-
Публикации
1869 -
Зарегистрирован
-
Посещение
-
Days Won
20
Все публикации пользователя strANger_04
-
Как рано тогда вас собрались поздравить )) Значит торопятся быть первым. А если торопяться, значит очень сильно помнят и любят )) Присоединяюсь к поздравлениям. Удачи во всем! И еще, желаю стать хорошим бугхалтером...)) Счастливо! С уважением, Стрейнджер...
-
Administrasiya tərəfindən yaradılmış bir silsilə yeni mövzuların məzmunu ilə tanış oldum. Gözəl təşəbbüsdür. Məhz bu mövzuya gəldikdə demək istərdim ki, Ana Dilimizin qrammatikasına dair istənilən sualla bağlı əlimdən gələn köməkliyi etməyə hazıram. Hörmətlə, Stranger
-
....Köhnə ənənəmə sadiq qalaraq, Yeni İlə azca qalmış bir müddətdə bu gözəl bayramın əhval-ruhiyyəsini bölmədə yaşatmaq, Yeni il bayramı ətrafında userlərin müxtəlif xarakterli söhbətlər .rmasına şərait yaratmaq, bayramı keçirmək planları ilə bir-birimizlə bölüşmək və s. məqsədlərlə mövzunu yenidən bu il də yaratmaq qərarına gəldim... Addımlamaqda olduğumuz yeni 2008-ci siçan ilimiz mübarək!
-
Ay....bu mövzu...əlbəttə yadımızdadır Bayramınız mübarək! İlkin, allah qəbul eləsin. Neçə belə qurbanlıqlar kəsib paylayasız hələ bundan da sonra inşallah! Mən də bu gün hamı kimi evdəyəm. İstəyirəm fürsətdən istifadə edib, həftəarası edə biləmdiyim bütün işləri edim bu gün. Özümü bir az nasaz hiss eləməyimə baxmayaraq (( Boğazım ağrayır...( Sonra səhərdən gələn sms, zənglərə cavab vermişəm. Bir az forumda olmuşam. Bir də kompüterin qarşısında oturub işlərim var, görürəm...Vaxtaşırı forumu girib "yeniləyirəm"...))
-
Həmid, İlkin, Meryam, Гарышга, bakili_qizi - hər biriniz çox, lap çox sağ olun təbriklərinizə görə Hər birinizin dediklərinə cəmləyərək ümumi cavab kimi demək istəyirəm ki - Sizin hər birinizin bölmədə mövzularınızı, iştirakınızı böyük maraqla gözləyirik. Bazisdən yaratmağa başlamış olduğumuz sevimli bölməmizdə bizlər elə edək ki inşallah, düşməndə cuzi də olsa heyfimiz qalmasın heç birimizin...
-
Cosmopolitan, anlamadım. Mən qəti surətdə mənfi ton yaratmaq məqsədilə göstərdiyiniz ifalərdən istifadə etməmişəm. Mənim yerimdə istənilən bir kəs olsa, həqiqətən dəfələrlə təkrar olunmuş ifadəni bir də işlədərkən bu sözü işlədər. Hörmətlə
-
Hörmətli Cosmopolitan. Öncə də dəfələrlə qeyd etdiyimiz kimi, bölmədə irəli sürülən ən ali intizam qaydalarından biri və demək olar ki birincisi - məhz latın şriftilə postlar daxil etməkdir. Bununla yanaşı, əlbəttə ki, Prikolistka xanımın qeydinə qüvvət deməliyəm ki, bölmə ümumi Bakılılar.az forumunun tərkib hissələrindən biri olduğundan post və mövzular ümumi forumun qaydalarına müvafiq qaydalara uyğun yaradılmalı, istifadəçilərin davranışı administrasiya tərəfindən qoyulan tələbləri aşmamalıdır. Bunların hər biri iləsə hər bir istifadəçi forumda qeydiyyatdan keçərkən tanış olmuşdur. Əyani surətdə göstərmək lazımdırsa, qaydaların tərcüməsi ilə yaxın zamanda məşğul olub mövzuda yerləşdirərəm ki, tamlıqla Sizin və Sizin kimi bir çox istifadəçilərin sualları cavabsız qalmasın. Eləcə də demək istəyirəm ki, bizim əsas və əsl vəzifəmiz mövzu və postları silməkdən deyil, nəzarət etmək və yönəltməkdən ibarətdir; buna görə bütün silinmələr yalnız obyektiv məsləhət və xəbərdarlıqlar əsasında .rılacaq. Elə hər yazılanı duraq silək - bundan nə çıxar.
-
Hörmətli forumçular. Bildiyiniz kimi, Ana dili bölməsi forumun istifadəçilər tərəfindən tamlıqla Ana Dilində ünsiyyəti üçün yaradılmış yeganə bölmədir. Bu çox dəyərli addımı hər birimiz qiymətləndirdiyimiz, əhəmiyyətli hesab etdiyimiz üçün bu bölmədə artıq kiçik vaxt deyil ki, bir qrup istifadıçilərlə bir yerdə olmuş, bir-birimizi tanımışıq. Köhnə istifadəçilərlə yanaşı, çox böyük sevindirici haldır ki, hazırda artıq bir çox yeni-yeni istifadəçilərin də bölməyə qoşulması və maraqlı, rəngarəng, haqqında ətraflı diskussiya .rıla biləcək mövzuların bir-bir göz önünə gəlməsi hallarının şahidi oluruq. Buna inanın, hər birimiz çox sevinirik. Hər bir istifadəçiyə dərin təşəkkürümüzü bildiririk. Çox istərdim ki, bölmədə canla-başla ana dilimizdə ünsiyyət .rmaq işinin iştirakında bizim hazırki milli Azərbaycan əlifbamızı təşkil edən latın şriftindən istifadə edək. Çox böyük xahiş edirəm. Özünüz düşünün, biz canlı olaraq, özümüzün xəbəri belə olmadan uzun müddət burda vaxtın neçə keçdiyinin şahidi belə olmadan müxtəlif mövzular ətrafında ana dilimizdə əgər müzakirələr .rırıqsa, bu bizim ana dilimizdə internet şəbəkəsində biz tərəfdən böyük miqdarda məlumatların yaranıb saxlanmasına səbəb olur. Hər kəsə məlumdur ki, dilimizdə olan məlumatlar baxımından hər sahədə böyük qıtlıq hiss olunur. Həm elmi, həm bədii, həm publisistik ədəbiyyatlarda, həm təhsildə...və təbii ki bu günümüzdə həm də internetdə. Ona görə bu problem kiçik deyil, hər kəs anlayır. Bunu öz payımıza az da olsa düşəcək bu bölmədə biz edəcəyik. Öz dilimizdə yadadılacaq mövzularımız vasitəsilə. Gözəl olmazmı ki, bütün bu məlumatlar, mövzular, söhbətlər tamlıqla gözəl görünməsi üçün öz şriftimizdə olsun? Nəyə görə əziyyət çəkiriksə, sona qədər əziyyət çəkməyək axı? Xüsusən bu, bölməyə Azərbaycandan qoşulan istifadəçilərə aiddir. Burda hər kəsə məlum olan 2 proseduranı etmək vacib hesab olunur. Qeyd etməyə ehtiyac böyük olmasa da edirəm: 1. Klaviaturu AZ-a keçirmək. 2. Yazılan mətni panelin Fonts sətrindəki şriftlər sırasından "Lucida Sans Unicode" şriftini seçərək bu şriftin arasında yerləşdirmək. Xarici ölkələrdən bölməyə qoşulan bir çox istifadəçilər üçün də əlimizdən gələni edəcəyik ki, latın şriftini əks etdirmək yollarını əyani surətdə mövzuda yerləşdirə bilək. Ola bilər axtarıb tapmaq kimlər üçünsə çətinlik törədir. Deyilənləri sonda yekunlaşdıraraq, demək istəyirik ki, latın şriftilə daxil edilməyən postlar bölmədən məsləhət altında silinəcək. Biri var, hər hansı istifadəçi çətinlik çəksin, bilməsin və yazmasın - onlara vaxt verib yardım etmək borcumuzdur. Biri də var, bilərəkdən yazmasın - bu artıq məncə düzgün deyil. Çalışıb bölmədə irəli sürülən ən ali intizam qaydalarından birinə məsuliyyətlə riayət edək. Ən əsası dilimizə sona qədər hörmət edək.
-
Hamını mən də bol-bol salamlayıram! Necəsiz uşaqlar? MrBasic -ə mövzuya görə ürəkdən təşəkkür edirəm. Prikolistkanı da öz növbəmdə mən səmimi qəlbdən təbrik edirəm!
-
Hm...Prikolistka......... Bütün var səmimiyyətimlə deyirəm ki, mövzunu görüb çox tutuldum...Təşəbbüsün alqışa layiqdir. Çox sağ ol. Sürpriz oldu şəxsən mənə Həm xoş oldu, həm fikirlərə .rdı məni... bir qədər də uzaqlara... Nə deyim...Onu deyə bilərəm ki, iki il öncə hər şey düzü tam başqa idi buralarda. Həm forumçu heyəti, həm baxışlarımız, həm....çox şey başqa idi. Həddən artıq çox yazmalı sözüm var. Çünki hazırda keyfiyyət və məzmunca yeniləşmiş olsa da, məkanca köhnə məkanımız olan məhz burada həqiqətən az əmək və vaxt sərf etməmişik. Az ünsiyyətlər .rmamışıq. Bunların hər birilə bölüşmək çox istərdim... amma yorucu görünəcəyi üçün hər bir şeyi xırdalığınacan çatdıra bilmirəm. Mövzuya uyğun bir-iki söz deyim mən də...Yekunlaşdırım. Əslində, 5 fevral 2006 tarixli görüş haqda heç bir vaxt unutmağına unutmaram. Bizim ilk və ən unudulmaz görüşümüz. Heç nə ilə əvəz edilə bilməyək həyəcan və təəssüratlar....İlk real olaraq öz gözlərimizdə bir-birimizin görüntüləri əks olunan gün... Bizim müsabiqəmiz...Bizim "laureatlarımız"...Çəkdirilən xatirə şəkillərimiz...Basicden hediyye olaraq mene verilən it...(böyük qayğı və sevgi ilə qorunmaqdadır...) Bu yaddaşıma dərindən nüfuz etmiş ilk görüşümüz olan "tarixi gündən" xatirələr sihahısını uzatmaq olar....(davamı növbəti postlarda inşallah) Etiraf edim ki, nə vaxtsa bu gün qəfil yadıma düşəndə - özümü sanki yuxudakı kimi hiss edirəm. Deyirəm - bəs necə olduq həmin bizlər?! Biz deyilmi idik ora böyük maraq və sonsuz istəklə can atan?! Biz deyilmi idik - görüşün heç nə ilə əvəz edilə bilməyəcək təəsüratları ilə ürək dolusu bölüşən?! Nə oldu sonda....haralara dağılışdıq...niyə dağılışdıq...Hanı həmin o bizlər...hanı o anlar...hanı........ Sanki, gözəl bir yuxu idi - baxdıq və oyandıq... Kim bilir, bəlkə də belə yuxular çox görəcəyik bundan da sonra... Alışmaq gərək.... Təəssüf notlarıma toxunduğum üçün hamıdan üzr istəyirəm... Hörmətlə, həmin Stranger....
-
Salam Bərpa işlərinə başladığımız müddətdən bölmədə ilk dəfədir ki, mədəni-ictimai mövzulardan azca uzaqlaşıb bir qədər nostalji hisslərə qapılaraq, uşaqlıq mövzusunda danışmaq istərdim... Uşaqlıq - nə idi Sizin üçün həyatınızın bu mərhələsi? Nə ilə yaddaşınıza ən çox həkk olunub uşaqlığınız? Tez-tez təssüf hissləriləə dolu "uşaqlığıma qayıdardım...", "yenə uşaq olardım", "ehh....hanı o günlər?!" ifadələrilə rastlaşırıq. Sizin üçün uşaqlıq nə idi? Siz də o günlərə qayıtmaq istərdizmi? Hörmətlə, həmin Stranger
-
Я тоже собираю на ночь. Но не прям сильно облизанно - просто всего-навсего не на такой уш и сильный пучок. И никакие заколки или шпилки. Просто обычной махровкой. Чтоб и жарко, неуютно не было и голова не страдала.
-
Очень хорошо - он меня выбрал среди многих. Хорошо - уш слишком в центре внимание была Нормально - дала отвал Плохо - стало невынасимо жаль его Очень плохо - среди тех многих щас показывает вид что не замечает меня Просто жутко - меня такая обстановка не устраевает....
-
Düzü, heç son vaxtlar televiziya verilişlərini izləməyə o qədər də vaxtım çatmır. Haqqında dediyiniz reklamı da təəsüf ki görə bilməmişəm. Bircə bu həftənin sonu serialın dəqiq bilmirəm yeni nümayişi başlanmışdır yoxsa nə, bir seriyasına bir az baxdım. Düzünü desəm, özlüyümdə həmin gün belə fikrə gəldim ki, Vəfa Zeynalova, Şamil (soyadını unutdum) aktyorlardır. Nə etsinlər ki, filmin səviyyəsi aşağıdır ya yuxarı, və ya o film necə reklam olunacaqdır. Və o filmdə onlarla yanaşı hər hansı bir özəl kanalın iş heyəti iştirak edəcəkdir ya yox. Axı onların çörəyi bu işdədir. Çəkilməsinlərmi ki, onlara yaraşmaz?! Ancaq yerdə qalanlar çəkilirlərsə öz "keflərindən" başqa heç nəyə görə çəkilmirlər...Həqiqətən belədir. Aktyor olmayıb çəkilirsənsə "özünü göstərmirsənsə" nə edirsən orda?! Səviyyəsizlik kino mədəniyyətimizdə ən adi belə serialların çəkilişindən başlanır. Demirəm serial çəkilməsin - ancaq həqiqi aktyorlar dura-dura kimə gəldi rol verilməsi - əxlaqsızlığın açıq-aşkar nümayiş etdirilməsidir.
-
Hörmətli forumçular. Bu dəfə istərdim ölkəmizdəki dövlət və qeyri-dövlət strukturlarında işlə təmin olunmaq məsələlərindən söhbət edək. Deməli - universitetlərə vaxtilə hər kəs o niyyətlə qəbul olur ki, nə vaxtsa səviyyəli şəkildə karyerasınl qura bilsin. Təbii ki, məqsəd hər kəsdə birmənalı olaraq buna tuşlanmır. O başqa bir problemin mövzudur. Amma hər halda ən əksəriyyət hallarda məhz buna görə diplom almaq niyyəti yaranır hamıda. Diplom aldıqdan sonra təbii olaraq - işləmək mərhələsi başlanmalıdır. Suallarım da ele bununla əlaqədardır: 1. Ümumiyyətlə iş tapmaq məsələsi hazırda gənclər arasında nə yerdədir? Əslində arzu olunan işlə təmin olunmaq mümkündürmü bu gün ölkəmizdə? 2. Dövlət və ya qeyri-dövlət strukturlarınamı üstünlük verirsiniz? Dövlət qulluğunda olmaq sizcə həqiqətənmi deyilənlərdən çıxış etsək - şərəfli vəzifədir? İşləyən varmı orda? Varsa nə yollar və çətinliklərdən keçdiyinizi etiraf edin 3. Və ya qeyri-dövlətəmi üstünlük vermək indiki şəraitdə daha perspektivlidir nəinki dövlət strukturlarına? Hörmətlə, həmin Stranger
-
Bu da Meryem xanım üçün Şərikli Çörək İstehsal edilib: 1969 Janr: Kinopovest FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR : Ssenari Müəllifi : Alla Axundova Quruluşçu Rejissor : Şamil Mahmudbəyov Quruluşçu Operator : Teyyub Axundov Quruluşçu Rəssam : Fikrət Bağırov Bəstəkar : Vasif Adıgözəlov Səs Operatoru : Kamal Seyidov Geyim Rəssamı : Nadir Zeynalov Rejissor : Xamiz Muradov Operator : Şərif Şərifov Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz_Babayev Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev Rejissor Assistenti : M. Məlikov, M. Məmmədov Operator Assistenti : E. Əliyev, Amin Novruzov Rəssam Assistenti : T. Məlikzadə, N. Viçina Qrim Rəssamı : T. Devdariani Montaj edən : A. Kolmaqorova, R. Mustafayeva Redaktor : İ. Qasımzadə, N. Şneyer Çalır SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin simfonik orkestri Dirijor : D. Ştilman Filmin Direktoru : Y. Yusifzadə Mahnı İfa edən : Oqtay Ağayev ROLLARDA : Kamran Rəcəbli- Vaqif Tuna Namazova- Leyla Firuz Əliyev- Tofiq Xosrov Mamayev- Əşrəf Mirzəağa Mirzəyev- Kenka Çingiz Quliyev- Mişka Cəmilə Məmmədova- Cəmilə Adilə Məmmədova- Adilə Yelena İnyakina- Lina Sədayə Mustafayeva- Şamama Fazil Salayev- Məhəmməd Ağahüseyn Cavadov- İsmayıl baba Əliheydər Həsənzadə- Novruz Sofa Bəsirzadə- Roza Əminə Yusifqızı- Südabə Hüseynağa Sadıqov-Paşa Əhməd Əhmədov-Alverçi M. Lezgişvili Y. Ustinoviç Q. Kaltunova A. Lejnyov Əbdül Mahmudov- Bazardakı alıcı Yusif Yulduz- Məhəllə sakini Susanna Məcidova- Məhəllə sakini Hacıməmməd Qafqazlı Törəxanım Zeynalova-Sona nənə Ə. Mahmudoğlu Y. Maşina İlham Məmmədov Artur Osipov Sona İbrahimova Fərhad İsrafilov- Fərhad E. Həsənov Dadaş Kazımov- Qırçı Oqtay Ağayev Sevil Qasımova-Məhəllə sakini FİLMİ SƏSLƏNDİRƏNLƏR : Şahmar Ələkbərov-əsgər Əliağa Ağayev-Fokus göstərən Yusif Vəliyev-Çörək satan Hökümə Qasımova-Qonşu DİL : Azəricə ÖLKƏ : Azərbaycan İSTEHSALÇI KOMPANİYA : Azərbaycanfilm RƏNG : Ağ-Qara VAXT : 68 dəq. FİLM ÇƏKİLƏN YERLƏR : Bakı FESTİVALLAR VƏ MÜKAFATLAR : 1)1970-ci ildə rejissor Şamil Mahmudbəyova Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. 2)1970-ci ildə ssenarist Alla Axundovaya filmə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilmişdir. MƏZMUN : Filmdə II Dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda uşaqların çətin, fərəhsiz həyatından danışılır. ƏLAVƏLƏR : Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Film aktyor Fərhad İsrafilovun kinoda ilk işidir. TEXNİKİ MƏLUMATLAR : 7 hissə 1967,3 metr
-
Xüsusi olaraq Принц-любви üçün Qayınana İstehsal edilib: 1978 Janr: Musiqli film, komediya FİLMİN ÜZƏRİNDƏ İŞLƏYƏNLƏR : Ssenari Müəllifi : Əjdər İbrahimov, Marqarita Maleyeva Quruluşçu Rejissor : Hüseyn Seyidzadə Quruluşçu Operator : Fikrət Əsgərov Quruluşçu Rəssam : Nadir Zeynalov Bəstəkar : Tofiq Quliyev Səs Operatoru : Marat İsgəndərov Rejissor : Ramiz Əliyev Operator : Amin Novruzov Montaj edən : Tahirə Babayeva Geyim Rəssamı : Tatyana Əmirova Qrim Rəssamı : V. Arapov Dekor Rəssamı : Fikrət Ələkbərov Quraşdırılmış Çəkilişlərin Operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış Çəkilişlərin Rəssamı : G. Tişşenko Rejissor Assistenti : Süleyman Əhmədov, Z. Murtuzov Rəssam Assistenti : Y. Kirşner Operator Assistenti : Nemət Rzayev, Yuri Varnovski Redaktor : Seyfəddin Dağlı, Ədhəm Qulubəyov Mahnıların Mətni : Fikrət Qoca Musiqi Redaktoru : Oqtay Zülfüqarov Mahnıları İfa edir : Flora Kərimova, Mirzə Babayev, Yalçın Rzazadə, Akif İslamzadə Baletmeyster : Rəfiqə Axundova, Məqsud Məmmədov Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin orkestri Dirijor : Tofiq Əhmədov, E. Qazarov Filmin Direktoru : Gennadi Lapşuk ROLLARDA : Nəsibə Zeynalova-Cənnət İnarə Quliyeva-Afət, Zərifə İlham Namiq Kamal-İlqar Tanilə Əhmərova- Sevda Fuad Poladov- Ayaz Səfurə İbrahimova- Sədaqət Tələt Rəhmanov- Əli Kamil Məhərrəmov-Xına satan Məmməd Sadıxov-Məşədi Kazım (şəkil) Sadıq Həsənzadə-Dişi ağrıyan Gümrah Rəhimov-Yanğın söndürən N. Əliyev K. Dadaşov R. Həsənov Mayak Kərimov-İlqarın dostu Sədayə Mustafayeva-Minayə V. Quliyev Dadaş Kazımov-Satıcı Sadıq Hüseynov-Dişi ağrıyan Elxan Ağahüseynoğlu-Dişi ağrıyan Sədaqət Zülfüqarova-Dişi ağrıyan Hökümə Qasımova-Dişi ağrıyan Ramiz Əzizbəyli-Dişi ağrıyan Tofiq Əhmədov-Dirijor FİLMİ SƏSLƏNDİRƏNLƏR : Ofeliya Sənani-Sevda (Tanilə Əhmərova) Əminə Yusifqızı-Afət, Zərifə (İnarə Quliyeva) Süsən Məcidova-Minayə (Sədayə Mustafayeva) DİL : Azəricə ÖLKƏ : Azərbaycan İSTEHSALÇI KOMPANİYA : Azərbaycanfilm RƏNG : Rəngli VAXT : 75 dəq. FİLM ÇƏKİLƏN YERLƏR : Bakı FESTİVALLAR VƏ MÜKAFATLAR : 1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı 1) Bəstəkar Tofiq Quliyevə filmin musiqisinə görə priz 2) Aktrisa Nəsibə Zeynalovaya diplom. MƏZMUN : Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın ailəsində baş verir. Ayazın anası Cənnətin iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir. ƏLAVƏLƏR : Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. TEXNİKİ MƏLUMATLAR : 8 h., 2165 m., geniş ekranlı
-
Ay allah.... mənim dəhşət dərəcədə çox sevdiyim müdrük, hikmətli, ibrətamiz sözlər....aforizmlər! Çox böyük təşəkkür mövzu üçün Prikolistkaya! Nə qədər sözlər bilirdim, nə qədər fayllarım var idi vaxtilə kompüterdə. Təəsüf ki, hamısı format edildikdən sonra silinib...( Ancaq hazırda yeni həvəslə onların yenidən axtarıb toplanılması prosesi ilə məşğul oluram...Bir neçə gözəl fikir var idi - bu yaxınlarda əlavə eləmişəm, yazım. Qüssəli adam buludlu hava kimidir - yağıb-yağmayacağı bəlli olmaz (Naməlum müəəlif) Sülh və əmək - səadətin mənbəyi məhz bunlardır! (Qədim Hindistan traktatlarından) Şirinlik olan yerdə, mütləq acılıq da var. (Qədim Roma - Petroni) Kim susmağı bacarmır, danışmaq qabiliyyətində də deyil. (Seneka) Xoşbəxi ən cuzi vəsaitləri olan şəraitdə ürək dolusu rahatlıq hiss edən, bədbəxtsə böyük vəsaitlərə malik olduğu şəraitdə də mənəvi rahatlıq yaşamayandır. (Demokrit)
-
Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlının qələminin mənə nədənsə güclü təsiri olub həmişə. Hələ lap məktəb iilərinin son siniflərində də özüm filologiya sahəsi üzrə ixtisaslaşmayacağımı bilə-bilə də, vaxtımı sərf edim onun əsrlərindən "Oqtay Eloğlunu" tapıb oxumuşdum. Necə güclü təsir eləmişdi mənə bu əsər, bunu çatdıra bilmirəm. Ordakı Oqtayın monoloqları, necə böyük intonasiya, güc, sarsıntı....göz yaşlarımı da saxlaya bilməmişdim.... Bundan əlavə Cabbarlı qələminə simpatiya tək bu əsər ilə məhdudlaşmır. Onun "Ana" əsəri: - şerin ilk misralarını əzbər bilməyən tapılmaz....Və bir çox digər əsərləri........
-
İlk öncə hər birinizi ürəkdən salamlayıb artıq təməldən bərpa işləri başlanan bölməmiz üzərində qiymətli vaxt və əməyinizi əsirgəmədiyiniz üçün böyük minnətdarlığımı bildirirəm. Doğurdan hamınız çox sağ olun! Mövzuya gəldikdə, şəxsi fikrimdir ki, adət-ənənələr hər bir xalqın həyatında mütləq surətdə lazımlı bir aspektdir. Nəyinsə köhnəlib həyatımızda lazımsızlaşması bir tərəfə, ancaq ümumi baxdıqda adət-ənənələrin tariximizdən birmənalı xəbər verən xüsusi bir səhifə olması danılmazdır (!) Adi bir misal göstərək, əgər tutalım hər hansı bir dünya xalqlarının tanıtma müsabiqəsində və ya sadəcə ümumi dairəvi masa arxası söhbətləri zamanı xalqın istənilən bir adətindən danışılsa kimə maraqlı gəlməz? Lazımlı, məntiqli görünəcəyini deyil, orijinal və maraqlı gələciyini nəzərdə tuturam. Ən azından bu hər bir insanda nədənsə xüsusi maraq doğurur. Görək bu vaxt nə edirlər, niyə edirlər, niyə bunu oturub fikirləşib - məhz belə ediblər....
-
Hörmətli forumçular. Yəqin ki aranızda bir nəfər də tapılmaz ki, Azərbaycan mədəniyyətinin fəxrlə öyünə biləsi səhifəsi olan Milli Kinomuzla maraqlanmasın. Şəxsən öz adımdan deyə bilərəm ki, bütün filmlərimizlə olmasa da, əksəriyyətilə tanışam. Günün bu günündə dəhər hansı filmdən bir sitatl eşitdikdə, dərhal həmin filmə necə olursa-olsun mütləq surətdə baxmaq həvəsi yaranır məndə. Axı bu bizim həqiqi mənada varımızdır, dövlətimizdir. Mədəniyyətimizdir! Gəlin kinolarımız haqqında danışaq. Hansı filmi bəyənirsiz, niyə görə? Hazırda niyə kino istehsalında qıtlıq hiss olunur bəs? Hörmətlə, həmin Stranger
-
Йахшы....(без приувеличений)
-
Hörmətli forumçular. Bildiyimiz kimi dünyada nə qədər xalq var, o qədər də həmin xalqların özünəxas adətləri, ənənələri, mərasimləri, inancları var. Bizim Azərbaycanımız da əlbəttə ki bu baxımdan istisna deyil. Əksinə məmləkətimizin nə qədər qədim tarixi, dərin keçmişi olduğu heç kimə sirr deyil. Məhz bu baxımdan bizim çox maraqlı və ibrətamiz adət-ənələrimiz mövcuddur ki, indiki günümüzədək qorunub saxlanılmışdır. Tarixən müxtəlif cür mərasimlərin keçirilmə adət-ənənələri, dədə-babalarımız tərəfindən sınanıb süzgəcdən keçirilmiş inanclar, bayram axşamlarında edilən fallardan danışsaq məncə maraqlı olar. Eləcə də onların bu günümüzdə də aktuallığını saxladığını da unutmayaq. Hörmətlə, həmin Stranger
-
Честно говоря тут я вижу что, кто взраслеет, на разных людей они становятся похоже. В школе на одну, в институте на другую. Но у меня так клянусь сложилось что, в школе когда в 5-ом классе училась и сестра, и одна из однакласниц во мне увидили одну девушку из бразильского сериала "Новая Жертва" - На дочь Анны и Марсело. Имя девушки не помню. Что самое интересное - что спустя столько лет (щас мне 22, тогда было 11) на Лидере показывают сериал "Америка", где снимается та самая девушка, под именем Сол. Вот опять кто-то изредка видит во мне схожость с ней...Как ни странно...
