Перейти к содержимому

Zındıq nədir?


xika

Recommended Posts

Qamus kitablarında "zındıq" sözü barədə deyilir:

"Məşhur olan isə insanların dilində dolaşandır: Zındıq o kəsdir ki, şəriətə əməl etmir və zamanın sonsuz olduğunu deyir. Ərəblər isə bunu bu sözləri ilə izah açıqlayırlar: Mülhid, yəni dinlərə tənə edən. Zındıq, yəni Axirətə və Xaliqin təkliyinə inanmayan kəsdir."

bax: "əl-Misbəh əl-Munir", "Lisən əl-Arab"

əl-Hafiz ibn Həcər, rahiməhullah, isə deyir:

"Əbu Hatim əs-Sicistani və başqaları dedilər: "Zındıq fars sözüdür və ərəbləşmişdir. Sözün əsli "Zəndə Kərda" kəliməsidir, (yəni) zamanın sonsuzluğuna inananlar. Çünki "zənda" həyatdır, "kərda" isə çalışmaqdır. Söz məna etibarı ilə işlərində dəqiq olanlar haqqında deyilir.

əs-Saləb dedi: "Ərəblərdə zındıq sözü yoxdur. Zindiq isə çox hiyləgar olana deyilir.

Lakin ümumi kütləyə görə isə zındıq, mülhid (ateist), - fəthəli "dəl" hərfi ilə - dəhri, yəni zamanın sonsuz olduğuna inanan (ateist) deməkdir.

Əgər "dammə" ilə deyilirsə, yaşlı biri qəsd olunur.

əl-Cəvhəri dedi: "Zındıq "mani" təriqətindən olanlardır." Bəzi şərh alimləri də bu şəkildə söyləyiblər və təfsir ediblər, beləki bunlar o kəslərdir ki, Allahın yanında başqa bir ilahın da olduğunu iddia edirlər. (dualistlər) Buna əsasən bu söz hər bir müşrik haqqında işlənməlidir.

Doğru olan "əl-Miləl" də aid edilən sinifdə olduğu kimidir və zındıqların əsası ilk olaraq dəsyani (bərdaysani), sonra mani, sonra məzdəkiyə tabe olmaqdır....Onların dediklərinə görə nur və zülm qədimdir (əvvəli yoxdur), onların hər ikisi qarışmışdır və onlardan bütün aləm əmələ gəlmişdir. Kim şərr əhlidirsə, zülməti təmsil edir, kim xeyir əhlidirsə, nuru təmsil edir. Nuru zülmətdən ayırmaq üçün çalışmaq lazımdır və bütün nəfsləri aradan qaldırmaq lazımdır...Kisranın babası Bəhram Maniyə hiylə gəldi və onun hüzuruna gələrək onun dediklərini qəbul etdiyini bildirdi. Daha sonra onu və dostlarını öldürdü və onlardan bir qismini isə saxladı və onlar adını çəkdiyimiz Məzdəkə tabe oldular.

Daha sonra İslam bərqərar oldu və zındıq sözü bundan sonra bu etiqada sahib olan və ölüm qorxusu ilə üzdə müsəlman olduqlarını göstərən qrupa deyildi.

Bundan sonra isə bu ad daxilində küfrü gizlədən, lakin üzdə İslamı göstərən kəslərə aid edildi.

Hətta Malik demişdir: Zındıqlıq münafiqlərin yoludur. Şafi fəqihlərindən və başqalarından olan bir qrup alim də bu termini belə istifadə etmişdir.

Əgər hökmdə münafiqlərə şərik olduqlarını qəsd edirlərsə, bu belədir, yoxsa sözün əsli isə yuxarıda zikr etdiklərimizdir.

ən-Nəvəvi "Liğat ər-Ravdə" əsərində dedi: "Zındıq: dini olmayana deyilir."

Deyilmişdir: Fəqihlərin zındıq sözünü münafiq sözü kimi izah etməklərinin səbəbi əş-Şafinin "əl-Muxtəsar" əsərində dediyi sözdür: "və yəni: zındıq vı başqalarının etdiyi və ya üzə vurduğu küfrlə irtida edər və sonra tövbə edərsə, öldürülməz."

Bu heç də o demək deyildir ki, zındıq ilə münafiq eyni şeydir, əksinə hər zındıq münafiqdir, lakin hər münafiq zındıq deyildir.

Kitab və Sünnətdə haqqında münafiq sözlərinin işləndiyi kəslər üzdə müsəlman olduqlarını göstərib, daxildə isə bütpərəstliyini və ya yəhudiliyinə gizlədənlər idilər.

Lakin mani təriqətinə gəldikdə isə, onlardan kiminsə peyğəmbər zamanında üzdə müsəlman olduğunu göstərdiyini xatırlamıram. Doğrusunu Allah bilir."

"Fəthul-Bari", 12/270-271

Eləcədə bax: "Muğnil-Muhtəc", 4/141

İmam İbn Qudamə deyir:

"Zındıq o kəsdir ki, üzdə özünü müsəlman göstərir, lakin daxilində küfrünü gizlədir və o, münafiqdir. Peyğəmbərin, salləllahu aleyhi va səlləm, zamanında münafiq adlanardı, bu gün isə zındıq adlanır."

"əl-Muğni", 9/159

Şeyxul-İslam İbn Teymiyyə deyir:

"Müsəlmanlar arasında ərəb dilini doğru danışmayanlar çoxalmamışdan əvvəl "zındıq" sözündən danışardılar və fəqihlərin dilində geniş yayılmışdı. İnsanlar zındıq barəsində mübahisə etdilər: onun zındıq olduğu bilinərsə, zahirdə tövbə etməsi qəbul olunurmu?! və yaxud da Vəli əl-Əmr onun tövbəsini qəbul etməlidirmi?! Malikə görə və Əhməddən gələn iki məşhur rəvayətdən birində, Şafinin əshabından bir qrupa görə və Əbu Hənifə məzhəbindəki rəylərdən birinə görə, onun tövbəsi qəbul olunmaz. Şafi məzhəbindən məşhur olan rəyə görə isə qəbul olunur. Eləcədə Əhməddən gələn digər rəvayətə görə də (qəbul olunmalıdır), bu eləcədə Əbu Hənifənin məzhəbindəki bir başqa rəydir, onlardan bəziləri də zındıqları qruplara ayırmışlar. Buradakı məqsəd: Bu fəqihlərin örflərində "zındıq" peyğəmbərin, salləllahu aleyhi va səlləm, zamanındakı münafiqdir. O, zahirdə müsəlman olduğunu göstərər, lakin daxilində başqa şeyi gizlədər. Bu zaman dinlərdən istənilən dini, yəhudi, nəsrani və ya başqa dini gizlətməsinin fərqi yoxdur. Ya da o, yaradılmaq sifətini, ölümdən sonra həyatı, saleh əməlləri inkar edir.

İnsanlardan da elələri var ki, "zındıq" sözünü inkarcı və muattil (inanmayan, tərk edən) mənasında işlədirlər. Bu, kəlam əhlinin və adı xalqın çoxunun istilahındandır.

Lakin fəqihlərin hökm olaraq söylədikləri "zındıq" sözü isə birinci mənadakıdır. Çünki onların bununla məqsədləri kafir olanı kafir olmayandan, mürtədi mürtəd olmayandan ayırmaqdır. Onlardan kim bunu üzdə göstərərsə və ya daxilində gizlədərsə, onların küfr və riddətdəki dərəcələri fərqli olsa da bu hökm bütün növ kafirlər və mürtədlər haqqında müştərəkdir. Çünki Allah imanın artmasından xəbər verdiyi kimi küfrün də artmasından xəbər vermişdir: "Haram ayı təxirə salmaq ancaq küfrü artırır." (ət-Tövbə, 37) Namazı və ya digər ərkanları tərk edən, böyük günahlar edən və eləcədə bəzi kafirlərin başqa kafirlərdən Axirətdə əzablarının daha çox olacağını bildirmişdir:"Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq." (ən-Nəhl, 88)

Bu fəsildə əhəmiyyətli olan bu əsası bilmək lazımdır. Çünki - hava (bidət) əhlini təkfir etmək üçün - "iman və küfr məsələlərindən" danışanların çoxu bu fəslə diqqət yetirmirlər və zahiri hökm ilə batini hökm arasında fərq qoymurlar. Lakin bunlar arasındakı fərq mütəvatir dəlillər ilə sabitdir və bu barədə icmanın olması məlumdur. Hətta bu İslam dinində zəruri olaraq bilinən bir şeydir. Kim bu barədə düşünürsə, biləcək ki, hava və bidət əhlinin çoxu: ya Allahın Elçisinin, salləllahu aleyhi va səlləm, gətirdiklərindən sapmış, onlardan cahil olan xəta edən bir mömin olur və ya da daxilində gizlətdiyinin ziddini üzdə göstərən münafiq zındıqdır."

"Məcmu əl-Fətava", 7/471-472

Bəkr Əbu Zeyd, "Mucəm əl-Mənahi əl-Ləfziyyə", 2/86-87

Ссылка на комментарий
Поделиться на других сайтах

Forumun qaydalarına görə böyük həcmli məqalələri foruma yerləşdirmək qadaandır. Onu ya attaç edin, ya da ki, internetdə mövcuddursa ona ssılka verin.

Qaydaları oxuyun.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...