Перейти к содержимому

Ana Dili Bölmesinde Qayda Ve Normativler

PRIKOLISTKA

Recommended Posts

Əziz forumçular. Bir çox userlərimizdə AZ şrifti ilə problem olmasının şahidi oldum. Ona gorə istərdim bu mövzuda sizə bununla əlaqədar bir balaca kömək edim.

Bizə azərbaycan dilində yazarkən lazım olan şrift - şrifti və klaviaturanın AZ rejimidir. Bundan sonra sizə çap etmək üçün lazım olan, lakin, klaviaturanın düymələrində əks olunmayan hərfləri ü - w, ö - [ , ğ- ], ı - ; , ə - ' , ç - , , ş - . , düymələrini basmaqla çap edə bilərsiz. Eləcə də, nöqtə üçün - / , vergül üçün shift/ , sual işarəsi üçün - shift ve 7 , dırnaq işarəsi shift2 , qoşa nöqtə üçün shift6 düymelerini basmaqla çap edə bilərsiz.

Kompüterin klaviaturasında AZ rejimi olmayanların nəzərinə! Windows sistemin konfiqurasiyasında AZ rejimi vardır. Bunun üçün, sadəcə bu rejimi işlək vəziyyətə gətirmək lazımdır. Bilənlər bilir, bilməyənlər üçün qısaca operasiya formasında yazıram.

Start > Control Panel > Regional and Language Options > Languages > Details > Settings > Add >İnput language > Azeri (Latin) > Ok > Apply > Ok

Uğurlar, hörmətlə, Prikolistka.

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 38
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Hələdə AZ şriftlə yazmağı bacarmır bir çoxlarımız,öyrənində.

"....O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım...."

E. Qolderness ("O'na məktublar")

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Hörmətli forumçular.

Bildiyiniz kimi, Ana dili bölməsi forumun istifadəçilər tərəfindən tamlıqla Ana Dilində ünsiyyəti üçün yaradılmış yeganə bölmədir. Bu çox dəyərli addımı hər birimiz qiymətləndirdiyimiz, əhəmiyyətli hesab etdiyimiz üçün bu bölmədə artıq kiçik vaxt deyil ki, bir qrup istifadıçilərlə bir yerdə olmuş, bir-birimizi tanımışıq. Köhnə istifadəçilərlə yanaşı, çox böyük sevindirici haldır ki, hazırda artıq bir çox yeni-yeni istifadəçilərin də bölməyə qoşulması və maraqlı, rəngarəng, haqqında ətraflı diskussiya .rıla biləcək mövzuların bir-bir göz önünə gəlməsi hallarının şahidi oluruq. Buna inanın, hər birimiz çox sevinirik. Hər bir istifadəçiyə dərin təşəkkürümüzü bildiririk.

Çox istərdim ki, bölmədə canla-başla ana dilimizdə ünsiyyət .rmaq işinin iştirakında bizim hazırki milli Azərbaycan əlifbamızı təşkil edən latın şriftindən istifadə edək. Çox böyük xahiş edirəm. Özünüz düşünün, biz canlı olaraq, özümüzün xəbəri belə olmadan uzun müddət burda vaxtın neçə keçdiyinin şahidi belə olmadan müxtəlif mövzular ətrafında ana dilimizdə əgər müzakirələr .rırıqsa, bu bizim ana dilimizdə internet şəbəkəsində biz tərəfdən böyük miqdarda məlumatların yaranıb saxlanmasına səbəb olur. Hər kəsə məlumdur ki, dilimizdə olan məlumatlar baxımından hər sahədə böyük qıtlıq hiss olunur. Həm elmi, həm bədii, həm publisistik ədəbiyyatlarda, həm təhsildə...və təbii ki bu günümüzdə həm də internetdə. Ona görə bu problem kiçik deyil, hər kəs anlayır. Bunu öz payımıza az da olsa düşəcək bu bölmədə biz edəcəyik. Öz dilimizdə yadadılacaq mövzularımız vasitəsilə. Gözəl olmazmı ki, bütün bu məlumatlar, mövzular, söhbətlər tamlıqla gözəl görünməsi üçün öz şriftimizdə olsun? Nəyə görə əziyyət çəkiriksə, sona qədər əziyyət çəkməyək axı? Xüsusən bu, bölməyə Azərbaycandan qoşulan istifadəçilərə aiddir. Burda hər kəsə məlum olan 2 proseduranı etmək vacib hesab olunur. Qeyd etməyə ehtiyac böyük olmasa da edirəm:

1. Klaviaturu AZ-a keçirmək.

2. Yazılan mətni panelin Fonts sətrindəki şriftlər sırasından "Lucida Sans Unicode" şriftini seçərək bu şriftin arasında yerləşdirmək.

Xarici ölkələrdən bölməyə qoşulan bir çox istifadəçilər üçün də əlimizdən gələni edəcəyik ki, latın şriftini əks etdirmək yollarını əyani surətdə mövzuda yerləşdirə bilək. Ola bilər axtarıb tapmaq kimlər üçünsə çətinlik törədir.

Deyilənləri sonda yekunlaşdıraraq, demək istəyirik ki, latın şriftilə daxil edilməyən postlar bölmədən məsləhət altında silinəcək. Biri var, hər hansı istifadəçi çətinlik çəksin, bilməsin və yazmasın - onlara vaxt verib yardım etmək borcumuzdur. Biri də var, bilərəkdən yazmasın - bu artıq məncə düzgün deyil. Çalışıb bölmədə irəli sürülən ən ali intizam qaydalarından birinə məsuliyyətlə riayət edək. Ən əsası dilimizə sona qədər hörmət edək.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli moderatorlar,

zəhmət olmazsa məlumat üçün deyərdiniz ki, mövzular hansi meyarlar əsasında bağlanır. Təşəkkürlər.

Изменено пользователем PRIKOLISTKA
Ссылка на комментарий
Поделиться на других сайтах

Cosmopolitan, bölümümüzdə hər bir user Azərbaycan dilində, istədiyi meyarda mövzu yarada bilər. Ancaq bir şərtlə ki, mövzu təhqiredici, mənasız, flood xarakterli olmasın. Həmçinin, mövzularda hər hansı bir userin ünvanına söz atmaq, təhqir etmək, offtop etmək, flood etmək olmaz. Əgər bu cür hallara rast gəlinsə, userə xəbərdarlıq olunacaq, bu cür hallar yenidən təkrar olsa, cəzalandırıcalaqdır.

Hörmətlə, Cəzaverdiyeva Prikolistka.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Deyerli nezaretçiler!

Rica edirem, öz ismarıclarınızda cümle quruluşuna fikir veresiniz.

Dalğalı hörmetle,

EL

Изменено пользователем EL

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

El, deyə bilərsinizmi mövzularda hansı cümlə quruluşu sizi qane etmir? Onda sizin postu başqa cür oxusaq, belə çıxır ki, siz yazmısız - Ay moderatorlar, siz nə savadsızsınız.

Sizin, userlərimizin şikayət və narazılığına səbəb olan " Biqeyrət ataların, biqeyrət atalar sözü" adlı mövzunuzu mən silmişəm. Mövzunun adını bir balaca dəyişib, yenidən yarada bilərsiz. Mövzuda zəhmət olmasa, bir iki cümlə ilə fikrinizi daha aydın açıqlayın. Çünki, mənanı çoxları tam başqa cür başa düşür.

Hörmətlə, Prikolistka.

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Cosmopolitan.

Öncə də dəfələrlə qeyd etdiyimiz kimi, bölmədə irəli sürülən ən ali intizam qaydalarından biri və demək olar ki birincisi - məhz latın şriftilə postlar daxil etməkdir. Bununla yanaşı, əlbəttə ki, Prikolistka xanımın qeydinə qüvvət deməliyəm ki, bölmə ümumi Bakılılar.az forumunun tərkib hissələrindən biri olduğundan post və mövzular ümumi forumun qaydalarına müvafiq qaydalara uyğun yaradılmalı, istifadəçilərin davranışı administrasiya tərəfindən qoyulan tələbləri aşmamalıdır. Bunların hər biri iləsə hər bir istifadəçi forumda qeydiyyatdan keçərkən tanış olmuşdur. Əyani surətdə göstərmək lazımdırsa, qaydaların tərcüməsi ilə yaxın zamanda məşğul olub mövzuda yerləşdirərəm ki, tamlıqla Sizin və Sizin kimi bir çox istifadəçilərin sualları cavabsız qalmasın.

Eləcə də demək istəyirəm ki, bizim əsas və əsl vəzifəmiz mövzu və postları silməkdən deyil, nəzarət etmək yönəltməkdən ibarətdir; buna görə bütün silinmələr yalnız obyektiv məsləhət və xəbərdarlıqlar əsasında .rılacaq. Elə hər yazılanı duraq silək - bundan nə çıxar.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Stranger, ətraflı izah üçün çox sağ olun, tərcüməyə və əyani nümayişə isə ehtiyacım yoxdur. Əgər bundan sonra da suallarıma bu cür tonda (“dəfələrlə qeyd edilmişdi”, “əyani surətdə göstərmək”, “təkrar edirəm” və sair) cavab verəcəksinizsə, onda bundan sonra sizi bir daha narahat etmərəm.

Sualı isə ona görə vermişdim ki, EL-in mövzusu bağlanandan sonra fikirləşdim ki, əlbət forumun qaydalarını mən düzgün başa düşməmişəm. Çünki bu mövzuda təhqiredici heç nə görmürəm, sadəcə bir qədər provokativ idi. Eyni zamanda anlayiram ki, mənim soz azadlığı və demokratiya haqqında fikirlərim moderatorların və eləcə də digər istifadəçilərin fikri ilə üst-üstə düşmür.

Ссылка на комментарий
Поделиться на других сайтах

Cosmopolitan, anlamadım. Mən qəti surətdə mənfi ton yaratmaq məqsədilə göstərdiyiniz ifalərdən istifadə etməmişəm. Mənim yerimdə istənilən bir kəs olsa, həqiqətən dəfələrlə təkrar olunmuş ifadəni bir də işlədərkən bu sözü işlədər.

Hörmətlə

Ссылка на комментарий
Поделиться на других сайтах

El, deyə bilərsinizmi mövzularda hansı cümlə quruluşu sizi qane etmir? Onda sizin postu başqa cür oxusaq, belə çıxır ki, siz yazmısız - Ay moderatorlar, siz nə savadsızsınız.

PRIKOLISTKA, məni düzgün anlamadığınız üçün sizdən üzr istəyirəm. Bağışayın ki, mən sizdə özünüzə qarşı bu qədər aqressiv və hörmətsiz münasibət yaratdım.

Mənim yaratdığım mövzuya gəlincə, onu qeyd etmək istərdim ki, "səndən yuxarıda dayanan şəxsin qulu ol" və ya "qıza 100 nəfər söz atar, bir nəfər onu alar" şəklində "məsəlcik"lər yaradan atalar ancaq biqeyrət ola bilərlər. VƏ "biqeyrət" sözü filtrasiyadan (senzuradan) keçə bilməyəcək dərəcədə ədəbsiz söz deyildir.

Azərbaycan dilini daha xoşməramlı və səmimi mənimsəmək diləyilə,

EL

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...
  • 1 month later...

Men komputerimde controllpanel-de dili deyishirem.Amma azeri elifbasiyla yazmag getiyyen alinmir.Belke mende klaviaturada norvech herfleridir,ona gore bele olur.((((((((((((((((((((((((

Bir de,men bu bolmede bezi movzularda "е" (ehmedli sozunu 1-ci herfi) herfini bezen gorurem,bezen ise yalniz kvadrat isharesi kimi.

Bolmenin diskussiyalarinda ishtirak etmeyi cox arzulayiram,amma gaydalara zidd shriftle yazdigima gore utaniram.(((((

Изменено пользователем safina

Мать - это имя Бога на устах и в сердцах маленьких детей.

Ссылка на комментарий
Поделиться на других сайтах

Salam Safina. "Ə" hərfi mövzunun adından başqa hər yerdə - mövzu daxilindəki postlarda olduğu kimi əks olunur. Yalnız mövzunun adlandırılması zamanı onun düzgüz əks olunması təəssüf ki problem olaraq qalır və ona görə kvadrat işarəsi görünür. Mövzularda kvadrat işarəsi isə yalnız tekstin AZ-da yığılıb "Lucida Sans Unicode" fontunun arasına yerləşdirilməməsi zamanı əmələ gəlir.

Qaldı ki, Sizin diskussiyalarımızda iştirak etmək arzunuza, Sizdəki mövcud şəraiti nəzərə almasaq, böyük günah olar. Siz təki iştirak edin. Çox şad olarıq :coffee: Sonrası bizlikdir. ))

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...

Cosmopolitan, hansı demokratiyadan söhbət gedir? Məgər bu moderatorları kimsə seçki vasitəsi ilə seçib? Ramiz Enveroviç icra başçılarını təyin edən kimi, moderatorları da müəyyən obyektiv istedadları nəzərə alınaraq bu məsuliyyətli vəzifəyə təyin etmişlər. Demokratiya və söz azadlığı anlayışını moderatorlar bəlkə də səninlə bölüşmür, amma bütün userlər yox. Mən də səninlə razı.

Ümümiyyətlə təklif edirəm ki, moderatorlardan tamamilə müstəqil bir məhkəmə institutu yaradılsın. Cəmiyyətdə edə bilmədiyimizi bəlkə heç olmasa virtual aləmdə təcrübədən keçirək? Bax onda alınan qərarlar Qəribə xanım demişkən obyektiv olar. Hə, möhtərəm iqtidar nümayəndələri, razısınız hakimiyyət bölgüsünə?

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli userlər.

Bölmədə bir neçə aydır ki, Pinned mövzular sırasına daxil olunmuş bir neçə əsas tipli mövzular mövcuddur ki, bunların hər biri ayrıca irad və şikayətlər, təkliflər və yenilikçi ideyaların irəli sürülməsi, latın şriftinin tətbiqi, qayda və normativlərin şərhi və bütün bu tip əsas problemlər ətrafında fikir mübadiləsi məqsədilə nəzərə alınıb yaradılmışdır. Və əgər məzmun etibarilə təklif, ideya, irad, şikayət və ya hər hansı sual yaranarsa məhz müvafiq mövzulara mürəciət etmənizi xahiş edirəm.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...

Windows - da, "Ekran klaviatura" funksiyasından istifadə edə bilərsiniz. Əgər, kompüterdə AZ şrifti varsa. "Virtual klaviaturanı" aktivləşdirdikdən, və klaviaturanı AZ rejiminə keçirdikdən sonra - monitorda hansı hərifin harda yerləşməyini görə və ondan istifadə edə bilərsiniz. (Mouse köməyi ilə)

Start - All Programs - Accessories - Accessibility - On-Screen Keyboard.

(Пуск – Программы – Стандартные – Специальные возможности – Экранная клавиатура.)

Az şriftiəri və onu yükləmək qaydası. http://www.kitab.az/az/fonts.shtml

Ссылка на комментарий
Поделиться на других сайтах

Bunu şəxsi təcrübəmə əsaslanaraq yazdım. Bir müddət Firəngistanda kurs oxumuşam. Və o zamanlar bu üsuldan istifadə edərək, bu şeytan əməli olan kompüterdə, Az şriftindən istifadəni öyrəndim.))

Изменено пользователем x dream
Ссылка на комментарий
Поделиться на других сайтах

Məndə də əvvəllər rus şrifti yox idi, yəni klaviaturada əks olunmamışdl. On Screen Keyboard - dan istifadə ediridm. Translitdən heç vaxt istifadə etməmişəm.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...
  • 1 month later...

Salamlayıram, bölməmizin yeni fəal istifadəçilərini...

Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırmağa artıq borc duydum ki, mən hazırda bölməmizdə texniki çatışmazlıqlar ucbatından yaza bilmirəm. Yəni tələb olunan qaydalar çərçivəsində yazmaqda müvəqqəti problem vardır. Kompüterimin son dərəcə yüksək viruslanması keyfiyyətli şəkildə formatlaşdırmanı tələb edir. Hazırda forumda bütün lazımi funksiyaları copy-paste etməklə əldə edə bilirəm (Yəni şrift, rəng, filan və s.) Bununla əlaqədar qısa bir müddətdə məhz bölməyə (foruma deyil :gizildish:) gəlişimdə azca çətinliklərim var. Bu barədə administrasiyanı bir neçə gün bundan öncə məlumatlandırmışam. İnşallah yaxın zamanda hər şeyin tamlıqla qaydaya düşəcəyinə inam bəsləyirəm...Darıxdım Sizlərsiz artıq...(

Hörmətlə

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...
Hörmətli forumçular.

Bildiyiniz kimi, Ana dili bölməsi forumun istifadəçilər tərəfindən tamlıqla Ana Dilində ünsiyyəti üçün yaradılmış yeganə bölmədir. Bu çox dəyərli addımı hər birimiz qiymətləndirdiyimiz, əhəmiyyətli hesab etdiyimiz üçün bu bölmədə artıq kiçik vaxt deyil ki, bir qrup istifadıçilərlə bir yerdə olmuş, bir-birimizi tanımışıq. Köhnə istifadəçilərlə yanaşı, çox böyük sevindirici haldır ki, hazırda artıq bir çox yeni-yeni istifadəçilərin də bölməyə qoşulması və maraqlı, rəngarəng, haqqında ətraflı diskussiya .rıla biləcək mövzuların bir-bir göz önünə gəlməsi hallarının şahidi oluruq. Buna inanın, hər birimiz çox sevinirik. Hər bir istifadəçiyə dərin təşəkkürümüzü bildiririk.

Çox istərdim ki, bölmədə canla-başla ana dilimizdə ünsiyyət .rmaq işinin iştirakında bizim hazırki milli Azərbaycan əlifbamızı təşkil edən latın şriftindən istifadə edək. Çox böyük xahiş edirəm. Özünüz düşünün, biz canlı olaraq, özümüzün xəbəri belə olmadan uzun müddət burda vaxtın neçə keçdiyinin şahidi belə olmadan müxtəlif mövzular ətrafında ana dilimizdə əgər müzakirələr .rırıqsa, bu bizim ana dilimizdə internet şəbəkəsində biz tərəfdən böyük miqdarda məlumatların yaranıb saxlanmasına səbəb olur. Hər kəsə məlumdur ki, dilimizdə olan məlumatlar baxımından hər sahədə böyük qıtlıq hiss olunur. Həm elmi, həm bədii, həm publisistik ədəbiyyatlarda, həm təhsildə...və təbii ki bu günümüzdə həm də internetdə. Ona görə bu problem kiçik deyil, hər kəs anlayır. Bunu öz payımıza az da olsa düşəcək bu bölmədə biz edəcəyik. Öz dilimizdə yadadılacaq mövzularımız vasitəsilə. Gözəl olmazmı ki, bütün bu məlumatlar, mövzular, söhbətlər tamlıqla gözəl görünməsi üçün öz şriftimizdə olsun? Nəyə görə əziyyət çəkiriksə, sona qədər əziyyət çəkməyək axı? Xüsusən bu, bölməyə Azərbaycandan qoşulan istifadəçilərə aiddir. Burda hər kəsə məlum olan 2 proseduranı etmək vacib hesab olunur. Qeyd etməyə ehtiyac böyük olmasa da edirəm:

1. Klaviaturu AZ-a keçirmək.

2. Yazılan mətni panelin sətrindəki şriftlər sırasından " şriftini seçərək bu şriftin arasında yerləşdirmək.

Xarici ölkələrdən bölməyə qoşulan bir çox istifadəçilər üçün də əlimizdən gələni edəcəyik ki, latın şriftini əks etdirmək yollarını əyani surətdə mövzuda yerləşdirə bilək. Ola bilər axtarıb tapmaq kimlər üçünsə çətinlik törədir.

Deyilənləri sonda yekunlaşdıraraq, demək istəyirik ki, latın şriftilə daxil edilməyən postlar bölmədən məsləhət altında silinəcək. Biri var, hər hansı istifadəçi çətinlik çəksin, bilməsin və yazmasın - onlara vaxt verib yardım etmək borcumuzdur. Biri də var, bilərəkdən yazmasın - bu artıq məncə düzgün deyil. Çalışıb bölmədə irəli sürülən ən ali intizam qaydalarından birinə məsuliyyətlə riayət edək. Ən əsası dilimizə sona qədər hörmət edək.

Salam! Baxsishdiyin Komdan Hec Gucdude Bashim CixmiR! Men Sizin Vetenperveliyinize Ve Ana Dilimizin Duzgun Yazilishina Fikir Vermyinize Cox Sherefle Baxiram! Amma Ki, T. Bilmedim. Eger Size Eziyyet Deyilse Fonts Setrini Hansi Setirde T. Bilerem

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Salam! Baxsishdiyin Komdan Hec Gucdude Bashim CixmiR! Men Sizin Vetenperveliyinize Ve Ana Dilimizin Duzgun Yazilishina Fikir Vermyinize Cox Sherefle Baxiram! Amma Ki, T. Bilmedim. Eger Size Eziyyet Deyilse Fonts Setrini Hansi Setirde T. Bilerem

Salam. Çox təşəkkür edirəm :bigstarr:

Sualınıza cavab olaraq: "ОТВЕТИТЬ" düyməsini basın. Cavab yazmaq üçün hissə əmələ gələcək. Məhz o hissədə - "ШРИФТ" olan hissədən dediyim şrifti seçib AZ-da yığdığınız mətni həmin şriftin arasına yerləşdirirsiniz. Bir də cəhd edin, alınmasa, problemin nədə olmasını bir də aydınlaşdırarıq.

Teshekurler! oldu Nezerde Nezerde saxlayaram!

Yox Neye Gorese Goturmur! Dediyiniz Kimi Shriftin Arasina Yerleshdirdim Nese Alinmadi

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Salam! Baxsishdiyin Komdan Hec Gucdude Bashim CixmiR! Men Sizin Vetenperveliyinize Ve Ana Dilimizin Duzgun Yazilishina Fikir Vermyinize Cox Sherefle Baxiram! Amma Ki, T. Bilmedim. Eger Size Eziyyet Deyilse Fonts Setrini Hansi Setirde T. Bilerem

Salam. Çox təşəkkür edirəm :D

Sualınıza cavab olaraq: "ОТВЕТИТЬ" düyməsini basın. Cavab yazmaq üçün hissə əmələ gələcək. Məhz o hissədə - "ШРИФТ" olan hissədən dediyim şrifti seçib AZ-da yığdığınız mətni həmin şriftin arasına yerləşdirirsiniz. Bir də cəhd edin, alınmasa, problemin nədə olmasını bir də aydınlaşdırarıq.

Baxishdiyin! Yadimnan Cixib! Menim Kompum Rusiyanin Istehsalatidi Ona Gore catin Ki, Kece Biler Ana Diline!

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

Salam gözel xanim necesiz?

Men heleki BU tereflerde tezeyem indi azib gelmişem bura imkaniz olsa el fanari vererdizde men yolu tapib mövzular terefe getmey isterdim bura çox qaranliqdiye.)) :plach:

ZARAFATİMİ ciddi qebul elemiyin çunki xasiyyetim beledi

:loool:

sag olun öpdüm özünze yaxşi baxin

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 8 months later...
  • gasiga unpinned this тему

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...