Перейти к содержимому

Maddə - yeni baxış


solluna

Recommended Posts

Görmə, eşitmə, iyləmə, dadbilmə, toxunma hisslərinin hamısı bir-birlərinə bənzər fəaliyyət mexanizminə malikdir. Xarici aləmdə olduğunu düşündüyümüz əşyalardan gələn qıcıqlar (səs, qoxu, dad, görüntü, sərtlik və s.) sinirlərimiz vasitəsiylə beyindəki duyğu mərkəzlərinə ötürülür. Beyinə çatan bu qıcıqlar elektrik siqnallarından ibarətdir. Məsələn, görmə prosesi əsnasında xarici aləmdəki bir mənbədən gələn işıq fotonları gözün arxa tərəfindəki retinaya ötürülür və burada elektrik siqnallarına çevrilir. Daha sonra bu siqnallar sinirlər vasitəsiylə beyinin görmə mərkəzinə ötürülür. Və biz də bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, uzunluğu, dərinliyi olan dünya görür və hiss edirik. Bu sistem digər qavrayışlarımız üçün də eynilik təşkil edir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burunun epitel hüceyrələri tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi qəbul edicilər, səslər isə qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki müvafiq mərkəzlərə göndərilir və o mərkəzlərdə qavranılırlar.

bir misal göstərək: Bu an bir stəkan çay içdiyinizi düşünün. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi qəbul edicilər tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır. Eyni zamanda çaya aid qoxu, onu içtiyimiz anda hiss etdiyiniz şəkərli dad və stəkana baxdığınızda gördüyünüz qəhvəyi rəng də müvafiq ötürücülər tərəfindən elektrik cərəyanı olaraq beyinə çatdırılır. Sonra stəkanı masaya qoyarkən şüşənin masaya təmasından çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilir. Və bu hisslərin hamısı beyindəki bir-birindən fərqli, amma bir-biriylə ortaq işləyən duyğu mərkəzləri tərəfindən şərh olunur. Siz də bu şərhin nəticəsi olaraq, bir stəkan çay içdiyinizi düşünürsünüz. Yəni əslində hər şey beyindəki duyğu mərkəzlərində baş verir, amma siz bütün bu hisslərinizin konkret maddi varlığa əsaslandığını zənn edirsiniz. Halbuki, bu fikriniz yanlışdır, çünki beyninizdə qavradığınız hisslərin beyninizin xaricində varlığının olduğunu düşünmək üçün heç bir dəliliniz yoxdur. Əgər beyninizə gedən görmə sinirlərini kəssəniz, bir anda görüntü yox olar. Eyni şəkildə eşitmə sinirlərində bir problem olarsa, xaricinizdə var olduğunu zənn etdiyiniz səs də bir anda kəsilər.

Bura qədər izah edilənlər bu gün elm tərəfindən qəti şəkildə isbat edilmiş, AÇIQ-AŞKAR gerçəklərdir. İstənilən elm adamı bu sistemin işləmə prinsipini izah edərsə, içində yaşadığınız dünyanın əslində beyninizdə qəbul edilən hisslərdən ibarət olduğu aydın olar. Məsələn ingilis fiziki John Gribbin beyinin etdiyi şərhlərlə əlaqədar olaraq belə deyir:

”...Duyğularımız isə xarici dünyadan gələn impulsların beynimizdəki şərhidir; sanki bağçada bir ağac varmış kimi... Lakin beynim bu impulsları duyğu süzgəcindən keçirərək hiss edir. Ağac yalnız bir görüntüdür. O halda hansı doğrudur? Duyğularımızın ortaya çıxardığı ağacmı, yoxsa bağçadakı ağacmı?” (Taşqın Tuna, Uzayın Ötesi, sf.194)

Maddənin xaricinizdəki əsli ilə təmasda olmadığınızı anlamaq üçün çox asan bir təcrübə .ra bilərsiniz. Kompüter ekranına baxarkən, barmağınızla bir gözünüzün alt tərəfini yüngülcə qaşıyın. Qaşıyarkən barmağınız irəli-geri getdikcə, monitorun da eyni şəkildə irəli-geri getdiyini görəcəksiniz. İndi düşünün, görəsən bu kompüter masanın üzərində, sizin dayandığını zənn etdiyiniz yerdədirmi? Yoxsa qaşımanın təsiri ilə görüntüsü yuxarı-aşağı oynayan, beyninizdəki görüntüdən ibarətdir? Məhz bu nümunə belə burada izah etdiyimiz gerçəyi qavramanız üçün bir başlanğıc ola bilər.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...