Jump to content
  Love reading great articles? Visit Elix.com today!
Poppy

Подпишем петицию в поддержку людей с ограниченными физическими возможн

Recommended Posts

Сегодня в Азербайджане живут около 500 тысяч людей с инвалидностью. 23 процента из них являются инвалидами первой группы. Приблизительно у 7 тысяч из них серьезные нарушения опорно-двигательного аппарата и они пользуются инвалидными колясками. Большинство людей с инвалидностью сталкиваются с нарушениями прав человека и дискриминацией в отношении к себе. Подписав петицию, подготовленную с требованием прекращения дискриминации в отношении людей с инвалидностью, вы окажете нам поддержку и усилите эффективность нашего требования. 

 

https://secure.avaaz.org/en/petition/Azrbaycan_Respublikasinin_prezidenti_lilliyi_olan_insanlara_qarsi_diskriminasiyaya_son_qoyulsun/

Share this post


Link to post
Share on other sites

Bizdə əlillliyi olan insan mərhəmət hesabına yaşayır. Əlilliyi olan insan öz həyatını yaşamağa, işləməyə, müstəqil olmağa hüququ olan şəxs hesab edilmir.

Əlilliyi olan insanlarla bağlı son illər ölkəmizdə həyata keçirilən dövlət siyasəti nəinki bizim həyat keyfiyyətimizin yaxşılaşmasına səbəb olmuş, hətta, əksinə, əlilliyi olan insanların daha çox təcrid olunmasına, asılılığına və yoxsulluğuna gətirib çıxarmışdır. 

Pensiya islahatları və güzəştlərin ləğv edilməsi ümumi səbəbdən əlillərin, xüsusilə uşaqlıqdan əlillərin dövlət dəstəyindən demək olar ki, məhrum edilməsi ilə nəticələnmişdir. Belə ki, əmək stajı olmayan ümumi səbəbdən 1-ci qrup əlillərə və uşaqlıqdan 1-ci qrup əlillərə heç bir iqtisadi əsaslandırması olmayan 67 manat müavinət təyin edilir. Bu məbləğ isə minimum yaşayış məbləğindən iki dəfə az olmaqla nəinki Konstitusuiya ilə müəyyən edilmiş layiqli həyat səviyyəsini təmin etmir, hətta həmin insanların həyatını təhlükəyə məruz qoyur. Bundan başqa, məlumdur ki, bütün növ 1-ci qrup əlillərin daimi qulluğa və kənar şəxslərin köməyinə ehtiyacı var. 

Share this post


Link to post
Share on other sites

Ölkə ərazisində hərəkət məhdudiyyətli insanların istifadəsi üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrinin olmaması bu kateqoriya insanların sərbəst hərəkətini qeyri-mümkün edir. Bu vəziyyət onların cəmiyyətdən tam təcrid edilməsinə və nəticədə həyat keyfiyyətinin daha da pisləşməsinə səbəb olur. Mövcud nəqliyyat problemi sözsüz ki, digər problemlərin də həllini çətinləşdirir. Belə ki, nəqliyyata çıxışın olmaması əlil arabası istifadəçilərinin siyasi, ictimai, mədəni həyatda iştirak etmək, təhsil almaq, tibbi xidmətlərdən yararlanmaq, əmək fəaliyyətinə qoşulmaq, şəxsi həyatlarını qurmaq, asudə vaxtlarını və istirahətlərini təşkil etmək və idmanla məşğul olmaq imkanlarını sıfıra endirir. Bu, həm də əlil arabası istifadәçilәrinin mövcud potensialından istifadə edilməsi, bacarıqlarının dəyərləndirilməsi, onlara peşə vərdişləri aşılanması, güzəranlarını qazanmaq imkanını və onların özlərini cəmiyyətdə tamdəyərli insan və vətəndaş kimi görməsi və təsdiq etməsi ehtimalını da qat-qat azaldır.

Share this post


Link to post
Share on other sites

Люди с ограниченными возможностями лишены права пользоваться общественным транспортом (автобусы, метро), что приводит к их полной изоляции и делает их жизнь лишенным смысла. Давайте подпишем данную петицию, чтобы хоть как то помочь решению проблем данной категории. НЕ отсавайтесь безучастными. Мы тоже часть этого общества и имеем право на достойную жизнь.

Share this post


Link to post
Share on other sites

×
×
  • Create New...