çıxarılmasının referendum ərəfəsinə təsadüf etdiyini yazır.

Onu da xatırlatmaq yerinə düşər ki, həmin məktəbin şərəf lövhəsində Milli Məclisin spikeri Oqtay Əsədovun da şəkli var.

74BFD9A0-D8EE-430E-A665-C39215E47A76_w203_s.jpg«ABU Petrol» yanacaqdoldurma məntəqəsi

Onu da deyək ki, məktəbdəki lövhədən xalq artisti Telman Adıgözəlovun da fotoşəkili götürülüb, amma yerinə hələ ki heç kimin şəkli qoyulmayıb. Məktəbdə bizə deyildiyinə görə, xalq artistinin şəklinin çıxarılması aktyorun kimisə parodiya etməsindən sonra baş verib.

Bir neçə gündür ki, bəzi KİV-lərdə sabiq nazirə yaxınlığı bildirilən «ABU Petrol» şirkətinə məxsus brendin bəzi yanacaq doldurma məntəqələrinin üzərindən yığışdırıldığı barədə yazılar dərc olunmaqdadır.

Şəhərdə .rdığımız müşahidələrdən «ABU» brendinin yanacaq doldurma məntəqələri üzərindən götürülməsinə rast gəlmədik.

«Azadlıq» qəzeti isə Lökbatan dairəsi yaxınlığındakı «ABU» yanacaq doldurma məntəqəsinin üzərindən «ABU» loqosunun çıxarıldığını yazır.

Araşdırmalarımızdan o da aydın oldu ki, indiyə qədər yol tikintisi ilə bağlı iki «ABU Petrol» məntəqəsini söküblər. Bunun biri H. Babayevin nazir olduğu dövrdə baş versə də, digəri onun vəzifədən getməsindən sonra olub.

«ABU» holdinqdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin həbsi «amansız ədalətsizliyi» nümayiş etdirdi

«Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə gözəl insanlardır, onlar yeni azadfikirli nəsildir».

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Tbilisidə «Reuters» agentliyinə müsahibəsində belə deyib.

«Bu insanlar artıq susdurula bilməz. Tamamilə günahsız insanları həbsə atanlar sadəcə, zamanın nəbzini tuta bilmirlər. Bloqqerlərin məhkəməsi amansız ədalətsizliyi nümayiş etdirdi».

Bu arada Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də bloqqerlər barədə bağlı hökmü pisləyib.

Nazirliyinin nümayəndəsi Kris Brayant Azərbaycan hökumətini bloqqerlərin apelyasiya şikayətinə ədalətli baxışı təmin etməyə çağırıb.

O, Avropa Birliyi sədrliyinin bloqqerlərin həbsindən təəssüf və narahatlıq keçirdiyini bir daha təkrarlayıb.

Səbayel Rayon məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin apelyasiya şikayəti hazırdır

Gənc bloqqerlər –Emin Milli və Adnan Hacızadə ilə bağlı apelyasiya şikayəti güman ki, noyabrın 23-də veriləcək. Bunu AzadlıqRadiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyib. Bildirib ki, artıq Apelyasiya Məhkəməsinə təqdim ediləcək sənədlər hazırdır.

Məhkəmənin qərarı ilə bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...