Перейти к содержимому

Burhan

Members
  • Публикации

    58
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Burhan

  1. Burhan

    Sehabeler

    Tebii ki,Medinede munafigler var idi,onlarin sayi hicretin ilk dovrlerinde cox olsada,sonradan tedricen azalirdi.Unutmamag lazimdir ki,Medinede xeyli sayda yehudi ve s.etigadli olan insanlar var idi.Islamin nufuzu artigca etraf gebilelerde oldugu kimi Medinede de muselmanlarin sayi artirdi ve ilk dovrlere nisbetde munafiglerin sayida Medinede azalirdi.Ondan bashga munafigler daim Rasulullah(s.a.s) ve onun eshabi ile bir yerde olmagdan ve doyushlere getmekden boyun gacirar,muxtelif behanelerle yayinardilar.Tebuk doyushu buna misaldir.Muhacirlere geldikde ise onlarin arasinda munafiglik yox idi.Munafigler barade olan ayeler Medinede nazil olmaga bashladi.
  2. “Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu: Ey Əbu Ubeydə! Məhəmmədin (s)ın nəslindən bir imam (Mehdi) qalxdığı (zaman) və Davud Süleymanın hökmü ilə hökm verdiyi zaman, ondan qətiyyən dəlil istənilməz ”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1033). “Əban belə rəvayət etmişdir: Əbu Abdullahın (Cəfəri Sadiq əleyhissalam): “Mənim nəslimdən bir adam (Mehdi) gəlib, Davud oğullarının hökmü ilə hökm verib, özündən hər hansı bir dəlil istəməyərək hər kəsə haqqını vermədən qiyamət qopmaz” dediyini eşitdim”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1034). “Mehdi bükülmüş qırmızı kağız ilə ərəblərin arasından keçəcək, buda onların ölümü ilə nəticələnəcək ”. (Biharul-ənvar, 52 ci cild, səh 318). Həmçinin xəbər verilir ki, “Bizimlə ərəblərin arasında ölüm qırğınından başqa heç nə qalmayıb”. (Biharül-ənvar, 62 ci cild, səh 349). Cəfər Sadiq (ə) belə buyurur: “Qaim (Mehdi) zühur edən zaman onunla ərəblər və Qüreyş arasında qılıncdan başqa heç bir şey hakim olmayacaqdır”. (Biharül-ənvar, 52 ci cild, səh 355). “Əgər insanlar bilsəydilər ki, Qaim (Mehdi) zühur etdikdə nələr törədib neçə-neçə insanları öldürəcək və o zaman onu (Mehdini) görmək istəməzdilər. Beləliklə insanlar deyəcəklər: O (Mehdi) Məhəmmədin ailəsindən deyil, əgər Məhəmmədin ailəsindən olsa idi o bağışlamağı bacarardı.” (Biharül-ənvar, 52 ci cild, səh 353, Qeybətun-Nö’məni, səh 135). “Qaim (Mehdi) ilk öncə qisas almaq üçün iki nəfərdən (Abu Bəkr, və Ömərdən) başlayacaqdır. Onları dirildib sağlam bədənləri ilə edam edəcəkdir. Məscdul-həramı və peyğəmbər məscidini bünövrəsindən sökəcəkdir”. (Biharul-ənvar, 52 ci cild, səh 386). “Qaimin (Mehdinin) yeni işləri, təzə kitabı (Quran) və yeni hüquq mühakimə üsulu olacaqdır. (Biharul-ənvar, 52 ci cild, səh 354, Qeybətun-Nö’məni, səh 154). “İmam Mehdi gələndə o lüt olacaq və ona ilk beyət edən Məhəmməd (s.ə.s) olacaq.” (Məhəmməd Bağır Məclisi. Haqqul-yəqin, səh 347). “Cəfər Sadiq (ə) belə buyurur: “ Qaimiz (Mehdi) zühur etdiyi zaman, Allaha yəhudi (ivrit) dilində dua edəcəkdir.” (Qeybətun-Nö’məni, səh. 326). “Peyğəmbərdən (s.ə.v) belə nəql olunur: “Yəhudilər onu (Mehdini) müşahidə etdikdə az miqdar istisna olmaqla, hamısı (Mehdiyə) iman gətirəcəklər ”. (Əl-mələhimu vəl-fitən, səh.57).
  3. Burhan

    Ebu Hureyre

    Mətni yazdıqdan sonra onu qaralayıb "Шрифт"dən Arial seçin ki, şriftlər düzgün görünsün və onu oxumaq mümkün olsun! Al Fath,sən mənim sualima cavab vermədin.Əslində məlumdur ki,istər ilk,istərsədə sonraki dövr İslam alimləri(fighçilər,mühəddislər) Əbu Hureyra(r.a)-ni etibarli və alim bir səhabə olarag gəbul etmişdilər.Bütün mühəddislər ondan faydalanmiş,onun elmindən istifadə etmişdirlər. Əbu Hureyra(r.a) Rasulullah(s.a.s)-dən sonra 47 il yaşadi və bütün bu illəri Peygəmbər şəhəri olan Mədinədə alim,abid səhabələrin arasinda keçirtdi.İbn Abbas(r.a),İbn Ömər(r.a),Aişə(r.a),Ənəs(r.a) və s.səhabələr kimi Əbu Hureyra(r.a)-da alim səhabələrdən sayilirdi.Bu alim səhabələrin arasinda Əbu Hureyra(r.a) öz hafizəsi ilə seçilirdi.Çunki,Rasulullah(s.a.s) onun üçün dua etmişdi.Bütün səhabələr də onun elmini və rəvayət etdiyi hədisləri təsdig edirdilər.Əgər hardasa bir nögsani olurdusa,o nögsani digər səhabələr ona bildirirdilər. Bir dəfə Əbu Hureyrə (r.a), Aişənin(r.a) otağının olduğu yerə gəlmiş və "ey otaqdakı, nəql etdiyim barəsində bir deyəcəklərin varmı?" demişdir. Aişə (r.a), namazını bitirdikdən sonra, rəvayət etidikləri barəsində deyəcəyi heç bir şeyin olmadığını bildirmişdir və belə demişdir: "Ancaq Rəsulallah (s.ə.s) sizin kimi sözü ard-arda sıralamazdı, sözü o qədər dənə-dənə deyərdi ki, adam kəlimələrini saymağa başlasaydı, onları sayar və əzbərlərdi" Aişə (r.a)-nun bu sözündən də anlaşıldığı kimi rəvayət edilənlərə deyil, rəvayət üslubuna qarşı çıxırdı. Eyni şəkildə ibn Ömər(r.a) də : Əbu Hureyrə (r.a)-nun nəql etdiyi hədisləri rədd etmək kimi bir fikrinin olub olmadığı soruşulmuş, o da : Xeyir, amma özü o qədər rəvayət nəql etdi ki, bizə rəvayət etməyə bir şey qoymadı – demişdir. Əbu Hureyrə (r.a) da : onlar unudmuş, mən əzbərləmişəm, mənim nə günahım var –demişdi. Əbu Hureyrə (r.a)-nun rəvayətləri çox görsənir və bəziləri də "Əbu Hureyrə (r.a) çox rəvayət etdi" deyirlər. Bu barədə Əbu Hureyrə (r.a) belə deyir: "Əbu Hureyrə çox rəvayət etdi deyirlər. Hamımız Allahın yanına gedəcəyik. Mühacir qardaşlarım bazarlarda ticarətlə məşğul idilər. Ənsar qardaşlarım da iş-güc ilə məşğul idilər. Mən isə, kasıbın biri idim və hər zaman Rəsulallah (s.ə.s) ilə birlikdə idim. Onlar olmayanda mən onun yanında idim. Onların unutduqlarını mən əzbərləyirdim. Bir dəfə Rəsulallah (s.ə.s) bizimlə söhbət etdi. Sonra : "Kim paltarını çıxardıb sərəcək?" dedi. Mən çıxardıb sərdim. Rəsulallah (s.ə.s) mənim üçün dua etdi və ondan sonra Rəsulallah (s.ə.s)-dən nə eşitdimsə, heç unudmadım" (Muslim, fədailusSahabə, 159-160) Beləcə o, hədisləri əzbərləməsi Rəsulallah (s.ə.s) ilə bərabərliyinə, başqa şeylərlə məşğul olmamasına və Rəsulallah (s.ə.s)-in ona dua etməsinə bağlamaqdadır. Ömər ibn əl Xattab (r.a) da Əbu Hureyrə (r.a)-dan hədis alır, Rəsulallah (s.ə.s)-dən eşitdikləri barəsində ondan soruşardı. Hədis rəvayət etmə barəsində onu qınamamışdı. Əslnidə Ömər (r.a) rəvayətdə ehtiyatlı olmağı sevər və beləliklə insanların cürətkar davranaraq hədislərə əlavələr etməmələrinin qarşısını almağa çalışardı. Əbu Hüreyrə hicrətin yeddinci ilində müsəlman oldu. Məscidi Nəbərinin yerində, yatib-duran və Əshab-i Suffa adlandirilan kasib Müsəlmanlardan biriydi. Gecə-gündüz Hz.Peyğəmbərdən ayrilmirdi, ondan eşitdiyi hədisləri öyrənməyə çalişirdi. Peyğəmbərimizin həyatinin son üç ilində onun özündən və səhabələrdən eşitdiyi təkrarlar da olmaqla 5374 hədis rəvayət etmişdi. Bununla da o səhabələr arasinda ən çox hədis rəvayət edən səhabə oldu. Rəvayətlərinin 609 dənəsi həm Buxari, həm də Müslümün səhihlərində yer alib. Əbu Hürəyrədən 800-dən artiq səhabə və təbiin hədis rəvayət edib. Hz.Ömərin dövründə O, qisa müddət Bahreyn valisi vəsifəsində işləmiş, sonrada heç bir idarəçilik vəzifəsi qəbul etməyərək Mədinədə yaşamişdi. Hicrətin 59-cu ilində, Mədinədə 78 yaşinda bu dünyadan köçdü.Cənazə namazini İbn Ömər(r.a) gildirdi və Bəgi gəbirstanliginda dəfn olundu. Allah ondan razi olsun.
  4. Niyə məsələləri bilə-bilə garişdirirsiz?Sabitdir ki,Abu Bakr(r.a) Usamenin ordusunda deyildi.O,Rasulullah(s.a.s) vəfat edənə gədər musəlmanlara namaz gildirirdi,Omər(r.a) isə orduda idi.Lakin,Rasulullah(s.a.s) vefati əsnasinda ordu Mədinədə idi və hələ səfərə çixmamişdi. 3 gün ərzində müsəlmanlar Rasulullah(s.a.s)-ə cənazə namazi gildilar və Abu Bakr(r.a) xəlifə seçilincə Rasulullah(s.a.s)-in təyin etdiyi orduyu dayanmadan səfərə çixmasini əmr etdi və Usaməni də əmir olarag saxladi,baxmayarag ki,Medinəyə ətraf bölgələrdən hücum təhlükəsi vardi.Bundan əlavə Abu Bakr(r.a) Ömər(r.a)-in onun yaninda galmasi xahişini mehz Usamədən istədi və bu orduyu Mədinənin çixacagina gədər özü öz ayagi ilə yola saldi.
  5. Burhan

    Sehabeler

    Guranda Allahin təriflədiyi muhacir və ənsarlar baradə olan ayələri sizə təgdim etmək istərdim. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur'ana) inanmış və mö'minlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!" (Bagara 285) Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah mö'minlərin dostudur! (AL Imran 68) (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bə'zi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır (Al Imran 110) (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bə'zi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır. (Al Imran 110) Allah mö'minlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Qur'anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Al Imran 164) Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" (AL Imran 195) Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö'minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir. (Nisa 115) Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər. (Maide 55) İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat t.nlardır (xeyrə qovuşanlardır). (Tovbe 20) Lakin Peyğəmbər və onunla birlikdə olan mö'minlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün ne'mətlər məhz onlarındır, nicat t.nlar da məhz onlardır! (Tovbe 88) (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tovbe 100) De: "(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və mö'minlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!" (Tovbe 105) Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir. (Tovbe 117) (Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e'tibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və'd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Hedid 10) Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. (Secde 16) (Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey'əti-rizvanla) sənə bey'ət edənlər, şübhəsiz ki, Allaha bey'ət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey'əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fath 10) Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö'minlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz! (Fath 12) (Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey'ət etdikləri zaman Allah mö'minlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mə'nəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı. Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Allah sizə çox-çox qənimətlər və'd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö'minlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı). Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək qənimətlər və'd buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə qadirdir! (Fath 18-21) Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə "bismillahir-rəhmanir-rəhim", "Muhəmmədun rəsulullah" sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və mö'minlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mə'nəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah" sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir! (Fath 26) Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö'minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə q.nan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki mö'minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) və'd buyurmuşdur (Fath 29) (Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir! Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" (Hashr 8,9,10) Onlar: "Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö'minlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər! (Munafigun 8) "Möminlərə kömək etmək Bizim borcumuzdur". (Rum 47) "Biz öz elçilərimizə və iman gətirənlərə həm bu dünyada, həm də şahidlərin şəhadət verəcəyi gün (Qiyamət günü — tərc.) kömək edəcəyik". (Mumin 51) Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (mö'minlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini və'd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur 55) (Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır! Bu isə Allah dərgahından olan lütf və ne'mət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Hucurat 7-8) Peyğəmbər mö'minlərə onların özlərindən daha yaxındır. (Mö'minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö'minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında mö'minlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində sizə qardaş olanların, birlikdə Mədinəyə hicrət edənlərin bir-birinə vərəsə olmaq ixtiyarı var idi. Sonralar bu hökm ləğv edilib varislər məsələsində üstünlük qohumlara verildi. Qohum olmayan mö'minlərin bir-birinə vərəsə olması isə yalnız vəsiyyət yolu ilə mümkün hesab edildi). (Ehzab 6) Sonda,mütəvatir və coxlu yollarla gəlmiş hədisə əsasən Rasulullah(s.a.s) buyurmuşdur:”İnsanlarin ən xeyrliləri mənim əsrimdə yaşayanlardir.Sonra onlarin ardinca gələnlər və yenə onlarinda ardinca gələnlərdir”. (Buxari,Muslim,Tirmizi,Əbu Davud,Nəsai) Mö'minlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər (Ezhab 23)
  6. Burhan

    Ebu Hureyre

    Maraglidir ki,bəzi adamlar üstündən üstündən 100 illiklər keçməsinə baxmayarag bəzi səhabələr hagginda əsassiz və gərəzli ittihamlar irəli sürürlər.Gisaca,demək istəyirəm ki,bir insani ittiham etmək asandir.Yetər ki,bunu istəyəsən.Həyatda elə insan yoxdur ki,onun hagginda ittihamlar olmasin.Hətta, misal olarag Rasulullah(s.a.s)-i belə kafirlər və munafiglər bəzi işlərinə görə təngid ediblər.Həmçinin Əli(r.a) öz sagliginda belə öz tərafdarlarinin haggsiz təngidinə məruz galmişdi və küfrdə ittiham olunmuşdu. Məlumdur ki,biz hamimiz insanig və bizim hər birimizin gizli eyibləri və güsurlari vardir ki,onlari Allah bilir.Dinimiz isə bizə insanlarin gizli güsurlarini axtarmamagi,onlar hagginda sui zənndə olmamagi və geybət etməyi yasaglayib. Mövzuya gəldikdə isə biz bilirik ki,mühəddislər hər bir xəbərin və ravinin halini ən yaxşi bilən insanlardir.Bu elm onlarin sahəsidir.Nəzərə alsag ki,bu ümmətin ilk mühəddisləri hicri 200-300 illərdə oz kitablarini yazmişlar və onlarin həgigəti düzgün bilmək imkanlari təbii ki,cox olubdur.Abu Hurüyra(r.a) hagginda hər hansi bir mühəddisin bir pis rəyi və ya onun hagginda alimlərin ümumi bir görüşu varsa onu bura yazin.
  7. Burhan

    Sehabeler

    Eger biz sehv tutmagdan danishirigsa,onu bilmek lazimdir ki,Islam bize bashgalarinin gizli gusurlarini,eyiblerini ve sehvlerini arashdirmagi,geybet etmeyi yasag etmishdir.Galdiki,sehv tutmaga ele bir insan yoxdur ki,onun sehvi olmasin.Meger biz ozumuz mesumug ve ya gunah etmirik.Elbette yox.Eger bir kimse bizim haggimizda dogru-yalan melumat toplasa ve bizim eyiblerimizi ortaya cixartsa bizim halimiz ne olar.Men hele giyamet gununden danishmiram.O gun hec ne Allahdan gizli galmayacag ve o gun yalniz Allahin gunahlarini ortduyu,gunah emellerini savablarla evez etdiyi kimseler xilas olacagdir. Onuda geyd etmek lazimdir ki,eger biz her kese shubhe ile yanashsag hec kes bizim hedefimizden gaca bilmez.Ele birce misal kifayetdir ki,bunu biz basha dushek.Heyatda ele bir insan yoxdur ki,ona garshi dunyada hem hormet edenler,hem de nifret edenler olmasin.Konkret misal Muhammed(s.a.s)-dir.Yehidi,Xristianlar ve munafigler ona garshi kin besleyir,onu tengid edir ve ona muxtelif bohtanlar atirlar.
  8. Burhan

    Sehabeler

    Evvala onu geyd etmek lazimdir ki,hec kes hec bir sehabeni Peygember(s.a.s) seviyyesine galdirmir.Islam orta yol olduguna ve dinimiz bize edaletli olmagi emr etdiyine gore biz her kesin oz haggini veririk.Tebii,her bir sehabenin ozune mexsus fezileti ve ustunluyu vardir.En efzel olanlar muhacirler,ensarlardir ki,onlar birinci iman getiribler.Sonra onlarin ardi ile gelenler ve s.Teesuf ki,bezileri imamlari ve bezi sehabeleri heddinden artig terifleyir ve bezen hetta Peygember seviyyesine catdirirlar.
×
×
  • Создать...