Перейти к содержимому

Quran möcüzərindən bir neçəsi


rena73

Recommended Posts

Arının genetik kodu

Canlıların genetik şifrəsi olan DNT-lər xromosomlar üzərində qurulmuşdur. Məsələn, Dünyadakı bütün arıların xromosom sayı eynidir. Ümumiyyətlə, heyvanların dişisində və erkəyində bərabər sayda xromosom var. Lakin arının vəziyyəti, digərlərindən bir az fərqlidir. Çünki erkək arı 16 tək xromosoma, dişi arı 16 cüt xromosoma malikdir.

Arı bu baxımdan -xromosom sayı baxımından- fərqlidir. Bu fərqliliyə Quranda Nəhl surəsində işarə edilə bilər. (Ən doğrusunu Allah bilir.) Quranda "arı" mənasını verən "Nəhl" adlı surə tam 16-cı surədir. Eyni zamanda, arı da 16 xromosomlu bir canlıdır.

Halley ulduzu

Müasir astronomiyadakı əhəmiyyətli inkişaflardan biri, Halley kometasının kəşfidir. Edmund Halley adlı alim bu ulduzun 76 illik dolanma müddəti olduğunu XVIII əsrdə ortaya qoymuşdur. Edmund Halley bu kəşfi ilə, kometaların astronomik orbitlərini də açıqlığa çıxarmışdır.

"Halley" adı ilə xatırlanan bu ulduzun adı Quranda diqqət çəkici bir şəkildə Ənam surəsinin 76-cı ayəsində keçməkdədir:

Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi. (əl-Ənam surəsi, 76)

"Halley" sözünü meydana gətirən hərflər Quranda ilk dəfə bu ayədə keçməkdədir. Üstəlik bu ayədə "itib gedən" bir ulduzdan bəhs edilməsi də son dərəcə mənalıdır. Bundan başqa, ayədə "ulduz" mənasını verən ərəb dilində "kəvkəba" sözü də, "Halley" hərflərinin yaxınında iştirak etməkdədir:

Bu ayənin nömrəsi olan 76 sayı da ulduzun dönmə müddəti olan 76 ilə işarə edilə bilər. (Doğrusunu Allah bilir.) Ayənin nömrəsi olan 76 sayı, Halley ulduzunu təmsil edir, çünki Halley ulduzu 76 ildə bir Dünyadan görünür, yəni orbitini 76 ildə bir tamamlayar. Bu səbəblə, Halley ulduzunun Quranda ilk olaraq 76-cı ayədə keçməsi Allahın bir möcüzəsidir.

Qum təpələri və Mars planeti

Qurandakı "Əhqaf" surəsi "qum təpələri" mənasını verməkdədir. Astronomiyada Mars deyildiyində ağıla ilk gələn xüsusiyyətlərindən biri, Marsdakı yüksək qum yığınları, yəni nəhəng "qum təpələri"dir. Mars bu xüsusiyyəti ilə digər planetlərdən fərqlidir.

Əhqaf surəsinin 23-cü ayəsindəki hərflərin düzülmələrinə baxdığımızda isə, ərəb dilində Mim, Əlif, Rə və Sin hərflərinin yan-yana gələrək Mars sözünü meydana gətirməsinin şahidi oluruq.

Bu hərflərin Marsın xüsusiyyətlərindən biri olan və "qum təpələri" mənasını verən Əhqaf surəsində iştirak etməsi son dərəcə diqqət çəkicidir. Üstəlik yalnız Mars deyil, eyni zamanda, Marsın peyki olan göy cismi "Deimos" sözü də bu surədə yan-yana keçməkdədir. Marsın ətrafında dönən "Deimos" adlı göy cisminə aid hərflər, Əhqaf surəsinin 30-cu ayəsində yan-yana gəlməkdədir. Bütün bunlar zamandan münəzzəh Rəbbimizin Dərgahında təcəlli edən sonsuz elm və məlumatının nümunələrindəndir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...