Sənin pəncərəndə donub bir işıq,
Nə yanır, nə sönür, eləcə donub.
Mənim ürəyimdə kədər qarışıq,
Şübhələr üst-üstə toz kimi qonub.
Deyəsən baharım çevrilib qışa,
Xəyallar, arzular xəzantək soldu.
Göz yaşım dönüb bir soyuq yağışa
Yenə otağima tənhaliq doldu.
Bəlkə də işıqda yoxdur bir günah,
Bəlkə urəyindir sərt buza dönüb?
Sevgilim, sən yaşa Allaha pənah.
Mənimsə yaşamaq həvəsim sönüb.