Перейти к содержимому

Qızıl istifadə etməyin hökümü


muselman

Recommended Posts

İslamdini bəzənməyi mübah görmüş, hətta bəzən onu lazımı yerlərdə təşviq etmişdir.Allah Təala belə buyurmuşdur: «(Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələriüçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?"De: "Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardanistifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərəməxsusdur". Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izahedirik» (əl-Əraf 7:32).

 

Fəqətbunlarla yanaşı kişilərə haram, qadınlara da halal buyurulan bəzi zinətəşyaları vardır. Kişilərə haram olan zinət əşyaları qızıl və ipək paltardır.Əli ibn Abu Talib (r.a) rəvayət edilən bir hədisdə Rəsulullah belə buyurmuşdur:«Peyğəmbər (s.a.s) ipəyi sağ əlinə, qızılı da sol əlinə alaraq buyurdu:"Bu ikisi ümmətimin kişilərinə haramdır."» (ət-Tirmizi, Libas 1; İbnMacə Libas 19)

 

Birgün Peyğəmbər (s.a.s) bir adamın əlində qızıl üzük gördüyü zaman onu çıxardıbatdı və buyurdu ki: «Sizdən hər hansı biriniz atəş parçasını barmağına taxmağarazı olarmı heç?» Rəsulullah (s.a.s) oradan uzaqlaşdıqdan sonra həmin adamadedilər: «Üzüyü götür, ondan faydalan». Həmin adam cavab verdi: «Rəsulullah(s.a.s) onu atdıqdan sonra Vallahionu götürmərəm» (Müslim, Libas 52)

 

Fəqihlərə(İslam hüquqşünasları) görə qızıl qələm, saat, yandırıcı və s. harambuyrulmuşdur. Gümüş üzük istifadə etmək isə müsəlmanlara halal buyurulmuşdur.

 

Abdullahİbn Ömərdən rəvayət edilən bir hədisdə belə deyilir: «Rəsulullah (s.a.s)gümüşdən bir üzük düzəltdirmiş və barmağına taxmışdır» (Əbu Davud, Hatəm 4;ət-Tirmizi Libas 43).

 

İslamqızılı kişilərə haram qılmaqla əxlaqi və tərbiyəvi bir hədəfə yönəlmişdir.İslam kişinin, qürurunun qorunmasının, kimsənin qarşısında əyilməsinin doğruolmadığını bildirmişdir. Kişinin də qadınlar kimi öz zinət əşyaları iləöyünməsi onu başqalarının yanında gözdən salır.

 

Qızılınkişiyə haram buyurulmasının başqa bir səbəbi də vardır:

Qızıləşyalarının daha çox istifadə olunması iqtisadi cəhətdən də sərfəli deyil. Buda nəticədə israfa gətirib çıxarır. İslamın nəzərində israf, millətləri həlakedən, iqtisadi cəhətdən onları geridə qoyan bir amildir. İsraf xeyirli və doğrubütün yolların, prinsiplərin düşmənidir. Quran Kərimdə deyilir:

«Bizbir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemətiçində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik.Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətəəzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.»(əl-İsra 17:16).

 

İslamdini müsəlmanların həyatındakı bütün israfları haram qılmışdır. Kişilərə qızılvə ipəkdən istifadə etməyiqadağan etdiyi kimi, bütün müsəlmanlara qadın və kişilərə hamısına qızıl vəgümüş qablardan istifadə etməyi də haram etmişdir.

 

Beləki qızıl dünya bazarlarında ən önəmli bir maddədir. Ona bu qədər tələbat onunqiymətini daha da qaldırır ki bu da müəyyən dərəcədə alıcılara sərf etmir.İnsanlar da müəyyən ehtiyacları üçün onu əldə etmək istədikdə (məsələn mehr vəya nişan) üçün çox baha qiymətə almaq məcburiyyətində qalırlar. Bütün bunlargöz önünə alınaraq kişilərin qızıldan istifadə etməsi haram buyurulmuşdur.

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...