поговорим о кино... место действия - наша страна, наш город ...
фильмы снятые в Азербайджане, об Азербайджане
или фильмы снятые в Азербайджане, сьёмки проходили у нас по видом заграницы
1 Bir cənub şəhərində (film, 1969)
Bir cənub şəhərində
film, 1969 dram
Rejissor Eldar Quliyev
Əsərin müəllifi Rüstəm İbrahimbəyov
Bir cənub şəhərində filmi rejissor Eldar Quliye tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial kinopovestdə hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Məcid Dadaşov, Sadıq Hüseynov, Əsəd Məmmədov, Yusif Vəliyev və Sadıq Həsənzadə ifa edirlər.
Lirik-psixoloji dram çox da böyük olmayan cənub şəhərlərindən birinin adamları, onların həyatı və əməyi haqqındadır. Burada hələ də insanların şüurunda keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri ön plana çəkilmişdir.[2] Filmin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.
Rasim Ocaqov: Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi. Oxudum. Əsər məni özünün sərt realizmi, cəsarətli müəllif mövqeyi ilə təsirləndirdi. Bu ssenarini yeniruhlu, yeni estetik baxışlara malik rejissor çəkməliydi. Elə həmin il mənim həyatda və sənətdə kumirim olan Tofiq Quliyevin oğlu Eldar Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gəlmişdi. Məsləhət görüldü ki, bu ssenari əsasında filmi gənc rejissor Eldar Quliyev çəksin.
Tofiq Quliyev: Moskvada kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə dedi ki, R.İbrahimbəyovun “9-cu Xrebtovıda” hekayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir. Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən çox cəsarətli əsər idi. Mən onu fikrindən daşındırmağa çalışdım, dedim ki, institutu təzəcə qurtarmısan, belə kəskin mövzulu əsərə müraciət etmək sənin üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin üçün çətin olar. O, fikrindən dönmədi. “Bir cənub şəhərində” filmini çəkdi.
Eldar Quliyev: Bütün çəkilişləri Təzə Pir məscidinin arxasında və Mustafa Sübhi küçəsində aparmışdıq.
Rasim Ocaqov: Mən filmin operatoru idim. Zənnimcə, bunu Eldar da təsdiq edə bilər, o filmdə operator işi, həqiqətən də, uğurlu alınıb. Bakının o köhnə məhəllələrini çəkəndə mənim təklifim və təkidimlə divarlar, evlər başdan-başa ağardılmışdı. Bu ağ divarların, ağ evlərin qarşısında səhərdən-gecəyədək qarageyimli adamlar dayanıb, qanlı oyunların baş verəcəyini gözləyirlər.
Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. Yenə də Şolokovun onun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu.[8]
Film ekranlara çıxdıqdan sonra “Bakinskiy raboçiy” yazırdı: “Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə
Maraqlı faktlar
Film rejissor Eldar Quliyevin böyük kinoda ilk işidir.
Film yazıçı Rüstəm İbrahimbəyovun "9-cu Xrebtovı" povesti üzrə ekranlaşdırılmışdır.
Film ssenarist Rüstəm İbrahimbəyovun Azərbaycan kinosunda ilk işidir.