Перейти к содержимому

İnsanlara bolluq və var-dцvlət verilməsi


TURK_ISLAM_BIRLIYI

Recommended Posts

İNSANLARA BOLLUQ VƏ VAR DÖVLƏT VERİLMƏSİNİN SİRLƏRİ

Bütün kainat içindəki canlı və cansız varlıqların hamısı ilə birlikdə Allaha məxsusdur. Və Allah sahib olduqlarından istədiklərini istədiyi insanlara verər. İnsanlara ruzi verən, onları zənginləşdirən, bol məhsullar verən, nemətləndirən Allahdır. Allahın ayələrində bildirdiyi kimi, Allah istədiyi insanın ruzisini genişləndirər, istədiyinin ruzisini isə qısıb azaldar və bunların hamısını xeyirlə bir hikmət üçün edər. Ruzisi bollaşan da, azalan da bunlarla sınanmaqdadır. Allahın verdiyi nemətlərlə azıb lovğalanmayan, hamısı üçün şükr edənlər, əllərindəki nemətlər alınanda isə Allaha təvəkkül edərək səbrli olanlar Allahın razı olduğu bəndələrdir. Quranda bildirilən Hz. Süleymanın sözləri Allahın nemətlərinin insan üçün bir sınaq olduğunu açıqlanmaqdadır:

“Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman onu yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (“Nəml” surəsi, ayə 40)

Hz. Süleymanın Quranda xəbər verilən “Bu Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam!” şəklindəki sözləri, nemətlərin insanlara verilməsinin səbəblərindən birini açıqlamaqdadır.

Allah Quranda dünya həyatının bəzəyi olaraq müəyyənləşdirdiyi malları, oğulları, həyat yoldaşlarını, qohumları, vəzifəni, etibarı, zəkanı, gözəlliyini, sağlamlığı, gəlir gətirən ticarəti, uğuru, qısası, hər cür neməti insanı yoxlamaq üçün verər.

 

İNKAR EDƏNLƏRƏ BOLLUQ VERİLMƏSİNİN SİRLƏRİ

Dünyada, Allaha inanmadığı halda bolluq və nemət içində yaşayan, bərəkətli torpaqlar sahibi olan uzun ömür sürmüş və hələdə yaşamaqda olan bir çox insan vardır. Bu insanlar sahib olduqları ilə Allahı razı etmək əvəzinə lovğalanmaqda, bunlarla Rəbbimizin rizasını axtarmaq əvəzinə, Allahdan uzaqlaşmaqdadırlar. Hər gün artan və dayanmadan günah yığan bu insanlar sahib olduqlarının onlar üçün xeyirli olduğunu düşünərlər. Halbuki Allah Quranda bu insanlara verdiyi nemətlərin və tanıdığı müddətin hikmətini və sirlərini bu ayələrlə açıqlamaqdadır:

“Onların nə mal – dövləti, nə də oğul – uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər.” (“Tövbə” surəsi, ayə 85)

“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!” (“Ali – İmran” surəsi, ayə 178)

“Sən onları bir müddət öz şaşqınlıqları içində burax! Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var – dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!” (“Muminun” surəsi, ayə 54 – 56)

Ayələrdə açıqlandığı kimi haqqında danışılan insanların sahib olduqları nemətlər onlar üçün xeyirli deyildir. Onlar üçün müəyyənləşdirilən müddət günahlarının daha da artması üçündür. Vaxtları tamam olanda isə nə malları, nə uşaqları, nə də vəzifələri onları acı bir əzabdan qurtara bilər. Beləcə, Allah “Məryəm” surəsində daha əvvəlki insan nəsillərində də varlıq və bolluq içində yaşayan, ancaq bu nemətlərin özlərini əzabdan qurtara bilmədiyi qövmlərin halını bildirmişdir:

“Halbuki Biz onlardan əvvəl neçə - neçə nəsilləri məhv etdik ki, onlar mal – dövlət və simaca daha üstün idilər.” (“Məryəm” surəsi, ayə 74)

Eyni ayənin davamında isə bu insanlara vaxt verilməsi səbəbinin sirri belə açıqlanmışdır:

“De: “Kim zəlalət içindədirsə, qoy Rəhman ona uzun müddət möhlət versin.” Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.” (“Məryəm” surəsi, ayə 75) 

Allah sonsuz ədalətli və mərhəmətlidir. Hər şeyi bir hikmət və xeyir ilə yaradar və hər kəs etdiklərinin əvəzini tam olaraq alar. Bunu bilən möminlər ətrafında gerçəkləşən hər işə Allahın yaratdığı hikmət və xeyiri görmək niyyəti ilə baxarlar. Əks halda, insanlar həqiqətlərdən uzaq, aldadıcı bir dünya yaşarlar.

ALLAHIN İNKAR EDƏNLƏRƏ O ANDA ƏZAB VERMƏMƏSİNİN SİRRİ

Allahın Quranda bildirdiyi sirlərdən biri, insanların pis əməllərinin cavabının o anda almamaları, hər əvəzin müəyyən bir vaxta qədər təxirə salınmasıdır. Allah bunu ayəsində belə bildirir:

“Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə sağ qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər. Çünki Allah Öz bəndələrini görəndir!” (“Fatir” surəsi, ayə 45)

“Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların vaxtı vardır. O zaman onlar Allahın əzabından qaçıb canlarını qurtarmağa əsla bir yer t. bilməzlər!” (“Kəhf” surəsi, ayə 58)

Bir çox insanlar etdiyi pis əməllərin əvəzini o anda almayanda pisliklərinin cavabsız qalacağını düşünərlər. Hətta bu səbəbdən tövbə etməz, peşmanlıq çəkməz, hərəkətini düzəltməz, cavabsız qalacağını düşündüyü üçün azğınlığını daha da artırar. Ağılsız olduğu üçün bunun gələcəkdəki əzabının da dözülməz olduğunu fikirləşə bilməz. Allah bu mövzuda belə bir ayə hökm etməkdədir:

“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!” (“Ali – İmran” surəsi, ayə 178)

Bu Allahın insanları sınamaq üçün etdiyi bir təxiridir. Halbuki hər insanın etdiklərinin cavabını alması üçün Allah qatında müəyyən edilmiş bir müddət vardır. O vaxt gələndə nə bir an əvvələ alınar, nə də bir an gecikdirilər. Allah hər kəsin mütləq öz cavabını alacağını ayələrində belə açıqlayır:

“Əgər Rəbbindən öncə bir söz və müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, onlara da belə bir əzab verilməsi lazım gələrdi.” (“Taha” surəsi, ayə 129)

“Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağımda, sözsüz ki, çox ağırdır!” (“Əraf” surəsi, ayə 183)

Dushunub dashinanlar icin ibretler var .

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...