El Paso Опубликовано: 22 июня, 2009 Автор Жалоба Share Опубликовано: 22 июня, 2009 İran Konstitusiyaya Nəzarət Şurası seçkidə pozuntular olduğunu bildirib Şuranın sözcüsü 50 şəhərdə seçici sayı ilə səslərin düz gəlmədiyini bildirib İranda Konstitusiyaya Nəzarət Şurası iyunun 12-də keçirilən prezident seçkisində qanun pozuntuları olduğunu təsdiqləyib. "Cihan"nın məlumatına görə, şuranın sözcüsü Abbas Əli Kadhüdayi İRIB kanalına açıqlamasında 3 milyona yaxın səsin araşdırıldığını bildirib. Onun sözlərinə görə, 50-yə yaxın şəhərdə səslərin sayının seçici sayından artıq olduğu müəyyənləşib. Qeyd edək ki, Mahmud Əhmədinejat seçkini seçicilərin 63 faizinin səsini toplayaraq qazanıb. İslahatçı namizəd Mir Hüseyn Musəvi isə 34 faiz səs qazanıb. Seçkilərdən sonra o səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirmiş və səsvermənin yenidən keçirilməsini tələb etmişdi. Nəticələrə etiraz edən minlərlə iranlı küçələrə çıxaraq etirazlarını bildiriblər. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 23 июня, 2009 Автор Жалоба Share Опубликовано: 23 июня, 2009 (изменено) Elmar Məmmədyarov: "Nazirlərin görüşündə həmsədrlər də iştirak edəcək"Nazir Qarabağ münaqişəsinin həlli istiqamətində h.ısa nəticənin əldə olunmasının hər iki ölkədən asılı olduğunu bildirib " Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək". Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ilin sonuna qədər hər h.ı nəticənin əldə olunmasının təkcə Bakıdan deyil, İrəvandan da asılı olduğunu bildirib. "Artıq prezidentlər h.ı istiqamətdə görüşləri davam etdirməyi tapşırıblar. Biz çox istərdik ki, ilin axırı üçün h.ısa nəiticəyə çataq. H.ısa nəticəyə gəlsək, bu xoş xəbər olar". /. TV/ Изменено 23 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 23 июня, 2009 Автор Жалоба Share Опубликовано: 23 июня, 2009 ABŞ-ın Dəniz Piyada Qüvvələrinin komandanı Azərbaycana səfər edəcəkGeneral-mayor Treysi Garet Azərbaycan Qadın Hüquqşünaşlar Assosiasiyasının üzvləri ilə görüşəcək ABŞ-ın Avropa və Afrika ölkələri üzrə Dəniz Piyada Qüvvələrinin komandanı general-mayor Treysi Garet Azərbaycana rəsmi səfər edəcək. Səfər iyunun 23-25 aralığında baş tutacaq. . PRESS-ə verilən məlumata görə, general-mayor səfəri çərçivəsində sabah Azərbaycan Qadın Hüquqşünaşlar Assosiasiyanın ofisində assosiasiyanın üzvləri ilə görüşəcək. Tədbirə ABŞ-ın Avropadakı Dəniz Piyada Qüvvələrinin baş çavuşu Cozef Leşşinskiy, mayor Cefri Karpenter və dəniz piyada attaşesi polkovnik-leytenant Maykl Gante də qatılacaqlar. Qeyd edək ki, Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası bu yaxınlarda 96.000 ABŞ dolları dəyərində «Bir Qadının Təşəbbüsü» layihəsi üzrə qrant alıb. Bu layihə qadınları öz hüquqları, o cümlədən ailədə zorakılıq, qadın alveri, erkən nigah və gender bərabərliyi ilə bağlı hüquqi məsləhət və təlimlə təmin edir. Bir Qadının Təşəbbüsü layihəsi 12 may 2008-ci il tarixdə ABŞ Dövlət Departamenti və USAİD-də qadınların rolunun artırılması məqsədilə elan olunmuş beynəlxalq qrantdır. Bu layihə əksər əhalisi müsəlmanlardan ibarət ölkələrdə mövcud təşəbbüslərə dəstək vermək üçün birgə ictimai-özəl təşəbbüs kimi fəaliyyət göstərir. Qadın Hüquqsünaslar Assosiasiyası bu ilkin qrantın üç ölkə (Azərbaycan, Misir və Hindistan) alıcısından biridir. Bu bir illik layihə Azərbaycanın dörd rayonunda (Lənkəran, Balakən, Quba və Mingəçevir) fəaliyyət göstərəcək. Bu qrant çərçivəsində təxminən 400 qadına öz hüquqları ilə bağlı təlim proqramı keçiriləcək./. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 25 июня, 2009 Автор Жалоба Share Опубликовано: 25 июня, 2009 (изменено) Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində cəmiyyətlərarası görüş keçirilib Tədbirdə Azərbaycan diasporunun qadın fəalları iştirak ediblər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycanda elan edilmiş Uşaq ili münasibətilə cəmiyyətlərarası görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Berlin şəhərinin müxtəlif dərnəklərindən olan qadın nümayəndələr və Azərbaycan diasporunun qadın fəalları iştirak ediblər. Görüşdə AAKM-nin icraçı direktoru, AAK-nin vitse-prezidenti Samira Patzer-İsmayılova "Azərbaycan Qadını və onun diaspor fəaliyyətində rolu" mövzusunda məruzə ilə çıxış edib. Gənc mütəxəssislər- Hacıtepe Universitetinin doktorantı Esranur Ozar və Potsdam Universitetinin doktorantı Maisə Əliyevanın hazırladıqları "Ailə, ailə içi, uşaq və valideyn münasibətləri" mövzusunda sosial qrup işi nümayiş olunub. İştirakçı uşaqların rəsm müsabiqəsinə cəlb edilmələri maraqla qarşılanıb və tədbirin sonunda bütün rəsmlər alqışlanıb. Tədbirə Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin, "Azərbaycan Evi"nin, Azərbaycan Kültür Ocağının, Azərbaycan Mədəniyyətinin Dostları Cəmiyyətinin, Alman-Azərbaycan Forumunun, digər icma və dərnəklərin nümayəndələri, eləcə də Berlin şəhərindəki fəal azərbaycanlı qadınlar qatılıblar. Cəmiyyətlərarası görüşlərin mütəmadi keçirilməsi, həftəsonu məktəblərin təşkil edilməsi qərara alınıb. Sonda Azərbaycan xalq və pop musiqisindən nümunələr səsləndirilib, qadınların hazırladıqları ləzzətli təamlardan ibatər süfrə açılıb./. PRESS/ Изменено 25 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 26 июня, 2009 Автор Жалоба Share Опубликовано: 26 июня, 2009 (изменено) Büdcə xərclərinin artırılmasına ehtiyac var»Professor Saleh Məmmədovun fikrincə, hökumət idxalı əvəzləyəcək yerli istehsal yaratmaq barədə düşünməlidir Hökumət rəsmiləri böhranın Azərbaycana elə də təsir etmədiyini və böhrana qarşı .rılan siyasətin uğur gətirdiyini vurğulayırlar. Bu deyilənlər nə qədər gerçəkdir? . PRESS-in əməkdaşı müstəqil Azərbaycanın ilk maliyyə naziri, professor Saleh Məmmədovla bu barədə söhbətləşib. - Saleh müəllim, böhrana qarşı mübarizə tədbirlərini necə dəyərləndirirsiniz? - Əslində böhran ixracatının əsasını yanacaq-energetika məhsulları təşkil edən ölkələrdə daha qabarıq üzə çıxmalı idi və çıxdı da. Çünki bu ölkələrin əsas gəlir mənbəyi yanacaq-energetika məhsulları idi. Əsas böhran da maliyyə bazarından və yanacaq-energetika bazarından başladı. Neftin qiyməti birdən birə 3 dəfədən çox aşağı düşdü və o qədər də gəlir mənbəyi azaldı. Meksika, Venesuela, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı çox ciddi təsirlərə məruz qaldılar və çox geriləmələr oldu. Elə Rusiyanın, özünü götürək, əsasən yanacaq-energetika məhsulları ixracı ilə məşğul idi. Rusiyada da həddindən çox ciddi vəziyyət yaranmışdı. - Amma Azərbaycanda vəziyyətin pisləşməsi elə də hiss edilmədi… - Azərbaycanı bu istiqamətdə xilas edən iki amil oldu. Birincisi, hökumət panikaya düşmədi. Panikaya düşməməsinin səbəbi hökumətin düzgün siyasət yeritməsi oldu. Məncə, iqtisadiyyatda baş verən böhran birincisi insanların şüuru ilə bağldır. Adi bir misal gətirim. Məsələn, 1997-ci ildə baş verən Asiya iqtisadi böhranı ilə bağlı Amerikada çox ciddi bir böhran əmələ gəlmişdi. Nahara qədər qiymətli kağızlar bazarında indekslər iki dəfə düşmüşdü. Klinton ölkəni bu böhrandan bir çıxışla xilas etdi. O dedi ki, böhran bizə heç nə edə bilməz, çünki Amerika hökumətinin nəinki ABŞ-da, hətta bütün dünyada böhranın qarşısını almağa böyük ehtiyatları var. Bu, doğrudan da belə idi, o vaxt Amerikanın büdcəsi profisitlə yerinə yetirilirdi. Borcları azalmışdı, ixracat çoxalmışdı, imkanlar çox böyük idi. Bu çıxış nahardan sonra maliyyə bazarlarındakı gərginliyi yatırdı və sabitlik yaratdı. Maliyyə panikası bütün dünyada çox ciddi öyrənilən elm sahəsidir. Ona böyük yer verilir. Başqa bir misal gətirim. İndiki böhranda proseslər başlayan kimi Ukraynanın milli bankı qərar verdi ki, depozitləri verə bilmirik, böhran başalyıb. Hətta qərar da qəbul etdi ki, depozitlərin vaxtından əvvəl verilməsi dayandırılsın. Ertəsi gün camaat bankların qarşısına tökülərək, pullarını çıxartdı. Bir-iki ay ərzində 100 milyrad qrivnaya yaxın pul çıxardılar. Bununla da maliyyə bazarı çökdü və banklarda pul qalmadı, kreditləşdirmə və iqtisadiyyat dayandı, ÜDM-də 30 faiz azalma qeydə alındı. Azərbaycanda bu istiqamətdə çox düzgün siyasət yeridildi. Xalqı vəziyyətin ağır olması barədə xəbərlərlə panikaya salmadılar. - O vaxt kuluarlarda iki bankın ağır vəziyyətdə olması barədə söhbətlər gəzirdi. Amma Milli Bank bu barədə heç vaxt məlumat yaymadı. - Hə, o barədə də danışarıq. Ölkənin ehtiyatları var. İkinci səbəb əvvəlcədən götürülmüş düzgün siyasət idi. Azərbaycanda maliyyə ehtiyatları toparlandı. Bunlar hamısı saxlandı və dağıdılmadı. Neft Fondunda və qızıl-valyuta ehtiyatlarında yığıldı. İndi 20 milyarda qədər rezerv var. Təsəvvür edin ki, 20 milyrada qədər ehtiyatı olan ölkə bu səviyyəli üç böhrandan çıxa bilər. - Necə çıxa bilər? - Siz iki bankdan danışırsınız, hətta iki bank yox, bütün banklar batsa idi bu, problem olmazdı. Bizim bankların ümumi kreditləşməsi 6 milyard dollardır. Amma o biri tərəfdə 18 milyard dollar rezervlərimiz var. Əgər əhali bütün banklardan rezervlərini götürsə idi, dövlət əlindəki pulu həmin banklara yerləşdirməklə kreditləşdirməni bərpa edə bilərdi. Amerikada yalnız 800 milyrad dollar iqtisadityyatın stmullaşdırmasına yönəldilib. Bizdə hökumət də, camaat da başa düşdü ki, bu rezervlərlə Azərbaycanda ciddi böhran ola bilməz. Bu iki səbəbdən Azərbaycan böhranı rahatlıqla atlada bildi. - Başqa bir səbəb kimi bizdə qiymətli kağızlar bazarının yetərincə inkişafı olmamasını da göstərirlər. Yəni paket sərmayələrin bura girməməsi bizim xeyrimizə işləyib… - Bu gün Azərbaycanada həm qiymətli kağızlar bazarı, həm də bank, maliyyə-kredit, pul bazarı məhduddur. Ona görə də böhran belə ciddi təsir edə bilməzdi. Bizim qiymətli kağızlar bazarının ümumi həcmi heç 1 milyard dollar da deyil. Yəni bütün bunların hamısının indeksi də düşsəydi belə, dövlət 1 milyard dollar qoyub bütün aksiyaları ala bilərdi. Sizə misallar gətirim. İnkişaf etmiş bazarlarda, hətta keçmiş SSRİ ölkələrində - Ukraynada, Qazaxıstanda, Rusiyada böhranın belə ciddi təsir etməsinin əsas səbəbi onlarda bankların həcmlərinin ÜDM səviyyəsində olması ilə bağlıdır. Özünüz düşünün, ABŞ-ın ÜDM-i 14 trilyon dollardır, elə o qədər də bank aktivləri var, rezervləri də çox azdır. Lap ən stabil ölkəni - Çini götürək, Çinin ümumi daxili məhsulu 7-8 trilyon dollardır, bir o qədər də bank aktivləri var. Çin dünya üzrə ən böyük valyuta rezervləri olan ölkə sayılır, 2 trilyon dollar rezervi var. Yəni banklarının hamısı batsa, qarşısını almağa vəsaiti olmayacaq. Amerika da 1-2 trilyonluq rezervlə 14 trilyon iflasın qarşısını ala bilməz. Batacaq. Amma Azərbaycanda həmin sistem hələ ki, oturuşmayıb. Bank aktivləri çox azdır, hardasa 9 milyard dollara bərabərdir. ÜDM isə 50 milyarda qədər yüksəlib. Bu, bir tərəfdən mənfi amildir, banklar iqtisadiyyatın inkişafı üçün lazım olan təsiri göstərə bilmir. Təsəvvür edin, əhalinin əlində, boxçalarında olan pullar saxlanılır və dövriyyəyə cəlb edilmir, valyuta ehtiyatları Azərbaycanın pul dövriyyəsindən çıxarılır. Əgər onlar banklara yığılsa idi və iş bazarına yönəlsə idi, Azərbaycanda artım illik 4 faizə yox, 20-50 faizə qalxardı. - Yəni adambaşına düşən ÜDM göstəricisi yüksələrdi? - İnkişaf çox yüksək olardı. Bu, bir tərəfdən mənfi təsirdir, amma o biri tərəfdən ölkə iqtisadiyyatını sabit saxlamaq üçün müsbət amildir. Əgər bütün banklardakı 7-8 milyard manat batası olsa idi, hökumət həmin vəsaitləri geri qaytara bilərdi və inkişaf davam edərdi. - Bir sual məni həmişə narahat edir, bəlkə də bir az diletant sualıdır. Bank biznesinin kökündə sələm durur, sələm də bütün dinlərdə qadağandır, haram sayılır. Bəlkə, bizdə bank sisteminin inkişaf etməməyi daha çox işimizə yarayır? Bəlkə, bu böhranlar elə bu cür bank sisteminə görə Allah tərəfindən buyrulub? Bəlkə bank xidməti faiz gəlirlərinə yox, xidmət gəlirlərinə əsaslanmalıdır? - Yox, xidmətə də yönəlsə belə, islam bank sistemi var. Dünyada çox məşhurdur. Şəriətlə yaşayan ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında, Küveytdə, İranda o bank sistemi tətbiq eidilir. Onlarda keridtlər sələmlə deyil, ortaqlıqlarda iştirak yolu ilə verilir. Beynəlxalq aləmdə, Amerikada və Avropada bu sahədə də ciddi işlər görülür, tədqiqatlar .rılır. Yəni bank sistemini mütləq inkişaf etdirmək lazımdır, h.ı yolla olursa, olsun. Hazırda hətta ABŞ və Avropada bir sıra islam bankaları fəaliyyət göstərir, özü də yüksək müvəffəqiyyətlə. Bank sistemi nədir? Azərbaycanın 50 milyrad dollarlıq ümumi daxili məhsulu var və bunların hamısı dövriyyədən gəlib keçir. Amma bu var ki, pullar ayrılır və evlərdə boxçalara yığılır. Banklara etibar etmirlər və banklara yığılmır. Banklar daha yaxşı xidmət məhsullar təklif etmirlər. Böyük miqdarda valyuta ehtiyatları xarici banklarda saxlanır, onlar da daxili dövriyyədən çıxarılır. - Həm də qlobal böhran şəraində risk qarşısında qalırlar? - Qlobal böhran şəraitində risklərin qarşısını almaq üçün belə tədbirlərə ehtiyac var. Amma bu qədər yox. Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) cəmi 15-16 faizi banklar vasitəsi ilə mobilizə edilir. Amma əksər ölkələrdə bu, ÜDM səviyyəsindədir. Elə ölkələr var ki, məsələn İsveçrədə bank aktivləri ÜDM-dən iki dəfə çoxdur. Rusiyada və keçmiş sosialist ölkələrində həmin səviyyəyə çatmayıb, 50-60% səviyyəsindədir. Pulun bir xarakteri var, əgər pul dövriyyədədirsə, o yaşayır, təsir edə bilir. Əgər pul dövriyyədən çıxarılırsa, boxçalarda saxlanırsa, evlərdə sandıqlarda saxlanırsa, yaşamır. İqtisadliyyata heç bir təsir göstərə bilmir. Özünüz təsəvvür edin, indi Azərbaycanda nə qədər həyata keçiriləsi layihələr var, işləmək istəyən insanlar var, amma buna vəsait çatışmır. Həm də hamı öz vəsaiti hesabına və ya dövlət vəsaitləri hesabına iş görə bilməz. Əksər ölkələrdə sərmayələrin 60-70 faizi kreditlər hesabına həyata keçirilir. - Bizim ÜDM-də bir qədər şişirtmə var, yəni ümumi milli məhsul (ÜMM) deyil. ÜDM-də «BP»nin, «Statoil»in payı çoxdur. Onları Azərbaycana aid məhsul saymaq çətin məsələdir. Yəqin ki, Azərbaycan əhalisi ÜMM-ə uyğun bank fəallığına malik ola bilər… - Yox, ÜDM-in hesablanma qaydası var, beynəlxalq sistemlə hesablanır. BMT-nin təklif etdiyi bir hesab formulu var, ona uyğun hesablanır. Azərbaycan da o üsula keçib. Sovet dövründəki kimi deyil, o vaxt məcmu ictimai məhsul hesablanırdı. Ona görə də, bizim ÜDM bank sistemi ilə cəlb oluna bilər. Bu gün Azərbaycanın xaricdə saxalanan rezervləri 18-20 milyrad dollardır. Onların hamısı da olmasa, heç olmasa yarısı ölkəyə gətirilməlidir. Ölkə banklarında saxlanıla bilər və sərmayələrə yönəldilə bilər. O pullar gələn kimi dərhal faizlərin səviyyəsi düşəcək, dərhal istehsal artmalıdır. Hətta bir sıra yaxın ölkələrin valyuta ehtiyatlarını da Azərbaycan banklarında saxlanılması barədə danışıqlar .rmaq olar. Bank dərəcələrin 1 faiz azalmasının istehsalı və əhalinin gəlirlərinin nə qədər artırması barədə dəqiq hesablamalar var. - İndi bizdə kreditlər 17-18 faizdən yuxarı dərəcələrlə verilir. Bu, indiki bazar üçün bir az şişirtmə kimi görünür. Burada banklar arasında bir sövdələşmə varmı? Və ya ölkənin maliyyə rəhbərliyi bilərəkdən bunu etmir ki?.. - Zənn etmirəm. Əksinə Azərbaycanın maliyyə rəhbərliyi, Milli Bank maraqlıdır ki, bu faizlər aşağı salınsın. Məsələn, keçmiş SSRİ dağılanda bizdə böyük böhran yaşandı, inflyasiya var idi. Həmin böhran təklif böhranı idi. Yəni məhsul yox idi, amma əhalinin əlində pullar var idi və qiymətlər artırdı, inflyasiya böhranı idi. İndiki böhran tələb böhranıdır. İnsanların əlində pul yoxdur, ya da azdır və xərcləmək istəmirlər, buna uyğun olaraq da tələbat yoxdur. Bu tələbatı artırmaq üçün gərək başqa tədbirlərə əl atasan. Bu gün problem qiymətin artması ilə deyil, qiymətlərin azalması ilə bağlıdır. Hamı çalışır ki, qiymətlərin aşağı düşməsinin, yəni deflyasiyanın qarışısını alsın. Lazımdır ki, inflyasiya bir balaca stimullaşdırılsın. Bunu stmullaşdırmaq üçün əhalinin əllərində olan, dövriyyəyə gedən pulları artırmalısan ki, tələbat artsın və qiymətlər heç olmasa, normal səviyyədə saxl.ın, ya da artırılsın. Buna genişləndirici maliyyə siyasəti deyirlər. Ukraynadan və Rusiyadan fərqli olaraq, hökumətin bu gün gördüyü tədbirlər böhrana uyğun olaraq, çox ciddi tədbirlərdir. Milli Bank uçot dərəcəsini 14 faizdən 2 faizə qədər gətirib çıxarıb. Faizlərin aşağı salınması və tələbatın arıtırılması baxımından bu, çox ciddi amildir. Yaxud büdcənin tərtibinə baxaq. Çox ciddi və investisiya xarakterli bir büdcə tərtib edilib. Bu cür büdcə Azərbaycanın tarixində heç vaxt olmayıb. Mənim özümün maliyyə naziri işlədiyim vaxtlarda da, biz həmişə çalışmışıq ki, investisiya yönümlü büdcə yar.ın və dövlətin toparladığı vəsaitlərin böyük hissəsi istehsal infrastrukturunun artırılmasına yönəldilsin. Bu gün bu, büdcədə nəzərə alınıbdır. Məsələn, 2009-cu il büdcəsinin 50 faizə qədəri yalnız sərmayəyə yönəldilib. Amma başqa tədbirlər də lazımıdır. Məsələn, kreditləşmə, kommersiya banklarının üzərinə düşən yük, vəsaitlərin cəlb olunub və dövriyyəyə buraxılması çox zəif gedir. - Amma əhali yüksək dərəcəli, hətta 14-15 faizə çatan depozitlərə alışıb. Bank ona necə desin ki, mən 7-8 faizlə keridt verməliyəm, ona görə də gətir pulunu aşağı faizlə qoy?.. - Burada rəqabət ortamı yaratmaq lazımdır. Əgər əhali pulları qoymursa və bank kredit verə bilmirsə, o zaman hökumət işə qarışmalıdır. Rezervlərimizin bir hissəsini öz banklarımıza yerlşədirməlidir və deməlidir ki, faizləri aşağı sal. İpoteka kreditləri kimi. Dövlət ipoteka krelditləri üzrə faizləri aşağı sala bildi, çünki öz resursları ilə verir. Dünyanın əksər ölkələrində belədir, uzun müddətli kreditlərin mənbəyi həmişə yalnız dövlət vəsaitləri olur. Hökumət öz əmanətlərini öz banklarında yerləşdirməlidir ki, faizlər aşağı düşsün. Təbii ki, kerdit faizləri düşəndə, depozit faizləri də düşəcək. Tələbatın artırılması üçün bunu etmək lazımdır. Vəsaitlər banklara daxil olandan sonra bankların kredit vermək imkanı yaranacaq, təbii ki, faizlər də düşəcək. Burada da tələblə təklif arasında bir nisbət əmələ gəlməlidir. Azərbaycanın hazırda rezervləri 18 milyard dollara yaxındır. Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyyələrinə görə, ölkənin valyuta rezevləri üç ayın idxalını qarşılayacaq səviyyədə olsa, yetərlidir. Azərbaycanda üç aylıq idxal isə 2 milyard dolları keçmir. Yəni normativlə, 2 milyard dollar valyuta ehtiyatı Azərbaycanın valyuta tənzimlənməsini tam təmin etməyə imkan verir. Bizdə isə 18 milyard valyuta ehtiyatı var. Milli Bankın özünün rezervləri 6 milyard dollara yaxındır. Bu resursları xarici banklardan gətirib, ipoteka kreditləri kimi 7 faizdən yüksək olmayan dərəcə ilə yalnız investisiyalar üçün yönəltmək olar. Yəni avtomobil alınmasına, istehlaka yönəltmək olmaz. Genişləndirici maliyyə tədbirləri sırasında təkrar maliyyələşdirmə dərəcəsinin aşağı düşməsi, kommersiya banklarının kreditlərinin faiz dərəcələrinin aşağı düşməsi, Milli Banka daxil edilən rezervlərin dərəcəsinin azalmasını, büdcə kəsirlərinin artırılmasını, vergilərin dərəcələrinin azaldılmasını və s. göstərmək olar. Milli Bank bankların yığdığı əmanətlərin bir qismini rezerv halında saxlayır. Bu, dövriyyədəki pulları məhdudlaşdırmaq məqsədi daşıyır. Amma dövriyyədəki pulları artırmaq üçün rezervlərin faizini azaldır. Burada banklara qızılla əmanət yerləşdirməyə icazə verilməsi, mərkəzi bankdakı rezervlərin qızılla yerləşdirilməsi yaxşı olardı. - Keçən il bankların kredit çantası bu üsulla hardasa 400 milyon manat artırıldı. - İndi belə bir istiqamət var. Bu iş gedir. Lazımdır ki, insfrastruktur layihələrinə, istehsal obyektlərinə büdcədən gedən vəsaitlər artırılsın. 1929-32-ci illərdəki böhranda Birləşmiş Ştatlar bu istiqamətdə ciddi bir addım atmışdı. Ruzvelt hakimiyyətə gələn kimi ictimai işlərə, infrastruktur işlərinə işsizlərin cəlb edilməsi ilə bağlı sərəncam imzalamışdı. O vaxt iki administrasiya yaratmışdı. Bunlar ictimai işlər və mülki işlər üzrə administrasiyalar idi. Onlar fəhlələri infrastruktur layihələrinə cəlb edirdilər, həmçinin bu layihələr üçün iri məbləğdə pullar xərcləyirdilər. Bu minvalla 4 milyon adam işə cəlb etmişdilər və çox böyük tikintilər həyata keçirmişdilər. İndi Azərbaycanda körpülərin, yaşayış binalarının, iri istehsal obyektlərinin büdcə hesabına tikintisi gerçəkləşdirilir. Bunlara büdcədən böyük vəsaitlər gedir, amma rezervlərin ölkəyə gətirilməsi hesabına da layihələrin sayını geniş miqyasada artırmaq olar. Düşünün, bu vasitə ABŞ-da 4 milyon iş yerinin və böyük canlanma yaranmasına səbəb olub. - Obama da bu yaxınlarda oxşar sərəncama qol çəkib. - Obama da bu işləri görür. Avstraliyada vəziyyəti yaxşı olmayan ailələrə dövlət birbaşa yardım elədi və 700 dollar verdi. Bu da tələbatın artırılmasına imkan yaratdı. Azərbaycan artıq böhrandan çıxıb, amma bu istiqamədə işləri davam etdirməklə böyük artım göstəriciləri əldə etmək olar. Dünya üzrə böhran artıq bitmək üzrədir. Adətən iqtisadiyyatda bir yüksəliş başlayır, hamı eyni məhsuldan istehsal edir. Müəyyən müddət keçir və kortəbii şəkildə o məhsullar bir artıqlığa səbəb olur. Ondan sonra tələb azalır və istehsalda tənəzzül başlayır. Bundan sonra durğunluq gəlir. Durğunluqdan sonra isə canlanma başlayır. Keçən ilin avqust ayından başlayan böhranın vəziyyəti onu göstərir ki, artıq durğunluq prosesini də keçdik, artıq canlanma prosesi başlayır. Artıq üç aydır ki, (aprel, may və iyun aylarında) maliyyə indekslərində davamlı artım prosesi gedir. Neftin qiymətində artıq iki aydır ki, yüksəlmə gedir. Beynəlxalq Valyuta Fondunun və BMT-nin hesabatlarında bildirilir ki, anbarlardakı mal-material rezervləri artıq bitib. İndi canlanma başlayır. Azərbaycanda da bu proses hamar keçib. Yavaş-yavaş canlanma gedir, amma elə etmək lazımdır ki, bu canlanma 4 faizli yox, daha yüksək artım əldə etməyə imkan versin. Böhran olmasına baxmayaraq, Azərbaycan iqtisadi artım müşahidə edilən 25 faiz ölkənin içərisində yer alır, qalan 75 faiz ölkədə isə geriləmə müşahidə edilib. Postsovet ölkələrinin əksəriyyətində geriləmə müşahidə edilib. Rusiya kimi ölkədə 9 faiz geriləmə olub, Ukraynada azalma 30 faizə çatıb. Baltikyanı ölkələrdə ciddi geriləmə müşahidə edilib. Qazaxıstanın ən çox islahatalar .rmış bir ölkə olmasına, ciddi uğurlar qazanmasına və ehtiyatlarının çox böyük olmasına baxmayaraq, ciddi geriləmə oldu. Orta Asiya respublikalarında geriləmə müşahidə edildi. Yalnız Azərbaycanda geriləmə qeydə alınmayıb. - Sizcə, Azərbaycan büdcəsində düzəlişə ehtiyac varmı? Bir vaxt belə bir söhbət başlanmışdı ki, büdcənin xərc hissəsi azaldılsın. Amma hökumət buna getmədi… - Əksinə indi büdcəni artırmağa ehtiyac var. Hökumətin büdcə siyasəti düzgün qurulub. Xüsusilə də böhran şəraitində böhrandan çıxmağa yönəlik investisiya xarakterli bir büdcə tərtib olundu. Amma bir az da daha genişləndirmək olardı. - Məsələn, h.ı istiqamətlərdə? - Məsələn, büdcə kəsirini artıraraq, ölkənin iqtisadi inkişafına yönəltmək olardı. Regional layihələrə və infrastruktur layihələrinə büdcədən vəsaitləri artırmaq daha doğru olardı. Büdcə faktiki olaraq, çox cüzi bir kəsrlə planlaşdırılıb. Belə şəraitdə genişləndirmə siyasəti yürütmək və büdcə kəsirini nisbətən artırmaq daha doğru olardı. Büdcə kəsirini pul emissiyası hesabına olsa belə, o vəsaitlər investisiya layihələrinə ödənsə, iqtisadiyyata yalnız müsbət təsir göstərəcək. Mənə elə gəlir ki, indi həm neftin qiymətinin artması, həm də canlanma prosesinin başlaması ilə əlaqədar olaraq, büdcədə artım nöqteyi-nəzərindən müəyyən dəyişikliklərə ehtiyac olacaq. Genişləndirici maliyyə siyasətinin bir üsulu da valyuta kurslarında bir balaca dəyişiklik etməkdir. Hazırda Azərbaycanda ağıllı siyasət yürüdülərək, məzənnə sabit saxlanıldı ki, camaat panikaya düşməsin və manat qorunsun. Amma indi canlanma şəraitində məzənnəni bir balaca azaltmaq olar. Çünki bu gün idxal stimullaşdırılır. Amma dövlətlər arasında bu gün tələbat uğurunda, kimin harada öz malını satması uğrunda müharibə gedir. Əgər bu gun bizim ixracatı neftdənkənar məhsullar hesabına artırmağa imkanımız yoxdursa, onda idxalı əvəzləyəcək istehsal yaratmaq barədə düşünməliyik. İdxalın azalması üçünsə, bir stmullaşma vasitəsi kimi manatın məzənnəsini dollara nisbətən azaltmaq olar, çox cüzi və yumşaq şəkildə... - Amma burada risk də var, məsələn, manat saxlanc vasitəsi olmaqdan çıxıb, istehlak bazarına yönələ bilər. Onun yerini isə dollar tuta bilər. - Yox, məzənnəni o səviyyədə də buraxmaq olmaz. Amma bu gün manat idxalı stmullaşdırır. İş adamları gedir, dollarla mal alıb gətirir, daha baha manata satır. Bunu qarşısını almaq üçün manatın məzənnəsini çox ehtiyatla və cüzi dəyişmək lazımdır. Bunu çox yüksək etmək olmaz, ildə 1-2 faizdən söhbət gedə bilər. Elə etmək lazımdır ki, bunu iş adamları hiss etsin və idxaldan imtina etsinlər. Amma əhali bunu hiss etməməlidir. Həm də ixracı təşviq eləmək üçün başqa üsullardan da, məsələn təşviq siyasətindən istifadə etmək lazımdır. Vergi sahəsində də işlər görmək mümkündür. Tələbat böhranlarından çıxmaq üçün vergilərin azaldılması məsləhətdir. 1980-82-ci illərdə dünya qlobal böhranı Lafern əyrisinin ortaya çıxması ilə yadda qalan oldu. Onun nəzəriyyəsinin əsasında vergi dərəcələrinin azaldılması dururdu. Ona qarşı çıxırdılar ki, vergi dərəcələrinin azaldılması büdcənin gəlirlərinin azaldılması deməkdir. O isə bunun əksinə olduğunu sübut etdi ki, vergi dərəcələrinin azaldılması heç də büdcə gəlirlərinin azaldılması demək deyil, gəlirlər əksinə arta bilər. Çünki dövlətə gəlməli olan vergilər iş adlamlarında və əhalidə qalır. İş adamları isə onun hesabına yeni vergi obyektləri yaradır və oradan da yeni vergilər daxil olur. Həm də vergi dərəcələrinin azalması, vergidən yayınma meyllərini azaldacaq. Yəni biri var 50 faiz vergi verəsən, biri də var 10 faiz. 50 faizlik vergidən hamı qaçacaq. Amma 10 faizlik vergi olanda adam deyir ki, niyə başımı ağrıdım, vergi verim, canım qurtarsın. Elə belə də oldu. 80-ci illərin başlanğıcında baş vermiş böhrandan çıxmaq üçün 2-3 mərhələli vergi islahatı həyata keçirildi. Əksər inkişaf etmiş ölkələrdə vergi dərəcələri iki-üç dəfə azaldıldı. Azərbaycan şəraitində vergilər nə qədər çox azaldılsa, bir o qədər faydalıdır. Ümumiyyətlə, neftdən kənar bölmədə yeni yaradılan müəssisələrdən mənfəət vergisi tutulmasa yaxşıdır. Yaxud da az, yəni 8-10 faiz tutulsa daha məsləhətdir. Məsələn, Küveytdə belə bir praktika var. Küveyt öz müəssisələrinə mənfəət vergisi tətbiq etmir. Çünki məşğulluq yaradır, onun hesabına əmək haqqı verir, məhsul istehsal olunur. Onun hesabına başqa vergilər əldə edilir. İkinci bir tərəfdən, Küveytin də büdcəsinin gəlirləri Azərbaycanınkı kimi neftlə bağlıdır, neftdənkənar bölmə cüzi rol oynayır. Dövlət həmin cüzi hissədən əl çəkməklə öz istehsalçılarını stimullaşdırmış olur. Sərbəst iqtisadi zonalar da yaratmaq olar, məsələn Dubay kimi. Məsələn, götürüb Dubay variantı iqtsadi sistem yaratmaq olar. Onu Azərbaycana tətbiq etmək olar. Dubay yalnız onunla irəlilədi. Azərbaycanda bu amil ciddi işlənilməyib. Tranzit ticarətinin və ya keçici ixracatın qanun bazası ciddi işlənilməyib. Bundan ölkə çox şey itirir. Azərbaycan bu gün şərqşlə qərb, şimalla cənub arasında bir qapıdır. Rusiya və Hindistan, Çin və Avropa kimi böyük məmləkətlər arasında körpüdür. Bunların çoxunun mallarının üstündə Azərbaycanda bir balaca işləməklə, o biri tərəfə göndərmək olar. Amma indi buna imkan yoxdur, çünki Azərbaycana gələndə gərək bütün vergiləri ödəsinlər. Bu isə iki qat vergi deməkdir və o insanlar heç nə qazana bilmirlər. Bundan həm də Azərbaycan və Azərbaycanın iş adamları da itirirlər. Bunu tətbiq etsək, Rusiya ilə Çin, Rusiya və Ukrayna ilə İran arasında olan ticarətin hardasa 20-30 faizini Azərbaycan vasitəsi ilə həyata keçirmək olar. - İndi o işlərin bəzilərini Bakıda görürlər. Məsələn, bütün İran - Tehran, Təbriz, İsfahan cins şalvarı Bakıdan .rır. - Gedir, amma qeyri-rəsmi. Qeyri-rəsmi bunu nə qədər etmək olar? Onun dövlətə bir qəpik də xeyri yoxdur. Bunu rəsmiləşdirmək olmazmı? Keçici iqtisadiyyat dediyimiz nədir?.. Məsələn, Rusiyadan malları gətirməklə burada cüzi bir emal edəndən, lazım gələndə qablaşdırma, boyama, etiketləmə işləri və ya hər h.ı bir kiçik işi görəndən sonra çıxarmaq olar. Bu zaman əlavə dəyər vergisi (ƏDV), daxili gömrük vergiləri tutulmamalıdır. Həm də bunların uçotunu təşkil etmək lazımdır ki, bu mallar gəlib burada qalmasın. Çingiz RÜSTƏMOV /. PRESS/ Изменено 26 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 27 июня, 2009 Автор Жалоба Share Опубликовано: 27 июня, 2009 (изменено) Ermənistanda polis jurnalistlərin etiraz aksiyasını dağıdıbAksiya "Jamanae Erevan" qəzetinin redaktorunun həbsinin üç illiyinə həsr edilib Ötən gün Ermənistanda bir qrup jurnalist prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Aksiya "Jamanae Erevan" qəzetinin redaktoru Arman Babacanyanın həbsinin üç illiyinə həsr edilib. Lakin hüquq mühafizə orqanları nümayişçilərə aksiyanın keçirilməsinə icazə verməyiblər. Aksiya iştirakılarından olan, keçmiş siyasi məhbus Varhqes Qaspari torpağa yataraq, buranın onun vətəni olduğunu və istədiyi vaxt duracağını bildirib. Qeyd edək ki, A. Babacanyan 3,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sənəd saxtalaşdırmaqda və hərbi xidmətdən yayınmaqda ittiham edilir. /. PRESS/ Gör Ha) Dustaqda Saxlanmasına Gör Nə Bəhanələr Tapıblar) Изменено 27 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 27 июня, 2009 Автор Жалоба Share Опубликовано: 27 июня, 2009 (изменено) Əhməd Davudoğlu: "Böyük səkkizlik" ölkələri xarici işlər nazirlərinin Triyestdə bəyannaməsi müsbətdir""Dağlıq Qarabağ probleminin həllində hamının bu proseslərin uğuru üçün əlindən gələni etməsi, gələcək gərginliklərdən uzaq olması tərəflərin mənfəətinədir" Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, "Böyük səkkizlik" (G-8) ölkələri Xarici işlər nazirlərinin Triyestdə qəbul etdiyi bəyannamədə Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırma səylərindən bəhs edilməsini müsbət qarşıladığını bildirib: "Bəyannamədə Türkiyə-Ermənistan arasındakı normallaşma prosesinə dəstək verilməsi müsbət bir addımdır. Eyni zamanda, sənəddə ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasına da toxunulur. "Bu prosesin bərabər davam etməsi regionda sülhü bərqərar edər. Nazirlərin açıqlamasının hərtərəfli baxışı əks etdirməsi də müsbətdir". Davudoğlu, "təbii ki, çətinliklərin də fərqindəyik. Bəzi sıxıntılar da ola bilər. Bunlar sancılı proseslərdir. Hamının bu prosesləri uğurla başa vurması üçün əlindən gələni etməsi, gələcək gərginliklərdən uzaq olması tərəflərin mənfəətinədir" – deyib. /. PRESS/ Изменено 27 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 27 июня, 2009 Автор Жалоба Share Опубликовано: 27 июня, 2009 (изменено) İnquşetiyada ötən gecə ölən silahlının azərbaycanlı olduğu iddia edilirRusiya hüquq-mühafizə orqanlarının bu barədə ilkin ehtimalları yerli sakinlərin ifadələrinə əsaslanır Ötən gecə İnquşetiyanın Sunjen rayonundakı Mujiçi kəndində öldürülmüş silahlı Azərbaycanda gətirilmiş muzdlu döyüşçü ola bilər. . PRESS, "Kafkazskiy uzel" internet nəşrinə istindən xəbər verir ki, bu barədə məlumatı birləşmiş qoşun hissələrinin qərargahından veriblər. Muzdlu barədə məlumatı Çeçenistan prezidenti Ramzan Kadırov da təsdiqləyib. Xatırladaq ki, ötən gecə Mujiçi kəndində hökumət qoşunları ilə 6-10 nəfərdən ibarət silahlı dəstə arasında toqquşma baş verib. Rəsmi məlumatlara görə, döyüş zamanı silahlılardan biri qumbara ilə özünü partladıb, daha iki nəfər isə yaral.a da, qaça bilib. Silahlıların mağazadan ərzaq almaq üçün kəndə daxil olduqları güman edilir. Yerli sakinlərin ifadələri əsasında formalaşmış ilkin məlumatlara görə, özünü öldürən silahlı azərbaycanlıdır. Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilməsi prosesi gedir. Ölən silahlının üzərindən iki əldəqayırma qumbara, mina və "Kalaşnikov" avtomatı götürülüb. Rusiya Fdereal Təhlükəsizlik Xidmətinin İnquşetiyadakı idarəsindən isə RBK agentliyinə bildirilib ki, əsgərlərlə toqquşan qrupda Azərbaycan, İnquşetiya və digər Şimali Qafqaz regionlarından şəxslər olub. Onlar qətl və soyğunlarla məşğul imişlər. /. PRESS/ Изменено 27 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 28 июня, 2009 Автор Жалоба Share Опубликовано: 28 июня, 2009 (изменено) Şimon Peres: "Mən bir ölkənin gəlib digər bir ölkənin ərazisinə təcavüz etməsini düzgün hesab etmirəm" (Maraqlı Fikir Söylədi ) . TV-nin xüsusi müxbirinin İsrail Prezidenti Şimon Pereslə, onun Azərbaycana gözlənilən səfərindən əvvəl müsahibəsi . TV-nin xüsusi müxbirinin İsrail Prezidenti Şimon Pereslə, onun Azərbaycana iyunun 28-da gözlənilən səfərindən əvvəl müsahibəsi. -Cənab prezident siz uyunun 28-də Azərbaycana səfər edirsiniz. İsrail üçün Azərbaycanın əhəmiyyəti nədən ibarətdir? Və siz İsrail-Azərbaycan əlaqələrinin gələcək perspektivlərini necə qiymətləndirirsiz? -Bu məsələ ilə bağlı şərh etməli çox şey var. İlk əvvəl Azərbaycan böyük miqyasda neft və qaz ehtiyatının sahibidir. … Azərbaycan həm də müsəlmanlar və yəhudilər arasında qarşılıqlı hörmət və etibarın mövcud ola bildiyi bir ölkədir. Biz Azərbaycandan neft ala bilərik, eyni zamanda mədəni əlaqələr yarada bilərik. Azərbaycan öz mədəniyyətini yarada bilib. Azərbaycan kiçik ölkədir və İsraillə Azərbaycanın oxşar problemləri var. Bu problem kiçik xalqların necə böyük ola biləcəyi ilə bağlıdır. Böyük olmanın isə əsas yolu müasir elmlər və yüksək texnologiyadan asılıdır. Azərbaycan prezidenti İlham Əliyevə çox böyük hörmətim var. Mən onu yüksək təhsilli, məharətli və sanballı bir insan kimi tanıyıram. Onunla ünsiyyət qurduğuma görə çox məmnunam. Biz 3 sahəyə əhəmiyyət veririk. Kənd və su təsərrüfatı, səhiyyə və əvvəl danışdığım yüksək texnologiya. İsralin nə torpağı, nə suyu, nə qazı, nə də nefti var. Ona görə də biz əsas diqqəti elmə, yüksək texnologiyaya yönəltməliyik. Və biz, bizdə olanlarla Azərbaycanın istədiklərini bölüşdürməliyik . İsrail təhlükə deyil. Biz təhlükə olmaq və kiməsə ziyan törətmək üçün çox kiçiyik. Lakin başqa tərəfdən biz inkişaf etmişik və əldə etdiklərimizi dostlarımızla bölüşdürməyə hazırıq. Bizdə olanları, inkişafı, elmi nailiyyətləri. Biz tam olaraq əməkdaşlıq edə bilərik. Bizim mədəniyyətimiz, elmimiz, hazırlığımız və ən əsası əzmimiz var. Mən eləcə də prezidentin mərhum atası ilə görüşmüşəm. O, çox intiligent, ağıllı və müəyyən üsluba sahib idi. Onunla aramızda qarşılıqlı anlaşma var idi. Digər tərəfdən Azərbaycanın ətrafında problemlər var. Bu problem əsasən qonşularla bağlıdır. Çünki siyasətdə sən heç vaxt öz qonşuna etibar edə bilməzsən. Ailədə isə öz valideynlərinə etibar edə bilməzsən. Bu həyatın bir nöqsanıdır. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mən bir ölkənin gəlib digər bir ölkənin ərazisinə təcavüz etməsini düzgün hesab etmirəm. Mən Azərbaycanda bir dəfə olmuşam və ora böyük bir simpatiyam var. Eləcə də tarixi baxımdan Azərbaycan və yəhudi xalqı arasında münasibətlər yaxşıdır. Bundan əvvəl və elə indinin özündə də çoxlu sayda insan İsrailə miqrasiya edib. Və biz onların qayğısına qalırıq. Azərbaycan barədə çox xoş təəssüratlarımız var. Bütün bu məsələlər mənim sizin torpağınıza səfərimin reallaşması üçün səbəblər toplusudur. -Siz inanırsız ki, bir gün Azərbaycanın İsraildə səfirliyi olacaq? -Mən ümid edirəm ki, İsralinin Bakıda, sizin isə İsraildə səfirliklərimiz tam fəaliyyət göstərsin. Düşünürəm ki, buna ehtiyac var. Bu münasibətlərin yüksək səviyyəyə qalxmasının ardıcıl nəticəsi olacaq. Biz bu səfərlə münasibətlərimizi zənginləşdirəcəyik. Çoxlu sayda nümayəndə, əsasən də biznesmenlər İsraildən mənim gəlirlər. Və onlar iqtisadi uğurlar adına, elm adına yaxşı münasibətlər qurmaq istəyirlər. Bunun üçün hər iki tərəfdə səfirliklərin olması zəruridir. -20 ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğal barədə biz İsrailin rəsmi mövqeyini bilmək istəyirik. İsrail Azərbaycanın rəsmi mövqeyini tanıyırmı ? -Biz bu məsələdə birbaşa tərəf olan ölkə deyilik. Sadəcə öz münasibətimizi , yanaşmamızı bildirə bilərik. Və münasibətin necə olması isə bizim əməkdaşlıqdan asılıdır. Lakin biz yenə prosesdə iştirakdan birbaşa tərəf deyilik. Bu məsələdə bizim münasibətimizə, rəyimizə və mövqeyimizə gəlincə düşünürəm ki , Azərbaycan yalnız İsraillə deyil, eləcə də xaricdəki yəhudi icmaları ilə yaxın münasibətdə olmalıdır. Bura eləcə də Birləşmiş Ştatlar da daxildir. Və biz Azərbaycanın ərazi bütövlüyünü bütün vasitələrlə dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. -Azərbaycan Amerikanın yəhudi icmasının verdiyi töhfəni yüksək qiymətləndirir. İsrail-Azərbaycan münasibətlərində lobbiçilik h.ı rolu oynayır? -Yəhudilər, Birləşmiş Ştatların İsrailin siyasətini dəstəkləməsini bəyənir. Onlar qanun qəbul etmirlər, hökümətdə təmsil olunmurlar. Amma əminəm ki, onlar da Azərbaycanla İsrail arasında əlaqələrin yaxşı olmasını eşitməyə şaddılar. Onların əksəriyyəti bu münasibətləri tam ürəklə dəstəkləyirlər. Bizim Azərbaycanla dostluq münasibətimiz var. Hazırda bu münasibətlər yeni mərhələyə çatır. Əlaqələr indi daha dərin və sanballıdır. Düşünmürük ki, bir dostluq digərinin əvəzinə olmalıdır. Biz etiraz edə bilmərik ki, dövlətlər digərləri ilə yaxış münasibətlər qursunlar. Biz isə həmişə yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Əsas məqsədimiz ölkələr arasında körpü qurulmasıdır. -İsraildə böyük bir Azərbaycan icması yaşayır. Onlar etnik azlıqlar kimi h.ı üstünlüklərə malikdir və onların hüquqlarına necə hörmət edilir ? -İsraildə heç kəsin əlavə imtiyazı yoxdur. Burada hər kəs əməkdaşlıq edir. Onlar da əməkdaşlıq edən icmadırlar. Bizim üçün çox xüsusi yerləri var. Realistdirlər , incəsənəti, musiqini sevirlər, çalışqandırlar və çox səbrlidirlər. Biz onlarla birgə işləməyi yüksək qiymətləndiririk. Onlarda Azərbaycan sevgisi var. Əgər səhv etmirəmsə, son illər ərzində Azərbaycandan İsrailə 35 min yəhudi əsilli azərbaycanlı gəlib. Onlar da Azərbaycana isti münasibət bəsləyirlər. Öz dillərini və adət-ənənələrini saxlamaq istəyirlər. Niyə də olmasın! -Sizcə əhalisinin çox hissəsi müsəlman olan Azərbaycanla əhalinin çox hissəsi yəhudi olan İsrail arasında olan dostluq dünyaya h.ı mesajı çatdırır? -Yəhudilər və müsəlmanların eyni atası var -İbrahim. Əgər bizim bir atamız varsa, niyə yaxşı qardaş olmayaq. Tarix boyunca müsəlmanlar və yəhudilər bir-birini başa düşən mədəniyyətin yaradılması üçün çalışıblar. Bizim filosofumuz olan Ramban ərəb dili üzrə ekspert olub. O əsərlərinin bir qismini ərəb dilində yazıb. Və mən dinlərinin fərqli olmasına görə, sülh şəraitində yaşamağı qadağan edən insan tanımıram. Bundan başqa, müasir həyatda demokratiya yalnız hər insana bərabər hüquqların verilməsi demək deyil. Eləcə də hər insana fərqli olmaq hüququ vermək. Heç kəs sənə başqasını sevməyə məcbur edə bilməz, bu sənin azad hüququndu. Bu müasir həyatın xarakteridi və biz buna hörmət edirik. /. TV, "TƏMİZ SÖHBƏT" verilişi/ Изменено 28 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 июня, 2009 Автор Жалоба Share Опубликовано: 29 июня, 2009 (изменено) "Qazprom", Dmitri Medvedevin Bakı səfərinə ümidlə baxır Aleksey Miller: "Azərbaycan qazının alınması barədə saziş imzal.a, biz 2010-cu il yanvarın 1-dən Azərbaycan qazını ala bilərik" Rusiyanın "Qazprom" şirkəti ümid edir ki, Dmitri Medvedevin Bakı səfəri çərçivəsində Azərbaycan qazının Rusiya tərəfindən alınması ilə bağlı Dövlət Neft Şirkəti ilə sazişin imzalanması mümkün olacaq. . PRESS, RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Qazprom" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleysey Miller deyib. Onun sözlərinə görə, "Qazprom" 1 yanvar 2010-cu il tarixdə Azərbaycan qazını ala bilər. "İmzalanacaq sənədlər ilk növbədə "Şaşdəniz" qazına aid olacaq". Aleksey Miller bildirib ki, Azərbaycandan alınacaq qazın həcmi ilk vaxtlar çox olmayacaq. Lakin gələcəkdə həcmin artırılması mümkündür. "Qazprom" rəsmisi iddia edib ki, onlar digər potensial alıcılarla müqayisədə Azərbaycana daha cəlbedici şərtlər təklif edir. Rusiya nümayəndə heyəti Bakıda qaz sazəsində orta və uzun mddətli əməkdaşlıq perspektivlərini, o cümlədən "Şahdəniz" layihəsinin ikinci mərhələsindən birgə istifadə məsələlərini müzakirə etmək niyyətindədir. /. PRESS/ Изменено 29 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 июня, 2009 Автор Жалоба Share Опубликовано: 29 июня, 2009 Ermənistan atəşkəsi pozdu Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 28-də saat 19.30-dan 19.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. Məlumatı Müdafiə nazirliyinin mətbuat xidməti yayıb. /.PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 июня, 2009 Автор Жалоба Share Опубликовано: 29 июня, 2009 "Zona" serialı bu gündən .-in efirindəSerial həftə içi hər gün saat 20.00-da yayımlanacaq MDB və Avropanı şoka salmış serialın dublyajı sona şatdı. Kriminal, drama janrında olan "Zona" serialı bu gündən etibarən . kanalında yayımlanmağa başlayacaq. Serial həftə içi hər gün saat 20.00-da nümayiş olunacaq. Serialın təkrarı olmayacaq. Qeyd edək ki, serial Rusiyada həbsxanalarda baş vermiş hadisələrin əsasında çəkilib. Bu seriala baxanda hər bir şəxs əslində vəziyyətin nə yerdə olduğunu görə bilər. Hətta Yekaterinburq şəhərində NTV kanalında nümayiş etdirilən teleserialın dayandırımasına etiraz edən 17 məhbus damarlarınına kəsmişdi. Yalnız telekanal ilə serialın nümayişi barədə müvafiq sənədlər nümayış etdiriləndən sonra məhbuslar nümayişi dayandırıblar. Serialın ən maraqlı məqamlardan biri isə onun dublajındadır. Belə ki, «türmə» dili tamam başqa dildir və onu tərcümə etmək mümkün deyil. Elə bu səbəbdən АНС-də nümaiyş ediləcək serialdakı «türmə» jarqonları tərcümə edilməyəcək. Bir sözlə baxmağa nəinki dəyər, baxmaq lazımdır. Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 29 июня, 2009 Автор Жалоба Share Опубликовано: 29 июня, 2009 (изменено) Yolun kənarında dayanmış "Mercedes"ə çırpılan "VAZ-2107", idarəetməni itirərək iki qızı vurubNəticədə 4 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib Bakının Sabunçu rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Axşam saat 21.40 radələrində rayonun Kosmos küçəsində Maştağa qəsəbə sakini Əjdər Rəhimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında dayanmış Nardaran qəsəbə sakini Cəbrayıl Nuriyevə məxsus "Mercedes" markalı avtomobilə çırpıb. Sonradan o, idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Nardaran qəsəbə sakini Arzu Əliyevanı və Bakıxanov qəsəbə sakini Ruqiyyə Əliyevanı vurub. Nəticədə xəsarət alan A.Əliyeva, R.Əliyeva, C.Nuriyev və sərnişini, Zabrat qəsəbə sakini Vaqif Quliyev xəstəxanaya yerləşdiriliblər. Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırmalar .rılır. /. PRESS/ Изменено 29 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 30 июня, 2009 Автор Жалоба Share Опубликовано: 30 июня, 2009 (изменено) Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb Sənədlərin imzalanması Dmitri Medvedevin Bakı səfəri çərçivəsində baş tutub Azərbaycan və Rusiya arasında bir sıra sənədlər imzalanıb. Sənədlər ötən gün İlham Əliyevin və Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra imzalanıb. İlk olaraq dövlət başçıları Xəzər dənizi üzrə birgə bəyannaməni və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri, eləcə də Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə birgə bəyannamə imzalayıblar. Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və Rusiya tərəfdən "Qazprom" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin prezidenti Aleksandr Miller Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtlərini, Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən isə Kabardin-Balkar Respublikasının prezidenti Arsen Konokov Azərbaycan və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq haqqında razılaşmanı, xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov isə hökumətlər arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında və Rusiya Federasiyasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmət göstərilməsi üzrə şərtlər haqqında sazişin hazırlanması barədə birgə bəyannaməni imzalayıblar. Изменено 30 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 30 июня, 2009 Автор Жалоба Share Опубликовано: 30 июня, 2009 "Türkiyə bölgədə super gücə cevrilib" Metyu Brayza ölkəsinin Ankaraya təzyiq edə bilməyəcəyini bildirib ABŞ dövlət katibi məsləhətçisinin köməkçisi Metyu Brayza Türkiyənin bölgədə super güc olduğunu və Vaşinqtonun bu ölkəyə artıq təzyiq edə bilməyəcəyini bəyan edib. . PRESS-in «CNN Türk»ə istinadən verdiyi məlumata görə, Kipr məsələsində ölkəsinin Türkiyəyə təzyiq etməsini istəyən Yunanıstan parlamentinin sədri Marios Karoyana «Türkiyə super güc oldu, ABŞ ona təzyiq edə bilməz» deyib. Brayzanın bu sözlərindən sonra Karoyan aciz etiraf səsləndirib. «Türkiyəyə ABŞ tərəfindən təzyiq edilə bilməzsə, kimsə tərəfindən edilə bilməz. Bu şərtlər altında nə Kipr probleminin həlli, nə də Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkün olar»,- deyə o bildirib. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 30 июня, 2009 Автор Жалоба Share Опубликовано: 30 июня, 2009 (изменено) Şotlandiyalılar Böyük Britaniyadan ayrılmaq istəyir Belə bir fikir ölkədə keçirilən ictimai rəy sorğusunun yekununda məlum olub Şotlandiyada keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, şotlandların 58%-i 2010-cu ildə Böyük Britaniyadan ayrılmağa dair məsələ üzrə referendumun keçirilməsini istəyir. . PRESS-in "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, 22-24 iyun tarixlərində keçirilən sorğuda 1010 nəfər iştirak edib. Sorğu zamanı məlum olub ki, əhalinin 58%-i Şotlandiya hökmətinin 2010-cu ildə referendumun keçirilməsi qərarı ilə razı, 37% isə narazıdır. Həmçinin sorğuda iştirak edənlərin yalnız 38%-i ölkələrinin müstəqil dövlət olmasını istədiyini bildirib. Sorğulananların cəmi 22%-i Şotlandiyanın hazırkı şəraitdə Böyük Britaniyanın tərkibində qalmasını istədiyini, 10%-i yaxın 20 il ərzində Şotlandiyanın hər şeyə rəğmən müstəqil olacağını bildirib. Əhalinin 28%-i isə belə bir hadisənin çətin ki, baş verəcəyini hesab edir. /. PRESS/ Изменено 30 июня, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 1 июля, 2009 Автор Жалоба Share Опубликовано: 1 июля, 2009 Əhaliyə verilən qazın qiyməti artırıldıTarif Şurasının qərarına əsasən, bu gündən əhaliyə qazın hər kub.m.-i 10 qəpiyə satılacaq Azərbaycan Tarif (qiymət) Şurası “Dövlət rüsumu haqqında” qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanuna əsasən Tarif (qiymət) Şurasının bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Şuranın iclasında qəbul edilmiş qərara əsasən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” qanuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti sahəsində və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən göstərilən xidmətlərin tarifləri barəsində Tarif Şurasının əvvəllər qəbul edilmiş qərarlarının qüvvədən düşdüyü bildirilib. Bununla yanaşı, Standartlaşdırma, Metrologiya, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Dəniz Administrasiyası, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidməti sahəsindəki və küçə reklamlarının yerləşdirilməsi və yayımı sahəsindəki xidmətlərin, həmçinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə qəbul edilmiş qərarların bəzi bəndləri və bölmələri də qüvvədən düşmüş hesab olunub. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə əvvəllər qəbul edilmiş qərarlara isə bəzi əlavə və dəyişikliklər edilib. Şuranın qərarına əsasən, son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AzStateNet” Dövlət İnternet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 % arasında aşağı salınıb. Belə ki, 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri müvafiq olaraq 30, 60 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəllər həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və 900 manat təşkil edib. Tarif Şurasının iclasında “Azəriqaz” QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub. Şura əhaliyə satıln təbii qazın hər 1000 m3 qiymətini 47,2 manatdan 100,0 manata dəyişdirib. Qurum bu qərarı təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsinin nəzərə alınması ilə əsaslandırıb. Qəbul olunmuş qərarlar bu gündən tətbiq ediləcək./. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 1 июля, 2009 Автор Жалоба Share Опубликовано: 1 июля, 2009 İsveçrənin Bern şəhərində Azərbaycan gecəsi keçirilibQonaqlara “Qaval”, “Tərəkəmə” və “Ağ çiçəyim” rəqsləri təqdim edilib İyunun 28-də İsveçrənin Bern şəhərindəki Mədəniyyətlər və Tədris Mərkəzində Azərbaycan gecəsi keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin (AİMM) təşkil etdiyi gecə xalqımızın zəngin mədəniyyətinin təbliği məqsədi daşıyıb. Bern şəhərindəki Mədəniyyətlər və Tədris Mərkəzinin təşəbbüsü ilə keçirilən və yalniz isveçrəli qonaqların dəvət olunduğu tədbirdə AİMM rəhbəri Qasım Nəsirov Azərbaycan mədəniyyəti, milli musiqisi barədə ətraflı məlumat verib, xüsusilə də Azərbaycan rəqslərinin incəliklərini iştirakçılara izah edib, bir neçə rəqsimizin tarixindən söz açıb. Sonaxanım Əliyeva qonaqlara “Qaval”, “Tərəkəmə” və “Ağ çiçəyim” rəqslərini təqdim edib. Azərbaycanla bağlı daha ətraflı məlumat almaq istəyən isveçrəli qonaqlara bildirilib ki, ölkəmiz haqqında AİMM-nın internet saytından geniş bilgi almaq imkanı var. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 1 июля, 2009 Автор Жалоба Share Опубликовано: 1 июля, 2009 Bakı və Abşeron yarımadasında tozlu hava əhalini təşvişə salıbElmi Tədqiqat Ağ ciyər Xəstəlikləri İnstitutunun həkimi dumanın insan orqanizminə təsir göstərəcəyini bildirib Bakı və Abşeron yarımadasında mövcud olan hətta günəşin görünməsinə belə mane olan tozlu hava əhalini təşvişə salıb. Bakı səmalarını son iki gündə bağlayan toz indi hamını düşündürür. İlk dəfə bu il belə bir hadisə ilə qarşılaşan vətəndaşlar, tozlu havanın onların görməsinə də maneələr yaratdığını bildiriblər. Bu cür tozlu hava əsasən ərəb ölkələrindən olan Suriya, Misir, Səudiyyə Ərəbistanı və İraqa məxsus olduğu bildirilir. Həmin ölkələrdə tozlu havanın ilk növbədə astma xəstəliyi olan şəxslərə ciddi təsir etdiyi bildirilir. Hətta əksər vaxt belə havada yağan yağış da palçıqlı olur. Azərbacanda isə belə hallara çox az təsadüf olunmasına baxmayaraq, həkimlər əhalini ehtiyat tədbirlərini görməyə çağırırlar. Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun həkimi Vasif Abdullayev şəhərin üzərini örtən dumanın insan orqanizminə təsir göstərəcəyini qeyd edib. Onun sözlərinə görə, hələlik konkret narahatçılıq yaranmayıb. Ancaq bu hal bir neçə gün davam etsə artıq fəsadları olacaq. «Ağ ciyər xəstəlikləri institutunda biz də müşahidə .rırıq. Xəstələrdə hər h.ı bir ağırlaşmalar olmayıb. Əlbətdə tozun insanın borun ağ ciyər .rtına mənfi təsiri çoxdur. Əksər halda xırda toz ağ ciyərlərə çökərsə, imunitetə təsir edib onu zəiflədə bilər». Tozlu hava şəraiti artıq göz xəstəliklərindən əziyyət çəkənlərə təsir edib. Mərkəzi Neftçilər Xəstəxanasının göz mərkəzinin həkimi Bəhruz Quliyev bildirib ki, həkimlər hələ iki gün əvvəldən bunun fəsadının ola biləcəyini proqnozlaşdırıblar. Atmosferdə baş verən çirklənmənin göz yaşı təbəqəsinə mənfi təsir etdiyini deyən həkim əlavə edib ki, nəticədə insan orqanizimində ciddi narahatlıq yaranır: " İki gündür insanların təlaşına səbəb olan toz burulğanı fəsadlarını verib. İnsanlar çox təlaş içində olmasınlar. Bunun prafilaktikası var ki, buna əməl etməklə narahatlıqdan qurtara bilərlər". Həkim tozlu hava şəraitində əsas praflaktikanı çoxlu maye qəbul etməkdə görür. Məsləhət olunur ki, belə hava şəraitində eynəklərdən istifadə olunsun. Bununla yanaşı, şikayəti olanlar mütləq həkimə müraciət etməli və həkim məsləhəti ilə dərmanlar təyin olunmalıdır. Təəssüf ki, bu cür hava şəraiti uşaqlara da mənfi təsir edir. Göz həkimi Aytəkin İbrahimxəlilovanın sözlərinə görə, uşaqlarda allergik reaksiyalar da baş verə bilər: "Onlarda allergiya, qaşınmalar olur. Burulğanlı hava qurtarandan da sonra allergiya və qaşınma keçməyə bilər. Uzun müddət bu əlamətlərin qalmasına səbəb olur. Uşaqlar qeyri-iradi hərəkətlər daha çox edirlər. Ona görə də onlar qaşıyb buynuz qişanı cıza bilərlər. Prosesi daha çox dərinləşdirə bilərlər". Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tozlu hava şəraitinin səhralaşma ilə əlaqələndirib. Belə ki, əhalinin otlaqlara mal-qaranı sahibsiz buraxması nəticəsində səhralaşma başlayıb. Digər tərəfdən isə Əfqanıstan və Orta Asiya ölkələrində bu prsses çoxdan getdiyindən, külək tozlu və çirkli havanı ölkə ərazisinə gətirir. "Səhralaşma nəticəsində külək olan kimi toz əmələ gəlir". Hidrometroloqlar isə Türkmənistanın Xəzər sahilindən mülayim şərq küləyi vasitəsi ilə gələn toz qatının yaxın iki gündə çəkiləcəyini bildiriblər. /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 2 июля, 2009 Автор Жалоба Share Опубликовано: 2 июля, 2009 (изменено) Davutoğlu: "Rusiya ilə enerji sahəsindəki əməkdaşlığımızı dərinləşdirmək üçün siyasi iradə mövcuddur"Türkiyə xarici işlər naziri Rusiya xarici işlər naziri ilə görüşüb "Rusiya ilə enerji sahəsindəki əməkdaşlığımızı dərinləşdirmək üçün siyasi iradə mövcuddur". CNN Türk-ün məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticələrinə dair keçirdiyi ortaq mətbuat konfr.ında deyib. Nazirlərə dünən Rusiyanın "Cənub axın"ı layihəsində Türkiyənin də iştirakı məsələsi soruşulub. Ə. Davutoğlu suala belə cavab verib: "Enerji layihələri də daxil olmaqla hər mövzunu, əməkdaşlıq çərçivəsində müzakirə etməyi davam etdirəcəyik". Türkiyəli nazir əlavə edib ki, Türkiyə Rusiya ilə əməkdaşlığında sərhəd tanımır. Lavrov isə qeyd edib ki, "Türkiyə istəsə, Rusiya iqtisadi razılaşmanın olduğu hər şərtdə bu iştirakı qəbul edər". Xatırladaq ki, rəsmi Moskva Ankaraya "Cənub axını" layihəsinin reallaşdırılmasında əməkdaşlıq təklif edib. Bunu iyulun 1-də Türkiyənin energetika və təbii sərvətlər naziri Tener Yıldızla görüşdən sonra Rusiya baş nazirinin müavini İqor Seçin bildirib. Biz "Cənub axını" üzrə əməkdaşlıq təklif edirik və layihə ilə bağlı şəffaf qərarın qəbul edilməsi istəyirik", - deyə o vurğulayıb. /. PRESS/ Rusiya Türkiyəyə əməkdaşlıq təklif edib Изменено 2 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 2 июля, 2009 Автор Жалоба Share Опубликовано: 2 июля, 2009 (изменено) Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü at yarışı zamanı baş tutacaqBu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü iyulun ortalarında Moskvada keçiriləcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. Səfir bildirib ki, görüş MDB-nin qeyri-formal sammiti çərçivəsində Rusiya prezidentinin mükafatı uğrunda keçiriləcək at yarışı zamanı baş tutacaq./. TV/ Изменено 2 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 2 июля, 2009 Автор Жалоба Share Опубликовано: 2 июля, 2009 Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Qarabağa səfərini təkrarlaya bilərPolad Bülbüloğlu: "İki xalq arasında müəyyən təmaslar yenidən bərpa edilməlidir" Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyan bu yaxınlarda Qarabağa sülhməramlı səfərini təkrarlaya bilərlər. .-ə müsahibəsində P.Bülbüloğlu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səfirlərin birgə fəaliyyətinin mühüm rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, təşkil edilən bu cür səfərlər həlledici rol oynaya bilər."Danışıqlar prosesi davam edir. Demək istəyirəm ki, bu danışıqlar mütəlq getməlidir. İki xalq arasında müəyyən təmaslar yenidən bərpa edilməlidir. İstər-istəməz biz bir yerdə yaşamalıyıq. Bunun ayrı yolu yoxdur. İnsanlar arasında bu təmaslar olmalıdır". Səfir iki il öncə bir qrup ziyalı ilə Dağlıq Qarabağa səfərlərini xatırladaraq bildirib ki, bu səfər onu bir daha təmasların zəruri olduğuna inandırıb. Onun sözlərinə görə, insanlar bir-biri ilə danışanda, təmasda olanda tamam ayrı horizontlar açılır. Polad Bülbüloğlu bu səfərlərinə görə, onları tənqid edənlərin olduğunu da qeyd edib. "Onların mövqelərini başa düşmək olar. Amma real bir vəziyyət var. Bu gün meydanada olan müəyyən siyasi iqtisadi vəziyyəti nəzərə almaq lazımdır. Təmaslar qaçılmazdır". /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 2 июля, 2009 Автор Жалоба Share Опубликовано: 2 июля, 2009 Azərbaycanlı rəssam Tahir Salahova Fr.ada mükafat verilibMükafatı rəssama Fr.a İncəsənət Akademiyasının katibi Arno d’Oteriv təqdim edib Fr.a İncəsənət Akademiyasının katibi Arno d’Oterivin və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynovanın təşkilatçılığı ilə iyulun 1-də akademiyada görkəmli fırça ustası Tahir Salahova Fr.a Mədəniyyət və Kommunikasiya naziri tərəfindən ölkənin ən nüfuzlu mükafatlarından biri hesab edilən “İncəsənət və ədəbiyyat” ordeninin “Zabit” dərəcəsi təqdim edilib. Mükafatı azərbaycanlı rəssama Arno d’Oteriv təqdim edib. Azərbaycan və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya İncəsənət Akademiyasının vits-prezidenti Tahir Salahov onun əməyinə verilən yüksək mükafata görə Fr.anın Mədəniyyət və Kommunikasiya nazirinə öz təşəkkürünü bildirib. Təqdimetmə mərasimində Azərbaycanın Fr.adkı səfiri Tarik Əliyev, moda ustası Pyer Karden də iştirak edib. Fr.anın tanınmış moda ustası Pyer Karden Tahir Salahovu uzun müddət tanıdığını, hətta Rusiyada olarkən bir neçə günü birlikdə keçirdiyini bildirib. «Mən onun istedadının vurğunuyam. Tahir Salahovun yaradıcılığını əlçatmaz bir zirvəyə bənzətmək olar». Tahir Salahov isə bu mükafatı yüksək qiymətləndirib və onun qəlbini qızdırdığını qeyd edib. «Əgər mükafat ürək qızdırırsa, bu, sənin əməyinə verilən cavabdır. Bu mənim üzün böyük xoşbəxtlikdir ki, mənim yaradıcılığıma yalnız doğma vətənim Azərbaycanda deyil, eyni zamanda Fr.ada da xüsusi qiymət verilir. Azərbaycana, yüksək mükafata görə Fr.aya sağ ol deyirəm». Xatırladaq ki, Azərbaycanın görkəmli rəssamı Tahir Salahov bu il həmçinin . Şirkətlər Qrupunun təsis etdiyi «İlin adamı» mükafatına da layiq görülüb. /AzərTAc/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 3 июля, 2009 Автор Жалоба Share Опубликовано: 3 июля, 2009 “İstənilən sülh müharibədən yaxşıdır”Asim Mollazadə: "Bizim Xankəndində olmağımız sülhün əldə olunmasında təkcə hakim partiyanın deyil, Azərbaycan müxalifətinin də maraqlı olduğuna sübutdur" “İstənilən pis sülh müharibədən yaxşıdır”. . PRESS-in “Tert.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü Xankəndində Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə bildirib. “Bu gün hər iki ölkə - Azərbaycan və Ermənistan, həmçinin hər iki xalq üçün sülhün əldə olunması istiqamətində böyük ş. var. Bunun üçün sülh və stabil Cənubi Qafqaz regionunun yaradılmasına imkan verə bilcək ciddi iş və həll variatlarının axtarışı zəruridir. Bu istiqamətdə həm Azərbaycan, həm də Ermənistan iş görməlidir, beynəlxalq təşkilatlarsa onlara sülhün əldə olunmasında köməklik göstərməlidir”, - deyə o bildirib. Mollazadə qeyd edib ki, hazırda danışıqlar prosesi gedir, ciddi irəliləyişlər var. “Düşünürəm ki, Moskva Bəyannaməsinin imzlanmasından sonra sülhün əldə olunması istiqamətində çox iş görülüb”, - deyə müxalifətyönlü deputat bildirib. O vurğulayıb ki, onun Xankəndində olması, sülhün əldə olunmasında təkcə hakim partiyanın deyil, Azərbaycan müxalifətinin də, maraqlı olduğuna sübutdur. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 3 июля, 2009 Автор Жалоба Share Опубликовано: 3 июля, 2009 Qarabağda səfərdə olan nümayəndə heyəti Serj Sarkisyanla görüşə yollanıbPolad Bülbüloğlu və onu müşayiət edənlər İrəvandan sonra Bakıya qayıdacaqlar Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyan, eləcə də mədəniyyət və kinematoqrafiya üzrə Rusiya Federal Agentliyinin rəhbəri Mixail Şvidkoy və Azərbaycanın bir sıra ictimai təşkilatlarının nümayəndələri Dağlıq Qarabağdan Ermənistanın paytaxtı İrəvana yollanıblar. Bu barədə məlumatı Ermənistanın tert.am saytı yayıb. Məlumata görə, nümayəndə heyəti orada prezident Serj Sarkisyanla görüşəcək. İrəvandan sonra onların Bakıya qayıdacaqları gözlənilir. Qeyd edək ki, səfirlər Dağlıq Qarabağın separatçı rejimin prezidenti Bako Saakyanla da görüş keçiriblər. Dağlıq Qarabağa səfər edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 6 nəfər müşayiət edir. Bu barədə məlumat Ermənistanın Tert.am saytında yer alıb. Məlumata görə, onların arasında iki millət vəkili - Asim Mollazadə və Tahir Rzayev, o cümlədən bəstəkar Səyavuş Kərimi də var./. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 3 июля, 2009 Автор Жалоба Share Опубликовано: 3 июля, 2009 (изменено) Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşübMixail Şvıdkoy: "Ermənilər və azərbaycanlılar qürbətdə birgə yaşaya, işləyə, biznes qura bilirlərsə, bu, niyə də Dağlıq Qarabağda olmasın?" Bu gün İrəvanda Azərbaycan nümayəndə heyəti ilə Ermənistan prezidenti Serj Sarqsyan arasında keçirilən görüş konstruktiv olub. . PRESS-in "Tert.am"a istinadən verdiyi xəbərə görə, bunu görüşdən dərhal sonra Polad Bülbüloğlu deyib. "Sarqsyanla görüş olduqca konstruktiv oldu. Onun bizim təklif və təşbbüsümüzə böyük diqqətlə, anlaşıqlı və təqdirəlayiq yanaşması olduqca xoşdur", - deyə səfir qeyd edib. Görüşün digər iştirakçısı, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə təşəbbüsün üç sabiq mədəniyyət nazirləri tərəfindən irəli sürülməsinin vacibliyini vurğulayıb. O həmçinin Azərbaycanın Rusiyadakı səfirinin bu gün Dağlıq Qarabağda dediklərini təsdiqləyib. "Erməni və azərbaycanlılar qürbətdə birgə yaşaya, işləyə, biznes qura bilirlərsə, bu niyə də Qarabağda baş verməsin?", - deyə o vurğulayıb. "Heç kim qonşluq institutunu ləğv etməyib. Biz bir-birimizi qəbul edə və ya etməyə bilərik, lakin bununla yanaşı biz münasibət qurmaq məcburiyyətindəyik. Və hər iki icmanın mədəniyyət və digər nüfuzlu nümayəndələri etibarlı mühitin yaradılması məsləsində böyük rol oynaya bilər". Bu sözləri isə brifinqin üçüncü iştirakçısı olan Ermənistanın Moskvadakı səfiri Armen Smbatyan bildirib. O həmçinin əlavə edib ki, onların missiyası tamamilə mədəni və sülhməramlı mahiyyət daşıyır və siyasi və ya hərbi danışıqlara heç bir aidiyyatı yoxdur. /. PRESS/ Изменено 3 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 4 июля, 2009 Автор Жалоба Share Опубликовано: 4 июля, 2009 "Azərbaycan hökuməti öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır"Əli Kərimli hesab edir ki, bu, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf olması ilə nəticələnə bilər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədir Əli Kərimli Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Qarabağa, İrəvana oradan isə Azərbaycana səfəri ilə bağlı olaraq . PRESS-in suallarını cavablandırıb. -Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Qarabağa səfərinə münasibətiniz necədir? - Biz əlbəttə istəyirik ki, müharibə sülhlə qurtarsın. Ancaq hesab edirik ki, bunun üçün əvvəlcə Ermənistan tərəfindən işğal faktı aradan qalxmalıdır. Hazırda torpaqlarımızın 20 faizi işğal altındadır. Və o torpaqların boşaldılması ilə bağlı hər h.ı razılıq yoxdur. Belə bir şəraitdə mən hesab etmirəm ki, .rılan proses Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan xalqı işğal faktı ilə barışdırılır. Azərbaycan xalqı indiki status kvonun daha uzunmüddət saxlanması faktı ilə barışdırılır. Ona görə də hesab edirəm ki, bizim Ermənistanla əlaqələrimizin əsas dəyişməz ilkin şərti işğal olunmuş torpaqların azad olunması olmalıdır. O torpaqları Ermənistan azad etsin, ondan sonra digər addımlar atıla bilər. O zaman bizim Türkiyəyə olan iradlarımız da mənasızlaşır. Biz Türkiyədən tələb edirik ki, Ermənistanla münasibətlərin qurulması üçün Azərbaycan torpaqlarının azad olunmasını gözləsin, ancaq özümüz bunu gözləmirik. Ona görə də mən bunu Azərbaycanın maraqlarına zidd hesab edirəm. - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qondarma Dağlıq Qarabağ separatçı rejiminin rəhbəri ilə görüşü barədə nə deyə bilərsiniz? -Burada da aşkar görünür ki, erməni diplomatiyası özünün uğurunu qazanmaq ərəfəsindədir. Erməni tərəfinin əsas məqsədi Qarabağın separatçı, terrorçu rejimini danışıqların müstəqil tərəfi kimi təqdim etmək idi. Beynəlxalq təşkilatlar da axır vaxtlar buna meyllənmişdi. Amma Azərbaycan özü bu addımı atmadıqda onlar da Qarabağı müstəqil tərəf kimi tanıya bilmirdilər. İndi ona görə də Azərbaycan öz əli ilə ermənilərin böyük diplomatik uğur qazanmasına şərait yaradır. Və həmin separatçı rejimin legitimliyi Azərbaycan tərəfindən qəbul olunur, çünki həmin separatçı rejimin başçısı ilə, h.ı ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanımır və iddia edir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir, həmin iddiada bulunan şəxslə Azərbaycan dövlətinin rəsmiləri görüşürlər. Sadəcə ziyalılar yox, səlahiyyətli şəxslər, səfir, deputat səviyyəsində Azərbaycan hakimiyyətini timsil edən şəxslər görüşürlər və bununla da həmin separatçı terrorçularin legitimliyinin dünya miqyasında tanınmasına kömək etmiş olurlar. Qarabağın danışıqlarda ayrıca statusla iştirak etməsinə zəmin yaradırlar və Azərbaycan tərəfindən bu, diplomatik baxımdan növbəti bir məğlubiyyət, Ermənistanın isə növbəti bir uğurudur. Mən qəti şəkildə bu hərəkətləri pisləyirəm. - Müxalifət partiyası olaraq narazalığınızı necə bildirəcəksiniz? -Dünən Respublika və Qarabağ uğrunda Hərəkata daxil olan partiyaların tolantısı olub. Əsas müzakirə etdiyimiz məsələ də Azərbaycanın nümayəndə heyətinin Ermənistana səfəri, Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqları azad etmədən bu iki dövlət və xalq arasında danışıq yaradılmasına edilən cəhdlər olub. Bununla bağlı kifayət qədər prinsipial və sərt bəyanatla çıxış etmişik. Sonrakı addımlarımızı da Azərbaycan hakimiyyətinin atacağı addımları müşahidə edərək müəyyənləşdirəcəyik. Biz istəyirik ki, Azərbaycanla Ermənistan arasında münaqişə sülh yolu ilə nizama salınsın, amma biz bu sülh yolunu Azərbaycan torpaqlarına "əlvida" deməklə təsəvvür etmirik. Torpaqlarımızın yalnız və yalnız işğaldan azad olunması ilə təsəvvür edirik. Əgər Azərbaycan hakimiyyəti torpaqlar işğaldan azad olunmadan indiki təslimçi siyasətini davam etdirərsə, o zaman digər etiraz aksiyalarının keçirilməsi də müzakirə olunacaq. Aytən Həmidova/. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 6 июля, 2009 Автор Жалоба Share Опубликовано: 6 июля, 2009 Hondurasın devrilmiş prezidenti ölkəsinə qayıda bilmədiHərbçilər, Manuel Selayyanı gətirən təyyarənin Tequsiqalpa hava limanına enməsinə imkan verməyib Hondurasın qiyamçı hakimiyyəti, ölkənin devrilmiş prezidenti Manuel Selayyanın vətəninə qayıtmasına imkan verməyib. . PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, hərbçilər, göyərtəsində Manuel Selayyanın olduğu təyyarənin Hondurasın paytaxtı Tequsiqalpanın hava limanına enməsinə imkan verməyib. Hava limanıın uçuş-eniş zolağı əsgərlər tərəfindən bağlanıb və Manuel Selayyanın təyyarəsi Salvadora istəqimaətlənib.Honduras prezidenti, Venesuelanın "Telesur" telekanalına təyyarədən telefonla verdiyi müsahibədə bildirib ki, enişə icazə verilməsi və eniş zolağının boşaldılması ilə bağlı çoxsaylı çağırışlara Tequsiqalpa hava limanından rədd cavabı verilib. Manuel Selayyanı digər təyyarə ilə müşayiət edən Argentina, Paraqvay, Ekvador liderləri və BMT Baş Assambleyasının sədri Migel d'Eskoto da artıq Salvadordadırlar. Bu arada isə Manuel Selayyanı qarşılamağa toplaşanlarla güc strukturları əməkdaşları arasında toqquşmalar baş verib. Müxtəlif məlumatlara görə, bir və ya iki adam həlak olub, xəsarət alanlar var. Qeyd edək ki, iyunun sonunda Hondurasda hərbi çevriliş baş verib və prezident Manuel Selayya ölkədən sürgün edilib. Qərb ölkələri və Latın Amerikasının əksər ölkələri qanuni prezidentin müdafiəsinə qalxıb. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 6 июля, 2009 Автор Жалоба Share Опубликовано: 6 июля, 2009 Abdulla Gül və Barak Obama Dağlıq Qarabağdan danışıblarTelefon söhbətində Türkiyə-Ermənistan münasibətləri də müzakirə edilib Türkiyə prezidenti Abdulla Gül iyulun 5-də ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. CNN Türk-ün məlumatına görə, Obama Moskva səfərindən öncə Abdulla Güllə əsasən Qafqazdakı vəziyyəti müzakirə edib. Ağ evdən verilən açıqlamaya görə, Gül Obamaya Qahirədəki çıxışı ilə bağlı olaraq təşəkkür edib. Bir Ağ ev səlahiyyətlisinin verdiyi məlumata görə, Gül Türkiyə-Ermənistan əlaqələrindəki son vəziyyət barədə də Obamaya məlumat verib. İki dövlət başçısı Minsk Qrupunun Dağlıq Qarabağ prosesində oynadığı rola da toxunublar. Hər iki prezident Türkiyə-Amerika əlaqələrinin güclü olduğuna diqqət çəkiblər, təhlükəsizlik və rifah mövzularında ortaq hərəkət etməyə davam edəcəklərini vurğulayıblar. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 6 июля, 2009 Автор Жалоба Share Опубликовано: 6 июля, 2009 (изменено) Elmar Məmmədyarov: "Həmsədrlər Bakıya iyulun 10-da səfər edəcək"Vasitəçilərin səfəri Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünə hazırlıq məqsədi daşıyır "ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakıya iyulun 10-da səfər edəcəyi gözlənilir". Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Həmsədrlərin Bakıdan öncə İrəvanda olacaqlarını deyən nazir vasitəçilərin səfərinin Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünə hazırlıq məqsədi daşıdığını söyləyib. "Həmsədrlər danışıqlar prosesində müəyyən irəliləyişlər əldə etməyə çalışacaqlar. Amma istər həmsədrlərlə görüşdə, istərsə də Moskva görüşündə nəyə nail olacağımızı zaman göstərəcək", - deyə nazir vurğulayıb./. TV/ Изменено 6 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 6 июля, 2009 Автор Жалоба Share Опубликовано: 6 июля, 2009 (изменено) "Ortada referendum söhbəti varsa, onda vay Azərbaycanın gününə"Lalə Şövkət: "Əgər həqiqətən də məğlubiyyət üzərindəki sülh sazişinə hazırlıq görürüksə, onda bu, bizim faciəmizdir" Bəlli olduğu kimi bu günlərdə ölkəmizin Rusiyadakı səfirinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda və Dağlıq Qarabağda səfərdə olub. Bunun xalq diplomatiyası adı altında keçirildiyi bildirilsə də, səfərə müxtəlif münasibətlər və yanaşmalar sərgiləndi. Ayrı-ayrı rəsmi şəxslər, habelə partiya liderləri məsələyə öz münasibətini açıqladı. Öz növbəmizdə biz bu haqda Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətlə danışmaq qərara aldıq. - Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan və Dağlıq Qarabağa səfərini necə qarşıladınız? Sizcə, bu səfərin arxasında nə kimi məsələlər dura bilər? - Öncə burada bəzi məqamlara aydınlıq gətirməliyik. Bu səfəri xalq diplomatiyası kimi qələmə verirlər. Bu isə kökündən yanlışdır. Xalq diplomatiyası vətəndaş cəmiyyəti arasında olur. Həm də bu uzun bir proses olur. Burada rəsmi şəxslər yox, jurnalistlərlə ziyalılar iştirak edə bilər. Yox, əgər rəsmi şəxslər iştirak edirsə, bu, artıq xalq diplomatiyası deyil, rəsmi səfər olur. Yadımdadır ki, bir neçə il əvvəl jurnalistlər həm Ermənistana, həm də Dağlıq Qarabağa səfər etmişdilər. Bax, bu həqiqətən xalq diplomatiyası idi. Lakin bu səfərə qarşı aylarla əks təbliğat .rıldı. Konkret olaraq Polad Bülbüloğlunun bu günlərdəki səfərinə gəldikdə isə bu səfərə müxtəlif münasibət və yanaşma var. Azərbaycanın Rusiyadakı səfirinin Ermənistana və Dağlıq Qarabağa getməsi yalnız dövlət başçısının göstərişi ilə mümkün ola bilər. Çünki səfirin bu cür səfərlər etməsinə ixtiyarı yoxdur. Digər məsələ ondan ibarətdir ki, bu səfər bəzi sualları meydana gətirdi. Əgər belə bir səfər mümkün idisə, onda niyə Azərbaycan hakimiyyəti rəsmi Ankaranın Ermənistanla ilişki qurmaq istiqamətindəki addımlarına ciddi təpki göstərdi? O ki qaldı Polad Bülbüloğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan və Dağlıq Qarabağa səfərinə, inanmıram ki, bu səfər h.ısa bir nəticə versin. Bu cür səfər iki il qabaq da olub. Amma bir şeyi qeyd etmək lazımdır ki, son zamanlar dövlət başçıları səviyyəsində Qarabağ nizamlanması ilə bağlı fəallıq müşahidə olunur. Bildiyiniz kimi dünən KİV-lərdə Türkiyə və ABŞ prezidentlərinin telefon danışığı zamanı Qarabağ probleminin müzakirə edildiyinə dair məlumat yayıldı. Bu, çox önəmli məsələdir. Bu o deməkdir ki, Qarabağ nizamlanmasında fəallıqdan başqa h.ısa real məsələlər var. Təəssüflər ki, Azərbaycan xarici siyasətini q.lı .rır. Qarabağ danışıqları ilə bağlı cəmiyyətə dəqiq informasiya verilmir. Orada nələrin müzakirə edildiyini biz yalnız mülahizələr əsasında qura bilirik. Gah deyirlər ki, danışıqlar Madrid prinsipləri üzərində .rılır, gah da deyirlər ki, referendum məsələsi müzakirə mövzusu deyil. Bu da düzgün deyil. Bu günlərdə dövlət başçısının «Vesti» kanalına müsahibə verdiyini eşitdim. Orada belə bir söz işlədildi ki, ilkin mərhələdə 5 rayon qaytarılır, 5 ildən sonra Gəlbəcərlə Laçın azad olunur, Dağlıq Qarabağın statusu məsələsi isə gələcəyin söhbətidir. Niyə? Bax bu müəmmalı qalır. Məlum olduğu kimi, Serj Sarkisyan dəfələrlə bəyan edib ki, «biz Dağlıq Qarabağı Azərbaycanın tərkibində görmürük. O biri rayonları da ancaq Dağlıq Qarabağın statusunun müqabilində azad edə bilərik». Bu isə onu göstərir ki, Ermənistan və Azərbaycanın mövqeləri kəskin zidiyyət təşkil edir. - Bakıya səfər edən Ermənistan nümayəndə heyətində yer almış qondarma Xankəndi rejimi nümayəndəsinin Azərbaycan rəsmiləri ilə görüşlərdə iştirakını erməni mətbuatı Dağlıq Qarabağın tərəf qismində qəbul edilməsi kimi təqdim etməyə çalışdı. Bu haqda nə deyə bilərsiz? - Bu, belə deyil. Burada bir yanlışlıq var. Bu, sadəcə erməni mətbuatının təbliğatının tərkib hissəsidir. Bilirsiz ki, bizim səfir gedib qondarma Dağlıq Qarabağ respublikasının rəhbəri ilə görüşüb. Bax, bu, normal deyil. Çox səhv addım idi, xüsusən də dövlətçiliyimiz nöqteyi-nəzərindən. Azərbaycanın rəsmi nümayəndəsi gedib qondarma respublikanın lideri ilə görüşürsə, əlbəttə ki, bu, yanlış addımdır. - Dövlət başçısının Rusiya telekanalına müsahibəsindən bəlli olur ki, saziş imzal.a, beş il müddətinə erməni qoşunları Kəlbəcər və Laçında qalacaq. Onlar orada kimin təhlükəsizliyini təmin edəcək? - Birincisi, bu planın həyata keçəcəyinə inanmıram. Məlum olduğu kimi, Ermənistanda həm hakimiyyət, həm müxalifət vahid mövqedən çıxış edir. Onlar bir ağızdan deyir ki, işğal altında olan rayonlarımızı yalnız Dağlıq Qarabağın müstəqilliyinin tanınacağı halda qaytaracaqlar. Bu gün də eyni sözü deyirlər. Ona görə də bir çox məqamlar başa düşülən deyil. Əgər həqiqətən də biz bu gün məğlubiyyət üzərindəki sülh sazişinə hazırlıq görürüksə, onda bu, bizim faciəmizdir. Mən bunu istisna etmirəm. Çünki referendum söhbəti varsa, bu da ola bilər. - Düşünmürsünüz ki, Rusiya bu məsələdə ermənilərə hər h.ı təzyiq etsin? - Ermənistan Rusiyanın forpostudur. Rusiya bu münaqişədə böyük rol oynadı, çox böyük. Ermənilərə Moskvanın təzyiq göstərəcəyinə inanmıram. Azərbaycana isə ruslar təzyiq göstərə bilər. Amma Ermənistana yox, çünki Ermənistan onların yaxın müttəfiqidir. - Prezidentlərin növbəti görüşündən nə gözləyirsiz? - Yenə də deyirəm: əgər ortada referendum söhbəti varsa, onda vay Azərbaycanın gününə. Görüşlər çox olub, ancaq hələ ki, ortada heç bir nəticə yoxdur. - Əgər prezident olsaydınız, hazırkı şərtlər nəzərə alınmaqla, Dağlıq Qarabağ münaqişəsini necə həll etməyə çalışardınız? - Bu, bir sıra məsələlərdən asılıdır. Onlardan biri Cənubi Qafqazdakı geosiyasi konsensusdur. Bu gün burada Rusiya ilə Qərbin maraqları toqquşur. Belə olan halda isə regionda sabitlik qeyri-mümkündür. Lakin əlimizdə önəmli «kartlar» var. Yəni neft-qaz amilini nəzərdə tuturam. Əgər bunu Qarabağ məsələsi ilə bağlasaydıq, daha yaxşı nəticə əldə edə bilərdik. - Yəni demək istəyirsiz ki, strategiya düzgün seçilməyib? - Bunun əmması var. Bu günlərdə Rusiya ilə qaz müqaviləsi bağlandı. Lakin bizim əsas məqamlardan xəbərimiz yoxdur. Bilirəm ki, əsas məsələləri mətbuata açıqlamırlar. Həmişə belə olub. Mətbuata ümumi sözlər deyirlər. Ona görə bu gün bilmirik ki, bu sazişin arxasında nə durur. Şəxsən mən prezident olsaydım, sözsüz ki, belə bir sazişə qol çəkməkdən öncə Dağlıq Qarabağı düşünüb sonra qol çəkərdim. Yəni əlimizdə olan «kartları» bu məsələyə yönəldərdim. - Münaqişənin hərbi yolla variantı istisna edirsinizmi? - Hərb variantı həmişə qalır. Güclü tərəflə həmişə hesablaşırlar. - Qonşu dövlət də hərbi hazırlığı yüksək səviyyəyə gətirib çıxarmışdı. Ancaq 2008-ci ilin avqust hadisələri göstərdi ki, Rusiya h.ı addımlar ata bilər. - Axı mən bayaq dedim ki, Qərbin Rusiya ilə geosiyasi konsensusu lazımdır. Əsas məsələ budur. - Deməli oturub gözləməliyik bu konsensus nə vaxt əldə olunacaq? - Xeyr, gözləmək lazım deyil. Hər gün bunun üzərində işləmək lazımdır. Əlimizdə olan kartlardan istifadə etmək lazımdır ki, bu konsensus yar.ın. İlham SULTANOV /. PRESS/ Изменено 6 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 7 июля, 2009 Автор Жалоба Share Опубликовано: 7 июля, 2009 (изменено) Fövqəl güclər radikal islam ideologiyasına qarşı birləşdilərVəfa Quluzadə: "Ruslar bilir ki, Amerika Əfqanıstanda məğlub olsa, taliblər Orta Asiyanı dağıdacaqlar" "Barak Obamanın Moskvaya səfəri ABŞ-la Rusiya arasındakı bir sıra müqavilələrin imzalanması ilə nəticələndi. Onlardan biri NATO hərbi yüklərinin Rusiya ərazisi ilə Əfqanıstana daşınmasını nəzərdə tutan sazişdir. Məsələ ilə bağlı ilkin razılıq Rusiya-NATO Şurasının qeyri-rəsmi toplantısında əldə edilsə də, rəsmi imzalanma Ağ ev rəhbərinin Moskvaya səfəri zamanı baş tutdu. Bununla da Rusiya Qərblə, daha doğru desək NATO ilə əməkdaşlığı bərpa etmiş oldu. 2008-ci il avqust hadisələrindən sonra əlaqələrini dayandıran Rusiya ilə NATO-nun belə bir addım atmağa nə vadar edib? Bu sövdələşmənin bağlanması üçün tərəflər h.ı güzəştlərə getməyə razı olub? Bu suallara birmənalı cavablar vermək müşkül olsa belə, müəyyən fərziyyələr irəli sürmək mümkündür. Proseslərin təhlili göstərir ki, Qərbi hazırda ciddi narahat edən məsələlərdən biri Əfqanıstan və Pakistanda baş verənlərdir. «Taliban» hərəkatının Əfqanıstanda fəallaşması NATO qüvvələrinin bu ölkədə ciddi çətinliklərlə üzləşdiyinə dəlalət edir. Faktiki olaraq bu, koalisiya qüvvələrinin islamçılar qarşısında aciz qaldığını göstərir. Taliblərin bu regionda möhkəmlənməsi isə böyük fəsadlara gətirib çıxara biləcəyini Vaşinqtonda bilməmiş deyillər. Hər halda Obama administrasiyası bu faktorun nüvə silahına malik Pakistan üçün nə dərəcədə təhlükəli olduğunu gözəl başa düşür. Bu üzdən də amerikalılar çıxış yolu kimi Moskva ilə əməkdaşlığın bərpasında gördülər. Əks halda koalisiya qüvvələrinin Əfqanıstanda böyük çətinliklərlə üzləşəcəyini qaçılmaz idi. Rusiyaya gəldikdə isə Moskvanın bu sazişlə Vaşinqtona güzəştə getdiyini söyləmək çətindir. Halbuki ilkin təəssüratlar məhz «amerikalılar rusların «ayağına» gəldilər» deməyə əsas verirdi. Radikal islamçılardan çəkinən Orta Asiya respublikalarının Əfqanıstanla coğrafi yağınlığını nəzərə alan Moskva Amerikanın təklifini qəbul etməyə bilməzdi. Hər halda taliblərin Əfqanıstanda möhkəmlənməsi geci-tezi Tacikistan və Özbəkistanda islamçı qruplaşmalarının fəallaşmasına gətirib çıxaracaqdı. Məsələyə münasibətini açıqlayan politoloq Vəfa Quluzadə isə Rusiyanın bu məsələdə başqa çıxış yolunun qalmadığını düşünür. Onun fikrincə, Moskva NATO yüklərinin öz ərazisi ilə Əfqanıstana daşınması məsələsində razılıq vermək məcburiyyətində idi. «Çünki Rusiyanın özü Əfqanıstandakı «Taliban» hərəkatından çəkinir. Əgər Amerika Əfqanıstanda məğlubiyyətə düçar olsa, bu, Rusiya üçün təhlükəli olacaq. Ona görə ki, taliblər Orta Asiyanı dağıdacaqlar. Ruslar da bunu gözəl bilirlər. Hələ o vaxt MDB sammitlərinin birində Boris Yeltsinin Əfqanıstandakı islamçı hərəkatından necə çəkindiyinin şahidi olmuşam», - deyə o vurğulayıb. Rusiya ilə ABŞ arasında əldə olunan razılaşmadan kimin daha çox dividend qazanacağına gəldikdə isə Quluzadə burada hər h.ı pərdəarxası amillərin olmadığını qeyd edib. Onun sözlərinə görə, buna görə Amerika ruslara sadəcə pul ödəyəcək. Bu arada Qırğızıstan prezidentinin Manas aviabazasından amerikalıların istifadə etməsinə icazə verən sənədə qol çəkdiyi məlum olub. Rusiyadan aldıqları iki milyard dollarlıq kredit əvəzinə ABŞ hərbçilərinə «yox» deyən qırğızların qəflətən mövqelərini dəyişməsi bir daha göstərdi ki, fövqəl dövlətlərin bir-biri ilə anlaşması prinsipial görünən məsələlərin qısa müddətdə həllinə necə təkan verə bilər. İlham SULTANOV /. PRESS/ Изменено 7 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 8 июля, 2009 Автор Жалоба Share Опубликовано: 8 июля, 2009 "Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar çox ləng gedir"Elmar Məmmədyarov hesab edir ki, mövqelərin yaxınlaşmasında hələ ki, çətinliklər var Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar çox ləng gedir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda diplomatik xidmətin 90 iliyinə həsr olunan "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" adlı beynəlxalq konfr.da bildirib. “Dağlıq Qarabağ problemi çox vacib və çətin məsələdir. Çox istərdim deyəm ki, bu danışıqlar heç olmasa, orta sürətlə gedir, amma etiraf etməliyəm ki, çox ləng gedir”, -deyə Məmmədyarov bildirib. Onun sözlərinə görə, Praqa prosesi başlanandan keçən 5 il ərzində çox nailiyyət əldə etməmişik. Mövqelərin yaxınlaşmasında hələ ki, çətinliklər var. Amma əsas odur ki, danışıqlar irəliyə gedir. Erməni həmkarımla mütəmadi olaraq görüşlər keçirdiyini bildirən XİN rəhbəri Azərbaycanın mövqeyi dəyişməz olaraq qaldığını da qeyd edib. “Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən çıxmalı, torpaqlar azad olunmalı, məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bundan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır”, - deyə nazir bildirib. E. Məmmədyarov vurğulayıb ki, Dağlıq Qarabağ problemi ilə bağlı hazırki "status-kvo"su qeyri-kafidir, bunu Ermənistan özü də başa düşür. Azərbaycan bu "status-kvo" ilə heç vaxt razılaşmayacaq. XİN rəhbəri onu da bildirib ki, Azərbaycan müstəqilliyinə Dağlıq Qarabağ münaqişəsi ilə daxil olub, bu isə yeni müstəqillik qazanan ölkənin inkişafına böyük zərbədir. E. Məmmədyarov Azərbaycan xarici siyasətinin əsas prioritetini problemin həlli təşkil etdiyini vurğulayıb. Qeyd edək ki, bu gün Bakıda Azərbaycanda diplomatik xidmətin 90 iliyinə həsr olunan "Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması" adlı beynəlxalq konfr. keçirilib. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri və ölkəmizin xaricdəki səfirləri iştirak edib. Konfr.a sədrlik edən xarici işlər nazirinin müavini Hafiz Paşayev 90 il əvvəl şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, bu dövlətin diplomatik xidmətinin əsaslarının qoyduğunu bildirib. /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 8 июля, 2009 Автор Жалоба Share Опубликовано: 8 июля, 2009 Ermənistan prezidenti maraqlı və yeni faktlar səsləndiribSerj Sarikisyan etiraf edib ki, işğal etdikləri ərazilər ermənilərə aid deyil Ermənistan prezidenti Serj Sarkisyan azərbaycanlı ziyalılarla görüşdə maraqlı və ölkə ictimayyəti üçün yeni faktlar səsləndirib. Erməni lideri etiraf edib ki, işğal etdikləri ərazi onlara aid deyil. «Mən bilirəm ki, xalqlarımız arasında böyük problemlər var. 100 faiz həm Azərbaycan, həm də erməni xalqı istəyir ki, bu problemlər həll olunsun. Mən həm 1993, 1995, 1998 və 2002-ci illərdə də deyirdim ki, Ağdam bizim olmayıb. Bunu onda da anlayırdım. İndi də anlayıram», - deyə Serj Sarkisyan bu kəlmələri Azərbaycan nümayəndə heyəti ilə İrəvanda keçirdiyi görüşdə deyib. Ermənistan prezidentinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi yeni fikirlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu münasibət açıqlayıb. Görüşdə özü də iştirak edən və bu səfərin təşkilatçılarından biri olan Bülbüloğlunun sözlərinə görə, Serj Sarkisyan digər məqamlara da toxunub: «Çox maraqlı məsələlərdən birinci o idi ki, münaqişə sülhlə həll olunmalıdır. 15 ildir gedən danışıqlar 15 gün gedən müharibədən yaxşıdır. Sarkisyan həmçinin etiraf edib ki, işğal etdikləri ərazi onlara aid deyil". Polad Bülbüloğlunun fikrincə, bu fakt Dağlıq Qarabağ və İrəvana azərbaycanlı deputatların səfər etməsinin əhəmiyyətinin ən nümunəvi göstəricisidir. Çünki indiyə qədər biz Serj Sarksiyanın dilindən belə fikirlər eşitməmişik. Bülbüloğlunun sözlərinə görə, Ermənistan prezidenti görüşdə digər etiraflar da edib: «Deyib ki, hər iki tərəfin ədalətli qərarlar verməsi lazımdır, amma hər kəsin ədalətli qərarı özünə görədir». Serj Sarkisyan Azərbaycanda 30 minə yaxın erməninin yaşaması faktını da təsdiq edib. Bundan başqa Polad Bülbüloğlu bildirib ki, artıq ikinci dəfədir ki, reallaşdırılan səfərlərin prezidentin verəcəyi qərarlara aidiyyatı yoxdur: "Prezident deyir ki, danışıqlar nəticə verməsə, onda biz ayrı yolu seçəcəyik. O siyasət tamam başqa, bizim səfərimiz isə ayrıdır". Səfərin təşkilatçılarından olan Polad Bülbüloğlu səfər ərəfəsi və sonrası həm kütləvi informasiya vasitələrində, həm də cəmiyyətdə yaranan bəzi neqativ yanaşmalara da münasibət bildirib: «Bizi tənqid edənlərə demək istəyirəm ki, onlar bizim vətəndaşlarımızdır. Biz əgər bir yerdə yaşamaq istəyiriksə, onda gedib onların halını soruşmalıyıq». Politoloq Eldar Namazov isə Dağlıq Qarabağ danışıqlarının indiki mərhələsində erməni rəhbərindən belə bəyənatın gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, vaxtı ilə Ermənstan xarici işlər naziri olmuş Vardan Oskanyan da Dağlaq Qarabağ əhalisinə xitabən bildirmişdi ki, işğal olunmuş ərazilərdən çıxmaq lazımdır. Namazovun sözlərinə görə, münaqişənin mərhələli həll olunacağını və işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılacağını dünya ictimaiyyəti də, Ermənistan da yaxşı bilir. Belə bəyanatlar isə Ermənistan ictimaiyyətini Azərbaycan torpaqlarını işğaldan azad etmək prosesinə hazırlıq məqsədi daşıyır. /. TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 8 июля, 2009 Автор Жалоба Share Опубликовано: 8 июля, 2009 (изменено) Çerkizov bazarında kütləvi həbslər başlanıbBazarının bağlanmasına etiraz edən 80-ə çinlinin məhkəmənin qərarı ilə ölkədən çıxarılmasına qərar verilib Bu gün səhər Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşlarının Çerkizov bazarında .rdıqları reydlər zamanı təqribən 150 nəfərə kimi qeyri-qanuni yataqxanalarda yaşayan Çin vətəndaşı həbs edilib. . PRESS "Lenta.ru" saytına istinadən xəbər verir ki, yoxlama zamanı 50-ə yaxın saxlanılan şəxsin viza müddətinin bitdiyi məlum olub. Daha bir məlumata görə isə Çerkizov bazarının bağlanmasına etiraz məqsədilə aksiya keçirən 80-ə yaxın çinlinin departasiya edilməsi barədə qərar verilib. Xatırladaq ki, ötən gün Moskavada bazarın bağlanmasına etiraz olaraq aksiya keçirilib və Şelkov şosesində nəqliyyatın hərəkətini dayandırılıb. Daha sonra milis aksiyanın qarşısını alıb. Xatırladaq ki, Moskvanın ən iri bazarlarından sayılan Çerkizov bazarında yoxlamalar hələ də davam etdirilir. Belə ki, reydlər zamanı insan sağlamlığına zərər vura biləcək qaçaq yolla gətirilmiş müxtəlif məhsullar aşkarlanıb. Məhkəmənin qərarı ilə 2009-cu il iyunun 29-da Çerkizov bazarının fəaliyyəti qeyri- müəyyən müddətə dayandırılıb./. PRESS/ Изменено 8 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 8 июля, 2009 Автор Жалоба Share Опубликовано: 8 июля, 2009 Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblərGörüşdə xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər. Novosti-Armenia-nın verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin səviyyəsi və Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıqla bağlı suallar müzakirə olunub. Görüşdə xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib. İrəvandakı danışıqları başa vuran ATƏT-in Minsk Qrupu həmsədrləri oradan Bakıya gələcəklər. Onların Bakıdakı rəsmi görüşlərinin iyulun 10-da baş tutacağı planlaşdırılır. Qeyd edək ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün iyulun 17-18-də Moskvada Rusiya Federasiyası prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışları çərçivəsində keçiriləcəyi gözlənilir. Bu, İlham Əliyev və Serj Sarkisyanın 6-cı, ümumilikdə Azərbaycan və Ermənistan prezidentləri arasında isə keçirilən 23-cü görüş olacaq. /. PRESS/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 8 июля, 2009 Автор Жалоба Share Опубликовано: 8 июля, 2009 (изменено) Ermənistan Türkiyəyə öz şərtlərini kənara qoymağı təklif edirParlamentin sədri O.Abramyan ölkələr arasındakı münasibətlərin qondarma erməni soyqırımı ilə əlaqəsi olmadığını iddia edir "Qondarma erməni soyqırımı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı deyil." Novosti-Armenia-nın verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin sədri Ovik Abramyan Fr.ada erməni icmasının nümayəndələri ilə görüşdə bildirib. "Bizim siyasətimiz və Türkiyə -Ermənistan münasibətlərinin nizamlanması üzrə atılan addımların qondarma erməni soyqırımı ilə əlaqəsi yoxdur. Bu məsələ müzakirə və xüsusilə də sövdələşmə obyekti deyil", - deyə Abramyan bildirib. Spiker hesab edir ki, indi Türkiyə və Ermənistan öz tarixləri ilə üz-üzə dayanmalıdırlar. Ermənistan, Türkiyəyə öz şərtlərini kənara qoymağı və qonşusu ilə yaxşı münasibət yaratmağı təklif edir. "Biz bir-birimizə yaxın yaşayırıq və verdiyimiz itkiləri unutmuruq. Amma məhz bu şərait və yaxınlıqda yaşamağımız bizə tarixə üstün gəlməyə istək və həvəs yaratmalıdır", - deyə Abramyan bildirib Onun sözlərinə görə, indi Ermənistan Türkiyədən müsbət cavab gözləyir. /. PRESS/ Изменено 8 июля, 2009 пользователем El Paso Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 9 июля, 2009 Автор Жалоба Share Опубликовано: 9 июля, 2009 Bernar Fasye: "Tərəflər Qarabağ münaqişəsinin həll anının yaxınlaşması üçün cəhd göstərir" ATƏT-in Minsk qrupunun həmsədri İrəvandakı görüşlərin çox konstruktiv keçdiyini bildirib Regiona səfərləri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza, Bernar Fasye, Yuri Merzlyakov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Bakıya gəliblər. Hava limanında jurnalistlərə açıqlama verən fransalı həmsədr Bernar Fasye sabah Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklərini deyib. Bu gün isə həmsədrlər öz aralarında məsləhətləşmələr .racaqlar. Fransalı həmsədr Bernar Fasye Ermənistandakı görüşlərin çox konstruktiv keçdiyini bildirib: «Əhval-ruhiyyə yaxşılaşır. Hər iki ölkənin prezidenti və nazirləri prosesə çox ciddi və konstruktiv yanaşırlar. Hər iki tərəf münaqişənin həll anının yaxınlaşması üçün cəhd edir. Biz il yarım əvvəl kağızda əks olunmuş prinsipləri təklif etmişik. Bu da danışıqların baza hissəsini təşkil edir. Bu prinsiplərin hamısı nə vaxtsa prezidentlər tərəfindən qəbul olunsa, bu, artıq həlledici olacaq. Bundan sonra isə başqa mərhələ başlayacaq». Qeyd edək ki, həmsədrlər Bakıya İrəvandan gəliblər. İrəvanda onlar Ermənistan prezidenti Serj Sarkqsyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Bakıda görüşləri başa vurduqdan sonra həmsədrlər yenidən Ermənistana qayıdacaqlar. /ANS TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 9 июля, 2009 Автор Жалоба Share Опубликовано: 9 июля, 2009 Elmar Məmmədyarov: "Azərbaycanlılar doğma torpaqlarına qayıtmamış Dağlıq Qarabağın statusunu necə müəyyənləşdirə bilərik?" Azərbaycan XİN başcısının sözlərinə görə, Dağlıq Qarabağın statusunu erməni və Azərbaycan icmaları müəyyənləşdirəcəklər Prezidentlərin Moskva görüşündə XİN rəhbələri iştirak etməyəcək. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağın statusu məsələsinə münasibət bildirərək bunun yalnız Azərbaycanın məcburi köçkünlərinin öz torpaqlarına qayıtdıqdan sonra müzakirə mövzusu ola biləcəyini qeyd edib. Nazirin sözlərinə görə, bunun üçün ilk növbədə müəyyən şərtlər yerinə yetirilməlidir. «Status doğurdan da önəmlidir. Heç kəs demir ki, status önəmli deyil. İşğal olunmuş torpaqda, azərbaycanlılar doğma torpağa qayıtmamış statusu necə müəyyənləşdirə bilərik? Ona görə də o da danışıqların bir hissəsidir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar geri qayıtmalıdır və orada erməni icması Azərbaycan icması ilə birlikdə hansısa bir status müəyyənləşdirəcəklər. Öz müqəddəratını təyin etmək o demək deyil ki, sən kiminsə ərazi bütövlüyünü pozasan»,- deyə nazir E.Məmmədyarov vurğulayıb. Nazir həmçinin NATO-nun növbəti toplantısında Azərbaycanın hansı səviyyədə iştirak edəcəyini də açıqlayıb: «Brüsseldə iyulun 5-də növbəti görüş keçiriləcək. Burada mən iştirak edəcəyəm, Müdafiə Nazirliyindən nümayəndələ, sərhədçilər, Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri gələcək. Bu, növbəti görüşdür. Belə görüş hər il keçirilir". /ANS TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
El Paso Опубликовано: 9 июля, 2009 Автор Жалоба Share Опубликовано: 9 июля, 2009 Həmsədrlər Moskvada çərçivə sazişinin imzalanmasının mümkün olmadığını deyirlər Metyu Brayza: "Prezidentlərin nə bəyan edəcəkləri və nə haqda bəyanat verəcəklərini gözləyək" ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza, Bernar Fasye, Yuri Merzlyakov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistandan Bakıya gəliblər. Jurnalistlərə müsahibəsində fransalı həmsədr Bernar Fasye deyib ki, onlar sabah Bakıda Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər. Bu gün isə məsləhətləşmələr .racaqlarını deyən Bernar Fasye, sabah günün ikinci yarısında mətbuat konfransı keçirəcəklərini bildirib. Fransalı diplomat Ermənistandakı görüşlərini çox konstruktiv adlandırıb. Həmsədrlər həmçinin görüşün iyulun 17-nə planlaşdırıldığını da deyiblər. Onlar Ermənistan prezidentinin görüşə razılıq verdiyini, Azərbaycan prezidentinin də razılığını gözlədiklərini söyləyiblər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza isə bildrib ki, prezidentlərin qarşıdakı Moskva görüşündə çərçivə sazişinin imzalanması mümkün deyil: "Yaxşısı budur ki, prezidentlərin nə bəyan edəcəkləri və nə haqda bəyanat verəcəklərini gözləyək. Ümid edirəm ki, prezidentlərimiz proqressin olduğu barədə öz fikirlərini bildirəcəklər. Biz istərdik ki, Azərbaycan və Ermənistan prezidentləri ilə öz əməkdaşlığımızı dərinləşdirək. Dostum Fasyenin bildirdiyi kimi İrəvandakı əhval-rühiyyə yaxşılaşır. Bunun bu dərəcəyə qədər çatması prezident İlham Əliyevin bəyanatı ilə əlaqədardır. Və mən düşünürəm ki, bu bəyanat burada Azərbaycanda çərçivə sənədinin imzalanmasına əhalinin razı salınması üçün zəmin ola bilər". /ANS TV/ Цитата Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?! Bu M?nim, ??xsi Fikrimdi! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.