El Paso Опубликовано: 24 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 24 апреля, 2009 (изменено) Statistika Komitəsi siyahıyaalma ilə bağlı nəzarət yoxlamalarına başlayıb Yoxlamalar aprelin 26-na kimi davam edəcək Əhalinin siyahıya alınması ilə bağlı Dövlət Statistika Komitəsi bu gündən nəzarət yoxlamalarına başlayıb. Siyahıya alma prosesini həyata keçirən Dövlət Statistika Komitəsindən .-ə verilən məlumata görə, nəzarət yoxlamaları aprelin 26-na kimi davam edəcək. Bu yoxlamalar müxtəlif səbəblərdən prosesdən kənarda qalanların siyahıya alınmasına hesablanmış bir addımdır. Hazırda komitəyə rayonlarda toplanan məlumatlar daxil olur. Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınmasına aprelin 13-dən başlanılıb və proses aprelin 22-nə kimi davam edib. /. TV/ Изменено 24 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
nizami63 Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 mənim fikrimcə . TV - nin bu kompaniyanın keçirilməsi ilə bağlı son günlər verdiyi şərhlər reallığı cox düzgün əks etdirir...Cox təəssüf ki, bu işə məsul şəxslər bu kompaniyanı lazımı surətdə həyata keçirə bilmədilər. Цитата Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir... Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 25 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 25 апреля, 2009 (изменено) Barak Obama "soyqırım" demədi O, «erməni soyqırımı» ifadəsini işlətməsə də, dolayısı ilə soyqırımın baş verdiyini təsdiqləmiş oldu ABŞ prezidenti Barak Obama 24 aprel açıqlamasında 1915-ci il hadisələri ilə bağlı «erməni soyqırımı» ifadəsini işlətməsə də, hadisələrə verdiyi şərhlə soyqırımın baş verdiyini təsdiqləmiş oldu. Açıqlamada deyilir: «94 il əvvəl 20-ci yüzilliyin ən böyük qətliamlarından biri başladı. Hər il Osmanlı imperatorluğunun son günlərində 1,5 milyon erməninin qətlə yetirilməsi və ya ölümə sürüklənməsini anırıq». Barak Obama «soyqırım» ifadəsini işlətməyib və Azərbaycan dilinə «böyük fəlakət» kimi tərcümə olunan ermənicə «meds yeghem» sözündən istifadə edib: «Erməni xalqı bizim qəlblərimizdə yaşadığı kimi «böyük fəlakət» də xatirələrimizdə yaşamalıdır». Tarixin həll olunmadıqda bir yük ola biləcəyini deyən ABŞ prezidenti açıqlamasında bildirir ki, türk və erməni xalqlarının faciəli tarix üzərində dürüst, açıq və yaradıcı şəkildə çalışılması səylərini dəstəkləyir: «Ermənistan və Türkiyə arasında, eləcə də Türkiyənin daxilində cəsur və önəmli dialoqlar gerçəkləşir. Eyni zamanda, Türkiyə və Ermənistanın ikili əlaqələri normallaşdırma səylərini qüvvətlə dəstəkləyirəm». Barak Obama, İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində «yol xəritəsi»nin müəyyənləşdirilməsini də xatırladıb: «Bu irəliləyişi təqdir edirəm və hər iki hökuməti vədlərini yerinə yetirməyə çağırıram». /. PRESS/ Изменено 25 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 25 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 25 апреля, 2009 (изменено) "NABUKKO–ya Azərbaycan qazı lazımdır" NABUKKO layihəsinin icraçı direktoru hesab edir ki, boru kəməri gözlənilən vaxtdan daha tez hazır olacaq NABUKKO qaz kəməri üçün biz Azərbaycan qazını gözləyirik. "Reuters" agentliyinin məlumatına görə, bu barədə NABUKKO layihəsinin icraçı direktoru Reynxard Mitşek Bolqarıstanda (Sofiya) aprelin 24-ü jurnalistlərə açıqlamasında bildirib. "Biz Azərbaycan, Türkmənistan, İraq və Misirdən, hətta İrandan və Rusiyadan da qaz gözləyirik. Biz heç bir mənbəni istisna etmirik... Biz əminik ki, boru kəməri gözlədiyimiz vaxtdan daha tez ilkin səviyyədə hazır olacaq", deyə Mitşek bildirib. NABUKKO-nun icraçı direktoru narahatlığını bildirərək qeyd edib ki, uzunluğu 3 300 km olan (2 050 mil) boru kəməri layihəsinə təkrar ləngitmələr nəticəsində Xəzər dənizinin qaz resursları Çin kimi ölkələrin əlində çəmləşə bilər ki, bu da çox əsassızdır. Çünki, bu, Avropanın Rusiya qazından asılılığını aradan götürmək üçün nəzərdə tutulub. Mitsek hesab edir ki, Avropanın qaza olan tələbatı kifayət qədər olduğu üçün inhisarçı "Qazprom"un və İtaliya Neft Şirkəti -Eninin Cənubi Axın boru kəməri NABUKKO layihəsinə rəqib deyil. Dəyəri 7,9 mlrd. avro (10,1 milyard dollar) olan NABUKKO qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin tikintisinin başlanğıcı 2011-ci ilə təyin edilib. İlk tədarük 2014-cü ildə gözlənilir. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Tr.gaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Kəmalə Ramazanova /. PRESS/ Изменено 25 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 25 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 25 апреля, 2009 Saxlama kameraları olmadığı üçün hər il Ağdamda minlərlə ton tərəvəz itkiyə gedir Ağdam icra hakimiyyətinin aqrar bölməsinin rəhbəri Nizami Əliyev hesab edir ki, cəbhə bölgəsinə heç kim vəsait qoymaq istəmir Ağdam rayonunun fermerləri saxlama kameraları olmadığına görə məhsullarının çox hissəsinin itkiyə getməsindən şikayətlənirlər. . PRESS-in bölgə müxbirinin məlumatına görə, rayonun Çəmənli kəndində pomidor əkini ilə məşğul olan, hektardan 100-150 ton məhsul götürən fermer Ələkbər Nəsirov ötən il məhsulunu ortalama 50 qəpikdən satıb. Məhsulun bazar problemi yoxdur. Fermerin sözlərinə görə, yeşiklərə yığılan pomidorun bir hissəsi Bərdə bazarında, bir hissəsi isə sahədəcə müştəri tapır. İldə 20 sot sahədə pomidor yetişdirən torpaq sahibinin əldə etdiyi gəlir onu qane edir. Ancaq rayonda emal müəssisəsinin olmaması əkilən pomidorun 10-15 % -nin itkiyə getməsi ilə nəticələnir. “Yaxşısını yığıb satırıq. Məhsulun 10-15 %-i isə itkiyə gedir. Əvvəllər konserv zavodları var idi, onlar belə məhsulları yığırdılar. İndi isə xarab məhsulları sahədə heyvanlar yeyir”- deyə, Ə. Nəsirov bildirib. Soğan əkən fermerlər isə məhsulun qiymətindən narazıdırlar. Hər il 0,5 ha sahədə soğan əkən Qabil Məmmədovun sözlərinə görə, 1 ha sahədən 50 t məhsul götürmək mümkündür. Torpaq sahibləri hazır məhsulu əsasən sahədə satırlar. Ancaq məhsulu saxlamaq üçün yer olmadığından onu dəyər-dəyməzinə satmaq məcburiyyətindədirlər. Fermer deyir ki, rayon ərazisində saxlama kamerası tikilsə, torpaq sahibləri daha çox gəlir götürə bilərlər. Ağdam icra hakimiyyətindən verilən məlumata görə, ötən il rayonda 50 min ton tərəvəz istehsal olunub. Bu məhsulların yarıdan çoxunu isə soğan təşkil edir. Gəlirli sahə olduğu üçün tərəvəz sahələrinin miqdarı ilbəil artır. Ancaq saxlama kameraları olmadığı üçün məhsulun bir hissəsinin itkiyə getdiyini icra hakimiyyətinin aqrar bölməsinin rəhbəri Nizami Əliyev də təsdiqlədi. “Soğan bitkisində heç bir ziyanverici xəstəlik olmasa, ayda 5 % təbii quruma nəticəsində itkiyə gedir. 3 ay qaldıqda bu itki də get- gedə artaraq 15 % olur. Tərəvəz məhsulu saxlama kameralarında saxlandıqda isə itki minimum olur”, deyə N. Əliyev bildirib. İcra hakimiyyətindən verilən məlumata görə, ötən il rayon üzrə itkiyə gedən soğan məhsulunun dəyəri 1 milyon manatdan çoxdur. “Ağdamda normal illərdə soğan itkisi 10-15 % olur, keçən il isə soğan itkisi 25 % olub”- Əliyev bildirib. Qeyd edək ki, Regionların Sosial iqtisadi inkişafı dövlət proqramına görə sahibkarlarla iş .rılmalı və onların vasitəsiylə rayonda saxlama kameraları inşa edilməliydi. Nizami Əliyevin sözlərinə görə dəfələrlə iş adamlarına müraciət olunsa da cəbhə xəttinə yaxın olduğu üçün sahibkarlar bölgəyə vəsait qoymaqdan imtina edirlər. “Kənd Təsərrüfatı Nazirliyi regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində iş adamlarını cəlb etməklə belə saxlama kameralarının tikilməsi nəzərdə tutulmuşdu. Dövlət səviyyəsində hər h.ı iş görülmür. Ancaq iş adamları gəlmədi. Cəbhə bölgəsinə heç kim vəsait qoymaq istəmir”, deyə N. Əliyev bildirib. Qeyd edək ki, son 20 ildə tərəvəz yetişdirilən sahələrin miqdarı 15 dəfə artıb. Əsasən rayonda pomidor, xiyar və soğan əkini geniş yayılıb. Ötən il 2300, bu il isə 2400 ha sahədə tərəvəz yetişdirilir. Şahin Rzayev /.PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 25 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 25 апреля, 2009 (изменено) Velosiped idmanı üzrə Azərbaycan çempionatı keçiriləcək Çempionat 25-30 aprel tarixlərində baş tutacaq Respublika Velotrekində velosiped idmanının olimpiya növləri proqramı üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu barədə məlumat . PRESS-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilib. Çempionat 25-30 aprel tarixlərində baş tutacaq. /. PRESS/ Изменено 25 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 26 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2009 (изменено) Dəniz Baykal: «Azərbaycanın arxasından oyun qurmaq bizə yaraşarmı?» «Türkiyə-Ermənistan sərhədləri açılsa, işğala haqq qazandırmış, Azərbaycana qarşı səhv etmiş olacağıq» Türkiyənin müxalif Cümhuriyət Xalq Partiyasının sədri Dəniz Baykal Trabzona səfəri çərçivəsində rəsmi Ankaranın xarici siyasət kursunu tənqid edib. O bildirib ki, Ermənistanla münasibətlərin bərpası ilə bağlı gedən proseslər Türkiyəni diplomatik qalmaqala .rır: "Mən Ermənistan sərhədini niyə bağlamışdım? Qarabağı işğal etmişdilər. İndi "sərhədi açın" deyrlər». İşğal aradan qalxdımı? İşğala son qoy, sərhədi açaq. İndii mən sərhədi açsam, nə olar? İşğala haqq qazandırılar və işğalı haqlı kimi cörmüş olarıq. Bunlan çox təhlükəli və yanlış addımlardır. Kimə qarşı yanlış? Azərbaycana qarşı yanlış. Azərbaycan kimdir: Bizim can dostumuz, qardaşımız. Əgər biz Ermənistanla sərhədləri açsaq, Azərbaycan torpaqlarının işğalı davam edəcək və Azərbaycan-Türkiyə dostluğuna ciddi zərbə dəyəcək. Azərbaycan bizdən indciyəcək, "məni yarı yolda buraxdın", "sən məni buraxdın, Ermənstanla dost olursan" deyəcək. Azərbaycanı küsdürməyi bacardıq". Türkiyə prezidenti Abdullah Gülü də tənqid edib. O deyib ki, Abdullah Gül Bəhreynə, Somaliyə, ərəb ölkələrinə gedir: "Ərəb ölkələrinə göstərdiyin marağı Azərbaycana göstərməyin lazım deyilmi? Niyə Azərbaycan getmir, onlara sahib çıxmırsan? Niyə bu incikliyi, yanlış anlaşmaları aradan qaldırmağa çalışmırsan? Ərəb ölkələrinə göstərdiyin marağı niyə Azərbaycandan əsirgəyirsən? Azərbaycanın arxasından oyun qurmaq bizə yaraşarmı?". /. PRESS/ Изменено 26 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 26 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2009 (изменено) Serj Sarkisyan: «Türklərlə Dağlıq Qarabağ məsələsini müzakirə etməmişəm» «Türkiyə ilə münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərə bilər» Ermənistan prezidenti Serj Sarkisyan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını nəzərdə tutan sənədin ictimaiyyətə təqdim olunacağına söz verib. O, Milli Təhlükəsizlik Şurasının iclasında əminliyini ifadə edib ki, erməni xalqı sənədin müddəalarını dəstəkləyəcək: «Bizim məsələyə yanaşmamız aydın və sadədir-21-ci əsrdə Avropada bağlı sərhəd olmamalıdır. Effektiv ölkə olmaq üçün biz nəqliyyat dəhlizlərimizi, iqtisadi münasibət coğrafiyamızı və ereji mənbələrimizi diversifikasiya etməliyik». Serj Sarkisyan Türkiyə ilə əlaqələrin Ermənistan-Azərbaycan münasibətlərlə və ya Dağlıq Qarabağ məsələsində güzəştlərlə şərtlənməsi barədə məlumatlara da münasibət bildirib: «Bir daha təkrarlayıram ki, türklərlə münasibətlərdə zeç vaxt Azərbaycan və Dağlıq Qarabağ mövzusu müzakrirə olunmayıb. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərməsi tamamilə mümkündür. Lakin bu, bir şərt olmamalıdır». Serj Sarkisyan, Türkiyə, Ermənistan və İsveçrə xarici işlər nazirliklərinin birgə bəyanatının aprelin 23-də yayılması ətrafında da sabotaj xarakterli iddialarla çıxış edib: «Sənədin erməni soyqırımının ildönümü ərəfəsində yayılması soyqırımın tanınması prosesinə Mane ola bilməz. Soyqırımın tanınması gələcəkdə soyqırımların qarşısının alınmasının yecanə yoludur. Sənədin 24 aprel ərəfəsində yayılması onu göstərir ki, Türkiyə də bu günün mahiyyətini qəbul edir». /. PRESS/ Изменено 26 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
nizami63 Опубликовано: 26 апреля, 2009 Жалоба Share Опубликовано: 26 апреля, 2009 NABUKKO-nun icraçı direktoru narahatlığını bildirərək qeyd edib ki, uzunluğu 3 300 km olan (2 050 mil) boru kəməri layihəsinə təkrar ləngitmələr nəticəsində Xəzər dənizinin qaz resursları Çin kimi ölkələrin əlində çəmləşə bilər ki, bu da çox əsassızdır. Çünki, bu, Avropanın Rusiya qazından asılılığını aradan götürmək üçün nəzərdə tutulub. mən həyasızlığın bu formada ifadə edilməsindən dəhşətə gəlirəm ! Necə yanı bu əsassızdır? Цитата Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir... Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 26 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2009 (изменено) NABUKKO-nun icraçı direktoru narahatlığını bildirərək qeyd edib ki, uzunluğu 3 300 km olan (2 050 mil) boru kəməri layihəsinə təkrar ləngitmələr nəticəsində Xəzər dənizinin qaz resursları Çin kimi ölkələrin əlində çəmləşə bilər ki, bu da çox əsassızdır. Çünki, bu, Avropanın Rusiya qazından asılılığını aradan götürmək üçün nəzərdə tutulub. mən həyasızlığın bu formada ifadə edilməsindən dəhşətə gəlirəm ! Necə yanı bu əsassızdır? Nə Bilim, Onun Məntigini, Məlumatı анс Bildirib. (Bağışda, Nəsə Məlumat İdarəsinin Adını Yerləşdirmirdi. Məcbur Oldum Kiril Hərəfinnən, Balaca Şəkildə Geyd Edəm) Çində Balaca Ölkə Deyil... Butun Sahə Üzrə, İnkişafda Amerikanıda Gabaglayır... Ona Görə Həyacanlanıblar) İstiyirlər Kəmərin Tikintisi, Tezliknən Başa Çatırsınlar) Изменено 26 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 26 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2009 (изменено) ABŞ-da «erməni yalanlarına son» mitinqi keçirilib Mitinq iştirakçıları ABŞ-dakı erməni lobbisinin Türkiyəyə qarşı iftira kampaniyası .rdığını vurğulayıblar ABŞ-ın Nyu-York şəhərindəki «Times» meydanında «erməni yalanlarına son» və «şəhid diplomatları anım» mitinqi keçirilib. Türkiyə mətbuatının verdiyi məlumata görə, təxminən 5 yüz nəfərin iştirak etdiyi mitinq Türkiyə və Amerika himnlərinin oxunması ilə başlanıb. Daha sonra mitinq iştirakçıları erməni terror təşkilatı ASALA tərəfindən qətlə yetirilən Türkiyə diplomatlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Əllərində Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının bayraqlarını tutan mitinq iştirakçıları ABŞ-dakı erməni lobbisinin Türkiyəyə qarşı iftira kampaniyası .rdığını vurğulayıblar. Türk nümayişçilərə bəzi amerikanlar da dəstək verib. Mitinqdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Məhmət Samsar da qatılıb. Samsar ABŞ prezidenti Barak Obamanın açıqlamaları ilə bağlı olaraq «Siyasətçilərin tarixi məsələlərdə qərar vermək səlahiyyətlərinin olmadığına inanırıq»,- deyə münasibətini bildirib. Obamanın açıqlamasında 1915- ildə həyatını itirmiş və şəhid olmuş türklərə aid qeyd etmədiyini bildirən Samsar, «Bu, bizim üçün üzücü bir vəziyyətdir. Çünki oradakı hadisələr birtərəfli olaraq çatdırılıb»,-deyə təəssüflənib. /. PRESS/ Изменено 26 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 26 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2009 «Azərbaycandan alınan təbii qazın qiymətinin artırılması ilə bağlı xəbərlər doğru deyil» Hilmi Gülər: «Müqaviləmiz var və bundan kənara çıxmaq mümkün deyil»«Azərbaycandan alınan təbii qazın qiymətinin artırılması ilə bağlı xəbərlər doğru deyil». Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. «Biz iki gündür ki, azərbaycanlılarla danışıqlar .rırıq. Müqaviləmiz var və bundan kənara çıxmaq mümkün deyil»,-deyə H.Gülər qeyd edib. /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 27 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 27 апреля, 2009 Türkiyənin Baş və xarici işlər nazirlərinə sorğu göndərilib Millət vəkili Rəcəb Tayyib Ərdoğandan İrəvanda Türkiyə bayrağının yandırılması ilə əlaqədar Ermənistana nota verilib-verilmədiyini soruşub Bu gün Türkiyə Böyük Millət məclisində (TBMM) baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacan üçün məclis sorğusu qaldırılıb. . PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cumhuriyyət Xalq Partiyası (CHP) İzmir millət vəkili Canan Arıtman, baş nazirə istiqamətləndirdiyi sorğuda İrəvanda Türkiyə bayrağının yandırılması ilə əlaqədar Ermənistana nota verilib-verilmədiyini soruşub. Millət vəkilinin sorğusundakı digər sualları isə belədir: Bu hadisə barədə Ermənistana nota veriləcək? Hadisəyə görə Ermənistanın Türkiyədən üzr istəməsi tələb olunub? Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan bizə qatil deyənlər üçün sərhəd açılacaq? Ermənistanla münasibətlərin normallaşdırılması üçün niyə qondarma soyqırımına dəstək verən İsveçrə vasitəçi seçilib? Sərhəddin açılmasının ölkəyə gətirəcəyi qazanc və ziyan hesablanıb, ölkə bununla nə qazanacaq, nə itirəcək?” Milliyətçi Hərəkat partiyası (MHP) Mersin millət vəkili Mehmet Şandır isə xarici işlər naziri Əli Babacan üçün qaldırdığı məclis sorğusunda, ermənilər Dağlıq Qarabağdan çəkilmədən sərhəd qapıları açılacaq? sualını verib. Xarici işlər nazirinin yazılı açıqlamasında Dağlıq Qarabağa dair heç nə görmədik. Bu vəziyyət bizi təşvişə salıb. Dağlıq Qarabağ müəyyənləşdirilən yol xəritəsinin harasındadır? Türkiyə və Azərbaycanın bir millət iki dövlət olduğunu diqqətə alsaq, Azərbaycan xalqı və dövləti qəbul edilən razılaşmanın harasındadır? Ermənilər Dağlıq Qarabağdan çəkilmədən sərhədləri açmaq fikriniz var? Ermənistan bizim mövcud dövlət sərhədlərimizi tanımır və soyqırımı iddialarından əl çəkmir. Qəbul edilən razılaşma mətnində bu vəziyyət üçün necə bir həll yolu tapmısınız?” /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 27 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 27 апреля, 2009 (изменено) "АНС .-in əməkdaşlarının polis tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir"(FOTOSESSİYA) Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırmalar başlanıb . TV-nin əməkdaşlarının peşə fəaliyyətini yerinə yetirərkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı Daxili İşlər Nazirliyində araşdırma başlanıb. Bu barədə . PRESS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verib. S. Gözəlov bildirib ki, sözügedən məsələ rəhbərliyin nazərətindədir: "Yasamal rayon Polis İdarəsinin əməkdaşları baş verən hadisənin əksini deyirlər. Və günahın jurnalistlərdə olduğunu iddia edirlər. Ona görə də araşdırmaların nəticəsindən sonra məsələyə aydınlıq gətiriləcək". Qeyd edək ki, aprelin 26-da gecə saat 00.00 radələrində . TV-nin əməkdaşları- müxbir Nicat Süleymanov, operator Elmin Muradov, şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev peşə fəaliyyətini yerinə yetirərkən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar. Hadisə Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında çəkiliş .rarkən baş verib. Müxbir Nicat Süleymanov ərazidəki binada söküntü işlərinin h.ı qərarla icra edildiyini öyrənmək məqsədilə polis idarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıblar. Rəis isə məlumat verməkdən və mövqe bildirməkdən imtina edərək tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin əllərindən alınması əmrini verib. Bundan imtina edən əməkdaşlarımız ərazidə olan təqribən 30 polis işçisinin yumruq və təpiklərinə tuş gəliblər. On dəqiqə ərzində zor tətbiq edildikdən sonra üç nəfərdən ibarət çəkiliş qrupunun kamera və kaseti müsadirə edilib. Sonradan sındırılmış kamera çəkiliş qrupuna qaytarılsa da, polis kaseti qaytarmayıb. АНС. TV-nin polis zorakılığına məruz qalan əməkdaşları ifadə veriblər Məsələ artıq daxili işlər naziri Ramil Usubovunda diqqətinə çatdırılıb Ötən gecə Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən peşə fəaliyyətini yerinə yetirərkən zorakılığa məruz qalmış . TV-nin üç əməkdaşı-müxbir Nicat Süleymanov, operator Elmin Muradov, şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev artıq ifadə veriblər. Məsələ daxili işlər naziri Ramil Usubovada çatdırılıb. Hadisə zamanı . TV-yə 1770 manat ziyan dəyib. Polislər tərəfindən müsadirə olunmuş çəkiliş kasseti isə bu gün günorta saatlarında şirkətə qaytarılıb. Kasset geri qaytarılarkən hadisə ilə bağlı lentə alınmış kadrlar pozulub. Xatırladaq ki, aprelin 27-nə keçən gecə saat 12 radələrində . TV-nin əməkdaşları Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında Məhəmməd Peyğəmbər məscidinin söküntüsü ilə bağlı çəkiliş .rarkən zorakılığa məruz qalıb. Belə ki, müxbir Nicat Süleymanov müsahibə almaq məqsədi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin rayonun Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb. Başçı və rəis əlumat verməkdən imtina ediblər. Polis rəisi Möhübbət Hüseynov isə tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin əllərindən alınması əmrini verib. Bu tələbin qeyri qanuni olduğunu bildirərək onu yerinə yetirməkdən imtina edən əməkdaşlarımız ərazidə olan təqribən 30 polis işçisinin yumruq və təpiklərinə tuş gəliblər. 3 nəfərdən ibarət çəkiliş qrupuna 10 dəqiqə ərzində zor tətbiq edilikdən sonra kamera və kaset onlardan alınıb. Polislər hətta jurnalistləri idarəyə .racaqları ilə hədələyiblər. Çəkiliş qrupunun kamerası isə yarasız hala salınıb. " АНС.-in əməkdaşlarının polis tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir"(FOTOSESSİYA) Media Hüququ İnstitutu .-in jurnalistlərini döyən polisləri cəzalandırmağa çağırır . TV-nin üç əməkdaşı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb Изменено 27 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 28 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 28 апреля, 2009 (изменено) QAT 8 mayın «İşğal olunmuş ərazilər günü» elan olunmasını təklif edib Təşkilat bununla bağlı Milli Məclisə müraciət göndərib Qarabağ Azadlıq Təşkilatı (QAT) «İşğal olunmuş ərazilər günü»nün elan olunması ilə bağlı Milli Məclisə müraciət göndərib. Bu barədə . PRESS-ə təşkilatdan məlumat verilib. Müraciətdə deyilir: «Şuşanın işğal tarixinin-8 mayın İşğal Olunmuş Ərazilər Günü elan olunması ilə bağlı biz bir neçə dəfə sizə müraciət etmişik. Bizim müraciətə millət vəkilləri, Milli Məclisin rəhbərliyi tərəfindən əsasən müsbət münasibət bildirilib, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi tərəfindən təklifimizin öyrənildiyi ilə bağlı hələ 2 il əvvəl bizə yazılı məlumat verilib. Lakin bu günə qədər hələ də heç bir qərar qəbul olunmayıb. Tarixlə bağlı uyğun qərarın qəbul olunması erməni işğalına dünya ictimaiyyətinin diqqətinin bir daha cəlb edilməsi, ölkədə vətənpərvərlik tərbiyəsinin, düşmənə nifrət hissinin gücləndirilməsi, döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi, düşmənin xalqımıza qarşı törətdiyi cinayətlərin unutdurulmasına yol verilməməsi baxımından ciddi əhəmiyyətə malikdir. Biz «İşğal Olunmuş Ərazilər» dedikdə İrəvan, Zəngəzur, Göyçə də daxil olmaqla son 100 il ərzində ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın hamısını nəzərdə tuturuq. Şuşanın təkcə Qarabağ üçün deyil, ümumiyyətlə, bütün Azərbaycan üçün qədimlik, mədəniyyət və mənəviyyat simvolu, rəmzi olduğunu, özündə müqəddəslik anlamı daşıdığını nəzərə alaraq məhz bu işğal tarixinin «İşğal olunmuş ərazilər günü» kimi qeyd olunmasını təklif edirik. Bu təklif həmçinin saxta təbliğat yolu ilə Şuşanın tarixini, mədəniyyətini erməniləşdirməyə, Şuşanın taleyi ilə bağlı məsələni danışıqlar prosesindən çıxartmağa çalışan ermənilərin cəhdlərinin qarşısının alınmasına yönəlib». QAT MM-dən «İşğal olunmuş ərazilər günü» haqqında müraciətinə diqqətlə yanaşılmasını və yaxın vaxtlarda uyğun qanunun və yaxud qərarın qəbul olunmasına təşəbbüs edilməsini xahiş edir. Изменено 28 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2009 (изменено) АНС .-in əməkdaşlarının polis zorakılığına məruz qalması faktı daxili işlər naziri Ramil Usubovun tapşırığı ilə tam araşdırılıb Daxili təhqiqat zamanı şirkətə dəymiş ziyan ödənilib Aprelin 27-nə keçən gecə .-in çəkiliş qrupu ilə Yasamal Rayonu Polis İdarəsinin əməkdaşları arasında baş vermiş insident Azərbaycanın daxili işlər naziri Ramil Usubovun tapşırığı ilə tam araşdırılıb. Daxili təhqiqat zamanı tərəflərin ifadələri alınıb və nəticədə şirkətə dəymiş ziyan ödənilib. Həm şirkət, həm də polis idarəsi kütləvi informasiya vasitələri və asayiş keşikçiləri arasında gələcəkdə bir daha belə xoşagəlməz halların baş verməməsi niyyətində maraqlı olduqlarını bildiriblər. Xatırladaq ki, aprelin 27-nə keçən gecə saat 00.00 radələrində . TV-nin əməkdaşları Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında "Məhəmməd Peyğəmbər məscidi" adlanan məscidin söküntüsü ilə bağlı çəkiliş .rarkən zorakılığa məruz qalıb. Belə ki, müxbir Nicat Süleymanov müsahibə almaq məqsədi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin rayonun Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb. Başçı və rəis məlumat verməkdən imtina ediblər. Polis rəisi Möhübbət Hüseynov isə tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin əllərindən alınması əmrini verib. Bu tələbin qeyri-qanuni olduğunu bildirərək onu yerinə yetirməkdən imtina edən əməkdaşlarımız ərazidə olan təqribən 30 polis işçisinin yumruq və təpiklərinə məruz qalıblar. 3 nəfərdən ibarət çəkiliş qrupuna 10 dəqiqə ərzində zor tətbiq edilikdən sonra kamera və kaset onlardan alınıb. Polislər hətta jurnalistləri idarəyə .racaqları ilə hədələyiblər. Çəkiliş qrupunun kamerası yararsız hala salınıb. Kaset sonradan jurnalistlərə qaytarılsa da, hadisə ilə bağlı lentə alınmış hissələr pozulub. Hadisə zamanı . TV-yə 1770 manat ziyan dəyib. /. TV/ Изменено 29 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2009 (изменено) Karla Bruninin intim şəkilləri olan noutbuk oğurlanıb Polis rəsmiləri fotoların internetdə yerləşdirilməsindən və bununla da Fr.a prezidenti Nikolya Sarkozinin çətin vəziyyətə salınmasından ehtiyatlanırlar Parisdə Fr.a prezidentinin həyat yoldaşı Karla Bruninin şəxsi fotoları saxlanılan noutbuk oğurlanıb. . PRESS, «Sky News» telekanalına istinadən xəbər verir ki, intim xarakterli fotolar Karla Bruninin Rafael Entovenlə yaşadığı illərdə çəkilib. Rafael Entovein noutbukunu saxladığı qardaşı evinə pəncərəsini sındıraraq daxil olan şəxslər komyuterlə bərabər, Karla Bruninin görüntüləri olan videokameranı da oğurlayıblar. «Sky News» telekanalının məlumatına görə, Karla Bruninin keçmiş dostu, şəkilləri indiki arvadının görməməsi üçün kompyuteri saxlamaq üçün qardaşına veribmiş. Hadisəni şərh edən polis rəsmiləri fotoların internetdə yerləşdirilməsindən və bununla da Fr.a prezidenti Nikolya Sarkozinin çətin vəziyyətə salınmasından ehtiyatlanırlar. Qeyd edək ki, bir müddət əvvəl Karla Bruni çılpaq fotosu özünün xəbəri olmadan ictimaiyyətə təqdim olunmuşdu. 2008-ci ildə nikolya Sarkozinin Böyük Britaniyaya səfəri ərəfəsində həmin şəkil bu ölkənin tabloidlərində yerləşdirilmişdi. Fotonu qəzetlərə «Christie's» auksionunun mətbuat xidməti ötürmüşdü. O zaman Karla Bruninin özü fotonun dərcini narazılıqla qarşılasa da, Nikolya Sarkozinin özü bundan narahat olmamışdı. /. PRESS/ Изменено 29 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2009 Dağıstanda yeddi Azərbaycan vətəndaşı həbs edilib Onlar Rusiya ərazisində fəaliyyəti qadağan edilən "Nurçular" hərəkatını təbliğ etməkdə günahlandırılırlar Federal Təhlükəsizlik İdarəsinin Dağıstan bölməsi və Daxili işlər Nazirliyinin ekstrimizmə müqavimət idarəsinin əməkdaşları İzberbaş şəhərində Rusiyanın 9, Azərbaycanın 7 və Türkiyənin 1 vətəndaşını həbs ediblər. Onlar Rusiyada fəaliyyəti 2008-ci ilin avqustundan qadağan edilən “Nurçular” dini hərəkatını təbliğ etməkdə ittiham olunurlar. Respublikanın Federal Təhükəsizlik İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Gazeta.ru"ya verilən məlumata görə, “Nurçular”ın Rusiyada fəaliyyətini Türkiyənin Bitlis şəhərinin sakini, 44 yaşlı Erdemir Əli İhsan əlaqələndirib. O, 2009-cu ildə Moskvada, Sankt-Peterburqda, Kalininqradda, Kostromada, Yaroslavlda, Kazanda və Krasnoyarskda olub və bu şəhərlərdə təşkilatın aktiv üzvləri ilə görüşlər keçirərək gələcək fəaliyyət planını müzakirə edib. Axtarış zamanı “Nurçular”ın Dağıstanda fəaliyyətinin təbliğinə xərclənmiş 72 min dolların maliyyə-hesabat sənədləri aşkar edilib. Bundan əlavə, xeyli sayda təbliğat ədəbiyyatı, o cümlədən 2007-ci il mayın 21–dən Koptinsk rayon məhkəməsinin qərarına əsaəsən Rusiya ərazisində qadağan edilən ədəbiyyat tapılıb. /.PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2009 “Azərbaycan xalçası” sənədli filmi Kann Beynəlxalq kinofestivalına qəbul edilib Filmin rejissoru Şamil Əliyev, ssenari müəllifi Aydın TalıbzadədirBu ilin əvvəlində “Yaddaş” studiyasında çəkilmiş “Azərbaycan xalçası” sənədli filmi ənənəvi Kann Beynəlxalq kinofestivalının qısametrajlı filmlər müsabiqəsinə qəbul edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, filmin rejissoru Şamil Əliyev, ssenari müəllifi Aydın Talıbzadədir. “Azərbaycan xalçası” filmi “Bakı-İslam mədəniyyətinin paytaxtı – 2009” layihəsinə hazırlıq proqramı çərçivəsində istehsal olunub və ilin təntənəli açılışı ərəfəsində tamaşaçılara təqdim edilib. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2009 Xaçmazda xırda buynuzlu mal-qara canavarların hücumuna məruz qalıb Hadisə rayonun Çarxı kəndidnə baş verib Xaçmazda xırda buynuzlu mal-qara canavarların hücumuna məruz qalıb. . PRESS-in bölgə müxbirinin məlumatına görə, rayonun Çarxı kəndində Asif Həşimovun şəxsi təsərrüfatındakı 30 qoyuna beş canavar hücum edib. Canavarlar 9 qoyunu tamamilə parçalayıb. Hadisə nəticəsində sürüdəki digər qoyunlar müxtəlif dərəcəli xəsarət alıblar. Xaçmaz Baytarlıq İdarəsinin rəisi Nəsib Mahmudov məsələ ilə bağlı bildirib ki, artıq müvafiq profilaktik tədbirlər görülüb. Yaralı heyvanlara antibiotik vurulub. O, artıq təsərrüffatlara və kənd sakinlərinə hücum edən canavarlarla bağlı tədbirlərin görülməli olduğunu vurğulayıb. Kənd sakinləri isə bildiriblər ki, kəndin ərazisində canavarlar kütləvi şəkildə görünür və əhali zəmiyə, bostana getməyə qorxur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şimal bölgəsi üzrə 5 saylı idarəsinin rəhbəri Mikayıl Manafov isə .PRESS-ə bildirib ki, artıq Nazirlər Kabineti kənd sakinlərinin şəxsi təsərrüffatlarına ziyan vuran canavarların vurulmasına icazə verib. Bu məqsədlə artıq qruplar yaradılıb. Zərərçəkən kənd sakinlərinin müraciəti əsasında həmin qrupların canavarları ovlayacağı bildirilir. Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2009 (изменено) "40-cı qapı" filmi Hyuston Kinofestivalının "Qızıl mükafat"ını Azərbaycana gətirdi Film 42-ci Beynəlxalq Hyuston Kinofestivalında "Ən yaxşı xarici film" nominasiyası üzrə qızıl mükafata layiq görülüb "40-cı qapı" bədii filmi 42-ci Beynəlxalq Hyuston Kinofestivalında "Ən yaxşı xarici film" nominasiyası üzrə qızıl mükafata (GOLD REMI AWARD .Foreign) layiq görülüb. Bu barədə . PRESS-ə "Ritm production"un direktoru, filmin prodüsseri Xaqani Savalan məlumat verib. Festivalın nəticələri 26 aprel 2009-cu ildə açıqlanıb. Festivalda filmin rejissoru Elçin Musaoğlu iştirak edib. Qeyd edək ki, "40-cı qapı" bədii filmi dövlət sifarişi ilə "Ritm production"da çəkilib. Filmin prodüsseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rollarda Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və b. çəkiliblər. /.PRESS/ Изменено 29 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 апреля, 2009 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2009 (изменено) Estoniyada "Azərbaycanlılar" adlı dərsliyin təqdimatı olub 15 000 tirajla nəşr olunmuş kitab artıq kütləvi kitabxanalara və məktəblərə paylanıb Estoniyada işıq üzü görmüş "Azərbaycanlılar" kitabının təqdimat mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, eston dilində nəşr olunmuş "Azərbaycanlılar" kitabı Estoniya Respublikasının Təhsil Nazirliyinin tədris proqramına əsasən tərtib edilib. Bu kitabı Təhsil Nazirliyinin sifarişi və maliyyə dəstəyi ilə Estoniya İnteqrasiya Fondu çap edib. Nazirliyin "Estoniyada yaşayan milli azlıqlarla tanışlıq" layihəsi çərçivəsində hazırlanan kitabın muəllifi Estoniyadakı Həftəsonu Azərbaycan məktəbinin rəhbəri Sərvinaz Kərimova və məktəbin müəlliməsi Sənəm Əliyevadır. Eston dilinə tərcüməni isə İta Serman edib. "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev bildirib ki, "Azərbaycanlılar" kitabı litvalılar və ruslardan sonra Estoniyadakı milli azlıqlar haqqında nəşr olunan üçüncü kitabdır. Nəşrdə Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, təbiəti, mətbəxi haqqında məlumatlar yer alıb. Azərbaycan Respublikasını və xalqımızı estonlara tanıtmaq məqsədi daşıyan kitabda milli bayramlar və matəm günləri haqqında da məlumat var. Bu nəşrdə Qarabağ münaqişəsinə, eləcə də 20 yanvar faciəsi, Xocalı soyqırımı və 31 Mart-Azərbaycanlıların Soyqırımı barədə məlumata da geniş yer ayrılıb. Mövzulara aid rəngli fotoşəkillər kitabı daha maraqlı edir. Kitabda Estoniyada yaşayan Azərbaycan icması haqqında da ətraflı bilgi verilib. "Azərbaycanlılar" kitabı eston məktəbliləri üçün nəzərdə turulduğundan daha anlamlı dildə və sadə formada tərtib edilib. 15 000 tirajla nəşr olunmuş kitab artıq kütləvi kitabxanalara və məktəblərə təqdim olunub. Təqdimat mərasimində çıxış edən Estoniya parlamentinin deputatı, həmyerlimiz Eldar Əfəndiyev deyib ki, biz özümüz də belə bir kitabın nəşrinə vəsait t. bilərdik. Lakin "Azərbaycanlılar" kitabının Estoniya dövlətinin vəsaiti hesabına ərsəyə gəlməsi və eston məktəblərində istifadə üçün nəzərdə tutulması çox mühüm amildir. /.PRESS/ Изменено 29 апреля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 16 июня, 2009 Автор Жалоба Share Опубликовано: 16 июня, 2009 Musəvi tərəfdarlarını bu günə planlaşdırılan aksiyada iştirak etməməyə çağırıb O, bu addımı tərəfdarlarının həyatını xilas etmək üçün atıb İranda prezident seçkisində rəsmi olaraq məğlub olan islahatçı namizəd Mir Hüseyn Musəvi öz tərəfdarlarını bu günə Tehranda planlaşdırılan mitinqdə iştirak etməməyə çağırıb. “Reuters” agentliyinin məlumatına görə, bu barədə Musəvinin nümayəndəsi bildirib. Mənbə qeyd edib ki, “Musəvi öz tərəfdarlarının həyatlarını xilas etmək üçün onları aksiyada iştirak etməməyə çağırıb”. Xatırladaq ki, İran dövlət radiosu Tehranda etiraz aksiyaları zamanı 7 nəfərin ölməsi barədə məlumat yayıb. . PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 16 июня, 2009 Автор Жалоба Share Опубликовано: 16 июня, 2009 Rayonlara dolu düşəcək Bakı və Abşeron yarımadasında yağış yağacağı ehtimal edilir Yaxın üç gün ərzində ölkə ərazisində tutqun hava şəraiti hökm sürəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev . PRESS-ə məlumat verib. Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. 19-21 dərəcə isti olacaq. Abşeron çimərliklərində isə dəniz suyunun temperaturu 22-23 dərəcəyə çatacaq. İyunun 17-də gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu 17-28 dərəcəyə çatacaq. İyunun 18-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu 31 dərəcəyə kimi yüksələcək. İyunun 19-da yenidən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz arabir şimal-qərb küləyinin sürəti artacaq. Havanın temperaturu 27 dərəcəyə kimi enəcək. Azərbaycanın rayonlarında yaxın üç gündə əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacaq. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-30 dərəcə olacaq. Kəmalə Məmmədova /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 16 июня, 2009 Автор Жалоба Share Опубликовано: 16 июня, 2009 Metroya bomba qoyulması barədə xəbər yalan oldu "İnşaatçılar" st.iyasında axtarış .rılsa da heç nə tapılmayıb Bu gün saat 11.00 radələrində metronun "İnşaatçılar" st.iyasına bomba qoyulması ilə bağlı polisə anonim zəng edilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım St.iyası və rayon polis idarəsinin əməkdaşları gəlib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb və metroda partlayıcı maddə aşkarlanmayıb. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov .-ə açıqlamasında bildirib ki, hazırda metropoliten əvvəlki qrafiki üzrə işləyir və sərnişinlərin təşvişə düşməsinə ehtiyac yoxdur./. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 17 июня, 2009 Автор Жалоба Share Опубликовано: 17 июня, 2009 (изменено) Suriya Dağlıq Qarabağ probleminin həllində gərginliyin yaranmasını istəmir Bunu İrəvanda səfərdə olan Suriya prezidenti Bəşar Əsad bəyan edib Suriya Dağlıq Qarabağ probleminin həllində gərginliyin yaranmasını istəmir. "Novosti-Armeniya" agentlyinin məlumatına görə, bu barədə İrəvanda səfərdə olan Suriya prezidenti Bəşar Əsad Ermənistan prezidenti Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfr.ında deyib. "Əlbəttə, bu çətin problemdir, amma biz bu problemin gərginləşməsini istəmirik, çünki Yaxın Şərq təcrübəmizdən bilirik ki, bu halda məsələnin həlli çətinləşir", -deyə Suriya prezidenti qeyd edib. Onun sözlərinə görə, Azərbaycana səfər etməmişdən əvvəl Qarabağ məsələsi ilə bağlı olaraq Ermənistanın mövqeyini öyrənib. Qeyd edək ki, bu gün Suriya prezidenti öz xanımı ilə birgə Ermənistana ikigünlük işgüzar səfər edib. Yaxın zamanlarda B. Əsadın Azərbaycana da səfər edəcəyi gözlənilir. /. PRESS/ Изменено 17 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 17 июня, 2009 Автор Жалоба Share Опубликовано: 17 июня, 2009 "Prezidentlərin Praqa və Sankt–Peterburq görüşləri Qarabağ münaqişəsinin həllinin fəallaşmasına yol açıb" Bunu ABŞ dövlət katibinin müşaviri Filip Qordon söyləyib “ABŞ ATƏT-in Minsk qrupu vasitəçisi kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün irəliləyişin əldə olunmasına kömək edir. Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqda və iyunun 4-də Sankt –Peterburqda keçirdiyi görüşlər 2009-cu ildə çərçivə razılışmasını sona çatdırmaq üçün cəhdlərin fəallaşmasına yol açıb”. . PRESS-in ABŞ dövlət departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə müavini Filip Qordon xarici işlər üzrə komitənin iclasında bildirib. Qordon bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, dövlət katibinin müavinin köməkçisi Metyu Brayza öz rusiyalı və fr.alı həmkarları ilə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin beş görüşünü təşkil ediblər. “ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqlarda şəxsən iştirak edib. Onun mayın 5-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü buna misal göstərmək olar”, - deyə dövlət katibinin müavini bildirib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və Ermənistan –Türkiyə münasibətlərinin normallaşmasına köməklik göstərməyə çalışır. “Biz inanırıq ki, bu iki proses ayrılıqda amma paralel formada və müxtəlif sürətdə irəliləməlidir”. O hesab edir ki, aprelin 22-si Türkiyə və Ermənistanın münasibətləri normallaşdırmaq haqqında birgə bəyanatı iki ölkə arasında münasibətləri normallaşdırmaq və sərhədlərin açılmasında üçün tarixi imkandır. Dövlər katibinin müavini qeyd edib ki, Azərbaycan regional təhlükəsizlik, xüsusilə terrorla mübarizədə və Avropalı müttəfiqlərə təbii qazın ötürülməsində ABŞ –ın vacib tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycan inhisarçı təzyiqlərdən azad olaraq Bakı-Tiflis-Ceyhan neft kəməri vasitəsilə dünya bazarına gündə təxminən bir milyon barrel neft ixrac edir. Ötən həftə Qafqaz regionuna ilk səfərini də xatırladan F. Qordon, səfərin məqsədinin ABŞ-ın regiondakı maraqlarını davam etdirmək olduğunu bildirib. Kamala Ramazanova . PRESS Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 19 июня, 2009 Автор Жалоба Share Опубликовано: 19 июня, 2009 (изменено) АНС. MYMŞ Yaradıcılıq Şurası MTRŞ-ın . ÇM-in guya qurumun Xüsusi Qaydalarını pozması barədə KİV-ə verdiyi məlumatların araşdırılmasını başa çatdırıb Bu gün keçirilən toplantıdan sonra Yaradıcılıq Şurasının sədri Mirşahin Ağayev mətbuata açıqlama verib . Müstəqil Yayım və Media Şirkətinin Yaradıcılıq Şurası Milli Televiziya və Radio Şurasının . ÇM-in guya "Teleradioyayımı haqqında" qanunun 32.0.9 maddəsinin milli mənəvi dəyərlərin qorunmasına ardıcıl əməl olunması ilə bağlı tələblərini və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran hallarla bağlı MTRŞ-ın qəbul etdiyi Xüsusi Qaydaları pozduğu barədə Kütləvi informasiya vasitələrinə verdiyi məlumatların araşdırılmasını başa çatdırıb. Bu gün keçirilən toplantıdan sonra Yaradıcılıq Şurasının sədri Mirşahin Ağayev mətbuata açıqlama verib: «.-in hüquq departamentinin də yaxından iştirakı ilə çox səylə .rdığımız 3 günlük araşdırmalar göstərdi ki, Milli Televiziya və Radio Şurasının . ÇM radiost.iyasına şifahi xəbərdarlığı barədə KİV-də yayılan məlumatlar əsassızdır və bu barədə təcili təkzib verilməlidir ». Mirşahin Ağayevin sözlərinə görə, .-in Yaradıcılıq Şurası araşdırmalar zamanı Milli Teleradio Şurasının məlumatını heç bir fakta əsaslanmayan, h.ısa qeyri-müəyyən "çoxsaylı dinləyici zənginə" söykənən qərəzli məlumat olduğu qənaətinə gəlib. Xatırladaq ki, bu yaxınlarda MTRŞ-ya . ÇM-in «Gənc Klub» verilişi ilə bağlı radio-st.iyanın Baş Direktoru və hüquqşünası dəvət edilərək onlara burada milli-mənəvi dəyərlərə əməl olunmaması barədə irad bildirilmişdi. Lakin radio rəsmiləri bu ittihamlarla qətiyyən razılaşmayaraq həmin verilişin yazıldığı diski təqdim etmişdilər. Televiziya və Radio Şurası isə diskə QULAQ asmaqdan imtina edərək «çoxsaylı dinləyici zənglərini» istinad gətirmişdi. Radionun təmsilçiləri Qurumu tərk edəndən dərhal sonra Şura Kütləvi İnformasiya Vasitələrinə guya . ÇM-in "Gənc Klub" verilişində bir neçə dəfə milli-mənəvi dəyərləri nəzərə almayan, etik normalara uyğun olmayan halların qeydə alınması və radiost.iyanın milli-mənəvi dəyərlərə zidd olan mövzuları müzakirəyə çıxarmaqla "Teleradio yayımı haqqında" qanunun tələblərini və MTRŞ-nın qəbul etdiyi Xüsusi Qaydaları pozması barədə məlumat ötürmüşdü. Mirşahin Ağayevə görə isə «Əslində bu iddia heç bir real fakta əsaslanmayan, h.ısa qeyri-müəyyən dinləyici zənglərinə söykənən, həqiqətdən çox uzaq məlumatdır və .-i gözdən salmağa yönəlmiş kampaniyanın tərkib hissəsi olmaqdan başqa bir şey deyil". Vitse-prezident daha sonra deyib: «Biz məlumatı araşdırdıq və birmənalı şəkildə əmin olduq ki, "Teleradio yayımı haqqında" qanunun nəinki 32.09-cu maddəsinin, ümumiyyətlə heç bir qanunun pozulmasından söhbət belə gedə bilməz. Fəaliyyətinin başlıca xəttini vətənpərvərlik və halallıq təşkil edən .-in adının belə hallandırılması onun cəmiyyətdəki nüfuzunun aşağı salınmasına yönəlmiş addımdır. Şirkətlər Qrupunun vitse-prezidenti daha sonra deyib: «MTRŞ ötən il noyabrın 11-də də . TV-ni qərəzli cəzalandırmışdı. O vaxt . Milli Televiziya və Radio Şurasına rəsmi etiraz məktubu göndərməklə . TV-yə elan edilmiş xəbərdarlığı ləğv etməyə çağırsa da, qurum bu müraciəti cavabsız buraxmışdı. (Məktub əlavə olunur)". Bütün bunların təsadüfi olmadığını, əksinə tədricən cəmiyyətdə .-in qanunlara sayğısız yanaşdığını təlqin etmək məqsədi daşıdığını deyən Mirşahin Ağayev daha sonra bildirib: «Mən demokratik Azərbaycanda yaşadığımıza inanıram və əminəm ki, prezident İlham Əliyevin müdaxiləsindən sonra öz fəaliyyətini bərpa edən şirkətimizi gözdən salmaq mümkün olmayacaq. MTRŞ-nın . ÇM-i milli və mənəvi dəyərləri pozan verilişlər yaymaqda günahlandırmasına gəlincə, bu, Azərbaycanın qəhrəmanlıq tarixini özündə əks etdirən .-ə yönəldilmiş əsassız ittihamdır və arxasında məkrli məqsədlər var. . - milli-mənəvi dəyərlərin bayraqdarıdır və onu məhz bu zəmində ləkə vurmağa çalışmaq təxribatdan başqa bir şey deyil». Mirşahin Ağayev fikrini belə yekunlaşdırıb: «3 ilə yaxındır ki, . MTRŞ-ın əsassız qərarlarına və qeyri-real iddialarına münasibət bildirməmək siyasəti yürüdür. Biz bununla qarşı tərəfə öz qərarlarına daha peşəkar yanaşmaq ş.ı verirdik. Amma görünür Milli Televiziya və Radio şurasında bu davranışı başqa şəkildə qəbul edirlər. Biz bundan sonra Qurumun obyektivlikdən uzaq qərarlarına münasibətimizi dərhal bildirəcəyimizi bəyan etməklə Milli Televiziya və Radio Şurasını öz addımlarında daha məsuliyyətli olmağa çağırırıq. İlk belə addım isə . ÇM-ə şifahi xəbərdarlıq edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların təkzib edilməsi ola bilərdi və biz bunun məhz belə olacağına inanırıq». MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ SƏDRİ CƏNAB NUŞİRƏVAN MƏHƏRRƏMLİYƏ Hörmətli Nuşirəvan müəllim! Milli Televiziya və Radio Şurasının noyabrın 11-də .-in cəzalandırılmasıyla bağlı qəbul etdiyi qərar çoxsaylı kollektivimizin hər bir üzvü kimi Yaradıcılıq Şurasının sədri olaraq mənə də gözlənilməz zərbə oldu. Doğrudur, kişinin başına iş gələr, amma məni narahat edən Milli Teleradio Şurasının .-ə münasibətində özünü göstərən qərəzkarlıqdır. Bu barədə az sonra daha ətraflı danışacağam. İndi isə məsələnin mahiyyəti haqqında. Noyabrın 5-də biz İsveçrədən faks alduq. Məktuda UEFA-nın Baş hüquqşünası Kris Sinadın imzası ilə qeyd olunurdu ki, Türkiyənin UEFA Çempionlar Liqasının oyunlarını yayımlayan «STAR» kanalı bu matçları pulla nümayiş etdirir və buna görə də Türkiyə tamaşaçıları bu oyunlara .-də müftə baxmağa üstünlük verirlər. Nəticədə STAR maddi itkiyə məruz qalır. Məktubda .-ə ciddi xəbərdarlıq edilirdi ki, təcili olaraq matçların yalnız Azərbaycan ərazisində yayımını təmin etmək üçün müvafiq tədbirlər görməsək UEFA bizimlə müqaviləni pozacaq. Biz təcili olaraq bu avadanlığın alınıb quraşdırılması barədə düşündük. Aydın oldu ki, tələb olunan avadanlıqı bir gündə almaq və quraşdrımaq mümkün deyil və ona görə də bizim İsveçrə ilə danışıqlarımız heç bir nəticə vermədi. Oyunun başlanmasına isə çox az vaxt qalırdı. Ya biz gərək oyunu ümumiyyətlə göstərməyə idik ki, bu da UEFA ilə müqavilənin oyunların tr.lyasiyasının həyata keçirilməsiylə bağlı şərtini pozmuş olacaqdı və UEFA müqaviləyə xitam verəcəkdi. Oyunun əvvəlki qaydada tr.lyasiyası da vəziyyətdən çıxış yolu deyildi. Ona görə ki, Türkiyənin STAR kanalı UEFA-ya rəsmi məktub yazmışdı və UEFA- da bu sənədə istinadən .-ə rəsmi xəbərdarlıq etmişdi. Bizi bu tərəfdən də müqavilənin pozulması təhlükəsi gözləyirdi. Belə olan təqdirdə biz vəziyyətdən çıxış yolu kimi oyunun Bakı və Abşeron yarımadasında yayımı üzərində dayandıq. Oyunun peyk vasitəsilə yayımlanmaması nəticəsində Türkiyə ərazisində yaşayan tamaşaçılar STAR-ı izləməyə məcbur oldular. UEFA isə .-in bu hərəkətini Azərbaycanın beynəlxalq qanunlara və öhdəliklərə hörməti kimi qiymətləndirdi. MTRŞ-nın xəbərdar edilməməsi isə bu qərarın sırf macalsızlıq şəraitində qəbul edilməsi ilə bağlı idi və təbii ki, burada h.ısa hörmətsizlik və ya saymazyanalıqdan söhbət belə gedə bilməz. Hər halda kim də bilməsə, bunu Siz bilirsiniz ki, . Milli Teleradio Şurasının nəinki qanuni tələblərinə, hətta şəxsi xahiş və müraciətlərinə belə böyük diqqətlə yanaşır. İmkanı çatan qədər kömək edir və bunu məhz qarşılıqlı münasibətlərimizin səmimiliyi naminə edir. Onu da deyim ki, biz UEFA ilə müqavilə bağlayanda MTRŞ hələ yaranmamışdı və bu qurumla bağladığımız sənəd beynəlxalq müqavilə olduğundan onun yerinə yetirilməsinə verdimiz əhəmiyyət konstitusiyamıza hörmətdən başqa bir şey deyil. UEFA Çempironlar Liqasının oyunlarını yayımlamaqda isə məqsədimiz ölkə tamaşaçılarına Avropanın ən məşhur komandalarının oyunlarını yüksək keyfiyyətlə çatdırmaqdır. Bu hadisə isə anlaşılmazlıqdan başqa bir şey deyil və əgər səhvdirsə belə bu, .-in Milli Televiziya və Rado Şurasını vaxtında xəbərdar etməməsi, daha doğrusu bunu etməyə macal tapmamısıdır. Onu da bildirirəm ki, .-in bu yola əl atması dünya praktikasında ilk hal deyil. Rusiya, Böyuk Britaniya və digər inkişaf etmiş ölkələr bu üsuldan istifadə edirlər. Elə Azərbaycanda fəaliyyət göstərən İctimai Televiziya da öz yayımı zamanı bu metoddan vaxtaşırı istifadə edir, hətta bu məlumatı öz proqramlarında dərc edir. Məncə qaydalar hamıya şamil olunmalıdır və biz Televiziya haqqında qanunun heç bir bəndini kobud şəkildə pozmamışıq. Bu addıma da tamaşaçıların maraqları naminə əl atmışıq. Hörmətli Nuşirəvan müəllim! Məni təəccübləndirən həm də odur ki, MTRŞ bu ağır tənbeh tədbirini, (özü də adekvat olmayan hala görə!) tətbiq edərkən .-dən normal qaydada izahat tələb etməyi də lazım bilməyib, hətta qərar qəbul edilərkən .-in təmsilçilərini hər vəchlə aşağılayan tona yol verilib, şirkətin təsisçilərinin savadı və peşəkarlığı belə şübhə altına alınıb. (Məncə, bu hərəkət bir neçə gün əvvəl Sizinlə birlikdə fəxri adlara layiq görülən təsisçilərə Dövlət Başçısının münasibətinə hörmətsizlikdir). .-in Baş Direktoru Y.Fərəcov və onun müavini A. Quliyevin bütün aydınlaşdırma cəhdlərinin qarşısı isə qaba müdaxilələrlə alınıb. Baxmayaraq ki, hətta ən ağır cinayətdə günahlandırılan müttəhimin belə müdafiə və son söz hüququ var. Burada isə, hər h.ı ağır cinayət baş verməyib, necə deyərlər, qan olmayıb-qada düşməyib. Hər halda şirkətimizdən bu məsələ ilə bağlı normal qaydada məlumat istənilə bilərdi, verdiyimiz arayış nəticəsində isə bəlkə Teleradio Şurası bizə kömək də edə bilərdi. Axı hadisədən bir gün sonra Sizinlə mən telefonla danışanda yaranmış vəziyyətdə bizə . və UEFA arasındakı problemin aradan qaldırılmasında yardımçı olmanızı xahiş etdim. Sizi 12 noyabr, ad günümlə əlaqədar keçiriləcək məclisə dəvət edərkən Türkiyədə olacağınızı söyləsəniz də təbrik edəcəyinizi bildirdiniz. Zarafatlaşdıq da. Amma təbrikin ağır xəbərdarlıq olacağını və onun məhz mənim ad günümdə «Xəbərçi»-də oxunacağını gözləmirdim. Və mən elə buna görə də MTRŞ-nın .-ə münasibətində bir qərəz hiss edirəm. Hörmətli Nuşirəvan müəllim! Milli Teleradio Şurasının simasında biz özümüzə dost, arxa, problemlərimizin həlli zamanı üz tutacağımız qurum, etibarlı əlaqələndirici görmək istəyirik. Bu qurumun yalnız cəza və tənbeh mexanizmi imici ilə yadda qalmasını arzulamırıq. Azərbaycanın heç bir televiziya və radio qurumu, o cümlədən . Milli Televiziya və Radio Şurası ilə qarşıdurmada fəaliyyət göstərmək istəməzdi. Bu heç kimə fayda gətirmir. Sizin də, bizim də işimizin əsas məqsədi birdir. Azərbaycana yüksək keyfiyyətli televiziya və radio proqramları təqdim etmək. Dövlət başçısının Sizin kimi, . Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayevi də eyni mükafatla «Tərəqqi» medalı ilə qiymətləndirməsi bəlkə həm də buna işarədir. Ona görə də Sizdən Şuranın 11 noyabr tarixli iclas qərarına yenidən baxmağınızı və onu ləğv etməyinizi xahiş edirik. Bunu da rica edirik nəzərə alasınız ki, bizim, son qərarınıza səbəb olmuş hərəkətimiz mövcud vəziyyətdə atılmış birdəfəlik addımdır və Şuranın toplantısında .-in təmsilçiləri bunu bir neçə dəfə bəyan edilblər. Hazırda xüsusi avadanlığın alınıb quraşdırılması prosesi gedir. Bundan sonra . UEFA ilə müqavilə əsasında futbol oyunlarını kodlu sistemdə yayacaq və bununla da problem aradan qalxacaq. Bütün bunları nəzərə alacağınıza inanır, qərara yenidən baxacağınıza ümid edirik. Biz isə öz növbəmizdə bildiririk ki, MTRŞ ilə münasibətlərimizdə bəzən çatışmayan koordinasiya boşluqlarını aradan qaldırmağa çalışacağıq. Hörmətlə, Mir Şahin Ağayev АНС.-in Yaradıcılıq Şurasının Sədri.12 noyabr 2008-ci il Изменено 19 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 19 июня, 2009 Автор Жалоба Share Опубликовано: 19 июня, 2009 Milli Məclisdə bəzi qanunlara etiraza səbəb dəyişikliklərin müzakirəsi başlanır Təhsil haqqında və QHT-lər haqqında qanunlara dəyişikliklər ictimai etirazlara səbəb olub Bu dəqiqələrdə Milli Məclisin növbəti plenar iclası öz işinə başlayır. Bu gün millət vəkilləri «Təhsil haqqında» qanun layihəsini 3-cü oxunuşda müzakirə edəcək, həmçinin «Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında» qanuna əlavə və dəyişiklikləri nəzərdən keçirəcəklər. Qeyd edək ki, hər iki məsələ ilə bağlı cəmiyyətdə narazılıqlar var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) «Təhsil haqqında» yeni qanunda öz əksini t.n bəzi müddəaların çıxarılmasını təklif edir. Bəzi qeyri-hökumət təşkilatları isə QHT-lərlə bağlı qanuna əlavə və dəyişlikləri qəbul etmir. Hətta Milli QHT Forumu təklif edib ki, sənəd tələsik hazırladığından bu günkü iclasın gündəliyindən çıxarılsın. 100-dən çox qeyri-hökumət təşkilatını özündə birləşdirən Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi hazırda Milli Məclisin binası qarşısında aksiya keçirməyi qərara alıb. /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 19 июня, 2009 Автор Жалоба Share Опубликовано: 19 июня, 2009 Sərhəddə atışma: bir əsgərimiz şəhid oldu, bir zabit yaralandı Azərbaycan-İran sərhədində qaçaqmalçılarla sərhədçilər arasında silahlı toqquşma baş verib İyunun 18-də saat 22:00 radələrində Cəlilabad rayonu ərazisindəki sərhəd keçid məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə İran- Azərbaycan sərhədini keçmək istəyən 5 qaçaqmalçı arasında silahlı toqquşma olub. Nəticədə Samux rayon Əhmədbəyli kəndindən hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü əsgər İskəndərov Elton Xaləddin oğlu şəhid olub. Bu haqda .-ın Gəncəbasar müxbirinə Samux rayon hərbi komissarlığından məlumat verilib. Mənbə bildirib ki, qaçaqmalçıların hamısı azərbaycanlı olub. Qaçaqmalçılar əmrə tabe olmadıqları üçün sərhədçilərimiz onlara atəş açıblar. Nəticədə onlardan 2 nəfəri öldürülüb, 3 nəfəri isə həbs edilib. Sərhədi pozanlardan biri İskəndərovun açdığı atəş nəticəsində öldürülüb. Qaçaqmalçıların atdığı qumbara nəticəsində isə əsgərimiz şəhid olub. Adı açıqlanmayan bir zabit isə yaralanıb. Qeyd edək ki, Elton İskəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Yaxınları bildiriblər ki, şəhid əsgər bu gün torpağa tapşırılıb. «Ganca.az» saytında isə məlumat verilib ki, Cəlilabad ərazisində hərbi xidmətdə olan əsgər Elton Xaləddin oğlu İsgəndərov «Meşə qardaşları» terror təşkilatının üzvləri sərhədimizi keçmək istəyərəkən başlanan vuruşma zamanı həlak olub. Sərhədi keçməyə cəhd edən «Meşə qardaşları» terror təşkilatının yaraqlıları ilə atışma zamanı iki nəfər zabitimiz yaralanıb, Elton İsgəndərov isə aldığı güllə yarasından keçinib. Terrorçulardan isə bir nəfər elə E.İsgəndərov tərəfindən məhv edilib, 3 nəfərsə yaxalanıb. Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 19 июня, 2009 Автор Жалоба Share Опубликовано: 19 июня, 2009 (изменено) Əsir əsgərimizə məktubda müəyyən fikirlərin yazılmasına icazə verilmir Bu barədə .-ə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Milli Ordumuzun çavuşu Anar Hacıyevin anası Nailə Məmmədova bildirib «Erməni əsirliyində olan əsgərimizə ailəsi tərəfindən göndərilən məktubda müəyyən fikirlərin yazılmasına icazə vermirlər». Bu barədə .-ə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Milli Ordumuzun çavuşu Anar Hacıyevin anası Nailə Məmmədova bildirib. «Birinci məktubu yazdıq ki, yolunu gözləyirik. Dedilər bunu yazmaq olmaz. Uşağı incidə bilərlər»,- deyə əsir anası eqyd edib. İndiyə qədər ailəsi Anardan 3 məktub alıb və ona 2 məktub göndərib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bu il mayın 10-da Ermənistan silahlı qüvvələri tərəfindən naməlum şəraitdə əsir götürülmüş Milli Ordumuzun çavuşu Anar Hacıyevə iyunun 16-da baş çəkib, onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıblar. Əsirdən ailəsinə məktub çatdırılıb. Xatırladaq ki, əslən Goranboy rayonundan olan Anar Hacıyev bu ilin mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir düşüb. /. TV/ Изменено 19 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 21 июня, 2009 Автор Жалоба Share Опубликовано: 21 июня, 2009 Şənbə günü Tehranda 19 müxalifətçi öldürülüb Bu barədə CNN kanalı məlumat yayıb Şənbə günü Tehran küçələrində yürüşə çıxmış müxalifət tərəfdarları ilə polis arasında toqquşmanın yeni həvəskar videoları nümayiş olunub. Baxmayaraq ki, xarici mətbuat üçün işləyən bütün jurnalistlərə küçələrdə çəkilişlər .rmaq qadağan edilib, efirdə yalnız həvəskar çəkilişlər göstərilir. Məhdudiyyətlər hətta xarici mətbuat orqanları üçün işləyən iranlılara da aid edilib. Yeni yayılan görüntülərdə nümayişçilərin polis üzərinə daş atması, bəzi etirazçıların ağır yaralanması və qan içində olması açıq-aydın görünür. Şahidlər polisin etirazçıları dəyənəklə döydüyünü və onlara qarşı gözyaşardıcı qaz, su şırnağından istifadə etdiyini bildiriblər. 3 minə yaxın nümayişçi Tehranın mərkəzində yerləşən İnqilab meydanına doğru gedərək "Diktatora ölüm" deyə qışqırıblar. Polis yürüş iştirakçılarının qarşısını kəsərək onların İnqilab və Azadlıq meydanlarında toplaşmalarına yol verməyib. Qeyd edək ki, ABŞ-ın CNN kanalı İranın səhiyyə mənbələrindən əldə etdiyi məlumata əsasən 19 nəfərin ölməsi barədə məlumat yayıb. Bununla yanaşı telekanal başqa mənbələrin verdiyi məlumatı da səsləndirib. Hələ təsdiqini tapmayan məlumata əsasən polislə etirazçılar arasında baş vermiş toqquşmalarda 150 nəfər ölüb. İran baş polisi etirazçılara qarşı təmkinlə rəftar etməyin əmr olunduğunu bildirib. İranın polis rəisi, general İsmail Əhmədi Moğadam hadisələrin usandırıcı və dözülməz olduğunu bildirib. Onun sözlərinə görə, qaydanı pozanlara qarşı qəti surətdə müqavimət göstərəcəklər. Bu arada cümə axşamı keçirilmiş mitinqdən bəri görünməyən Mir Hüseyn Musəvi seçkilərin ləğv edilməsi barədə tələbini yenidən irəli sürüb. İran Keşikçilər Şurasına göndərdiyi məktubda Musəvi seçkilərin ləğv edilməsinə əsas verən qanun pozuntularını göstərib. Musəvi bəzi seçki qutularının səsvermədən əvvəl möhürlənmədiyini, minlərlə tərəfdarlarının seçki məntəqələrindən qovulduğunu və bəzi səyyar seçki məntəqələrində qutuların saxta bülletenlərlə dolu olduğunu bildirib. İran Keşikçilər Şurası müxalifətin nümayişlərini sakitləşdirməkdən ötrü səslərin 10 faizinin yenidən saymağa başlayıb. Şuranın nümayəndəsi Abbas Əli Kadxodeyi bildirib ki, qanuni cəhətdən bunu etməyə borclu olmasalar da, əminliyə nail olmaq üçün namizədlərin nümayəndələrinin iştirakı ilə ölkə üzrə seçki qutularının 10 faizində yenidən səsləri sayacağıq. Qeyd edək ki, bu İslam inqilabından sonra İranda ən ciddi daxili qarşıdurmadır. Bu arada ABŞ prezidenti Barak Obama İrandakı hadisələrə öz münasibətini bildirib. Obama "Biz İran hökümətinin bütün zorakılıq və öz xalqınına qarşı ədalətsiz hərəkətləri dayandırmağa çağırırıq." deyə söyləyib. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 21 июня, 2009 Автор Жалоба Share Опубликовано: 21 июня, 2009 Azərbaycan-İran sərhədində baş verən atışma ilə bağlı rəsmi məlumat yayılıb Həlak olan əsgər Elton İsgəndərov hadisə zamanı öz bədəni ilə qumbaranın üstünü örtməklə digər sərhədçi yoldaşlarını xilas edib Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidməti iyunun 18-də saat 22-45 radələrində Azərbaycan-İran sərhədində baş verən atışma ilə bağlı birgə məlumat yayıblar. Məlumatda deyilir ki, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki şəxsin dövlət sərhədini qanunsuz olaraq nəzarət buraxılış məntəqələrindən kənarda Azərbaycandan İran istiqamətində keçməyə cəhd göstərməsinin qarşının alınması zamanı sərhəd naryadına qarşı 2 ədəd əl qumbarası atılmaqla silahlı müqavimət göstərilib. Sərhəd naryadı tərəfindən təlimata uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucuları zərərsizləşdiriliblər. Hadisə zamanı öz bədəni ilə qumbaranın üstünü örtməklə digər sərhədçi yoldaşlarını xilas edən, 2008-ci ilin oktyabr ayında Samux rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Elton Xaləddin oğlu İsgəndərov həlak olub, iki sərhədçi zabit isə ağır yaralanıb. Zərərsizləşdirilən sərhəd pozucularının üzərindən Füzuli rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Ramiz oğlu Məmmədova və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Sadiq Vaqif oğlu Həşimova məxsus Azərbaycan vətəndaşı pasportları, 600 ABŞ dolları, 800 min İran rialı və 1 ədəd kompas aşkar olunaraq götürülüb. Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər zamanı onların tam əksəriyyətinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmuş “Meşə qardaşları” kimi tanınan qanunsuz silahlı qruplaşmanın üzvləri olan Azər Misirxanov və “Əbdüləziz” ləqəbli Elşən adlı şəxslərlə yaxın əlaqədə olduqları müəyyən olunub. .rılan istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin dövlət sərhədindən qanunsuz olaraq keçmələrini təşkil edən Saatlı rayonunda anadan olan, hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan, 1984-cü il təvəllüdlü Zaur Zabit oğlu Əliyev istintaqa cəlb edilməklə üzərindən 1 ədəd mobil telefon, 1 ədəd xəncər, 1 ədəd bıçaq və 1 ədəd kompas aşkar olunaraq götürülüb. Hadisə ilə bağlı dərhal Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Sərhəd pozucularının əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Füzuli rayonu və Qaradağ rayonunun Sahil qəsəbəsində müxtəlif ünvanlarında axtarışlar .rılıb və həmin ünvanlarda dini təbliğatla bağlı xeyli miqdarda dini ədəbiyyat, video və SD yazılar, fotoşəkillər aşkar edilərək götürülüb. Eyni zamanda cinayətkar qrupun üzvləri ilə yaxın münasibətlərdə olan və sərhəd pozucusu Sadiq Həşimovun qardaşı Natiq Vaqif oğlu Həşimov istintaqa cəlb edilməklə, baxış zamanı üstündə narkotik vasitə aşkar edilib və şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Zaur Zabit oğlu Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin, cinayətin təşkilatçılarının, təhrikçilərinin və digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir./. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 21 июня, 2009 Автор Жалоба Share Опубликовано: 21 июня, 2009 Türkiyənin Gəncədə konsulluğunun açılmasi istiqamətində işlər davam etdirilir Konsulluq üçün binanın ayrılması barədə Gəncə şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc Gəncə şəhərində Türkiyə konsulluğunun açılması ilə bağlı danışıqlar .rıb. Diplomat sentyabrın 15-də açılması nəzərdə tutulan konsulluq üçün uyğun bina ilə bağlı şəhər rəhbərliyinə müraciət edib. Gələn ay yenidən Gəncəyə səfər edəcək Hülusi Kılıc təklif ediləcək binalarla tanış olacaq. Gələcəkdə Türkiyənin Gəncədə mədəniyyət attaşesinin də olacağı gözlənilir. /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 21 июня, 2009 Автор Жалоба Share Опубликовано: 21 июня, 2009 Tehranda məscidə basqın edilib Maskalı və əli dəyənəkli bir qrup şəxsin içərisində etirazçılar olan məscidə hücum etməsi bir çox insanın həyatını itirməsinə səbəb olub İran televiziyasının yaydığı məlumata görə, maskalı və əli dəyənəkli bir qrup şəxs içərisində etirazçılar olan məscidə basqın edərək onlara ciddi xəsarət yetiriblər. Bu zaman bir çox insan həyatını itirib. Tehranda müxalifətin nümayişini dağıtmaq üçün polis gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edib. Tehranda polislə müxalifət tərəfdarları arasındakı toqquşmalarda rəsmi məlumatlara görə, 13 nəfər ölüb. CNN isə ölənlərin sayının 19 olduğunu xəbər verib. Müxalifət iddia edir ki, iyunun 12-də keçirilmiş prezident seçkisinin nəticələri saxtalaşdırılıb, nəticələrə yenidən baxılmalıdır. Rəsmi məlumatlara əsasən isə, seçkini hazırkı dövlət başçısı Mahmud Əhmədinejad udub. İyunun 19-da İranın ali dini lideri Ayətullah Əli Xamneyi də seçkiləri ədalətli sayıb. O, nümayişlərin dayandırılmasını tələb edib. Dini liderin bu çıxışından sonra rəsmi Tehran ölkədəki vəziyyətin məcrasına qayıdacağını düşünürdü. Lakin müxalifət bunun tam əksini etdi. Dünən Tehran küçələrində polislə aksiya iştirakçıları arasında qanlı toqquşmalar olub. Jurnalistlərin bu aksiyaları izləməsinə maneələr yaradılsa da internetdə toqquşmaların videokadrları yayımlanıb. Aksiya zamanı müxalifətin 100-dən çox üzvünün saxlandığı bildirilir. Onlara qarşı avtobus və maşınlara od vurmaq, xalq əmlakına ziyan vurmaq və terrorçuluğa cəhd maddələri qaldırılırb. İran polisi bəyan edib ki, iğtişaşların arxasında Xalq Mücahidləri qrupu dayanır. Həmin qrupun İraqda təlim keçdikdən sonra İrana gəldiklərini və Böyük Britaniyada yerləşən təşkilat tərəfindən idarə olunduqların deyib. Xatırladaq ki, Mücahəddin Xalq Təşkilatı (Mujahideen Khalq Organisation) uzun illər İranın bir çox hökümətləri ilə əks mövqedə olan qruplaşma kimi fəaliyyət göstərib. İranda dini diktatorluğa son qoyulmasını istəyən qruplaşmaya Masud Racavi rəhbərlik edir. /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 21 июня, 2009 Автор Жалоба Share Опубликовано: 21 июня, 2009 İrandakı hadisələrin arxasında kim durur? Qərb mətbuatı bu şəxsin İranın keçmiş prezidenti, nüfuzlu dini şəxs Haşemi Rəfsəncani olduğunu yazır İranda baş vermiş hadisələr, kütləvi küçə etirazlarının arxasında İran İslam Respublikasının keçmiş prezidenti, nüfuzlu dini şəxs Haşemi Rəfsəncani durur. Bu barədə Associated Press yazır. H. Rəfsancani müxalifət çıxışları başlayandan bəri bir dəfə də olsun camaat qarşısında çıxış etməyib, baxmayaraq ki, onun qızı mitinqlərdə aktiv iştirak edir. Rəfsancaninin indiki prezident Mahmud Əhmədinejada qarşı olan mənfi mövqeyi gizli deyil. İranın Ali dini lideri Ayotolla Ali Xamenei iyunun 19-da camaata müraciətində "kulisarxası" əleyhdarını xatırladaraq, onu İslam inqilabının yaradıcısı kimi təqdim edərək Rəfsancani ilə fikir ayrılıqlarının olduğunu bir daha təkrar edib. Qərb politoloqlarının fikrincə, H.Rəfsancanidə olan hökmranlıq ehtiyatı müxalifətə müdafiə dərəcəsi imkanı verir. Mahmud Əhmədinecad və Mir Hüseyn Musavi isə sadəcə bir-birilə yarışan dini elitanın siyasi nümayəndələridir. Haşemi Rəfsancani İslan İnqilabının “atası” adlandırılan ayatolla Ruhulla Xomeninin yaxın tərəfdarlarından biri olub. 1989-1997-ci illərdə İrana rəhbərlik edib və 2005-ci ildə seçkiləri Mahmud Əhmədinejata uduzub. Çox nüfuzlu vəzifəyə sahiblik edən Rəfsancaninin “praqmatik”lər düşərgəsinə aid olduğu, İslam İnqilabı İdeyaların sadiq, amma İranın daha pozitiv obrazını yaratmaq üçün qərblə kompromisslərə gedə biləcək şəxs olduğu deyilir. Xatırladaq ki, hazırda Tehranda və İranın digər iri şəhərlərində müxalifətin etiraz aksiyaları davam edir. İran polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnaqlarından və dəyənəklərdən istifadə edir. Qərb jurnalistlərinin paytaxt Tehrana girişi məhdudlaşdırılıb. /.PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 22 июня, 2009 Автор Жалоба Share Опубликовано: 22 июня, 2009 (изменено) İstanbulda sürpriz görüşTürkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və azərbaycanlı həmkarı arasında planlaşdırılmamış görüş keçirilib İstanbulda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu arasında sürpriz görüş keçirilib. . PRESS, "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, "Beyti" restoranında baş tutan görüşdə İrandakı vəziyyət, Ermənistanla Azərbaycan arasındakı danışıqlar da daxil olmaqla bir sıra regional məsələlər müzakirə edilib. Hər iki nazir restorandan birgə çıxıb. Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Əhməd Davudoğlu bildirib ki, Yaponiya səfərini başa vurub Azərbaycana qayıdan Elmar Məmmədyarov yolüstü İstanbulda bir neçə saat qalıb: "Bir az sonra dəyərli dostum, qardaşım Elmar Məmmədyarovu ikinci məmləkətimiz Bakıya yola salacağıq. Onun İstanbuldan keçməklə Bakıya gedəcəyini eşidəndə belə bir görüşün baş tutmasını planlaşdırdıq. Ona "evinizə xoş gəldiniz" deyirəm". Əhməd Davudoğlu deyib ki, görüşdə bir millət iki dövlət anlayışı içərisində regional proseslər gözdən keçirilib: "Son dövrlərdə Ermənistan-Azərbaycan danışıqları, bölgədəki digər prosesləri, xüsusilə, ikili münasibətlərdə son dərəcə müsbət irəliləyişləri müzakirə etdik". Türkiyəli nazirin sözlərinə görə, görüşdə əminlik ifadə olunub ki, İran daxilindəki problemlər sağlam dialoq yolu ilə həll olunacaq: "İrandakı sabitlik bölgədəki sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə qəbul olunacaq hər bir şərara hörmətlə yanaşacağıq". Əhməd Davudoğlu, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın "iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün Türkiyədən yeni addımlar gözləyirik" bəyanatına da münasibət bildirib: "Addımlar qarşılıqlı atılmalıdır. Türkiyə olaraq bizim hədəfimiz bölgədə, Qafqazda daimi sabitliyə, rifaha və sülhə nail olmaqdır. Bu isə birtərəfli addımlarla reallaşa bilməz. Ötən müddət ərzində Türkiyə regional məsələlərlə xoşniyyətli addımlar ata biləcəyini göstərib. Yalnız bu addımların qarşılıqlı atılması yolu ilə daimi sülh əldə etmək mümkündür". Əhməd Davudoğlunun sözlərinə görə, Elmar Məmmədyarovla Türkiyə-Ermənistan əlaqələrini də müzakirə ediblər: "Belə qərara gəldik ki, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan mütləq çıxmalıdır". Изменено 22 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 22 июня, 2009 Автор Жалоба Share Опубликовано: 22 июня, 2009 İranda etiraz aksiyası zamanı öldürülən qadın nümayişçilərin simvolu olub26 yaşlı Nidanın ölümü mobil telefona çəkilib İranda etiraz aksiyaları zamanı öldürülən 26 yaşlı qadın nümayişçilərin simvoluna çevrilib. Fəlsəfə fakültəsinin tələbəsi olan Nida adlı qadının nümayişlərə atası ilə birgə qatıldığı bəlli olub. "CNN Türk"ün məlumatına görə, gənc qadının könüllü milis dəstələrinə məxsus bir nəfər tərəfindən sinəsindən vurularaq öldürüldüyü iddia edilir. Qadının vurulduğu və öldüyü anlar mobil telefon vasitəsi ilə çəkilib. Müsəvi tərəfdarlarının internet saytlarından birində, Nidanın meyidinin ailəsinə mərasimsiz və tez dəfn edilməsi şərti ilə verildiyi açıqlanıb. Qeyd edək ki, prezident seçkisindən sonra İranda artan gərginlik davam edir. Həftə sonu baş verən etiraz aksiyalarında ən azı 19 nəfərin öldüyü bildirilir. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 22 июня, 2009 Автор Жалоба Share Опубликовано: 22 июня, 2009 Rza Pəhləvi "Bu işin sonu referenduma qədər gedər""Həll yolu parlamentli dünyəvi bir demokratiya yaratmaqdır" İranın son şahı Məhəmməd Rza Pəhləvinin sürgündə olan oğlu illərdir ki, ABŞ-da yaşayır. Nənəsi azərbaycanlı olan, babasından isə Atatürk hekayələri dinləyərək, böyüyən Rza Pəhləvi İrandakı hadisələri və İranın gələcəyi ilə bağlı fikirlərini CNN Türk-lə bölüşüb. -İranda baş verənləri gözləyirdiniz? -Artıq İrandakı etraz aksiyaları öz ilkin mahiyyətindən uzaqlaşıb. Məsələ yalnız bir namizəd, ya da seçki deyil, rejimin varlığı, qanuniliyi ilə bağlı suallar verilir. İranın ali dini lideri Xamneyinin cümə günü söylədikləri tabutun son mismarıdır. Rejim müxaliflərə sərt bir reaksiya verməyə hazırlaşır. Xalq ayağa qalxaraq, haqlarını tələb edir. Bu dövrdə beynəlxalq cəmiyyətin nə edəcəyi əhəmiyyətli idi. Bu ana qədər söyləyə bilərəm ki, daha əvvəl görülməmiş bir dəstək və həmrəylik oldu. Yalnız dövlətlərdən deyil, sıravi insanlardan da dəstək gəldi ki, bu, bizim üçün daha əhəmiyyətlidir. -Sizə İrandan məlumat gəlirmi? Xüsusilə dini liderlər bu mövzunu müzakirə edərək, "bir şey edək" deyirlərmi? Bir fikir ayrılığı varmı? -Artıq vaxt xalqın tərəfindədir. 30 ilin sonunda millətin söz demək vaxtı gəlib. Xamneyinin ətrafındakı o dar qrupda sürətli bir fikir ayrılığı görürük. Onların bir qərara gəlmələri lazım olacaq. Ya sonuna qədər rejimi dəstəkləyəcəklər, ya da bir yerdə yavaş-yavaş xalqın tələblərinə qulaq asacaqlar. -Son ssenari sizcə necədir? -İllərdir mənim kimi dünyəvi demokratlar bunu söyləyirdik. Bir şiə teokratiyası altında biz əsla həqiqi qanuni bir demokratiya yarada bilməyəcəyik. Bunun ən böyük nümunə sizsiniz. Bu bölgədə dünyəviliyin dəyərini daha yaxşı anlayan bir ölkə yoxdur. Dini rəhbərlik olanda qanuni və demokratik bir rəhbərlik olmayacağı ortadadır. Tam yanınızda qonşunuz biz İran, müasir tarixdə teokratiya ilə yaşayan tək ölkə oldu. Ən son teokratiya nümunəsi 12-ci əsrdə Avropadakı inkvizisiya dövrü idi. Teokratiya bizə zərər verdi. İnsanlara, azadlıqlara, qadınlara, azlıqlara zərər verdi. Həll nədir? Parlamentli dünyəvi bir demokratiyadır. Din və dövlət işlərinin dəqiq bir şəkildə ayrılmasıdır. Yeni bir Konstitusiyadır. Bunu danışmaq indi erkən ola bilər, amma bu model nəhayət xalqın suverenliyini geri qaytaracaq. - Amma bir çox mütəxəssislər də rejimin 30 ildən sonra bütün strukturları ilə çox möhkəm oturuşduğunu düşünür. - Sovetlər İttifaqı, ya da Şərqi Avropa üçün də eyni şeyi söyləyə bilərdiniz. KQB vardı, gizli polis vardı. Sizcə, xalq İranda məscidə çox gedir, yoxsa başqa yerə? İranda olan budur. Rəhbərlik o qədər pisdir ki, insanların inancı belə zəiflədi. "Hər kəs dini tərk etdi" demirəm, amma üləmanın struktur gücü zəiflədi. Bu rəhbərlik din adına öz daxilində belə o qədər pis şeylər etdi ki, artıq dindarlığa pis gözlə baxılır. Yaxşı nə var əllərində? Gizli polis, əli çubuqlu adamları var. Amma daha kənara gedə bilmirlər. Artıq sistem olaraq möhtərəmliyini itirir. Rejimin qatı dəstəkçiləri yüzdə 10-dur. Buna nə cürsə yüzdə 10 daha əlavə etsələr də, qarşılarında 55 milyon var. Rejim artıq Dr Yəzdi kimi öz daxilindəkilərə belə xoş məram göstərə bilmir. Hörmətli Xamneyi öz səhvi üzündən "itir-itir" ssenarisi ilə qarşı-qarşıya qalıb. Seçkidəki səhvi qəbul etsə, rejimə utanc kölgəsi düşəcəkdi. İndi bütün gücüylə xalqı təzyiq altına almağa çalışır. Rejimin hakimiyyəti artıq tamamilə mübahisəlidir. Bu işin sonu referenduma qədər gedər. -Taleyin qəribə hökmünə bax. Atanızın köhnə düşmənləri ilə yollarınız birləşdi. Onlara görə buradasınız. Amma onların iddiasını müdafiə edirsiniz. Bunu özünüzə necə açıqlayırsınız? -Bu, artıq fərdlərin məsələsi deyil, prinsip məsələsidir. Məni də sevməyənlər var. Amma mesaj nədir? Nə üçün məşğul oluruq? İranlılar bütün dünyadakı azadlıqlara layiqdirmi? Bu mövzunu boynuna götürəcək qabiliyyətimiz varmı? Cavab "hə"dirsə, vətənini sevən hər iranlının ideologiyası nə olursa olsun, tək bir iddia üçün çalışması lazımdır: Azadlıq və insan haqları. Dünən mənim atama qarşı olan biriylə eyni iddianı müdafiə edirəmsə, keçmişə baxmaram. İrəliyə baxaram. Bu nəsilə və sabaha qarşı məsuliyyətimiz var. Ölkəmizə və millətimizə borcumuz var. Harada, kimi istədiyinə xalqımız qərar versin. Azadlıq üçün atamı devirən köhnə İnqilabçılarla birlikdəyəmmi? Elə olsun. Kimsəyə qarşı qərəzli deyiləm, kin güdmürəm. Tam tərsinə. Uzlaşmaq və əfv lazımdır. -Sizcə, İranda hakimiyyət dəyişikliyi olacaqmı? - Ümid edirəm olar. Əks halda böyük bir faciə ilə qarşılaşarıq. İllərdir mənə qərblilər deyirlər ki, "İran xalqı niyə reaksiya vermir". Buyurun, qadınlar, bəylər.. İllərcə söylədiklərimiz artıq reallaşıb. Millətin səbr kasası dolub. Təhlükəsizlik, söz azadlığı istəyirlər. Sizlərdə olanı biz də istəyirik. Başımızın üzərindən idarəçilərlə danışmağa davammı edəcəksiniz? Yoxsa, nəhayət xalqın səsini eşidəcəksiniz? Qərb düşmənləri necəsə hər fürsətdə sizi düşmən görməyə davam edəcək. Xalqla təmas quracaqsınızmı? Dəstək verəcəksinizmi? Bu, müdaxilə etmək deyil. Bizim haqlarımızı müdafiə edin. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 22 июня, 2009 Автор Жалоба Share Опубликовано: 22 июня, 2009 Həmsədrlər prezidentlərin görüşündən razılıq əldə olunacağını gözləyirlər Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bildirib ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin iyul ayında planlaşdırılan görüşündən baza prinsipləri üzrə razılığın əldə olunacağını gözləyirlər. Bu barədə CNNtürkün məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib. Brayza vasitəçilərin 2009–cu ilin sonunadək yekun razılığın əldə olunacağına ümid etdiklərini bildirib. Amerikalı həmsədr üzərində işlədikləri sənəd razılaşdırıldıqdan sonra Qarabağ icmasının taleyini müəyyən etməsi üçün referendum keçirilməsini istisna etməyib. “Danışıqlar zamanı böyük irəliləyişlər əldə etmişik və bu mənə ümid verir”, - deyə M. Brayza bildirib. Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri iyul ayında Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü keçirməyi planlaşdırırlar./. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.