Перейти к содержимому

Ehtisham Her Yerdedir


TURK_ISLAM_BIRLIYI

Recommended Posts

EHTİŞAM HƏR YERDƏDİR
O, yaradan, yoxdan var edən, surət verən Allahdır.
Ən gözəl adlar ancaq Ona məxsusdur.
Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə
təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
(Həşr surəsi, 24)



HARUN YƏHYA



MÜƏLLİF VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya imzasından istifadə edən müəllif Adnan Oktar 1956-cı ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada tamamlayıb. Daha sonra İstanbul Memar Sinan Universitetinin Gözəl Sənətlər fakültəsində və İstanbul Universitetinin Fəlsəfə fakültəsində təhsil alıb. 80-ci illərdən bəri imani, elmi və siyasi mövzularda bir çox əsər yazıb. Bununla yanaşı müəllifin təkamülçülərin saxtakarlığını, iddialarının əsassızlığnı və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini üzə çıxaran çox mühüm əsərləri var.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin yer aldığı cəmi 45.000 səhifəlik bir külliyyatdır və bu külliyyat 57 müxtəlif dilə tərcümə edilmişdir.
Müəllifin imzası inkarçı düşüncəyə qarşı mübarizə .ran iki peyğəmbərin xatirələrinə hörmətlə, adlarını yad etmək üçün Harun və Yəhya adlarından ibarətdir. Yazıçı tərəfindən kitabların cildində Rəsulullahın möhürünün istifadə edilməsinin simvolik mənası isə kitabların məzmunu ilə bağlıdır. Bu möhür Qurani-Kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimiz (səv)-in də xatəmül-ənbiya (son peyğəmbər) olmasını bildirir. Müəllif də dərc etdirdiyi bütün əsərlərində Quranı və Peyğəmbərin sünnəsini özünə rəhbər tutmuşdur. Bu yolla inkarçı ideologiyaların bütün təməl iddialarını tək-tək məhv etməyi və dinə qarşı yönəldilən etirazları tamamilə susduracaq "son sözü" söyləməyi qarşısına məqsəd qoymuşdur. Çox böyük bir hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin bir duası kimi istifadə edilir.
Müəllifin bütün əsərlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi əsas imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin çürük təməllərini və batil tətbiqatlarını nəzərə çatdırmaqdır.
Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya və Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın bir çox ölkəsində bəyənilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, bosnyak, uyğur, indonez, malay, benqal, serb, bolqar, çin, kişvahili (Tanzaniyada işlədilir), hausa (afrikada geniş işlədilir), divelhi (Mavritaniyada işlədilir), danimarka və isveç kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən davamlı oxunur.
Dünyanın hər tərəfində çox bəyənilən bu əsərlər bir çox insanın iman gətirməsinə, bir çoxunun da imanda dərinləşməsinə vəsilə olur. Kitabları oxuyan, nəzərdən keçirən hər şəxs bu əsərlərdəki hikmətli, əsaslı, asan başa düşülən və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqinə varırlar. Bu əsərlər sürətli təsir etmək, qəti nəticə vermək, etirazlara yer qoymamaq, əsaslılıq xüsusiyyətlərini daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər batil fikir və fəlsəfələrin heç birini səmimi şəkildə müdafiə etməsi mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq inadkarlıqla müdafiə edəcəklər, çünki fikri əsasları məhv edilmişdir. Dövrümüzdəki bütün inkarçı meyllər Harun Yəhya Külliyyatı qarşısında fikrən məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikməti və izahının valehediciliyindən qaynaqlanır. Müəllifin özü bu əsərlərinə görə lovğalanmır, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin nəşrində və yayımlanmasında maddi məqsəd güdmür.
Bu dəyərli əsərləri tanıtmaq əvəzinə insanların zehnini qarışdıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri dağıtmaqda, imanı qurtarmaqda güclü və kəskin bir təsiri olmadığı ümumi təcrübədə müəyyən edilən kitabları yaymaq isə əmək və zaman itiksinə səbəb olar. İmanı qurtarmaq məqsədindən daha çox müəllifin ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi açıqdır. Bu barədə şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi məhv etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, uğur və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Dünyadakı zülm və qarışıqlığın, Müsəlmanların çəkdikləri əziyyətlərin əsas səbəbinin dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikrən məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanı gündən-günə daha çox zülm, fəsad və qarışıqlığın içinə sürükləməyə çalışıldığı nəzərə alındıqda bu xidmətin əldən gəldiyi qədər sürətli və təsirli şəkildə edilməsinin nə qədər mühüm olduğu məlum olur. Əks təqdirdə çox gec olar.
Bu mühüm xidmətdə əsas vəzifəni öz üzərinə götürmüş Harun Yəhya Külliyyatı Allahın iznilə XXI əsrdə bəşəriyyəti Quranda tərif edilən rahatlıq və sülhə, doğruluq və ədalətə, gözəllik və xoşbəxtliyə .rmağa vəsilə olacaqdır.

Bu kitabda istifadə edilən bütün ayələr Ziya Bünyadovun və Vasim Məmmədəliyevin birlikdə hazırladığı Qurani-Kərimin azərbaycan dilində tərcüməsindən götürülmüşdür.



Təsadüfün məntiqsizliyi
Təsadüf iddiası ilə ortaya çıxanlar materialist və təkamülçü düşüncəli insanlardır. Bu insanlar maddənin və kainatın əvvəlinin və sonunun olmadığını, bir yaradanının olmadığını iddia edir, milyardlarla ulduzdan ibarət milyardlarla qalaktikanın, bütün göy cisimlərinin, planetlərin, günəşlərin və bütün bunların nizam içində varlıqlarını davam etdirməsini təmin edən qüsursuz sistemlərin təsadüflər nəticəsində meydana gəldiyini söyləyirlər. Eyni şəkildə təkamül nəzəriyyəsi də kainatdakı ehtişamlı nizama baxmayaraq, canlıların da təsadüflərlə meydana gəldiyinin tərəfdarıdır. 
Bu məlumatlar əsasında təkamülçülərin "təsadüfü" yaradıcı bir güc kimi gördükləri üzə çıxır. Allahdan başqa bir varlığı yaradıcı güc kimi qəbul etmək isə, şübhəsiz, bütpərəstlikdir. Yəni təkamülçülər "təkamül" adlı bütə tapınırlar. Belə ki, Darvinist əsərləri oxuduqda təsadüf bütündən, bu bütün "gücündən" və üstün qabiliyyətlərindən tez-tez bəhs edildiyini görərsiniz.
Təkamülçülərin "təsadüf bütü"nün var etdiyinə inandıqları varlıqların nümunələrini saymaqla bitirmək olmaz. Məsələn, təkamülçülər canlıları əmələ gətirən ilk hüceyrənin təsadüf bütünün əsəri olduğuna inanırlar. Bu inanca görə cansız və şüursuz atomlar bir gün qərar verib ildırımların, yağışların və müxtəlif təbii təsirləin nəticəsində birləşmişlər və amin turşularını əmələ gətirmişlər. Sonra bu aminturşuları canlı hüceyrəsinin əsası olan zülalları əmələ gətirmək qərarı verir və təsadüf bütünün köməyilə bu qərarı yerinə yetirmək üçün işə başlayırlar. Beləliklə, ortaya çıxan zülalların isə ilk canlı hüceyrəni əmələ gətirməsi təsadüf adı verilən güc sayəsində dərhal həyata keçir. Ancaq hələ "təsadüfün" işi bununla qurtarmır.
Təkamülçü cəfəngiyyata əsasən "təsadüf bütü" dünyadakı milyonlarla canlı növunü də öz səyi nəticəsində əmələ gətirmişdir. Əvvəlcə bir balıq meydana gətirmiş, amma təkcə bir balığın kifayət etmədiyini düşünərək bu gün mövcud olan yüz minlərlə balıq növünün əmələ gəlməsini təmin etmişdir. Yüz minlərlə balıq cinsi kifayət etməmiş, bu balıqlarla birlikdə digər dəniz canlılarını da əmələ gətirərək dəniz altındakı heyrətamiz dərəcədə ehtişamlı mühit meydana gətirmişdir. Bunun ardınca "təsadüf bütü" bir gün dəniz altındakı canlıların kifayət etmədiyini düşünmüş və bir balığın dənizdən quruya çıxması üçün lazımlı şəraiti hazırlamışdır. Təsadüflər sayəsində balığın üzgəcləri ayaqlara çevrilmişdir və balıq sudan kənarda tənəffüsü təmin edən ağciyərlər əldə etmişdir. Lakin bunlar da bu günkü canlı müxtəlifliyini meydana gətirə bilməmiş və "təsadüf"lər işlərinə davam etmişlər.
Kitabın sonrakı bölməsində bir çox misalda görəcəyiniz kimi, canlılar ancaq bir çox orqanları tam və əksiksiz şəkildə mövcud olduqda həyatlarına davam edə bilirlər. Bəzi orqanların işləməməsi canlını bir neçə dəqiqədə və ya ən çoxu bir neçə gündə öldürər. Lakin təkamülçülərin iddiasına görə "təsadüf bütü" milyonlarla illik müddət ərzində son dərəcə şüurlu, diqqətli, xətasız və qüsursuz şəkildə canlılarla bağlı bütün detalları düşünmüş, dizayn etmiş və əmələ gətirmişdir.
Bu misallardan da başa düşüldüyü kimi "təsadüf" təkamülçülərə görə elə bir bütdür ki, hər istədiyini edə bilər, istədiyinə dərhal forma verə bilər, bir heyvanı başqa bir heyvana çevirə bilər. Bütün bunları edərkən də bütün canlıların və cansız varlıqların rənglərini, görüntülərini, dadlarını mümkün olan ən estetik şəkildə nizamlayır. Mövsümlərinə görə meyvələrə vitaminlər yerləşdirir, onları sulu və ya doyurucu edir. Hər yerdə qoxularının və dadlarının eyni olmasını təmin edir. Təsadüf bütü toxumun içinə bitki ilə bağlı bütün məlumatları yerləşdirəcək elmə malikdir.
Bura qədər sadaladıqlarımız materialist və təkamülçü ideologiyanın iddialarının əsas məntiqini təşkil edir. Əlbəttə, bütün bu misalların təkamülçülərin tək səbəb kimi göstərdikləri "təsadüf"lə həyata keçməyəcəyi ağıl və vicdan sahibi olan hər insanın dərhal qavrayacağı həqiqətdir. İndi bunu düşünün: təsadüflər birləşərək şosselər sala bilərlərmi, tranzit şirkətləri quraraq onların nizamlı işləməsini təmin edə bilərlərmi? Əlbəttə, təsadüfən belə şeylərin ortaya çıxması mümkünsüzdür. Necə ki, bir tranzit şirkəti təsadüfən qurula bilmir, insan orqanizmindəki paylama şəbəkəsi də təsadüfən ortaya çıxa bilməz. Necə ki, Eyfel qülləsinin bütün polad dayaqlarını bir-bir istehsal edən, onları müəyyən ölçüdə kəsən, qüllənin dizaynını verən, sonra bu dizayna uyğun şəkildə hissələri birləşdirən, onları möhkəmləndirən insanlar varsa, insan sümüklərinin hər birini lazımi ölçüdə yaradan, insan orqanizminin ehtiyaclarına uyğun şəkildə hamısını ən yaxşı yerlərdə yerləşdirən, sümükləri birləşdirərək sap-sağlam bir skelet düzəldən bir güc sahibi də var. Bu, təbiətdəki hər cür gücün fövqündə duran, hər şeyi əhatə edən, bənzəri olmayan bir gücdür. Məhz bu gücün sahibi, göylərin, yerin və bu ikisi arasındakı hər şeyin Yaradanı olan Allahdır.
Bura qdəər .rılan müqayisələrin və kitab boyu göstərilən misalların hamısı Allahın kainatda qüsursuz şəkildə yaratdığı müxtəliflikdən sadəcə bir neçə nümunədir. Bu nümunələrin hər biri öz içində çox detallı məlumatlar saxlayır. Məsələn, bu kitabda kəpənəklərin bir neçə ümumi xüsusiyyətindn bəhs edilir, ancaq təkcə kəpənəyin gözü haqqında yazılmış və hər biri səhifələrdən ibarət kitablar var. Bundan başqa çox müxtəlif sayda kəpənək növləri, bu növlərin hər birinin özlərinə xas xüsusiyyətləri var. İnsan bədəninin bu kitabda çox ümumi şəkildə bəhs edilən birneçə xüsusiyyəti var, ancaq təkcə sümüklərlə bağlı cild-cild kitablar yazılmış və tədqiqatlar .rılmışdır. İnsanın gözünün təkcə bir siniri, həşəratların qanadları, hətta bu qanadı təşkil edən maddənin tərkibi haqqında yazılmış çox səhifəlik kitablar var.
Bütün bunlar Allahın varlığının açıq-aydın dəlilləridir. Allahın varlığı hər yeri əhatə etmişdir və ağlını işlədən hər insan yaradılışdakı ehtişamı dərhal görəcək. Hər insan ağlı və vicdanı ölçüsündə Allahın böyüklüyünü qavraya biləcək. Allahın üstün qüdrətini, sonsuz sənətini qavramağa başlayan insana üzərinə düşən ən vacib məsuliyyət isə gördüyü gözəlliklərin əsl sahibinə yönəlmək və yalnız Allahın razı qalacağı şəkildə yaşamaqdır.
O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! (Ənam surəsi, 102)

AĞILLI DİZAYN, yəni YARADILIŞ
Kitabda bəzən qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə işlədildiyinin düzgün başa düşülməsi çox vacibdir. Allahın bütün kainatda qüsursuz dizayn qurması Rəbbimizin əvvəl planlaşdırması, daha sonra yaratması demək deyil. Yerlərin və göylrəin Rəbbi olan Allahın yaratmaq üçün "dizayn" verməyə ehtiyacı yoxdur. Allahın dizayn verməsi və yaratması bir anda olur. Allah bu cür əksikliklərdən uzaqdır. Allahın bir şeyin bə ya bir işin olmasını istədikdə onun olması üçün sadəcə "Ol!" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:
Bir şeyi istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar. (Yasin surəsi, 82)
Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol !" -deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)

YOXLUQDAN VARLIĞA: BİQ BƏNQ (BÖYÜK PARTLAYIŞ)
Ətrafınızda gördüyünüz hər şeyin, öz bədəniniz, içində yaşadığınız ev, hal-hazırda oturduğunuz kreslo, ananız, atanız, ağaclar, quşlar, torpaq, meyvələr, bitkilər, qısaca desək, bütün canlıların və ağlınıza gələn bütün maddələrin "Böyük Partlayış" ilə var olan atomların birləşməsi nəticəsində əmələ gəldiyini bilirdiniz? Bu partlayışdan sonra kainatdakı qüsursuz nizamın əmələ gəlməsindən xəbəriniz vardı? Bəs bu "Böyük Partlayış" nədir?
Sonuncu əsrdə qabaqcıl texnologiya ilə həyata keçirilən araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu qəti surətdə ortaya qoymuşdur. Elm adamları .rdıqları tədqiqatlar nəticəsində kainatın davamlı olaraq "genişləndiyini" müəyyən etmişlər və kainat genişləndiyinə görə zaman ərzində geriyə doğru getdikdə kainatın təkcə bir nöqtədən genişlənməyə başladığı nəticəsinə gəlmişlər. Məhz bu gün elm kainatın bu tək nöqtənin partlaması ilə yoxdan var olduğu həqiqətini üzə çıxarmışdır. Bu partlayışa "Biq Bənq", yəni "Böyük Partlayış" adı verilmişdir. 
Bu gün elmi kütlələr tərəfindən kainatın mövcud olma forması kimi qəbul edilən Böyük Partlayışın ardınca son dərəcə qüsursuz bir nizamın əmələ gəlməsi isə əslində heç də adi vəziyyət deyil. Düşünün ki, yer üzündə minlərlə növdə partlayış baş verir, amma heç birində ortaya bir nizam ortaya çıxmır. Hamısı olan şeyi pozur, parçalayır, yox edir. Məsələn, atom və hidrogen bombalarının partlaması, kömür mədənindəki partlayışlar, vulkanik partlayışlar, təbii qaz partlayışları, günəşdə meydana gələn partlayışlar; qısaca desək, nə cür partlayış olsa da, hamısı dağıdıcı təsirə malikdir. Heç vaxt bir partlayış estetik baxımdan qurucu və müsbət nəticə verməz. Amma dövrümüzün texnologiyası ilə üzə çıxarılmış elmi nəticələrə əsasən Böyük Partlayış yoxluqdan varlığa, həm də çox nizamlı və ahəngdar varlığa keçidə səbəb olmuşdur.
İndi də belə bir misal üzərində düşünək; yerin altında bir dinamit partlayır və bu partlayışın ardınca otaqları, pəncərələri, qapıları, mebelləri olan dünyanən ən görkəmli sarayı meydana gəlir. Buna "təsadüf nəticəsində əmələ gəldi" demək məntiqli yanaşma olarmı? Belə bir şey öz-özündən əmələ gələ bilərmi? Əlbəttə ki, xeyr!
Böyük Partlayışın ardınca əmələ gələn kainat isə, əlbəttə, dünyadakı bir sarayla müqayisə edilməz dərəcədə ehtişamlı, dəqiq planlaşdırılmış, görkəmli bir sistemdir. Bu halda kainatın öz-özünə əmələ gəldiyini iddia etmək son dərəcə mənasız olacaq. Kainat yox ikən birdən-birə ortaya çıxmışdır. Bu da bizə maddəni yoxdan var edən, onun hər anını nəzarətdə saxlayan sonsuz bilik və güc sahibi olan bir Yaradanın varlığını göstərir. O Yaradan üstün güc sahibi olan Allahdır.



ehtisam_her_yerdedir.zip

Изменено пользователем TURK_ISLAM_BIRLIYI

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

A.S Eziz ve Mohterem Qardash,

Xeyir Hormetli Adnan Oktar, Peygemberimiz sevgilimiz Muhammed Mustafanin Soyundan Gelen bir Seyiddir, ve Muselmandir, Peygemberimizinde Familyasi Adnan olub bildiyimiz kimi.

Axi Allah Qatinda Shiye Sunni Vehabi Shafi Henbeli Henefi Maliki Nurcu yoxdu |,Allah Qatinda Qelbi Temiz Allah Rizasi icin yashiyan Muselman var tek bir din var o ISLAM dir.

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

Peygemberimizin[sav] familiyasi olmayib. adnan kim olub ki?

A.S Eziz ve Gozel Qardash.

Peygamberimizin soyadı nedir?

Adnan Oktar, Peygamberimizin soyadını açıkladı. Açıklanan SOYAD çok dikkat çekiciydi.

Feridun Cesur'un haberi

”Ben mehdi değilim ama Mehdi’de ‘ben mehdi değilim’ diyecek” sözleri ile Cübbeli Ahmet Hoca’nın tepkisini çeken ve kıyaysa eleştirilen ve kamuoyunda Harun Yahya olarak da bilinen Adnan Oktar, Peygamber efendimizin soyadını açıkladı.

PEYGAMBERİMİZİN SOYADI “ADNAN”DIR!

Adnan Oktar, katıldığı bir tv programında ‘Peygamber Efendimizin soyadının ne olduğu’ yönünde spikerin (daha önceden hazırlandığı belli olan) sorusuna “ Peygamberimizin soyadı zaten Adan yani Muhammed Adanan’dır.” Cevabını verdi.

İsmi “mehdilik’ tartışmalarında sürekli ön planda olan fakat Mehdi olmadığını söyleyen Adnan Oktar, “İftiharla söyleyeyim, Peygamberimizin Soyadı Andandır. Benim ismim de Adnan olduğu çin çok hoşuma gidiyor.” sözleri ile 'mehdilik bağlantısını salamlaştırıyor mu?' sorusunu akla getirdi.

ADN cennetlerini ADNAN CENNETİ yaptı.

Kur’an-ı Kerim’de geçen ve peygamberlere, sıddîklara, şehidlere mahsus, içinde gözlerin hiç görmediği, insanın hatırından geçmeyen muazzam güzelliklerin bulunduğu AND CENNETİ ni “Adnan Cenneti” olarak yorumlayan Adnan Oktar’ın bu benzetmesi ise izleyenler arasında şaşkınlık yarattı.

İşte Oktar’ın sözleri: “Benim ismim de Adnan olduğu çin çok hoşuma gidiyor. Ayrıc akur’an-ı Kerim’de ‘Adnan Cennetleri’ vardır. Peygamberimizin Soyadı da Beni Adnan’dır”

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

Adnan Oktar, katıldığı bir tv programında ‘Peygamber Efendimizin soyadının ne olduğu’ yönünde spikerin (daha önceden hazırlandığı belli olan) sorusuna “ Peygamberimizin soyadı zaten Adan yani Muhammed Adanan’dır.” Cevabını verdi.

Bu nə cəfəngiyatdır? Ərəblərin soyadı olub?

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Adnan Oktar, katıldığı bir tv programında 'Peygamber Efendimizin soyadının ne olduğu' yönünde spikerin (daha önceden hazırlandığı belli olan) sorusuna " Peygamberimizin soyadı zaten Adan yani Muhammed Adanan'dır." Cevabını verdi.

Bu nə cəfəngiyatdır? Ərəblərin soyadı olub?

"Bu nə cəfəngiyatdır? Ərəblərin soyadı olub?" Bele neticeye gelmek olarki Erebler ayri Qalaktikadan gelibler ?

hmm

Yer uzunde nece qovum nece millet nece olke ne geder insan var ? ve yaxudda indiye kimi nece insan olub ? bax hammisinin soy adi olub . 

Neceki sizin soy adiniz var.

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

Adnan Oktar, katıldığı bir tv programında 'Peygamber Efendimizin soyadının ne olduğu' yönünde spikerin (daha önceden hazırlandığı belli olan) sorusuna " Peygamberimizin soyadı zaten Adan yani Muhammed Adanan'dır." Cevabını verdi.

Bu nə cəfəngiyatdır? Ərəblərin soyadı olub?

"Bu nə cəfəngiyatdır? Ərəblərin soyadı olub?" Bele neticeye gelmek olarki Erebler ayri Qalaktikadan gelibler ?

hmm

Yer uzunde nece qovum nece millet nece olke ne geder insan var ? ve yaxudda indiye kimi nece insan olub ? bax hammisinin soy adi olub . 

Neceki sizin soy adiniz var.

Biz soy adlarını avropalılardan götürmüşük. Bizim ya ərəblrin soyadı olub? Bizdə filankəs filankəs oğlu gedib, ərəblərdə isə indidə belədir. Peyğəmbərin adı olub Mühəmməd ibn Abdulla ibn Əbdül Mütalib ibn Haşim. Soy adı isə olmayıb.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...