CÜMƏ NAMAZI VƏ ONUNLA ƏLAQƏDAR HÖKMLƏR
Hər bir müsəlmanın Cümə namazına gəlməsi vacibdir. Yalnız beş qrup insan: kölə, qadın, uşaq, xəstə və müsafir - bu hökmdən istisnadır. Uca Allah buyurur: «Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»[1]
Tariq ibn Şihab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Camaatla cümə namazını qılmaq, hər bir müsəlmana vacib buyurulan bir haqdır. Yalnız dörd qrup insan: kölə, qadın, uşaq və xəstə - istisnadır»[2].
İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: « Müsafirə, cümə namazı vacib deyildir»[3].
Cüməyə təşviq
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar»[4].
Əbu Hureyrənin digər rəvayətində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: «Beş vaxt namaz, bir cümə digər cüməyə, ramazan gələn ramazana qədər baş verəcək böyük deyil, kiçik günahları əfv etdirir»[5].
Cümə namazına səhlənkar yanaşmaqdan çəkinin!
İbn Ömər və Əbu Hureyrə deyirlər ki, biz Peyğəmbərin minbər üzərində belə dediyini eşitmişik: «Cümə namazlarını tərk edənlər bu işdən əl çəksinlər. Əks halda Allah onların qəlblərini möhürləyər və beləliklə qafillərdən olarlar»[6].
Abdullah deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cümə namazını qılmayan bir qrup insana belə demişdir: «İstəyirəm öz yerimə bir nəfəri imam təyin edim, sonra gedib cüməyə gəlməyən bəzi kişilərin evlərini yandırım»[7].
Əbul-Cəəd əd-Dumari Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim cüməyə səhlənkar yanaşaraq üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər»[8].
Usamə ibn Zeyd Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim üzürsüz səbəbə üc cüməni tərk edərsə münafiqlərdən sayılar»[9].
Cümənin vaxtı:
Cümə namazı zöhrün vaxtında qılınır. Həmçinin zöhrün vaxtından əvvəl də qılına bilər[10].
Ənəs ibn Malik deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cümə namazını günəş zenit xəttini keçəndə qılardı»[11].
Cabir ibn Abdullahdan soruşurlar: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cümə namazını nə vaxt qılardı? Cabir isə deyir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cüməni qılar, sonra günəş zenit xəttini keçdiyi zaman biz gedib dəvələrimizi rahatlardıq.[12]
Cümə xütbəsi:
Cümə xütbəsi vacibdir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəvamiyyətli olaraq xütbəni verər və heç vaxt onu tərk etməzdi. Bundan əlavə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Məni necə namaz qılan görmüsünüzsə elə də namaz qılın»[13].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xütbə vermə metodu:
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyərdi: «Kişinin namazının uzunluğu və xütbəsinin qısalığı onun fəqih olmasına dəlalət edir. Namazı uzadın, xütbəni qısaldın. Həqiqətən bəzən, danışıq sehr kimi olur»[14].
Cabir ibn Səmurə deyir: «Mən namazları Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qılırdım. Onun namazı və xütbəsi nə çox uzun - nə çox qısa, normal olurdu»[15].
Cabir ibn Abdullah deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xütbə verərkən, səhər-axşam düşmənin mövqeyini bildirən qoşun rəhbəri kimi, gözləri qızarar, səsi yüksələr və qəzəbi artardı»[16].
Xütbətul Hacə:
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xütbəsini, vəzlərini və dərslərini “Xütbətul Hacə” adı ilə məşhurlaşan bu xütbə ilə başlayardı. Xütbənin mətni belədir:
إِنَّ الْحَمْدَ لِلَّهِ نَحْمَدُهُ وَنَسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا وَمِنْ سَيِّئَاتِ أَعْمَالِنَا مَنْ يَهْدِهِ اللَّهُ فَلاَ مُضِلَّ لَهُ وَمَنْ يُضْلِلْ فَلاَ هَادِىَ لَهُ وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
â $pkš‰r'¯»tƒ â¨$¨Z9$# (#qà)®?$# ãNä3/u Ï%©!$# /ä3s)n=s{ `ÏiB <§øÿ¯R ;oy‰Ïnºur t,n=yzur $pk÷]ÏB $ygy_÷ry £]t/ur $uKåk÷]ÏB Zw%y`Í #ZŽÏWx. [ä!$|¡ÎSur 4 (#qà)¨?$#ur ©!$# Ï%©!$# tbqä9uä!$|¡s? ¾ÏmÎ/ tP%tnöF{$#ur 4 ¨bÎ) ©!$# tb%x. öNä3ø‹n=tæ $Y6ŠÏ%u ÇÊÈ á â $pkš‰r'¯»tƒ tûïÏ%©!$# (#qãYtB#uä (#qà)®?$# ©!$# ¨,ym ¾ÏmÏ?$s)è? Ÿwur ¨ûèòqèÿsC žwÎ) NçFRr&ur tbqßJÎ=ó¡B á â $pkš‰r'¯»tƒ tûïÏ%©!$# (#qãZtB#uä (#qà)®?$# ©!$# (#qä9qè%ur Zwöqs% #Y‰ƒÏ‰y™ ÇÐÉÈ ôxÎ=óÁムöNä3s9 ö/ä3n=»yJôãr& öÏÿøótƒur öNä3s9 öNä3t/qçRèŒ 3 `tBur ÆìÏÜム©!$# ¼ã&s!qß™uur ô‰s)sù y$sù #·öqsù $¸JŠÏàtã ÇÐÊÈ á
أما بعد فإِنَّ أَصْدَقَ الْحَدِيثِ كِتَابُ اللَّهِ، وَخَيْرَ الْهَدْيِ هَدْيُ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا, وَكُلَّ مُحْدَثَةٍ بِدْعَةٌ وَكُلَّ بِدْعَةٍ ضَلالَةٌ، و كُلُّ ضَلَالَةٍ فِي النَّار.
Həqiqətən həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım və günahlarımızın bağışlamasını diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Mən şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!"[17].
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!"[18].
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar"[19].
Həqiqətən ən doğru kəlam Allahın kitabı, ən doğru yol isə Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoludur. Ən şər işlər yeniliklərdir. Hər bir yenilik bidət, hər bidət isə zəlalətdir. Zəlalətin sonu da oddur.
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və səhabələrin xütbələrinə nəzər salan kimsə, bu xütbələrin hidayət yolunu, tövhidi, Uca Allahın ad və sifətlərini, imanın ümumi əsaslarını, Allaha dəvəti, Allahın Onu bəndələrinə sevdirən nemətlərini və Onun cəzasını xatırladıb qorxudan günlərindən bəhs edildiyini görər. Bu xütbələrdə həmçinin, Allahı bəndələrinə sevdirən zikri və şükrü etmək əmr olunar, Allahın əzəmətini, Onu bəndələrinə sevdirən sifətləri və adları xatırlanar, insanları Allaha sevimli edən zikr, şükr və itaət növləri əmr olunardı. Xütbəni eşidib ayrılan insanda Allaha qarşı sevgi artar, Allah da onları sevərdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xütbədə çox vaxt Quran ayələri, ələlxüsus Qaf surəsini oxuyardı.[20]
Ummu Hişam bint əl-Hərs ibn ən-Noman deyir ki, «mən, Qaf surəsini yalnız Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ağzından, xütbədə oxuduğu zaman öyrənmişəm»[21].
Xütbə zamanı susmaq vacib, danışmaq isə haramdır:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər cümə günü imam xütbə verən zaman öz yoldaşına “sus” desən, artıq pis hərəkət etmiş sayılırsan»[22].
Hansı halda cüməyə yetişmiş sayılır?
Cümə namazı camaatla birlikdə iki rükət qılınır. Boynuna cümə namazını qılmaq vacib olmayan, yaxud üzür sahibi olan kimsə cümə namazına gəlməzsə onda dörd rükət zöhr namazını qılır. Kim namazın bir rükətini imamla qılarsa artıq cümə namazına yetişmişdir. Demək, Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim cümə namazının bir rükətinə yetişərsə, artıq cümə namazına çatmış sayılır»[23].
Cümədən öncə və sonra namaz qılmaq:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim cümə günü qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar»[24].
Kim cümədən öncə məscidə gələrsə, imam minbərə çıxana qədər, istədiyi sayda namaz qılsın. Amma, bu gün cümənin əvvəl sünnəsi kimi tanınan namaza gəlincə, belə bir namazın qılınması tam əsassızdır. Bildiyimiz kimi Bilal azanı bitirən kimi Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xütbəyə başlayardı. Bu arada heç kəs qalxıb iki rükət namaz qılmaz və namaz üçün yalnız bir azan verilərdi. Elə isə onlar bu namazı nə vaxt qılırdılar?[25]
Amma cümə namazından sonra ya iki, ya da dörd rükət sünnə namazı qılmaq olar.
Belə ki, Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz cümə namazını qıldıqdan sonra dörd rükət namaz qılsın»[26].
İbn Ömər deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cümə namazından sonra (məsciddə) namaz qılmazdı. Yalnız evində iki rükət qılardı»[27].
Cümə gününün ədəb qaydaları:
Cümə namazında iştirak etmək istəyən hər bir kəsin aşağıdakı hədislərdə deyilən qaydalara əməl etməsi müstəhəbdir:
Salman əl-Farisi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, saçını yağlayar[28], evində olan ətirdən ətirlənər, sonra (evindən) çıxıb məscidə gələr və (ön tərəfə keçmək üçün) iki nəfəri ayırmaz, istədiyi qədər namaz qılar və imam xütbə verdiyi zaman susarsa, qıldığı cümə ilə qarşıdakı cümə arasında baş verəcək günahları bağışlanar"[29].
Əbu Səid deyir: «Kim cümə günü qüsl alar, ən gözəl paltarını geyinər, imkanı çatan ətirdən ətirlənər, sonra məscidə gələr, məsciddə insanların başı üzərindən keçməz, istədiyi qədər namaz qılar, imam (minbərə) çıxdıqdan sonra namaz qurtarana qədər danışmazsa, bütün bunlar onun keçən cümədən bu cüməyə qədər olan günahlarının bağışlanmasına səbəb olar»[30].
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cümə günü məscidin hər qapısının üzərində mələklər dayanar və namaza gələnlərin adlarını gəldikləri vaxta əsasən qeydə alarlar. İmam minbərə çıxıb oturduqda onlar da yazdıqları səhifələri bağlayar və oturub xütbəni dinləyərlər. Kim daha erkən gələrsə bir dəvə sədəqə etmiş adama bərabər olar, ondan sonra gələn inək, sonrakı qoyun, daha sonra gələn toyuq, sonuncu gələn isə yumurta sədəqə vermiş adama bərabər olar»[31].
Cümə günü edilən, müstəhəb zikr və dualar:
1. Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çoxlu salavat və salam demək:
Ovs ibn Ovs Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Sizin ən gözəl günlərinizdən biri cümə günüdür. Bu gündə Adəm yaradılmış, bu gündə də ölmüşdür, bu gündə (insanların məhşərə toplanması üçün) sura üfürüləcək, insanlar bu gündə diriləcəklər. Bu gündə mənə çoxlu salavat deyin. Həqiqətən sizin dediyiniz salavatlar mənə yetişir». Orada olanlar dedilər: Ey Allah elçisi, sənin cəsədin çürüdükdən sonra bizim salavatlarımız sənə necə yetişər? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «İzzət və Cəlal sahibi Allah, torpağa, Peyğəmbərlərin cəsədlərini yeməyi haram etmişdir»[32].
2. Kəhf surəsini oxumaq:
Əbu Səid əl-Xudri Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim cümə günü Kəhf surəsini oxuyarsa, bu onun üçün iki cümə arasında bir nur olar»[33].
3. Dualar qəbul olan məqama rastlamaq üçün, çoxlu dua etmək:
Cabir Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu məqamı əsr namazından sonra axırıncı saatda axtarın»[34].
Cümə namazı mərkəzi məscidlərdə qılınır:
Aişə deyir ki, «insanlar cümə günü evlərindən və Əvali[35] adlı yerdən namaza gələrdilər»[36].
Zuhri deyir ki, «Zül-Huleyfə əhalisi cümə namazını Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə qılardılar. Bu yer Mədinə şəhərindən altı mil uzaqlıqda yerləşir»[37].
Əta ibn Əbu Rəbah deyir ki, «Mina əhalisi cümə namazını Məkkədə qılardılar»[38].
Hafiz İbn Həcər əl-Əsqəlani “ət-Təlxis” kitabında (2/ 55) deyir: «Heç bir rəvayətdə Peyğəmbərin Mədinə və ya Mədinə yaxınlığında yerləşən məscidlərdə namaz qılmağa icazə verməsi deyilmir».
Cümə və bayram namazının eyni günə təsadüf etməsi[39]:
Cümə və bayram namazı eyni günə təsadüf etdikdə, bayram namazını qılan insana cümə vacib olmur.
Zeyd ibn Ərqam deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bayram namazını qıldı, sonra cümə namazına gəlməmək üçün rüsxət etdi və dedi: «Kim istəsə cümə namazını qılsın»[40].
Cüməyə gəlmək istəyənləri və bayram namazını qıla bilməyənləri nəzərə alaraq imamın cümə namazını qıldırması müstəhəbdir:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bu gün iki bayrama təsadüf edilmişdir. Bayram namazının qılınması cüməni qılmamaq üçün rüsxətdir. Amma biz cüməni qılacayıq»[41].
[1] Cümə: 9.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 942. Səhih əl-Cami əs-Səğir: № 3111. Əbu Davud: 3/ 394/ № 1054. Darəqutni: 2/ 3/ 2. Beyhəqi: 3/ 172. Hakim: 1/ 288.
[3]Darəqutni: 2/ 4/ 4.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6062. Müslim: 2/ 587/ № 857.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3875. Müslim: 1/ 209/ № 233. Tirmizi: 1/ 138/ № 214. Onun rəvayətində, “Ramazan gələn ramazana qədər” – sözləri yoxdur.
[6] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5480. Müslim: 2/ 591/ № 865. Nəsai: 3/ 88.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5142. Müslim: 1/ 452/ № 652.
[8] Həsənun səhih. Silsilətus Səhihə: № 923. Əbu Davud: 3/ 377/ № 1039. Tirmizi: 2/ 5/ № 498. Nəsai: 3/ 88. İbn Macə: 1/ 357/ № 1125.
[9] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6144. Təbərani: 1/ 170/ № 422.
[10] Bu məsələ, yəni, genəş zenit xəttini keçmədən əvvəl cümə namazının qılınması – haqqında alimlər arasında fikir ayrılığı mövcuddur. Məsələ daha aydın olsun deyə bu haqda sizə İmam Nəvəvinin “Şərhu Səhih Müslim” kitabından (3/ 230) açıqlama gətirəcəyik:
Sitat: «Günəş zenit xəttini keçdikdə cümə namazının qılınması fəsli:
Cabirin: “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cüməni qılar, sonra biz gedib dəvələrimizi rahatlardıq” – hədisindəki vaxtın, günəş zenit xəttini keçdiyi zamana aid olması deyilmişdir. Digər rəvayətdə: “günəş zenit xəttini keçdiyi zaman” – sözləri qeyd olunur. Səhlin rəvayətində isə deyilir: “Biz yeməyimizi və yatmağımızı cümədən sonra edərdik”. Sələmənin hədisində isə deyilir: “Günəş zenit xəttini keçdiyi zaman Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cüməni qılar, qayıdanda isə kölgə axtarardıq”. Digər rəvayətdə deyilir: “Kölgələnmək üçün kölgəlik t. bilmirdik”. Bütün bu hədislər cümə namazının tez qıldırılmasına dəlalət edir. İmam Malik, Əbu Hənifə, Şafii, bütün alim səhabələr, tabbinlər və onlardan sonra yaşayan alimlər demişlər ki, günəş zenit xəttini keçməmiş cümə namazını qılmaq olmaz. Yalnız Əhməd ibn Hənbəl və İshaq bu fikrə müxalif olublar. Onlar, günəş zenit xəttini keçməmiş cümə namazının qılınmasına icazə veriblər. Qazi İyad deyir: Bu haqda səhabələrdən rəvayətlər var amma onların heç biri səhih deyildir. Yalnız, əksər alimlərin qeyd etdikləri rəvayətlər səhihdir. Həmin alimlər bu hədisləri cümə namazının həddindən artıq tez qılınmasına bir işarə kimi qəbul etmişlər...».
Beləliklə müəllifin, cümə namazının zöhrün vaxtından əvvəl qılınması haqda dediyi rəy məqbul sayılmır. (tərc.)
[11] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 960. Buxari: 2/ 389/ № 904. Əbu Davud: 3/ 427/ № 1071. Tirmizi: 2/ 7/ № 501.
[12] Hədis səhihdir. əl-İrva: № 597. Müslim: 2/ 588/ № 858.
[13] Hədis səhihdir. əl-İrva: № 262. Buxari: 2/ 111/ № 631.
[14] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2100. əl-İrva: № 618. Müslim: 2/ 594/ № 869.
[15] Hədis səhihdir. Səhih Sünən Tirmizi: № 418. Müslim: 2/ 591/ № 886. Tirmizi: 2/ 9/ № 505.
[16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4711. əl-İrva: № 611. Müslim: 2/ 591/ № 866. Tirmizi: 2/ 9/ 505.
[17] Ali İmran: 102.
[18] ən-Nisa: 1
[19] əl-Əhzab: 70-71
[20] Zadul Məad: 1/ 116.
[21] Buxari: 2/ 414/ № 934. Müslim: 2/ 582/ № 851. Nəsai: 3/ 104. İbn Macə: 1/ 352/ № 1110. Əbu Davud: 3/ 460/ № 1099. Müxtəsər rəvayət etmişdir. Tirmizi: 2/ 12/ № 5111. Onun rəvayətinə oxşar.
[22] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 911. Nəsai: 3/ 112. İbn Macə: 1/ 356/ № 1110. Onun rəvayətinə oxşar.
[23] Hədis səhihdir. əl-İrva: № 622. Səhih əl-Cami əs-Səğir: № 5999. Nəsai: 3/ 112. İbn Macə: 1/ 356/ № 1121. Oxşar rəvayətlə.
[24] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6062. Müslim: 2/ 587/ № 857.
[25] Zadul Məad: 1/ 118.
[26] Hədis səhihdir. əl-İrva: № 625. Səhih əl-Cami əs-Səğir: № 640. Müslim: 2/ 600/ № 882. Rəvayətin bu mətni onundur. Əbu Davud: 3/ 481/ № 1118. Tirmizi: 2/ 17/ № 522.
[27] Buxari: 2/ 425/ № 938. Onun rəvayətində “Evində” – sözləri yoxdur. Müslim: 2/ 600/ № 822.
[28] Əvvəllər saça yağ sürtərdilər.
[29] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7736. Buxari: 2/ 370/ № 883.
[30] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6066. Əbu Davud: 2/ 7/ № 339.
[31] əs-Silsilətus Səhihə: № 775. Müslim: 2/ 587/ № 850. Nəsai: 3/ 98. İbn Macə: 1/ 347/ № 1092.
[32] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 889. Əbu Davud: 3/ 370/ № 1034. İbn Macə: 1/ 345/ № 1085. Nəsai: 3/ 91.
[33] Hədis səhihdir.əl-İrva: № 626. Səhih əl-Cami əs-Səğir: № 6470. Hakim: 2/ 368. Beyhəqi: 3/ 249.
[34] Hədis səhihdir. Hədisi Əbu Davud, Nəsai, Hakim rəvayət etmişlər. Mətndəki rəvayət Nəsainindir. Hakim isə hədisin Müslimin şərtlərinə əsasən səhih olduğunu demişdir. Səhih ət-Tərğib vət Tərhib: № 705. Müslim: 2/ 584/ № 853.
[35] Bu yer Mədinədən dörd mil uzaqlıqda yerləşir.
[36] Əbu Davud: 3/ 380/ № 1042. Onun rəvayəti belə müxtəsərdir. Bu rəvayət uzun hədisin bir hissəsidir. Həmin hədisi bu alimlər rəvayət ediblər: Buxari: 2/ 385/ № 902. 2/ 581/ № 847.
[37] Beyəqi: 3/ 175.
[38] Beyəqi: 3/ 175.
[39] Fiqhus Sünnə: 1/ 267.
[40] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1082. Əbu Davud: 3/ 407/ № 1057. İbn Macə: 1/ 415/ № 1310.
[41] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1083. Əbu Davud: 3/ 410/ № 1060. İbn Macə: 1/ 416/ № 1311. O, İbn Abbasdan rəvayət etmişdir.