Jump to content
  Love reading great articles? Visit Elix.com today!

Abdurrahman22

Members
  • Content Count

    58
  • Joined

  • Last visited

Everything posted by Abdurrahman22

  1. Qamət olmasan da onun kimi bir şeysən. Zahirən fərqli ola bilərsən amma əqidəcə eynisən. Nə üçün caammatı təkfir edirsən? Nə üçün bilmədiyin adama münafiq deyirsən? Münafiq kafirdən də pisdir. Görünür müsəllimin Qamət kimi onu-bunu təkfir edib, sonra da minbərə çıxıb təkfirçilərdən danışır. Mən bir şeyin şahidiyəm ki, hazırda məscidin özündə belə Qamətdən fətva almıllar. Onun qeyri-səmimi və yalançı olduğunu da bilirlər. Məscidə təzə gələnlər isə hələm onu tanımadığından onu "alim", "şeyx" kimi qəbul edir. Siz elm deyəndə nəyi nəzərdə tutursuz? Fətvanın əvvəlini deyib, sonrasını gizlətmək? Budurmu elm? Tağuta iatətə çağırmaqdırmı elm? Allah bu elmə bərəkət verməz. Kim ki, az-çox ərəb dilində bilirsə, o fətvalara baxsın. Və anlasın kı, onları necə aldadırlar. Haqqı gizlədə-gizlədə hara kimi gedəcək bunlar? Deyeəndəki filan fətvanın mətni belədir ərəbcə siz niyə camaata belə çatdırırsız? Onda da deyirlər ki, istəmirik ki, FİTNƏ olsun. Subahənallah! Allahın dinini olduğu kimi çatdırmaq FİTNƏDİR? Yoxsa haqqı insanlardan gizlətmək? Əsl FİTNƏNİ də ortaya atan Qamətdir. Çünki elmli qardaşlar çoxaldıqca onun necə caamaatı firlatdığını görüb ondan uzaqlaşıllar. Bircə onun ətrafında qalanlar elmdə zəyif və ya elmi olub, bu elmi insanların qorxusundan haqqıyla çatdırmayanlardır. Məsələn, Adil kimi. Bu insan haqqı bilir , lakin QAmətin qorxusundan səsini kəsib. Özləri zəlalətə getməkləri bir yana, arxaları ilə avvam kütləni sürükləyirlər.
  2. İki iddia gətirmisən. İkisi də batil. Birinci deyirsən ki, Qamet muellimin azerbaycanda tek-tuk alimlerden biridir. Alim bilirsənmi nədir? Yəqin ki, bilmirsən. Bilsəydin bu mübarək adı o tağutun dəstəkçisinə verməzdin. Qaməti kim alim kimi tanıyır? Yoxsa o Nərimanov ərazisinin "alimidir"? Özünüzü lap gülməli vəziyyətə qoyursuz. Allahdan heç qorxunuz qalmayıb? İkinci iddianda deyirsən ki, alimləri təkfir etmək xəvaricliyin əlamətidir. Bu əlaməti "alimin" Qamət sənə öyrədib? Qamət kimi "alimi" olanın sənin kimi də tüllabı olacaq.
  3. ƏBUlHƏSƏN! Burda mövzu "Şeyx" Qamətin iki üzlülüyündən gedir. Moderatordan xahişim budur ki, bu yazımı silməsin. İmkan versin ki, bu qamətçinin iddiasının yanlış olduğunu sübut edim. Və öz müəllimi kimi ikiüzlü olub, insanları haqq yoldan azdırdığını insanlara çatdırım. ƏBUlHƏSƏN! Birinci iddian yanlışdır. Çünki səhabələr öz ata-anlarına kafir və ya müşrik deyirdilər. Lakin bu o demək deyildiki səhablər öz valideyinini "ey kafir ata" deyə müraciət etsin. Buna lüzum belə yoxdur. Amma səhabələr Rasulullahın yanında öz ata və analarının kafir və ya müşrik olduğunu deyəndə, Rasulullah (SAS) onlara demirdiki ata və ananıza belə deməyin. Buna dəlil olan çox hədislər var. Mən burda birini qeyd edəcəm. Əsma bint Əbu Bəkr rəvayət edir ki, “O zamanlar hələ də müşrik olan anam yanıma gəlmişdi. Ona necə münasibət göstərməli olduğun barədə Allah Rəsulundan “Anam yanıma gəldi. Mənimlə görüşüb danışmağı arzu edir. Anama xoş münasibət göstərə bilərəmmi?” – deyə soruşdum. Rəsulullah “Bəli, ona lazım olan hörməti göstər” – dedi. (Buxari, Müslim) Fikir verirsinizmi bir səhabə öz anasının müşrik olduğunu digər səhabələr yanında iddia edir lakin qınanmır. Bu təbiidir. Çünki səhabələr sənin müəlimin Qamət kimi məsələni fırlatmırdı. Ən yaxın qohumu olsa belə müşrik idisə müşrik deyirdi. Odur ki, çalış ya ədalətli ol. Yadakı bilmirsənsə oxu. ƏBUlHƏSƏN! Qeyd edim ki, dediyin ayə və hədislər haqqdır! Buna zərrə qədər şübhə yoxdur. Lakin gətirdiyin ayə və hədislər heç də o demək deyil ki, kafir ata və anaya mütləq şəkildə itaət etmək lazımdır. Biz kafir olan ata və ya ana ilə dünya işlərində gözəl davranmalıyıq. Lakin din məsləsində onlara itaət etməməliyik. Yəni ata-ana şəriətə zidd olan işlərə sövq edirsə, onlara bu işdə itaət etmək olmaz!Buna dair birinci sübut Quranın özündədir. Allah s.t buyurur:"Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm."(Ənkəbut, 8) İkinci bir sübut yenə Quranın özündədir. Allah s.t buyurur: "Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, bu işdə onlara itaət etmə. Qalan)dünya işlərində onlarla gözəl keçin onlara itaət et." (Loğman 15) İnsan öz valideyninə qarşı övladlıq vəzifəsini heç zaman unutmamalıdır. Valideyn ilə dünya işlərində gözəl davranmalı və onların valideynlik haqları verilməlidir. Valideynin Allahın əmrlərinə zidd olmayan istəkləri yerinə yetirilməlidir. Əgər valideyn Allahın qanunlarına zidd bir davranışda olmağımızı istəyərsə, bu halda valideyinə iatət olunmaz. Qaldıkı qamətilərin bir ayəni deyib digər ayəni gizlətməklərinə və ya bir fətvanın əvvəlini oxuyub axırını təxirə salmaqlarına bu onların adətidir. Və ya hər hansı bir ayəni vəya hədisi yeri gəldi-gəlmədi tətbiq etməkləri insanları haqq olan yoldan azdırmaqdan başqa bir şey deyil. Odur ki daim məsələləri həva və həvəsinə uyğun fırladan Q.Süleymanovun xəstəliyi ona qulaq verən tələbələrinə də sirayət etmişdir. Necəki ƏBUlHƏSƏN kimi istifadəçinin guyam ki, məsaləyə doğru yanaşdığını göstərdiyi kimi. Bu qamətilərin "xəvaric" adlandırdığı əsl müsəlmanlardan zəhlələrinin getməsinin də səbəbi odur ki, bu müsəlmanlar daim bunların yalançı, firladan, ikiüzlü olduğlarını dəlillərlə sübut edirlər. Allah bizi iki üzlülülərdən qorusun! AMİN
  4. Bu cür mübahisələrə baxanda nə üçün müsəlmanların günümüzdə rəzil bir hala gəldiyini anlamaq elə də çətin olmur. Günümüzdə namaz qılmayan, oruc tutmayan, zəkat verməyən, 365 gününü fuhuşatda və haramlarda keçirənlərə bircə Ləiləhəilləllah dediklərinə görə "müsəlman " hökmü verənlərin Allahdan heçmi qorxusu qalmayıb? Və yaxudda namaz qılan, oruc tutan, zəkat verən, Allaha heç nəyi şərik qoşmayan, Tağutları inkar edən, cihadı vacib bilən, bacardıqca sünnətlərə riayət edən, dosta dost, düşmənə düşmən deyən, haramlardan çəkinən insanlara isə "münafiq" , "xəvaric", "xəvariclərin quyruğu", "cəhənnəm köpəkəri", "islamdan xaric olanlar" , "cihadistlər", "təkfirçilər" deyənlərin heçmi Allahdan qorxusu qalmayıb? Bu gün kafirlər müsəlman torpaqlarını "demokratik cəmiyyət" qurmaq adı altında təcavüz etdiyi halda, bəzi "şeyxlər", "elm tələbləri" rahat miniklərində oturub mobil telefonla müsəlmanları azdıran fətvalar verməkdədirlər. Müsəlmanları digər qardaşlarına köməyə səsləməkdənsə, əksinə onlara kömək edənləri "xəvariclikdə", "terroristlikdə" nahaq yerə ittiham edirlər. Bu insanların Allah qorxusu yoxmu? Yoxsa bunlar müsəlman maskası altında bir yəhudi töküntüləridir? Düzü adam baş açmır. İş o yerə gəlib çatıb ki, müsəlman dili ilə belə İraqda, Fələstində, Çeçenistanda vuruşan mücahidlrə dua etməkdən belə qafildir. Ya Rəbbim! Bu ummət nə qədər azğınlaşıb. Ya Rəbbim! Bu ummət Məhəmmədin ümməti özünü saya-saya yəhudilərin bu azğınlıqlarına necə göz yuma bilər? Ya Rəbbim bu umməti islah elə. Ya Rəbbim bir ovuc olan mücahidlərə kafirlərə qarşı zəfər nəsib et. Ya Rəbbim onlara şəhidlik şərbətini daddır. AMİN
  5. Bir maraqlısını da mən deyim. Allah(st) Qurani - Kərimdə buyurur: "Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz." (ət-Tövbə,109) Tövbə surəsi Quranın 11-ci cüzündədir. Həmçinin də Quran surələrinin sıralanmasına görə 9-cu sıradadır. Amerkada İki binanın dağıdılması da 11 sentyabrda baş vermişdir. Sentyabr ayı isə ilin 9-cu ayıdır.
  6. #194 ismarış Harise ünvanlanıb.
  7. Hər bir müsəlman yaşadığı ərazidə Allahın şəriətinin bərqərar olmasını istəməsə, deməli o Şeytanın(Tağutun) qanununa razıdır. Bu cür iman iddiası isə yanlışdır. Çünki əsl iman sahibi olsaydı Allahın qanunların qeyri bir qanuna baş vurmazdı. Hər bir müsəlman bilir ki, Qurani-Kərim şkafların üstünə qoyulan, divarda çantadan asılan, toylarda bəy və gəlinlərin başı üstündən keçirilən, yaslarda oxunan bir kitab deyildir. Bu Kitab Allahın cəmiyyət üçün qoyduğu qanunlar toplusudur. Və hər bir müsəlman bu qanunlardan qeyri bir qanuna müraciət etməsi küfrdür. Buna dair dəlil olan ayələr isə bunlardır: Uca Alah (st) Qurani-Kərimdə belə buyurur: "Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, arasında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir".(Al-İmran, 23) Doğrudan da günümüzdə insanlar Allahın Quranda bildirdiyi çağırışa məhəl qoymadan, öz naqis ağıllarında uydurduqları qanunlarla hökm verillər. Uca Alah (st) Qurani-Kərimdə belə buyurur: "Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır".(Nisa,28) Allah yaratdığı məxluqun hansı qanunlara tabe olmasını daha gözəl bilir. BUna görə də şəriətə tabe olmağı əmr edir. Uca Alah (st) Qurani-Kərimdə belə buyurur: "Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir".(Maidə, 44) Allahın şəriəti ilə hökm etməyənləri Allah(st) kafir olaraq bildirir. Bu məsələnin necə vacib məsələ olduğu da burdan aydın olur. Uca Alah (st) Qurani-Kərimdə belə buyurur: "Onların aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver və onların istəklərinə tabe olma".(Maidə,49) Allah(st) Məhəmməd Peyğəmbərə(s.a.s) Quranın hökmlərinə görə mühakim etməyi əmr edir. Günümüzdə özlərini müsəlman adlandıranlar , Məhəmməd Peyğəmbə (s.a.s) inandıqlarını iddia edirlər. Lakin qanun qoyma məsələsində , hökm vermək məsləsində Peyğmbərimizin müraciət etdiyi hökmlərə üz tutmullar. Bu isə onların yalançı olduğlarının bir daha sübutudur. Uca Alah (st) Qurani-Kərimdə belə buyurur: "Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (Maidə,50) Günümüzdə bəzi insanlar iddia edirlər ki, artıq Quranın hökmlərinə ehtiyac yoxdur. Bu qanunlar qüvvədən düşmüşdür. Artıq demokratiya şəraitində, insan hüquqlarının qorunduğu br dönəmdə oğurluq edənin əlini kəsmək barbarlıqdır(vəhşilikdir). Əuzubilləh! Bu sözləri deyən kəslər əlbətdəki kafirlərdir. Çünki Allaha iman edən kəs bilir ki, Quran dəyişməz və Qiyamətə kimi qanunları qüvvədə olan səmavi bir kitabdır. Demokratiya ve insan hüquqlarının müdafiəçisi kimi özünü göstərənlər isə yanılırlar. Çünki oğurluq edən bir kimsə üçün ən gözəl qanunu qoyan Allahdır. Bu isə əsl insanların hüquqlarının qorunması deməkdir. Çünki oğurluq edən kimsə nin əlinin olmaması, digər insanların ondan ehtiyat edib, mallarını qorumağa imkan verir. Və bu cəmiyyətdəki insanların hüuquqlarının qorunmasının ən gözəl metodudur. Uca Alah (st) Qurani-Kərimdə belə buyurur: "De: "Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır".(Ənam, 57) Hər bir müsəlman yalnız Allahın qanunlarına üstünlük verməlidir. Bu ayədən görünür ki, Allahın qanunlarına tabe olmayanlar , əzabla qarşılaşacaq.
  8. Bu ayələri xatırlamağı daha məqsədə uyğun bilirəm. İnşallah oxuyanlar bir daha oxsuyub biliklərini möhkəmləndirsinlər. Oxumayanlar isə oxuyub anlasınlar ki, yaşadığı ərazidə Allahın şəriətinin bərqərarını istəməyənin imanı ona fayda verməmişdir. Ola bilsin ki, bu haqda indiyə kimi məlumatı olmayanlar da var. Lakin bu ayələri oxuyandan sonra inşallah onlar da anlayarlar. Uca Allah(s.t) Qurani - Kərimin bir çox ayələrində hökm verməyin, Hakimiyyətin onun olduğunu vurğulayır: "Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır".(Bəqərə,107) "Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir". (İmran, 189) "Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir".(Maidə, 120) "De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz".(Əraf, 158) Bu kimi Allahın Yerin, Göyün və bunların arasında olanların Hakimi olduğunu bildirən çox sayda ayələr möcuddur. Bunları davam da etmək mümkündür. Lakin düşünürəm ki, ağıl sahibləri üçün bu qədər də kifayətdir.
  9. Müsəlmanların hədəfi Hakimiyyət deyil! Q.Süleymanov hal-hazırda müsəlmanları xəvariclikdə ittiham edib, onları hakimiyyətə meyilli olduğunu batilcəsinə iddia edir. Vəla vəl Bəra məsələsini bilən hər bir müsəlman çox gözəl bilir ki, Qamət bu məsələdə özü müsəlmanlardan xaric olub. Belə desək xəvaric əslində onun özüdür. Çünki o hazırda müsəlmanları təkfir edib, onları tutdurmaqı caiz bilir. Söhbət bəs hansı hakimiyyətdən gedir? Kimin hakimiyyətindən gedir? Nə üçün hazırda müsəlmanları hakimiyyətə meyilli olduğu üçün qınayıllar. Çünki hər bir müsəlman Qurani-Kərimi oxuyub dərk etdicə hakimiyyətin Allahın olduğunun şahidi olacaq. Adi bir müşrik də anlayır ki kainatın Hakimi Allahdır. Yəni hər bir təbii hadisələr Allahın hökmü ilə yerinə yetirilir. Lakin həmin müşriklər yaşadığı ərazinin də Allahın hakimiyyəti daxilində olduğunu unudur. Və bəzən bu ona xatrladılanda, qəzəblənir, coşur hətta imkanı olanda bu cür söz deyəni həbs edir və ya öldürür. Yəni bütün zamanlarda bu belə olmuşdur. Lakin Uca Allah Qurani-Kərimdə belə buyurur: "Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir".(Əl-Buruc,9) Bir sözlə müsəlmanların məqsədi hakimiyyətə, kresloya sahib olmaq deyil. Sadəcə yaşadığı ərazidə idarəçiliyin Allahın qanunları çərçivəsində olması iddiasıdır. Yəni, hər hansı bir müsəlman məhkəməyə müraciət edərkən, orada uyğulanan hökmlərin Allahın qanunları olmasını, bütövlükdə yaşadığı ərazidə Allahın qanunlarına zidd olmayan qanunlarla idarə olunmağını istəməkdir.
  10. Haris düz deyir. Amma əfsuslar olsun ki, özü həmişə dəlilərdən çox smayıllıkları dəlil kimi göstərir. Deyəsən irəliləyiş var . Əgər Haris də dəlil istəyirsə deməli nəsə var....
  11. Haris! Dediklərim yavaş-yavaş öz yerini tutur. Hələlik gülünc obyektisən. Bir azdan yalançılıq üzrə bu forumda yarış keçirilsə, şübhəsiz sən bu forumun qalibi olacaqsan.
  12. İnsan bilmədiyi bir şey haqqında danışmamağı onu salamat saxlayar. İnsanın onun-bunun dilindən nəsə öyrənib danışmağı isə onu sonunda yalançı edər. Müsəlmana isə bu cür davranış əlbətdəki yaraşmaz. Bir fasiq sizə xəbər gətirərkən onun doğruluğun yoxlayın ayəsini hər zaman yadda saxlamalıdır. Məndən halallıq istəyirsən. Tutaq ki, mən sənə haqqımı halal etdim. Bəs yüzlərlə, minlərlə müsəlmana təkfirçi demək, xəvaric demək, münafiq deməklə onlardan bir-bir necə haqqını istəyəcəksən? Bax mən özüm də müsəlmanları təkfir edənlərin əleyihinəyəm. Amma kafirləri təkfir edənlərə təkfirçi deməkdən Allaha sığınıram. Müsəlmanlara böyük günahlarına görə kafir deyən xəvariclərin də əlehinəyəm. Amma böyük küfrə görə kimisə təkfir edən müsəlmana xəvaric deməkdən Allaha sığınıram. Ən yaxşı və salamat yol ORTA YOLDUR.
  13. Haris! Get- gede yalançılığın son zirvəsinə doğru irəliləyirsən. Amma ehtiyatlı ol, çünki ordan düşsən , səndən əsər-əlamət qalmayacaq. Keçək yenə sənin cahillik üzündən kimlərəsə qarşı ədalətsiz mövqeyinə. 1) Nə zaman Hacıbalanın dərs verdiyi elm məclisində olmusan? 2) İkinci bir yalanın odur ki, Hacıbala heç zaman qadınların məclisində dərs keçməyib. 3) O sözü toyda deyərkən kişilərə ünvanlayıb və bu sözü qardaşlara dərs olsun deyə işlədib. Və bu cür deyib:"Qardaşlar sizə bir söz deyəcəm, amma bu sözü öz qadınlarınıza evə gedəndə çatdırın. Qadınlarınıza deyin ki, onlar sizdən icazəsiz islam üçün öz qızıllarından versinlər. Çünki sizin aranızda bəziləri xəsislik edib əli gəlmir pul verməyə. Heç olmasa öz əli gəlmirsə, qoy zövcəzi pulu elə versin ki, yoldaşı bunu görməsin. Çünki pul verməyə öz əli gəlmir. Yəni bu sözlər sadəcə bir ibrət üçün deyiləcək sözlər idi. Və hamı da bunun mahiyyətini o məclisdə anlamışdı. Görünür məclisdə olan bəzi insanlar məsələni düzgün anlamadıqlarından başqa cür də digər insanlara çatdırıb. Allah hidayət versin Sonda qeyd edirəm yenə : BURA HACIBALANIN MÜDAFİƏ FORUMU DEYİL! ƏGƏR ƏDALƏTLİ MÜSƏLMANSANSA GET HACIBALANI TAP VƏ ONU İSLAH ELƏ. HACIBALA DA SIRAVİ BİR MÜSƏLMANDIR. NƏ PROBLEMİN VARSA GET ONU ONUN ÖZÜYLƏ HƏLL ET.
  14. Bax , sən deyirsən lakin bütün sözlərin əsassız olaraq. Bax mənə maraqlı gələn də bu qaydanı haradan mənimsəmisiz. Yaxşı gəl sualı qruplaşdıraq ki, sənin dediklərin aydın olsun hamıya. 1) Kim və nə zaman müsəlmanları təkfir edib? Buna cavab yaz. Lakin yazanda dəlilərlə yaz. 2)Kim və nə zaman soyğunçuluq edib? Lakin yazanda dəlilərlə yaz. Mən özüm də təkfirçilərə, xəvariclərə, kriminal işlərlə məşqul olanlara qarşı fikrim mənfidir. Və onları dəstəkləmirəm. Lakin kimə gəldi ucdan tutma xəvaric, təkfirçi deməyə də münasibətim mənfidir. Çünki hər sözümüzə görə Axirət günü cavab verəcəyik. Sən əvvəcə iddia edirdin ki, biz alimləri təkfir edirik. Bunun bu cür olmadığını sənə deyəndən sonra, dedin ki, güyam biz hiylə edirik. Yəni hansı hiyləni edirik? Bax bütün günü işiniz ancaq təkfirnəndir. Dəvət qalıb kənara, ancaq dəvət xəttiniz təkfirçilərdir. Və özünüzdə bilmədən artıq təkfrçiliyə başlamısız. Tanıdız-tanımadız hamıya ucdan tutma xəvaric deyib münafiqlikdə təqsirləndirirsiz. Kim, kimə məktub yazıbsa bunu ümumilikdə hamı üçün idda etmək olarmı? Əgər belə analiz etmək qabiliyyətiniz varsa medyada islama qarşı olan məqalələrin hansı birinə rəddiyyə yazmısız?
  15. Yenə ümumi sözlər. Bir ağlını işlət. Səncə qəzet də o məqaləni dərc edən adam siz deyən kimi "xəvaricdir"? Bu nə batil iddialardır burda? Niyə adillikdən kənar sözlər yazırsan? Kim dua eləyib ki, Əbu-Bəkr məscidi bağlansın? Allah (st) xəvariclərin cəzasını verəcək!!! Buna qəti şübhən olmasın. Lakin müsəlmanlara "xəvaric" deyənlərin də cəzasız qalmayacağına qəti şübhən olmasın!
  16. Yenə iftira! Bu forumdan başın açılsaydı bilərdin ki, kim indi haradadır. Gör nə hala qaldız ki, müsəlmanların harda olamsından belə qafilliyiniz bir tərəfə , hələm bilməyərəkdən də iddialı danışırsız. Bilmədiyin məsələ haqqında niyə bu qədər qətiyyətlə danışırsan? Sənin nədənsə xəbərin var?
  17. Hər bir müsəlman istəyir ki, yaşadığı ərazi İslam-Diyarı olsun. Və bu diyarda Allahın qanunları hökm sürsün. Çünki İslam-Diyarı əmin-amanlıq və ədalət diyarıdır. Bu diyarda əsas ideya Allahın hakimiyyətidir. Lə iləhə İlləllahın əsl mənəsı da Hakimiyyətin Allahın olmasıdır. Yəni bu diyarda bütün məsələlər Allahın qoyduğu qanunlar çərçivəsində həll olunur. İslam Dövləti istəmək radikallıq deyil. Sadəcə Lə iləhə İlləllah kəlməsinin praktiki tətbiqidir. Amma əfsuslar olsun ki, kim Lə iləhə İlləllah kəlməsini haqqıyla anlayıb əməl etmək istəyirsə, həbsxanalarla üzləşir. İnsanlar nədənsə çox nankordular. Allahın təbiətdə qoyduğu qanunlarına istər-istəməz tabe olmağa razıdırlar. Lakin Cəmiyyət daxili qoyduğu qanunlara (şəriətə) tabe olmaq istəmillər. İnsanlar gündəlik həyatlarında qidalanmaları üçün istifadə etdikləri nemətlərə qoyulan qanunların Allah tərəfindən qoyulduğuna inanırlar. Və bu dünyavi elmlərlə də isbat edilir. Bir portağala qanunu qoyan kimdir? Kim o portağalı qabıqla mühafizə olunması qanununu qoyub? Əlbətdəki Allah. Bəs necə olur ki, bu nemətləri hərisliklə mənimsəyən insanlar , Allahın cəmiyyət daxilində Rəbb olma funksiyasını qəbul etmək istəmillər? Axı Rəbb qanun qoyandır. "Mürəbbe" sözü də Rəbb sözündəndir. Yəni Tərbiyəçi deməkdir. Bir tərbiyəçi (Mürəbbe) tabeliyində olanları necə tərbiyə edir? Əlbətdəki qoyduğu qanunlarla. Məhz Allah da aləmlərin RƏBBİDİR! Bu aləmə Yer də aiddir. Allahın da insanlar üçün qoyduğu 2 qanunu var: 1) Təbiət qanunları 2) Cəmiyyət daxili qanunlar(Şəriət) Birinci qanuna insanlar istəsələr də istəməslər də tabe olurlar. Bu da Allahın bir rəhmətdir. Allah əgər insanların öhdəsinə "gecə-gündüzü" və "insanlarda yuxu" qanununu öz başına idarə etməyi həvalə etsəydi, bir qism insanlar digərləri tərəfindən məhv olunardı. Məslən: Bir kapitalist öz istehsalını dayanmadan gücləndirmək üçün "gecə-gündüzü" qanunu əlində olsaydı, gündüzün vaxtını artırar və iş müddətini uzadardı. Nəticədə kasıb fəhlə dincəlmədən işləyərək həlak olardı. İnsanların dünyaya hərisliyini öncədən bilən Uca Allah "insanlarda yuxu" qanununu qoymuşdur ki, istər-istəməz yatıb enerji toplasınlar. Bu qanunlara tabe olan insanlar isə Allahın necə Rəhimli bir yaradıcı və Rəbb olduğunu unudurlar. Nəfzlərinə tabe olub namaz qılmır və daim Allaha şərik qoşullar. İkinci qanuna gəldik də isə, Allah bu qanunu tabe olmaqda insanları sərbəst buraxmışdır. Məhz bu qanunlara tabe olub-olmamaqla Allah insanları sınağa çəkir. Məhz İman və Küfr nöqtəsi buradan fərqlənir. Məsələn vaxtı ilə Misir torpaqlarında padşahlıq edən Firoun da çox gözəl bilirdi ki, Kainatın yaradıcısı Allahdır, o öldürü və dirildir. Bir sözlə Kainat qanunlarının Allaha məxsus olduğunu çox gözəl bilirdi. Lakin Misirin idarə olunmasında Allahın qoyduğu qanunlara tabe olmaq istəmirdi. Hətta özünü Misirin Rəbbi elan etmişdi. Bəs sual meydana çıxır ki, nə üçün Firoun Misiri Allahın qanunları ilə idarə etmirdi? Bunun cavabı çox sadədir. Çünki Firoun bilirdi ki, əgər o öz diyarını Allahın qanunları ilə idarə etsə insanlar onun nəfsinəı uyğun qoyduğu qanunları qəbul etməyəcək və insanlar ona Allahın bir qulu kimi baxacaqlar. Həmçinin də çox gözəl bilirdi ki, Allahın qanunları hamı üçün ədalətlidir. Əgər günah edən Firoun belə olsa və ya Fironun övladı belə olsa hamı üçün qanun eynidir. Bu isə əlbətdəki Firona sərf etməzdi. Çünki o insanları öz nəfsinə uyğun qanunlarla cəzalandırır və heç kimdə buna qarşı bir söz deyə bilmirdi. Kimdə ona qarşı gələrdisə ya zindana atılar yada ki, öldürülərdi. Günümüzdədə belədir. Sadəcə adlar dəyişib. Lakin məna olduğu kimi qalıb. Allahın 1-ci qanunlarına tabe olub, ikinci qanunlarını əhəmiyyətsiz sayanlar göz önündədir. Bunun səbəbini isə yuxarıda Firounun timsalında qısa anlatdıq. Kim də həmin diyarın Allahın qanunları ilə idarə olunmasını iddia edərsə, nəfslərinə uyğun bir qanunla cəzalandırılar. Lakin bir şeyi unutmasınlar ki, sonda hamını mühakimə edən Allah olacaq!!! Allah isə insanları onlar üçün uyğun gördüyü Qurani-Kərimdə olan qanunlarla mühakimə edəcək.
  18. Nuaym! Sənin dinin haqqında qəti şübhəm yoxdur. Artıq əqidəni bəyan etmisən. Müsəlmanlar haqqında yazdığın bu kəlmələrə görə boynunda qul haqqı olduğuna da şübhəı etmə. Etdiyin bu qədər iftiralara görə nə cavab verəcəksən Axirətdə? Müsəlman camaatına "banda" deməyi sənə kim öyrətdi? Yəhudilərmi? Missiyonerlərmi? Yoxsa özlərini sələfin mənhəcinə nisbət edib, müsəlmanlara qarşı qiyam qaldıran mürciyyələrmi? Bir gün bu sözlərinə görə peşman olacağını düşünmürsənmi? Bir zamanlar biz də sənin kimi düşünürdük. Lakin Allahın rəhməti sayəsində haqqa doğru yönəkldik. Nə üçün bu qədər təssübkeşlik edirsən? Sənin üçün hidayət göstəricisi Quran deyilmi? Yoxsa Q.S sizin üçün hidayət rəhbəridir? Əvvəlcə alimləri təkfir etdiyimizi iddia edirdin. Qarşına dəlil qoyulan kimi , başladın ki, guyam qardaşlar hiylə edirlər. Nədir o hiylə? Açıqla bizə. Yoxsa yenə ümumi sözlər? Məktubu da oxuduq. Burda qeyri-adi bir şey görmədik. Yalnız həqiqiəti gördük. Yoxsa Abu-Bakr məscidində cəhmiyyə yönlü dəvətin olmasından qafilsən? Ya bilməməzliyin ucabatından qafilsən, yada kı inadkarlığın.
  19. Sənin Şeyxin Q. Suleymanov müsəlmanlara, mücahidlərə münafiq deyib "xəvariclikdə" ittiham edir. Münafiq demək təkfir deyil? Yəqin ki, münafiqin , kafirdən betər olduğunu bilirsən. Çalış adil ol. Hamımız bir gün öləcəyik. Amma kimlərəsə qarşı dediyimiz yanlış sözlərə görə qul haqqının boynumuzda qalacağını unutma. Əlhəmdulilləh. Bu məsələdə Q. Süleymanova tam müxalifsən. Əgər bunu onun yanında desəydin sənə "xəvaric" damğası vurulmuşdu. Haqqı deyirsənsə, tək olsan belə camaatsan. Amma Allahın ayələrini təvil edənin ətrafında milyon insan olsa belə onlar zəlalət cammatıdır. Onlara qoşulanlarda zəlalətdədirlər. Tövbə edənlər istisna olmaqla. Bir şeyi də yadında saxla ki, təkfirçilik hər bir dövrdə olub. Daim də az olublar. Biz təkfirçi deyəndə müsəlmanları təkfir edənləri nəzərdə tuturuq. Tağutu yalnız Şeytan qismində anlamaq isə yanlış metoddur. Bu insanın özü-özünü aldatmasından savay bir şey deyildir. Bəli bütün tağutlar şeytandır. Lakin o şeytan bəzən insan, bəzən büt, bəzən alim, bəzən ideologiya, və .s olur. Bunları yəqin bilirsən. Allahın nurunu dilləri ilə söndürənlər özlərini hazırda "sələfi" hesab edən, bəzi murciyyələrdir. Yəhudi və xaçpərəstlər isə canları və maları ilə İslama qarşı vuruşullar. Dilin dində törətdiyi pozuculuq, əlin törətdiyindən təhlükəlidir. Ən təhlükəli olanlar da sapı özümüzdən olan baltalardır. Allah qorusun. Allahın ayələrini təvil edə-edə, alimlərin fətvalarını kəsə-kəsə dəvət etmək nur deyil, bir zülmətdir. Məscidi tərk etmək isə yanlışlıqdır. Kim bacarırsa məscid əhlini də haqqa dəvət etməlidir. Əlbətdəki bu asand deyil. Bu yolda müəyyən adlar, məsələn ən məhşur olan "xəvaric" kimi adlarla da adlandırıla bilər həmin adam. Amma haqqı demək və məscid əhlini də əsl sələfi əqidəsinə yönəltmək üçün bu adların heç bir önəmi yoxdur. Hər bir müsəlman şəriəti istəyər. Görən siz nə istəyirsiz? Laiqlik? Yoxsa Demokrası? Sizə görə buralar darul-islamdır. Yəqin ona görə də sizə şəriət məkanına ehtiyac yoxdur. Yəqin bu məkanın qayda-qanunları dininizə uyğundur. Yəqin bu məhkəmələrə müraciət etmək sizi dininizdən döndərmir. Maraqlıdır görən siz hansı dindəsiz?
  20. Sən onun nəyi qəsd etdiyini yəqin ki, bilirsən. Ümumi hökmü xüsusiləşdirən belələri hazırda müsəlman torpaqlarına hücum edən kafirlərlə vuruşmağı "farzi-kifayə" hesab edir. Hətta bəziləri kafirlərlə mücadilə edənlərə "terrorist", "quldur", "xavaric", "kamikadze" deməkdən belə çəkinmillər. Bu gün cihadı bəzilərinin fərqli izah etmələrinə, hətta onu günümüzdə vacib olmadığını iddia edənlərin əksinə olaraq bilməliyik ki, cihad qiyamətə qədər vacibdir. Bu gün İslam düşmənlərinin əsas istəklərindən biri bu məfhumun içini boşaltmaq, onu Allahın murad etdiyi ilkin mənasından uzaqlaşdıraraq fərd və cəmiyyət üzərində təsiri olmayan bir anlayış halına gətirməkdir. Buna görə bir çox yerlərdə cihadın əslində insanın daxildə nəfsi ilə mücadiləsi olduğunu, nəsihət etmək və elm öyrənmək olduğunu və ya bu gün artıq vacib olmadığını təbliğ etməkdədirlər. Halbuki cihad İslamın zülmə, istismara və şirkə qarşı qiyamətə qədər davam edən hərəkatıdır. Ya Rəbbim! Bu milləti islah et və haqqa doğru yönəlt.
  21. Erməni kafirləri də sən deyəni deyir. Hazırda missiyoner təşkilatlar da, azərbaycanlı və ümumilikdə müsəlmanlara "Düşmənlərinizi sevin" kəlməsini təlqin etməkdədirlər. Erməni kafirlərinə sərf etmir ki, müsəlmanlar Cihadın-Fərz olmasını desinlər və anlasınlar. Həqiqətən də missyoner təşkilatlar sizlərə kafirlərlə vuruşmağın vacib olmadığını beyinlırinizə hopdura bilmişdir. Bunun səbəb isə Qurandan uzaq düşməyinizdir. Ancaq dildə Qurana iman etdik deməkdən başqa bir şey əlinizdə qalmayıb.Torpaqları elə aldılar...Əqidənizi də belə aldılar....
  22. Nə zamana kimi ümumi sözlərdən əl çəkməyəcəksən? Hal-hazırda səndən başqa şou göstərən birisini gömürük. Onun-bunun sözünü araşdırmadan burda nə gəldi aqlına yazmaqın nəticədə səni yalançılıq zirvəsinə doğru yüksəldəcək. Amma mən buna yüksəliş deməzdim.... Qiyamətə kimi Cihadın fərz olduğunu deyən Uca Allahın dininə savaşmı açmısan? Kafirlər torpaqlarımızın 20 faizini işğal edib, ordakı olan-qalan məscidləri dağıdıblar. Sən o kafirlərə qarşı Cihadın fərz olduğunu söyləməkdənsə burda kafirlərə dəstək verirsən. Kafirlərə də sənin kimilər çox sərf edir. Bir az düşüncəli ol...
  23. Nuaym qardaş! Adil olmağa çağırıram səni. www.ehlitevhid.com forumunda xristian da nəsə yaza bilər. Bu o demək deyilki o forum təkfirçiliyə həsr olunub. Əgər o Foruma müntəzəm gələnlərdənsənsə, özündə bilirsənki orda elm əhli kimdir. Kimsə gəlib orda alimi təkfir edirsə bunu o forumla əlaqələndirmək yanlışlıqdır. Mənə deyirsənki kimsə mənə təlqin edib ki, filankəslər "murciyyədir". Bəs mənim öz ağlım? Sən elə bilirsən ki, mən əvvəlki kimi "gipnoz olunmuş Abu-bakr məscidinin camaatındanam"? Qamətin dəvətinin murciyyə yönlü olmasını anlamaq üçün kiminsə təlqinimi lazımdır, yoxsa sələf alimlərinin kitablarına müraciət etmək? Əgər haqqı axtaranlardansansa dünənə qədər məscidin ətrafında Şeyx Məhəmməd Abdulvəhhabın(rh) "Tövhid" kitabının 38-39-cu fəsillərini oxumaq sənə ilkin üçün yetər. İnanmıram ki, o kitab ordakı cammatdan kimdəsə olmasın. Elmi tələb etki haqqla batili ayıra biləsən. Dəhşət bilirsənmi nədir? Sən özün də bilmədən əsl müsəlman qardaşlara xəvaric deyirsən, təkfirçi deyirsən. Qardaş, sənə məsləhətim budur ki, ehtiyatlı ol. Dilin ilə müsəlmanı təkfir edib özünü küfrə .rma. Sənin əqidənə görə tağutu təkfir edən, Cihada fardul-ayn deyən, Hakimiyyətin Allahın olduğunu deyən, namaz qılmayana kafir deyən xəvaricdir. Çox yanılırsız bu kəlməni deməklə. Fərz edək ki, xəvariclər Qiyamətə kimi olacaq. Bəs Allahın nurunu dilləri ilə söndürmək istəyənlərin günümüzdə və Qiyamətə kimi olacağını bildirən ayələrə nə deyirsən? Q.Suleymanovun dəvətin də bunu gormedinmi? Yoxsa gordun amma görməməzliyə vurdun? ------------- Sən Abu-Bakr məscidinin Forumunda Şeyxinə sual vermisən. Onun cavabını oxudum. Bəziləri onun cavabına təəcübdə etdilər. Amma mən etmədim. Çünki onun bundan da batilcəsinə cavabları yanında bu cavab daha yumuşaqdır. Gör sənin Şeyxin səni nəyə dəvət edir. Adam sadəcə xəcalət çəkir ki, bu cür cavabnlardan sonra yenə ona ŞEYX deməyə dilləri gəlir.
  24. Bax yenə ümumi sözlər! Mən səndən iddia etdiyin kitabda Cihadın fardul-Kifayə olmasını göstərəcək dəlil istəyirəm. Sən nə istəyirsən? Əgər belə bir dəlilin yoxdursa niyə inad edib özünü zəlalət əhlinə qoşursan? Gör sizi nə hala salıblar ki, Allahın Cihada dair ayələrini artıq danırsız. Yenə deyirəm! Mən səndən dəlil gözləyirəm. Necəki şeyxin Qamət 15 oldir ki, Cihadın fardul-Kifayə olduğunu sübut edə bilmir. Amma alhamdulillah ki, Cihadı Fardul-Ayn bilənlər Fələstində kafirlərə qarşı cihad edirlər. Ümmətin hamısı sizin kimi olsaydı indi müsəlmanlar qorxularından namaz qıldığlarını söyləməyə belə çəkinərdilər. Amma Allaha həmdlər olsun ki Onun dini üçün vuruşan mücahidlər hələm də var.
  25. Yenə ümumi sözlər! Yenə onun-bunun sözləri. Ey Haris onun-bunun sözünü bilmədən danışmağın səni sonunda yalançı edəcək. Bunu heç şübhən olmasın. Bunu sənə əvvəlki yazılarımda da sübut etmişəm. Mən sənə Cihadın fardul-kifayə olmasını sübut edəcək dəlil istədim. Budurmu dəlilin? Birinci dəlil Qurandan və Sünnədən olmalıdır. Daha sonra icma. Yoxsa adını belə düzgün bilmədiyin kitabı mənə dəlil göstərirsən. Sonra da deyirsənki get ordan oxu. Budurmu hikmətli dəvət? Bax tələsməyin, elmsizliyin səni nə qədər gülünc vəziyyətə qoyub. Məncə bu forumu tərk edib, bu məsələləri yaxşı öyrənməyin lazımdır. Sənə məsləhətim var. İnankı səmimi deyirəm. Get elm öyrən. İnşallah faydası olar. Dəlil gətirsəydin sənə yəqinki bizim də cavab verəcək qədər elmimiz çatardı. Allah bizləri islah etsin.Amin.
×
×
  • Create New...