Перейти к содержимому

Cennet anaların ayaqları altındadır-


Parni iz Baku

Recommended Posts

Kaş, gözümüzü dünyaya açanda qəhrəmanmı deyək, xariqüladə qüvvəmi deyək, qadınmı deyək, bütün həyatımızın pasibanı, şərəfi olacaq “ANA” adlı o mələyin üzündəki, ürəyindəki fərəhi görüb, duyub, yaddaşımızda saxlaya biləydik.

Kaş 9 ay öz bətnində olsaq da, bu 9 ayın hər gününü, hər saatını, hər dəqiqəsini, hər saniyəsini belə əlləri bizə doğru uzanılı qalan, ona bəxş edəcəyimiz “ANA” adı üçün bu 9 ayı kiprikləri ilə od götürən, bizi ən etibarlı bir “sığınacaqda”- ana rəhmində hər cürə təhlükələrdən: soyuqdan, istidən, qardan, küləkdən qoruyan o nurlu mələyin həmin anda hisslərini ölçə, çəkə biləydik.

…Hardan ağlımıza gələydi bunlar?! Onda biz lüt - “ətcəbala” öz haray-həşirimizdə olanda, o nurlu mələklər də xəyalların qanadlarında uçurmuşlar… Atalarımıza – özlərindən də üstün bildikləri daha bir yaraşığı - bizi çatdırmağa qanadlanırmışlar…

…Analar bütün ömürləri boyu övladlarının böyüyüb boya-başa çatması üçün yanmaqda davam edirlər, “yoruldum”, “usandım” demədən. Təsəvvür edin, uşaqlar gün ərzində 12 min söz deyir, 920 sual verirlər. Bütün bunları səbirlə dözərək dinləyən, qayğıyla da cavab verən yalnız analar ola bilərlər.

Kim bunları düşünüb qiymətləndirirsə (Deyirlər ki,bir məşhur dövlət xadimi 48 il ərzində hər gün anasına məktub yazırmış), kim müqəddəs dinimizdə deyildiyi kimi valideynlərinə hələ sağlığında ikən qayğı və nəvaziş göstərirsə, eşq olsun onlara .

Hörmətli forumdaşlar, Məhəmməd Peyğəmbərin (ə.s) “Cənnət anaların ayaqları altındadır” öyüdü də bu münasibətlə söylənilmişdir. Deyin, bu öyüddəki “anaların ayaqları altı” fikrini necə başa düşürsünüz?

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 5 months later...
Deyin, bu öyüddəki "anaların ayaqları altı" fikrini necə başa düşürsünüz?

Duzunu deyimki bunu mehs neye gore dediyini soylemek cox cetindi

Ayaglari altinda deyende,belkede..insan olenden sonra ayaglari altinda basdirmagi dushunerek soylemishdi

Yada torpagi fikirleshib,nezerde tutub,ana veten ana torpag

Birde eyilib bash eymeyi buda ola biler

cox mubahiselidi,eslinde tek bu yox butun dinlerde yazilanlar

cunki o zamanda deyilmish sozleri cur becur variantlarda izah elemek olar

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...