Перейти к содержимому

Semadaki Qip qirmizi Gul


TURK_ISLAM_BIRLIYI

Recommended Posts

REHMAN VE REHIM OLAN ALLAHIN ADI ILE

SƏMADAKI QIPQIRMIZI GÜL: ROSETTE NEBULA
Səmadakı Qıpqırmızı Gül: Rosette Nebula "(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!" (Rəhman Surəsi, 37)

Yuxarıdakı ayədəki "qıpqırmızı bir gül" olduğu zaman ifadəsinin Ərəbcəsi "verdeten ke eddihani"dir. Bu ifadə ilə səmada yaranan görünüş, qırmızı rəngdə bir gülə bənzədilməkdədir. Bu tərif, səmada qırmızı rəngdə, katmerli bir görünüş alan göy cisimlərindən xüsusilə "Rosette Nebula" ilə çox böyük bənzərlik daşımaqdadır.


NEBULLA GULU BAXIN BURDAN 

Nebula kosmosda olan bulutsu qaz kütlələrinə verilən addır. Nebula meydana gəlmədən əvvəl bir ulduzdur və bu ulduzlar çox böyük olduqları üçün, içdən gələn təzyiq və yüksək istiliyin təsiriylə kosmos boşluğuna qaz salarlar. Bu qaz püskürmələri olduqca böyük miqdarda və sürətlidir. Daha sonra bu qazlar yaxınlaşaraq bir qaz buludu meydana gətirərlər və bu qaz buludunun istiliyi 15.0000 Cdən çoxdur. 

Nebulaların bir növü, gülə olan bənzərliyindən ötəri elm adamları tərəfindən də "Rosette Nebula" olaraq adlandırılmaqdadır. Rosette Nebula da geniş bir toz və qaz kütləsidir və səthi bütöv ayın 5 misli qədər görünər Bizdən təxminən 5.000 işıq ili uzaqlıqdadır və gerçək diametrinin 130 işıq ili genişliyində olduğu təxmin edilməkdədir. 

Penn Əyalət Universitetindən astronomiya və astrofizik sahəsindəki kıdemli araşdırmaçılardan Leisa Townsley liderliyində bir qrup, Chandra X-rels teleskopunu istifadə edərək, Rosette Nebulanı araşdırdılar. Nebula içərisindəki ulduzların bir-birləriylə vuruşaraq 6 milyon dərəcəlik qaz meydana gətirdiklərini təsbit edərək; Rosette Nebulasındakı yüzlərlə ulduzu göstərdilər. Leisa Townsley gördüklərini belə şərh etməkdədir:

"Rosette Nebulası ətrafında, X-şüas(n)ı nümayişindən meydana gələn möhtəşəm bir qırmızı parlaqlıq var, bəlkə də qalaktika içərisində ulduzların meydana gəldiyi bölgələrdə bənzərləri də var." Chandra x-Rels Observatory, Penn State University Press, 6 Sentyabr 2001)

Şəkillərdə görülən bu göy cisminin varlığı ancaq texnoloji müşahidə vasitələri ilə mümkün olmaqdadır. Quran ayəsində səma ilə əlaqədar diqqət çəkilən bu vəziyyət, günümüz astronomiya tapıntıları ilə böyük bir uyğunlaşma içərisindədir. Bir Quran ayəsində belə buyurulmaqdadır:

(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus Surəsi, 61)



--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...