-
Публикации
1068 -
Зарегистрирован
-
Посещение
-
Days Won
1
Все публикации пользователя Lady72
-
И вам того же)))))))))) нет это бывает далеко не сразу, "выстроданно" "выношено" , неделями, месяцами, а иногда и годами
-
Решила вытащить своё интервью, оно у меня запылилось страшно, аж чихать стала))))))))))))) Если что, я тут)
-
Привет Самра, давно сюда не заходида и удивилась что предпоследний пост оказался моим)) За это время приезжала ли ты в Баку.Если да, каково впечатление? Заранее спасибо
-
А интервью с Раскольником было?
-
Привет Орхан бей, почему-то всегда казалось, что тебе лет за 40))))))))))) Узнав о твооём возрасте была удивлена) Вопрос такой - а в душе тебе сколько
-
привет рыбка, как дела, как малыш твой У меня вопросов нет, просто захотелось пожелать тебе всех благ))))))) искренне N
-
Раш, видимо тут у тебя большая популярность
-
Заметьте, что все наши форумы на русском языке
-
. *** Elə ki birce gün sənsiz oluram Gündüzüm gecətək görükür mənə, Məhəbbət bağında gül tək soluram , Nə üçün mən belə bağlandım sənə. Sənə bağlanibdı seven ürəyim, Hər səhər, hər axşam yol çəkir gözüm. Sənsən bu dunyada arzum, diləyim, Nə olar, tez qayid, sənə var sözüm Nə olar tez qayid, darıxtım sənsiz Həsrətdən ürəyim üzüldü yaman. İlahi bir sevgi istəmişik biz, Gəl onu yaşadaq zaman və zaman *** Ilahi yetişdi nə gozəl məqam, Dünyaya bir körpə gozünü açdı Doqquz ay, doqquz gün olarkən tamam Dünyaya bir körpə gözünü açdı Gözlədik biz onu çox uzun zaman. Bəhş etdi o bizə fərəxli bir an Sevindi urəyim, sevindi yaman Dünyaya bir körpə gozünü açdı Heyata xoş gəlib, balaca insan, Yaşasın həmişə xoşbəxt, firavan Qoy onu saxlasın böyuk yaradan Dünyaya bir korpə gozünü açdı *** Gecenin yarıidıir, yorulmuşam mən, Otaqda bir mənəm, bir də sükunət. Yuxuya gedirəm, yuxuda da sən, Ulduzlar qoynunda dincəlir həsrət. Sən başa düşməssən heç zaman məni, Gəlbində heç yoxdur bəlkə məhəbbıət. Yuxuda görürəm hər dəfə səni. Ulduzlar qoynunda dincəlir həsrət. Yuxuda görsəydim həmişə səni, Görüşmək səninlə yeganə fürsət Xəyallar göylərə .rır məni, Ulduzlar qoynunda dincəlir həsrət.
-
– Başından bir tük əskik olsa, özümü öldürrəm! Bu sözləri ilk dəfə mənə toxunan qadından eşidəndə doğrusu, təəccübləndim. Bir telin başdan ayrılması böyük fəlakətdirmi ki, zərif əllərin sahibi özünə qəsd etməkdən belə çəkinmir? Əlbəttə, o zaman dediyini dərk etməsəm də, təriflərindən məst olub bir yöndə qərar tuta bilmir, gah qıvrılar, gah da özümdən gedərdim. Hətta ərköyünlüyümə salıb kefimə düşəndə istəyinə qarşı çıxardım. Onda darağı götürüb acıqla üstümə düşəndə uşaqla bərabər əziyyət çəkərdim. Bununla belə hər gün əlinin içində tumarlanar, körpəsini yatırdanda isə yalnız məni öpərdi. Mmmm, onda elə sevinərdim, gəl görəsən! Hətta bir az lovğalanardım da. Niyə də yox?! Heç bilirsinz, uşağın totuq üzü, toppuş əli öpüşlərə qərq olmaqçün necə sinov gedirdi? Çünki yazığlar dodaqlarla yox, həmişə dişlərlə görüşüblər. Bircə onun isti nəfəsində isinən mən idim. Bəlkə ona görədir ki, sərt əllərlə rastlaşanda şaşırar, nə edəcəyimi bilməzdim. İllah da yekəpər ərinin əllərinə düşəndə onun cod tükləri ipək kimi tellərimlə əlbəyaxa olardı. Özümü itirməkdən elə qorxardım… Ona görə də bircə ona əminəm ki, məni qoruyan yeganə varlıq varsa, o da sevdiyim əllərin sahibəsidir. Hər halda o zaman belə düşünürdüm və onun incə barmaqlarından savay heç kimi arzulamırdım. Lakin bir gün yenə onun nəvazişindən məst olub özümdən gedəndə heç gözləmədim halda məni ərinə göstərib: - Baaalllamıın başı tükləşib… Dəlləyə .rarsan, – deyib tellərimi dodaqları ilə islatdı. Vay, bu nədir eşidirəm? Başından bir tük əskik olsa, ay nə bilim, özümü neyləyərdim deyən, görəsən, kim idi? İndi əzizləyə-əzizləyə ölümə göndərir. Eh… Belə çıxır ki, buna bel bağlamağım əbəsmiş… Şampun köpüklərinin içində görünməz olanda elə sığallanardım… Hayıf o günlərdən! Deyəsən, ayrılıq uşağın da xətrinə yaman dəydi. Gör eee, körpə əllərinin içində gizlədir ki, xilas etsin, bunlarsa… Kaş, onun xırda barmaqlarından yapışıb qalardım, təki dəlləyin yanına getməzdim. – Ağlama oğlum, keçəl olsan sənə çoxlu dondurma alacam! Uşaq dondurma adını eşitcək elə atdanıb düşdü ki, mən də ixtiyarsız özümçün yellənməyə başladım. Bir az keçməmiş, əllərini tellərimdən çəkib atasının şalvarından yapışdı… Atası yol boyu oğluna qorxulu nağıllar danışıb başını elə qatdı ki, heç yadına dondurma da düşmədi. Mənsə həyəcandan biz-biz olub dəlləyi gözləyirdim. Ülgüc iti olduğundan o, asanlıqla öhdəmdən gəldi. Guya ona qarşı çıxıb nə edəcəkdim?! Onsuz da arzu olunmaz idim. Bir də özümü elə gücsüz, kimsəsiz hiss edirdim ki… Hər kəsə yuxarıdan aşağı baxasan, amma nəyinsə qarşısında aciz qalasan. Offf, istəməsəm də, dondurmanın güdazına həyatla vidalaşmalı oldum… Bir müddətdən sonra yenidən dünyaya gəldim. Bu dəfə hirsimdən codlaşmışdım. Acığa düşüb lap vız olmaqdan belə çəkinmirdim. Bilirdim ki, bu vəfasızların məndən ötrü ürəkləri getsə də əvvəl-axır dəlləyin əllərinə həvalə edəcəklər. Beləliklə, çarpışa-çarpışa uşaqla birgə ömrümə davam etdim. İndi ixtiyarım bu gəncin əlindədir. O, məni suyla isladıb gah tez-tez darayar, gah da başına nə isə sürtüb istədiyi şəklə salardı. Bir sözlə, qızların xoşuna gəlməkçün min cür hoqqadan çıxmaqdan yorulmazdı. Amma anası yenə əvvəllər olduğu kimi oğlunun başına sığal çəkib enli ləblərini mənə yapışdırardı. Düzdür, öpüş dəqiqələri hər saat baş verməsə də, ayda- ildə bir dəfə bu xoşbəxtliyin dadını yaşıyırdım. Əlbəttə, biganəlik qısqanc tellərimi özündən çıxarırdı. Bir gün anası məni oxşayıb həmişəki kimi «Qurrrrban sənə!» deyəndə, fikirləşdim ki, görəsən, o hər dəfə kimi nəzərdə tutur?.. Ehh, əlbəttə ki, oğlunu! Ümid içində yaşamaq belədir də, öz-özünə sual verməkdən usanmırsan… Təbii, oğlan belə şeyləri düşünmürdü, guya utanırmış kimi başını aşağı salıb ayaq barmağının ucunu yellədi. Qolunu ədayla qaldırıb saatına baxanda birdən başının içindən nəsə qalxıb enməyə başladı. Təşvişə düşərək eynən məni parıldadan kimi cəld ayaqqabılarını qara əski ilə sürtüşdürməyə başladı. Evindən çıxanda dəhlizdəki güzgüdə özümü şəvə kimi qapqara, parıltılı, dalğalı görəndə sevindiyimdən az qala vız qalacaqdım. Gürrələndiyimdən özümü elə dartdım ki, oğlan əllərini sürtüb «sakitləşdirməyə» başladı. Başımdan bir tük əskik olmasın! Anasının illər öncə oğluna dediyini, indi özüm-özümə arzulayıram. Bütün bu təşvişin, həyəcanın səbəbi onun görüşə gecikməsi idi. Qızın xoşuna gəlmək üçün yenə əlini mənə sürtüb qarışdırmağa başladı. Onu da heç anlamaq olmur, axı, arzusuna zidd getmirdim. Nə isə… Nəhayət, qızla görüşdü. Bəh, bəh, bəh, qız nə qız! Zərif, uzun saçları lap özümdən çıxartdı. Elə bil oğlanın başının içindən nə isə məni oynadırdı. Əlacım olsaydı təpəsindən ayrılıb uzun saçların yanına tullanardım. Amma yox! Qopsam lazımsız tük olub ya pencəyinin qolunda, ya da ki köynəyinin boynunda sallanacam, sonrasıda məlumdur. Yaxşısı, elə oğlanın başında qalıb zərif telləri yanıma çağırmağımdır. Onlar skamyada yanaşı oturub söhbət edəndə uzun ipək tellərə yaxından baxmaq şərəfinə nail oldum. Əlbəttə, o saçların içində itib batmaq istəsəm də təəssüf, ixtiyar sahibi deyildim. Yəqin edirdim ki, onun da mənə meyli var. Axı, öz aramızdı, oğlan mənə pis qulluq etmirdi?! Ancaq saçlara sahibimin barmaqları toxunanda bir an əllərinə qibtə etdim. Zərif tellər elə bil bihuş olub özündən getmişdi. Qız da gözlərini yumub göyün hansısa qatında uçurdu. Birdən yerindən sıçrayaraq, daha bəsdir! – deyib zarafatca məni barmaqlarına keçirib yolmağa başladı. Zarafat ha?! Saçlarından ötrü bayaqdan bir təhər olmuşam, o isə incitməkdən həzz alır. Düz, üç tüküm zarafatının qurbanı oldu. Beləcə, zərif tellərlə görüşümün sayını itirməyə başladım. Düzdür, tellərin əhatəsində saatlarla qalıb ətrindən uymaq istəsəm də bunu gerçəkləşdirmək gücünə qadir deyildim. Nəhayət, günlərin bir günü onlar evlənəndə axır ki, arzuma qovuşdum. Qızın ovcunun içində əriyir, uzun saçları sanki məni qucaqlayırdı. Pıçıltılarından heç nə anlamasam da, bilirdim ki, təriflərin içində mən də varam. Mmmm, nə ləzzət idi?! Baxmayaraq, hərdən gecədən səhərə kimi saçların dövrəsində havasızlıqdan boğulurdum, amma bununla belə… Oyyy, daha bəsdir!.. Beləcə, sevimli saçların ağuşunda xoşbəxt həyat sürməyə başladım… …İllər keçdi. Ahhh, yaşadığım o anlar artıq arxada qalmışdı. Uzun, zərif saçların həsrətindən haray qoparıb imdad diləmək istəyirdim. O vicdansızsa evə həftələrlə getmir, başqa qadınla görüşdüyündən məcbur olub sarı qıvrım saçla gecələyirdim. Bu vəziyyətə heç uyuşa bilməsəm də məni sayan kim idi? Düzdür, qadının barmaqları tez-tez yanıma gəlsə də uzun dırnaqlarından qıcıqlanırdım. Hər şeydən bezib bu içi boş başa vida demək istəyirdim. Amma ümid edirdim ki, nə vaxtsa o günlərimə yenidən qayıdaram. Bir dəfə küçədən keçəndə külək zərif saçları havaya qaldıranda sevincimdən qalxıb enməyə başladım. Qara saçlara ağ dənlər düşsə belə, o yenə də əvvəlki tək sevimlim idi. Sahibimsə yolunu dəyişib iti addımlarla dar küçənin içinə keçərək sanki qeybə çəkildi. Anladım ki, daha bundan sonra arzularımın içində yaşayıb özümü aldatmağım əbəsdi. Keçirdiyim həyacandan, əsəbdən usanaraq sahibimi getdikcə tərk etməyə başladım. Başımdan bir tük əskik olmasın! Bu fikirlər yadınızdadır? Onda yaşamaq elə şirin idi ki.. İndi fikirləşirəm, elə bu başda qalmasam yaxşıdı. Qoy elə tökülüm!..
-
Знаю мого азербайджаноязычных семей кто отдает своих детей в русский сектор, не зная на русском ничего
-
когда я зарегистрировалась на одном из форумах , я следла чтобы набрать опредеюлённое количество постов для создания новой темы, теперь всё равно
-
триножер, для того чтобы вес сбросил
-
Xəzan Bir yarpaq ağacda etdi intihar. Nə ağac danışdı, nə də budaqlar. Göylərdən töküldü gəh yağış, gəh qar, Dumana büründü çəmənlər, dağlar. Elə bil təbiyyət rəhmətə getdi, Bağlarda çiçəklər saralıb soldu. Bir yarpaq ağacda intihar etdi Gəlbimə bu zaman qəm, kədər doldu. Yarpaqlar tökülür ağacdan hər an, Yarpaqlar ağacda intihar edir. Bəlkə də hardasa bax həmin zaman Bir insan dünyanı tərk edib gedir...
-
*** Əfsunlu baxışlar aldadtı məni Ecazkar insana oxşadtım səni, Veycimə almadım gəlib gedənu Əfsunlu baxılar aldadtı məni Mən nədən aldandım bilmirəm özüm O şirin vədlərə nə gədər dözüm? Kədərdən nə gədər ağlayar gözüm? Gəl daha incitmə səni sevəni, Əfsunlu baxışla aldatma məni Əfsunlu baxışdan gəlbim odlanar O gözəl sözlərə könlüm aldanar. Vaxt keçər ürəyim səndən yadlanar, Bir gördün ki gəlbim unudar səni Əfsunlu baxışlar aldatmaz məni
-
*** Yenidən payızdır, yenidən xazan, Çiçəklər, yarpaqlar saralıb solur. Gün keçir, il ötür, tələsir zaman, Gəlbimə yağıştək qəm, kədər dolur. Bir ilim də ötdü, çoxaldı yaşım, Cavanlıq illərim geridə qalır, Qocalıq da gəlir, ağarır başım, Dərdlərim üzümdə qırışlar salır. İl ilin dalınca qedir ömrümdən, Bəlkə də həyatda çox səhvlər etdim Günlərin bir günü görəcəyəm mən Bu gözəl dünyanı tərk edib gedtim Dost Təklikdə qalmışdım mən uzun zaman, Ürəyim döyündü görəndə səni. Yaxından tanıdım, sevindim yaman, Elə bil yuxudan oyadtın məni. Bir gözəl nağıla çevrildi həyat, Gül-çiçək bəzədi çölü, çəməni. Sevindi ürəyim, qalmadı həsrət, Yenidən həyata qaytardın məni. Sən mənə olmusan əziz bir insan Nə olar, heç zaman tək qoyma məni. Mən şükür edirəm Allaha hər an, Nə yaxşı yoluma göndərdi səni,
-
Həsrət Yenə otağıma dolub qaranlıq, Zülmətin içində mən qalmışam tək. Bu gecə qonağım olub tənhalıq, Az qalır sinəmdə çatlasın ürək. Otağım qəfəsə dönübdü mənim, Evim də, küçəm də, gözümdə zülmət, Böyüdü kədərim, çoxaldı qəmim, Bu gün də gecənin yoldaşı yəsrət. Dərdim çoxluğundan sıxılır gəlbim otağda bir mənəm, bir də sükunət. Təklikdə qalmağdan tükəndi səbrim, Tənha gecələrin sirdaşı həsrət.
-
Cox saqolun))))))) nən çalışıram))))))))))
-
*** Xəyanət bu gecə qonağım oldu, Bu əlvan dünyamın rəngləri soldu, Kədərdən qəlbimə göz yaşı doldu, Boğdum göz yaşımda məhəbbətimi. Ayaqda saxladı məni intizar Xəzana çevrildi sevdalı bahar. Kədərdən göz yaşım yağış tək yağar. Boğdum göz yaşımda məhəbbətimi Ürəyin yerinə bağlandı bir daş, Nə düşmən tanıdım, nə də ki sirdaş. Doluya çevrildi gözümdəki yaş Boğdum göz yaşımda məhəbbətimi
-
Bağla gözlərimi Bağla gözlərimi, deyim dərdimi. Qaranlıq içində açılar dilim. Bağla gözlərimi, burax əlimi, Axan göz yaşımı üzümdən silim. Bağla gözlərimi, görməyim səni. Bütün qəmlərimin günahkarı sən. Riyakar baxışın bezdirib məni Yalançı vədlərdən usanmışam mən. Bağla gözlərimi, qəlbimi açım. Mənim bu dərdimə sən də gəl ağla, Mənasız sözlərdən hara mən qaçım? Bağla gözlərimi, əbədi bağla.
-
Bağla gözlərimi Bağla gözlərimi, deyim dərdimi. Qaranlıq içində açılar dilim. Bağla gözlərimi, burax əlimi, Axan göz yaşımı üzümdən silim. Bağla gözlərimi, görməyim səni. Bütün qəmlərimin günahkarı sən. Riyakar baxışın bezdirib məni Yalançı vədlərdən usanmışam mən. Bağla gözlərimi, qəlbimi açım. Mənim bu dərdimə sən də gəl ağla, Mənasız sözlərdən hara mən qaçım? Bağla gözlərimi, əbədi bağla.
-
*** Oyandım səhər mən şirin yuxudan, Hər yuxu nağıldı, hər nağıl yalan. Qayıtdım elə bil öz xəyalımdan, Hər yuxu nağıldı, hər nağıl yalan. Yenə mən sənsizəm, hardasan ey yar? Hacandır qoymusan məni intizar, Təskinlik gətirmir şirin yuxular: Hər yuxu nağıldı, hər nağıl yalan. Bilki qəlbimdəsən, hər saat, hər an. Bilki darıxmışam mən sənziz yaman. Yuxuda görəydim səni hər zaman... Hər yuxu nağıldı, hər nağıl yalan. *** Sənin pəncərəndə donub bir işıq, Nə yanır, nə sönür, eləcə donub. Mənim ürəyimdə kədər qarışıq, Şübhələr üst-üstə toz kimi qonub. Deyəsən baharım çevrilib qışa, Xəyallar, arzular xəzantək soldu. Göz yaşım dönüb bir soyuq yağışa Yenə otağima tənhaliq doldu. Bəlkə də işıqda yoxdur bir günah, Bəlkə urəyindir sərt buza dönüb? Sevgilim, sən yaşa Allaha pənah. Mənimsə yaşamaq həvəsim sönüb.
-
*** Urəyim doludu, nədən başlayım? Bəlkə başlamağa haqqım da yoxdur. Qəlbimin dərdini kimə söyləyim? Mənim söyləməli sözlərim çoxdur. Sükunət içində inləyir qəlbim, Kədərin içində çırpınır ürək Qəlbimin səsini kimə çatdırım, Kim mənim dərdimə qulaq verəcək. Danişsam dərdimi qurtarmaz sözüm, Taleyim ağırdır, kədərim çoxdur. Qismətim belədir, mən gərək dözüm, Dözməkdən savayı əlacım yoxdur.
-
Dostuma Günlərin bir günü ömrümə gəldin.. Bir əziz dost kimi qapımı döydün. Elə bil hər zaman sən mənimləydin... O vaxtdan ürəyim sevinclə dolur, O gündən hər günüm mənalı olur. O vaxtdan soyuq qış çevrilib yaza, Boranlı havalar dönüb ayaza, Təbiət yenə də başlayıb naza, Ömrümün bağında çiçəklər açır, Qəlbim də Günəştək şəfəqlər saçır Sən gəldin ömrümə çətin zamanda, Həyata sevgimi itirən anda. Yox idin nə yadda, nə də gümanda, O vaxtdan sən oldun mənim sirdaşım, Çox əziz bir insan, dostum, qardaşım
-
Qocalma, Ana İl üstə il gəlir, ötür ömürdən, Qocalırsan əziz Ana, can Ana. Üzündə iz qoyur yorğunluq, kədər, Qocalma, qocalma mehriban Ana. Sən dayaq olmusan həmişə mənə, Həmişə ehtiyac duymuşam sənə. Istərəm sinənə.baş qoyum yenə Unudum hər şeyi mən o an, Ana. Yenidən yaz gəlir, açılır güllər, Hər seher oxuyur bağda bülbüllər. İllərin dalınca qoy ötsün illər. Bircə sən qocalma heç zaman, Ana Dua Bu gecə mən qaldım yuxusuz yenə, Qəlbimə sığmayır kədərim, qəmim, Qoy deyim dərdimi, İlahi, Sənə, Cəmi iki kəlmə sözüm var mənim. Cəmi iki kəlmə var Sənə sözüm, Çox ağır bir yükü .rıram mən. Bu acı qismətə mən necə dözüm, Əzablı yolumda mənimlə ol Sən. Ilahi, sən mənim səsimi dinlə, Qəm yolun keçməyə qüvvə ver mənə. Sonsuz bir kədərlə, sonsuz hüznlə Açdım ürəyimi buyurdum Sənə.
