Перейти к содержимому

Təzə xəbərlər


El Paso

Recommended Posts

Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşübPoladBР“СlbР“Сl.jpgMixail Şvıdkoy: "Ermənilər və azərbaycanlılar qürbətdə birgə yaşaya, işləyə, biznes qura bilirlərsə, bu, niyə də Dağlıq Qarabağda olmasın?"

Bu gün İrəvanda Azərbaycan nümayəndə heyəti ilə Ermənistan prezidenti Serj Sarqsyan arasında keçirilən görüş konstruktiv olub. . PRESS-in "Tert.am"a istinadən verdiyi xəbərə görə, bunu görüşdən dərhal sonra Polad Bülbüloğlu deyib.

"Sarqsyanla görüş olduqca konstruktiv oldu. Onun bizim təklif və təşbbüsümüzə böyük diqqətlə, anlaşıqlı və təqdirəlayiq yanaşması olduqca xoşdur", - deyə səfir qeyd edib.

Görüşün digər iştirakçısı, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə təşəbbüsün üç sabiq mədəniyyət nazirləri tərəfindən irəli sürülməsinin vacibliyini vurğulayıb.

O həmçinin Azərbaycanın Rusiyadakı səfirinin bu gün Dağlıq Qarabağda dediklərini təsdiqləyib. "Erməni və azərbaycanlılar qürbətdə birgə yaşaya, işləyə, biznes qura bilirlərsə, bu niyə də Qarabağda baş verməsin?", - deyə o vurğulayıb.

"Heç kim qonşluq institutunu ləğv etməyib. Biz bir-birimizi qəbul edə və ya etməyə bilərik, lakin bununla yanaşı biz münasibət qurmaq məcburiyyətindəyik. Və hər iki icmanın mədəniyyət və digər nüfuzlu nümayəndələri etibarlı mühitin yaradılması məsləsində böyük rol oynaya bilər". Bu sözləri isə brifinqin üçüncü iştirakçısı olan Ermənistanın Moskvadakı səfiri Armen Smbatyan bildirib. O həmçinin əlavə edib ki, onların missiyası tamamilə mədəni və sülhməramlı mahiyyət daşıyır və siyasi və ya hərbi danışıqlara heç bir aidiyyatı yoxdur. /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

"Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır"eli_kerimli_023.jpgƏli Kərimli hesab edir ki, bu, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf olması ilə nəticələnə bilər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədir Əli Kərimli Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Qarabağa, İrəvana oradan isə Azərbaycana səfəri ilə bağlı olaraq . PRESS-in suallarını cavablandırıb.

-Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Qarabağa səfərinə münasibətiniz necədir?

- Biz əlbəttə istəyirik ki, müharibə sülhlə qurtarsın. Ancaq hesab edirik ki, bunun üçün əvvəlcə Ermənistan tərəfindən işğal faktı aradan qalxmalıdır. Hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Və o torpaqların boşaldılması ilə bağlı hər h.ı razılıq yoxdur. Belə bir şəraitdə mən hesab etmirəm ki, .rılan proses Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan xalqı işğal faktı ilə barışdırılır. Azərbaycan xalqı indiki status kvonun daha uzunmüddət saxlanması faktı ilə barışdırılır. Ona görə də hesab edirəm ki, bizim Ermənistanla əlaqələrimizin əsas dəyişməz ilkin şərti işğal olunmuş torpaqların azad olunması olmalıdır. O torpaqları Ermənistan azad etsin, ondan sonra digər addımlar atıla bilər. O zaman bizim Türkiyəyə olan iradlarımız da mənasızlaşır. Biz Türkiyədən tələb edirik ki, Ermənistanla münasibətlərin qurulması üçün Azərbaycan torpaqlarının azad olunmasını gözləsin, ancaq özümüz bunu gözləmirik. Ona görə də mən bunu Azərbaycanın maraqlarına zidd hesab edirəm.

- Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qondarma Dağlıq Qarabağ separatçı rejiminin rəhbəri ilə görüşü barədə nə deyə bilərsiniz?

-Burada da aşkar görünür ki, erməni diplomatiyası özünün uğurunu qazanmaq ərəfəsindədir. Erməni tərəfinin əsas məqsədi Qarabağın separatçı, terrorçu rejimini danışıqların müstəqil tərəfi kimi təqdim etmək idi. Beynəlxalq təşkilatlar da axır vaxtlar buna meyllənmişdi. Amma Azərbaycan özü bu addımı atmadıqda onlar da Qarabağı müstəqil tərəf kimi tanıya bilmirdilər. İndi ona görə də Azərbaycan öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır. Və həmin separatçı rejimin legitimliyi Azərbaycan tərəfindən qəbul olunur, çünki həmin separatçı rejimin başçısı ilə, h.ı ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanımır və iddia edir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir, həmin iddiada bulunan şəxslə Azərbaycan dövlətinin rəsmiləri görüşürlər. Sadəcə ziyalılar yox, səlahiyyətli şəxslər, səfir, deputat səviyyəsində Azərbaycan hakimiyyətini timsil edən şəxslər görüşürlər və bununla da həmin separatçı terrorçularin legitimliyinin dünya miqyasında tanınmasına kömək etmiş olurlar. Qarabağın danışıqlarda ayrıca statusla iştirak etməsinə zəmin yaradırlar və Azərbaycan tərəfindən bu, diplomatik baxımdan növbəti bir məğlubiyyət, Ermənistanın isə növbəti bir uğurudur. Mən qəti şəkildə bu hərəkətləri pisləyirəm.

- Müxalifət partiyası olaraq narazalığınızı necə bildirəcəksiniz?

-Dünən Respublika və Qarabağ uğrunda Hərəkata daxil olan partiyaların tolantısı olub. Əsas müzakirə etdiyimiz məsələ də Azərbaycanın nümayəndə heyətinin Ermənistana səfəri, Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqları azad etmədən bu iki dövlət və xalq arasında danışıq yaradılmasına edilən cəhdlər olub. Bununla bağlı kifayət qədər prinsipial və sərt bəyanatla çıxış etmişik. Sonrakı addımlarımızı da Azərbaycan hakimiyyətinin atacağı addımları müşahidə edərək müəyyənləşdirəcəyik. Biz istəyirik ki, Azərbaycanla Ermənistan arasında münaqişə sülh yolu ilə nizama salınsın, amma biz bu sülh yolunu Azərbaycan torpaqlarına "əlvida" deməklə təsəvvür etmirik. Torpaqlarımızın yalnız və yalnız işğaldan azad olunması ilə təsəvvür edirik. Əgər Azərbaycan hakimiyyəti torpaqlar işğaldan azad olunmadan indiki təslimçi siyasətini davam etdirərsə, o zaman digər etiraz aksiyalarının keçirilməsi də müzakirə olunacaq.

Aytən Həmidova/. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Hondurasın devrilmiş prezidenti ölkəsinə qayıda bilmədimanuel-selayya-05-07.jpgHərbçilər, Manuel Selayyanı gətirən təyyarənin Tequsiqalpa hava limanına enməsinə imkan verməyib

Hondurasın qiyamçı hakimiyyəti, ölkənin devrilmiş prezidenti Manuel Selayyanın vətəninə qayıtmasına imkan verməyib. . PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, hərbçilər, göyərtəsində Manuel Selayyanın olduğu təyyarənin Hondurasın paytaxtı Tequsiqalpanın hava limanına enməsinə imkan verməyib. Hava limanıın uçuş-eniş zolağı əsgərlər tərəfindən bağlanıb və Manuel Selayyanın təyyarəsi Salvadora istəqimaətlənib.Honduras prezidenti, Venesuelanın "Telesur" telekanalına təyyarədən telefonla verdiyi müsahibədə bildirib ki, enişə icazə verilməsi və eniş zolağının boşaldılması ilə bağlı çoxsaylı çağırışlara Tequsiqalpa hava limanından rədd cavabı verilib. Manuel Selayyanı digər təyyarə ilə müşayiət edən Argentina, Paraqvay, Ekvador liderləri və BMT Baş Assambleyasının sədri Migel d'Eskoto da artıq Salvadordadırlar.

Bu arada isə Manuel Selayyanı qarşılamağa toplaşanlarla güc strukturları əməkdaşları arasında toqquşmalar baş verib. Müxtəlif məlumatlara görə, bir və ya iki adam həlak olub, xəsarət alanlar var. Qeyd edək ki, iyunun sonunda Hondurasda hərbi çevriliş baş verib və prezident Manuel Selayya ölkədən sürgün edilib. Qərb ölkələri və Latın Amerikasının əksər ölkələri qanuni prezidentin müdafiəsinə qalxıb. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Abdulla Gül və Barak Obama Dağlıq Qarabağdan danışıblarobama_abdulla_gul_.jpgTelefon söhbətində Türkiyə-Ermənistan münasibətləri də müzakirə edilib

Türkiyə prezidenti Abdulla Gül iyulun 5-də ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. CNN Türk-ün məlumatına görə, Obama Moskva səfərindən öncə Abdulla Güllə əsasən Qafqazdakı vəziyyəti müzakirə edib. Ağ evdən verilən açıqlamaya görə, Gül Obamaya Qahirədəki çıxışı ilə bağlı olaraq təşəkkür edib.

Bir Ağ ev səlahiyyətlisinin verdiyi məlumata görə, Gül Türkiyə-Ermənistan əlaqələrindəki son vəziyyət barədə də Obamaya məlumat verib. İki dövlət başçısı Minsk Qrupunun Dağlıq Qarabağ prosesində oynadığı rola da toxunublar.

Hər iki prezident Türkiyə-Amerika əlaqələrinin güclü olduğuna diqqət çəkiblər, təhlükəsizlik və rifah mövzularında ortaq hərəkət etməyə davam edəcəklərini vurğulayıblar. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Elmar Məmmədyarov: "Həmsədrlər Bakıya iyulun 10-da səfər edəcək"elmar_mammadyarov_8362.jpgVasitəçilərin səfəri Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünə hazırlıq məqsədi daşıyır

"ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya iyulun 10-da səfər edəcəyi gözlənilir". Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Həmsədrlərin Bakıdan öncə İrəvanda olacaqlarını deyən nazir vasitəçilərin səfərinin Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünə hazırlıq məqsədi daşıdığını söyləyib. "Həmsədrlər danışıqlar prosesində müəyyən irəliləyişlər əldə etməyə çalışacaqlar. Amma istər həmsədrlərlə görüşdə, istərsə də Moskva görüşündə nəyə nail olacağımızı zaman göstərəcək", - deyə nazir vurğulayıb./. TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Ortada referendum söhbəti varsa, onda vay Azərbaycanın gününə"lale_shovket1.jpgLalə Şövkət: "Əgər həqiqətən də məğlubiyyət üzərindəki sülh sazişinə hazırlıq görürüksə, onda bu, bizim faciəmizdir"

Bəlli olduğu kimi bu günlərdə ölkəmizin Rusiyadakı səfirinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda və Dağlıq Qarabağda səfərdə olub. Bunun xalq diplomatiyası adı altında keçirildiyi bildirilsə də, səfərə müxtəlif münasibətlər və yanaşmalar sərgiləndi. Ayrı-ayrı rəsmi şəxslər, habelə partiya liderləri məsələyə öz münasibətini açıqladı. Öz növbəmizdə biz bu haqda Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətlə danışmaq qərara aldıq.

- Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan və Dağlıq Qarabağa səfərini necə qarşıladınız? Sizcə, bu səfərin arxasında nə kimi məsələlər dura bilər?

- Öncə burada bəzi məqamlara aydınlıq gətirməliyik. Bu səfəri xalq diplomatiyası kimi qələmə verirlər. Bu isə kökündən yanlışdır. Xalq diplomatiyası vətəndaş cəmiyyəti arasında olur. Həm də bu uzun bir proses olur. Burada rəsmi şəxslər yox, jurnalistlərlə ziyalılar iştirak edə bilər. Yox, əgər rəsmi şəxslər iştirak edirsə, bu, artıq xalq diplomatiyası deyil, rəsmi səfər olur. Yadımdadır ki, bir neçə il əvvəl jurnalistlər həm Ermənistana, həm də Dağlıq Qarabağa səfər etmişdilər. Bax, bu həqiqətən xalq diplomatiyası idi. Lakin bu səfərə qarşı aylarla əks təbliğat .rıldı.

Konkret olaraq Polad Bülbüloğlunun bu günlərdəki səfərinə gəldikdə isə bu səfərə müxtəlif münasibət və yanaşma var. Azərbaycanın Rusiyadakı səfirinin Ermənistana və Dağlıq Qarabağa getməsi yalnız dövlət başçısının göstərişi ilə mümkün ola bilər. Çünki səfirin bu cür səfərlər etməsinə ixtiyarı yoxdur.

Digər məsələ ondan ibarətdir ki, bu səfər bəzi sualları meydana gətirdi. Əgər belə bir səfər mümkün idisə, onda niyə Azərbaycan hakimiyyəti rəsmi Ankaranın Ermənistanla ilişki qurmaq istiqamətindəki addımlarına ciddi təpki göstərdi?

O ki qaldı Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan və Dağlıq Qarabağa səfərinə, inanmıram ki, bu səfər h.ısa bir nəticə versin. Bu cür səfər iki il qabaq da olub.

Amma bir şeyi qeyd etmək lazımdır ki, son zamanlar dövlət başçıları səviyyəsində Qarabağ nizamlanması ilə bağlı fəallıq müşahidə olunur. Bildiyiniz kimi dünən KİV-lərdə Türkiyə və ABŞ prezidentlərinin telefon danışığı zamanı Qarabağ probleminin müzakirə edildiyinə dair məlumat yayıldı. Bu, çox önəmli məsələdir. Bu o deməkdir ki, Qarabağ nizamlanmasında fəallıqdan başqa h.ısa real məsələlər var.

Təəssüflər ki, Azərbaycan xarici siyasətini q.lı .rır. Qarabağ danışıqları ilə bağlı cəmiyyətə dəqiq informasiya verilmir. Orada nələrin müzakirə edildiyini biz yalnız mülahizələr əsasında qura bilirik. Gah deyirlər ki, danışıqlar Madrid prinsipləri üzərində .rılır, gah da deyirlər ki, referendum məsələsi müzakirə mövzusu deyil. Bu da düzgün deyil. Bu günlərdə dövlət başçısının «Vesti» kanalına müsahibə verdiyini eşitdim. Orada belə bir söz işlədildi ki, ilkin mərhələdə 5 rayon qaytarılır, 5 ildən sonra Gəlbəcərlə Laçın azad olunur, Dağlıq Qarabağın statusu məsələsi isə gələcəyin söhbətidir. Niyə? Bax bu müəmmalı qalır. Məlum olduğu kimi, Serj Sarkisyan dəfələrlə bəyan edib ki, «biz Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmürük. O biri rayonları da ancaq Dağlıq Qarabağın statusunun müqabilində azad edə bilərik». Bu isə onu göstərir ki, Ermənistan və Azərbaycanın mövqeləri kəskin zidiyyət təşkil edir.

- Bakıya səfər edən Ermənistan nümayəndə heyətində yer almış qondarma Xankəndi rejimi nümayəndəsinin Azərbaycan rəsmiləri ilə görüşlərdə iştirakını erməni mətbuatı Dağlıq Qarabağın tərəf qismində qəbul edilməsi kimi təqdim etməyə çalışdı. Bu haqda nə deyə bilərsiz?

- Bu, belə deyil. Burada bir yanlışlıq var. Bu, sadəcə erməni mətbuatının təbliğatının tərkib hissəsidir. Bilirsiz ki, bizim səfir gedib qondarma Dağlıq Qarabağ respublikasının rəhbəri ilə görüşüb. Bax, bu, normal deyil. Çox səhv addım idi, xüsusən də dövlətçiliyimiz nöqteyi-nəzərindən. Azərbaycanın rəsmi nümayəndəsi gedib qondarma respublikanın lideri ilə görüşürsə, əlbəttə ki, bu, yanlış addımdır.

- Dövlət başçısının Rusiya telekanalına müsahibəsindən bəlli olur ki, saziş imzal.a, beş il müddətinə erməni qoşunları Kəlbəcər və Laçında qalacaq. Onlar orada kimin təhlükəsizliyini təmin edəcək?

- Birincisi, bu planın həyata keçəcəyinə inanmıram. Məlum olduğu kimi, Ermənistanda həm hakimiyyət, həm müxalifət vahid mövqedən çıxış edir. Onlar bir ağızdan deyir ki, işğal altında olan rayonlarımızı yalnız Dağlıq Qarabağın müstəqilliyinin tanınacağı halda qaytaracaqlar. Bu gün də eyni sözü deyirlər. Ona görə də bir çox məqamlar başa düşülən deyil. Əgər həqiqətən də biz bu gün məğlubiyyət üzərindəki sülh sazişinə hazırlıq görürüksə, onda bu, bizim faciəmizdir. Mən bunu istisna etmirəm. Çünki referendum söhbəti varsa, bu da ola bilər.

- Düşünmürsünüz ki, Rusiya bu məsələdə ermənilərə hər h.ı təzyiq etsin?

- Ermənistan Rusiyanın forpostudur. Rusiya bu münaqişədə böyük rol oynadı, çox böyük. Ermənilərə Moskvanın təzyiq göstərəcəyinə inanmıram. Azərbaycana isə ruslar təzyiq göstərə bilər. Amma Ermənistana yox, çünki Ermənistan onların yaxın müttəfiqidir.

- Prezidentlərin növbəti görüşündən nə gözləyirsiz?

- Yenə də deyirəm: əgər ortada referendum söhbəti varsa, onda vay Azərbaycanın gününə. Görüşlər çox olub, ancaq hələ ki, ortada heç bir nəticə yoxdur.

- Əgər prezident olsaydınız, hazırkı şərtlər nəzərə alınmaqla, Dağlıq Qarabağ münaqişəsini necə həll etməyə çalışardınız?

- Bu, bir sıra məsələlərdən asılıdır. Onlardan biri Cənubi Qafqazdakı geosiyasi konsensusdur. Bu gün burada Rusiya ilə Qərbin maraqları toqquşur. Belə olan halda isə regionda sabitlik qeyri-mümkündür. Lakin əlimizdə önəmli «kartlar» var. Yəni neft-qaz amilini nəzərdə tuturam. Əgər bunu Qarabağ məsələsi ilə bağlasaydıq, daha yaxşı nəticə əldə edə bilərdik.

- Yəni demək istəyirsiz ki, strategiya düzgün seçilməyib?

- Bunun əmması var. Bu günlərdə Rusiya ilə qaz müqaviləsi bağlandı. Lakin bizim əsas məqamlardan xəbərimiz yoxdur. Bilirəm ki, əsas məsələləri mətbuata açıqlamırlar. Həmişə belə olub. Mətbuata ümumi sözlər deyirlər. Ona görə bu gün bilmirik ki, bu sazişin arxasında nə durur. Şəxsən mən prezident olsaydım, sözsüz ki, belə bir sazişə qol çəkməkdən öncə Dağlıq Qarabağı düşünüb sonra qol çəkərdim. Yəni əlimizdə olan «kartları» bu məsələyə yönəldərdim.

- Münaqişənin hərbi yolla variantı istisna edirsinizmi?

- Hərb variantı həmişə qalır. Güclü tərəflə həmişə hesablaşırlar.

- Qonşu dövlət də hərbi hazırlığı yüksək səviyyəyə gətirib çıxarmışdı. Ancaq 2008-ci ilin avqust hadisələri göstərdi ki, Rusiya h.ı addımlar ata bilər.

- Axı mən bayaq dedim ki, Qərbin Rusiya ilə geosiyasi konsensusu lazımdır. Əsas məsələ budur.

- Deməli oturub gözləməliyik bu konsensus nə vaxt əldə olunacaq?

- Xeyr, gözləmək lazım deyil. Hər gün bunun üzərində işləmək lazımdır. Əlimizdə olan kartlardan istifadə etmək lazımdır ki, bu konsensus yar.ın.

İlham SULTANOV /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Fövqəl güclər radikal islam ideologiyasına qarşı birləşdilərtaliban11.jpgVəfa Quluzadə: "Ruslar bilir ki, Amerika Əfqanıstanda məğlub olsa, taliblər Orta Asiyanı dağıdacaqlar"

"Barak Obamanın Moskvaya səfəri ABŞ-la Rusiya arasındakı bir sıra müqavilələrin imzalanması ilə nəticələndi. Onlardan biri NATO hərbi yüklərinin Rusiya ərazisi ilə Əfqanıstana daşınmasını nəzərdə tutan sazişdir. Məsələ ilə bağlı ilkin razılıq Rusiya-NATO Şurasının qeyri-rəsmi toplantısında əldə edilsə də, rəsmi imzalanma Ağ ev rəhbərinin Moskvaya səfəri zamanı baş tutdu. Bununla da Rusiya Qərblə, daha doğru desək NATO ilə əməkdaşlığı bərpa etmiş oldu.

2008-ci il avqust hadisələrindən sonra əlaqələrini dayandıran Rusiya ilə NATO-nun belə bir addım atmağa nə vadar edib? Bu sövdələşmənin bağlanması üçün tərəflər h.ı güzəştlərə getməyə razı olub? Bu suallara birmənalı cavablar vermək müşkül olsa belə, müəyyən fərziyyələr irəli sürmək mümkündür. Proseslərin təhlili göstərir ki, Qərbi hazırda ciddi narahat edən məsələlərdən biri Əfqanıstan və Pakistanda baş verənlərdir. «Taliban» hərəkatının Əfqanıstanda fəallaşması NATO qüvvələrinin bu ölkədə ciddi çətinliklərlə üzləşdiyinə dəlalət edir. Faktiki olaraq bu, koalisiya qüvvələrinin islamçılar qarşısında aciz qaldığını göstərir. Taliblərin bu regionda möhkəmlənməsi isə böyük fəsadlara gətirib çıxara biləcəyini Vaşinqtonda bilməmiş deyillər. Hər halda Obama administrasiyası bu faktorun nüvə silahına malik Pakistan üçün nə dərəcədə təhlükəli olduğunu gözəl başa düşür. Bu üzdən də amerikalılar çıxış yolu kimi Moskva ilə əməkdaşlığın bərpasında gördülər. Əks halda koalisiya qüvvələrinin Əfqanıstanda böyük çətinliklərlə üzləşəcəyini qaçılmaz idi.

Rusiyaya gəldikdə isə Moskvanın bu sazişlə Vaşinqtona güzəştə getdiyini söyləmək çətindir. Halbuki ilkin təəssüratlar məhz «amerikalılar rusların «ayağına» gəldilər» deməyə əsas verirdi. Radikal islamçılardan çəkinən Orta Asiya respublikalarının Əfqanıstanla coğrafi yağınlığını nəzərə alan Moskva Amerikanın təklifini qəbul etməyə bilməzdi. Hər halda taliblərin Əfqanıstanda möhkəmlənməsi geci-tezi Tacikistan və Özbəkistanda islamçı qruplaşmalarının fəallaşmasına gətirib çıxaracaqdı.

Məsələyə münasibətini açıqlayan politoloq Vəfa Quluzadə isə Rusiyanın bu məsələdə başqa çıxış yolunun qalmadığını düşünür. Onun fikrincə, Moskva NATO yüklərinin öz ərazisi ilə Əfqanıstana daşınması məsələsində razılıq vermək məcburiyyətində idi. «Çünki Rusiyanın özü Əfqanıstandakı «Taliban» hərəkatından çəkinir. Əgər Amerika Əfqanıstanda məğlubiyyətə düçar olsa, bu, Rusiya üçün təhlükəli olacaq. Ona görə ki, taliblər Orta Asiyanı dağıdacaqlar. Ruslar da bunu gözəl bilirlər. Hələ o vaxt MDB sammitlərinin birində Boris Yeltsinin Əfqanıstandakı islamçı hərəkatından necə çəkindiyinin şahidi olmuşam», - deyə o vurğulayıb.

Rusiya ilə ABŞ arasında əldə olunan razılaşmadan kimin daha çox dividend qazanacağına gəldikdə isə Quluzadə burada hər h.ı pərdəarxası amillərin olmadığını qeyd edib. Onun sözlərinə görə, buna görə Amerika ruslara sadəcə pul ödəyəcək.

Bu arada Qırğızıstan prezidentinin Manas aviabazasından amerikalıların istifadə etməsinə icazə verən sənədə qol çəkdiyi məlum olub. Rusiyadan aldıqları iki milyard dollarlıq kredit əvəzinə ABŞ hərbçilərinə «yox» deyən qırğızların qəflətən mövqelərini dəyişməsi bir daha göstərdi ki, fövqəl dövlətlərin bir-biri ilə anlaşması prinsipial görünən məsələlərin qısa müddətdə həllinə necə təkan verə bilər.

İlham SULTANOV /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar çox ləng gedir"elmar_memmedyar_03_06_09.jpgElmar Məmmədyarov hesab edir ki, mövqelərin yaxınlaşmasında hələ ki, çətinliklər var

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar çox ləng gedir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda diplomatik xidmətin 90 iliyinə həsr olunan "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" adlı beynəlxalq konfr.da bildirib.

“Dağlıq Qarabağ problemi çox vacib və çətin məsələdir. Çox istərdim deyəm ki, bu danışıqlar heç olmasa, orta sürətlə gedir, amma etiraf etməliyəm ki, çox ləng gedir”, -deyə Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Praqa prosesi başlanandan keçən 5 il ərzində çox nailiyyət əldə etməmişik. Mövqelərin yaxınlaşmasında hələ ki, çətinliklər var. Amma əsas odur ki, danışıqlar irəliyə gedir.

Erməni həmkarımla mütəmadi olaraq görüşlər keçirdiyini bildirən XİN rəhbəri Azərbaycanın mövqeyi dəyişməz olaraq qaldığını da qeyd edib.

“Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən çıxmalı, torpaqlar azad olunmalı, məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır”, - deyə nazir bildirib.

E. Məmmədyarov vurğulayıb ki, Dağlıq Qarabağ problemi ilə bağlı hazırki "status-kvo"su qeyri-kafidir, bunu Ermənistan özü də başa düşür. Azərbaycan bu "status-kvo" ilə heç vaxt razılaşmayacaq.

XİN rəhbəri onu da bildirib ki, Azərbaycan müstəqilliyinə Dağlıq Qarabağ münaqişəsi ilə daxil olub, bu isə yeni müstəqillik qazanan ölkənin inkişafına böyük zərbədir.

E. Məmmədyarov Azərbaycan xarici siyasətinin əsas prioritetini problemin həlli təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycanda diplomatik xidmətin 90 iliyinə həsr olunan "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" adlı beynəlxalq konfr. keçirilib. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri və ölkəmizin xaricdəki səfirləri iştirak edib.

Konfr.a sədrlik edən xarici işlər nazirinin müavini Hafiz Paşayev 90 il əvvəl şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, bu dövlətin diplomatik xidmətinin əsaslarının qoyduğunu bildirib. /. TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistan prezidenti maraqlı və yeni faktlar səsləndiribsarkisyan084.jpgSerj Sarikisyan etiraf edib ki, işğal etdikləri ərazilər ermənilərə aid deyil

Ermənistan prezidenti Serj Sarkisyan azərbaycanlı ziyalılarla görüşdə maraqlı və ölkə ictimayyəti üçün yeni faktlar səsləndirib. Erməni lideri etiraf edib ki, işğal etdikləri ərazi onlara aid deyil.

«Mən bilirəm ki, xalqlarımız arasında böyük problemlər var. 100 faiz həm Azərbaycan, həm də erməni xalqı istəyir ki, bu problemlər həll olunsun. Mən həm 1993, 1995, 1998 və 2002-ci illərdə də deyirdim ki, Ağdam bizim olmayıb. Bunu onda da anlayırdım. İndi də anlayıram», - deyə Serj Sarkisyan bu kəlmələri Azərbaycan nümayəndə heyəti ilə İrəvanda keçirdiyi görüşdə deyib.

Ermənistan prezidentinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi yeni fikirlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu münasibət açıqlayıb.

Görüşdə özü də iştirak edən və bu səfərin təşkilatçılarından biri olan Bülbüloğlunun sözlərinə görə, Serj Sarkisyan digər məqamlara da toxunub: «Çox maraqlı məsələlərdən birinci o idi ki, münaqişə sülhlə həll olunmalıdır. 15 ildir gedən danışıqlar 15 gün gedən müharibədən yaxşıdır. Sarkisyan həmçinin etiraf edib ki, işğal etdikləri ərazi onlara aid deyil".

Polad Bülbüloğlunun fikrincə, bu fakt Dağlıq Qarabağ və İrəvana azərbaycanlı deputatların səfər etməsinin əhəmiyyətinin ən nümunəvi göstəricisidir. Çünki indiyə qədər biz Serj Sarksiyanın dilindən belə fikirlər eşitməmişik. Bülbüloğlunun sözlərinə görə, Ermənistan prezidenti görüşdə digər etiraflar da edib: «Deyib ki, hər iki tərəfin ədalətli qərarlar verməsi lazımdır, amma hər kəsin ədalətli qərarı özünə görədir».

Serj Sarkisyan Azərbaycanda 30 minə yaxın erməninin yaşaması faktını da təsdiq edib.

Bundan başqa Polad Bülbüloğlu bildirib ki, artıq ikinci dəfədir ki, reallaşdırılan səfərlərin prezidentin verəcəyi qərarlara aidiyyatı yoxdur: "Prezident deyir ki, danışıqlar nəticə verməsə, onda biz ayrı yolu seçəcəyik. O siyasət tamam başqa, bizim səfərimiz isə ayrıdır".

Səfərin təşkilatçılarından olan Polad Bülbüloğlu səfər ərəfəsi və sonrası həm kütləvi informasiya vasitələrində, həm də cəmiyyətdə yaranan bəzi neqativ yanaşmalara da münasibət bildirib: «Bizi tənqid edənlərə demək istəyirəm ki, onlar bizim vətəndaşlarımızdır. Biz əgər bir yerdə yaşamaq istəyiriksə, onda gedib onların halını soruşmalıyıq».

Politoloq Eldar Namazov isə Dağlıq Qarabağ danışıqlarının indiki mərhələsində erməni rəhbərindən belə bəyənatın gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, vaxtı ilə Ermənstan xarici işlər naziri olmuş Vardan Oskanyan da Dağlaq Qarabağ əhalisinə xitabən bildirmişdi ki, işğal olunmuş ərazilərdən çıxmaq lazımdır.

Namazovun sözlərinə görə, münaqişənin mərhələli həll olunacağını və işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılacağını dünya ictimaiyyəti də, Ermənistan da yaxşı bilir. Belə bəyanatlar isə Ermənistan ictimaiyyətini Azərbaycan torpaqlarını işğaldan azad etmək prosesinə hazırlıq məqsədi daşıyır. /. TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Çerkizov bazarında kütləvi həbslər başlanıbCerkizov%20bazari%2007_07_09.jpgBazarının bağlanmasına etiraz edən 80-ə çinlinin məhkəmənin qərarı ilə ölkədən çıxarılmasına qərar verilib

Bu gün səhər Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşlarının Çerkizov bazarında .rdıqları reydlər zamanı təqribən 150 nəfərə kimi qeyri-qanuni yataqxanalarda yaşayan Çin vətəndaşı həbs edilib. . PRESS "Lenta.ru" saytına istinadən xəbər verir ki, yoxlama zamanı 50-ə yaxın saxlanılan şəxsin viza müddətinin bitdiyi məlum olub.

Daha bir məlumata görə isə Çerkizov bazarının bağlanmasına etiraz məqsədilə aksiya keçirən 80-ə yaxın çinlinin departasiya edilməsi barədə qərar verilib. Xatırladaq ki, ötən gün Moskavada bazarın bağlanmasına etiraz olaraq aksiya keçirilib və Şelkov şosesində nəqliyyatın hərəkətini dayandırılıb. Daha sonra milis aksiyanın qarşısını alıb.

Xatırladaq ki, Moskvanın ən iri bazarlarından sayılan Çerkizov bazarında yoxlamalar hələ də davam etdirilir. Belə ki, reydlər zamanı insan sağlamlığına zərər vura biləcək qaçaq yolla gətirilmiş müxtəlif məhsullar aşkarlanıb. Məhkəmənin qərarı ilə 2009-cu il iyunun 29-da Çerkizov bazarının fəaliyyəti qeyri- müəyyən müddətə dayandırılıb./. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblərhemsedrler_07_07_09.jpgGörüşdə xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Novosti-Armenia-nın verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin səviyyəsi və Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıqla bağlı suallar müzakirə olunub.

Görüşdə xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.

İrəvandakı danışıqları başa vuran ATƏT-in Minsk Qrupu həmsədrləri oradan Bakıya gələcəklər. Onların Bakıdakı rəsmi görüşlərinin iyulun 10-da baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün iyulun 17-18-də Moskvada Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışları çərçivəsində keçiriləcəyi gözlənilir. Bu, İlham Əliyev və Serj Sarkisyanın 6-cı, ümumilikdə Azərbaycan və Ermənistan prezidentləri arasında isə keçirilən 23-cü görüş olacaq. /. PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistan Türkiyəyə öz şərtlərini kənara qoymağı təklif edirturkiye-ermenistan-07_07_09.jpgParlamentin sədri O.Abramyan ölkələr arasındakı münasibətlərin qondarma erməni soyqırımı ilə əlaqəsi olmadığını iddia edir

"Qondarma erməni soyqırımı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı deyil." Novosti-Armenia-nın verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin sədri Ovik Abramyan Fr.ada erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.

"Bizim siyasətimiz və Türkiyə -Ermənistan münasibətlərinin nizamlanması üzrə atılan addımların qondarma erməni soyqırımı ilə əlaqəsi yoxdur. Bu məsələ müzakirə və xüsusilə də sövdələşmə obyekti deyil", - deyə Abramyan bildirib.

Spiker hesab edir ki, indi Türkiyə və Ermənistan öz tarixləri ilə üz-üzə dayanmalıdırlar. Ermənistan, Türkiyəyə öz şərtlərini kənara qoymağı və qonşusu ilə yaxşı münasibət yaratmağı təklif edir.

"Biz bir-birimizə yaxın yaşayırıq və verdiyimiz itkiləri unutmuruq. Amma məhz bu şərait və yaxınlıqda yaşamağımız bizə tarixə üstün gəlməyə istək və həvəs yaratmalıdır", - deyə Abramyan bildirib

Onun sözlərinə görə, indi Ermənistan Türkiyədən müsbət cavab gözləyir. /. PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bernar Fasye: "Tərəflər Qarabağ münaqişəsinin həll anının yaxınlaşması üçün cəhd göstərir"bernar%20fasye084.jpg ATƏT-in Minsk qrupunun həmsədri İrəvandakı görüşlərin çox konstruktiv keçdiyini bildirib

Regiona səfərləri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza, Bernar Fasye, Yuri Merzlyakov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Bakıya gəliblər. Hava limanında jurnalistlərə açıqlama verən fransalı həmsədr Bernar Fasye sabah Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklərini deyib. Bu gün isə həmsədrlər öz aralarında məsləhətləşmələr .racaqlar.

Fransalı həmsədr Bernar Fasye Ermənistandakı görüşlərin çox konstruktiv keçdiyini bildirib: «Əhval-ruhiyyə yaxşılaşır. Hər iki ölkənin prezidenti və nazirləri prosesə çox ciddi və konstruktiv yanaşırlar. Hər iki tərəf münaqişənin həll anının yaxınlaşması üçün cəhd edir. Biz il yarım əvvəl kağızda əks olunmuş prinsipləri təklif etmişik. Bu da danışıqların baza hissəsini təşkil edir. Bu prinsiplərin hamısı nə vaxtsa prezidentlər tərəfindən qəbul olunsa, bu, artıq həlledici olacaq. Bundan sonra isə başqa mərhələ başlayacaq».

Qeyd edək ki, həmsədrlər Bakıya İrəvandan gəliblər. İrəvanda onlar Ermənistan prezidenti Serj Sarkqsyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Bakıda görüşləri başa vurduqdan sonra həmsədrlər yenidən Ermənistana qayıdacaqlar. /ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Elmar Məmmədyarov: "Azərbaycanlılar doğma torpaqlarına qayıtmamış Dağlıq Qarabağın statusunu necə müəyyənləşdirə bilərik?"Elmar_Mammadyarov1.jpg Azərbaycan XİN başcısının sözlərinə görə, Dağlıq Qarabağın statusunu erməni və Azərbaycan icmaları müəyyənləşdirəcəklər

Prezidentlərin Moskva görüşündə XİN rəhbələri iştirak etməyəcək. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağın statusu məsələsinə münasibət bildirərək bunun yalnız Azərbaycanın məcburi köçkünlərinin öz torpaqlarına qayıtdıqdan sonra müzakirə mövzusu ola biləcəyini qeyd edib. Nazirin sözlərinə görə, bunun üçün ilk növbədə müəyyən şərtlər yerinə yetirilməlidir.

«Status doğurdan da önəmlidir. Heç kəs demir ki, status önəmli deyil. İşğal olunmuş torpaqda, azərbaycanlılar doğma torpağa qayıtmamış statusu necə müəyyənləşdirə bilərik? Ona görə də o da danışıqların bir hissəsidir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar geri qayıtmalıdır və orada erməni icması Azərbaycan icması ilə birlikdə hansısa bir status müəyyənləşdirəcəklər. Öz müqəddəratını təyin etmək o demək deyil ki, sən kiminsə ərazi bütövlüyünü pozasan»,- deyə nazir E.Məmmədyarov vurğulayıb.

Nazir həmçinin NATO-nun növbəti toplantısında Azərbaycanın hansı səviyyədə iştirak edəcəyini də açıqlayıb: «Brüsseldə iyulun 5-də növbəti görüş keçiriləcək. Burada mən iştirak edəcəyəm, Müdafiə Nazirliyindən nümayəndələ, sərhədçilər, Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri gələcək. Bu, növbəti görüşdür. Belə görüş hər il keçirilir". /ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmsədrlər Moskvada çərçivə sazişinin imzalanmasının mümkün olmadığını deyirlərHemsedrlar.jpg Metyu Brayza: "Prezidentlərin nə bəyan edəcəkləri və nə haqda bəyanat verəcəklərini gözləyək"

ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza, Bernar Fasye, Yuri Merzlyakov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistandan Bakıya gəliblər. Jurnalistlərə müsahibəsində fransalı həmsədr Bernar Fasye deyib ki, onlar sabah Bakıda Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər. Bu gün isə məsləhətləşmələr .racaqlarını deyən Bernar Fasye, sabah günün ikinci yarısında mətbuat konfransı keçirəcəklərini bildirib.

Fransalı diplomat Ermənistandakı görüşlərini çox konstruktiv adlandırıb. Həmsədrlər həmçinin görüşün iyulun 17-nə planlaşdırıldığını da deyiblər. Onlar Ermənistan prezidentinin görüşə razılıq verdiyini, Azərbaycan prezidentinin də razılığını gözlədiklərini söyləyiblər.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza isə bildrib ki, prezidentlərin qarşıdakı Moskva görüşündə çərçivə sazişinin imzalanması mümkün deyil: "Yaxşısı budur ki, prezidentlərin nə bəyan edəcəkləri və nə haqda bəyanat verəcəklərini gözləyək. Ümid edirəm ki, prezidentlərimiz proqressin olduğu barədə öz fikirlərini bildirəcəklər. Biz istərdik ki, Azərbaycan və Ermənistan prezidentləri ilə öz əməkdaşlığımızı dərinləşdirək. Dostum Fasyenin bildirdiyi kimi İrəvandakı əhval-rühiyyə yaxşılaşır. Bunun bu dərəcəyə qədər çatması prezident İlham Əliyevin bəyanatı ilə əlaqədardır. Və mən düşünürəm ki, bu bəyanat burada Azərbaycanda çərçivə sənədinin imzalanmasına əhalinin razı salınması üçün zəmin ola bilər". /ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakı və İrəvana Dağlıq Qarabağ üzrə yeni təkliflər variantı təqdim olunacaq lhamMedvedSarqsyan.jpg Həmsədrlərə Madrid sənədinin yenilənmiş variantını təqdim etmək tapşırılıb

Rusiya, ABŞ və Fransa Bakı və İrəvana Dağlıq Qarabağ üzrə son təkliflərin yenilənmiş variantını təqdim edəcək. ANS PRESS-in "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə üç ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatında bildirilir.

"Biz vasitəçilərimizə Azərbaycan və Ermənistan prezidentlərinə 2007-ci il 29 noyabr tarixli Madrid sənədinin yenilənmiş variantını təqdim etməyi tapşırmışıq", - deyə Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatında bildirilir.

"Biz Azərbaycan və Ermənistan prezidentlərini aralarında mövcud olan bəzi fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli nizamlanma planının tərkibini təşkil edən bu əsas prinsiplərin razılaşdırılmasını başa çatdırmağa çağırırıq", - deyə Akvildə qəbul olunan birgə bəyanatda bildirilir.

Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozi öz bəyanatlarında "Dağlıq Qarabağ münaqişəsinin əsas nizamlanma prinsiplərinin onlar tərəfindən razılaşdırılmasının başa çatdırılmasında Azərbaycan və Ermənistan rəhbərlərinə dəstək göstərmək" öhdəliklərini təsdiq ediblər. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Dmitri Medvedev G8 sammitində kefli olub? (FOTOSESSİYA)medvedev-kefli.jpg "Böyük səkkizlik" sammiti zamanı "Frans Press" agentliyinin fotoqrafı onun bir neçə qəribə fotosunu çəkib

İtaliyanın Akvila şəhərində "Böyük səkkizlik" sammiti zamanı "Frans Press" agentliyinin fotoqrafı Dmitri Medvedevin bir neçə qəribə fotosunu çəkib. Fotolara baxarkən Rusiya prezidenti ayıq görünmür. ANS PRESS, RİA "Novıy reqion"-a istinadən xəbər verir ki, fotolar sammitin açılış günündə binanın çıxışında çəkilib.

Fotolarda İtaliyanın baş naziri Silvio Berluskoni, üzündə köməksizlik ifadəsi olan Rusiya prezidenti Dmitri Medvedevin çiyinlərindən tutur, Fransa prezidenti Nikola Sarkozi isə şübhəli şəkildə onlara doğru əyilir. Rusiya prezidentinin ayaqları isə qarışıq fiqurlar cızır. Arxa planda isə Almaniyanın kansleri Angela Merkel, təəccüblə baş verənləri izləyir.

Rusiya prezidentinin dəftərxanası isə fotoları şərh etməyib.

medvedev_pyaniy1.jpg

medvedev_pyaniy3.jpg

medvedev_pyaniy2.jpg

Canee) :wacko:

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İ. Ə. Serj Sarkisyanla görüşə razılıq verdi ilham_eliyev21.jpg Bu barədə məlumatı Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov verib

Azərbaycan prezidenti İ. Ə. Ermənistan prezidenti Serj Sarkisyan ilə iyulun 17-də Moskvada görüşməyə razılıq verib. Bu barədə məlumatı ATƏT-in Minsk qurupunun rusiyalı həmsədri Yuri Merzlyakov verib. “Biz ümid edirik ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında finiş nöqtəsinə çıxmağa kömək edəcək”, - deyə rusiyalı həmsədr bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, həmsədrlər hər iki prezidentlə görüşdən razı qalıblar. “Prezidentlərlə müzakirələr dolğun və konstruktiv keçib. Hər iki prezident növbəti görüşdən nəticə əldə etmək istəyir», - deyə Merzlyakov bildirib.

Fransalı həmsədr Bernar Fasye isə prezidentlər İ. Ə. və Serj Sarkisyanın 17 iyul görüşünün danışıqların bu mərhələsini bitirib, yeni müzakirə mövzusu açmağa kömək edəcəyinə ümid etdiyini vurğulayıb. «Biz ümid edir ki, prezidentllərdən ilin sonuna kimi nizamlanmanın baza prinsiplərinə aid razılıq əldə edcəyik. Onda bu əsl irəliləyiş olacaq. Bu irəliləyiş gələn ildən prinsiplərin baza razılaşmasına çevriləcəyinə şərait yaradacaq»./ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Gürcüstanda "Borçalı türklərinin elat mədəniyyəti günü" qeyd olunacaqborcali_03783.jpg Tədbirin Gürcüstanda qeyd edilməsinə Mixail Saakaşvili səviyyəsində razılıq verilib

“Borçalı” cəmiyyəti iyulun 26-da Gürcüstanda keçiriləcək “Borçalı türklərinin elat mədəniyyəti günü” ilə bağlı hazırlıqları başa vurub. Bu xəbər Turana adı çəkilən qurumdan daxil olub.

Xəbərə görə, tədbirin Gürcüstanda qeyd edilməsinə Gürcüstan prezidenti Mixail Saakaşvili səviyyəsində razılıq verilib. “Məqsəd və amalımız iki xalq arasında dostluğun möhkəmlənməsinə, etimadsızlığı aradan qaldırmağa və Gürcüstan azərbaycanlılarının problemlərini həll etməyə nail olmaqdır”, - deyə xəbərdə tədbirin mahiyyətinə toxunulur.

Tədbirə qatılanların iyulun 25-də səhər saat 7:00-da “Bibiheybət” məscidinin yanından “Dostluq karvanı” avtobusları ilə Gürcüstana yola düşməsi, iyulun 26-da səhər Dmanisi rayonunda yaylağa qalxmaq mərasimilə tədbirlərə start verilməsi və elə həmin gün axşam arana enməklə tədbirin sona çatması nəzərdə tutulur./Turan/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistanda siyasi böhran davam edirtiqran10_07_09.jpg Eks-spiker Tiqran Torosyan AŞPA qətnamələrinin tam yerinə yetirilmədiyini bildirib

“Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Ermənistanla bağlı qəbul etdiyi qətnamə ölkədə siyasi böhranın davam etdiyini göstərir”. “Novosti-Armenia”nın məlumatına görə, bu barədə Ermənistan Parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının üzvü, eks-spiker Tiqran Torosyan bildirib.

“AŞPA qətnaməsi göstərir ki, Ermənistanda siyasi böhran hələ də davam edir və bundan əvvəlki qətnamələr bu böhranı aradan qaldırmaq üçün bir növ yol xəritəsi hesab oluna bilər”, - deyə Torosyan bildirib.

Torosyan beynəlxalq təşkilatların sənədlərinin Ermənistanda lazımi formada qəbul olunmadığını və indiyədək Assambleyanın qəbul etdiyi qətnamələrin tam yerinə yetirilmədiyini də qeyd edib.

Onun sözlərinə görə, ölkədəki siyasi böhranı aradan götürmək üçün Ermənistan Avropa Şurasının üzvü kimi qətnamədə qoyulmuş məsələləri həyata keçirməlidir.

Eks-spiker onu da qeyd edib ki, heç bir beynəlxalq təşkilat bu və ya digər ölkənin problemini həll etmir, sadəcə ona problemlərini görməyə kömək edir. Amma problemin həlli ölkənin özündən asılıdır. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün Bakının bəzi rayonlarına suyun verilməsi qismən məhdudlaşdırılacaqsu-kran-09-07.jpg Bunun səbəbi, yeni metro tunellərinin tikintisi ilə əlaqədar su borularının ərazidən bir qədər kənarlaşdırılmasıdır

Bu gün paytaxtın bir sıra rayonlarının, əsasən Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə suyun verilməsi qismən məhdudlaşdırılacaq. Bu zərurət Bakı metropoliteninin 3-cü növbəsinin şimal sahəsinə daxil olan "Azadlıq prospekti" ilə "M.Müşfiq" stansiyaları arasında tunellərin tikintisi ilə əlaqədar, "Azərsu" Səhmdar Cəmiyyətinə məxsus diametri 900, 500, 200 mm olan su borularının ərazidən bir qədər kənarlaşdırılmasıdır. Elə bu səbəbdən də artıq bir neçə gündür metropolitenin əməkdaşları ilə birgə "Azərsu" ASC-nin nümayəndələri boruların yerdəyişmə prosesini davam etdirərək ərazidə söküntü işləri .rır. Belə ki, yeni su xətləri əraziyə gətirilərək quraşdırılıb. Köhnə xəttlər isə yeniləri ilə əvəzlənəcəyi günü gözləyir. "Azərsu"dan verilən məlumata görə su təhcizatının gecə saatlarında bərpa edilməsi gözlənilir. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əfqanıstan və Pakistanda döyüşən 13 azərbaycanlının məhkəməsi başlayıbAgir_Cinayetler_Mehkeme.jpg Dəstə üzvləri Azərbaycan sülhməramlılarına qarşı da döyüşüblər

Ağır Cinayətlərə İşlər üzrə Məhkəmədə Əfqanıstan və Pakistanda qanunsuz silahlı birləşmələrdə ABŞ-la müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

АНС PRESS-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə bu gün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Cinayət işi üzrə Şakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilov təqsirləndirilirlər.

Dəstə üzvləri 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək düşərgələrdə hərbi təlimlər keçiblər. Həmin ölkələrdə azərbaycanlı sülhməramlının daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Onlar ötən ilin sonunda həbs ediliblər.

Həbs edilənlər Azərbaycan CM-nin 12-ci (cinayət qanununun Azərbaycan ərazisindən kənarda törətdiklən cinayətlərə görə qüvvəsi), 279.1 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318.1, 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) üzrə ittiham olunurlar.

Məhkəmə baxışı iyulun 16-na təyin olunub.

Anar Məmmədov /ANS PRESS

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ səfirliyi Hacızadə və Millinin işi ilə bağlı bəyanat yayıbBayraq_USA1.jpg Bəyanatda deyilir ki, adı çəkilən şəxslər naməlum şəxslər tərəfindən basqına məruz qalıb

ABŞ səfirliyi gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı bəyanatla çıxış edib. Səfirliyin bəyanatında deyilir ki, adı çəkilən şəxslər naməlum şəxslər tərəfindən basqına məruz qalıb, saxlanılıb və istintaqa cəlb ediliblər. Eyni zamanda, onlara hücum edənlər sərbəst buraxılıb. «Biz həmçinin polisin vəkilləri onların yanına buraxmamasından və adekvat tibbi yardım göstərməməsindən narahatıq».

Bu məsələlər Azərbaycan hakimiyyəti və hüquq-mühafizə orqanları qarşısında qaldırılıb. «Biz bu istiqamətdə işi davam etdirəcəyik və Azərbaycan hakimiyyətini Hacızadə və Millini zəruri hüquqi və tibbi yardımla təmin etməyə çağırırıq. Biz həmçinin hakimiyyəti öz vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırırıq», deyə bəyanata qeyd edilib.

Xatırladaq ki, tanınmış politoloq Hikmət Hacızadənin oğlu, “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə və “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli barəsində Səbail rayon Məhkəməsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Hacızadə və E. Milli iyulun 8-də axşam Səbail rayonu ərazisində yerləşən “Lebanes” restoranında tanımadıqları şəxslərin hücumuna məruz qalıblar. Onlar hadisə ilə əlaqədar Səbail RPİ-nin 9-cu polis bölməsinə müraciət ediblər. Polis onları və onlara hücum edən iki şəxsi araşdırma üçün bölməyə .rsa da, A. Hacızadə ilə E. Millini saxlayıb, digər iki şəxsi isə sərbəst buraxıb.

Onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 221.2 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq .rılır. /Turan/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını Madrid prinsipləri çərçivəsində görürCeymsSteyenberq.jpg Ceyms Staynberq: "Yaxın həftələr ərzində irəliyə doğru addımlamaq üçün əlavə tədbirlər görülməsinin mümkün olduğuna ümid edirik"

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkünlüyünü "Madrid prinsipləri" əsasında görür". ANS PRESS-in "Novosti-Armeniya"ya istinadən verdiyi xəbərə görə, bu bəyanatla şənbə günü İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə birgə keçirilən mətbuat konfransında ABŞ Dövlət Katibinin birinci müavini Ceyms Staynberq çıxış edib.

"İrəvana səfərədək biz Azərbaycanda olduq və prezident İlham Əliyev ilə görüşdük. Biz ümid edirik ki, hər iki tərəf münaqişənin həlli yolüunu "Madrid prinsipləri" əsasında görür. Biz həmsədrlərin əsasında və Rusiya, ABŞ və Fransa prezidentlərinin bu yaxınlardakı bəyanatını nəzərə alaraq Ermənistan və Azərbaycan prezidentlərinin qarşıda Moskvada gözlənilən görüşündə irəliləyişlərin ələdə olunması üçün imkanlar görürük", - deyə Staynberq bəyan edib.

Staynberq əlavə edib ki, tərəqqinin davam etdirilməsinə qərarlılığın olması hiss edilir: "Düşünürəm ki, bu, konstruktiv yanaşmadır. Biz regionu hər iki tərəfin bu istiqamətdə ciddi məqsədlərinin olması hisslərilə tərk edirik və yaxın həftələr ərzində irəliyə doğru addımlamaq üçün əlavə tədbirlərin görülməsinin mümkün olduğuna ümid edirik". /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə XİN-i prezidentlərin Dağlıq Qarabağ bəyanatından məmnundurahmet_davutoglu_0489242.jpg Bu barədə nazirliyin yazılı açıqlamasında deyilir

Türkiyə Xarici İşlər Nazirliyi ATƏT Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Fransa və Rusiya dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsi barədə verdikləri bəyanatı məmnuniyyətlə qarşıladığını açıqlayıb. Türkiyə mətbuatının məlumatına görə, bu barədə nazirlikdən verilən yazılı açıqlamada bildirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, bu bəyanat ölkələrin xarici işlər nazirləri tərəfindən 2007-ci ilin noyabrında Madriddə Ermənistan və Azərbaycana təqdim edilmiş "Dağlıq Qarabağ Probleminin Həlli ilə bağlı baza prinsiplərinə əsaslanır.

"Hər iki tərəfin bu təməl prinsiplərə yanaşmasında fərqli nüansların olması təbiidir. Əhəmiyyətli olan, tərəflərin konstruktiv bir mövqedə olmasıdır. Həmsədrlərin məsələyə verdikləri əhəmiyyəti nəzərə alsaq, onlar bu təməl prinsiplər ətrafında görüşləri ən qısa zamanda tamamlamalı, istər Azərbaycan və Ermənistan, istərsə də bütün Cənub Qafqaz üçün illərdir qanayan bir yara olan bu münaqişəni sülhlə həll etməlidirlər", deyə yazılı açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanat veriblər. "Biz vasitəçilərimizə Azərbaycan və Ermənistan prezidentlərinə 2007-ci il 29 noyabr tarixli Madrid sənədinin yenilənmiş variantını təqdim etməyi tapşırmışıq", - deyə Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatında bildirilir.

Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozi öz bəyanatlarında "Dağlıq Qarabağ münaqişəsinin əsas nizamlanma prinsiplərinin onlar tərəfindən razılaşdırılmasının başa çatdırılmasında Azərbaycan və Ermənistan rəhbərlərinə dəstək göstərmək" öhdəliklərini təsdiq ediblər./ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ senatı separatçı rejimə yardım ayırmaqdan imtina edibkonqres_11_07_09.jpg Ermənistana ayrılan maliyyə yardımı isə azaldılıb

ABŞ Senatının Təxsisatlar Komitəsi 2010-cu maliyyə ili üçün xarici yardımlarla bağlı qanun layihəsini qəbul edib. Ermənistanın "Panarmenian" saytının məlumatına görə, layihənin "lehinə" 29, "əleyhinə" isə 1 senator səs verib.

Qanun layihəsində Ermənistana göstəriləcək yardımların miqdarı azaldılıb. Belə ki, ayrılan 30 milyon dollar ötən ilkindən 18 milyon azdır. Azərbaycana isə 22 milyon dollar ayrılacaq.

Separatçı Dağlıq Qarabağ rejiminə isə yardım edilməyəcək.

Amerikanın Erməni Assambleyasının icraçı katibi Brayn Arduni Senatda və Nümayəndələr Palatasında, Ermənistan və Dağlıq Qarabağa daha çox yardımın ayrılması üçün işlərin davan etdirələcəyini bildirib.

Məlumata görə, Azərbaycan və Ermənistana ayrılacaq hərbi yardımın həcmində paritet qorunacaq. 907-ci akta edilən düzəliş də qüvvədə qalıb.

Qanun layihəsi Nümayəndələr Palatası və Senatda müzakirə ediləcək. Sonra isə imzalanmaq üçün prezident Barak Obamaya göndəriləcək. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ dövlət katibinin müavini: "Ola bilsin ki, biz Qəbələ RLS-dən istifadə edək"RLS.jpg Ceyms Staynberq bu məsələni hələ Azərbaycan hökuməti ilə müzakirə etməyə imkanlarının olacağını qeyd edib

"ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşündə raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub və bu istiqamətdə işi davam etdirmək qərara alınıb. Hesab edirəm ki, Qəbələ RLS istifadə üçün potensiala malikdir və ola bilər ki, biz ondan istifadə edək". ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq jurnalistlərin Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi ilə bağlı sualını cavablandırarkən belə deyib. O, bu məsələni hələ Azərbaycan hökuməti ilə müzakirə etməyə imkanlarının olacağını qeyd edib. Ceyms Staynberq hələlik Rusiya ilə raket hücumundan müdafiə sahəsində əməkdaşlığın mümkünlüyü barədə müzakirələrin ilkin mərhələsində olduqlarını söyləyib. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İran Qərbə yeni təkliflər təqdim edəcəkManucehr_mottaki_11_07.jpg İran xarici işlər naziri hesab edir ki, layihə Qərblə danışıqlarda yaxşı əsas ola bilər

İran siyasət, təhlükəsizlik və beynəlxalq münasibətlər məsələləri üzrə Qərbə yeni təkliflər layihəsini təqdim etmək niyyətindədir. Gazeta.ru-nun məlumatına görə, bu barədə İran xarici işlər naziri Manuçöhr Mottaki bildirib.

"Layihə Qərblə danışıqlarda yaxşı əsas ola bilər. Bu layihədə təhlükəzlik, siyasət və beynəlxalq münasibətlər sahəsində İranın mövqeyi əks olunacaq", - deyə Mottaki bildirib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Egemen Bağış: "1,5 milyard müsəlman Türkiyənin Avropa Birliyinə üzvlüyünü gözləyir"Egemen_Bagish-10-07.jpg "Əgər Türkiyə kimi bir ölkə ayrı-seçkiliyə məruz qalırsa, bu, milyardlarla insan üçün olduqca mənfi ismarış olacaq"

"Dünya müsəlmanları Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı 50 illik müraciətlərinin nəticə verməsini Qərbin tolerantlığının nümunəsi kimi gözləyir". ANS PRESS, Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin dövlət naziri Egemen Bağış, Xorvatiyanın Dubrovnik şəhərində "Reuters" agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, 1,5 milyard müsəlman, Türkiyənin Avropa Birliyinə üzvlük prosesini diqqətlə izləyir və dəyərləndirir. O bəyan edib ki, avropalı nümayəndələrlə hər görüşündə 1,5 milyard nəfərin təzyiqini çiyinlərində hiss edir.

Egemen Bağışın sözlərinə görə, Avropa Birliyi Türkiyəyə arxa çevirəcəyi halda, təkcə dünya müsəlmanları yox, eləcə də bütün insanlar Qərb tərəfindən kənara sıxışdırıldıqlarını hiss edəcəklər: "Əgər Türkiyə kimi bir ölkə ayrı-seçkiliyə məruz qalırsa, bu, milyardlarla insan üçün olduqca mənfi ismarış olacaq. Amma Türkiyənin Avropa Birliyinə züv olması bu insanlar üçün müasir dünyada yerlərinin olduğuna bir ümid işığına çevriləcək".

Egemen Bağış, Türkiyənin üzvlük müraciətinə müsbət cavab verilməməsini xarici düşmənçiliklə əlaqələndirib: "İnsanlar bilmədikləri şeylərdən qorxarlar. Təəssüf ki, türklərin böyük əksəriyyətinin müsəlman olması, yersiz narahatlıq yaradır". Dövlət naziri bəyan edib ki, Avropa Birliyinə üzv olacağı təqdirdə Türkiyənin bu təşkilatın yaradıcı ölkələrindən daha təsirli siyasət yürüdəcəyi təhlükəsini bəzi ölkələr qəbul etmək istəmir. Onun sözlərinə görə, Türkiyənin Avropaya olduğu qədər Avropanın da Türkiyəyə ehtiyacı var. Egemen Bağış bildirib ki, Türkiyə tamhüquqlu üzvlükdən başqa heç bir addımı qəbul etməyəcək.

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkmənistan "Nabukko" layihəsində iştirak etməyə hazırdırberdimuxamedov1.jpg Qurbanqulu Berdımuhəmmədov: "Qaz ehtiyatlarımız layihənin gerçəkləşdirilməsi üçün kifayətdir"

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov hesab edir ki, ölkəsinin qaz ehtiyatları "Nabukko" layihəsinin reallaşdırılması üçün kifayətdir. ANS PRESS-in "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Türkmənistanın "Nabukko" layihəsində iştirakı məsələsinə hökumətin geniş tərkibli iclasında toxunub.

Berdımuhəmmədov bildirib ki, hazırda Türkmənistanda satış üçün artıq qaz var. O xüsusilə qeyd edib ki, mövcud qaz həcmləri ölkə sərhədlərində potensial alıcılara satıla bilər.

"Bütün bunlar bu sahədə müxtəlif layihələrin, o cümlədən "Nabukko" layihəsinin reallaşdırılmasına imkan verir", -deyə Berdımuhəmmədov bildirib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan baza prinsiplərinin detallarını açıqlayıbBayraq_USA.jpg Bəyanatda bir daha qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq edilmədən, ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır

Amerika Birləşmiş Ştatları (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan baza prinsiplərinin detallarını açıqlayıb. Bəyanatda bir daha qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq edilmədən, ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin təklif etdiyi prinsiplərin əsas mahiyyəti açıqlanıb. Bu prinsiplərin Helsinki son aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquq, eyni zamanda öz müqəddəratını həll etmək hüququna əsaslanır. Ağ evin mətbuat xidməti Madrid prinsiplərinin konkret maddələrini də açıqlayıb.

1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması,

2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi,

3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması,

4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunu ifadə etmək hüququ,

5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ,

6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

Ağ evin bəyanatında deyilir ki, baza prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, sabitliyin və firavanlığın yaranmasına səbəb olacaq.

Qeyd edək ki, İtaliyada «Böyük səkkizlər» sammitində birgə bəyanatla çıxış edən Amerika prezidenti Barak Obama, Fransa prezidenti Nikolya Sarkozi və Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistanı bu iki ölkə arasında mövcud olan son fikir ayrılıqlarını aradan qaldırmağa və yekun razılaşma əldə etməyə səsləyiblər. Bəyanatda deyilir ki, Ermənistanla rəsmi Bakı 2007-ci il Madrid prinsiplərinə uyğun razılaşmaya nail olmalıdır. Qeyd edək ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq münaqişə tərəfləri arasında vasitəçilik edirlər. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ölkədə çörəyin qiyməti qalxa bilər?Bugda.jpgKənd Təsərrüfatı Nazirliyi ölkəyə gətirilən taxılın idxal rüsumlarının artırılması üçün hökumətə müraciət edib

«Azərbaycana idxal olunan buğdaya tətbiq edilən gömrük rüsumları artırıla bilər». Kənd kənd təsərrüfatı naziri İsmət Abasov bununla bağlı hökumətə müraciət edildiyini bildirib. Onun sözlərinə görə, burada məqsəd yerli istehsalçıların mənafeyini qorumaq, eləcə də ölkədə istehsal edilən ərzaq buğdasının satışını təmin etməkdir.

İstehsal olunan buğdanın satışında problemlər olduğunu deyən nazir ölkəyə gətirilən ərzaq buğdasına onun dəyəri qədər idxal rüsumlarının qoyulmasını vacib sayır: «Hazırda xaricdən Azərbaycana gətirilən buğdanın 1 tonu şərti 250 ABŞ dolları olduğu halda, gömrük rüsumları 100% tətbiq olunduqda bu, 500 dollara başa gələcək».

Amma sahibkarlar xaricdən taxıl almaqda maraqlıdır. İsmət Abasovun sözlərinə görə, ilin birinci yarısında ölkəyə 600 min tona qədər taxıl gətrilib. Bunun 100 min tondan çoxu taxıl idxalına əlavə dəyər vergisinin tətbiqindən sonra gətirilib. Xaricdən ölkəyə taxılın kiloqramı 25 qəpiyə başa gəlib. Yerli taxıl bundan 2-3 dəfə ucuz satılsa da, çörəkbişirmə müəssisələri əsasən idxal taxılına üstünlük verir. İsmət Abasovun sözlərinə görə, taxıl idxalına qoyulan rüsumların artırılması çörəyin bahalaşması üçün ciddi əsas ola bilməz.

Kənd təsərrüfatı naziri fermerlərə taxılı maya dəryərindən aşağı qiymətə satmağa tələsməməyi məsləhət görüb. Onun sözlərinə görə, yaxın vaxtlarda hökumət fermerlərin satış probleminin həlli istiqamətində ciddi tədbirlər görəcək. İsmət Abasov digər kənd təsərrüfatı məhsullarına- bostan və meyvə -tərəvəz idxalına da rüsumların artırılmasını vacib saydığını vurğulayıb. /ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Nabucco-məhəbbət, intriqa və savaş hekayəsinabukko_ashk.jpg Qaz kəməri layihəsi öz adını Verdinin məşhur "Nabucco" operasından götürüb

"Nabucko" layihəsi ən kritik mərhələlərindən birindədir. Bütün dünyanın gözü Ankaradadır. Bu gün Türkiyənin paytaxtında hökumətlərarası razılaşmaya imza atılacaq. Görəsən, Nabucco layihəsi nədir və niyə bu qədər əhəmiyyətlidir? Layihənin tarixçəsi isə belədir...

Verdinin dünyada məşhur Nabucco Operası... Verdi, dörd pərdəlik bu əsərində Miladdan əvvəl 586-cı ildə Kral Nabukadnezarın dövründə yəhudilərin Qüdsdən sürgün edilməsini izah edib. Verdinin bu operası bu gün Avropa Birliyinin etibarlı enerji qaynaqlarına ümidini bağladığı təbii qaz boru xətti layihəsinə adını verib. 7 ildir dünyanın gündəmindəki layihənin hekayəsi ilə o məşhur operanın hekayəsinin yolları kəsişib... Eşq, intriqa və döyüşün hekayəsi...

Avropa Birliyinin enerji nazirləri 2003-cü ildə Vyanada toplaşanda ortaq gündəm təbii qaz məsələsində Rusiyadan asılılıq idi... Yalnız Rusiyanın təyin etdiyi qiyməti qəbul etmə zəruriliyi deyil, Rusiyanın qazı siyasi şantaj olaraq istifadə etməsi də narahat edən məqamlar arasında idi.

Nazirlər saatlarla danışdılar, müzakirə etdilər və Avropa ölkələrinə alternativ bir xəttdən və alternativ bir qaynaqdan qaz tədarük edilməsi məsələsində razılığa gəldilər. Eyni axşam Vyanada Verdinin "Nabucco" operasını izlədilər və layihənin adını qoydular: "Nabucco təbii qaz boru xətti layihəsi."

Yola Xəzər bölgəsi və Yaxın Şərqin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırılması üçün çıxdılar. Bu nöqtədə Türkiyənin strateji mövqeyi təyinedici oldu. Etibarlı enerjinin yolunun Türkiyədən keçməsinə qərar verildi.

3 min 300 kilometrlik boru xəttinin az qala yarısı, 1558 kilometrlik hissəsi Türkiyə torpaqlarından keçəcək, bəsləmə xəttləriylə birlikdə bu rəqəm 2000 kilometrə çatacaq. Məhz buna buna görə Türkiyə ən kritik ortaqlardan biridir.

Yaxın Şərq və Xəzər bölgəsindən gələcək qaz Türkiyədəki səfərini Bolqarıstan sərhədində tamamlayacaq. Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Avstriyanın paytaxtı Vyanaya çatacaq.

Xəttin 392 kilometri Bolqarıstandan, 457 kilometri Rumıniyadan, 388 kilometri Macarıstandan, 46 kilometri isə Avstriyadan keçəcək. Hədəf 30 milyard kub metr təbii qazın daşınmasıdır.

Layihənin xərci ilk illərdə 4.1 milyard avro hesablandı. Ancaq dünya dəmir polad qiymətlərində bir dövr yaşanan artım bu rəqəmi də artırdı. Hesablar dəyişdi. Bu gün xərc 7.9 milyard avro hesablanıb.

Layihə ortaqları:

-BOTAŞ (Türkiyə)

- RWE (Almaniya)

- OMV (Avstriya)

- MOL (Macarıstan)

- Bulgargaz (Bolqarıstan)

- Transgaz (Rumıniya)

Layihəyə RWE şirkətiylə ortaq olan Almaniya tranzit keçid ölkəsi olmadığı halda ortaq olan tək ölkədir. Nabucco xəttinin əvvəlcə Azərbaycan və Türkmənistan təbii qaz qaynaqları ilə doldurulması planlaşdırılıb. Daha sonra isə İraq, İran, Misir və Rusiyanın da xətti qazla doldurması gözlənilir.

Nabucconu ən yaxından izləyən ölkələrdən biri isə ABŞ-dır... Həm yaxından izləyir, həm də Avropa ölkələrinin Rusiyadan asılılıqdan qurtuluşunu dəstəkləyir. ABŞ bu 7 illik müddətdə tez-tez son nöqtəyə gələn layihənin önünü açmaq üçün dövrəyə girdi. Anlaşılmazlıqları aradan qaldırmada kritik rol oynadı. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakı-Quba-Rusiya sərhədi yolunda ağır qəza (Yenilənib)polis_2_iyun.jpg Beton arakəsmələrə çırpılan avtomobil bir neçə yerə parçalanıb, iki nəfər ölüb, bir adam yaralanıb

Ötən axşam saat 22 radələrində yeni inşa edilmiş Bakı-Quba-Rusiya sərhədi beton yolunun 130,5 kilometrliyində dəhşətli qəza baş verib. ANS PRESS-in bölgü müxbirinin məlumatına görə, Nabrandan Bakıya gələn BMW markalı avtomobil yolun kənarındakı beton arakəsmələrə çırpılıb. Zərbə o qədər güclü olub ki, maşın bir neçə yerə bölünüb və ön hissəsi 50 metr kənara uçub. Hadisə nəticəsindən iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Həlak olanlar Bakının Yasamal rayon sakini 17 yaşlı Məmmədov Samir Nağı oğlu və paytaxtın Sabunçu rayonunun 21 yaşlı sakini Əli Vahid oğlu Aşirovdur.Avtomobilin sürücüsü,Bakının Sabunçu rayon sakini 22 yaşlı Zaur Qubad oğlu Bəndəliyev isə xəsarət alıb.

Hadisə yeri Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən müayinə edilib. Şöbənin müstəntiqi Hikmət Kərimov ANS PRESS-ə bildirib ki,Zaur Bəndəliyev və Əli Aşirov Nabrandan birlikdə qayıdırmış. Onların qonşusu Samir Məmmədov isə ailəsi ilə birlikdə olub. Lakin onların maşınında yer olmadığı üçün Samir, Zaur Bəndəliyevin idarə etditi avtomobillə qayıtmalı olub. Onun valideynləri isə digər avtomobillə arxadan gəlirlərmiş və qəzaya, eləcə də 17 yaşlı övladlarının dəhşətli ölümünə şahid olublar.

Hadisəyə ilkin səbəb kimi olduqca yüksək sürət və sürücünün yuxulaması göstərilir. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanacaq. Qəza nəticəsində həlak olanların meyitləri Dəvəçidəki meyitxanadadır. Xəsarət alan sürücü Zaur Bəndəliyev isə Dəvəçi rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...