Nobel Опубликовано: 21 ноября, 2009 Жалоба Share Опубликовано: 21 ноября, 2009 (изменено) Bloqqerlərin həbsi «amansız ədalətsizliyi» nümayiş etdirdi «Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə gözəl insanlardır, onlar yeni azadfikirli nəsildir». ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Tbilisidə «Reuters» agentliyinə müsahibəsində belə deyib. «Bu insanlar artıq susdurula bilməz. Tamamilə günahsız insanları həbsə atanlar sadəcə, zamanın nəbzini tuta bilmirlər. Bloqqerlərin məhkəməsi amansız ədalətsizliyi nümayiş etdirdi». Bu arada Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də bloqqerlər barədə bağlı hökmü pisləyib. Nazirliyinin nümayəndəsi Kris Brayant Azərbaycan hökumətini bloqqerlərin apelyasiya şikayətinə ədalətli baxışı təmin etməyə çağırıb. O, Avropa Birliyi sədrliyinin bloqqerlərin həbsindən təəssüf və narahatlıq keçirdiyini bir daha təkrarlayıb. Səbayel Rayon məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər. Изменено 21 ноября, 2009 пользователем Nobel Цитата Dəyişiklik görmək istəyirsən? Onda, dəyişikliyin önündə OL! http://www.youtube.com/user/olmedia Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nobel Опубликовано: 21 ноября, 2009 Жалоба Share Опубликовано: 21 ноября, 2009 (изменено) Bloqqerlərin apelyasiya şikayəti hazırdır Gənc bloqqerlər –Emin Milli və Adnan Hacızadə ilə bağlı apelyasiya şikayəti güman ki, noyabrın 23-də veriləcək. Bunu AzadlıqRadiosuna Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyib. Bildirib ki, artıq Apelyasiya Məhkəməsinə təqdim ediləcək sənədlər hazırdır. Məhkəmənin qərarı ilə bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Gənclər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər. Изменено 21 ноября, 2009 пользователем Nobel Цитата Dəyişiklik görmək istəyirsən? Onda, dəyişikliyin önündə OL! http://www.youtube.com/user/olmedia Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.